Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə117/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   113   114   115   116   117   118   119   120   ...   201
Təzə-Pir məscidi
Məscidə yığışıb, oranı siyasət meydanına çevirməyimiz, xüsusən də mənim Kommunist Partiyasının əleyhinə söylədiyim nitqlər, eləcə də müstəqillik barədə çağırışlarım təkcə hakimiyyət dairələrini deyil, şəxsən şeyxülislam Allahşükür Paşazadəni ciddi narahat edirdi. Amma heç nə edə bilmirdilər. Allahın evindən bizi kim qova bilərdi ki?

Hatəmi həmin günləri xatırlayaraq yazır: «24 oktyabr 1988-də tikinti materialları naziri Arif Mənsurov məni və Mənsuru yanına dəvət etdi. O, bizi öz maşınında Şeyxülislam Allahşükür Paşazadənin yanına gətirdi. Söhbət zamanı Paşazadə dedi ki, bəzi bədxah adamlar xalq içərisində məni DTK-nın polkovniki kimi qələmə verirlər. Ona dedim: "Siz buna öz hərəkətinizlə əsas verirsiniz. Ermənilər vətənimizə təcavüzə başlamışlar. Katalikos Vazgen xalqını bu təcavüzkarlığa təhrik edir. Siz isə dini rəhbər kimi xalqı erməni təcavüzünə qarşı cihada səsləmək əvəzinə, ermənilərə qardaşlıq elan edirsiniz, xalq sizin haqqınızda başqa nə düşünə bilər?"

Təzəpir   mollaları   həmişə   çalışırdılar ki, buradakı yığıncaqlarımızı  pozsunlar. Çənlibelçilər də onlara qarşı "Lənət olsun mollalara" kimi şüarlar verirdilər. Paşazadə xahiş etdi ki, məscidi siyasət meydanına çevirməyək. Onunla razılaşmayıb dedim: "Peyğəmbərimizin vaxtında məscid əsil siyasət meydanı olmuşdur".

Çənlibel Təşkilatının, sonra yaradılacaq Xalq Hərəkatı Cəbhəsinin hesabına Təzəpir məscidinə insanların ayağı açıldı. Aşura günündən başqa, yoxsa, burada adam görünməzdi» (2).



Çox təəssüflər olsun ki, Xalq Hərəkatı Cəbhəsinin sənədləri qalmayıb. Qalan yalnız aşağıdakı bildirişdir:

Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin