Elektron-şüa boruları Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB


Qəbuledici televiziya boruları – kineskoplar



Yüklə 145,58 Kb.
səhifə11/23
tarix02.01.2022
ölçüsü145,58 Kb.
#45880
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
UNEC 1634457644.docx

Qəbuledici televiziya boruları – kineskoplar
Televiziya borularının (kineskopların) parametrləri ixtiyari yox, insanın fizioloji imkanlarını nəzərə almaqla müəyyən edilir. Kineskoplara qoyulan əsas tələblər: xəyalın parlaqlığı, kontrastlıq – ən parlaq nöqtələrin işıqlanmasının, ən tutqun (qara) nöqtələrin işıqlanmasına nisbətinin 50-ə qədər olması, yüksək ayırdedici qabiliyyətə malik olmalıdır.

Məlumdur ki, insan üçün ən rahat görmə bucağı 15o-lik müşahidə bucağıdır, yəni baxılan obyektə qədər məsafə elə seçilməlidir ki, obyektin kənar nöqtələri arasında müşahidə bucağı 150-yə bərabər olsun. Məsələn, televizora qədər məsafə 2 m olduqda, onun diaqonalının ölçüsü d = 2tg15o 53,5 sm-ə bərabər olar. Əvvəlki standarta görə ekranın tərəflərinin nisbəti 4:3 idi. Hal-hazırda 16:9 kimi yeni standart da tətbiq edilir.

Lüminoforun işıqlanması şüşənin daxilindən bir nesə dəfə əks edildikdən sonra ekranda interferensiya halqaları yarada bilər. Bunun qarşısını almaq üçün ekranın şüşəsini xüsusi materialdan hazırlayırlar. Bu materialın buraxma əmsalı 0,6-0,7-ə bərabərdir və şüşədə işıqlanmanın udulması hesabına kontrast bir neçə dəfə artır.

İnsanın gözü aa = 1,5¢ bucaq altında görünən iki nöqtəni bir-birindən ayıra bilir. Bunu nəzərə alaraq, ekranda yerləşən sətirlərin sayını hesablamaq mümkündür:



.

Ekranın hündürlüyü 30 sm olduqda şüa ləkəsinin diametri:



.

Diaqonalı 0,5 m-dən böyük olan ekranların parlaqlığı 200-300 nt təşkil etməlidir. Sulfidli ekranlar üçün belə parlaqlıq elektron dəstəsinin bir neçə vatt gücündə alınır. Cərəyan şiddəti 300 mkA olan dəstə üçün sürətləndirici gərginlik:



.

Kineskopun konstruksiyası bir neçə sürətləndirici və elektron-optik elementlərdən ibarətdir (şəkil 8)





Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin