Elmi, təhsili heç vaxt unutmayan bir


İntibah salnaməsinin müəllifi



Yüklə 6,34 Mb.
səhifə38/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
İntibah salnaməsinin müəllifi

Əsl həqiqət müqayisədə üzə çıxır və elə bu həqiqət işığında da tarixin hər səhifəsinə, keçmişin və bugünün gerçəkliklərinə doğru-dürüst qiymət vermək imkanı yaranır. Çətin və keşməkeşli, fəqət şərəfli müstəqillik tariximizin son 20 ildəki uğur salnaməsinin müəllifinə çevrilmiş YAP-ın iqtidar partiyası kimi əldə etdiyi uğurlara nəzər salarkən qəlbimiz qürur hissi ilə dolur. Bəli, 20 ilə yaxın müddətdə fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız həddən ziyadə çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən inkişafa, səfalətdən rifaha keçidin möhtəşəm salnaməsini özündə əks etdirir.

İstər-istəməz buna adət etmişik - günlərimiz vaxtla mübarizədə keçir. Nə yazıqlar ki, bu mübarizədə bəzən özümüzü məğlub hiss etməli olmuşuq. Zamanın nəbzini tutmaq sələflərimiz üçün qərinələr boyu müşkülə çevrilib. İnkişafa, müasirlik və tərəqqiyə meyillilik bir xalq kimi ruhumuzda olsa da, onilliklər boyu "gedən qatarın" arxasınca həsrət və nisgil dolu nəzərlərlə baxmışıq. Lakin şükürlər ki, o əyyamlar artıq geridə qalıb. Hər bir uğuru ilə öyündüyümüz müstəqil Azərbaycan məhz YAP-ın milli mənafelərə əsaslanan idarəetmə strategiyası nəticəsində sürətli inkişafı ilə sanki zamanı da qabaqlayır. Ola bilər ki, kimlərsə bunu adi, qanunauyğun hal kimi qarşılasınlar. Təbiidir, insan bəzən öz taleyində yaşadığı, içərisində olduğu yenilikləri nəinki tam mahiyyəti üzrə dəyərləndirə bilmir, hətta bunlara vərdiş edir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin ani bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib.

Bəli, hər uğuruna ürəkdən sevindiyimiz doğma vətənimiz YAP-la bərabər çox böyük yol qət edib. Azərbaycanın bölgələri hazırda böyük tikinti meydanını xatırladır. Regionlarda yüksək zövqlə aparılan abadlıq-quruculuq işləri zahiri görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir. Rayonlara, hətta kəndlərə şəhər simasının gətirilməsi əyalət insanlarının ümumi mənəvi-psixoloji ovqatını, gələcəyə inam hissini yüksəldir. Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır.

Hələ son illərin Bakısını demirəm! Xüsusən gecə saatlarında nura qərq olan paytaxtımızın müasirliyini, gözəlliyini qəlbən, ruhən duymaq, həm də qısa zamanda görülən işləri dəyərləndirmək üçün, yetər ki, bir neçə gün doğma şəhərdən ayrı düşəsən. Bax onda şəhərin necə sürətlə inkişaf etdiyinin və müasirləşdiyinin daha çox fərqində olursan. Bəli, doğma paytaxtımız müasirliyinə görə bu gün heç bir Avropa şəhərindən geri qalmır.

YAP və onun alternativsiz lideri - möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan böyük uğurlar insanlarda gələcək barədə nikbin təəssürat və daxili əminlik doğurur. Çətin günlərimiz çoxdan geridə qalıb. Üfüqdə sürətlə müasirləşən, iqtisadi uğurları, demokratikləşmə səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən, inkişaf etmiş ölkələrlə bir sırada dayanan qüdrətli Azərbaycan görünür!



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin