Qaynaqça
-
Meydanın son gecəsi. «Azadlıq» radiosu, 2016, 04 Noyabr (http://www.azadliq.org/a/24394056.html).
-
Natiq. Bu millət məğlub ola bilməz. «Azadlıq» qəzeti, 18 Noyabr 2011.
-
Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
-
Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
Mövzu ilə bağlı əlavə sənədlər (Nemət Pənahlının cinayət işinin I cildindən)
21 noyabr 1988.
…Xahiş edirəm, bir dənə Azərbaycanın Milli bayrağından başqa, başqa bayraqlar yığışdırılsın. Çünki bizim bir dənə, millətin bir dənə bayrağı olar. Bizimsə Milli bayrağımız var. O bayraq qaldırılsın!
Qeyri, başqa bayraqlar saldırılsın ki, televizora çəkirlər. Deyəcəklər, burada neçə millət var? Nə qədər millət iştirak edir?
Biz Azərbaycan türküyük, Türk xalqıyıq. Bir dənə özümüzün Milli bayrağımız var – Müsavatın bayrağı. Ondan başqa bayraqlar, artıq bayraqlar yığışdırılsın. Biz həmin bayrağı da tələb etməliyik – öz Milli bayrağımızı!.. (T-23, səh. 30).
Dostları ilə paylaş: |