Elektron-şüa boruları Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB



Yüklə 145,58 Kb.
səhifə15/23
tarix02.01.2022
ölçüsü145,58 Kb.
#45880
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
UNEC 1634457644.docx

Yaddaşlı elektron-şüa boruları
Televiziya və hesablama sistemləri, yaddaşlı ossiloqraflar və radiolokatorlar eləcə də bir sıra digər cihaz və qurğular yaddaşlı elektron-şüa boruları olmadan işləyə bilməz.

Belə borular informasiyanın ikiqat çevrilməsinə xidmət edir: birinci mərhələdə giriş siqnalları dielektrikin üzərində elektrik yüklərinin paylanmasına çevrilir – potensial relyef yaradılır, ikinci mərhələdə isə potensial relyef çıxış siqnallarına çevrilir.

Yaddaşlı cihazlarda informasiyanı yazmaq və sonra onu canlandırmaqdan (oxumaqdan) başqa, üçüncü əməliyyat da zəruridir ki, bu da yeni informasiyanı yazmaq üçün əvvəlki informasiyanın silinməsidir.

İnformasiyanın saxlanma müddəti ondabir saniyədən bir nesə günədək ola bilir. Bu, hədəfin yüksək təcrid edilməsi, yaxud da potensial relyefi saxlayan xüsusi köməkçi elektron şüasının vasitəsi ilə təmin olunur.

Dielektrik hədəf keçirici altlığın üzərinə çökdürülür. Belə altlıqlar siqnal lövhəsi adlanır. Siqnal həmin lövhəyə verilə və ondan oxuna bilir.

Potensial relyef yaratmaq üçün, adətən ikinçi elektron emissiyasından istifadə edilir). Bu halda hədəfin hər bir nöqtəsində potensialın qiyməti elektron şüasının enerjisindən asılıdır (şəkil 11).






Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin