Şəkil 7. Elektron projektorunun ayırdetmə qabiliyyətinin
şüa cərəyanından asılılığı. Şəkil 7-də ayırdetmə qabiliyyətinin 100% (maksimal) qiyməti olaraq, şüanın 1 mkA cərəyanındakı qiyməti qəbul edilib.
Kineskoplar. Kineskoplar kombinə edilmiş EŞB olub elektrostatik fokuslama sisteminə və həssaslığının artırılması üçün isə elektromaqnit meyl etdirmə sisteminə malikdirlər. Adi EŞB-lərdən kineskopların birinci fərqi ondan ibarətdir ki, elektron puşkası sürətləndirici adlanan əlavə bir elektroda malikdir. O, modulyator və birinci anodun arasında yerləşdirilir, ona katoda nəzərən bir neçə yüz volt gərginlik verilir, və o elektron selinin əlavə gücləndirilməsinə xidmət edir. İkinci fərq ondan ibarətdir ki, ekran üç təbəqəlidir: 1-ci təbəqə - xarici təbəqə, şüşədir. Kineskopun ekranının şüşəsinə divarlarının paralelliyi və kənar qoşulmaların olmaması ilə bağlı yüksək tələblər qoyulur. 2-ci təbəqə - lüminofordur. 3-cü təbəqə - nazik alüminium örtükdür. Bu örtük iki funksiyanı yerinə yetirir: O, güzgü kimi təsir edərək ekranın işıqlılığını artırır; əsas funksiyası katoddan elektronlarla birlikdə uçub çıxan ağır ionlardan lüminoforun qorunmasıdır.