Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə193/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   189   190   191   192   193   194   195   196   ...   201
Qaynaqça


  1. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  2. Rəsulzadə M. Ə. Qövm və millət. “Azərbaycan”, il 1, sayı 12, mart 1953, Ankara.

  3. Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).


Sürünmək üçün doğulmuşlar uçmağı bacarmazlar

Nemət Pənahlı rus ordusu ilə əhatə olunan, insanları dağıtmaq üçün kommunistlərin və «Nümayiş Komitəsinin» təxribatçı təbliğati bombardımanına məruz qalan Meydanın son dramatik günlərini xatırlayaraq yazır: «Artıq neçə gün idi ki, tribunadan mikrofonları yığışdırmışdılar. Çıxışımı meqafonla edib, rus DTK-sının nümayəndələri görüşüm haqqında xalqa hesabat verib, vəziyyəti Meydanı tərk etməməkdə qəraralı olan və sürəkli olaraq «Ne-mət! Ne-mət!» çığıraraq mənə dəstək verən fədakar insanlara izah etdim. Demək olar ki, Meydanı tərk edən olmadı. Xalqımız ortaya iradə qoymaqda qərarlı idi. Mən də onlar kimi düşünür və əslində bunu onlara elə özüm aşılamışdım. Heç bir nəticə əldə etmədən Meydanı tərk etmək qorxaqlıq, rüsvayçılıq olardı.

İnsanlar 15-16 gün idi ki, Meydanda idilər, yorğun, ac və susuz olmalarına rəğmən, hər cür fədakarlığa hazır idilər. Ya tələblərimizə cavab verilməli, ya da Meydan zor gücünə dağıdılmalı idi. Şərəfli sonluq yalnız bu cür ola bilərdi. Babəkin, Koroğlunun övladlarına Meydandan qorxaq tülkü kimi qaçmaq yaraşmazdı. Bədnam nümayiş komitəsinin üzvləri insanları məhz buna çağırırdılar» (1, s. 180).

Burada bir qeyd etməliyəm ki, həmin komitənin üzvlərindən yalnız Elçibəy sonuncu gün bütün tərəddüdlərini bir kənara ataraq, bütünlüklə xalqın və Nemətin tərəfinə keçdi və Meydanın rus əsgərləri tərəfindən vəhşicəsinə dağıdıldığı gecə də xalqla, Ədalət Tahirzadənin «Nemətpərəstlər» adlandırdığı, Hatəminin isə «qızılbaşlar» kimi öyüb mədh etdiyi fədakar insanlarla birlikdə oldu, Nemətin cəsur əsgərlərindən birinə çevrildi.

Həmin dövrdə Nemət Pənahlı Elçibəyə çox inanır və onu çox sevirdi. Bu onun «Əbədiyyət yolçusu» kitabının əvvəllərində onun haqqında yazdığı xoş sözlərdən də açıq-aydın hiss edilir. Elçibəy də onu, eləcə də 30 illik dostu Hatəmini meydanda tək qoya bilməzdi. Baxmayaraq ki, Hatəmi Elçibəyi daim sərt tənqid etmiş, dəfələrlə qorxaqlıqda və satqınlıqda suçlamışdı, onların bir-birilərinə olan dostluq hissləri hələ də qalırdı. Hatəmini də başa düşmək olardı, necə deyərlər, uman yerdən küsərlər.

Elçibəylə Hatəminin dostluğu çox qəribə dostluq idi, Meydan dağıdıldıqdan sonra birlikdə yatdıqları zindan da fikir ayrılığı üzündən savaşmışdılar.

Nemət bəy davam edir: «Xalqın rus imperializminin zülmkar və amansız simasına şahid olacağı və imperializmin gerçək mahiyyətini daha dərindən anlayacağı dəqiqələrə isə bir sutkaya yaxın vaxt qalırdı. Azərbaycan xalqına «xilaskar» kimi təqdim edilən işğalçı, qaniçən ordunun hərəkətə keçəcəyini isə, demək olar ki, hamı hiss edirdi, bilirdi. Nə isə, xalqımız şanlı tarix yazmağa hazırlaşırdı. Hökumətin, ordunun və nümayiş komitəsindəki satqınların birlikdə gördükləri tədbirlər nəticəsində Meydan hər keçən gün əriməkdə davam etmiş, millət ələkdən keçirilmiş, ortada xalqın əsil qaymağı qalmışdı» (1, s. 180).

Ordunun hərəkətə keçdiyi gecə mən bizimlə birlikdə qalan 5 minə yaxın əliyalın insanı 300 Spartalı ilə müqayisə etmiş və onlardan biri olmağımdan çox böyük qürur duymuşdum. Maraqlıdır ki, heç birimiz də qətiyyən qorxmurduq. Məhəmməd Hatəmi, Xəlil Rza Ulutürk və Mənsur Əlisoy kimi fədakar insanların Meydanda olması, Nemətə arxa çıxmaları hamıya əlavə cəsarət verirdi. Nemət isə 300 Spartalının başında duran Leonidi xatırladırdı. Amma finala hələ bir sutka qalırdı.

Nemət Pənahlı daha sonra yazır: «Elə ki mitinqi hakimiyyətin və mafioz klanların nəzarətindən və təsir dairəsindən çıxarıb, tamamilə ələ alıb, Milli Azadlıq Hərəkatına çevirdik, hakimiyyət Meydanı dağıtmaq üçün bütün dövlət aparatını işə saldı.

Bir tərəfdə - tribunada hakimiyyətin ona verdiyi imtiyaz və mikrofondan istifadə edən Sabir Rüstəmxanlı, o biri tərəfdə - Meydanın tam ortasında əlində meqafon tutan mən üz-üzə, qarşı-qarşıya durmuşduq. Özünü dövlətin səlahiyyətli nümayəndəsi kimi aparan Sabir milləti Meydanı boşaltmağa çağırırdı. Sabirin ətrafındakı adamlar, konkret olaraq, Vəli Məmmədov və Aydın Məmmədov məndən Meydanı dağıtmağı tələb edirdilər. Onlarla kütlənin önündə apardığımız dialoq yarım saatdan artıq çəkdi. Onlar bir tərəfdə, mənsə digər tərəfdə qarşı-qarşıya gəlmişdik. Bu, iki fərqli ideologiyanın, siyasi mövqeyin qarşıdurması idi. Dedim ki, tələblərimiz yerinə yetirilməyincə, Meydandan ayrılmayacağıq» (1, s. 181).

Mən Nemətin yazdıqlarının üzərinə bir qədər sonra yenidən qayıdacağam. Hələliksə Ə. Tahirzadənin dekabrın 4-də (1988) etdiyi qeydlərlə tanış olaq. Həmin qeydlər sadəcə saat 01.00-dən saat 13.30-a qədər olan zaman kəsimində baş verənləri əks etdirir:

«04 DEKABR 1988.

01.00. Çadırda oturmuşduq. Birisi gəldi ki, ay camaat, meydana! Nemət deyir ki, qələbə çalmışıq. Hamı çıxdı, aclıq çəkənlərin çadırı başına toplaşdılar.

***

Bir çox adamdan eşitdiyimə görə, televiziyada Namiq Zeynalovun müsahibəsi Mərkəzi Komitə katibi Rafiq Zeynalovun təkidi ilə onun kabinetində çəkilib. Bir milis ağzından qaçırıb. Dünən Yazıçılar İttifaqında R. Zeynalovu bu işə görə qəbul etməyiblər.



01.07. Əbülfəz: Bir neçə saat əvvəl KQB sədrinin özü və müavini ilə söhbət etdik…

1.25. Nemət KQB-də ona qarşı sürülən ittihamlara verdiyi cavablardan danışdı və Əbülfəz kimi o da söylədi ki, əməkdaşlar onun cavabları qarşısında tərksilah oldular. Sonra Nemət dedi ki, mübarizəmiz sonadək davam edəcək. Hərə özünə cavabdehdir, mən heç kəsi qalmağa dəvət etmirəm. Zorla saxlamaq istəmirəm…

7.15. Camaat yenə həyəcan siqnalı ilə meydana çağırdılar. “Abşeron” mehmanxanası tərəfdən aramsız gurultu gəlir. Camaat qaçıb bu tərəfi tutdu. Əslində onlar “Azərbaycan” mehmanxanası tərəfdən gəlib burada dayanmışlar və 10 dəqiqədən sonra yenidən geri qayıdırlar. Geri qayıdanda camaat tez “Azərbaycan” mehmanxanası tərəfə qaçıb burada girəcək yolunu kəsdi. Üç oğlan əllərində Leninin portretlərini tutub. Qabaqda “əfqan”lar sıra ilə dayanıb. 21 tank, sonlarında isə bir hərbi yük maşını yanımızdan ötüb “Azərbaycan” mehmanxanasının üstü ilə keçən küçəyə girib gözdən itdi. Çox güman ki, meydan boş olsaydı onlar buranı tutmaq istəyəcəkdi. Ancaq cavanların (onların içində xeyli qız, qadın da var) tank qabağı kəsməyə necə cəsarətlə getdiyini görəndə adamın ürəyi açılır. Nemət də (əynində palto) camaatın içindədir.

***


Ermənistandan bir nəfər də azərbaycanlının maşınını, əmlakını sağ-salamat buraxmayıblar. Bütün maşınları yandırıb, əziblər.

***


Vidadi Həsənov (Lökbatan) qolu qırmızılı, vətənpərvər oğlanlardan biridir. Tankın qabağına yüyürənlərin önündə gedir. Çadırda bizim yataqxanada qalan Bəxtiyar Məmmədov, qohumu Əsgərova Nəzakət (o da tankın qabağına çıxırdı) sabahadək qaldılar. Sahib Məmmədov, Əfzələddin Əsgərov və Vəli Nəbiyevlə Lökbatanın Dmitrov adına zavoduna (fəalı Məskən adlı oğlandır) məxsus çadırda oturmuşduq. Başqa yoldaşlar da vardı. Şəkili Qəzənfər xalqı mehribanlığa, inciklikləri unutmağa, xalqda yalnız müsbət keyfiyyətlər görməyə çağırırdı.

8.30. Çadırda qızğın mübahisə gedir. Millətin birliyi problemləri müzakirə olunur. Ortaya qarışıq nikahlar məsələsi çıxır. Bu problemin mühümlüyündən danışılır. Məskənin söhbətindən: Dekabrın 1-ində APİ-nin akt zalına Ermənistandan gəlmiş adamları gətirdilər. Tyaqunov və onun müavinini də çağırdılar. İki qadının başını qırxmışdılar, birinin üzünə xaç çəkmişdilər. Təxminən 11-12 yaşlı oğlan uşağının barmaqlarını qapı arasında qırmışdılar. Şəkil çəkmək istədilər, Tyaqunov qoymadı. Dedi ki, ermənilərin vəhşiliyinə mən inanmırdım, indi inandım. Elə həmin gün o, Samsonova (Yerevanın komendantı) göstəriş verib ki, azərbaycanlıları Ermənistandan təhlükəsiz köçürsünlər.

8.45. “Həyacan siqnalı” verildi. Bəlli oldu ki, əsgərlər növbəni dəyişiblər. (Bu vaxt onlar çox göründü). 124 nömrəki BRDM (tankabənzər) “Azərbaycan” mehmanxanası tərəfdə girəcəkdə hazır dayanmışdır. Üstündə ucadandanışanlar da qurulmuşdur. Bir az aralıda - Üzeyir Hacıbəyov küçəsində isə bir dəstə əsgər toplaşıb. Şayiə gəzdi ki, saat 3-də Vəzirov çıxış edəcək (harada - dəqiqləşdirilmədi).

9.20. Qrip məni birtəhər edib, gözlərimi aça bilmirəm. Yaş hey süzülür.

9.45. Şəhədən bir oğlan gəldi. Pasportunu keçiddə girov qoyub gəlib ki, yarım saata qayıdıram. Dedi ki, heç kəsi buraxmırlar. Bizim uşaqlar dedilər ki, gedin, camaata deyin axışıb gəlsinlər.

Gecə qalanların çoxusu çıxıb gedib. Bu saat meydanda çox az adam qalıb (təxminən 220-250nəfər. Çadırlardan xəbərim yoxdur).

10.00. Nemət camaatın içində gəzir, adamları ruhlandırır. Qızlar onu görmək, onunla söhbət etmək istəyirlər. Fotoaparatla şəklini çəkənlər də var.

10.03. Tyaqunov camaata müraciət etdi: Sov. İKP MK adından deyirəm ki, mitinqlər keçirilməsi qadağan edilib. Sizi meydanı tərk etməyə, qərara əməl etməyə çağırıram. Əks halda güc tətbiq olunacaq. Camaat meydanın mərkəzinə doğru axışdı. Müraciət yenə təkrar edildi. (Səs lentə yazılıb). (Fitə basdılar).





Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin