Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə67/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Şəkil 9
Gənc ailə” dedikdə, nikah yaşı beş ildən az olan ailə nəzərdə tutulur. Bu orta hesabla cütlüklərin 23-30 yaş hədlərini əhatə edir. Nikahın ilk beş ilində cütlüklər biri-birilərinə uyğunlaşır, mənzil üç- ün əlavə avadanlıqlar alır, adətən şəxsi mənzil olmadığından vali- deynləri ilə birlikdə və ya kirayədə yaşayırlar. Gənc cütlüklər mən- zilə sahib olduqdan sonra özlə- rinin şəxsi ev təsərrüfatmı yara- dır, uşaq gözləyir, ailə planlaş- dırılması əsasmda arzu edilən uşaqların sayını müəyyənləşdi- rirlər. Ailədə körpə uşaqların ol- ması gənc ailənin qayğılarım ar- tırır, onlara qulluqlabağlı mey- dana çıxan yeni problemlərin həllinə daha çox vaxt sərf etməli olurlar. Ər-arvad cütlüyündən ibarət gənc ailənin həyatında uşaqların olub-olmamasından asılı olmayaraq ilk 5 il ən məsuliyyət- li bir dövrdür. Gənc ailə həm də uşaq gözləyən və ya körpə uşaqları olan ailədir.

Lakin həyat sübut edir ki, ailə quran və gənc ailə adlanan cüt- lüklərin heç də hamısı həm iqtisadi, həm sosial, həm də psixoloji planda ailə həyatına tam hazırlıqlı olmurlar.

Mövcud həyati reallıqlar göstərir ki, hər 5 gənc aiiədən 4-ü Uım sərbəst yaşaya bilmir, valideynlərin bu və ya digər formada kö- ınoyinə ehtiyac hiss edirlər. Mənzil- məişət, maddi təminat, işlə bağlı problemlər, həmçinin ailədə körpə uşağa qulluqla bağlı çətin- liklər gənc ailəyə dəstək göstərilməsiııi tələb edir. Müasir gənc ailə- ııin qarşılaşdığı ən başlıca problem mənzil-məişət problemidir. Gənc ailənin möhkəmlənməsində, ər-arvad cütlüyü arasında adapta- siya dövrünün uğurla keçməsində ad günləriniıı qeyd edilməsinin, bayramlarda hədiyyələrin bəxş edilməsinin, sürpriz və kompliment- lərin, birgə gəzinti və istirahətin önəmli təsiri vardır.

Qadın öz xarici görünüşünə, ona yaraşan paltar, bəzək və kos- metika vasitələrinə düzgün dəyər verməyi bacarmalı, bu məsələdə ərinin zövqü ilə hesablaşmalıdır. Ailə münasibətlərində bu məsələ mühüm rol oynayır. Bu, göstərilən məsləhətlərə əməl etməklə ya- naşı, ər-arvadın hər ikisi həyatda baş verə biləcək çətİn hallarda şə- raitə müvafıq olaraq birgə səylə çıxış yolu tapsalar, ailədə həmişə birlik, məhəbbət və sevginin olacağı şiibhəsizdir. Həyatda yaxşı ana olmaq iiçün ailəyə və evə bağlılıq mühüm amillərdən biridir. Gənc ailədə ər-arvad arasında intim hisslərin qüvvəsinə baxmayaraq, hə- mişə narazıhq olur və bu narazılıq əsəbiliyə, incikliyə və küskünlü- yə gətirib çıxanr. Bəzi gənc qadınlar arzuladığı və xəyal qurduğu bİr çox seylərə heç vaxt naii ola bilməyəcəklərini düşünərək özlərini bədbəxt hesab edirlər. Bəzi qadınlar ev xanımı olmaq mövqeyi ilə razılaşmır, ərinin rəyi ilə hesablaşmadan işləmək istəyirlər. Onların şəxsi maraqları ailə maraqları çərçivəsindən kənara çıxır. Bu da ai- lədə tez-tez münaqişələrin baş verməsinə səbəb olur.

Məlumdur ki, yaxşı ailə bir gündə yaranmır. Bunun üçün vaxt lazımdır və o, tədricən qurulur. Gənc ailənin həyatının ilk giinlərin- də, birgəyaşayış şəraitində cütlüklərə aydın olur ki, məhəbbət əsa- sında birləşən taleləri yalnız məhəbbətin gücü ilə qoruyub saxlamaq olar və bunun üçün yaxşı fürsət yaranmışdır. Nigahaqədərki mərhə- lədə özünü göstərən romantik məhbbət tədricən real məhəbbətə ke- çir. Qarşılıqlı anlaşma və güzəşt, qarşılıqlı iıönnət və məsuliyyət re- al məhəbbətin təməl prinsİpinə çevrilir. Nonnal intim münasibətlər gənclərin ailə həyatına cəlbedici rənglər qatır.

Sevdiyi adamla birgə yaşayan hər bir kəsdə özünə inam, etİ- bar və sədaqətlilik, daha sevimli olmaq, özünü başqasına həsr etmək təlabatı gticlənir. Ailənin təşkili cütlüklərin birgəyaşayışına yol açır, burada məişət qayğıları, ailə öhdəlikləri, xarakterlərin uyuşması, iki “mən”in bir “biz”ə çevrilməsi prosesi başlanır.

Gənc ailənin həyatı bir neçə mərhələdən keçir. Bunların sı- rasmda adaptasivainteqrasiva adlanan mərhələlər xüsusilə önəm- lidir.

Adaptasiya mərhələsində yeni ailə quran gənclər ailə naminə öz mövqelərini, təsəvvür və rəylərini, zövq və təlabatlarım könüllü şəkildə birləşdirməlidir. Buraya qarşılıqlı münasibətlərin üslubu, maddi və məişət problemləri, ailə büdcəsi, mənəvi həyatın, asudə vaxtm və istirahətin birgə təşkili, intim həyat, ilk uşağın doğuşunun gözlənilməsi, valideynlərlə qarşıhqlı münasibətlər, biri-birinin peşə və ictimai fəaliyyətinə, habelə mənəvi dəyərlərə münasibətin forma- laşması daxildir. Ailənin inteqrasiyasında uğurlar ailə quran gənclə- rin ağıllı və düşünülmüş adaptasiyası olmadan qeyri-mümkündür. Adaptasiya dedikdə, ər-arvadın biri-birinə, habelə ailənin ümumi iq- liminə uyğunİaşması, ərlə-arvadt birləşdirəıı ümumi dəyərlərin birgə axtarışı nəzərdə tutulur. İnteqrasiya və adaptasiya qarşıhqlı asılı olan və qarşılıqlı şərtlənmiş, bir-birini tamamlayan sosial-psixoloji və mənəvi proseslərdir. Bu proseslər o halda uğurla nəticələnir ki, gənclərdən hər biri bu proseslərə öz töhfəsini versin, biri-birinə əl uzatsm, biri-birinin hisslərini anlayışla qarşılasın, biıi-birinə dəstək verib həmdəm olsunlar. Eqoistik maraqlar, təzyiq və zorakılıq təza- hürləri, kobudluq, bacarıqsızlıq, pintilik, tənbəllik, moda aludəçiliyi, ailənin real imkanları ilə hesablaşmamaq, şübhəmeyllilik, sosione- qativ vərdişiər, xəyanət və s. ailənin sütunlarında çatlar yaradır. Uzunmüddətli ayrılıq, tez-tez küsüşmə, inciklİk ər-arvad cütlüyünün psixikasına zərbə vurur, mənəvi sağlamlığı zədələyir.

Gənc ailədə sözün əsil mənasında cütlüklərin biri-birinə adap- tasiyası bir sıra şərtlərdən asıiıdır. Buraya düşüncəli səbr və dözüm, başqasının haqlarını tammaqla səmimi hörmət, öz ləyaqətini qoru- maqla yanaşı, başqası üçün fədakarlıq və s. kimi müsbət davranış nümunələri daxildir. Bunlar isə birtərəfli yox, qarşılıqlı olmalıdır. Ailənin möhkəmliyində sevgi əsas şərtdir, lakin bu həm də aysber- ıjin görünən romantik tərəfıdir. Əsil sevgi isə həm də ailə həyatı dövründə onu qoruyub saxlamaqdır.

Adətən, gənc ailədə ərlə arvad arasında ev təsərrüfatınm və məişət həyatının təşkilində problemlər olmur. Gənc ər mağazaya getməyi, mənzili yığışdırmaqda xanımına kömək etməyi və s. kimi işləri görməkdə yardımçı olmağı heç də eyib saymır. Belə ailələrdə qarşılıqlı adaptasiya dövründə konfliktlər nadir hallarda olur.

Burada əsrlər öncə yaranmış müdrik xalq misalını xatırlatmaq yerinə düşərdi.

Oədim dövrlərdə qeyri-adi, təəccüblü bir ailə yaşayırdı. Bu ailə 100 nəfərdən ibarət idi. Bu ailədə söz birliyi, məhəbbət və hör- mət hökmran idi. Bu ailə haqqında söz-söhbət imperatora gəlib çat- mışdı. O, bu ailəyə baş çəkməyə gedir. İmperator heç nəyin şayə ol- madığına gözləri ilə şahid oldu. İmperator ailə başçısından belə əmin-amanlıq, mehribanlıq şəraitində, miınaqişədən, inciklikdən uzaq bir mühitdə yaşamağın sirrini soruşdu. Ailə başçısı vərəq gö- türdü və bu suala cavab yazdı. O, 100 söz yazdı. İmperator cəld ka- ğızı alıb oxudu. Orada 100 dəfə “səbr” sözüyazümışdı”.

Psixoloqlar ən xoşbəxt və mehriban həyat sürən, yaşlı, uşaq tərbiyə edib böyütmüş, öz gümüş toylarım etmiş 5 cütlüyə anket paylamış və ərlə-arvadın sahib olmalı olduqları 8-10 əsas keyfiyyə- tin adını yazmağı xahiş etmişlər. 5 cütlükdən 4-ü digər keyfiyyətlər- lə yanaşı, səbr və güzəştə getmənin adını da qeyd etmişlər. Lakin ailədə insan ləyaqətini alçaldan, qüruru ayaqlar altına salıb əzən hə- rəkətlərə güzəştə getmək olmaz. Cütlüklər qarşılıqlı olaraq biri-bir- lərinin şəxsi ləyaqətinə, mənliyinə aid dəyərlərə hörmətlə yanaşma- lıdırlar.

Bir çox hallarda ailənin həyat ahəngini və rahatlığım pozan səbəb böyüklərin gənc ailədən özləri kimi yaşamalarım, düşünmə- lərini və hərəkət etmələrini israrla tələb etmələridir. Bu tələb və tə- ləbkarlıq yerinə yetirilməyəndə ailənin böhranı, qiyamətli günləri başlayır. Bu təzyiqlər gah oğlanın, gah da qızm valideynləri tərəfin- dən edilir və incikliklər qohumluq əlaqələrinin tellərini qırır, ailənin isti mühitini soyudur. Gənc ailənin həyatına yersiz müdaxilələr is- tər cəhalətdən, istərsə də səmimiyyətdən irəli gəlsin, hər iki halda yaniışlıqdır. Qaynana ağlı və həyat təcrübəsi ilə ömək, ibrətverici olmalı, yeni ailə qurmuş gənclərə, oğluna və gəlininə qarşı səxavəti- ni artırmalıdır. Gəlin-qaynana problemi tarix boyu iki əsas qaynaq- dan yaramb: cəhalət və qısqanclıq. Ailə həyatında gənc xammların qarşılaşdıqları ən ciddi problemlərdən biri “qaynana fobiyası”dır.

Məhz buna görədir ki, gəlin köçən gənc qızların əksəriyyəti bəyin valideynləri ilə birgə yox, ayrıca həyat sürməyə üstünlük ve- rirlər.

Cəmiyyətdə əxlaqi fəzilətə dəyər verən insanlar həmişə öz doğmaları ilə isti və ahəngdar münasibətlərdə olmağa önəm vermiş, bu məsələyə həssaslıqla yanaşmışlar. Əxlaqi fəzilət ədalət, doğru- luq, səmimiyyət, mehribanlıq, həya, uyğunluq, gülərüzlülük, səda- qət və hörmətdən ibarətir. Nəsillərdən-nəsillərə keçərək günümüzə- dək gəlib çatmış bu mənəvi dəyərlər ailə ocağında mehribanhq və xoşbəxtliyin əsasıdır.

Əxlaqi fəzilətlər kontekstində dəyərləndirmədə kin, yalan, böhtan və iftira nifrətə və insani münasibətlərin pozulmasına gətirib çıxarır. Əxlaq, hüquq və din kimi intizam qaydaları “ayıbdır”, “gü- nahdır”, “olmaz” kimi tələblərlə insan azadhğınm hüdudlarmı mü- əyyən edir, müəyyən çərçivədə davranmağı tövsiyə edir. Məşhur rus yazıçısı L.N.Tolstoyun dediyi kimi, sevgi “insan həyatının daxili qanunu və arzu edilən xoşbəxtliyə çatmağın yeganə vasitəsidir”. Sevgi üzərində qurulmuş münasibətlər insanlar arasında bağları, tel- ləri daha da möhkəmləndirir. Allah insanların qəlbinə sevgi, mehr, ülfət hissləri qoymuşdur. Qarşılıqlı münasibətlərin qurulması və in- kişaf etdirilməsinin əsasında ülfət və gözəl ünsiyyət durur. Ülfət gö- zəl əxlaqm, ayrılma və parçalanma isə pis davranışm nəticəsidir. Ai- lə cəmiyyətin təməli, dini, sosial-psixoloji və mənəvi davranışları ehtiva edən təsisatdır. Kiçik cəmiyyət adlandırdığımız ailənin də bö- yük cəmiyyətlər kimi vahid bir idarəçiyə ehtiyacı var. Ailə ilk ədəb- ərkan ocağı, ilk sevgi qaynağı, ilk təmaslarm yuvasıdır. Ailə quru- larkən heç kəs cütlüklərə mane olmamalı, onlarm sərbəst seçimləri- nə hörmətlə yanaşmalıdır. Hüquqda və dinimizdə nikah oğlanla qı- zın başqalarınm təzyiqi və müdaxiləsi olmadan öz iradələri ilə real- laşdıqları davranış nümunəsinin nəticəsidir.

Ər-arvadlıq həya- tından ınəmnunluq qa- dın və kişilərdə fərqli ar- qumentlər əsasında for- malaşır. Bu fərqlər az və ya çox dərəcədə qarşıhq- lı yadlaşma hisslərinin baş qaldırmasına və öz növbəsində tərəflər ara- sında ciddi şəxsiyyətlə- rarası konfliktlərin baş verməsinə, hər iki tərəfdaşın nikahı qiymət- ləndirməsi perspektivinə təsir göstərə bilir. Hər iki cütlüyün ailə hə- yatında ilk uşağın doğulmasından başlamış onun yaş yarımaqədərki inkişaf dövrü qarşılıqlı mtinasibətlərin xaraktercə mürəkkəbləşməsi ilə müşayət olunur. Cütlüklərin valideynlik haqqında təsəvvürləri- nin fərqli olması, birgə həyat şəraitinin qaneedici olmaması, maddi və mənzil təminatı və s. kimi amillər gənc ailələrdə qarşılıqlı müna- sibətlərin xarakterinə təsir göstərən ciddi amillər kimi qiymətləndi- rilə bilər. Burada tərəflərin ər-arvadlıhqla bağlı “reallaşmayan rol gözləmələri”nin də mənfı təsiri böyükdür. Aşağı özünüqiymətlən- dirmə, qadının nikahdan yetərincə razı olmaması və bu fonda baş verən hamiləlik, adətən, onlarda fərdi və şəxsiyyətlərarası diskom- forta səbəb olur. Qadınlarda, adətən, depressiya onların həyatımn ev işləri ilə məhdudlaşdırılması, ailədə iş bölgüsündə qadımn hədsiz yüklənməsi nəticəsində inkişaf etməyə başlayır. Ər-arvadhlıq müna- sibətlərində diskomfort riski tərəflərdən birində uşağın doğulması istəyinin olmaması ilə əlaqədar daha da güclənmiş olur. Valideynli- yə keçidin baş vennəsi gənc ailədə kişi və qadının fərdi baxışların- da, ailə dəyərlərinə mtinasibətindəki fərqlərin daha da kəskin’ləşmə- sinə səbəb olıır. İlk dəfə ata-ana olan valideynlərin müsbət davramş üslubu onlarda müsbət emosiyaların, əməkdaşlıq münasibətlərinin, yaradıcı fəaliyyətə marağın güclənməsinə, mənfi davramşı isə ruh düşkünlüyünə, tənbəlliyə, nəticədə isə konfliktli həyat tərzinin for- ınalaşmasına gətirib çıxarır.





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin