Elmi redaktor və ön sözün müəllifi



Yüklə 2.43 Mb.
səhifə5/20
tarix27.11.2016
ölçüsü2.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20
Elmlərin təsnifatı

Elmlərin təsnifatı və onun təşkilatlanması pro­sesi sıx surətdə əlaqədardır. Belə ki, elm vahid, bü­töv koq­ni­tiv sistem kimi forma­laş­­madığına, bir çox xüsusi elmləri, fənləri, ixtisasları tədqiqat is­ti­­qa­mət­lərini özündə birləşdirdiyinə görə və bu sa­hə­lər ara­sında hə­lə kifayət dərəcədə məsafə oldu­ğuna gö­rə, əvvəlcə onların hər bi­ri­nin ayrılıqda struktur­laş­ma­sına və institutlaşmasına ehtiyac olur. Tə­­bii ki, bir kimyaçının ədəbiyyatçı və ya astronomların işin­dən xə­bər tutmasına ehtiyac olmaya da bilər, amma kim­ya­çı­la­rın hazırda nə ilə məşğul olduğunu, hansı prob­lemlərin gün­dəm­də olduğunu bilməsi tə­ləb olu­nur. Xü­susən, hər bir elm adamının özünün təd­qiqat apar­dı­ğı dar ix­tisas sahəsində bütün dünya miq­ya­sın­da görülən işlərdən xə­­bər­dar olması şərtdir. Yə­ni o, vir­tual şə­kil­də də olsa həmin ixti­sas üzrə alim­lər bir­liyinin üzvü olmalıdır.

Hər bir yeni elmi nə­ticə mü­va­fiq sa­hədəki biliklər sisteminə daxil edil­mə­li və bu birlik da­­xi­lində hamının ümu­mi sərvətinə çevrilməli­dir. Əs­lində söhbət elm­­lərin və ya fənlərin, ix­tisas­la­rın koqnitiv institutlaşması pro­se­sin­dən ge­dir. Lakin bu proses gec-tez müvafiq sosial insti­tut­laş­ma ilə ta­mam­­lanmalıdır. Çünki elmi məzmun müs­təvisində kom­muni­ka­siyanın təmin edilməsi üçün hər hansı prob­­lem və ya ixtisas üzrə mü­təxəssisləri formal su­rətdə birləşdirən və onların əlaqəsini təmin edən so­si­al vasitələr olmalıdır. Alimlər adətən müəyyən bir jur­nal ət­rafında birləşir. Dünya miqyasında eyni ix­tisas üzrə bir neçə jur­nal çap olunursa onların hamısı birləşdirici amil kimi çıxış edir. Bun­dan başqa elm və ixtisas sahələri üzrə assosiasiyalar, ictimai təş­ki­latlar, dərnəklər, seminarlar da bu funksiyaya xidmət edir. Am­ma ən vacib olan və daha sıx birliyin təmin olunmasına xidmət edən müvafiq ixtisas üzrə fa­kül­tələr, kafedralar, laboratoriyalardır. Keçmiş SSRİ-dən qalan ənənəni davam etdirən bəzi ölkələrdə Elm­­­lər Akademiyaları və müvafiq institutlar, böl­mələr fəaliyyət gös­tə­rir ki, əslində bunlar müvafiq ix­­tisas sahələri üzrə alimlərin daha sıx surətdə tə­mər­küz­ləşməsinə imkan yaradır. Amma bir ölkə da­xi­lin­də sıx birləşmək yetərli olmur. Ona görə də elmi institutlaşma bey­nəlxalq miqyasda həyata keç­məli, bütün dünyadakı müvafiq ins­titutlar, fakültələr və ka­fedralarla əlaqə yaradılmalıdır. Bu prob­le­mi təhlil edən R.Uitli diqqəti koqnitiv institutlaşma ilə sosial ins­ti­­tutlaşma arasında əlaqəyə yönəldir. Onun fikrinə görə, sosial təş­ki­latlanma olmasa, alimlər öz ara­la­rın­da elmi informasiya mü­ba­di­lə­si apara bil­mə­sələr, elmin koqnitiv müstəvidə institutlaşması və müs­­təqil fənlərin yaranması da mümkün olmaz.1 Uitli belə he­­sab edir ki, Kun hər bir elmdə vahid bir pa­ra­diq­ma­nın olduğunu iddia et­s­ə də, əslində fərqli koqnitiv strukturlar mövcud olur və onlar ara­sında eninə və də­rininə əlaqələr yaranır. Yəni müxtəlif struktur sə­viyyələrindən danışmaq mümkündür.2

Lakin elmin fənlərə ayrılması və hər fənnin öz daxili böl­gü­sü çox şərti və bəzən mübahisəli olduğu kimi, sosial institutlaşma və təşkilati forma mə­sə­lələrində də uyğun problemlər yaranır. Əs­lin­də vahid dəyişməz təsnifat aparıla bilməz, çünki elmin daxili di­na­mikası buna imkan vermir. Zaman keçdikcə bəzi ixtisas sahələri ar­xa plana keçir və yeniləri yaranır. Bu proses müxtəlif bilik sahə­lə­rinin yaxınlaşması və kəsişmə bölgəsində yeni problemlərin üzə çıx­ması sa­yəsində həyata keçə bildiyi kimi, eyni bir sahənin nəzəri və tətbiqi səviyyələri arasında körpü atılması sayəsində də həyata ke­çə bilər. Məsələn, psixiat­ri­ya­nın nisbi müstəqil şəkildə institut­laş­masını M.Fuko belə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əs­rin sonu - XIX əsrin əvvəllərində psixiatriya ümumi tə­ba­bə­tin ixtisaslaşmış sahəsi deyildi. XIX əsrin əv­vəl­lərində, elə son­ra­lar da, bəlkə lap XX əsrin orta­la­rı­na­dək psixiatriya tibbi biliyin və ya nə­zə­riy­yənin xü­susi bir sahəsindən çox, ictimai gigiyena sa­hə­si ki­mi fəaliyyət göstərirdi. Təbabətin bir böl­mə­si­nə çev­ril­məz­dən əvvəl, psixiatriya sosial müdafiə, xəs­­tə­lik və ya xəstəliklə bir­ba­şa, ya da dolayı surətdə bağ­lı olan hadisələr üzündən cəmiyyətin qar­­şı­la­şa bi­­­­­lə­­cə­yi hər hansı bir təhlükədən müdafiə sahəsi ki­mi ins­ti­­tutlaşmışdır. Psixiatriya bir növ so­sial pro­fi­lak­­tika, bütövlükdə ic­ti­mai bədənin gigiyenası kimi institutlaşırdı”.1 M.Fuko psi­xi­at­ri­ya­nın elm kimi for­malaşması yolunda bu sahədə elmi jurnal nəşr olun­masını mühüm bir mərhələ kimi qeyd edir. O yazır ki, psi­xi­at­ri­yanın əsaslı tibbi bilik sahəsi kimi for­ma­laşması və elmi instituta çevrilməsi üçün, bir tərəf­dən, onun predmetinin, yəni əqli xəstə­lik­lə­rin çeşidi­nin müəyyən­ləş­dirilməsi, digər tərəfdən də, müvafiq so­sial təş­kilat­lan­ma tələb olunur.2

Eyni bir predmetin müxtəlif elmlərin tədqiqat ob­yektinə çev­ril­məsi düyün nöqtəsində sıxlığın art­ma­sına gətirir. Sanki bir mən­zə­rə fərqli dillərdə və ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Fərqli elm­lərin eyni predmeti müxtəlif rakurslarda və struk­­tur səviyyələrində öyrənməsi bir şeydir, həmin pred­metin elmdən fərqli sahələr tərəfindən mənim­sə­nil­məsi – başqa bir şey. Bu halda metodlar da fərqli olur.

Eyni bir hadisə haqqında alimin, rəs­sa­mın, bəs­­təkarın və şairin ya­ratdığı təəssüratların toplan­ma­­sından əldə edilən yekun təsəvvür heç də daha mü­­kəm­məl olmayıb, əs­lində ek­lek­tik səciyyə da­şı­yır; yəni onun vahid ahən­gi yoxdur. Ona görə də, qar­­­­şıda du­ran vəzifə hər üç təs­vir üslubunu və ya hər üç dili eh­tiva edən uni­versal bir modelin yara­dıl­­masından iba­rət olur. İn­sa­nın id­rak fəaliyyəti eyni vaxt­­da psi­xo­logiyanın, qno­seologiyanın və ney­ro­fi­zi­ologiyanın pred­meti ol­maq­­la bərabər, sanki onun kə­­nardakı bir mo­delini, süni intellekti öyrənən infor­ma­tika və ki­ber­ne­tikanın da predmeti olur. Bu fərqli elm sahələri nə­inki vahid bir elmdə bir­ləş­mir, ək­si­nə, birləşmə ye­rində, düyün nöqtəsində yeni bir elm sa­­hə­sinin ya­ran­ma ten­den­siyası hiss olunur. Pen­si­l­va­­niya Uni­ver­­si­te­ti­nin pro­fes­soru Gary Hatfield bu­nu “beyin haq­qında yeni elm1, Dr. Brian L.Keeley isə neyro­etologiya 2 ad­landırır. V.F.Venda isə tə­bii və süni in­tel­lekti bir müstəvidə öyrənən elmin pred­me­tini “hib­­rid intel­lekt” termini ilə ifadə edir.3 Bir söz­lə, in­tellekt özü in­tel­lektin predmeti ki­mi, çox­şa­xə­li bir prob­lem kimi çoxlu müxtəlif fən­lə­rin kə­siş­mə nöqtə­sin­də daya­naraq elmin dü­yün­lə­rin­dən biri­nə çevril­miş­dir. İndi bu düyündən haçalanan ye­ni fən­lərin kon­tek­s­tin­də müvafiq olaraq intellektin in­ten­siv­li­yi­ni ölçmək üçün İQ, emosi­o­nal intellektin sə­viyyəsini ölçmək üçün EQ və yaradıcı intel­lek­tu­al­lığın qiy­mətlən­diril­məsi üçün CQ testləri hazırlanır.4 Yəni in­tel­­lekt hər dəfə bir rakursda və ya fərqli kə­siş­mə nöq­tələrində nə­zər­dən keçirilir. Ki­ber­ne­ti­ka­nın əsa­sı­nı qoyan N.Vi­ner elə kitabının adın­­daca həm ma­şınların, həm də canlıların idarə olun­ması sis­­­te­mi­ni əhatə edir.5 Kibernetikanın digər elmlərlə əlaqələri və əlaqədən ya­ranan yeni tədqiqat isti­qa­mət­ləri indi də geniş planda tədqiq olun­maqdadır.1

Ənənəvi elmlər, fizika, kimya, biologiya və s.-in predmeti çox geniş sahələri əhatə edir. Amma za­man keçdikcə, elmlər dife­ren­siallaşır, budaqlar şa­xələnir, sahələr daralır. Müəyyən problem­lər aktual­laşır və onların tədqiqi üçün kifayət qədər alimlər qrupu cəmləşir, müvafiq institutlaşma, sosial təşki­lat­lanmalar gedir. Di­gər tərəfdən də, elmlərin kə­siş­mə nöqtələrində problemlər üzrə təd­qiqat mərkəzləri yaranır. Biz yuxarıda “intellekt” mövzusunu belə fən­­lərarası bir problem kimi nəzərdən keçirdik. Elə­cə də, “insan” bir bütöv obyekt kimi müxtəlif elm­lə­rin predmetinə daxil olur, in­sanşünaslıq mər­kəz­ləri yaranır. İnsan fenomenini bir küll halında öy­rənmək cəhdləri göstərilir.2 Lakin insan haqqında bi­liklərin bir yerə cəmlənməsi hələ bütöv fənnin for­ma­laşması deyil. Bu cür məcmuələr olsa-olsa kol­lek­tiv mono­qra­fiya1, toplu2, lüğət və ya ensiklopediya3 halında olur. İnsanın ayrı-ayrı rakurslarda deyil, bü­töv­lükdə, vahid funksional bir sistem kimi nəzərdən keçi­ril­mə­si nəticə etibarilə yeni bir fənnin yaran­ma­sına gətirə bi­lərdi. V.A.Lektorski yazır: “Elmlər sis­temi içəri­sində insan problemin­dən danışarkən etiraf etmək la­zımdır ki, insan haqqında vahid ter­min hələ yoxdur; olsa-olsa mozaik, bir-birilə heç də həmişə əlaqə­lən­mə­yən tədqiqatlardan söhbət gedə bilər. Biz hələ in­di-indi üzə­rin­də insan haqqında gələcək elmi qur­maq üçün vahid ümumi əsaslar yaratmağa cəhd gös­tə­ririk”.1 Doğrudan da, bu sahədəki elmi tədqi­qat­la­rın inkişaf dinamikasının izlənməsi göstərir ki, sis­tem bütövləşmədən parçalanır. “Şəxsiyyət” prob­lemi ay­rılaraq fəlsəfə, sosiologiya və psixolo­gi­ya­nın kə­siş­mə xəttində nisbi müstəqillik kəsb edir.2 Amma bu sahə də bütövləşmədən parçalanır və bəzi is­ti­­qa­mət­lər, məsələn, “şəxsiyyətin psixologiyası”, nisbi müs­təqil fənn, yaxud Lakatosun termini ilə desək, təd­qiqat proqramı kimi formalaşır.3

Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çev­ril­miş və hətta onun öz daxili tədqiqat isti­qa­mətləri də nisbi müs­tə­qil­lik əldə etmişdir. Bölgüyə görə, indi insanı cəmiyyət və mədəniyyət ra­kurs­­la­rın­da nə­­zər­dən keçirən sahələr sosial-kulturoloji an­tro­­po­lo­gi­ya fənnində birləşir. İnsanı fiziki varlıq kimi öy­rə­nən sahələr – fi­zi­ki antropologiyada, daha ge­­­niş plan­­da, ruh və bədənin vəhdəti kimi öy­rənən sa­­­hə isə – fəl­səfi antropologiya adlanır. Amma bu sa­­hələr özü də, bir tərəfdən, təmərküzləşərək vahid antro­po­lo­giya el­mini təş­kil etsə də, bu düyündən da­ha geniş şə­bə­kə­li budaqlanma gedir və çoxlu sayda konkret antro­po­loji fənlər yaranır: linqvistik, koq­ni­tiv, tarixi, iqti­sa­di, siyasi, hüquqi və s. antro­polo­gi­ya­lar.1 Düz­dür, Azər­­baycanda və azər­bay­canlı oxu­cu­ların bələd ol­du­ğu Rusiya mət­buatında sosial (kul­tu­roloji) ant­ro­­po­logiyaya aid məsələlər əsa­sən “kul­turologiya” adı al­tında araşdırılır, amma son vaxt­lar­da dün­yada qə­bul olunmuş təsnifata uyğun ola­raq an­tropologiya ter­mi­nindən də istifadə olunur və bu adda kitablar da yazılır.2 Lakin təəssüf ki, öl­kə­mizdə hələ də ancaq kulturologiya adı istifadə, çox vaxt da sui-istifadə olunur, antropologiya kölgə­də qalır, bu sa­hədəki bir sıra fundamental problemlər tədqi­qat­dan kənarda qalır.

Belə düyün sahələrindən biri də təhsildir. Təh­sil sisteminin cəmiyyətdə yerinin və özü­nə­məxsus fun­ksiyalarının öyrə­nilməsi sosial fəl­sə­fənin və sosi­o­lo­giyanın pred­metinə aid­dir. Təhsil sistemində ida­rəetmə məsələləri menec­men­tin sahə­lərindən biridir. Təh­silin maddi-texniki baza ilə tə­min olunması, təh­sil müəs­sisə­ləri­nin infrastruk­turu­nun for­ma­laşdı­rıl­ma­sı, təhsilin ma­liy­yə­ləşdirilməsi və s. bu kimi prob­­­­lemlər də əslində iqti­sadiy­yatın predmetinə daxildir.

Beləliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiolo­gi­ya­sı, təh­sil menec­men­ti, təhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sa­hələri for­malaşır ki, bunlar da müstə­qil bir elm olmayaraq, fəlsəfə, so­siologiya, menec­ment və iqtisadiyyat fənlərinin struk­­­­turuna daxil­dir. Lakin bütün bu tədqiqatlar baş­qa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə, nisbi müstəqil bir fənnin – təhsilşünaslığın tərkib hissələri kimi də nəzərdən keçirilə bilər.

Elmin özü də müxtəlif fənlərin, tədqiqat istiqa­mətlərinin kəsişmə sahəsindəki düyünlərdən biridir. Biz elmin tarixi, sosiologiyası, iqtisadiyyatı, meto­dologiyası, fəlsəfi və epistemoloji rakursları haq­qın­da artıq danışmışıq. Hətta məhz elmin tədqiqi ilə əla­qə­dar yaranmış yeni sahələrdən bəhs etmişik.1 Bu da “elm” hadisəsinin özünün də bir düyün halına gəl­di­yi­nə dəlalət edir.

Müasir kimyada maddənin quruluşu ilə bağlı müx­təlif struktur səviyyələrinin hər birində fizika tət­­biq olunmağa başlamışdır. Yəni kimya problem­lə­rinin araşdırılmasında riyazi və fiziki biliklərin və qa­nunauyğunluqların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimyanın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi for­ma­laş­masına gətirib çıxarmışdır. Ənənəvi kimya məsə­lə­lərinin daha dərindən və dəqiq tətbiq olunması on­ların fiziki problemlər müstəvisinə keçirilməsi ilə nəticələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fi­zi­ki problemlər arasında həmişə bir sərhəd olduğu qə­naətində idi və kimya məsələlərinin fizika­laş­dı­rıl­ma­sının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə aka­de­mik B.M.Kedrov da ona haqq qazandıraraq fi­zi­ka ilə kim­ya arasında fərqlərin guya obyektiv təbi­ə­tə ma­lik olduğunu iddia edir. Amma zaman keçdik­cə ta­rixən kimyaya aid olan məsələlər get­dik­cə daha çox də­rə­cə­də fizikanın predmetinə daxil olur. Başqa söz­lə de­sək, fiziklər kimyanın bölgəsinə daxil ola­raq, san­ki onu özününküləşdirməyə çalı­şır­lar. Amma elm­lə­rin bir-birinə nüfuz etməsi qaçılmaz prosesdir və or­taq sahələrdə yeni-yeni fənlər və ix­ti­saslar ya­ra­nır.1 T.Kun belə hesab edir ki, hər bir yeni fənnin ya­ran­ma­sı ancaq müvafiq paradiqmanın ya­ranması sa­yə­sində mümkündür.1 Amma fizikada elə nə­zəriy­yə­lər var ki, onlar bir fənnin çərçivəsindən kə­nara çı­xa­raq bir çox fənlərə təsir göstərirlər. Doğ­rudan da, hər bir normal elm sanki bir paradiqmanın ətrafında ya­ranır. Yeni paradiqmaya keçid Kuna gö­rə, elmdə inqilab kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün başlanğıc rolu oy­naya bilər. Yə­ni nə­yi isə inkar etmədən, elmi əvvəlki inkişaf tra­yek­to­riyasından döndərmədən, başqa bir səmt­də də in­ki­şa­fın təməlinin qoyulması prosesi gedir. Bu mə­nada düyün nöqtələri iki cür olur. Birincisi, əv­vəl­ki in­ki­şaf xəttinin tamam­lan­ma­sı və yeni inkişaf xəttinə ke­ç­id. İkincisi, düyün nöq­təsindən haçalanma və yeni bu­daqların ayrılması. Bax, bu ikinci yol Kun təli­min­də nəzərə alın­ma­mışdır. Bizim təklif etdiyi­miz dü­yün nöqtələriha­çalanmalar təlimi daha uni­ver­sal modeldir.

Müxtəlif elm sahələri nə zaman eyni düyün nöqtəsində birləşir? Bu suala cavab vermək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərqlən­dirilməsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və ya dilin məhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni metodlardan, eyni riyazi aparatdan və modellərdən istifadə et­dik­ləri üçün hələ kəşf olunmamış bir universal əlaqə, qanun, düstur və ya metodun çatışmazlığı, boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamı­sın­da göstərir. Yəni hər bir fənn, elmi tədqiqat isti­qa­mə­ti gec-tez bu çatışmazlığı, boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sü­rüşməsi, asinxronluq da olur, amma məsələnin həl­li­ni tapa bilməyən hər bir fənn gözləmə mövqeyi tu­tur, ta o vaxta qədər ki, başqa fənlər də gəlib burada ilişirlər. Nəhayət, günlərin bir günü, hansı elminsə kon­tekstində problemin həll metodu tapılanda, göz­lə­mədə olan digər elmlər də inkişaf üçün yeni im­puls almış olurlar. Kun təlimində bu mənzərənin təs­viri problem-bilməcə (puzzle-solving) termini vasi­tə­silə verilir. Amma bu termin elmin inkişafında daha uni­versal prosesləri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas konseptdən kənara çıxmaqla ter­mi­noloji sistemə daxil ola bilmir. Digər tərəfdən də, yu­xarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi prob­lem-bilməcə (puzzle-solving) ifadəsi düyün termi­ni­nin daşıdığı ikinci mənanı, yəni yeni haçalanmalar üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir.

Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin yaranması baş verirsə, digər tə­rəfdən, inteqrativ proseslər gedir. Amma hər halda min illər boyu əsasən sabit qalan fundamental böl­gü­lər vardır. Söhbət makrostrukturdan gedir. Mə­sə­lən, alim­lərin böyük əksəriyyəti hələ Platon və Aris­totel dövründən qalan bir bölgünü indi də davam et­di­rir­lər. Belə ki, məntiq-riyaziyyat sahəsi, təbiət elm­ləri və ictimai elmlər indi də təsnifatların əsas sütun­larını təşkil edir.

Əlbəttə, elmin inkişafının müasir mərhələsində olduqca müxtəlif və sayca olduqca çox ixtisasların olması təsnifatı xeyli çətinləşdirir. Və belə düşün­mək olardı ki, qədimdə – elmlərin sayı az olanda təs­ni­fat daha rahat aparıla bilərdi. Amma tərsinə: an­caq el­min ən yüksək inkişaf səviyyəsindən baxdıqda də­rin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq for­ma­laşmış müxtəlif fənləri vahid prinsiplər əsa­sın­da qruplaşdırmaq imkanı yaranır. Ona görə də, hər iki ami­li nəzərə alan universal bir yanaşma tələb olu­nur. Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son mər­hələsində üzə çıxan genetik əlaqələrdir. Mə­sələn, əgər Fərabi metod yaxınlığından çıxış edərək opti­ka­nı və göy cisimləri haqqında elmləri, habelə musi­qi­ni riyaziyyatla bir qrupa salırdısa, müasir dövrdə ta­ma­milə fərqli meyarlar tətbiq olunur. Mən­tiq və ri­ya­­ziyyat bütün elmlər üçün universal vasitə və me­tod kimi dəyərləndirildiyindən onları başqa elm­lər­dən fərqləndirmək lazım gəlir. Zatən Platon məhz be­lə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox və ya az tətbiq olunması elmilik şərtini müəy­yən­ləş­dir­mək üçün meyar olsa da, bölgü – təsnifat üçün me­yar ola bilməz. Təəssüf ki, lap bu yaxınlara qədər, keç­miş SSRİ-də və daha sonra MDB ölkə­lərində fi­zi­ka və riyaziyyat eyni elm blokuna daxil edilir və el­mi dərəcə verilərkən fiziklərə və riyaziy­yatçılara vahid bir ad verilirdi: fizika-riyaziyyat elm­ləri dok­to­ru. Bu, əlbəttə mahiyyətdən yox, zahiri əla­mət­lər­dən çıxış etməyin nəticəsi idi. Digər tərəfdən, görü­nür, ənənələrdən yaxa qurtarmaq elə də asan mə­sələ deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fən­lər isə əksinə, bütöv elm sahəsi kimi dəyər­lən­di­ri­lir­di. Mə­sə­lən, kulturologiya kimi fənlərarası və in­teq­rativ bir fənnin ayrıca elmi istiqamət kimi götürül­məsi elm­şü­naslığın tələbləri ilə heç cür uzlaşmır. Be­lə ki, mə­də­niyyətin tarixi öyrənilirsə, bu – tarix elm­lərinə, nə­zə­riyyəsi öyrənilirsə, bu – fəlsəfi elm­lərə aiddir.

Digər tərəfdən, onda gərək kibernetika, siner­getika, biokimya, biofizika, fiziki kimya və s. fənlər­arası ixtisas sahələri də riyaziyyatdan, fizikadan, kim­­ya­dan və s. ayrılsın və kimə isə “biokimya elm­lə­ri doktoru”, “kibernetika elmləri doktoru” və s. adı ve­rilsin. Belə pərakəndəliyə yol verməmək üçün elm­lərin fundamental təsnifatından çıxış edilməlidir.

Əgər elmlərin təsnifat tarixini nəzərdən keçir­sək, hər şey fəlsəfənin daxili bölgüsündən başlanır. Çünki qədim dövrdə elmlər hələ fəlsəfədən ayrıl­ma­mışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsni­fa­tını fəlsəfənin daxili hissələri kimi vermişdi. O, fəl­səfəni üç yerə ayırırdı: nəzəri, praktiki və yara­dıcı. Nəzəri fəlsəfəyə məntiqi, riyaziyyatı, fizika və metafizikanı aid edirdi. Praktik fəlsəfəyə etikanı, iqti­sadiyyatı və siyasəti aid edirdi. Bundan başqa o, sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi göstərir poeziyanı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bütün bu sahələr üzrə Aris­totel ayrıca əsərlər yazmış, və elmin bütün sahələrini ehtiva etməyə çalışmışdır.

Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə ay­rılmamışdı və filosoflar müxtəlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma tenden­si­ya­sı da hiss olunurdu. Məsələn, Əbu Nəsr Fərabi öz təs­nifatında elmləri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elmlərin təsnifatı haq­qın­da” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, bi­rin­ci bölməyə Fərabi dil haqqında elmləri daxil edir­di. Dilə belə yüksək qiymət verilməsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəl­səfə nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi ya­zır: “Dil haqqında elm iki hissədən ibarətdir. Birinci his­sə – sözlərin yadda saxlanması və onların mənala­rı­nı bilmək. İkinci – bu sözləri idarə edən qa­nunları bil­mək(yəni qrammatika – S.X.).”1 Daha son­ra Fəra­bi dilçiliyin öz daxili təsnifatını verir, nitq hissələ­rin­dən, söz birləşmələrindən, yazı qayda­ların­dan bəhs edir. Maraqlıdır ki o, poetikanı, şeirin da­xili qayda­la­rını və formalarını da dilşünaslığın tər­kibində nə­zər­dən keçirir.

Daha sonra Fərabi məntiq bölməsini açıq­la­yarkən bir daha qrammatika və poetika məsələlərinə qayıdır, mühakimələrin təsnifatında poetik müha­ki­məyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı, poetikanın da geniş tədqiqinə, habelə kateqoriyalara da ayrıca kitab həsr etməsi Fərabinin Aristotel təsnifatına sadiq olduğunu göstərir. Ri­ya­ziy­yatı Fərabi çox geniş mənada başa düşür və bir növ o dövrdə bəlli olan bütün dəqiq elmləri bura da­xil edir. Görünür o, riyaziyyatı dəqiqliyin gös­tə­ri­cisi ki­mi qəbul edirdi. Bununla yanaşı, Fərabi burada da böl­gü aparır və fizikanı müstəqil bir bölmə kimi nə­zər­dən keçirir. O, fizikanı səkkiz sahəyə ayırır, birin­ci sahədə “təbiətin harmoniyasına” aid məsə­lə­lər top­lanır. İkinci sahəyə aid problemlər “səma və kai­nat” adı altında toplanır. “Yaranma və məhv­ol­ma” böl­məsində o, maddələrin əmələ gəlməsi və ele­ment­lərinə parçalanmasından bəhs edir ki, bu da əs­lin­də kimya elminə işarədir. Daha sonra Fərabi “mi­ne­ralogiya”, “bitkilər haqqında”, “heyvanlar haq­qın­da” və nəhayət, “nəfs haqqında” elmlərdən bəhs edir. Düzdür, Fərabi bu təsnifatı guya Aristotelin ki­tablarının adına uyğun olaraq aparır, amma əslində Aris­totelin real tədqiqat sferasından xeyli kənara çı­xır. Daha sonra Fərabi insan haqqında elmdən (bu sa­hədə Fərabi əslində mədəniyyətşünaslıq və antro­pologiyaya dair bilikləri toplayır) bəhs edir. Daha son­ra Fərabi hüquq və ilahiyyatı da öz təsnifatına da­xil etməklə o dövr üçün ən mükəmməl bir təsnifat sistemi təqdim edir.1

İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür:



  1. Əməli elmlər: a) ölkənin idarə olunması; b) evin idarə olunması; c) insanın özünün ida­rə olunması.

  2. Nəzəri elmlər: a) ilahiyyat; b ) riyaziyyat (he­­sab, həndəsə, astronomiya, musiqi) c) xalis fizika.

  3. Tətbiqi elmlər: a) hesablama-ölçmə; b) me­xa­nika; c) təbabət; d) əlkimya.2

İbn Sina təsnifatında əlamətdar cəhətlərdən bi­ri əməli elmlərlə tətbiqi elmlərin fərqləndirilməsidir. Belə ki, “tətbiq” dedikdə məhz elmi biliklərin tətbiqi nəzərdə tutulur. “Əməli elmlər” isə əslində nəzəri el­mi biliklərin tətbiqi yox, elməqədərki mərhələ kimi götürülür.

İbn Sina öz yaradıcılığında bütün elmləri ehti­va etməyə çalışmışdır. Buna tam nail ola bilməsə də onun yazdığı əsərlərdən çıxış edərək onun elmləri ne­cə qruplaşdırdığını təsəvvür etmək olar. Türkiyədə çap olunan Şəfa külliyyatında İbn Sinanın aşağıdakı əsərləri ehtiva olunur1:


  1. Məntiq elmləri

    1. Məntiqə giriş

    2. Kateqoriyalar

    3. Şərh haqqında

    4. Birinci analitiklər

    5. İkinci analitiklər

    6. Mükamilə (cədəl)

    7. Sofistik dəlillər

    8. Ritorika

    9. Poetika

  2. Təbiət elmləri

10. Fizika

11. Səma və aləm

12. Yaranma və dağılma

13. Təsirlər və təsirlənmələr

14. Mineralogiya və meteorologiya

15. Nəfs haqqında

16. Nəbatat (botanika)

17. Zoologiya

  1. Riyaziyyat elmləri

18. Həndəsə

19. Hesab

20. Musiqi

21. Astronomiya

  1. Metafizika

22. Metafizika
Orta əsrlərdə İbn Sina kimi böyük zəka sa­hib­ləri hər bir fənn üzrə həmin dövrdə məlum biliklərin icmalını verməklə kifayətlən­mə­yərək, öz şəxsi təd­qiqat­larını və mövqeyini də bildirirdilər. Mü­a­sir dövr­də, əlbəttə, bir alimin bu qədər müxtəlif elm sa­hə­ləri üzrə əsər yazması qeyri-mümkündür. Ən azı ona görə ki, indi hər bir sa­hə üzrə informasiya həd­dən artıq çoxdur və hətta ensiklopediyalar da ayrı-ay­rı fənlər üzrə, hər sahənin öz mütəxəssisləri tə­rəfindən ha­zırlanır.

İslam dünyasında elmlərlə yanaşı, əməli təd­qi­qat sahələrinin də təsnifatı verilirdi. Çünki artıq o dövr­də texnoloji sahələrin də in­ki­şa­fına ehtiyac ya­ranmışdı.1

Qərbdə müasir elmin formalaşması XVII əsr­dən başladığı üçün elmlərin təsnifatı da məhz bu dövr­­dən başlayaraq aktuallaşmışdır. İlk hərtərəfli təs­­­ni­fat F.Bekona məxsusdur. Daha sonra Dalamber, Sen-Simon və Kontun təklif etdiyi təsnifatlar geniş yayılmış və müasir elmşünaslıqda da istifadə edil­məkdədir.

Qərbdə əksər tədqiqatçılar “elm” (science) de­dikdə məhz tə­bi­ət elmlərini nəzərdə tutur və elmlərin təsnifatı da təbiətşünaslıq çər­çivəsində aparılır. Am­ma elmilik meyarlarını bir qədər yum­şal­dıb ictimai elmləri də buraya daxil etdikdə təsnifatın birinci ad­dımı ge­niş mənada elmin makrostrukturunu müəy­yən­ləşdirməkdən iba­rət olur. Burada aşağıdakı böl­gü­lərə rast gəlmək mümkündür: 1) Ri­yazi elmlər; 2) Təbiət elmləri; 3) Texniki elmlər; 4) Ruhi-mənəvi elm­lər; 5)İctimai elm­lər; 6) Humanitar elmlər .

Başqa prinsiplər əsasında da bölgülər vardır. Mə­sələn, fun­da­mental tətbiqi elmlər1, nəzəri empirik elmlər2; yaxud təbiət elm­ləri, ictimai elmlər texniki elmlər; yaxud təbiət haqqında mə­də­niyyət haqqında elmlər3; yaxud dəqiq və qeyri-dəqiq elmlər və s. Elmlərin təşkilati struktura və ictimai sis­­temdə tutduqları yerə gö­rə də bölgüsü aparılır. Məsələn, universitet elmi, akademiya elmi sahə elmləri1; dövlət elm sektoru, ictimai təşkilatlar və özəl elm sektoru.2

Bu bölgülər ətrafında geniş müzakirələr apa­rı­lır. Hələ sovet dövründə bu müzakirələr elmşü­nas­lığın əsas problemləri sırasında idi.3 Əvvəla, nəzərə alınmalıdır ki, elmin fənlərə görə bölgüsü əs­lin­də fun­­damental elmlərin bölgüsüdür. Xüsusən, orta mək­təb pro­qra­mına daxil edilən fənlər: fizika, kim­ya, biologiya və s. ya öz da­xi­lində fundamental və tətbiqi sahələrə ayrılır, ya da məktəb pro­qra­mında ancaq fundamental elmə aid olan biliklərin əsasları öy­rə­di­lir. Ali məktəblərdə isə bu bölgü bir qayda ola­raq ya fakültələr üz­rə bölgüdə öz əksini tapır, ya da əlavə olaraq fakültədaxili böl­gü­lər aparılır. Sovet dövründə və müstəqilliyin ilk mərhələsində ali mək­təblər universitetlərə və institutlara ayrılırdı. Uni­ver­sitetlər san­ki elm üçün kadr hazırlayırdı və ona görə də, bölgü fənlər üzrə ge­dirdi: riyaziyyat f-si, kimya f-si və s. Yaxud humanitar sahələr üz­rə: tarix f-si, filologiya f-si və s. Düzdür, fakültələr üzrə təsnifat fən­lər üzrə təsnifatla heç də tamamilə üst-üstə düş­mür, amma təx­mini bir uyğunluq var. Bununla ya­naşı, universitetlərdə prak­tik fəaliyyət sahələri üzrə də fakültələr var idi: hüquq f-si, jur­na­lis­ti­ka f-si və s. Hətta bunlardan bəzisində fənlə fəaliyyət sahəsi üst-üs­tə düşür; məsələn, “hüquq” həm fənn kimi, həm də fəaliyyət sa­hə­si kimi götürülə bilər. Amma so­ru­şul­sa ki, bu fakültədə hüquq el­mi üzrəmi, yoxsa hüquqla bağlı əməli fəaliyyət sahələri üçünmü kadr hazırlanır, – buna cavab verməyə çətinlik çəkərdilər. Çünki bə­­zi istiqamətlərdə nəzəri və əməli fəaliyyət hələ kifayət dərəcədə di­ferensiallaşmamışdır. “İns­titut” adlandırılan digər ali mək­təb­lər­də mühən­dis­lər, müəllimlər, həkimlər və s. hazırlanırdı. Amma son­ra­lar ali məktəblərin əksəriyyəti universitet ad­lan­­dırılsa da, burada ancaq ad dəyişikliyi baş verdi, ənənəvi bölgü isə yenə saxlanmış oldu.

Xarici ölkələrdə elm sahələri üzrə kadr ha­zır­lığı çox vaxt “fənn və ədəbiyyat” fakültəsində həyata keçirilir. Yəni əslində söh­bət müəllim hazırlığından ge­dir, məhz elm üçün kadr hazırlayan ayrıca fa­kül­tə­lər olmur. Bu proses ancaq magistratura pillə­sin­dən baş­la­yır. Xüsusi elmi yaradıcılıq qabiliyyəti hiss olu­nan tələbələrə uni­ver­sitetdə qalaraq növbəti mər­hələdə təhsilini davam etdirmək təklif olunur. “Elmi axtarış” xəstəliyinə yoluxduqdan sonra isə gənc kadr­­lar yollarını öz istəkləri əsasında seçirlər.

İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəs­si­sə­­lərində bütün ölkələrdə hamı tərəfindən qəbul olun­­muş bir bölgü gös­tərmək çətindir. Amma hər halda müəyyən ümumi cəhətlər var­dır ki, bu da təh­sil sistemindəki təsnifatın elmin daxili təsnifatına əsas­landığını göstərir. Qeyri-elmi fəaliyyət sahələri üçün kadr ha­zır­lığı da həmin sahələrin nə dərəcədə elmi biliklər əsasında təşkil olun­masından asılı ola-raq elmlə bilavasitə əlaqədardır.

Elmdə fənlər üzrə bölgüdən başqa, digər me­yarlar üzrə də təs­nifat aparılır.

Elmi tədqiqatın xarakterinə, məqsəd və funk­siyalarına görə el­mi fənləri adətən iki fərqli isti­qa­mətdə qruplaşdırırlar: funda­men­taltətbiqi. Ən­ənə­vi yanaşmaya görə, fundamental tədqiqatlar tə­bi­­ətin obyektiv qanunauyğunluqlarının aşkarlanmasına yönəlmişdir və cari tələbatdan, istehsalın konkret si­farişlərindən asılı olmaya­raq, elmin daxili mən­tiqin­dən, özü­nün qoyduğu suallara cavab axtarışından çı­xış edir. Fundamental elm­lərin xarakteri elədir ki, bi­liklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-fəlsəfi dünyagörüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı elmi nəzəri baza tələb olunur. Fun­damental el­mi tədqiqatlar min illərdən bəri əldə edilmiş biliklər, çox müxtəlif kon­sepsiyalar və on­ların sistemləşdirilməsi, dünyanın ümumelmi mən­zərəsinin və elmi paradiqmaların dəyişilməsi ilə nə-zəri sis­tem­lər­də bir geriyə qayıdış, bütün əvvəlki nəzəriyyələrin və prinsip­lə­rin yenidən nəzərdən ke­çirilməsi, yenidən sistemləndirilməsi tələb olunur.

Tətbiqi elmlər isə fundamental tədqiqatlar sa­yə­sində əldə edil­miş nəzəri biliklərin praktik ehti­yac­lara uyğun surətdə yönəl­dil­mə­sinə, nəzəriyyə ilə texnologiya arasında körpü atılmasına xidmət edir. La­kin bu məsələdə iki fərqli mövqe, fikir ayrılığı da vardır. Be­lə ki, əksər mənbələrdə bu anlayışlar bizim yuxarıda izah etdiyi­miz mənada işlədilsə də, bəzi müəlliflər “fundamental” sözünü “xü­susi əhəmiy­yətli”, “önəmli” mənasında, yaxud təməl elmi sə­viy­yə mənasında işlətməklə tətbiqi elmlərin daha fun­damental oldu­ğunu sübut etməyə çalışırlar.1
Fundamentaltətbiqi bölgüsü əslində nəinki fənn da­xi­lində, hər bir tədqiqat daxilində də aparıla bilər. Məsələn, yazılan dis­sertasiya işlərinin çoxu, hət­ta tətbiqi məsələlərə həsr olunsa da, gi­riş his­sə­sində problemin nəzəri-fundamental tərəfləri işıq­lan­dı­rıl­mış olur. Bu cür fəndaxili və tədqiqatdaxili bölgülərlə yanaşı, bəzi fən­ləri bütövlükdə funda­men­tal elmlərə, digərlərini isə tətbiqi elm­lə­rə aid etmək praktikası da yayılmışdır. Məsələn, ümumi bir fənn ki­mi fizika, kimya, biologiya, coğrafiya və s.-dən bəhs olunarkən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fənlərdən ay­rıl­mış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca ad­lar al­tında təsnif olunurlar; məsələn, elektrotexnika, tət­bi­qi me­xa­nika, spektroskopiya, aşkarlar kimyası və s. Akademik D.İ. Blo­xin­tsev belə hesab edir ki, alimin fəaliyyətini fundamental və tət­bi­qi sahəyə ayırmaq praktiki olaraq qeyri-mümkündür. Əslində kon­kret elmi fəaliyyətin tərkibində onlar bir-birini tamam­layırlar.1 A.Zo­tov və M.Xolmyanski də belə hesab edirlər ki, tətbiqi elmlər bü­töv elmin üzvi tərkib his­səsidir və onu fundamental tədqiqatlar­dan ayır­maq olmaz.2 V.V. Çeşev də həmin mövqedə duraraq ya­zır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq yox, hər bir təd­qiqatın idraki əsasları kimi dəyər­lən­dirmək olar. “Fundamental elm­də baş verən pro­ses­lər həm texnoloji, həm də sosial-mədəni əla­qələrlə vasitələnirlər”.1

“Dəqiq elmlər” ifadəsi çox vaxt “təbiət elm­ləri”nə yaxın mənada iş­lə­nir. Lakin fərq bundan ibarətdir ki, bura riyazi elmlər də daxil edil­diyindən daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai elm sahələrində də riyaziyyat geniş miqyasda tətbiq olunur. Bu sı­rada ilk növbədə iqtisadi nəzəriyyələri göstərmək mümkündür. Gö­rü­nür, buna görə də, iq­tisadi fənlərin də dəqiq elmlər sırasına daxil edil­məsi təklif olunur. Həm də belə təkliflər indi Azər­bay­can­da da səs­lənməkdədir.2

Dəqiq elm nümayəndələri öz tədqiqatlarını an­caq öz dar ixti­sas sahələrinin bazasında apar­dıq­la­rı­na görə və elmi biliklərin ciddi de­terminasiyasından çıxış etdiklərinə görə çox vaxt onların başqa elm sahələri ilə, xüsusən ictimai və humanitar elmlərlə əlaqəsi zəif olur. Halbuki müəyyən bir fənn da­xi­lin­də formalaşmış ənənəvi dü­şün­cə tərzindən, meto­do­logiya və metodlardan kənara çıxmaq və prob­lem­lərə başqa bucaq altında baxa bilmək üçün digər elm sahə­lə­ri ilə əlaqə qurmaq, onların bilik bazasından və metodlarından da ya­rar­lanmaq, ən başlıcası isə öz fənlərinin labirintindən xilas ol­maq tələb olunur. Düz­dür, böyük elm adamları heç vaxt məhdud el­mi dünyagörüşü içərisində qalmır, fəlsəfi və humanitar düşüncə tər­zindən qidalanmaqla elmdə qərarlaşmış şablonlardan xilas ola bi­lirlər. Bu kontekstdə adətən A.Eynşteynin “mürəkkəb prob­lem­lə­rin həllində F.Dos­­to­yevski mənə Qausdan daha çox kömək et­miş­dir” fikrini misal çəkirlər. Belə misallar əslində çoxdur. Hətta müa­sir elmşünaslığın yaradılmasında da humanitar düşüncənin az rolu ol­mamışdır. İx­ti­sas­ca fizik olan Tomas Kun özünün məşhur “Elmi inqilabların strukturu” əsərinin necə ərsəyə gəldiyi barədə yazar­kən, belə bir hadisəni xüsusilə vur­ğu­la­yır ki, 1958–59-cu tədris ilin­də onu “davranış haq­qında elm mərkəzi”nə təcrübə keçməyə gön­dərirlər. Və bu zaman Kun belə bir cəhətin şahidi olur ki, ic­ti­mai elm adamlarının məsələlərə yanaşması və düş­üncə tərzləri xey­li dərəcədə fərqlidir və onlar ha­di­sələrin elə tərəflərinə toxunurlar ki, bu dəqiq elm adamlarının heç ağlına da gəlmir. Bax, bu fərqli ya­naşmaların bir araya gətirilməsi “elmi paradiqma” anlayışının formalaşmasına da təkan vermişdir.1

Daha sonra Kun ümumiyyətlə mühitdən, tex­niki tərəqqinin, xa­rici sosial-iqtisadi və intellektual şəraitin elmlərin inkişafına tə­si­rin­dən bəhs edir. Onun fikrinə görə, elmin inkişaf qanunauyğun­luq­ları təkcə onun daxili epistemoloji təhlili ilə öyrənilə bilməz və bu­rada mütləq humanitar, sosial-iqtisadi və texniki şərait və onların el­min daxili məz­mu­nu­nun araşdırılmasına təsiri də nəzərə alın­ma­lı­dır.1

Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi və inkişaf qanuna­uyğunluqları elm adamları tərə­findən deyil, əsasən şərqşü­nas­lar tərəfindən öyrənil­miş­dir. Amma bildiyimiz kimi, şərqşü­nas­lıq özü hu­manitar elmlərə daxil edilir, çünki bu problemlərlə əsa­sən dilçilər və tarixçilər məşğul olur. Bu baxım­dan Şərqdə elmin öy­rənilməsi bir qayda olaraq hu­manitar düşüncə prizmasından keç­miş­dir. Bu para­dok­sallıq L.Reysner tərəfindən hətta müsbət mə­qam kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq və Şərq” ki­tabına yazdığı ön sözdə bu əsərin əsas məziyyətlərindən biri kimi məhz elmşünaslığa hu­manitar düşüncə aspektindən yanaşılması fak­tını qeyd edir.2 Necə deyərlər, hər pis şeyin yaxşı tərəfini də tap­maq olar. Bəli, biz bu hadisəyə məhz pis bir ənənə kimi baxırıq. Be­lə ki, Şərqdə əldə olunmuş bir sıra böyük elmi nailiyyətlərlə ya­na­şı, elmin bir tam halında dəyərləndirilməsi, ictimai fəaliyyət sa­hə­ləri arasında elmi fəaliyyətin yerinin müəyyənləş­diril­mə­si, bir söz­lə, ümumi planda baxılması və adekvat mü­­nasibət bəslənməsi hal­ları da az olmamışdır. Bir sistem halında olmasa da, belə fikirlər və də­yər­lən­dirmələr Şərq elmşünaslığının rüşeymləri kimi gö­türülə bi­lər. Bununla belə, elm özü nisbi müstəqil bir ictimai sistem kimi məhz Avropada formalaş­dı­ğın­dan elmin özünüdərki də məhz bu öl­kələrdə getmiş və elmşünaslıq da burada formalaşmışdır. Y.Raş­kov­skinin yazdığına görə, müasir dövrdə elmşünaslıq Şərq ölkələri içə­risində ancaq Hindistanda geniş yayılmışdır.1 Bu da görünür Hindistanın uzun müd­dət ingilis müstəmləkəsi olmasından irəli gə­lir. Və bu mənada əslində söhbət hind yox, ingilis elm­şü­naslığın­dan getməlidir. Təəssüflər olsun ki, Ya­po­ni­ya da daxil olmaqla, Şərq ölkələrinin heç birində müs­təqil bir elm konsepsiyası ortaya çıx­mamışdır. Yə­ni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq ənənələrinin davamı kimi deyil, Qərb elminin trans­feri və inkişafı kimi mövcuddur.

Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə çatması iki as­pektdə həyata keçir. Elmə məntiqi-epis­temoloji rakursda, biliklər sistemi və elmi ya­ra­dıcılıq aktlarının cəmi kimi baxan elm adam­la­rı elmi özünüdərk sistemlərində də riyaziyyatın və dəqiq elm­lərin me­tod­larından istifadə edirlər. Onlar təbii ki, ictimai elmlərin bura­ya qatılması haqqında heç dü­şünmürlər də. Halbuki, özünüdərk ha­di­səsi əslində fəlsəfənin predmetinə daxildir. Və dəqiq elm adam­la­rı da bu məsələlərə toxunarkən əslində fəlsəfi qat­da bulunduqla­rı­nın fərqində olmurlar. Məsələyə fi­lo­soflar müdaxilə etdikdə isə, on­lar dəqiq elm və ic­ti­mai elm arasında ayrıseçkilik etmədən, daha uni­versal yanaşma üsulundan çıxış edirlər. Ona görə də, elm fəl­sə­fə­sinin ictimai elmləri əhatə edən hissəsi daha çox dərəcədə fəlsəfə təd­qiqatçıları və sosio­loq­lar tərəfindən həyata keçirilmişdir.1 Həm də belə bir mövqe mövcuddur ki, ictimai gerçəkliyin dərk olun­ması tə­biətin dərkinə nisbətən spesifik xüsusiy­yət­lərə malikdir və ona gö­­rə də, “ictimai idrak”, “sosial idrak”, “tarixi idrak” kimi termin­lər­dən istifadə olu­nur.2 T.Haff həm təbiət, həm də cəmiyyət elmləri üçün vahid metodoloji prinsipdən çıxış etməyin tə­rəfdarı olan Q.Men­­delin “naturalistik monizm” möv­qeyi ilə V.Dilteyin iki fərq­li metodologiyadan çıxış etmək mövqeyini qarşılaşdıraraq kom­pro­mis yarat­mağa, ortaq bir variant tapmağa çalışır.1 Həm də bu fik­ri T.Haff M.Veberin sosial elmlərin metodo­lo­gi-yasına dair təlimini şərh edərkən söyləyir. J.Aqassi də ictimai elmlərin spesifikasını öy­rən­məyin tərəf­darıdır. O, yazır: “Fizika heyrətamizdir, amma fi­zik­lə­rin qiymət vermədiyi ictimai elmlər bəzən daha heyrətamiz olur”.2

İctimai elmlər həqiqətən xeyli dərəcədə spe­si­fik sahədir. On­la­rın ümumi cəhətləri çoxdur. Amma buna baxmayaraq, mü­va­fiq elm sahələri qarşısında qoyulan və­zifələri daha kon­­kret dərk edə bil­mək üçün bu sahə­lərin özünə də dife­rensial ya­na­şa bil­mə­li, on­ları fərq­ləndir­mə­li­yik.

Humanitar və ictimai elmlər ilk baxışda nə qə­dər ya­xın gö­rün­sələr də, əslində xeyli dərəcədə fərqli mahiy­yət və məzmuna ma­likdirlər.

Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə humanitar sahə.

İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – hu­manitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incə­sə­nət də humanitar sa­hə­yə aiddir. Bu başqa məsələ ki, göstərilən hu­ma­­nitar hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də var­dır. Tarix, tarix­şünaslıq («tarix elmi» – bəzən sadəcə «tarix» də de­yi­lir; yəni hər iki məna eyni söz­lə ifadə olunur) və tarix fəl­səfəsi, bə­dii ədəbiy­yat, ədə­biyyatşünaslıq (filologiya) və ədəbiyyat fəl­sə­fə­si (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi mə­lum­dur), incə­sə­nət, sənətşünaslıq və sənət fəlsə­fə­si (es­tetika), din, dinşünaslıq və din fəlsəfəsi, mə­nəvi tər­biyə, pedaqogika və etika geniş planda gö­tür­­dükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bə­zən də ant­ro­pologi­ya­dan bəhs olu­nur. Mənaları eyni olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar qruplaşdırılır.

Sovet dövründə insan özü də ilk növbədə so­sial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq da cəmiy­yət­şünaslığın içərisində əri­dilmişdi. İnsan fər­diy­yətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dün­yası, kapitalist ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, hu­manitar təfəkkür də, insan haqları möv­­zusu da, irsiyyət məsə­lə­ləri də, fərdi-psixoloji prob­lem­lər də daha çox Qərbdə öyrənilirdi. İn­sanın so­siallaşması hətta bədii ədəbiyyatda da öz əksini tap­mışdı. İn­di kommunist ideologiyasından ayrıl­dıq­­dan sonra, qarşımızda du­ran vəzifələrdən biri də in­sanşünaslığı bərpa etmək, fərdin cə­miy­yətdə it­mək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını al­maqdır.

Din də humanitar sahəyə aiddir. Çünki in­sanın mə­nəvi aləmi ilə bilavasitə bağlıdır. Lakin müx­təlif din­lərdə bu bağlılıq bir qədər fərqlidir. Mə­sələn is­lamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xris­tianlıqda kil­sələr insanla Allah ara­sında vasitəçilik mis­siyasını üzə­rinə götürərək dini ictimailəş­dir­miş­lər. Ona görə də, is­lam alə­min­də ilahiyyat və din­şü­naslıq əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sfera­sına aiddir. Amma islam­da da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və davranış qay­da­la­rı (fiqh) dini yönlü dövlətlərdə cə­miyyət və dövlət səviyyəsində təs­bit olun­maqla hü­quq sisteminin əsasını təşkil edir və beləliklə ic­­ti­mailəşmiş olur.

İstənilən halda bütün dinlər həm humanitar, həm də cə­miy­yət sferası ilə sıx surətdə bağlıdır.

Tarix də həmçinin. Tarix özü və tarixlə tər­bi­yə daha çox hu­ma­nitar sahəyə aid olsa da, ta­rix­şü­naslıq və tarix fəlsəfəsi daha çox ic­timai elmlərə aiddir.

Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə hu­ma­nitar sa­hə­yə aid edilir. “Özünü dərk et” prin­si­pindən çıxış edildikdə, bu doğ­rudan da belədir. Am­ma insan fəl­səfəsindən fərqli olaraq tarix fəl­səfəsi daha çox dərəcədə ictimai yönlüdür. Yəni onun pred­me­ti­ni insan yox, cə­miyyət; fərdi ruh yox, ic­ti­mai ruh təşkil edir. İnsa­nın özünüdərki, millətin özü­nüdərki və nəhayət, bəşəriyyətin özü­nü­dərki fəl­səfənin strukturunda fərqli səviyyələrdir.

Göründüyü kimi, biz humanitar və ictimai elm­­lər böl­gü­sün­də insan və cəmiyyət bölgüsünə əsas­lanırıq.

Lakin sual olunur ki, insan problematikasına onun fiziki var­lı­ğı, bədəni ilə bağlı məsələlər də aid­dirmi, yox­sa ancaq mənəvi aləm, onun iç dünyası nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara gö­rə, in­san bədəni bir təbiət hadisəsi olmaqla, təbiət­şü­nas­lığın pred­me­tinə daxil edi­lir.

Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, di­gər tərəfdən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mü­hüm bir rol oyna­dı­ğı­na görə, həm də humanitar sahəyə aiddir. Bu mə­na­da insanın fi­ziki sağlamlığına xidmət edən sə­hiy­yə sistemi və idman da humanitar sahəyə aid edilə bilər. Maraqlı haldır ki, sə­hiy­yə özü insana xidmət et­mək­lə humanitar mahiyyət daşısa da, tə­babət bir elm sa­hə­si kimi humanitar elmlərə deyil, daha çox də­rə­cə­də təbiətşünaslığa aiddir. Lakin son dövrün prak­ti­kası göstərir ki, təbabət hər halda sa­dəcə təbiət elmi ki­mi qəbul edilə bilməz, çün­ki burada insanın ruhu, psi­xikası ilə və deməli, ümumiyyətlə, hu­ma­­nitar sa­hə ilə sıx bağlılıq vardır.

K.Marks və F.Engels yazırdı: “Harada ki, spe­kulyativ təfək­kür həqiqi həyatla üzləşərək kəsilir, ora­da həqiqi müsbət elm, prak­tik fəaliyyətin, insan­ların praktik inkişaf prosesinin təsviri baş­la­yır”.1 Bəli, antik fəlsəfədən, nəzəri fəlsəfi təfəkkürdən baş­lanmış bö­yük idrak marafonu harada isə gerçək hə­yatın daşlı-kəsəkli yol­la­rında finişə yaxınlaşır, nəzəri modellərlə həyatın reallıqları ara­sın­dakı uyğunsuz­luqlar getdikcə daha çox dərəcədə özünü büruzə ve­rir və təfəkkürün gücü öz enerjisini tükətdiyindən in­san hər şeyə san­ki yenidən – sıfırdan başlayır. Bu də­fə insan öz empirik düşün­cə­sini işə salır və sadə həyat məsələlərinin təcrübi dərkindən baş­la­ya­raq nə­zəri təfəkkürə doğru yeni bir marafon yürüşünə çıxır.

Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm sistemindən eyni dərəcədə istifadə etmirlər. Əksər ölkələrin iqtisadi və texnoloji inkişaf səviyyəsi müasir elmin tətbiqinə uyğun gəlmir. Bunun üçün həm ictimai-təşkilatı infrastruktur, həm iqtisadiy­ya­tın texnoloji strukturu müasir elmin “dilində” yazıl­mış – qurulmuş olmalıdır.

Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq üçün hazır­lan­­maların texnoloji mənimsənilməsi on­la­rın yeni texnikanın real nümunələrində, yeni tex­no­loji prosesdə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimental istehsal məhz elmi prosesi sənaye pro­sesinə çevirən halqa olur; həm də elə bir halqa ki, özündə həm el­mi tədqiqatın, həm də isteh­salın elementlərini birləşdirir”.1 Əl­bət­tə, müəllifin elm­dən istehsala gedən yolu keyfiyyətcə fərqli mər­hə­lə­lərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin Q.M.Qlaqoleva bu mə­sə­lə­də ardıcıllıq nümayiş etdirmir. Belə ki, “yeni texnika nü­mu­nə­si” və “yeni texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa söz­lə desək, “nümunə” tək nüsxədə olduğu halda, “yeni texnoloji proses” ancaq silsilə istehsal akt­la­rına aiddir.

Elmi kəşfin tətbiq üçün hazırlanması isə əs­lində elmi fəa­liyy­ətdə­n fərqli təbiətə malikdir. Belə ki, elmin məqsədi obyektiv ger­­çək­likdə, təbiətdə olan qaydanın, ahəngin, strukturun aşkar edil­mə­­si və terminlərlə, yaxud riyazi dillə ifadə olunmasıdır. Hal­buki, tət­­biq üçün hazırlanma prosesində insan özünün bildiklərini təbii ma­te­riala transfer etməyə çalışır. Elmi inkişafın ilk dövrlərində alim­­lər hər iki mərhələni özündə birləşdirir və özlərinin hansı isə ide­­yasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa yazır: “Əv­vəl­ki vaxtlarda nəinki Nyuton və Hyu­gens, hətta Maksvell kimi nəzə­riy­­yə­çilər də öz nə­zəri mülahizələrinin eksperimental yoxlanmasını öz­ləri həyata keçirirdilər. İndi isə ancaq istisna hallarda nəzəriyyəçi öz nəzəriyyəsini yoxlamaq üçün təcrübə qoyur”.1 Yəni artıq elmin öz daxilində əmək böl­gü­sü, diferensiallaşma getmiş, yeni bir qayda for­ma­laş­mışdır.

Müasir dövrdə qloballaşmanın və dayanıqlı in­kişaf konsepsi­ya­sının tələblərinə uyğun olaraq müx­təlif elm sahələri arasında qar­şı­lıqlı əlaqə getdikcə ge­nişlənir və elmdaxili inteqrativ proseslər ge­dir. A.D.Ursul “dayanıqlı inkişaf problemlərinin təbii-el­mi, hu­ma­­­nitar, texniki, kənd təsərrüfatı, tibbi və fən­lərarası sahələrin təd­qi­­qat cəbhəsinin genişlənməsi­ni, bioloji və sosial sistemlərin taraz­laş­­ması, habelə yer və kosmosun bütöv sisteminin ayrı-ayrı ele­ment­ləri və prosesləri üzrə biliklərin ümumi elmi istiqa­mətlərdə bir­ləşməsini” yeni dövrün əsas tələbləri ki­mi qeyd edir.1 Onun fik­ri­nə görə, müasir inkişaf mər­­hələsində elm, texnika və texnologiya no­osfer ori­yentasiyasına keçməlidir.2 Belə ki, Yerin təbiətinə ant­ro­­pogen təzyiq azalmalı, noosferogenezin kosmik magistralı for­ma­laşmalıdır.3 Əlbəttə, noosfer ideyası gələcək elmin əsas inte­qra­tiv prinsiplərindən biri ola bilər. Amma elmin məhz hansı isti­qa­mət­də inkişaf edəcəyini birqiymətli şəkildə proqnozlaşdırmaq hələ müm­kün deyil.

İndi bizim elm kimi qəbul etdiyimiz biliklər sistemi, əslində vahid bütöv bir sistem olmayıb, ayrı-ayrı fənlərdə təmərküzləşmiş, strukturlaşmış nisbi müstəqil epistemoloji sistemlər çoxluğu heç də ye­ga­nə mümkün variant deyil.

Əvvəla, bir daha vurğulamaq istəyirik ki, hansı isə vahid elm­dən danışmaq üçün hələ də kafi əsas yoxdur. İndi olsa-olsa ay­rı-ayrı elmlər var ki, bun­la­rın bir qismi o dərəcədə yaxınlaşmışdır ki, on­lar­dan vahid bir sistem kimi bəhs etmək bəlkə də mümkün­dür. Amma bəzən bu elmlərin öz daxilində də elə ay­­rılmalar baş verir ki, dünyanın vahid elmi mən­zə­rə­sindən danışmağın hələ tez olduğu aydınlaşır. Bununla belə, bizi maraqlandıran elmin inkişa­fı­nın indiki məqamında onun bütöv olub-olmaması yox, belə bir bü­tövlüyün, belə bir vahid modelin prin­sipcə mümkün olub-olmaması məsələsidir. Dünya­nın vahid elmi mənzərəsi, “bütöv elm” modeli tə­şəb­büsləri həmişə olmuşdur. Hər bir inkişaf mərhə­ləsin­də alimlər obyektiv gerçəkliyi adekvat əks elətdirən bir model qurduqlarını zənn ediblər. Bəzən hətta bu­nu bir model kimi yox, həqiqət kimi, gerçəyin adek­vat obrazı kimi qəbul ediblər.

Lakin alimlərin “özünü aldatması” sonlu bir ob­razın sonsuz­lu­ğu ifadə edə bilmək iddiası ilə bağ­lıdır. Əslində isə bizim bütün biliklərimiz və min il­lər ərzində elmin əldə etdiyi nailiyyətlər gerçək dün­ya­nın ancaq mücərrəd, ümumiləşmiş, digər tərəfdən isə ad­da-budda, hissələrlə dərkidir. Yəni hələ neçə-neçə elmlər yaranacaq və onlar dünyanın elmi mən­zərəsini nəinki yeni adalar və yarımadalarla, hətta ola bilsin ki, bütöv materiklərlə zənginləşdirəcəklər.

Nəzərə alınmalıdır ki, elm bu dünya­nın də­yi­ş­kənliyini, konkret təzahürlərini yox, ümumilər ara­sında münasibəti, sabit, universal əla­qə­lər sistemini, kon­fiqurasiyanı, maketi öyrənir!

Amma bu, sözün yüksək mənasında və məh­dud çərçivədə elm­dir. Sözün geniş mənasında elm an­­layışına fərqli məzmunlar da da­xil edilir. El­mi­li­yin əsas meyarını ödəməyən, amma insanlar üçün gərəkli olan müəyyən sahədəki biliklərin sistem­ləş­di­rilmiş təq­dimatı da çox vaxt elmlər sırasına daxil edilir. Məsələn, tarix, coğ­rafiya, geologiya, arxeolo­giya, dilçilik (xüsusi dilçilik), ədə­biy­yat tarixi və s. elmin mahiyyəti, elmi həqiqət və elmiliyin meyarları baxımından klassik elmlərdən (fizika, kimya və s.) köklü surətdə fərqlənirlər. Məsələ burasındadır ki, bu tədqiqat sahələri çox vaxt ümumiləri, universal kə­miyyətləri deyil, məkan-zaman baxımından kon­kret hadisələri öyrənir və bu sahədə sadəcə faktiki material (empirik bilik) toplamaqla məşğul olurlar. Məsələn, coğrafi ekspedisiyalar planetimizin insan­la­rın naməlum qalmış guşələrini aşkar etmək və on­ların faktiki təsvirini verməklə məşğul olur. Bu­ra­da­kı kəşflər təbiətin hansısa universal qanun­larının deyil, onun konkret təzahürlərinin müşahidə olun­ma­sı və aşkar edilməsi mənasında kəşflərdir. Eləcə də, əgər geoloqlar hansı isə ərazidə neft, qaz və ya filiz yataqları aşkar edirsə, bu, konkret bir obyektin, bəlli bir kontinium çərçivəsində öyrənilməsidir. Ümu­miləşdirmələr və bu sahədəki ümumi metod­lardan istifadə edilməsi sonrakı mərhələdir. Amma halbuki, geoloji kəşfiyyatla elmi müstəvidəki araş­dır­malar arasında demarkasiya aparılmır. Nəticədə çox vaxt empirik-faktiki yeniliklərlə həqiqi elmi ye­niliklər eyni bir fənnin bərabərhüquqlu tərkib his­sələri kimi dəyərləndirilir. Onu da qeyd edək ki, coğ­rafiyada, geologiyada və təbiətin bilavasitə öy­rə­nilməsi ilə məşğul olan digər sahələrdə elmilik fa­za­sına keçid istər-istəməz fizika, kimya, biologiya ki­mi klassik elmlərlə kəsişmə sahəsində mümkün olur.

Əlbəttə, fəlsəfə, riyaziyyat, məntiq kimi sa­hə­lər də məxsusi mə­nada elmə daxil deyil, lakin on­ların fərqləndirilməsi zərurəti baş­qa səbəbdən ortaya çıxır və biz bu fərqi ayrıca nəzərdən ke­çi­rə­cə­yik. Coğ­rafiyada, arxeologiyada, tarixdə isə ayrıca götü­rül­müş ərazidən, konkret dağdan, çay­dan, şəhərdən, öl­kədən söhbət gedir. Za­man-məkan müəy­yən­li­yi olan bir hadisə təsvir olunur. Bu hələ elm deyil, am­ma öz­lü­yün­də bir dəyərdir. Çünki bu məlumatlar in­san­­lara lazımdır. Müasir nəq­liyyat-kommunikasiya şəraitində bu mə­lu­matlar adi görünə bi­lər; yəni on­suz da hamının bildiyi bir şey ki­mi. Amma vaxtilə bu və ya digər coğrafi obyektin – ərazinin, gö­lün, ça­yın, dənizin kəş­fin­dən söhbət gedirdi. Və bu “kəşf­lər” elmə aid edilməyib, özgə han­sı sahəyə aid edilə bi­lər. Eləcə də bo­ta­ni­ka­da, zoologiyada – ay­rı-ayrı bitki və ya heyvanların “kəşfi”; bu mər­hə­lədə hələ ümumi­lər­dən, növlərdən, hansı isə tendensiya­dan, qa­­nu­nauyğunluqdan söh­bət getmir. Və müasir elmi meyarlar ba­xı­mın­dan bunlar heç biri el­mə aid deyil. Sadəcə faktiki biliklərin top­la­nması mərhələsidir. Son­­ra isə bunların qruplaşdırılması, növ­ləş­di­rilməsi, təsnifatı baş­la­nır ki, bu, artıq ümumiləşdirmədir və bu mə­nada elmə girişdir.

Eləcə də geoloji kəşflər. Söhbət hansı isə kon­kret neft ya­ta­ğı­­nın, qaz və ya qızıl ehtiyatlarının aş­karlanmasından gedir. Yəni ün­­­vanı bəlli olan, kon­kret bir təbii-maddi şəraitdə üzə çıxarılan (başqa bir şəraitdə isə dəyişilməsi prinsipcə mümkün olan), hansı isə iqtisadi və ya siyasi mülahizələrdən, sub­yektiv amil­lərdən asılı olaraq istismar edilən və ya dincə qoyulan yataq­ların texniki şərt­lərinin öyrənil­məsi – bütün bunlar böyük elmin özü yox, elmlə ic­ti­­mai həyat arasında yer alan və yenə də faktiki biliklər əsasında qu­ru­lan elmi-texniki və texnoloji iş­ləmələrdir. Yə­ni bu “kəşflər” əs­lin­də bir o qədər də el­mə aid deyil. Elmə aid olan bu konkret fak­ti­ki materialın ümumiləşdirilməsi əsasında (əgər faktlar ümumiləş­dir­mə üçün yetərli olacaq qədər çoxdursa) əldə edi­lən qanunauy­ğun­luqlardır. Deməli, geoloji kəşfiyyat özü bir elm olmayıb, elm ilə praktika ara­sında, təkcə ilə ümumi arasında mövqe tutur. Tək bir geologiya timsalında da biz dar mənada elmlə onun böyük əhatəsi arasında fərqi görə bilərik. Maraqlı bir analogiya ya­da düşür: şə­hər­lərin əhalisi siyahıya alı­nanda, sözün dar mənasında şəhərin özün­də (metro­polis) və şəhərətrafılarla birlikdə (meqapolis) əhali xey­li dərəcədə fərqli olur. Elmdə “şəhərətrafı”na uy­ğun gələn elmi­lik meyarlarını ödəməsə də, müəy­yən bir elmin yaranmasında işti­rak edən və onun həndə­vərində olan faktiki biliklərdir. Orta mək­təb pro­qram­larında əhatə olunan: coğrafiya, botanika, zo­olo­gi­ya, tarix, ədə­biyyat, dil (konkret bir dil – mə­sələn, ingilis dili və s.), astro­no­miya və demək olar ki, bütün fənlər üzrə ve­ri­lən biliklər bir qay­da ola­raq, müvafiq elmlərin özünü yox, bu “el­mətrafı”, da­ha doğ­rusu, elməqədərki biliklər sistemini əhatə edir. Ancaq yuxarı si­niflərdə “ümumi biologiya”, “ədəbiyyat nəzəriyyəsi” və s. bu kimi fənlər əvvəl keçilənlərin nəzəri ümumiləşməsi kimi təqdim edilir və burada müvafiq elmlərin də əsasları öyrədilmiş olur.

Astronomiyada göy cisimləri; ayrı-ayrı pla­net­lər və onların hərəkəti haqqında müəyyən məlumat­larla yanaşı, həm də müvafiq hərəkət qanuna­uy­ğun­luqlarına dair biliklər verilir ki, bu da elmi əsaslarla elməqədərki biliklərin qatışıq təqdimatıdır. Eləcə də fizika və kimya fənlərində xalis elm yox, bu cür qa­tı­şıq təqdim olunur.

Biz bu misalları ona görə gətirmirik ki, orta mək­təbdə ancaq elm öyrədilsin, əksinə, el­mətrafı bi­liklərin də xüsusi dəyərə malik olduğu və elmin mə­nimsənilməsinə də məhz onlardan başlamaq zə­rurətini vurğulayırıq. Bəzən tarixin, riyaziyyatın, fəl­sə­fənin elm ol­maması haqqında iddia müvafiq sahə­lərin nümayəndələri tərə­fin­dən narazılıqla qarşılanır. Buraya botanikanın, zoologiyanın, coğ­ra­­fi­yanın, ge­o­logiyanın el­mətrafı biliklər sistemini də əlavə edə­rək, su­al qoymaq olar ki, bütün bu biliklərin xalis elm anlayışına uyğun ol­maması onların dəyərini azal­dırmı? Poeziya elm olmadığı üçün heç xiffət eləmir. Eləcə də fəlsəfə. Elmdən daha yüksək olmaq, ya­xud elməqədərki zəruri biliklər sistemi olmaq, ya­xud elmlə yanaşı, in­sanın mənəvi-intellektual dün­ya­sında ayrıca lövbər salmaq nəyə görə əskiklik sa­yılmalıdır? Kim tarixin elmdən daha az əhəmiyyətli ol­duğunu iddia edə bilər? Amma bu başqa məsələ ki, ayrı-ayrı ta­ri­xi hadisələr deyil, bütövlükdə tarixi in­kişafın ümumi qanunauyğun­lu­ğundan söhbət gedə; bu, artıq elmdir, amma ictimai şüur üçün, ye­ni nəslin tərbiyəsi üçün tarixin özü qədər zəruri deyil. Daha doğ­ru­su, elmin belə funksiyaları yoxdur. Biliklər an­caq şəxssizləş­dik­dən, milli-mənəvi dəyərlərdən “tə­miz­ləndikdən” sonra elmə çevrilə bi­lər.

Düzdür, Kun konsepsiyası elmin inkişafında so­sial-mədəni amillərin rolunu nəzərə almaqla fərq­lə­nir. Lakin bu amillər əslində nə­yə təsir göstərir: el­min özünə, elmi yaradıcılıq prosesinə, onun in­fra­strukturuna, təşkilati formalarına, yoxsa daha nələ­rə?!

Elmin inkişafının ictimai mühitlə, siyasi, iqti­sadi və mədəni-mənəvi amillərlə bağlılığı bu inkişaf prosesinin özünə, tempinə tə­sir göstərsə də, onun da­xili məzmununa heç bir təsir göstərmir. Bu mə­na­da neopozitivizmin, postpozitivizmin, tənqidi rea­liz­min və s. Kun tərəfindən məhz sosial determinasiyanın nəzərə alınmaması it­tihamı ilə tənqid olunmasının heç bir elmi əsası yoxdur. R.Karnap, K.Popper və s. elmi biliklərin, təlimlərin və ümumiyyətlə elmin da­xili məzmununun araşdırılması ilə məşğuldur. Sosial amillər isə sta­sionar elmə, Popperin “üçüncü dünya” adlandırdığı elmi biliklər sis­teminə yox, onun hələ formalaşmamış ön cəbhəsinə, elm adam­la­­rına və onların vasitəsilə elmi yaradıcılığın gedişatına təsir göstə­rir. Bu fərqi daha düzgün təsəvvür etmək üçün Əbu Turxanın dün­ya inkişafı üçün irəli sürdüyü daha fundamental bir qanunauyğun­luq­dan çıxış etsək ye­rinə düşər. Belə ki, onun təliminə görə, təbii mü­hit can­lı aləmin təkamülünə təsir edərkən, onların daxili məz­mu­nuna toxunmur. Bir bitki cücərirsə, ona tor­paq, hava, su, işıq la­zım­dır. Yəni bitki onlar vasi­tə­silə təbiətdən qida alır. Lakin bitki­nin daxili məz­mu­nu inkişaf edib nəyə çevriləcəyi bu mühitin ver­di­yi qidadan, onun nə dərəcədə münbit olmasından az asılıdır və ya heç asılı deyil. Çünki bitki öncədən proqramlaşdırılmış daxili məz­mu­na malikdir. Mühit bu proqramın məzmununa deyil, ancaq reali­za­si­ya­sına, daha tez və daha mükəmməl surətdə açılmasına təsir edir. Eləcə də elmin insanlardan asılı olmayan öz ilkin proqramı vardır. Bu proqram əslində təbiətin proqramına adekvatdır. Ona gö­rə də, alimlərin bir qismi onu təbiətdən (təbiətin özündən) oxu­ma­­ğa ça­lışır. Digər qisim alimlər isə onu elm kitabının özün­dən oxu­yurlar. Amma hissə-hissə, ayrı-ayrı cümlə və ya uzaq başı ab­zas həcmində. Amma nəinki bütöv fəsil, heç bir paraqrafı da bir­ba­şa bu kitabdan oxu­maq heç kimə müyəssər olmur. Alimlər ayrı-ay­rı fraq­mentlərdən bütöv mətni özləri quraşdırırlar. La­kin bunun üçün öncə bütöv mətnin ideya istiqa­məti bəlli olmalıdır. Böyük ide­ya və təfərrüatları arasında rabitə yaradılması, hissi təcrübə ilə tə­biətin öyrənil­məsindən qazanılmış biliklərin insanın fəhmlə bir­ba­şa Elm kitabından götürdüyü struktur əsasında dü­zül­məsi və bu za­man ortaya çıxan ziddiyyətlər, uy­uşmazlıqlar və elmi ictimaiy­yə­tin onların aradan qaldırılmasında cəhdləri.

Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar.
Beynəlxalq təsnifat sistemləri

İstənilən əhəmiyyətli bir hadisə və müvafiq an­layış elmin inkişafının müəyyən mərhələsində prob­lemə – düyünə çevrilə bilər və bu düyünün yetişmə­sin­­dən yeni tədqiqat istiqamətləri yarana bilər. Yəni hər bir anlayış potensial düyün olmaqla fənlərarası məkanda yerləşir. 1988-ci ildə YUNESKO tərə­fin­dən qəbul olunmuş fənlərin nomenklatu­rasında1 in­di çox aktual olan bir sıra tədqiqat istiqamətlərinin müstəqil elm sahəsi kimi göstərilməməsi əslində on­ların məhz fənlərarası statusu ilə əlaqədardır. Hə­min təsnifatda ekologiya, sinergetika, kultu­ro­­lo­giya kimi adlara rast gəlməsək də, onları bu və ya digər kon­kret tədqiqat istiqamətinin sistemaltı böl­məsi ki­mi gör­mək mümkündür.

Son illərin bəzi təs­nifatlarında isə bu sahələr müs­təqil elm kimi gös­tə­rilir və şaxə­lən­mə onların öz içə­risində gedir. Mə­sə­lən, “insan eko­­­lo­giyası” daxili bölmə kimi “insan bio­logiyası”­nın, “hey­­­van ekologi­ya­sı” – “zoologiya”­nın içərisinə da­­­­xil edilmiş, ayrıca eko­logiya adında elm isə gös­tər­il­məmişdir.1 Lakin bə­zi başqa sahələr, məsələn, de­moqrafiya böyük el­mi tədqiqat istiqaməti kimi ve­ri­lir və onun müxtəlif elmlərlə kəsişməsində ixtisas­laş­mış demoqrafik prob­lemlər öz əksini tapır. Yəni de­moqrafiya bir ra­kursda tarixin, başqa rakursda iq­ti­sa­diyyatın, yaxud sosiologiyanın və s. alt sahəsi ki­mi göstərilir.2

2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təş­kilatının (OECD) Elmi və Texnoloji Siyasət üzrə Ko­mitəsi (CSTP) elmlərin yeni təsnifat sistemini ha­zırladı.3 Bu təsnifatda elmin son illərdə sürətlə inki­şaf edən bir sıra yeni sahələri nəzərə alınmaqla ya­naşı, əvvəlki fənlərin çoxu yenidən qruplaşdırılmış və müasir zamanla səsləşən yeni versiya hazırlan­mış­dır. Lakin müxtəlif ölkələrin inkişaf səviyyəsi fərq­li olduğundan, hər bir ölkənin öz real sə­viy­yə­si­nə uyğun təsnifatdan və terminologiyadan istifadə et­­məsi əslində daha məqsədəuyğundur. Bununla be­lə, beynəlxalq təcrübə də mütləq nəzərə alınmalıdır. Lap bu yaxınlara qədər Azərbaycanda elmlərin təs­ni­fat sistemləri bir qayda olaraq Rusiyanınkına uy­ğun­­laşdırılırdı. Məsələn, Elmlər Akademiyasında hə­lə də 1986-cı ildə keçmiş SSRİ Elmlər Akademi­ya­­sının qəbul etdiyi “1986-1990-cı illərdə və 2000-ci ilə qədər təbiətşünaslıq və ictimai elmlərin əsas inkişaf istiqamətləri”-nə Əlavə kimi çap olunan “El­mi istiqamətlərin təsnifatı”ndan istifadə olunur.1 Ali At­testasiya Komissiyasında ixtisasların siyahısı da Ru­siyanın AAK-ı tərəfindən qəbul olunmuş si­ya­hı­ya uyğunlaşdırılmışdır.2

Elmin İnkişafı Fondunun istifadə etdiyi təs­ni­fat da Rusiya nümunələri əsasında hazırlanmışdır.3

Lakin biz bəzən elmi istiqamətlərlə elmi sahə­lərin fərqini nəzərə almırıq. Nəticədə “kulturo­lo­gi­ya”­nın elmlər siyahısında olması onun bir elmi is­ti­qa­mət olması ilə qarışıq salınır və hətta “kul­tu­ro­lo­gi­ya elmləri doktoru” kimi heç bir tənqidə döz­məyən elmi dərəcələr verilməsi halları ilə rast­laşırıq. Bizdə bu sahədə olan dolaşıqlıq əslində Ru­siyanın təsiri ilə yaranmışdır. Amma ruslar özü bu adda elmi dərəcə vermir.4

Hazırda Rusiyada elm­lərin və ixtisasların təs­nifatı bir neçə təşkilat tə­rəfindən həyata keçirilir. Bu sırada Rusiya Elmlər Aka­de­mi­ya­sının Ümumru­si­ya Elmi və Texniki İnformasiya İnstitutunun (VİNİTİ)1, Rusiya Fundamental Təd­qi­­qat­lar Fondunun təsnifatı, federal dövlət müəssi­sə­­si olan “Res­publika Tədqiqat Ekspertizası­nın Elmi Məs­­­lə­hət Mərkəzi – Elmi Təd­qi­qat İnstitutu”nun mü­­­­əy­yən etdiyi “Elmi İşçilərin İx­tisas Nomenklatu­ra­sı”, Ali Attestasiya Ko­mis­si­ya­sı – Elmi-texniki in­for­masiyanın Dövlət Rubrikatoru və s. – bunlar ha­mısı 2009-cu ildə Rusiya Federa­si­ya­sının Təhsil və Elm Nazirliyinin təsdiq etdiyi son təs­nifat siste­mində öz əksini tapmışdır.2

Bir daha vurğulamaq istərdik ki, elmi-tədqiqat istiqamətləri və konkret elmi sahələr qarışdırılma­ma­lı­dır. Məsələn, Rusiyanın təsnifat sistemində fizika-riya­ziyyat elmləri ümumi bir istiqamət kimi göstə­ri­lir. Onun nəzdində əvvəlcə riyaziyyat, mexanika və fizika, daha sonra isə hər bir elmin öz daxili sahələri sadalanır.3

Bütün dünyada müxtəlif sahələr üzrə çoxlu say­da nəşr olunan kitabları, jurnalları, dissertasi­ya­la­rı və bir çox digər informasiya daşıyıcılarını (CD, DVD, musiqi, rəsm albomları, xəritələr və s.) qrup­laş­dırmaq, təsnifat etmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Adətən bunun üçün əsasən rəqəmlər­dən, hərflərdən və bəzi simvollardan ibarət kodlar­dan, məsələn, ISBN (International Standard Book Number), ISSN (international standard serial number), УДК, ББК istifadə olunur. Birinci 2 kod beynəlxalq səciyyə daşıyır. Son 2 kod isə so­vet və post-sovet məkanında işlədilən УДК (Уни­вер­сальная десятичная классификация), ББК (Биб­лиотечно-библиографическая классифика­ция) kodlarıdır. УДК bütün dünyada istifadə edilən Universal onluq təsnifat (UOT, yaxud ingiliscə UDCUniversal Decimal Classification) sis­te­minin rus dilində olan variantıdır. Rəsmi nəşr mütləq UDC-ya malik olmalıdır. Bu klassifikatoru olmayan nəşr heç bir qlobal məlumat bazasına daxil edilmir.

Universal onluq təsnifat sistemi XX əsrin əv­və­lində Belçikalı biblioqraflar Pol Otlet və Henri La­fon­ten tərəfindən yaradılmışdır. Bu sistemin əsa­sın­da 1876-cı ildə ABŞ-ın Konqres kitabxansı üçün Mel­vil Diyu (Dewey) tərəfindən işlənib-hazırlanmış Onluq Təsnifat (DDC) sistemi durur. Lakin elm və texnikanın bəzi spesifik sahələrini və onlar ara­sın­da­kı münasibətləri daha dolğun ifadə etmək üçün bu sis­temdə əlavə simvollardan istifadə edilmişdir. UDC sistemi uzun illər boyu beynəlxalq miqyasda tə­kmilləşdirilmişdir.

Hal-hazırda müxtəlif dillərdə hazırlanan UDC-ların çapı ilə məşğul olunan qurumlar Bey­nəlxalq UDC konsorsiumu1 tərəfindən koordinasiya olunur və Elmi və Texniki informasiya üzrə bey­nəl­xalq Şura (International Council for Scientific and Technical İnformation1) ilə sıx əməkdaşlıq edir. Hər bir ölkədə müəyyən qurum UDC cədvəllərinin ha­zır­lan­ması və çapı üzrə eksklyuziv səlahiyyətlərə ma­lik­dir. Məsələn, rus dilində bu materiallar üzrə mo­no­poliya VİNİTİ-yə,2 yapon dilində Yaponiya kitab­xa­nalar assosiasiyasına (Japan Library Associa­tion3), ingilis dilində isə Britaniya Standartlar ins­ti­tu­tuna (BSI GroupBritish Standards Institu­tion4) məxsusdur. İndiyə qədər UDC konsorsiumu elm və texnika üzrə dünyanın 130-dan çox ölkəsini əhatə edən informasiyanı 40 dildə tam və ya qismən şəkildə çap etmişdir.

UDC sisteminin əsasında əsas cədvəl durur. Bu cədvəlin əsas kateqoriyaları bunlardır:




  • 0 Ümumi şöbə

  • 1 Fəlsəfə, psixologiya

  • 2 Din, teologiya

  • 3 Sosial elmlər

  • 5 Təbiət elmləri

  • 6 Texnologiya

  • 7 (İncə)sənət

  • 8 Dil, linqvistika, ədəbiyyat

  • 9 Coğrafiya, bioqrafiya, tarix

UDC sisteminin iyerarxik quruluş prinsipi on­dan ibarətdir ki, yuxarıda göstərilən hər bir bölmə on ye­ni cədvələ bölünə bilər. Hər bir yeni bölgü ərəb rə­qəmləri ilə işarə olunur. Bu iyerarxiya davam et­dikcə insan fəaliyyətinin daha dar sahələrini de­tal­la­rı ilə xarakterizə edə bilən kifayət qədər uzun kodlar yarana bilir.

ISBN (International Standard Book Number) – Ki­­tabın beynəlxalq standart nömrəsidir. Hər bir ki­tab nəş­rinin uni­kal nömrəsi olan bu kod, nəşrin satış şə­bəkələrində ya­yı­mı, kitabxanalar sistemində sax­la­nıl­­ması işini avto­ma­tik­ləşdirməyə, asanlaşdır­ma­ğa xid­­­mət edir. 1966-cı ildə ya­radılan və sonuncu dəfə 2007-ci ildə təkmilləşdirilən ISBN sistemi 13 rə­qəm­­­­li koda malikdir və bu kod ştrix-kod­la uyğunlaş­dı­rılmışdır. 2007-ci ilə qədər nəşr olunmuş kitablar 10 rəqəmli ISBN kodu (ISBN-10), sonra nəşr olu­­nan­­­lar isə 13 rəqəmli (ISBN-13) kod ilə təchiz olu­nurlar.

ISBN nömrələri ISBN abreviaturasından sonra gə­lən defis və ya boş yerlərlə aralanmış 4 və ya 5 hissədən ibarətdir:



  1. GS1 (Global Standard1, əv­vəl­lər EAN International) prefiksi 978 və ya 979 (978 – kitab nəşrinə aiddir);

  2. Qrup (mənsubiyyəti) identifikatoru (dil ey­niy­yəti ilə bağlı dövlətlər qrupu). Beynəlxalq ISBN agent­liyi2 tərəfindən ve­rilir. Bu identifikator 1-dən 5-ə qədər rəqəmlərdən iba­rət ola bilər. Məsələn, 0 və ya 1 – ingilisdilli ölkələri; 2 – fran­sızdilli ölkələri; 3 – almandilli ölkələri; 4 – Yaponi­ya; 5 – rusdilli öl­kə­lə­ri və s. xarakterizə edir; Çoxrəqəmli identifi­kator­la­ra misal kimi qeyd edək ki, Azərbaycanda nəşr olunan ədəbiyyat üçün prefiks – 9952-dir;

  3. Nəşriyyatın kodu. Beynəlxalq ISBN agent­li­yi tərəfindən verilir; Haradasa 628000 nəşriyyat və lokal ISBN agentlikləri Beynəlxalq ISBN agent­li­yin­də qeydiyyatdan keçmişdir; Məsələn, 19 – “Oxford University Press” nəşriyyatına uy­ğun gəlir; “El­sevier”, “Springer” kimi nəş­riy­yatlar isə bir neçə ana­loji kodlara malikdir; Adətən lokal ISBN agent­lik­lərinə və böyük nəşriyyatlara onların ehtiyaclarına uyğun ola­raq ISBN blokları (kodları) verilir;

  4. Nəşrin unikal kodu;

  5. Nəzarət rəqəmi (0-dan 9-a qədər ərəb rə­qəm­ləri və ya X (10-un əvəzinə) rum rəqəmi); Bu, ISBN nömrəsindəki rəqəmlərin düzgünlüyünü yox­la­maq üçün ISBN agentliyi tərəfindən ha­zırlanmış xüsusi alqoritm vasitəsilə alınan top­lum-yoxlama (checksum) rəqəmidir.

Qeyd etmək lazımdır ki, eyni bir kitabın bərk­üzl­ü (hardback) və yumşaqüzlü (paperback) nəşrləri müxtəlif ISBN kodlarına malik ola bilər. Məsələn, bu sətirlərin müəllifinin Stok­holmda 2008-ci ildə çap edilmiş “Philosophy, Science, Culture. Their Peculiarities in the East and the West” kita­bının iki kodu var: ISBN 978-91-976993-2-7 (hard­back) və ISBN 978-91-976993-3-4 (paperback).

Azərbaycanda ISBN agentliyi “Xəzər” univer­si­tetinin nəzdində yerləşir.1

ISSN (International Standard Serial Number) – dövri, davamlı nəşrlərin beynəlxalq standart nömrə­si­dir. Səkkiz unikal rəqəmdən ibarət olan bu nöm­rə­lər həm çap edilmiş, həm də elektron versiyada olan dövri ədəbiyyata aiddir. Həm çap, həm də elektron versiyada olan eyni bir dövri nəşr iki ISSN koda malik olur: print ISSN (p-ISSN) və electronic ISSN (e-ISSN).

Parisdə yerləşən Beynəlxalq ISSN Mərkəzi tə­rə­­fin­dən dövri nəşrlərə verilən ISSN nömrələri defislə ay­rıl­mış iki dörd rəqəmli hissədən ibarətdir.2 Axırıncı rəqəm nə­zarət üçün olan toplum-yoxlama (checksum) rəqəmidir (0-dan 9-a qədər ərəb rəqəm­lə­ri və ya X (10-un əvəzinə) rum rəqəmi) və o da xü­susi alqoritm vasitəsilə hesablana bilər. ISSN kodu beynəlxalq miqyasda yayıla bilən is­tə­ni­lən dövrü mət­buata (jurnal, qəzet, almanax və hətta, elek­tron nəşrlərə – CD, Veb-səhifələrə və s.) şamil edilə bilər.



Baxmayaraq ki, ISBN və ISSN konseptual baxım­dan bir-birinə oxşayır, lakin bunlar arasında fərqlər də var. Belə ki, ISBN kodu ayrıca kitaba və ya dövrü nəşrin konkret nüsxələrinə verildiyi halda, ISSN bütün dövrü nəşrə tam şəkildə şamil edilir. ISBN-dən fərqli olaraq, ISSN kodu anonim xarakter daşıyır: o, nəşrin hansı öl­kədə və ya dildə olduğu və hansı nəşriyyatda çap edildiyi haqda informasiya vermir.

ISSN-ə misal üçün Azərbaycanda “Copernicus Index” tərəfindən qeydə alınmış və “Philosophy Index” tərəfindən referat­laşdırılan humanitar sahədə yeganə jurnal olan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının ISSN nöm­rəsi 1810-9047 -dir.

Qeyd etmək lazımdır ki, Beynəlxalq ISSN Mərkəzi indi dövri nəşrləri yeni formada –ISSN-L (L – linked, yə­ni əlaqəli, bağlı mənasını verir) da qeydiyyatdan ke­çi­rir. Bu onunla əlaqədardır ki, son vaxtlar eyni bir dövrü nəşr mənbəyi müxtəlif üsullarla realizə oluna bilər.


Elmin

inkişaf qanunauyğunluğu
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə