Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı üçrəngli bayrağın mitinqin tək bayrağna və Hərəkatın simvoluna çevrildiyi gün



Yüklə 12,01 Mb.
səhifə142/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   138   139   140   141   142   143   144   145   ...   201
Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı üçrəngli bayrağın mitinqin tək bayrağna və Hərəkatın simvoluna çevrildiyi gün

İran Xalq Fədailəri Partiyasının rəhbərlərindən olmuş Həmzə Fərati Almaniyada nəşr etdirdiyi «O illərdən və başqa illərdən» adlı kitabında Bakıdakı noyabr-dekabr mitinqlərindən yazaraq bu möhtəşəm aksiyanın başında 25 yaşlı Nemət Pənahlının və 20 yaşlı Siyaməkin durduğunu bildirərək çox maraqlı xatirələrini yazır. O bildirir ki, Siyamək sovet rəhbərliyini o qədər narahat eləməyə başlamışdı ki, həmin dövrdə Almaniyada olan Fəratini təcili Bakıya çağırtdırırlar və deyirlər ki, sizin təşkilatın üzvlərindən Siyamək, eləcə də bəzi başqa fədailər araqarışdırmaqla məşğuldurlar və buradakı mitinqlərə dəstək verirlər.

Həmzə Fərati Bakıya mitinqin dördüncü günündə yetişmişdi. Kommunist Partiyasının rəhbərliyindən təlimat alar-almaz, meydana yollanır, meydanda mitinqə rəhbərlik edən şəxslərin istirahət etdikləri çadırı tapır və Siyaməkin adını verməklə içəri girə bilir. Siyamək çox təəccüblənir və sevinir. Dərhal dostlarından birini yemək dalınca göndərir. Birlikdə yeyib-içdikdən, hal-əhval tutduqdan sonra Siyamək İranda onun təşkilat rəhbərlərindən olmuş Fəratidən buradakı mitinqlər barədə fikrini soruşur. O da bu mitinqlərin simasında Azərbaycandakı möhtəşəm hərəkatı dinozavra bənzədərək deyir ki, meydan dinozavrın nəhəng bədənini, tribunadakılar, yəni mitinqə rəhbərlik edənlər isə onun həddən balaca başını xatırladır.

Həmzə Fəratinin yazdıqlarından belə aydın olur ki, o, sovet rəhbərliyindən aldığı təlimata uyğun olaraq, bu mitinqin dağıdılacağını söyləyərək, Siyaməki inandırmağa çalışır ki, nə qədər iş işdən keçməyib, təcili mitinqi dayandırmaq və ölkə rəhbərliyinin verəcəyi imtiyazlardan istifadə etmək lazımdır. Əks təqdirdə sizin aqibətiniz çox pis ola bilər. Siyamək onu diqqətlə dinləsə də, sözlərini qəbul etmir.

Fəratinin kitabından daha maraqlı bir faktı öyrənmiş oluruq. O bildirir ki, mitinq rus əsgərləri tərəfindən dağıdıldıqdan sonra bütün iştirakçıları maşınlara mindirib həbsxanalara daşıyırmışlar. Siyamək və dostları maşından düşüb qaçmağı bacarırlar (O, İranda eyni qaydada ETTELAAT məmurlarından da qaçmağı bacarmışdı). Bundan sonra o, Xəzər dənizindəki adaların birində gizlənir. Nemət Pənahlını isə həbs edirlər. Siyaməki tapa bilməyən KQB məmurları Həmzə Fəratidən onun yerini soruşsalar da, o bilmədiyini söyləyir. Ardınca Bakıda elan olunmuş fövqaladə vəziyyətin komendantı Dubinyak çox sayda rus əsgərləri ilə birlikdə onun yanına gəlir, hədə-qorxu yolu ilə Siyaməkin yerini öyrənməyə çalışır. Bir nəticə almayıb, Almaniyadan gəlmiş qonağı təhqir edib gedir.

Vəziyyətin ciddi olduğunu görən Həmzə Fərati Azərbaycan KP MK-ya, MK-nın məsullarından olan Axundova xəbər göndərir ki, onun qəbul etsin. Axundovun qəbulunda isə təklif edir ki, Siyaməki tutmasınlar, ona onunla birlikdə Almaniyaya getməyə icazə versinlər. Bu təklif Axundovun ağlına batır və o, dərhal «Qızıl Aypara» Cəmiyyətinin sədri Əhmədova zəng edir ki, sabaha qədər Siyaməkə xarici pasport hazırlansın və onun Almaniyaya gedə bilməsi üçün təcili viza məsələsi həll edilsin.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin