Elektron-şüa boruları Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB


Şəkil 4. İstilik sürətlərinin nəticəsində elektronların səpilməsinin təsviri



Yüklə 145,58 Kb.
səhifə6/23
tarix02.01.2022
ölçüsü145,58 Kb.
#45880
1   2   3   4   5   6   7   8   9   ...   23
UNEC 1634457644.docx

Şəkil 4. İstilik sürətlərinin nəticəsində elektronların səpilməsinin təsviri.

İstilik sürətlərini nəzərə alaraq, dəstənin fokusunda mümkün olan maksimal cərəyan sıxlığı Lənqmür tərəfindən hesablanmışdır:



. (1)
Burada jk – katod üzərində cərəyanın sıxlığı, U – sürətləndirici gərginlik, T – elektronların temperaturu, q – fokusda elektron dəstəsi ilə ox - oxu arasındakı bucaqdır.

Eyni zamanda emissiya cərəyanın sıxlığını artırmaq və katodun temperaturunu aşağı salmaq mümkün deyil. Temperatur aşağı düşdükcə emissiya da zəifləyir.

Şəkil 4-də göstərilmiş modulyator elektroduna (M) mənfi potensial verilir. Bu potensial emissiya cərəyanının tənzimlənməsinə və dəstənin fokuslandrılmasına xidmət edir. Bu halda cərəyanın anod (A) potensialından asılılığı 3/2 qanununa tabe olmur. Bu onunla bağlıdır ki, modulyatorun mənfi potensialı katodun (K) üzərində emissiya sahəsini dəyişir. Mütləq qiymətcə böyük mənfi potensiallarda emissiya kəsilə də bilər. Emissiya cərəyanının modulyatorun potensialından asılılığı elektron projektorunun modulyasiya xarakteristtikası adlanır. Həmin xarakteristikalardan biri şəkil 5-də göstərilib. Projektorun ikinci linzası proyeksiya linzası adlanır. Bu linzanın vasitəsi ilə ekranda, dəstə fokusunun xəyalı alınır və yüksək ayırdetmə qabiliyyəti təmin olunur. Bunun üçün ekranda dəstənin ölçüsü minimal olmalıdır. Məsələn, televizorlar üçün ekranın mərkəzində ayırdetmə qabiliyyətinin standartı 625 sətirdir.




Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin