Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə36/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   32   33   34   35   36   37   38   39   ...   68
YAP QADINLARI CƏMİYYƏTİN

APARICI QÜVVƏSİDİR
Artıq bu gün hər birimiz inamla deyə bilərik ki, müstəqil ölkəmiz qətiyyətli addımlarla növbəti zəfərlərə, qələbələrə doğru irəliləməkdədir. Ötən illər ərzində respublikamız dövlət quruculuğunda, iqtisadi və sosial, eləcə də digər sahələrdə böyük uğurlar qazanıb, mürəkkəb siyasi və sosial problemləri həll edib. Nəticədə uğurlarla yanaşı, cəmiyyətimiz siyasi sabitlik, iqtisadi artım əldə edib. Bu gün ölkəmizdə artan templə gedən tərəqqi faktoru bütün dünyanı, beynəlxalq aləmi heyran qoymaqdadır.

Ancaq belə bir əhəmiyyətli məsafənin qət edilməsi arxasında bir çox əziyyətlərin, keşməkeşli yolun dayanması da heç kimə sirr deyildir. Yəni qeyd edilən nəhəng uğurlar Azərbaycan xalqına və cəmiyyətinə heç də asan başa gəlməmişdir. Geridə qoyduğumuz 20 ildə xalqımız Ulu öndər Heydər Əliyevin şah əsəri olan Yeni Azərbaycan Partiyasının sayəsində gərgin mübarizə və quruculuq yolu keçib. Bu yolda vətənpərvər övladlarımız cəbhədə müqəddəs torpaqlarımızın azadlığı uğrunda canlarından, qanlarından keçmiş, xalqını sevən insanlar müstəqilliyimizin ziddinə olanlara, siyasi avantürizmə qarşı gərgin mübarizələr aparmışlar. Ancaq belə bir mübarizəni aparmaq üçün, əlbəttə ki, bir Öndər, bir xalq ağsaqqalı lazım idi. Yoxsa həmin mübarizədə zəfər qazanmağın mümkünsüzlüyü günü-gündən daha aydın görünürdü. Və belə bir çətin anda mübarizənin ön xəttində məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dayandı. Bu çətin dövrdə yenicə yaradılmış Yeni Azərbaycan Partiyası prinsipial rol oynayaraq böyük öndər Heydər Əliyevin milli xilaskarlıq missiyasının həyata keçirilməsində ona ən fəal yardımçı oldu. Belə bir partiyanın tarix səhnəsinə gəlməsi zərurətdən doğan amil olaraq ictimai ehtiyacların obyektiv tələbatına real cavab idi. Parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan cəmiyyət özünümüdafiə instinkti əsasnda vəziyyətdən çıxış yolu axtararaq Heydər Əliyev fenomeni üzərində təkid və inadla dayandı. Müdrik siyasətçi, təcrübəli dövlət xadimi isə bu partiya vasitəsilə Azərbaycanı düşdüyü bəladan xilas etməyin həqiqi yolları, milli birliyə və siyasi sabitliyə nail olmaq vasitələri haqqında fikir və düşüncələrini xalqa çatdırmaq imkanı əldə etdi.

Artıq möhtəşəm 20 ilini geridə qoyan YAP o dövrdə ölkənin istinadgahı, dayağı kimi özünü Azərbaycanın xilasına həsr etməyi bacaran insanların bir araya gəldiyi qürur mənbəyi timsalında yaranmışdı. YAP-ın təsis olunması və Ulu öndərin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. YAP yaranandan dərhal sonra bütün fəallarımız, ziyalılarımız, cəmiyyətin hər tə­bə­qəsindən olan insanlar, o cümlədən qadınlarımız mütəşəkkil şəkildə partiyanın sıralarına gəldi. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xü­susiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışın­dan sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Belə bir əhəmiyyətli məqamda Ümummilli lider daha bir önəmli ideya ilə çıxış edərək, tarixi bir addım atdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. Belə bir addımın atılması qadınların partiyaya axınını sürətləndirdi. Bu təşəbbüsdən böyük vüsət alan qadınlarımız ictimai fəaliy­yət­lə­rini məhz Yeni Azərbaycan Partiyasında davam etdirməyi özləri üçün şərəf hesab etdilər.

Bizim - Azərbaycan qadınlarının doğrudan da, geniş potensialı var. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınla­rı­mızı məhz bir amal birləşdirir - Dövlətimizi daha da inkişaf et­dir­mək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək! Qədim yunan filosofu Aristotelin belə bir kəlamını xatırlatmaq yerinə düşərdi: "İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır." Bizim doğrudan da geniş potensialımız var. Mən bu fikri söyləyərkən təkcə yeraltı və yerüstü sərvətlərimizi, münbit torpaqlarımızı deyil, həm də bütün bu bolluğun xalqın rifahı naminə istifadə olunmasına şərait yaradan dəyərli insanları nəzərdə tuturam. Cəmiyyətin tərəqqisi üçün yorulmadan çalışan Azər­baycan analarını, qadınlarını nəzərdə tuturam. Bu gün biz qadınların taleyinə Azərbaycan tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafımızın tempi, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, ədəbiyyatı­mızın öz əlifbamız ilə nəşr olunması, təhsilə yeni yanaşmaların təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inan­dığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istə­miş­dir.

Mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin doğurduğu sıxıntılara baxmayaraq, mərd və mübariz Azərbaycan qadını bu gün, yəni üçüncü minilliyin ilk onilliyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır. Qadınlarımız kişilərlə çiyin-çiyinə çalışır, qurub-yaradır, dəhşətli müharibənin xalqımıza vurduğu yaralara, zərbələrə dəyanətlə, ləyaqətlə dözür, vətən, el-oba, doğma ocaq həsrəti çəkir, lakin yeni əsr, yeni zamanla üz-üzə durduğu indiki dövrün məna və məsuliyyətini, mahiyyət və məqsədini unutmur. Çünki bu gün yaşadıqları ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranmışdır.

Azərbaycan qadınları cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak etmək, fəallıqlarını artırmaq istədiklərini bir daha nümayiş etdirdilər. Məhz bu istək və zərurətin nəticəsi kimi Ulu öndərimiz Heydər Əliyev 2000-ci il martın 3-də "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçilməsi haqqında" Fərman imzalamışdır. Fərmanda qadınların bugünkü in­ki­şaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yo­luna diqqətlə nəzər yetirilmiş, respublikamızın mötəbər və möh­tə­şəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir.

1995-ci ildən başlayaraq Azərbaycanda qadın problem­lə­ri institu­­sional səciyyə daşımağa başlamış, elə həmin il müs­tə­qil Azərbaycan dövləti BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" haqqında Kon­vensiyaya qoşulmuşdur. 1998-ci ilin 14 yanvarında isə Ulu öndərimiz Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. "Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır" -Ümummilli liderimiz Heydər Əliyevin həmin qurultayda söylədiyi bu fıkirlər qadınlarımıza verilən ən yüksək qiymətdir.

Azərbaycan qadınları həmin qurultayla cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Qurultayın qərarlarında diqqəti çəkən məqamlardan biri də qadın siyasətinin artıq yetkinləşməsi və gerçəkləşməsi tələbatı oldu. Eyni zamanda, Nazirlər Kabinetinə respublikada gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını təmin etmək tapşırığı verildi. Məlum Fərman dövlət həyatının bütün sahələrində qadınlarımızın öz müqəd­dəratını təyin etməsinə əlverişli şərait yaratdı, həmçinin gender tarazlığına nail olmaq istiqamətində operativ tədbirlərin görülməsini təmin etdi. Son 20 ildə qadınların dövlət qurum­larında və ümumiyyətlə, ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu öndərimizin əsasını qoydu­ğu liberal gender siyasəti nəticəsində mümkün olmuşdur. Fərmanın tələblərindən biri də o idi ki, qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər səviyyədə təmsilçiliyi təmin edilməlidir.

Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənələrini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bi­zim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyya­mında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O həm rəsmi bir şəxs, həm Azər­baycanın milli dəyərlərinin davamçısı, həm də bir saylı xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir.

Ulu Öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də bir mayak kimi xalqımızın yoluna nur saçır, gələ­cəyimizi müəyyənləşdirir. Bu gün Ümummilli lider Hey­dər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin atdığı addımlar hər bir Azərbaycan vətən­daşın­da qürur, fərəh, şərəf hissi yara­dır. Ölkə rəhbərinin 6 fev­ral 2006-cı il Fərmanı ilə Qadın Prob­lem­ləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu almışdır. Bu illər ərzində Komitənin işi respublikada qadın hərə­ka­tını güc­lən­dirmiş, dövlət siyasətinə uyğun olaraq qadınların işlə tə­min olunmasına, məşğulluq strategiyası istiqamətində layi­hə­lə­rin hə­yata keçirilməsinə, gender prinsiplərinə diqqət yetirilməsinə, qa­­dın və uşaq hüquqlarının qorunmasına, qadınlarımızın zəkalı, mü­tərəq­­qi, istedadlı vətəndaşlar kimi bütün dünyaya tanıdıl­ma­sı­na rəvac verən tədbirlər keçirmişdir.

Bu gün qadınlarımız partiyamızın həyatında fəal rol oyna­maq­­la ya­naşı, ictimai-siyasi proseslərdə də yaxından iştirak edirlər. Məsələn, son bələdiyyə seçkilərində YAP-çı qadın­ların aktivliyi bir daha onların siyasi proseslərdəki rolunu kifayət qədər təsdiqləyib. Hazırkı vəziyyəti ötən illərin səviyyəsi ilə mü­qa­yisə edəndə, 2009-cu il seçkilərində qadınların təmsilçiliyinin əhəmiy­yətli dərəcədə artdığını görərik.

Daha bir məqama diqqət yetirək. Əgər əvvəllər bələdiy­yələrdə qadınların təmsilçiliyi 3-4 faiz təşkil edirdisə, son seçkilərdən sonra xanım bələdiyyə üzvlərinin sayı təxminən 30 faizi əhatə etdi. Bu faiz göstəricilərinin hər birində təbii ki, Yeni Azərbaycan Partiyasının qüdrəti və nüfuzu dayanıb. Artıq bələdiyyə üzvləri ilə yanaşı, bir neçə bələdiyyələrə rəhbərlik edən qadın sədrlər öz işlərinin öhdəsindən layiqincə gəlirlər.

Eyni zamanda, dördüncü çağırış Milli Məclisin tərkibində partiyamızı təmsil edən 20 qadın millət vəkilimiz var ki, bu da keçən çağırışdakından çoxdur. İnanırıq ki, qadınlarımız bu etimadı öz fəaliyyətləri ilə doğruldacaq, bir-birindən əhəmiyyətli qanunların qəbulunda fəal mövqe nümayiş etdirəcəklər. Parlamentdə qəbul olunan hər bir qanun sözsüz ki, müxtəlif sahələri əhatə edəcək, bundan sonra da inkişafa, tərəqqiyə, insanların sosial rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. Bu seçkilərdə qələbə qazananlar arasında qadınları görəndə, bundan fərəhlənir, qürur hissi keçiririk.

Əlbəttə ki, bütün bu uğurlara, məhz əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində nail olunub. Eyni zamanda, bu amil həm də çağdaş Azərbaycan qadınının heç də kişilərdən geri qalmamasının bariz göstəricisidir.

Son olaraq daha bir faktora nəzər salaq. Yuxarıda vurğuladığımız kimi, Azərbaycan qadınının, xüsusilə ictimai-siyasi həyatda fəaliyyyəti ilə seçilən YAP-çı qadınların əldə etdikləri uğurların təməlində xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurduğu qadın siyasəti amili dayanır. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına bəslədiyi böyük hörmətlə yanaşı, onun cəmiyyətdə layiqli yerini tutması üçün əzmlə çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm.”

Belə bir tarixi bayram əhval-ruhiyyəsində mən də Yeni Azərbaycan Partiyasının bütün dəyərli üzvlərini səmimi qəlbdən, qürur və şərəf hissi ilə təbrik edirəm. Ulu öndər Heydər Əliyevin irsinə, ideyalarına öz əqidələri ilə xidmət edən, dönməzlikləri ilə şərəf yolu keçən hər bir partiya üzvünün bayramı olan bu tarixi gündə arzu edirəm ki, Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı kimi əbədi olaraq tarix salnaməsinə qızıl hərflərlə həkk olunsun. Çünki Yeni Azərbaycan Partiyasının üzvü olmaq şərəfdir! Yeni Azərbaycan Partiyasını təmsil etmək qürurdur! Əqidəli Yeni Azərbaycançı olmaq ali mənəviyyat və yüksək ləyaqətdir! Yeni Azərbaycan Partiyası isə sarsılmaz qaladır. Bu sarsılmazlığa heç bir qüvvə güc nümayiş etdirmək əzmində ola bilməz. Yaşasın Yeni Azərbaycan Partiyası!
Səs” qəzeti, 21 noyabr 2012-ci il.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin