Ağamalı Sadiq
İsa Qəmbərov:
- Eşq olsun xalqımıza! Dörd gün üç gecədir ki, buradayıq və tələblərimiz ödənilənədək burada qalacağıq. Ona görə getmək istəmirik ki; 1) tələblərimiz ödənilməyib, 2) bura qayıtmağımızçətin olacaq. Gəlin çıxış yolu axtaraq. Şuşaya getmək gərəkdir. Yeganə yol Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etməkdən ibarətdir. Respublikanın suverenliyini qorumaq üçün mütləq Xalq Cəbhəsi yaradılmalıdır. Xalq Cəbhəsinin mahiyyətini başa düşməliyik. İstəyirik yaxın 5-10 qəzetlərimizdə XC-nin nizamnamə layihəsi dərc olunsun. Müzakirə ediləcək. Müəssisələrdə XC-nin dayaqları, özəkləri yaradılmalıdır. Sonra təsis qurultayı keçiriləcək. Xalqımızın rəhbəri həmin qurultayın seçdiyi orqanlar olacaq. Dərdimiz yalnız Dağlıq Qarabağ deyil, qüvvəmizi yalnız bura yönəltmək istəyənlər var. Layihə dərc olunmasa bilin ki, bizə imkan vermirlər.
Sabir:
- Gəncədən məktub var ki, Kirovabad alüminium zavoduna əlac edilsin. Sumqayıtdan deyilənlər bura da aiddir.
19.30. Fəhlə Müslüm:
- Bismillahirrəhmanirrəhim. Valideynlər, ağsaqqallar adından, 9 balam, 7 nəvəm adından sizi təbrik edirəm! Sizin hərəkətiniz bizə yalnız xeyir verəcək. Dağlıq Qarabağ rəhbərliyini mühakimə etmək gərəkdir. Dünən bura türk flaqını gətirmişdilər. Bizim heç kəsə ehtiyacımız yoxdur. Təmkinli, təmkinli, bir də təmkinli! Əlhəmdüllillahi - rəbbül -aləmin!
18.35. Sabir:
- Aclıq elan edənlər var. Onlar etirazlarını bu cür bildirib. Onlara minnətdarıq.
Hüquqşünas Vəliyəddin Məmmədov:
- Genosidi bizimlə - Sumqayıtla birləşdirirlər. Türk deyiliksə, o niyə bizim ayağımıza yazılır, türküksə 1937-də adımızı niyə aldılar? 1924 - 1938-inci illərdə xalqımıza qarşı törədilən cinayətlər üçün cavab verilməlidir. Onların uşaqları yaşayır. Bizim mübarizəmiz Dağlıq Qarabağdan daha geniş olmalıdır. (Alqışlar).
18.40. Yəhya Məmmədov (ADU-nun rektoru):
- Bu gün 3-üncü dəfə danışıram. Bu cür tələbələrə, müəllimlərə, fəhlələrə “eşq olsun” deyirəm. (Nümayiş iştirakçıları arasından 100-200 nəfər komissiya (Xalq Cəbhəsi əvəzinə) yaratmaq təklif etdi. Fit).
Şair Qabil:
- Sumqayıtdan Bakıya gələn maşınların qabağını kəsirlər. Buna son qoyulmalıdır. Bu mitinqimizdən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Başqırdıstan - SSRİ-nin bütün türk xalqları xəbər tutsun.
Sabir:
- Bu meydan hələ belə izdiham görməyib. Hələ heç vaxt xalqın taleyi belə genişqoyulmayıb. Qoy bu ruh təkcə bir yerdə olanda yox, işimizdə olsun.Mitinq bağlı elan olunur (saat 19.50).
Yeni şüarlar:
“Hamı ümummilli tətilə!”,
“Rədd olun, ermənilər!”,
“Sabah hamı tətilə!”,
“Ermənistana verilən qazı, nefti, işığı kəsək!”
Bir çoxları getdi. “Tə-til!” (aramsız).
Qabil
Oturdular. Meydanda çoxlu köşklər qurulub (yemək, yağışdan qorunmaq üçün).
“Sabah hamı tətilə!” (sürəkli).
“Azərtürk”.
“Erməni eşşəyimdir,
Eşşəyimə minirəm,
Qarabağa gedirəm!”.
“Tələbə, Həmişə çalır qələbə!”.
21.00. Salyut atmağa başladılar (bulvarda) - 25 yaylım atəşi açıldı.
22.07. Zərdüşt Milli Cəbhənin mahiyyətindən səsucaldanla danışır.
“İşə gedən Vazgendir!”.
22.52. Çox böyük bir izdiham “tə-til!”, “tə-til!” qışqıra-qışqıra gəldi. Bu gün, görünməmiş mütəşəkkillik var. Yemək-içmək, odun vaxtlı-vaxtında gəlir. Görünür, meydan artıq vahid mərkəzdən idarə olunur. Camaatda böyük nikbinlik və qələbəyə ümüd var. (Dünən süst ümüd vardı).
Bugünkü şüarlar daha savadlı və birməqsədlidir.
“Və-zir-yan” çıxış-ları nadir eşidilir. “Qarabağ!”, Ttətil”, “Azərbaycan”, “Sumqayıt”, “Azəri türkü” gündəlikdən silinməyən şüarlardır.
Hava əladır. Göy üzü gündüzkü yağışdan sonra tərtəmiz olub. Vəzirov televiziya ilə çıxış etməlidir. Xalqda böyük ruh yüksəkliyi, misilsiz coşğunluq var. Deyəsən, bu gecə qalanlar daha çox olacaq. Bir neçə yerdə musiqi çalınır.“Tətil tələblərimizə cavab almaq üçün yeganə vasitədir!”
“Qeyrətli xalqım, oyan!”.(Transparantlar).
23.00. Vəzirovun çıxışını radio ilə meydana ötürməyə başladılar (azərbaycanca, 23.10-da qurtardı).
23:40 Yazılar:
“Bu gün bütün Türkiyə və Təbriz radioları bizim milli tətildən danışır”.
“Xalqa edilən zülmə qarşı aclıq elan edirik”.
“Yoldaşlar! Sabah tətil edilməsini tələb edirik. Tətili nəqliyyatın dayandırılmasından başlamaq lazımdır. Nəqliyyat işləməsə işçilər işə gedə bilməz. Sabah tezdən avtobus parklarını və metronun çıxışlarını tutun”.
“Bir görəydim ayrılığı kim saldı? (Şəhriyar)”.
23.45. Boş tribunanın qarşısında B. Vazabzadə, N. Rzayev, T. Xalisbəyli gənclərlə söhbət edir.
Yazı:
“Əhmədov Əhməd İmani oğlu. 1964-cü il. Noyabrın 18-də SSRİ Xalq Məhkəməsiermənilərin təkidi ilə güllələnmə cəzası verılıb. Balama kömək edin! Valideynləri. Sumqayıt şəhəri”» (6).
Noyabrın 20-də meydanda baş verənlərlə bağlı diqqəti ən çox çəkən məqamlardan biri İsa Qəmbər və Zərdüşt Əlizadə tərəfindən Xalq Cəbhəsi barədə təbliğat işinin aparılması oldu.
Dostları ilə paylaş: |