Xəlil Rza Ulutürk
"Şuşa Qarabağın mərkəzidir".
"Yığılsada yüz min yağı,
Biz vermərik Qarabağı".
"Ölləm, əldən əgər getsə Vətən".
"Yaşasın Azərbaycan milləti".
"Qarabağ bizim olmuş və olacaq" (rusca).
"Azərbaycan xalqını ələ salmağa son qoyul-sun" (rusca).
"Xankənd" (xalq bu şüarla Stepanakertin adının dəyişdirilməsini tələb edirdi).
"Ayrılarmı könül candan Azərbaycan, Azərbaycan".
"Var olsun Azərbaycan".
"Yaşasın elin səsi, Qarabağın şikəstəsi".
"Rədd olsun Krunk" (rusca).
"Tələblərimiz həyata keçirilsin".
"Xalqın tələbi haqlıdır".
"Tələb edirik, DQMV ətrafındakı demoqoqiya kəsilsin" (rusca) və s.
Rayonları məhz 18 may mitinqi hərəkətə gətirdi. Bundan sonra bir qayda olaraq Bakıda nə vaxt mitinq, tətil olurdusa, rayonlarda da başlayırdı» (3, s. 29-30).
M. H. Tantəkinin yazdıqları ilə bağlı üç məqamın üzərində xüsusi durmağı lazım bilirəm. Bunlardan birincisi, Bəxtiyar Vahabzadə ilə bağlı söylənilənlərdir. Bəli, söylənilənlər, təəssüf ki, doğrudur. Millət, öz «Gülüstan» poeması ilə ümumxalq sevgisini qazanmış Bəxtiyar Vahabzadəni bu sevginin əlaməti kimi tribunaya milli qəhrəman kimi çiyinlərində gətirdi, məqsədinin mitinqi dağıtmaq olduğunu bilincə, onu fitə basıb «vətən xaini» kimi qovdu. Məlum oldu ki, dünən qəhrəman olanların bu gün də qəhrəman olacağını düşünmək səhvdir. Hər dövrün öz qəhrəmanları var. Həmin günün qəhrəmanları, şübhəsiz ki, Məhəmməd Hatəmi, Xəlil Rza və «Çənlibel»çilər idilər. Hatəmi isə sözün əsl mənasında artıq Milli Azadlıq Hərəkatının gerçək liderinə çevrilmişdi. Hərəkatın ilk liderinə… Lakin az bir zaman keçəcək, onu bu kürsüdə Nemət Pənahlı əvəz edəcəkdi, bu dəfə də dövrün əsas qəhrəmanı o olacaqdı…
Dostları ilə paylaş: |