Şəkil 8. Kineskopun quruluşu:
K-katod, M-modulyator, SE1-birinci sürətləndirici elektrod, SE2-ikinci sürətləndirici elektrod, MS-maqnit meyletdirici sistem,YG-yüksəkgərginlikli elektrod, E-ekran.
Burada elektrostatik fokuslandırma əsasında işləyən projektor pentod sistemi əsasında qurulur. Modulyator və təklənmiş linza arasında birinci sürətləndirici elektrod yerləşdirilir. Onun potensialı 200-600 V-dur və o, linzanın girişində şüanın səpilməsini məhdudlaşdırır.
Şüanın maqnit meyledilməsində mənfi ionlar (O-, Cl-, CO2-) əsasən ekranın mərkəzinə düşür. Baxmayaraq ki onların yaratdığı cərəyanı kiçikdir (10-10 – 10-9) A, lakin ağır ionlar lüminoforu dağıdır. Alüminiumlu çökdürmələr mənfi ionları buraxmır. Maqnit meyledici sistemlər 110o-li bucaqlarda meyletmənin düzxətliyini saxlıyır. Makaraların ölçülərinin kiçik olması üçün boruların diametrini mümkün qədər kiçik edirlər (29-30 mm).
İkikomponentli lüminoforların rəngi stabil deyil, komponentin biri daha tez dağılır və onların parlaqlığı bərabər olmur. Kifayət qədər yüksək keyfiyyətə malik ZnS∙Ag,P tərkibli lüminoforun şüalanmasının spektral xarakteristikası şəkil 9-da göstərilib
Şəkil 9. (ZnS∙Ag,P) tərkibli lüminoforun şüalanmasının spektral xarakteristikası.
Rəngli təsvirlər kineskoplarda müəyyən qaydada çökdürülmüş üç cür lüminoforun hesabına əldə edilir. Elektron dəstəsinin təsiri ilə lüminoforlar üç əsas rəng verir: qırmızı, yaşıl və göy. Lüminofor ekranın üzərinə mozaika şəklində çökdürülür, ləkənin diametri 0,45 mm olur. Bu rənglərin ardıcıllığı dəyişməzdir. Kineskopun üç elektron projektoru var və hər dəstə həmişə eyni rəngli lüminoforun üzərinə düşməlidir. Dəstələrin cərəyanlarını müəyyən qaydada dəyişərək, ixtiyarı rəngi almaq olar.
Dostları ilə paylaş: |