Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə9/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   5   6   7   8   9   10   11   12   ...   68
HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ
Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksəkixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edər, monolit bir qüvvə kimi fəaliyyət göstərə bilər. Cəmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir: iqtisadi və mənəvi tərəqqi sürətində.

Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Lakin təkcə biz yox, bütün dünya gərgin bir templə, mürəkkəb proseslər fonunda tərəqqi edir. Ona görə iqtisadi və mənəvi inkişaf templərinin sabah necə olacağına heç bir təminat yoxdur. Sabahkı uğurlara yeganə təminat – sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mən əzm sözünü təsadüfi işlətmirəm. Bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz surətdə bağlıdır. Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət onun şəxsiyyətinin əsas cizgiləri idi. Ulu öndər bütün həyatını, ömrünü, ağlını, zəkasını böyük milli məqsədlərə sərf etmişdir. Buna görə xalqımız ona minnətdardır.

Lakin bu minnətdarlıq azdır. Bu müqəddəs duyğular bizi Heydər Əliyev irsinin əsas məzmunundan yayındıra bilməz. Çünki bu məzmun rəhbərin xalqa xidmət ideyaları ilə bağlı idi. Xalqın tərəqqisinə xidmət edən işlər görmək onun ömrünün mənasını təşkil edirdi. Bu da Heydər Əliyev şəxsiyyətinin çox qiymətli sosial və pedaqoji keyfiyyəti idi. Onun nümunəsi bizi adi xidmətə yox, böyük tarixi və milli məqsədli xidmətə sövq edir.

Xalqımızın sürətli tərəqqisinə nail olmaq planları Ulu öndər üçün həmişə milli təhsil sisteminə qayğı ilə ayrılmaz idi. Onun rəhbərliyi dövründə Azərbaycanın təhsili, əslində yenidən quruldu. O, hesab edirdi ki, yüksək ixtisaslı kadrları olmayan xalqın qüdrətli dövləti ola bilməz. Heydər Əliyev səhhəti zəifləyən vaxtlarda belə, məktəblərə gedir, təhsilimizin gələcəyi barədə öz tövsiyələrini verirdi. O, bu yanğısı, diqqəti və idrakı ilə həm də hamımızın müəllimi idi. Hər dövrdə, hər cəmiyyətdə tərbiyə o halda uğurlu olur ki, onun əyani şəxsi nümunəsi olsun. Tarix bu nümunəni bizə bəxş etməklə gənc nəslin tərbiyəsi işinə böyük töhfə vermişdir.

Milli ruhda tərbiyə alan insanın ən yaxşı ideal nümunəsi Ulu öndərin mübarizələr və qələbələr dolu bioqrafiyasıdır. Etiraf etməliyik ki, biz bu bioqrafiyanın əsas mənasını, pedaqoji fəlsəfəsini kifayət qədər tədris və təbliğ edə bilmirik. Böyük rəhbərin həyat yolunu əks etdirən materialların, əyani vasitələrin, kitab və filmlərin azlığı, natamamlığı hiss olunur. Mövcud kino materiallarında sovet dövrünün təbliğatı çox qabarıqdır. Bu təbliğatın arxasında Ulu öndərin şəxsiyyətinin milli səciyyəsi, onun milli zəmin və dəyərlərlə bağlılığı öz əksini bəzən çox zəif tapmışdır.

Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən, buraya Azərbaycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti Azərbaycanla bütövləşmiş, onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərinə Ulu öndərin ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, bu problemin həlli ilə bağlı müəyyənləşdirdiyi xətt, atdığı addımlar bəzən əsl mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə xid­mət­lərinin, sadəcə olaraq Azərbaycan ədəbiyyatına, mə­də­niy­yətinə, incəsənətinə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Çünki görülən bu işlər, sadəcə qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gə­lib çatan müqəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsil­lərə əmanət edilməsi, Azərbaycan şüurunun, men­talite­tinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş məqsədyönlü addımlardır.

Bizim milli təhsilin strateji məqsədi müasir elmi biliklərlə si­lah­lanmış milli ruhlu vətəndaş tərbiyə etməkdir. Belə tər­bi­yə­nin pedaqoji strategiyası cəmiyyətimizin tərəqqisi ilə, onun ya­xın və uzaq vəzifələri ilə bağlıdır. Bu vəzifələrin əsasında öl­kə­nin ərazi bütövlüyünün bərpası, iqtisadiyyatımızın mo­dern­ləşdirilməsi, təbii sərvətlərimizdən daha effektiv istifadə et­mək kimi məsələlər durur. Həmin vəzifələri uğurla həyata keçirmək üçün bizə, ilk növbədə milli ruhda tərbiyə almış, milli dəyərləri şüurlu surətdə sevən, vətənə xidməti həyat qayəsi sayan vətəndaşlar lazımdır. Bunun üçün biz ölkənin təhsil sistemində gedən islahatları davam etdirməli, kənar mədəniyyətlərlə təmas anlarında “yabançı həyat tərzlərindən məhz nələri əxz etməli, nələri kənara qoymalı?” sualı meydana çıxarkən düzgün mövqe tutan, müstəqil qərarlar qəbul etməyi bacaran kamil gənc nəsil yetişdirməyi təhsilimizin ali məqsədi kimi həyata keçirməliyik.

Təhsildə əsas fiqur müəllimdir. Öz işinin mahiyyətini dərk edən, ixtisasının gözəl bilicisi olan, tərbiyə və biliyi vəhdətdə sevərək təlqin edən müəllim olmadan təhsildə heç bir problemi həll etmək olmaz. Xatırlayaq ki, bugünkü məktəbimizin fundamental bünövrəsini məhz fədakar xalq müəllimləri, maarifçi babalarımız yaradıb.

Son illər biz müəllim nüfuzunun düşməsindən danışırıq. Lakin bundan da köklü problem müəllimlərin ixtisas səviyyəsinin aşağı düşməsidir. Müəllimlərin bir qismi, sadəcə öz fənnini öyrədə, mənimsədə bilmir. Ali məktəbə hazırlıq üçün evlərə müəllimlərin cəlb edilməsi buna ən yaxşı sübutdur. Bu, artıq istisnadan normaya çevrilən, pedaqoji ictimaiyyəti narahat edən bir mövzudur.

Təhsil quruculuğunda biz sürətlə tərəqqi edən ölkələrin maarif sisteminə diqqət yetirərkən, ilk növbədə qabaqcıl ölkə­lərdə təhsilin maddi bazasının çox-çox irəli getdiyini görürük. Təhsildə nəzərdə tutduğumuz yeni səviyyə və keyfiyyət məktəblərimizin, təhsil ocaqlarımızın maddi baxımdan da yenidən qurulması təmin edilmədən mümkün deyildir. Biz varlı ölkə deyilik, lakin kasıb da deyilik. Təhsilin maddi bazasının modernləşdirilməsinə qoyulan vəsaitləri iqtisadi quruculuğa, iqtisadi tərəqqiyə yönəldilən vəsaitlərin tərkib hissəsi hesab etməliyik. Bu gün Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində dövlət büdcəmiz böyük sürətlə artır. Bu isə təhsilimizin sabahkı inkişafına nikbin baxmağa əsas verir.

Tarixdə xalqına, onun maarifinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların millilik və milli dəyərlərdə təcəssüm tapmasına, nədənsə nadir hallarda təsadüf olunur. Böyük öndərimiz Heydər Əliyev məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işləndiyi sovet dövründə də, müstəqillik dövründə də o, ən böyük azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən sadə və eyni zamanda, zəngin bir sima idi. Onu milli dəyərlərimiz, milli varlığımız və tarixi taleyimizlə bağlayan çoxlu möhkəm, qırılmaz tellər göstərmək olar. Lakin Ulu öndərin ana dilimizdə parlaq və sərrast nitqi onu əbədi olaraq millilik rəmzi kimi anlamağımız üçün kifayətdir.

Böyük rəhbərimizin xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Lakin onların arasında onun natiqlik irsi bizim üçün xüsusilə müqəddəsdir. Böyük öndərin nitqinin xəlqiliyi azərbaycanlılığın ən parlaq təcəssümü idi.

Təsəvvür etmək çətindir ki, bu gün sərbəst işlənən doğma ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizələr aparırdı. Bu mübarizələrin aparılmasında Heydər Əliyevin xüsusi, danılmaz rolu olmuşdur. O, ana dilimizin azadlığı uğrunda iki cəbhədə çalışırdı. Birinci cəbhə onun özünün ana dilində danışması idi. İkinci cəbhə isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi ki, o zamanlar belə bir mübarizəyə qoşulmaq böyük cəsarət, qətiyyət tələb etməklə yanaşı, vətənə, millətə, onun milli sərvətinə sonsuz məhəbbətin nəticəsi idi.

Böyük rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Onun 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi, mən deyərdim ki, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində başladı. İnsanlar rəhbərin ana dilində etdiyi gözəl, ifadəli çıxışlarda, onun dövlətçilik məntiqində, vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında doğma və müstəqil dövlətimizin ilk sədalarını eşitdilər.

Sonralar Ümummilli liderimiz Bakıda keçirilən tədbirlərdə də ana dilində danışmaq üçün fürsət tapdı. O, yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıçılar İttifaqının məclislərində Azərbaycan dilində parlaq çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdır. Bunun özü də tarixi bir xidmət idi. Yad dildə danışan dövlət milli ola bilməz. Ona görə də Ulu öndərin nitqləri onun rəhbərlik etdiyi hakimiyyətə qarşı da doğmalıq hissləri yaradırdı. Dövlət məmurları anlayırdılar ki, Heydər Əliyevin yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı öz xalqımızındır və onun dövləti üçündür. Bunu dərk edən, rəhbərə sidq ürəklə inanan minlərlə insanlar sonralar Azərbaycanın müstəqilliyini müdafiə etdilər, bu müstəqilliyin memarının yaxın köməkçiləri və silahdaşları oldular.

Yazıçı və sənət adamları ilə görüşəndə Ulu öndər yeni bir üslubda -elmi-ədəbi üslubda danışmağa başladı. Həm də parlaq şəkildə, ana dilinin söz imkanlarının bütün qatlarına, bütün çalarlarına zərgərcəsinə bələdliklə danışmağa başladı. Onun gözəl nitqi yazıçıları, ədəbiyyatçı alimləri, illərlə mühazirələr oxuyan professorları da heyran qoyurdu. O, ana dilini harada belə öyrənmişdi? Onun əvvəllər işlədiyi təhlükəsizlik orqanlarında ana dilində danışmağa macal belə yox idi. Bəs bu parlaq nitq qabiliyyəti haradan idi? Əlbəttə ki, bu, böyük rəhbərin genetik yaddaşından gəlirdi. O, ana dilin parlaq təcəssümü olan bir mühitdə, sadə azərbaycanlı ailəsində formalaşmışdı.

Rəhbərin canlı ana dilini öz nitqi ilə zinətləndirməsi onun bu sahədəki xidmətlərinin bir tərəfi idi. Bu irsin ikinci tərəfi onun rəsmi yolla ana dilimizin statusunu qaldırmaq üçün misilsiz xidmətləri idi. Mən onlardan ancaq birinin üzərində dayanmaq istəyirəm. O da 1978-ci il Konstitusiyası qəbul olunan zaman orada Azərbaycan dilinin dövlət dili kimi göstərilməsidir.

O zaman təhlükəli bir nəzəriyyə ortaya atılmışdı: iddia olunurdu ki, guya sovet dövlətində yaşayan bütün insanlar vahid bir millətə - sovet xalqına çevriliblər. Bu, yanlış və milli dillərə, mədəniyyətlərə qarşı yönəlmiş nəzəriyyə idi. Belə bir vaxtda Heydər Əliyev Elmlər Akademiyasında böyük alimlərin iştirakı ilə Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi. Onun verdiyi istiqamət nəticəsində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi qəbul edilməsi barədə təklif verildi. Milli ziyalı təbəqəsinin timsalı olan bu təklifi Moskva qulaqardına vura bilmədi.

Bundan sonra ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, kino, teatr quruculuğunda milli dilin tətbiqini gücləndirmək daha asan oldu.

Kino kimi mühüm sahədə Moskva Bakıdan gələn ssenariləri belə, rus dilində tələb edirdi. Ona görə kinostudiya əcnəbi millətlərdən olan qələm adamları ilə dolmuşdu. Bunu aradan qaldırmaq üçün böyük rəhbər oraya ana dilinə, xalqa bağlı olan kadrlar göndərdi. Məhz Heydər Əliyevin vaxtında və onun bilavasitə himayəsi ilə xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas mövzusu oldu. “Nəsimi”, “Babək”, “Dəli Kür” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.

İnamla demək olar ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. O, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Anar kimi milli zə­minə bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sə­nət­karlar isə ədəbiyyatın milli varlığımız, milli dəyər­lə­ri­mizlə bağlı mövzularını uğurla işləyib inkişaf etdirirdilər.

Heydər Əliyev irsinin ayrılmaz bir qanadı da onun milli tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi dərindən mənimsəmiş Ulu öndər, milli dövlət üçün milli tarixin və tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Ona görə də o, Nizami Gəncəvinin və Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması üçün partiya qərarları verirdi. O zaman bu qərarlar inqilabi bir yenilik idi. Bunlar cəsarət nümunəsi idi. Buna qədər Azərbaycanın Rusiya tarixinə daxil olmasının 150 illiyi kimi bədnam yubileylər qeyd edilmişdi. Lakin Heydər Əliyev böyük ədəbi yubileyləri xalqın varlığını üzə çıxarmaq, onun milli tarixini araşdırıb təbliğ etmək formasına çevirdi. Onun nüfuzu qarşısında Moskva da belə hallara etiraz etməkdən çəkinirdi.

Heydər Əliyevin mənəvi irsinin və milli tarix konsepsiyasının mühüm bir istiqaməti Azərbaycan Sovet Sosialist Respublikasının tarixinin milli xəttini görməsi, ardıcıl surətdə üzə çıxarması və təbliğ etməsi idi. Hələ indiyə qədər bu konsepsiyanın əhəmiyyətini dərk etməmək hallarına təsadüf olunur. Böyük rəhbər çox haqlı olaraq hesab edirdi ki, bütün səhv və əyintilərlə yanaşı, Azərbaycan 70 illik sovet haki­miy­yəti zamanında mühüm tərəqqi yolu keçib, ən başlıcası isə müs­təqillik üçün iqtisadi və dövləti əsaslar yaradıb. Bu əsaslar olma­dan indiki müstəqil dövlətimizin varlığı da mümkün deyildi.

Heydər Əliyev Sovet Azərbaycanı tarixində Nəriman Nərimanovla başlanan, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, İsa Hüseynov kimi sırf milli ruhlu və milli ovqatlı şair, yazıçı və alimlərin fəaliyyətini qırılmaz xətt sayırdı. Təsadüfi deyil ki, onun hakimiyyətə gəldiyi vaxtdan ilk böyük yubiley 1970-ci ildə Nəriman Nərimanova və 1976-cı ildə Səməd Vurğuna həsr edildi. Onların fəaliyyəti və irsi böyük rəhbər üçün əziz və misilsiz dərəcədə qiymətli idi.

Ulu öndər hələ o zaman mübahisələr doğuran bəzi milli ruhlu filmlərin çəkilişinə, Nəriman Nərimanovun gözəl obrazının yaradılmasına nail oldu. Belə deyirlər ki, o, Səməd Vurğun yaradıcılığını dərindən bilir və bəzi şeirləri əzbərdən ifa etməyi sevirdi. Heydər Əliyev sovet vaxtı yaranmış mədəniyyətimizə böyük məhəbbətlə yanaşır və bunu bizə aşılamağa çalışırdı.

Nəriman Nərimanov şəxsiyyəti onun üçün həm də erməni fitnəkarlığına qarşı mübarizə rəmzi idi. Müstəqillik ərəfəsində qanlı-qadalı problem yenidən qarşımıza çıxdı. Ərazilərimiz işğal olundu. Bu gün Qarabağ məsələsi orta məktəb şagirdlərinə milli yaddaş tərbiyəsinin tərkib hissəsi kimi izah olunmalıdır.

Heydər Əliyev bioqrafiyasının əsas xətlərindən birini onun er­məni fitnəkarlığına qarşı mübarizəsi təşkil edir. Azər­bay­ca­nın heç bir rəhbəri Azərbaycanda erməni fitnəsinə qarşı onun qədər ardıcıl və sərt mübarizə aparmayıb. Bu mübarizənin dərsləri bu gün çox aktualdır. Bu dərslərdən hər bir müəllim öz təcrübəsində faydalana bilər və faydalanmalıdır.

1920-ci ildə Azərbaycanda bolşevizm rejiminin qurulması ermənilərin Bakıda hökmranlığı üçün yol açdı. Azərbaycanda bolşevizm çox az sayda tərəfdarı olan cərəyan idi. Bakı bolşevik təşkilatının əsas tərkibi rus, gürcü və ermənilərdən ibarət idi. Aprel çevrilişindən sonra isə Bakıda hakimiyyət ermənilərə verilmişdi. Məhz fitnəkar ermənilər Bakını Sovet Rusiyasına ilhaq etməklə ölkəmizi parçalamaq planları hazırlamışdılar.

Heydər Əliyev erməni məkrini əməli işdən tanıyırdı. Vəzifə pilləl­ərində yüksəldikcə o, Bakıdakı erməni mafiyasının şid­dət­li müqaviməti ilə rastlaşırdı. Lakin 1969-cu ildə haki­miy­yətə gələn kimi o, milli məsələlərə dair yeni strategiya hazırlayıb həyata keçirməyə başladı. ABŞ-da, Fransada və başqa ölkələrdə yaşayan və bu gün milyonçu siyahısında olan ermənilərin çoxu vaxtilə Bakıda yaşamışlar. Onlar məhz Azərbaycandan apardıqları pullarla bütün dünyada erməni təşkilatları yaradır və türkçülüyə qarşı mübarizə edirdilər.

Bu gün Heydər Əliyevin uğurlu strategiyası İlham Əliyev tərə­findən davam etdirilir. Ölkəmiz Bakı-Axalkalaki-Qars də­mir yoluna görə Gürcüstana 200 milyon kredit ayıranda, bə­ziləri bunu Gürcüstana pul bağışlamaq kimi qiymətləndirdilər. Bu məhdud bir siyasətbazlıq idi. Əslində, bu kreditin məqsədi Er­mənistanın iqtisadi dirçəlişinə yol verməmək, onun iqtisadi perspek­tivlərinə zərbə endirmək idi. Bu, Ulu öndərin uzaq­gö­rən xətti idi. Bu xətt erməni siyasətinə qarşı mübarizənin uzun tarixi dövr ərzində davam edəcəyinə əsaslanır. Bu mənada, həmin mübarizənin bir xətti də bizim milli təhsil sistemindən, hər bir universitetdən, hər bir məktəbdən keçir.

Heydər Əliyevin həyat məktəbi, onun qurub yaratdığı milli dövlət tarixi bir reallıqdır. Xalqımızın ən qiymətli irsi, nailiyyəti və fərəh yeridir.

Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövr ərzində Heydər Əliyev bu xalqın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşadan, əməllərində bu dəyərləri müqəddəs, misilsiz, toxunulmaz bir xəzinətək qoruyan, onun əbə­diyaşarlığını təmin edən unikal bir şəxsiyyət kimi tarixə əbədi həkk olundu. Fırtınalardan, qasırğalardan keçən həya­tında Vətənə rifah gətirən bu dahi şəxsiyyət mütərəqqi insan­ların məhəbbəti, ehtiramı, cılız, paxıl, riyakar, xalq, Vətən təəs­sübkeşliyindən uzaq olanların isə təqibi, şəri, böhtanı ilə üzləş­di. Buna görə sarsılmadı, “ən böyük şəxslər özündən çox mən­sub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoş­bəxt­liyinin qorunması yolunda həyatını həsr edən insanlardır”, - dedi.

Heydər Əliyevin baxışlar sistemində din yalnız ruhi, mə­nəvi dünyanın pəncərəsindən boylanır. Ulu öndər dinin siyasi alətə çevrilməsinə, insanların müqəddəs inanclarının siyasi proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç vaxt imkan vermədi. Heydər Əliyev bu inancları bütün siyasi proseslərin fövqündə saxladı və qorudu.

Dilimizin, dinimizin, tariximizin, incəsənətimizin şərəfli səhifələrinin şəriksiz müəllifi olan Ulu öndərimiz bu mənəvi dəyərlərə ömrünün sonuna qədər sadiq qaldı və onları şərəflə yaşatdı.

Deyirlər ki, vaxtilə müşahidə üçün onun qəbuluna dəvət edilmiş bir şəxsə Ulu öndər belə bir sual verir: Qiblən hayandadır? Düşünürəm ki, görəsən bu unikal insan vəzifəyə irəli çəkiləcək bir şəxsə bu sualı nə məqsədlə vermişdir? Yəqin ona görə ki, Allahını, qibləsini, Quranını tanımayan, qəlbində Allah sevgisi və xofu olmayan adamlar çox zaman yalan, riya, böhtan, paxıllıq, ədalətsizlik və digər qəbahətlərə mübtəla olur. Beləsinə insanlara rəhbərlik etmək kimi böyük etimad göstərməyin özü də böyük günahdır.

Müstəqilliyin ilk illərində vətəndaş tərbiyəsi ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Bu vacib vəzifənin həyata keçirilməsi üçün Azərbaycan vətəndaşının ideya-siyasi düşüncəsini formalaşdırmaq lazım gəlirdi. Bu istiqamətdə xeyli işlər görmüş dövlət rəhbəri “mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi tərbiyə keçmiş illərdən daha çox lazımdır”, - deyirdi. Cəmiyyətin sağlam mənəvi dəyərlər əsasında inkişafı milli dövlətçiliyin daha etibarlı təməl üzərində intişar tapmasına, insanların şəxsi maraqlar deyil, ümumi məqsədlər ətrafında səfərbər olmasına stimul yaradan ən ciddi faktorlardan biridir. Ulu öndər həm də öz şəxsi təcrübəsi əsasında bu qənaətlərə gəlirdi. Onun tükənməz enerjisinə, dərin zəkasına, müdrik ağlına, dünya şöhrətinə, sarsılmaz nüfuzuna qısqanclıqla yanaşanlara, haqsız hücumlara, paxıllara öz möhtəşəm ağlı ilə cavab verirdi: “Paxıllıq, şər, böhtan xam at kimidir – sahibini heç bir zaman mənzil başına sağ-salamat çatdıra bilməz”.

Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azər­bay­can­da vətəndaş tərbiyəsi işinin ən başlıca istiqamətlərini müəy­yənləşdirən hər bir şəxsiyyətin həqiqi vətəndaş obrazını özündə təcəssüm etdirən mükəmməl bir konsepsiya kimi bu gün də aktuallığını saxlayır və öz əhəmiyyətini gələcəkdə də heç vaxt itirməyəcəkdir.

Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz, təhrifsiz gələcək nəsillərə ötürəcəyinə bütün azərbaycanlılar qarşısında, ən böyük azərbaycanlı Heydər Əliyevin ruhu qarşısında and içib. Bu gün Azərbaycan Respublikasının Prezidenti öz andına sadiqdir. Necə ki, bütün ömrünü öz xalqının xoşbəxtliyinə həsr edən Ümummilli liderimiz bu andına sona qədər sadiq qaldı.

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın mənəvi irsimizin qorunması istiqamətində ardıcıl fəaliyyəti də Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək hörmətin təzahürüdür. Təsadüfi deyil ki, bu istiqamətdəki fəaliyyətinə görə Mehriban xanım YUNESKO-nun “Xoşməramlı səfiri” statusuna layiq görülüb. Bu, ümumilikdə dünyanın Mehriban xanımın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu gün Azərbaycan qadını haqlı olaraq Mehriban xanım Əliyevanın timsalında bir etibarlı dayaq görür, problemlərinə - mənəvi, ruhi, maddi ehtiyaclarına məlhəm qoyan, yardım edən çox doğma, munis Azərbaycan qadınının varlığına güvənir. Çünki Mehriban Əliyeva zəmanəmizin ən böyük azərbaycanlısı Heydər Əliyevin şəxsi nümunəsini görüb-götürmüş, onun yaratdığı mənəvi dəyərlər məktəbindən dərs almış torpağa, millətə, insana bağlı bir şəxsiyyətdir.

Heydər Əliyevin həyat məktəbi, onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır. Bu məktəb xalqımızın ən qiymətli irsi, nailiyyəti və fərəh yeridir. Onu gələcək nəsillərə çatdırmaq isə hər birimizin Vətən qarşısında borcudur.
Azərbaycan məktəbi” jurnalı, № 3, 2007-ci il.



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin