Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə13/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   9   10   11   12   13   14   15   16   ...   201
Ağası Hun. «Çənlibel»in qurucularından və İH üzvlərindən biri
Burada kiçik haşiyə açaraq qeyd etməliyik ki, bənzər qarşıdurma Azərbaycan Kommunist Partiyasının daxilində də yaşanırdı. Fəqət rus kommunistlərindən fərqli olaraq qarşı-qarşıya gələn azərbaycanlı kommunist qruplar arasındakı əsas fikir ayrılıqları ideoloji platformaların fərqliliyindən qaynaqlanmırdı. Yerliçilik prinsipləri əsasında qurulan və hakimiyyət uğrunda bir-biri ilə çəkişən bu regional qruplar daha çox klan xarakterli idi. Bunlardan Heydər Əliyevin qurduğu və müvəqqəti olaraq Ramiz Mehdiyevin başçılıq etdiyi Naxçıvan klanı daha güclü idi. Sonradan bu klan Qərbi Azərbaycandan (Ermənistandan) qovulan vətəndaşlar tərəfindən dəstəkləndiyi üçün daha da gücləndi. Bundan başqa, başında Əbdürrəhman Vəzirovun durduğu Qarabağ, Ayaz Mütəllibovun başçılıq etdiyi Şirvan, lideri Həsən Həsənov olan Gürcüstan klanlarını da xüsusi qeyd etmək lazımdır. Bunlardan hər birinin qeyri-formal təşkilatlarda, xüsusən də AXC-də öz adamları vardı. Bu baxımdan «Çənlibel», eləcə də onun təsiri ilə Azərbaycanın müxtəlif bölgələrində, ölkənin ali tədris müəssisələrində, o cümlədən Azərbaycan Dövlət Unuversitetində («Yurd» təşkilatı) və s. yerlərdə qurulan qeyri-formal təşkilatlar istisna idi və onların böyük əksəriyyəti təpədən dırnağa qədər milli idi.

Tofiq Rəsulov
Təsadüfi deyil ki, tanınmış publisist X. Bahadır «Çənlibel» təşkilatının əsas qurucularından və rəhbərlərindən biri, əslində birincisi olmuş Məhəmməd Hatəmi Tantəkinə həsr etdiyi «Onun regionu yox idi» adlı məqaləsində bu böyük şəxsiyyət haqqında yazır ki, onun Müstəqil Azərbaycan uğrunda savaşı ötən yüzilin 70-ci illərindən başlamışdı. «Bu savaşda onun ən yaxın arxadaşlarından biri, bəlkə də, birincisi Əbülfəz Elçibəy idi. Sonra onların yolları ayrıldı, özü də biryolluq…

Hatəmi necə başlamışdısa, eləcə də bitdi – bitirdi. Bu baxımdan Hatəminin savaşı o başdan bu başa Böyük, Bütöv Azərbaycan savaşı idi. O yalnız imperiyalarla deyil, eləcə də imperiya qulluqçuları – imperiya əlaltıları ilə savaş aparırdı. Özü də hər hansı kompromisdən bütünlüklə uzaq bir savaş: ölüm-dirim savaşı!» (1).




Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin