Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə185/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   181   182   183   184   185   186   187   188   ...   201
Azərbaycan Milli Hökuməti
Quzeyli ziyalı və fikir adamları Güneydəki hərəkata daim dəstək verdikləri kimi, Güneyli soydaşlarımız da Quzeydəki Milli Azadlıq Hərəkatına laqeyd olmamış, hərəkatda ən fəal şəkildə iştirak etmiş, onun qələbə çalması üçün əllərindən gələni əsirgəməmişlər.

Bu sırada, şübhəsiz ki, Məhəmməd Hatəmi Tantəkinin adını birinci sırada çəkmək lazımdır. Milli Azadlıq Hərəkatımızın, faktiki olaraq, banisi və ya da banilərindən biri olan, ilk mərhələdə ona bilavasitə rəhbərlik edən bu böyük şəxsiyyət 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olmuş, 1946-ci ildə yarımçıq qalmış ibtidai təhsilə də fars dilində bu şəhərdə başlamışdır. Ərdəbilin Üçbulaq kəndindən olan atası Hatəmi Fərzulla Hətəm oğlu Güney Azərbaycandakı 1945-1946-cı il milli azadlıq hərəkatının fəal iştirakçısı, fədai başçısı olmuş və bir ara Lisar cəbhəsinə komandanlıq etmişdir.

Məhəmməd bəy atasının yoluna qoşulub bu hərəkatda iştirak edəndə - Astara Gənclər Təşkilatına üzv olanda on yaşı vardı. Kiçik iştirakçısı olduğu Güney Azərbaycandakı bu milli hərəkat ictimai, siyasi, elmi fəaliyyətinə həyatı boyu hakim kəsilmiş, milli ruhunun, şüurunun özül daşını oluşdurmuşdu. Ancaq, özünün də yazdığı kimi, milli ruhunun, şüurunun inkişafı, biçimlənməsi, şüurlu millətsevər və türkçü olması üçün Quzey Azərbaycana borcludur. Məhəmməd Hatəmi, Güney Azərbaycanda milli hərəkat qanlar içərisində susdurulunca, 1946-cı il dekabrın 12-də valideynləri ilə birlikdə 11 yaşında Quzey Azərbaycana mühacirət etmişdi (4, s. 3).

Milli Azadlıq hərəkatında bu və ya digər dərəcədə iştirak etmiş Güneylilər içərisində İsfəndiyar Bərxu (Coşğun), Nasir Rəhbəri (Siyamək), İsmayıl Təriqpeyma, Sevil Cahani, İbrahim Şiri, Səid Zəncan, Bəhmən Feyzi, Fərhad Şabani və digərlərinin adını xüsusi qeyd etmək lazımdır. Onların içərisində Siyamək kod adlı Nasir Rəhbərinin xüsusi rolu olub ki, bu rol barədə ayrıca danışmağa ehtiyac var. Çünki Meydan hərəkatından bəhs edən əksər xarici müəlliflər meydanın əsas qəhrəmanı Nemətlə birlikdə Siyaməkin də adını xüsusi vurğulamış, onu bu hərəkatın liderlərindən biri kimi təqdim etmişlər.

Artıq qeyd etdiyimiz kimi, əsil adı Nasir Novruz oğlu Rəhbəri olan Siyamək 1964-cü ildə Urmiya gölünün şərq sahilində yerləşən Əcəbşir çəhərində anadan olmuşdur. Erkən yaşlarından atasını itirmiş və çətin vəziyyətə düşən ailəsinə yardım edə bilmək üçün 12 yaşından təhsilinə davam edə-edə, həm də işləməyə məcbur olmuşdur. İlk əmək fəaliyyətinə yaşadığı şəhərdəki qəhvələrin birində başlamış, 1979-cu il İslam inqilabı dövründə yeniyetmə olmasına rəğmən, inqilabda fəal iştirak etmişdir.




Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin