Şək. 1. Elektrostatik idarə olunan elektron-şüa borusu:
1- katod; 2 - idarəedici elektrod (modulyator) ; 3 – birinci (fokuslayıcı) anod ; 4 – ikinci (sürətləndirici) anod; 51 – şaquli meyletdirici lövhələr ; 52 – üfüqi meyletdirici lövhələr 6 - ekran (lüminofor) ; 7 – elektron şüa ; 8 - akvadaq (qrafit təbəqə); 9-elektron projektor (puşka) ; 10 – şüşə balon.
Elektromaqnit idarəli EŞB.
Elektrostatik idarəli EŞB-lər indikatorlar (ossilloqraf, radiolokator və hidrolokatorların indikatorları, havadakı və suüstü informasiyanın emalı qurğularının displeyləri) kimi tətbiq olunurlar. Elektromaqnit borular elektrostatikdə olduğu kimi elektron topa malikdirlər. Fərq ondan ibarətdir ki, birinci anodun gərginliyi dəyişmir, və anodlar yalnız elektron selinin sürətləndirilməsi üçün nəzərdə tutulmayıb. Bundan əlavə elektron selinin fokuslanması üçün fokuslayıcı (FS), electron şüasının meyl etdirilməsi üçün isə meyletdirici sarğaclardan (MS) (şək. 2,a) ibarət olan maqnit meyletdirici sistem istifadə olunur.
Maqnit meyletdirici sistem EŞB - nin xaricində, boğazında yerləşdirilmiş iki sarğaclar cütündən ibarətdir. Hər bir sarğac cütündən cərəyan buraxıldıqda hər bir sarğacdakı cərəyanın istiqamətindən asılı olaraq şüa bu və ya digər istiqamətdə meyl edəcək. Hər bir sarğac cütü borunun oxuna və digər sarğac cütünün sahəsinə perpendikulyar olan praktiki olaraq bircins maqnit sahəsi yaradır.
Elektron şüasının fokuslanması FS – fokuslayıcı sarğac vasitəsilə yerinə yetirilir. FS sıralanmış sarğılardan ibarət olub bir başa borunun boğazına keçirilir. Fokuslayıcı sarğac şəkil 2,b - də göstərilmiş maqnit qüvvə xətlərinə malik olan maqnit sahəsi yaradır. Əgər elektronlar EŞB-nin oxu boyunca hərəkət edirlərsə sürət vektoru ilə maqnit qüvvə xətləri arasındakı bucaq sıfır olacaq (α = 0°), deməli Lorens qüvvəsi sıfra bərabərdir. Əgər elektron maqnit sahəsinə bucaq altında daxil olursa, onda Lorens qüvvəsinin hesabına elektronun trayektoriyası sarğacın mərkəzinə meyl edəcək. Nəticədə elektronların bütün trayektoriyaları eyni bir nöqtədə kəsişəcəklər. Fokuslayıcı sarğacın cərəyanını dəyişərək bu nöqtənin yerini dəyişmək olar. Fokuslama zamanı çalışırlar ki, bu nöqtə ekran müstəvisində yerləşsin.
Şüanın meyl etdirilməsi iki meyletdirici sarğaclar cütünün yaratdığı maqnit sahələrinin köməyi ilə yerinə yetirilir. Bir sarğac cütü şaquli meyletmə, o biri isə üfüqi meyletmə sarğaclarıdır. Sarğaclar mürəkkəb formaya malikdirlər, və elə yerləşdirilirlər ki, onların maqnit qüvvə xətləri EŞB oxu üzərində qarşılıqlı perpendikulyar olsunlar (şək. 2,c).
Elektronlar sarğaclar arasında uçub keçdikdə onların maqnit sahələrinin təsiri altına düşür, belə ki elektronların trayektoriyası və maqnit qüvvə xətləri arasındakı bucaq 900 (sin α = 1) olduğundan elektrona təsir edən Lorens qüvvəsi
maksimal olacaq. Bu Lorens qüvvəsinin təsiri ilə elektronlar çevrənin qövsü boyunca hərəkət edəcək, nəticədə meyletmə bucağı və elektromaqnit EŞB-lərin həssaslığı elektrostatikə nisbətən olduqca çox olacaq. Elektromaqnit EŞB-lərin bütün qalan elementləri: lüminofor, ekran, akvadaq eynilə elektrostatik EŞBlərdə
olduğu kimidir.
a) b) c)
Dostları ilə paylaş: |