Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə135/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   131   132   133   134   135   136   137   138   ...   201
Qaynaqça

  1. Asəf Quliyev: Heydər Əliyev Naxçıvan cəbhəsinin sədri olmaq istəyirdi. «Litparad», 23. 06. 11 (http://profliqa.blogspot.com/2011/06/asf-quliyev-heydr-liyev-naxcvan.html).

  2. "Aydınlıq" qəzeti, 11 sentyabr, 1992.

  3. Bahadır X. Onun regionu yox idi. “Türkel” Araşdırma Qrupu, 17 iyun 2016 (http://www.turkel-aq.org/2016/06/17/xaliq-bahadir-onun-regionu-yox-idi/).

  4. Əhmədli T. “Qızılbaş” qəzetinin təsisçisi və baş redaktoru, Fransa və Avropada Qafqaz Mərkəzinin prezidenti Eldar İbrahim oğlu Məmmədov (Eldar İbrahim) vəfat edib.  «Yeni Müsavat», 6 Avqust 2014.

  5. Ənvər Əliyev: «Azərbaycanda yerin-göyün yiyəsi puldur». “Azadlıq radiosu”, 2016, 15 Oktyabr (http://www.azadliq.org/a/24240903.html).

  6. Ənvər Əliyev: «Fazildə bunu etiraf etmək cəsarəti yoxdur». Simsar.az, 2016, 16 Oktyabr (http://simsar.az/news/a-30580.html).

  7. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  8. Heydər Əliyevin Milli Azadlıq Hərəkatına münasibəti. «Xurqal» qəzeti, sayı: 063 (473), 18 oktyabr 2011.

  9. "Meydan" qəzeti, 26.09. 1992.

  10. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  11. Sabiq DTK polkovniki son açıqlamasını verdi. «Yeni Müsavat» qəzeti, 23 yanvar, 2013-cü il.


Meydan epopeyası ilə Milli Azadlıq Hərəkatının ikinci mərhələsinin başladığını təsdiqləyən ilk iki önəmli fakt: «Yaşasın müstəqil Azərbaycan!» şüarının və üç rəngli milli bayrağın meydana gətirilməsi

Meydan epopeyasını nəhəng bir aysberqə bənzətsək və onun suyun üzərində olan, yəni görünən hissəsindən söz açmaq, gördüklərimizi müfəssəl təsvir etmək istəsək, bunun üçün Ədalət Tahirzadənin qeydləri bizə tamamilə yetər. Çünki o, gördüklərini bacarıqlı, ustad bir salnaməçi kimi bütün incəlikləri ilə qeydə almışdır. Demək olar ki, heç nəyi gözdən qaçırmamışdır. Bu baxımdan ayın 18-də baş verənlər haqqında yazdıqları da istisna deyil:

«18 NOYABR 1988…

Səhər saat 9-a 20 qalmış Lenin meydanına çatdım. 8.42-da meydanda min nəfərə yaxın adam var (əsasən tələbələr). İçində qızlar da var. Gözlərindən yuxu tökülür. “Rədd olsun Araz boyu tikanlı məftillər!” və “30 milyonluq azəri xalqı, azadlıq naminə birləşin!” şüarları axşamkı şuxluqla durur. Yeni şüar da gördüm: “Ermənilərə qarşı milli cəbhə yaratmaq!”. Uzun ağ parçaya “Öldü var, döndü yox!!!” yazılıb divara vurulub, yumruq şəkli də çəkilib. Meydanda tonqal yerləri qaralır. Havada 12 dərəcə isti var (uzaqdakı buruqdan - bulvardakı - görünür). Bir çox tələbələr adyallara bürünüblər. Sağ tribunanı milislər (əsgər milislər) tutub. Soldakı iki tribunada isə camaat oturub. Ənvərlə görüşdüm. Dedi ki, yoldaşlarım Vəzirovun yanına qaçdılar. (Hatəminin dəstəsi sol tribunanı tutub).

9.03. Xarici Dillər və Tibb İnstitutlarının tələbələri gəldilər. Xarici dillərin tələbələrinin çoxu qızdır.

9.11. Fuad Musayevə dedim ki, camaatın təhlükəsizliyini təmin etmək üçün baş tribunanın qarşısında iki cərgə milisin durması məsləhətdir. Dedi ki, yaxşı təklifdir.

9.17. Bir oğlan Azərbaycanın bayrağı altında şüar dedi (2 dəfə): “Bu gecə burada qalan bacı və qardaşlarımıza eşq olsun!” (“Ura!”).

9.20. “Elektroştamp” zavodunun fəhlələri gəldilər. 7 No-li tikinti idarəsinin fəhlələri gəldilər. Gələnləri həmişə olduğu kimi alqışlarla qarşıladılar.

9.40. APİ-nin tələbələri gəldilər.

9.45. Etibar Quliyevlə (Dilçilik institutu) söhbət etdik. Dedi ki, Vəzirov Pagosyana heç nə edə bilmir. O ona deyir ki, səni ataram bayıra. Cavabında: “Ti tolko poprobuy” eşidir. Dünən Vəzirov bizim nümayəndələrlə görüşündə deyib ki, Ermənistanda MK bu saat sıradan çıxıb. Hakimiyyət “Qarabağ” təşkilatının əlindədir. Moskva işləyir. (Dünən gedib sonra qayıdan dəstəni B.Vahabzadə aparırmış).

10.00. Meydanda 20-25 min adam var.

10.15. Bir böyük dəstə “Azərbaycan”, bir böyük dəstə isə eyni vaxtda “Abşeron” mehmanxanası tərəfdən gəlir. “Azərbaycan” tərəfdən gələnlər: politexnikin və universitetin bütün tələbələri (çox böyük izdihamdır, ucu görünmür; 10.15-də gəlib qurtardı). “Abşeron” tərəfdən gələnlər: L. Şmidt zavodunun fəhlələri (1.000 nəfər olar).

10.25. İnşaaat Mühəndisləri İnstitutunun təxminən 1.000 nəfərlik tələbəsi gəldi. Əllərində şüar: “Türk millətinə eşq olsun!” (Üstündə qırmızı ay-ulduz). XTİ-nun tələbələri də gəlib.

10.34. AZİ-nin çoxminlik tələbələri gəldi. Rus Dili İnstitutunun çoxminlik tələbələri gəldi.

10.36. 20 No-li orta məktəbin 9-10-uncu sinif şagirdləri (100-ə yaxın) gəldilər.

10.40. XTİ-nun 100-200 tələbəsi gəldi.

10.43. Xarici Dillər İnstitutunun, Politexnik İnstitutun tələbələri gəldilər (çoxminlik). Ayrı-ayrı, dəstə-dəstə adamlar arası kəsilmədən gəlir. Bütün tribunalar (4-ü də) dolub. Ancaq əsas, baş tribunada rəsmi adamlar yoxdur. Tribunalarda oturanların çoxu qızlardır. Bu gün camaatın qarşısını milis kəsməyib. Hətta “Azərbaycan” mehmanxanasının yanında maşın qoyub, maşınların meydana girməsini saxlayıblar. İlk dəfə olaraq Akademiya rəhbərlərindən Nəriman Quluyevi burada gördüm. Partkom Zakir, həmkarlar Fərid, Budaq Budaqov da buradadırlar. Əbülfəz Əliyevi dövrəyə alıb nə isə danışırlar.

11.00. Meydanda 100 mindən çox adam var. Qışqırırlar: “Və-zi-rov!”, “Mik-ro-fon!”.

11.05. Şüar çıxdı: “İşləmirik, oxumuruq, tətil edirik!”.

Başqa şüarlar:

“Ölərik əldən əgər getsəvətən”,

“Torpaqdan pay olmaz!”,

“Tələblərimizi yerinə yetirin!”,

“Bizi ermənilərin ayağına verənlərə ar olsun!”,

“Topxanaya toxunmayın!”.

11.15. Mikrofon gətirdilər.

11.16. Tibb İnstitutunun tələbələri gəldilər.

Şüarlar:

“Yaşasın müstəqil Azərbaycan!”,

“Yaşasın Vahid Azərbaycan!”,

“Topxana milliqeyrətimizdir!”,

“Vaqif kimi elinizi sevin!”,

“Fəhlə sinfi, mübarizəyə!”,

“Sumqayıt qəhrəmanlarına eşq olsun!” (Azərbaycanın bayrağı üstündə yazılmışdı),

“Qarabağın muxtariyyəti ləğv edilsin!”,

“Azərbaycan torpağında yalnız azərbaycanlılar yaşamalıdır!”.

Bir karikaturada isə uzun xaç və eybəcər bir baş təsvir olunub. Başa doğru bir yumruq uzanıb. Bunların altında yazılıb. “Ara, Vazgen, nöş belə oldu?”…» (9).




Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin