Elmi biliklər üst-üstə yığılarkən bəzən


“Vəhşi” ideya və onun mədəniləşməsi



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə7/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   2   3   4   5   6   7   8   9   10   ...   55

“Vəhşi” ideya və onun mədəniləşməsi 

Elmlə məşğul olmaq, elmi fəaliyyət prosesinə qatılmaq əslində çox 

geniş bir spektrdə xeyli dərəcədə fərqli fəaliyyət formalarını əhatə edir.  

Elm adamlarının çox az bir qismi sözün həqiqi mənasında elmi yara-

dıcılıqla məşğul olur. Böyük əksəriyyət məlum biliklər sferası daxilində 

yerləşdirmə, təsnifat, ümumiləşdirmə və s. bu kimi məntiqi əməliyyatlarla 

kifayətlənir. Çox az qisim alimlər isə yeni ideyanın bu sferaya gətirilməsi 

(daşınması) yükünü üzərinə götürür. Yəni yeni ideya qərarlaşmış elm 

sisteminə – “normal elmin” hüdudlarına haradansa kənardan gəlir. Bəs kə-

nara “ezam” olunmaq və kənardan nə isə fərqli bir ideya daşıyıb gətirmək 

bir proses kimi elmin ənənəvi metodları iləmi həyata keçir? Şübhəsiz ki, 

yox. Bəs kənardan gətirilən ideya elmi normativlərə  nə  dərəcədə uyğun 

olur? O, elmin dilini bilirmi, yoxsa yad ünsür kimi ögey münasibətləmi 

qarşılaşır? Gətirildiyi və düşdüyü yeni mühitin ab-havasını, qaydalarını, 

dəst-xəttini o necə  mənimsəyir? Burada uzlaşma baş tuturmu və ya 

tutmursa, yeni gələn köhnə sistemdən necə xaric edilir?  

Böyük elmi-konseptual sistemlərdə, nəzəriyyələrdə  bəzi boşluqlar 

olur. Nəzəri konfiqurasiyanın daha gözəl olması onun bütövlüyünün təmin 

edilməsi üçün hansı isə ideya ünsürünə ehtiyac vardır. Biz kənardan daxil 

olan sinkretik, qablaşdırılmamış “vəhşi” ideyada bizə lazım olan həmin 

ünsürü axtarırıq. Bunun isə bir yolu budur ki, yeni ideya boşluğa oturdulur 

və sistemin, konfiqurasiyanın reaksiyası gözlənilir. Əgər sistem onu qəbul 

etdisə, yəni nəzəriyyənin başqa elementləri ilə normal əks-əlaqə yarandısa, 

deməli yeni gələn elə biz axtardığımız imiş. Uyğunlaşma getmədisə, demə-

li, hələ axtarış davam etməlidir.  

Praktikada sınaq-səhv metodu olduğu kimi, nəzəriyyənin komplekt-

ləşməsində də həmin metoddan istifadə olunur. Lakin bu, heç də ən uğurlu 

metod deyil. Yəni tədqiqatçı öz axtarışını məhz həmin boşluğa yönəli apar-

maya da bilər. Əksinə, yeni ideyanı əsas götürərək, onun üzərində yeni bir 

konfiqurasiya, yeni sistem qura bilər. Onda nəzəriyyələr arasında rəqabət 

yaranır və hansı  nəzəriyyə daha yaxşı “işləyirsə”, o da həqiqət hesab 

olunur.  

Biz yeni ideyanın gəlişinə  sınaq-səhv metodu mövqeyindən deyil, 

bir qədər fərqli kontekstdə yanaşmaq istərdik. Əvvəla, yeni ideyanın hara-

dan, hansı mühitdən, hansı kontekstdən intixab edildiyinə  nəzər salaq. 


Elm haqqında elm 

 

 



 

92

Elmi problemin, hətta bütövlükdə müəyyən bir elmin xaricinə  çıxarkən, 



yəni tamamilə başqa istiqamətdə düşünərkən, ola bilsin ki, həyatın özündə, 

ola bilsin ki, poeziyanın, fəlsəfi təlimlərin və ya başqa elmlərin tərkibində 

çoxdan yerləşmiş, hətta 100 il, 1000 il qabaq bəlli olan bir ideya ilə tanış 

olaq. Amma bu ideyanın məhz hansı isə elmdə, hansı isə problemlə bağlı 

axtarışda olduğunu biz sanki birdən dərk edirik. Məhz buna işıqlanma de-

yilir. Çünki biz ideyanı “əlimizdə tutub”, daha doğrusu, fikrimizdə dolaş-

dırıb yenə də tanımırıq, onun məhz axtardığımız, axtarışda olan ideya ol-

duğunu unaya bilmirik. Yüz dəfə yanından keçdiyimiz, yüz dəfə başına 

dolandığımız həmin ideyaya birdən yeni bir nəzərlə baxanda onun əvvəl 

gizli qalan rakursu üzə çıxır. Və biz axtardığımızı sanki indi tapmış oluruq. 

Amma hələ nə qədər ki, bu tapılmış ideya tam açıqlanmayıb və elmi prob-

lematikanın kontekstinə salınmayıb, o, bir kəşf olaraq qəbul edilə bilməz.        

 

 


Bilik – Elm – Bilik 

 

 

 

93



 

 

 

 

 

İnam, şübhə və idrak 

 

 

Şübhə  mənə heç də bilikdən 

az həzz vermir. 

Dante

 

 

İnsan idrakının hüdudları xaricində sonsuz bir məkan var.  



Əgər insan öz şəxsi həyatını və onu əhatə edən lokal mühiti sonsuz-

luğun ayrıla bilməyən bir parçası kimi təsəvvür edirsə, yaxud, başqa sözlə 

desək, konkret həyat hadisələrinə  əbədiyyət və sonsuzluq zirvəsindən ba-

xırsa, burada hissi idrak və  məntiqi təfəkkür acizdir. Yəni insan normal 

elmi düşüncənin hüdudlarından kənara çıxır.  

Həmişə olduğu kimi, yenə  də iki qütb. Ya fəhm, ya təhlil. Ya içə-

ridəki işığın kölgəsində qalmaq, ya işıqsız işləmək. ... 

Əgər insan öz şəxsi həyatını və onu əhatə edən lokal mühiti sonsuz-

luğun bir parçası kimi təsəvvür edirsə, yaxud, başqa sözlə desək, konkret 

həyat hadisələrinə  əbədiyyət və sonsuzluq kontekstində baxırsa, burada 

hissi idrak və məntiqi təfəkkür acizdir. Çünki bu halda insan normal elmi 

düşüncənin hüdudlarından kənara çıxır.  

Empirik elmi tədqiqatlar adətən dünyanın, təbiətin, mühitin bütöv 

halda öyrənilməsinə deyil, lokal maddi mühitin mücərrəd bir modelinə 

yönəlmiş olur. Əlbəttə, hissi təcrübənin obyekti ilk baxışda bütöv bir hadi-

sədir, amma biz orada nəyi isə məqsədyönlü surətdə müşahidə edir, hətta 

ölçürüksə, deməli, nələrdənsə imtina edərək, diqqəti ancaq müəyyən bir 

cəhətə, münasibətə yönəldirik. Əslində ən kiçik hadisə belə, heç vaxt bü-

tövlükdə  və tamamilə öyrənilə bilməz. Lakin insan hansı isə konkret bir 

münasibəti aşkar edirsə, cisim və ya hadisə haqqında (əslində onun lokal, 

sonlu modeli haqqında) nə isə bilirsə, ona elə gəlir ki, həmin cisim və ya 

hadisəni dərk etmişdir. Və kimə isə elə gəlir ki, bu, həqiqətin son instan-

siyasıdır. Bildiyini mütləqləşdirmək, bilmədiklərinə göz yummaq insan 


Elm haqqında elm 

 

 



 

94

üçün ənənəvi yaxınlaşma “metodudur”. Konfutsi deyir ki, ən mühüm bilik 



insanın nəyi bildiyini, nəyi bilmədiyini bilməsidir. Təəssüf ki, biz çox vaxt 

bilmədiklərimizi tamamilə unudur, görməzliyə vururuq. Sokratın məşhur 

“bircə onu bilirəm ki, heç nə bilmirəm” kəlamı sanki ancaq gəlişigözəl söz 

kimi, keçmişdə qalmış və müasir dövrün “bilik dağarcıqlarına” aid olma-

yan bir fikir kimi qəbul edilir. Halbuki, təkcə bir insan ömrü ərzində yox, 

bütün bəşəriyyətin neçə min illər ərzində öyrəndikləri və bildikləri də bil-

mədikləri müqabilində çox kiçikdir. Dərk olunmuş, yaxşı ölçülüb-biçilmiş 

(o da ancaq nisbi mənada) addımların  əhatəsi olduqca məhdud bir dairə 

daxilindədir. Bütün yerdə qalan dünya, sirli-sehrli olaraq qalır. Bütün bö-

yük sonsuz hadisələr çoxluğu və onların mürəkkəb, labirintli səbəbiyyət 

zəncirləri – çox mürəkkəb bir şəbəkə təşkil edir: insan idrakı bunların heç 

milyondan bir faizini də mənimsəməmişdir. Lakin bilmədiklərimiz bizə öz 

həyatımızı qurmaqda mane olmur; sanki onlar həqiqətən yox imiş. “Sağ-

lam şüur” və məntiq çərçivəsindəki sonlu “dünya”nın dünyalaşması və hə-

qiqi böyük dünyanın, tükənməzliyin, sonsuzluğun yoxlaşması prosesi ge-

dir! Hissə və tam “varlıq” və “yoxluq” kimi görünür; hissələr tamı görün-

məz edir. Tamın, bütövün görünməzliyi! Nizamın, qaydanın sonsuzluqda 

itməsi!  İdrak xaricində olanın üstəlik inam da olmayanda qaranlıqda qal-

ması, pərdələnməsi! Və bir də inam işığı! Bu işıq dərk olunanın sərhəd-

lərini genişləndirir.  

Əslində inamsız görünən imansızın bütün inam potensialı hissi 

təcrübə və praktik əql bölgəsində, dərk olunan, rasionallaşmış lokal dünya 

(psevdodünya, fani dünya) miqyasında toplanmış, konsentrasiya olunmuş-

dur və bu üzdən də  həqiqi dünyaya, böyük dünyaya, tükənməz, sonsuz, 

əbədi dünyaya işıq sala bilmir, özünü ilahi inam kimi ifadə edə bilmir.   

İnsan dünyanı dərk etmək iddiasındadır, halbuki ən kiçik bir hadisə 

haqqında da bildikləri dəryada bir damladır. Deməli, idrak prosesində kor-

təbii inam həlledici rol oynayır. Sanki insan özünü aldatmasa, gələcək ax-

tarışlar üçün ruh yüksəkliyi əldə edə bilməz. 

Əslində inam və idrak iki qütbdür ki, biri digərsiz yarımçıq olar. 

Amma bu qütblər eyni tərtibli deyil. Bu münasibət iki zirvə və ya iki dərya 

arasında yox, damla ilə dərya arasındakı münasibəti xatırladır. Üstəlik lo-

kal olanın dərki də inam sayəsində mümkün olur. Sonsuzluq isə idrak xari-

cində olduğundan ancaq inamın ixtiyarına verilir, yəni insan onu mənim-

səyə bilməsə  də, özünü onun öhdəsinə buraxır. Müxtəlif xalqlarda və 


Bilik – Elm – Bilik 

 

 

 

95



müxtəlif zamanlarda mühitin, arealın inam və idrak arasında bölüşdürül-

məsi müxtəlif nisbətlərdə olmuşdur. Birinin mütləqləşdirilməsi və digə-

rinin sıxışdırılması, çəpərlənməsi, hətta ümumiyyətlə  nəzərdən atılması 

xalqları ya mənəvi, ya da pozitiv-rasional inkişafdan geri qoymuşdur.  

İki ifrat qütb arasında insanların əksəriyyətinin, “normal insanların” 

qərar tutduğu ictimai mühit, cəmiyyət, dövlət yerləşir. Bu cəmiyyət adam-

larını Aristotel “ictimai canlı” adlandırır. Onun fikrinə görə, cəmiyyətdən 

kənarda ancaq ya zəif və mənəvi cəhətdən naqis olanlar, ya da çox güclü – 

fövqəlinsan olanlar qala bilərlər. Bu iki qütbün biri heyvanlığa, o biri ilahi-

liyə yönəlidir.

9

1

 Platon da insanın  əməli vərdişlərə  və ilkin biliklərə yiyə-



lənməsini, nitq və idrak qabiliyyəti əldə etməsini  ədalət və inam hissi ilə 

əlaqələndirir. Onun fikrinə görə, insanı heyvandan fərqləndirən bütün vər-

diş və qabiliyyətlərin, bütün əməli biliklərin təməlində dini hiss və Allaha 

inam dayanır. O yazır ki, müxtəlif sənətlərə insanların ayrı-ayrı qrupları yi-

yələnsə  də, həqiqət və  həya hissi bütün insanlarda olmalıdır; bunsuz cə-

miyyət mövcud ola bilməz.

9

2

 Beləliklə, insanı heyvandan fərqləndirən, 



bütün canlıların  əşrəfi edən, bir tərəfdən bilik və nitq, digər tərəfdən isə, 

mütləq inam və universal haqq-ədalət hissidir.   

Əmin ər-Reyhani bu iki qütb haqqında yazır: “Zəif və sıxışdırılmış 

xalqlar əsas etibarilə spiritual olurlar; güclü xalqlar isə materialist mövqe-

yə sahib olurlar. Birincilər, dini ideallara ümid bəsləyərək müəyyən ruhi 

yüksəkliklərdə uçur, hal-hazırda və daima öz süstlük və tənbəlliyinə bəraət 

qazandırmaq üçün görücü insan yaradırlar; o birilər isə maddi şeylər axta-

rır, öz xəzinələri üçün yer kürəsinin dərinliklərini oyur və dinamik gücləri 

keçilməz sterilliyə çatana və gözlənilməz, dəhşətli bir reaksiyada partlaya-

na qədər enməyə davam edirlər”.

9

3

 Birincilər real həyatın təməlindən ayrıl-



mağı, səmaya yüksəlməyi həyat tərzinə çevirməyə çalışır, ikincilər yerin 

dərinliyinə enməklə  də qalmır, bu dərinlikdə möhkəmlənməyə çalışırlar. 

Halbuki, hər bir insanın yer həyatı  və  səma həyatı, praktik fəaliyyəti və 

mistik təcrübəsi bir-birini sıxışdırıb çıxarmamalı, bir-birini tamamlama-

lıdır.  Əmin  ər-Reyhani bu iki ifrat halı belə müqayisə edir: “İnkişafı 

                                                 

1

 Аристотель. Политика // Сочинения в 4-х томах. Т. 4. М., Мысль, 1984, c. 378-379. 



2

 Платон. Протагор // Диалоги. Книга первая, М., Эксмо, 2007, c. 204. 

3

 Ameen F. Rihani. The path of Vision. Platform İnternational, Washington, D.C., 2008, 



c. 9. 

Elm haqqında elm 

 

 



 

96

əngəlləyən meyl hər ikisində eyni dərəcədə güclüdür. Lakin qəlbsiz bir 



xalq asket xalqdan daha gülünc və daha qorxuncdur”.

1

1



 

Bəli, idrak da inam qədər vacibdir; dinin öz yeri, elmin öz yeri var. 

Lakin hərəsi öz yerində olanda. Birinin mütləqləşdirilməsi ancaq ziyan ve-

rir. Hər cür ehkamçılıq kimi, mütləq materializm də, mütləq idealizm də 

birtərəfliliyə  gətirib çıxarır ki, bu da mənəvi deqradasiyanın başlanğıcı 

olur.  


Baxmayaraq ki, elm özü də ruhi-intellektual bir əsasa malikdir, lakin 

ictimailəşdikdən sonra cəmiyyətin maddi bazisinə daxil olur. Xalis ruh ha-

disəsi olan dini hiss isə ictimailəşərkən sanki öz əksliyinə çevrilir, cəmiy-

yətin mənəvi həyatında və bütövlükdə ictimai tərəqqidə ləngidici qüvvəyə 

çevrilir.  

Ruh və  nəfs dünyası, insanın daxili aləmi, mənəvi həyatı çox vaxt 

müqəddəslik duyğusunun, dini hissin yerini tutmuş, zəbt etmiş olan dini 

institutlarla (məsələn, kilsə) əlaqələndirilir. Lakin əslində belədirmi? Əmin 

ər-Reyhani bu məsələni belə qoyur: “Sual ortaya çıxır ki, görəsən bizim 

ruhi istəklərimiz yalnızca Məsihə  və ya Ana Kilsəyə dönməkləmi həyata 

keçir? Onlar (ruhi istəklərimiz) möhkəm elmi əsasa malik olmalıdırmı? 

Onlar həqiqətənmi yalnız Şərqdən gəlib? Ya da zəruri olaraq mistisizmin 

və okkultizmin gizli mənbələrindənmi törəyib?”.

1

2



 O, dini mərasimçiliyə və 

mövhumata qarşı  çıxır. Lakin digər tərəfdən də, maddiləşmiş, cansızlaş-

mış, qanadları qırılmış bir həyatı qəbul edə bilmir.  Əmin ər-Reyhani yazır: 

“Umapati “Qəlbin aydınlanması” fəslində “bədən qəlblə vəhdətdə yaşayır; 

demək ki, cisimləşmiş  qəlb xalis düşüncə ilə  vəhdətdə yaşayır”, – deyir. 

Bu spirituallığın ən yüksək və ən gözəl formasıdır. Bu ilahi əsasa yalnızca 

bəsirət yolunu sədaqətlə izləyənlər, göz və qəlb arasındakı qaranlığı körpü 

ilə birləşdirən, işığı axtaranlar nail ola bilərlər. Zira, bu işıqsız heç bir şey 

görmək mümkün deyil. Lakin bütün qarşında olanlarda mövcud olan və 

adi spirituallıq adlandıra biləcəyimiz  şey də var. İçimizdəki işığı  kəşf et-

mək üçün dövrlərin praktiki ruhuna güzəştə getməkdən qorxmamalıyıq”.

 

1



3

 

Praktik məsələləri, yer işlərini ancaq sezgi ilə, fəhmlə görmək müm-



kün deyil. Burada praktik ağıl daha gərəklidir. Amma təbii ki, fəhmin də 

öz yeri var. Daha doğrusu, hər işi sadəcə məntiqlə, hesablama ilə görmək 

                                                 

1

 Yenə orada. 



2

 Yenə orada, s. 10. 

3

 Yenə orada, s. 12. 



Bilik – Elm – Bilik 

 

 

 

97



mümkün deyil. Qəlb burada da rasional düşüncənin köməyinə gəlir. Əslin-

də bizim “qəlb” dediyimiz – qeyri-şüurinin iştirakına işarədir. Fəhm insa-

nın yaşadığı həyat dövründə toplanmış, hissi və ruhi təcrübənin aşkarlan-

mamış bazasının rasionallaşdırmadan, elə qeyri-şüuri haldaca istifadə 

olunmasıdır. Lakin praktik fəaliyyətdə  məntiq, təhlil və  fəhmlə yanaşı, 

başqa bir ruhi amil də iştirak edə bilər: bu – şövqdür, həvəsdir. İnsan bir işi 

həvəssiz və ya həvəslə görə bilər. Həvəs işə əlavə işıq salır. Həvəs və il-

ham olduqda insan gördüyü işdən həzz alır və bu, insana əlavə energetik 

impuls verir. Yeknəsəq işdən fərqli olaraq yaradıcı komponent ortaya çıxır 

və təkmilləşmə, inkişaf üçün əsas yaranır. İlham faktoru olmasa, insan öz 

ənənəvi, normal vəziyyətindən daha yüksək energetik səviyyəyə qalxmasa, 

yaradıcılıq da olmaz, yenilik də.   

İnsan heç də  həmişə eyni bir halda ola bilməz. Yəni cismani var-

lığını unutmaq və ümumiyyətlə bu fani dünyanın fövqünə qalxmaq xüsusi 

psixoloji hazırlıq tələb edir. Hətta ən kamil sufilər belə  heç də bütün ömrü 

boyu vəcd məqamında olmurlar, ola da bilməzlər. Hansı yüksəkliklərə 

qalxsalar da, gec-tez öz bədənləri və cismani ehtiyacları çərçivəsinə qayıt-

maq məcburiyyətindədirlər. Düzdür, bir dəfə uca səmaları seyr edən, öz 

qəlbinin dərinliklərinə enən, sonsuzluğa qatılan insan üçün adi normal in-

sani həyat az qala bir əskiklikdir və sufi öz normal vəziyyətindən utandığı-

na görə, öz təlimində onu heç yada salmır. Digər tərəfdən, onlar təkcə öz-

ləri üçün deyil, başqaları üçün də yaşamalı olduqlarını unudublar. Başqala-

rı, yəni ömründə heç bircə dəfə də uca səmaya, Haqqın dərgahına yüksəl-

məmiş normal insanlar isə öz adi həyatlarını imanlı bir insan, bir müsəl-

man kimi yaşamaq istəyirlərsə, onlara düzgün yolu kim göstərməlidir? Be-

lə hallarda bələdçilik fiqhin, şəriətin üzərinə düşür. Yəni Haqq yolu göstə-

rənlər özləri də iki yerə ayrılırlar. Birincisi, ancaq seçilmiş insanlar üçün 

olan, ruhani işıqlanma yolunun təbliğatçıları və ikincisi, insanlara qəlbində 

sevgi və işıq olmadan, müəyyən şəriət qaydaları çərçivəsində yaşamağı öy-

rədən fəqihlər, şəriətçilər. Birinci yol insanın Allahla bilavasitə rabitəsini, 

ikinci yol isə vasitəli rabitəsini nəzərdə tutur. Çünki Qurana şərh vermək, 

hədisləri mənimsəmək və şəriəti gözəl bilmək hamıya müyəssər olmadığı-

na görə, ilahiyyatçılara, qazilərə, fəqihlərə və s.-lərə ehtiyac yaranır.  

Xristianlıqda da (orta əsrlərdə) buna bənzər vəziyyət var idi. Düz-

dür, burada əsasən ikinci yol, yəni müəyyən həyat tərzinin, yaşam qaydala-

rının kilsə tərəfindən işlənib hazırlanmış və ehkama çevrilmiş meyarlar sis-



Elm haqqında elm 

 

 



 

98

teminin təbliği və  təlqini, hətta icbari tətbiqi qərarlaşmışdı. Lakin burada 



insanları kilsəyə möhtac eləyən digər bir səbəb də vardı. Bibliyada tövsiyə 

olunan həyat tərzi mükəmməl şəriət sistemi səviyyəsində olmadığından, bu 

funksiyanı kilsə öz üzərinə götürmüşdü. Yəni İsaya tanrılıq keyfiyyəti ba-

ğışlanmaqla  əvəzində onun peyğəmbərlik missiyasını, haqqını  mənimsə-

mişdir.  

Berqson təlimində intuisiya heç də idrakın fövqündə olan bir şey de-

yil. İnsan heç də həmişə ancaq yaradıcılıq məqamında ola bilməz. Normal 

insanın normal təfəkkürü olmalıdır.  İnsan Allahın ona bəxş etdiyi xalis 

əqllə yanaşı, praktik əqlindən də istifadə etməlidir. Əmin ər-Reyhani yazır: 

“Bir vaxtlar biz dua edərdik, indi isə filosofluq edirik. Bir vaxtlar biz yax-

şıydıq, çünki gələcəkdəki mükafata (cənnətə) inanır və ya yenə gələcəkdə-

ki cəzadan (cəhənnəmdən) qorxurduq. Lakin indi biz nə birincisinə inanır, 

nə  də ikincisindən qorxuruq və çox nadir hallarda xeyirxahlığın tez-tez 

səbəb olduğu şeylər uğrunda fədakarlıq etməyə meylli oluruq. Yaxşını və 

həqiqəti  əldə etmək istəyimizdə – mən belə bir istəyin varlığını  və  hətta 

səmimiliyini inkar edə bilmərəm – tez-tez ən kiçik müqavimət (kursiv mə-

nimdir – S.X.) xəttini seçirik. Biz praktiki olmaq və dünyəvi nemətlərə sa-

hib olmaq məcburiyyətindəyik”.

 

1

1



 

Cənnətə və cəhənnəmə inanmaq hesabına əməlisaleh olmaq bir şey-

dir, öz gələcək sonsuz həyatının həqiqət və gözəllik prinsiplərinə uyğunlu-

ğuna əmin olmaq üçün elə bu dünyada ikən həmin prinsiplər əsasında ya-

şamaq başqa bir şeydir. Yəni əslində “o dünya”nın insanın gerçək mənəvi 

həyatının ekstrapolyasiyası kimi başa düşülməsi təklif olunur. “Bu dünya” 

ilə “o dünya” arasında haqq-ədalət, ləyaqət və gözəllik körpüsü atmaq olar, 

amma “o dünya”nın başqa bir əlaməti də onun zaman-məkan xaricində 

olması, sonsuzluğudur. Bax, həmin bu sonsuzluğa qatılmaq hissiyyatını bu 

dünyada ikən yaşamaq inamın ikiqat transformasiyasını tələb edir.  

Yetkin olmayan insan bu sonsuzluğu sadəcə olaraq duymur,  öz 

məhdud dünyasında öz qafil həyatını yaşayır  və özünü hər şeyə qadir kimi 

hiss edir, özündən müştəbeh olur. Belə insanların sonsuz, böyük dünyaya, 

ruhani həyata çıxışları yoxdur. 

Fani dünyanın illüziyasını  dəf edərək  əbədiyyətə  və sonsuzluğa 

qatılmağın iki fərqli yolu var.   

                                                 

1

 Yenə orada, s. 11. 



Bilik – Elm – Bilik 

 

 

 

99



Birincisi, insan bu sonsuzluq müqabilində özünü bir heç timsalında 

hiss edir və dünyanın dərk olunmasına, öz şəxsi təcrübəsi və ağlı ilə nəyə 

isə nail olmağa çalışmaqla yanaşı, özünü fövqəltəbii qüvvələrin, ən yaxşı 

halda, ilahi inamın ixtiyarına buraxır. Bu halda oriyentasiya üçün həmin 

fövqəltəbii qüvvələrlə rabitəyə girmək, mistik metodlardan istifadə etmək 

lazım gəlir. Mifik təfəkkür və dini təsəvvürlər də bu təməl üzərində 

formalaşır. Din insanı itməyə qoymur. Sonsuzluğun girdabına düşmüş 

insan harada isə uzaqlarda bir işıq görür və üzünü həmin səmtə çevirir.  



İkincisi, dini hissdən, dünyanın ümumi ahəngindən, vəhdət ideya-

sından çıxış etmək və sonsuzluqda sonlunu axtarmaq və sonlunun dərki 

üçün qeyri-rasional yolla gələn məlumatlara, bilgilərə istinad etmək. Bu 

yol elmin “normal elm”dən fərqli, daha yüksək elmi yaradıcılıq sferasına 

aparır. Əsasən din üçün səciyyəvi olan, daha doğrusu, öncə dini kontekstdə 

rast gəlinən ilham, vəcd, “vəhy” hadisələrinin elmi-fəlsəfi yaradıcılıq üçün 

də səciyyəvi olduğu aşkara çıxır.  

Lakin elm adamları ənənəvi, “normal” tədqiqat metodlarından fərqli 

yolla alınan, mənbəyi bilinməyən bilgiləri hələ ki, bir növ təsadüf kimi də-

yərləndirirlər. Yəni nə vaxt ilham pərisinin gələcəyi, nə vaxt intuisiyanın 

işə düşəcəyi, nə vaxt hansı isə qaranlığın işıqlanacağı öncədən bəlli deyil. 

Bunlar ağla sığmayan, idrakın məntiqi gedişatından, «sağlam düşüncədən» 

doğmayan, «qeybdən pay», yaxud ilahi vergi kimi gözlənilmədən peyda 

olan «əlavələrdir». Amma ikinci növ düşünürlərin (şairlərin, filosofların, 

ilahiyyatçıların) mövqeyinə görə, insan həqiqi bilikləri planlı şəkildə, ölçü-

lüb-biçilmiş və proqnozlaşdırılmış halda deyil, məhz ruhun xoş məqamın-

da bir daxili mənəvi yüksəlişin, bir ruhi işıqlanmanın nəticəsi kimi, məhz 

ilahi vergi kimi alır, başqa cür alınmış biliklər isə naqis, qüsurlu, birtərəfli 

hesab olunur.  

Rasional düşüncənin hüdudlarından kənara çıxan yüksək yaradıcılıq 

sferasında inam, daxildən gələn səs, bəsirət gözü həlledici rol oynadığı hal-

da, “normal elm” hissi və rasional idraka əsaslanır ki, burada da hissi təc-

rübədən gələn biliklər tam əminlik yaratmadığından, müxtəlif metodlarla 

təkrar-təkrar yoxlanılır. Və nə qədər yoxlansa da, həmişə şübhə üçün yer 

qalır. Bu – birinci  inamsızlıqdır. Bu baxımdan, elmi biliklərin səhihliyi 

təkcə təcrübə ilə yox, həm də inam və şübhənin dialektikası kontekstində 

üzə çıxır.  


Elm haqqında elm 

 

 



 

100


İkinci inamsızlıq rasional düşüncənin məhsulu olan biliklərin həqi-

qətə adekvatlığı məsələsində ortaya çıxır. Düşüncənin özü, onun istinad et-

diyi metodlar, formal məntiq, “sağlam şüur” şübhə doğurmur. Burada şüb-

hə – əldə olunmuş biliyin məhz həqiqətin son instansiyası olmasına 

yönəlidir. Birinci inamsızlıq isə total səciyyə daşıyır. Yəni mənşəyi, gene-

zisi aydın şəkildə bəlli olmayan bilik, hətta həqiqətə nə qədər bənzəsə də, 

bütövlükdə və tamamilə inkar olunur. Biliyin hansı yolla əldə olunması, is-

tifadə olunan idrak metodları qaranlıq qaldığından, nəticə  də bütövlükdə 

şübhə altına alınır. Amma bu şübhədən qurtulmaq mümkün olsa, biliyin 

həqiqiliyinə şübhə qalmır, çünki o, ardıcıl yaxınlaşma və ya hissi təcrübə-

nin nəticəsi olmayıb, təkcələrin ümumiləşdirilməsindən alınmayıb, məhz 

hazır bilik kimi, ümumi kimi meydana gəlir. Bunu həqiqət olaraq qəbul edə 

bilmək üçün insanda ümumiyyətlə daxili bir inam hissi olmalıdır: dini və 

ya qeyri-dini!  

İnam insanın mənəvi aləminin strukturunda ən önəmli komponent-

lərdən biridir. «İnam» dedikdə, çox vaxt dini inam nəzərdə tutulur. Lakin 

əslində inanmağın çox müxtəlif aspektləri və dərəcələri vardır.  

İnsanın dünya ilə münasibətlərinin qnoseoloji, aksioloji və praktik 

istiqamətlərinə uyğun olaraq üç müxtəlif inam formasından bəhs etmək 

olar. Birincisi, insan öz idrakının nəticəsi olan biliklərin həqiqiliyinə inanır 

və ya inanmır, şübhə edir. İkincisi, nəyin isə yaxşı, savab olduğuna və ək-

sinə, nəyin isə pis, günah olduğuna inanır. Və nəhayət, insan görəcəyi bir 

işin öhdəsindən gələ biləcəyinə və onun müsbət nəticəsinə, faydasına əmin 

olur, inanır və ya gördüyü işə şübhə ilə yanaşır. Digər tərəfdən, tərəf-mü-

qabilin və ya bir başqasının da hər üç istiqamətdə qabiliyyətlərinə inanmaq 

olar.  


Birinci halda insan özü subyektdir; bu zaman iradə və inam üst-üstə 

düşür. İkinci halda inanan biri, subyekt isə başqasıdır, yəni iradi akt baş-

qasına məxsusdur.  

İnsanın özünə inamı və başqasına, özündən kənar bir qüvvəyə inamı 

fərqli təbiətə və mənşəyə malikdir. İnsan özü subyekt olaraq çıxış edərkən 

söhbət onun özünə, öz idraki qabiliyyətinə, zövqünə, qiymətləndirmə səriş-

təsinə və nəhayət, öz əməli fəaliyyətinin motivləri və vasitələrinə inamın-

dan gedir.  



 Əlbəttə, inam geniş anlayışdır; dinə inam və mütləqə inam digər 

inam formalarından fərqləndirilməlidir. Əslində ən geniş yayılmış inam – 



Bilik – Elm – Bilik 

 

 

 

101



 

rasionallığa olan inamdır. Bu mənada rasionalizmin özünü, yəni məntiqin 

mütləqləşdirilməsini də  məntiqə  pərəstiş kimi, bir inam forması kimi gö-

türmək olar. Biz məntiqin prinsiplərini qəbul edirik. Niyə, nəyə görə bunu 

hamı dinməz-söyləməz qəbul edir? Bu nədir?  Əslində bu da inamdır... 

Həm də elə bir inam ki, heç müzakirəsinə ehtiyac duyulmur. 

Əvvəla, hissi təcrübədən alınan biliklərə sadəlövh realizm səviyyə-

sində bir inam var. İkincisi, bu yolla alınmış empirik biliklərin məntiqi təh-

lili və ümumiləşdirməsi sayəsində əldə edilən nəzəri müddəaların həqiqili-

yinə də bir daxili inam var ki, bu da əslində məntiqə olan inamdır. Bu, ra-

sional idrakı müşayiət edən bir inamdır. Bu yerdə – dini hissə münasibət 

kontekstində Con Lokkun əqlə üstünlük verən rasionalist konsepsiyası ya-

da düşür. O dini inama qarşı çıxmasa da, əqli və biliyi inamdan üstün tutur: 

«İnam heç vaxt bizi biliklərimizə zidd olan bir şeyə əmin edə bilməz».

1

1

 



Amma ümumiyyətlə insan idrakının hər iki pilləsində (hissi və rasi-

onal) qeyri-aşkar şəkildə iştirak edən inam özü də dövrün ümumi ab-hava-

sına, prioritet ümumi düşüncə üslubuna uyğun surətdə dəyişir. Kun termi-

nologiyası ilə desək, inam da paradiqmaya daxil olur və o dəyişiləndə, 

inam da dəyişir. Qaliley-Nyuton mexanikası üzərində köklənmiş bir dün-

yagörüşü həmin bu paradiqma çərçivəsində fəaliyyət göstərən bütün idraki 

prosedurların həqiqiliyini qəbul edir. Amma bu paradiqmanın yetişdirdiyi 

“normal elm adamının” Eynşteynin nisbilik nəzəriyyəsinə  və ona əsasla-

nan bütün sonrakı elmi prosedurlara inanmağı gəlmir. Ənənəvi düşüncədən 

kənara çıxan, fikirdə köklü, inqilabi dəyişiklik tələb edən nə varsa, hamısı 

şübhə ilə qarşılanır. Ta o vaxta qədər ki, bu yeni nəzəriyyə özünü təsdiq 

edir və ya başqa sözlə desək, özünə inam yaradır. Təsadüfi deyil ki, İ.La-

katos bu cür dəyişikliyi dini inamın dəyişilməsi ilə müqayisə edir.

1

2



 Daha 

doğrusu, Lakatos burada Kunun mövqeyini ifadə edir. K.Popper təliminin 

Kun tərəfindən tənqid olunan “sadəlövh falsifikasionizm”dən fərqli olaraq, 

başqa bir cəhəti – məhz elmi inqilablara biliyin inkişafında rasional 

rekonstruksiya kimi baxmaq təşəbbüsü isə müsbət qiymətləndirilir.

1

3



        

İnsan bildiyinəmi, yoxsa bilmədiyinəmi daha çox inanar? Əslində 

                                                 

1

Дж  Локк.  Избранные  философские  произведения.  В 2 –х  томах,  т.1,  М., 1960, 

с.671. 

2

 И.Лакатос. Наука: разум или вера? // Кун Т. Структура научных революций. М., 



АСТ, 2001, c. 275. 

3

 Yenə orada. 



Elm haqqında elm 

 

 



 

102


insan nəyi isə bilik kimi qəbul edirsə, deməli, ona inanır. Yəni onun doğru-

luğuna inanır. U.Ceyms yazır: «Praktik nöqteyi-nəzərdən bizim dərk olun-

maz obyektlərin mövcudluğuna inamımız bu obyektlər bizim idrakımız 

üçün əlçatan olsa idi, onlar haqqında biliklərimizə tam ekvivalentdir».

1

1

 Di-



gər amerikan filosofu C.Santayananın fikrinə görə, ümumiyyətlə heç bir 

obyekt haqqında bilik həqiqi ola bilməz. O da Platon kimi hissi təcrübədən 

alınan bilikləri rəy adlandırır və belə hesab edir ki, o, ancaq insanın inamı 

(belief) sayəsində bilik kimi dəyərləndirilir.  İnam güclü olanda, bilik 

ehkama çevrilir.

1

2



 Təsadüfi deyildi ki, C.Santayana hər hansı bir biliyi nisbi 

hesab edir və onu ehkamlaşdırılmasını «heyvani inam» adlandırır. 

Söhbət nisbi biliyin nə  dərəcədə  həqiqətə uyğun olmasından gedir. 

Axı, bilik şübhə ilə əkizdir. Hüseyn Cavid nahaq demirdi ki, “mərifət nuru 

şübhədən parlar”.

1

3



 Yaxud Dante deyir: “Şübhə  mənə heç də bilikdən az 

həzz vermir”. Öyrənmək, bilmək, dərk etmək yolu ilə mütləq həqiqətə çat-

maq mümkün deyil. Nəyi isə öyrəndikcə problemlər azalmır, əksinə, artır, 

yeni suallar ortaya çıxır. Amma öyrənməyə  cəhd etməsən, araşdırmasan, 

sual da çıxmır, şübhə də yaranmır. Təsadüfi deyil ki, “düşünürəmsə, demə-

li, varam”, – deyən Dekartdan neçə  əsr  əvvəl Avqustin “şübhələnirəmsə, 

deməli, varam”, – deyirdi.

1

4



  

Əslində elmi skeptisizm həqiqətə çatmağın mühüm şərtlərindən, va-

sitələrindən biridir. Təsadüfi deyildir ki, K.Popper hər hansı bir müddəanın 

təkzib olunma imkanını elmiliyin mühüm şərtlərindən biri kimi irəli sürür-

dü.

1

5



 İ.Lakatosun da vurğuladığı kimi, biliyin intellekt vasitəsi ilə əsaslan-

dırılması  həmişə sual altında olmuşdur.

1

6

  Hələ  qədim yunan fəlsəfəsində 



skeptisizm artıq bir metodoloji prinsip kimi formalaşmışdı.  

Bəli, şübhəçilik elmi idrakın zəruri komponentlərindən biridir. Lakin 

idrak xaricində, nəyi isə dərk etməyə heç cəhd belə göstərmədən ona inan-

maq və ya inamsızlıq göstərmək tamamilə başqa bir şeydir. Biz burada el-

mi skeptisizmdən deyil, mənəviyyat müstəvisində inamsızlıqdan danışırıq.  

                                                 

1

 У.Джеймс. Многообразие религиозного опыта. М., 1993, c. 51. 



2

 Д.Сантаяна. Скептицизм и животная вера. СПб., 2001, c. 7. 

3

 Hüseyn Cavid. İblis // Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004. 



4

 ААвгустин. Исповедь. Москва: Канон+, 1997, с. 320. 

5

 K.Поппер. Логика и рост научного знания. Избранные работы. М., 1983, c. 379. 



6

 И.Лакатос. Наука: разум или вера? c. 273. 



Bilik – Elm – Bilik 

 

 

 

103



 

 Bunun elmi inama, skeptisizmə heç bir aidiyyəti yoxdur. Bu, əqlin, 

başın deyil, qəlbin hökmü ilə inamdır.  İntuitiv inamdır. Bu inam iki əks 

qütb olan «kortəbii inam» və «mütləq inam» arasında çox müxtəlif dərəcə-

lərdə ola bilər.  

Ateistlər dini inamın rasional düşüncədən, elmi idrakdan qidalanma-

dığını, məntiqi dəlillərlə əsaslandırılmadığını rəhbər tutaraq, onu kortəbii, 

«qeyri-elmi» hesab edirlər. (Görünür, bunun nəticəsidir ki, orta əsr sxolas-

tikası Allahın varlığını məntiqi yolla isbat etməyə çalışırdı. Buna biz həm 

müsəlman filosoflarının, əl-Qəzalinin timsalında, həm də xristanlığın ideo-

loqları sayılan Foma Akvinskinin, N.Kuzanskinin və s. simasında rast gəli-

rik. Amma unudurlar ki, məntiq özündən daha yüksək olanı isbata yetirə 

bilməz). Lakin idrakdan kənarda olmaq hələ ondan aşağı bir səviyyəyə də-

lalət etmir. Əksinə, fəlsəfə klassiklərinin böyük əksəriyyəti hissi idrak və 

ya məntiqi təfəkkürlə həqiqətə çatmağı qeyri-mümkün hesab edir və vəhyi, 

fitrəti bunun yeganə yolu sayır. Fitri idrak isə  əslində  təkcə idrakın yox, 

həm də inamın bir forması, yüksək təzahürüdür. Kimlərsə buna intuisiya, 

kimlərsə – sezgi deyir və bunlarsız elmdə böyük kəşf etmək mümkün de-

yil. Dini hiss isə insanın öz qəlbinin dərinliklərini kəşf etmək və burada 

ümumdünya ahənginin izlərini bulmaqdır. Bu ali bir hissdir, müqəddəs 

duyğudur. Ruhun işıqlanması sahəsində hər bir addım ölməzliyə aparır.  

İlk baxışda dini inam başqasına inamın formalarından biridir. Yəni 

bütə, ikonaya, yaxud ağsaqqala, mürşidə inam kimi. Lakin Allaha inam 

dini inamın ali forması olmaqla özünəməxsus bir cəhətlə seçilir. Burada 

başqasına və özünə inam zirvədə birləşmiş olur.  

Sirr deyildir ki, Qərb dünyasının təməl daşını rasional düşüncə təşkil 

edir. Şərq dünyasında isə inam və sevgi güclü, rasionallıq isə zəif olub. 

  Şərqin düşüncə tərzində gözəllik prinsipi həmişə ön planda olmuş 

və praqmatikliyi üstələmişdir. Bu cəhət inam hissində  də özünü göstərir. 

İnsanlar daha çox dərəcədə faydalı olana yox, gözəlliyə pərəstiş etməyi üs-

tün tutmuşlar. Praqmatikliyin tam əks qütbü olan Məcnunluq da ancaq 

Şərq üçün səciyyəvidir.  

 Avropalı heç zaman Məcnun ola bilməz. Bir tərəfdən yəqin ki, ba-

carmaz, digər tərəfdən bu ona heç lazım da deyil. Avropalı hissiyyatın da-

lına düşərək, həyatın digər məqamlarından, məsuliyyətindən, habelə naz-

nemətlərindən  əl çəkməz. O, praqmatik düşünür. Amma bizdə bu hissi 

alüdəçilik hələ də qalmaqdadır. Amma gözəlliyə pərəstiş duyğusu, ani hey-


Elm haqqında elm 

 

 



 

104


rət məqamları, habelə sevgilər fərdi miqyasda lokallaşan qapalı hadisələr-

dir. Məsələn, Məcnunun sevgisi, Kərəmin sevgisi, nə qədər böyük olsalar 

da – bunlar toplanmır və həmişə fərdi miqyasda məhdudlaşmaqla hər hansı 

ictimai proses üçün, tərəqqi üçün əsas ola bilməz. Əlbəttə, biz nə sevginin, 

nə inam hissinin əleyhinə deyillik. Sadəcə olaraq bunu vurğulayırıq ki, 

idrak toplanır, hisslər isə toplanmır. 

Sevgi də, gözəllik duyğusu da, dini hiss də insanın ancaq mənəviy-

yatca kamilləşməsinə xidmət edə bilər. Bunların, əlbəttə, ictimai proseslərə 

də müəyyən təsiri var. Amma ancaq dolayısı ilə. Birbaşa ictimai tərəqqi-

nin, sivilizasiyanın təməlində duran ancaq əmək bölgüsü və elmi bilikdir 

ki, bunların da hər ikisi idrak prosesi ilə bağlıdır.  

Qərbin böyük ideoloqları, Maks Veber, Parsons, onlardan da qabaq 

– Monteskyödən başlamış hamısı, Qərbin bütün uğurlarını, elmin nailiy-

yətlərini, texnologiyanı və s. o şeylər ki, Qərbi Qərb edib, – hamısını xris-

tianlıqla bağlayırlar. Bizim geri qalmağımızı, bütün çatışmazlıqlarımızı isə 

islamla  əlaqələndirirlər.  İstər Parsons olsun, istər Hantinqton – çox nadir 

adamlardan başqa hamısı eyni fikirdədir… Obyektiv, qərəzsiz tədqiqat 

göstərir ki, əslində elmə, sivilizasiyaya düşmən mövqeyində həmişə xristi-

anlıq olmuşdur. Və  əksinə, dinlər içərisində elmə, sivilizasiyaya müsbət 

münasibət bəsləyən yeganə din – islamdır. Amma necə olub ki, hər  şey 

tərsinə olub… Onun izahını belə vermək olar ki, nə qədər porodoksal olsa 

da, məhz islam elmə müsbət yanaşdığına görə, elm islamı  tərk etməyib. 

Elm islamdan ayrılmayıb, danışmaq bir-birinin qoyunlarında yaşayıblar. 

Amma xristianlıq elmə qarşı  çıxdığına görə, inkvizisiyaları yada salın, 

ayrılma getmişdir.  

Elmin, sivilizasiyanın xristianlıqla heç bir əlaqəsi yoxdur. Bu ba-

xımdan, Qərbin inkişafında, nailiyyətlərində xristianlığın rolundan bəhs 

etmək yerinə düşmür. Həm də ona görə ki, xristianlıq da bütün dinlər kimi 

Şərq hadisəsidir və kumulyativlik, toplanma prinsipi ilə uzlaşmır.  

 Əlbəttə, biz demirik ki, Şərqdə ancaq təəssürat və inam var, Qərbdə 

isə elm və texnologiya. Biz heç də bunu mütləqləşdirmək fikrində deyilik. 

Həm Şərqdə, həm də Qərbdə inam da var, elm də. Amma, aparıcı nədir? 

Bizdə rasional-məntiqi düşüncə heç zaman aparıcı olmayıb. Bu gün də biz 

kimi isə seviriksə, göylərə qaldırırıq, bir başqasına isə nifrət edirik, lənət-

ləyirik. Bu, mədhiyyə  və  həcv  ənənəsinin davamıdır. Rasional yanaşma, 

hərtərəfli münasibət, təhlil isə çatışmır. Qərbdə  təhlil üstünlük təşkil edir 



Bilik – Elm – Bilik 

 

 

 

105



 

və münasibətlər formalaşarkən hissiyyat aparıcı olmur. İnam hissi də bir 

növ real ictimai həyatdan ayrılmış və ancaq simvolik olaraq saxlanmışdır. 

Çox təəssüf ki, Qərbin bir çox ideoloqları dinin bu simvolik, hətta virtual 

iştirakını səbəb kimi qələmə verməyə çalışırlar.  

Əlbəttə, tarixdə müəyyən dövrlər olub ki, islam ölkələrində elm yük-

sək dərəcədə inkişaf edib və ümumbəşəri sivilizasiyanın hərəkətverici qüv-

vəsinə çevrilib, amma bu, tarixin artıq keçilmiş bir mərhələsidir. Həm də 

mən  əlamətdar cəhətləri, ümumi prinsipləri deyirəm. Yəni Qərbi Qərb 

edən budur, Şərqi isə xarakterizə edən prinsiplər bunlardır.  

Bəli, həqiqi islam dövründə elmin inkişaf etməsi üçün şərait olub. 

Lakin, sonradan din mövhumatla qarışıb və öz ilkin həqiqi mənasından 

uzaqlaşıb. İndi haradadır həqiqi islam? Yəni müsəlman dünyasında elmin 

tənəzzülü islam ideologiyalaşandan, din mövhumatlaşandan sonra, eyni za-

manda elmi çox istəmək adı ilə onu sıxıb-boğandan sonra başlanıb. (İstə-

mək də iki cür olur. Bir var, istəyirsən – azadlıq verirsən, bir də var, istə-

yirsən – qucaqlayırsan, sıxırsan, deyirsən ki, səni çox istəyirəm, heç yerə 

tərpənmə; tərpənə bilmir, onda müstəqil də olmur. Elmə bu cür münasibə-

tin nəticəsidir ki, islam dünyasında elm əl-qol aça bilməyib, inkişafdan ge-

ri qalıb.)  

Beləliklə, islamın  əsl mahiyyəti arxa plana keçdikdən sonra elmin 

inkişafında problemlər yaranıb.  İndi elə bir müsəlman ölkəsi göstərmək 

çətindir ki, orada həqiqi islam ictimai şüur səviyyəsində bərqərar olsun.  

Biz islamdakı Allah ideyasını düz mənimsəyə bilsək və bütün fəaliy-

yətimizdə azad ola bilsək (yəni burada islamın digər dinlərdən fərqini, 

onun həqiqi gücünü anlamaq lazımdır ki, o, dünya həqiqətini, dünya ahən-

gini, dünya qanunauyğunluğunu ifadə edir), böyük mənada ədaləti, haqq-

hesab hissini başa düşüb, insanlara təlqin edə bilsək, yəni insanlar öz hərə-

kətlərinə görə məsuliyyət hissi keçirsələr və hər şeyi təkcə öz şəxsi maraq-

larından deyil, əbədi dünyadakı haqq-ədalət pozisiyası baxımından qiymət-

ləndirsələr, biz həqiqi islama qayıda bilsək, digər tərəfdən fikir tənbəlliyin-

dən xilas olsaq, – inkişaf da olar, tərəqqi də!  

Biz bunları təlqin etmək üçün formalar tapmalıyıq. İndi bütün bunlar 

ya qəbirlərə sitayişlə, ya hədislərlə əvəz olunub. (Özü də bu hədislərin ək-

səriyyəti sonradan, başqaları tərəfindən yazılmış, əlavə edilmişdir. Hər kəs 

özünün yaxşı hesab etdiyini Peyğəmbərin adına yazmaqla elə bilir ki, ona 

xidmət göstərir). Amma, anlamırlar ki, cəmiyyət analitik təfəkkür, təhlil 


Elm haqqında elm 

 

 



 

106


olmadan, sadəcə hədislərlə, öyüd-nəsihətlə inkişaf edə bilməz. Bax, islam 

belə idrak baryeri ilə üzləşib. Ona görə  də, sonradan elm və texnologiya 

sahəsində inkişaf dayanıb. 

Həqiqi islam sadə olmalıdır, mərasimlərdən uzaq olmalıdır və insa-

nın intellektual potensialının inkişafına, yaradıcılığının həyata keçirilmə-

sinə geniş meydan açılmalıdır. Mən burda sufiliyin məqamlarından istifadə 

etməyin tərəfdarıyam. Başqa çox faydalı yollar da var, əgər absurda 

çatdırmasalar. Amma çatdırıblar. Tərki-dünyalığa, asketizmə aparıb çıxa-

rıblar. Halbuki, insan sadəcə öz nəfsini idarə edə bilirsə, bu o demək deyil-

dir ki, o mütləq tərki-dünya olmalıdır.  

Burada incə bir məqama diqqət yetirmək tələb olunur. Bir var, islam 

dini – şəriət kimi, həyat tərzi kimi, praktik məsələlər və rasional məqamlar 

kimi, bir də var, islam dini – məhz din kimi, inam kimi. Bunlar fərqli 

şeylərdir. Düzdür, Qurani-Kərim bunların hər ikisini ehtiva edir. Amma, 

bunları eyniləşdirmək olmaz. İslamda inamla, yəni dini mahiyyətlə yanaşı 

sosial məzmun da var. Digər dinlərdə sosial məzmun bir o qədər də ön 

plana çıxmır. Nə sosial, nə hüquqi məqamlar, demək olar ki, yoxdur.  

İndi bütün, vəzifə bundan ibarətdir ki, dinlə elmin münasibətində iki 

fərqli cəhəti qarışıq salmayaq. Birincisi, məsələyə Qurani-Kərimin elmə 

münasibəti mövqeyindən yanaşmaq, ikincisi isə Qurani-Kərimdə elmi 

müddəaların olub-olmaması aspektindən yanaşmaqdır. Mənim ən çox xo-

şuma gəlməyən  şey Quranda müasir tələbşünaslığa aid elmi müddəaların 

axtarılması  cəhdləridir. Bir çoxları belə hesab edirlər ki, bununla Qurana 

hörmət gətirirlər. Əlbəttə, Quranda elmi müddəaların axtarılması  tədqiqat 

baxımdan maraqlıdır. Lakin ona dəyər verən heç də bu

 

müddəalar deyil.  



İnam təkcə dindən ibarət deyil. İnamın formaları çoxdur; müxtəlif 

tipli ideologiyalar, o cümlədən, ateizmin özü də bir inamdır. Tamam başqa 

inam formaları da var. Prinsipcə biz onlara da din deyə bilərik. Bu şərti 

şeydir. Yəni, inam üzərində qurulan şeyə o zaman din kimi baxmaq olar ki, 

sonradan onun real tərəfdarları olur, cəmiyyətdə, ictimai proseslərdə da-

vam edir. Məhdud miqyasda olan inam cərəyanları müntəzəm sürətdə 

yaranır da, keçib gedir də. Amma, bunlar dinə çevrilmirlər. Dünya dinləri 

böyük miqyaslı hadisələrdir. Amma məsələni belə də qoymaq olar ki, çox-

lu sayda lokal dinlər olsun. Hər şey yanaşmadan asılıdır.  

Bir şey qəti aydındır ki, bütün dinlər inam üzərində qurulur. Din ra-

sional fikir üzərində, yaxud elm üzərində qurulmur. Digər tərəfdən, dinin 


Bilik – Elm – Bilik 

 

 

 

107



 

ictimai miqyası böyük olsa da, heç də bütün insanlar həqiqi dindar deyillər. 

Həqiqi böyük dindar olan çox az adam tapa bilərsən ki, mütləq inam möv-

qeyindən çıxış etsin, onu qeyri-adi bir hissiyyatla, vəhy məqamında duy-

sun. Bu özü də gərək ilahi qüdrətdən insana verilmiş olsun. Verilməyibsə, 

bu cür adamlar, adi adamlar – istər yazıçı olsun, istər akademik olsun, – 

kim olur-olsun, onlar hər şeyə rasional baxımdan yanaşırlar. Bu adamlarda 

bütöv, böyük duyğu yoxdur. Olmadığına görə  də onların dinə inanması 

asan deyil. Ola bilsin ki, biz onları inandırmaq üçün Quranda olan elmi bi-

likləri göstərək. Deyək ki, burada elə şeylər var ki, onları sənin heç başbi-

lənin də bilmirdi, amma min il əvvəl onlar bu kitabda göstərilmişdi və s. 

Yeri gəlmişkən, indi bu sahədə çox kitablar yazılır, çox «tədqiqatlar» apa-

rılır… Belə ki, inanmayan şəxslərə dini ancaq rasional yolla izah etmək 

olar. Lakin belə «inandırmaq» bizə lazımdırmı? Bunu ölçüb-biçmək 

gərəkdir… 

Əlbəttə, cəmiyyətdə, dünyada, islama qarşı təzyiqlər olduğu bir za-

manda ola bilsin ki, biz islam dininin rasional baxımdan da üstün olmasını 

göstərək. Hesab edirəm ki, burada elə böyük qəbahət olmaz. Amma biz 

qəlbən bilməliyik ki, məhz buna görə inanmırıq, həqiqəti çatdırmaq üçün 

sadəcə bu yoldan da istifadə edirik. Bizim özümüz isə, bundan asılı olma-

dan ilkin bir şərt kimi mütləq mövqedən çıxış edərək inanırıq. Yəni həqiqi 

dindar adamın inamı elmi müddəalar və rasional idrak üzərində qurula 

bilməz. 

Əslində elm heç də tamamilə məntiq üzərində qurulmayıb. Düzdür, 

məntiqlə, induktiv metodla, aposterior biliklər əsasında qurulan konseptual 

sistemlər çoxluq təşkil edir. Amma bir də aksiomatik sistemlər var. Bütün 

aksiomatik sistemlər – aksiomatika inam üzərində qurulub. Məsələn, hara-

dan müəyyən edilib ki, bu paralellər kəsişmir və s. Bunlar hamısı inam 

üzərində qurulub. Elm inamsız keçinə bilməz. Yəni xalis məntiq üzərində 

elmin özünü də qurmaq mümkün deyil. Yeni elmi ideyalar təkcə hafizə və 

məntiq sayəsində  əldə oluna bilsə idi, bunu hamı edərdi. Məlum bilikləri 

mənimsəmək adi bir şeydir, yenilik gətirmək isə yaradıcılıq prosesidir. 

Burada  şəxsiyyətin mənəvi durumundan, emosional vəziyyətindən, daxili 

enerjisindən çox şey asılıdır. Yaradıcı  şəxs intuisiya qabiliyyətinə malik 

olmalıdır. Başqalarının adi, standart baxışla görə bilmədiyini duymaq, sez-

mək və məhz bu sezginin sahəsində kəşf etmək iqtidarında olmalıdır. Ya-

radıcı şəxsin bir ayağı yerdə, bir ayağı göydə olur. Daha doğrusu, o, intel-


Elm haqqında elm 

 

 



 

108


lektlə yerə bağlı olduğu qədər də sevgi ilə göyə bağlı olmalıdır. Böyük hə-

qiqətlər kəşf məqamında açılır. İlahi bilgilər isə vəhylə verilir. Vəhy məqa-

mı kəşf məqamından da yüksəkdir. 

 Doğrudan da, inamla rasional düşüncənin münasibətləri çox mü-

rəkkəbdir. Biz bu məsələni ancaq müəyyən rakursda nəzərdən keçiririk.  

 Gerçəkliyin rasional analizinə din heç bir məhdudiyyət qoymur. 

Ən yaxşısı budur ki, dinlə elm, inamla idrak ayrılsın. Bunlar bir-birinə qa-

rışmasın. Dinlə elm nəinki qarşılaşdırılmamalı, həm də eyniləşdirilməməli-

dir. Eyniləşdirmək qarşılaşdırmaqdan daha böyük günahdır. Dinlə elmin 

qarşılaşdırılması həmişə ziyanlı olub. Əgər islamın elmin inkişafına ləngi-

dici təsiri olubsa, bu ona görə olub ki, islamla elmi eyniləşdiriblər.  

İslamın elmə münasibəti iki cür şərh olunur. Birincisi, bizim başa 

düşdüyümüz mənada elm, ikincisi isə dini kitab mənasında elm. Doğrudan 

da, islamda kifayət qədər dəlillər var ki, elm məhz birinci mənada qəbul 

edilməlidir. Dönə-dönə qeyd edilir ki, təbiətin, yerin və göyün yaradılışın-

da insan üçün dərk olunması gərək olan ayətlər vardır. Və bunun üçün in-

san ona verilən əqli imkandan istifadə etməlidir. Amma dinlə elm, yenə də 

vurğulamaq istəyirəm ki, eyniləşdirilməməlidir. Bəli, Quranda rasional yo-

zumlu elmi fikirləri nə qədər desən tapmaq mümkündür. Onların bir qismi 

sonradan elmin inkişafı nəticəsində təsdiqini tapıb və s. Amma, onlar Qu-

ranın mahiyyəti deyil. Mahiyyət məhz bütövlükdə insana bütün digər yara-

dılmışlardan fərqli olaraq dünyanı dərk etmək imkanının verilməsidir. İn-

sana ağlından istifadə etmək tövsiyə olunur, başqa sözlə desək, öz idrakına 

inam təlqin olunur.    

Belə bir sual meydana çıxır ki, məbədə aparmasına inanmadığımız 

rasionallıq bizə lazımdırmı?  

Məsələ burasındadır ki, rasionallıq heç zaman məbədə apara bilməz. 

Rasional düşüncə bir adamın miqyasında olan proses olsaydı, bu mümkün 

idi. İnanan insan eyni zamanda rasional düşüncəyə malik olan insan olsay-

dı, inamı bir çıraq kimi qarşısına qoyub dalınca gedərdi. Amma rasional 

idrak, elm sosial prosesdir. Bir insanın həyatı ilə tamamlanan proses deyil. 

Neçə-neçə nəsillərin əvəzlənməsindən, onların düşüncəsinin, fəaliyyətinin 

toplanmasından meydana çıxır. Bu prosesə inamı olanlar da qatılır, inamı 

olmayanlar da. Və onun nailiyyətlərindən inamlılar da bəhrələnir, inamsız-

lar da. Dindarlar da, ateistlər də, yəni eyni bir atomun kəşfindən atom 

bombası da yaranır, atom istilik stansiyası da. Elmin, idrakın nailiyyətləri 



Bilik – Elm – Bilik 

 

 

 

109



 

həmişə  dələduzların da əlinə düşə bilər. Necə ki, müasir terroristlər  ən 

modern silahlardan istifadə edirlər. Bunun çarəsi hələ tapılmayıb. 

Ümumiyyətlə, məsələnin belə qoyulması yanlışdır ki, guya kim ra-

sionallığı qəbul edirsə, inamı qəbul edə bilməz. Çünki inam və idrak bir-

birinə mane olmur. Əksinə, məqsəd bunların vəhdətinə, bir-birini tamamla-

masına nail olmaqdır. 

 


Elm haqqında elm 

 

 



 

110


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin