Elektron-şüa boruları Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB


Delta-kineskopun bir neçə çatışmazlığı var



Yüklə 145,58 Kb.
səhifə14/23
tarix02.01.2022
ölçüsü145,58 Kb.
#45880
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
UNEC 1634457644.docx

Delta-kineskopun bir neçə çatışmazlığı var: elektron şüaların dinamik yaxınlaşdırılma sxemi mürəkkəbdir, maskanın şəffaflığı aşağıdır və onun üzərinə elektron cərəyanının yalnız 80%-i düşür.

Bu çatışmazlıqları aradan qaldırmaq üçün “Trinitron” adlı kineskoplarda projektorlar üfüqi müstəvidə yerləşdirilir. Yaşıl projektor ortada yerləşdırilir, kənardakı şüalar isə oxa 1,5o bucaq altında yönəlir. Lüminofor ekrana nazik zolaqlar şəklində çökdürülür. Rənglərin ardıcıllığı dəyişməzdir. Ekranın qabağında yerləşən maskada isə nazik yarıqlar var. Komplanar kineskopun başlıca üstünlüyü onunla bağlıdır ki, burada aberrasiyalar simmetrikdir və buna görə də şüaların müstəvidə yaxınlaşdırılma sistemi sadələşir. Yarıqlar uzun olduğuna görə maskanın şəffaflığı yüksəkdir, rənglər təmizdir. Ekranın kənarında şüaları yaxınlaşdırmaq üçün mürəkkəb sistem lazım deyil. Bunun üçün meyletdirici maqnit sahəsini tələb olunan dərəcədə astiqmatik edirlər. Dəstələrin en kəsiyi aberrasiyanın hesabına ellips şəklini alır və kənar nöqtələr arasında məsafə azalır.



Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin