Elektrostatik idarəli EŞB.
Tərkibinə borunun oxu boyunca yönəlmiş nazik elektron şüası yaradan elektron puşkası (lülə); elektron şüasının istiqamətini dəyişmək üçün nəzərdə tutulan meyletdirici sistem; elektron şüa ilə bombalama zamanı işıqlanma qabiliyyətinə malik olan ekran daxildir. EŞB - lərdə boru, daxilində vakuum səviyyəsi 10-6 Pa - dan çox olan şüşə balondur (şək. 1).
Elektron puşka (yaxud elektron projektor), nazik elektron seli (electron şüa) almağa imkan verən elektrodlar sisteminə deyilir. Elektron puşka kolbanın dar (boğaz) hissəsində yerləşdirilir və 1 - qızdırılan katoddan, 2 - idarəedici elektroddan (modulyatordan) 3 - birinci və 4 – ikinci anoddan ibarətdir. Katod böyük olmayan, qızdırılma zamanı elektronlar buraxan, içərisi aktivləşdirilmiş təbəqə ilə örtülmüş nikelli silindr şəklində hazırlanmışdır. Adətən EŞB-lərdə oksidli katodlar tətbiq olunur. İdarəedici elektrod (modulyator) katodun ətrafında yerləşmişdir, dibində balaca deşik (diafraqma) olan nikel silindr şəklində hazırlanıb. Modulyator elektron-idarə olunan lampalardakı tora analoji olaraq işləyir və şüanın cərəyan şiddətini tənzimləmək üçün nəzərdə tutulub.
Modulyatora katoda nəzərən 0 ... 30V həddində mənfi gərginlik verilir. Bu
gərginlik hesabına yaranan elektrik sahəsinin təsiri ilə katoddan emissiya olunmuş elektronlar borunun oxuna tərəf sıxılırlar (yönəldilirlər) və bu elektronlar modulyatordan hər hansı bir məsafədə bir nöqtədə cəmlənirlər. Bunun nəticəsində elektron şüasının ilkin fokuslanması yerinə yetirilir. Bundan əlavə katod və idarəedici elektrod arasındakı elektrik sahəsi elektronlar üçün tormozlayıcı olub, onların bəzilərini geriyə katoda itələyirlər. Deməli modulyatordakı gərginliyi tənzimləməklə elektron şüanın sıxlığını dəyişmək olar. Bu cür tənzimləmə borunun ekranındakı işıqlanan ləkənin parlaqlığının dəyişməsinə səbəb olur.
İki anod sistemi elektronların katoddan anoda tərəf hərəkətini və onların sonradan nazik şüaya fokuslanmasını təmin edir. Anodlar içi boş metal silindrlər
şəklində hazırlanmışdır. Birinci anodun diametri ikinci anodun diametrindən kiçikdir və çoxlu sayda diafraqmalarla təchiz olunur. Elektronların kifayət qədər
sürətini almaq üçün anodlara böyük müsbət gərginlik verilir: birinci anoda yüzlərlə volt, ikinci anada isə bir neçə kilovoltlarla gərginlik verilir.
Katodun, modulyatorun və anodların fərqli potensialları öz təsirinə görə
iki elektron linzaya oxşar qeyri bircins elektrik sahəsi yaradır, Bu elektron linzalardan biri modulyator və birinci anod, ikinci isə anodlar arasında yerləşir. Ona görə də EŞB-nin, elektronların fokuslanmasını yerinə yetirən anodlar sistemi elektrostatik linza adlanır. Linzanın toplayıcı təsiri səpələyici təsirindənçoxdur. Birinci anoddakı gərginliyi dəyişməklə anodlar arasındakı elektrik sahəsini dəyişərək fokus nöqtəsinin borunun boyunca yerini dəyişmək olar.
Meyletdirici lövhələr (51 və 52) elektron şüanın fəza vəziyyətini idarə edir. Onlar qarşılıqlı perpendikulyar yerləşmişlər və şüanın meyl etdirilməsi üçün biri-birinə paralel olan lövhələr cütü arasında elektrik sahəsi yaratmaq məqsədilə lövhələrə gərginlik verilir. Ləkənin ekranda sürüşməsi h = kU təşkil edir, burada U – tətbiq olunan gərginlik, k – lövhənin həssaslığıdır.
EŞB-nin ekranı elektron dəstəsi ilə bombalanan zaman işıqlana bilən maddədən (6-lüminofordan) ayrılan elektronlar boruya yapışaraq (oturaraq) onda mənfi yük yaradır. Bu yük böyük qiymətlərə qədər arta bilər və borunun normal iş rejimini poza bilər. Bunun qarşısını almaq üçün borunun daxili səthi 8 - akvadaq adlanan elektrik keçirici təbəqə ilə örtülmüşdür və bu təbəqə ikinci anodla birləşmişdir. Bu təbəqəyə birinci elektronların bombalaması hesabına ekrandan buraxılan ikinci elektronlar cəzb olunur, bununla da yüklərin ekrandan aralanması əldə olunur.
Akvadaq elektrostatik ekran rolunu oynayır. O elektron selini xarici
elektrik sahələrinin təsirindən qoruyur, borunun ikinci anodu ilə birləşir və
onunla birlikdə torpaqlanır.
Dostları ilə paylaş: |