Qromıko: Son anda, yəni bu gün?
Qorbaçov: Yox, müraciətdən əvvəl, cümə günü. Elə böyük kütlə idi ki. Qarabağda azərbaycanlılarla ermənilər arasında qarşıdurma oldu, iki nəfər həlak oldu. İrəvanda vərəqələr paylandı: ermənilər, mitinqlərə son verin, silaha sarının və türkləri əzin. Ordu qərargahına uzaq məsafədən tapançadan atəş açıldı. Güllə qərargah rəisinin pəncərəsinə dəydi. Amma o, çərçivələr arasında tıxanıb qaldı, çünki uçuş gücünü itirmişdi.
Biz orada ekstermist elementlərin olduğunu bilirik.
Amma deməliyəm ki, hətta İrəvanın küçələrində yarım milyon adam olanda belə, ermənilərdə nizam-intizam yüksək səviyyədə idi, anti-sovet heç nə yox idi. Yalnız çıxıb mitinq keçirən kiçik qruplardan başqa, - onların nə barədə danışdıqlarını sonra deyəcəyəm, - bununla belə, bütün kütlə bizim bayraqlar altında, əllərində siyasi büro üzvlərinin şəkilləri ilə yürüyürdülər. Yalnız ekstermistlər öz müqəddəratını təyin etmək barədə şüarlar səsləndirirdilər. Amma heç bir çıxışda antisovetizmdən, düşmən çağırışlardan və s. söhbət getmirdi.
Dostları ilə paylaş: |