Əlyazması hüququnda


  mənafelərinin müdafiə edilməsini təmin etməklə, bilavasitə onların maraqlarına təsir  göstərmək imkanına malikdir



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix05.11.2022
ölçüsü1,15 Mb.
#67565
1   2   3   4   5   6   7   8   9   ...   23
isgenderzade-tural

17 
mənafelərinin müdafiə edilməsini təmin etməklə, bilavasitə onların maraqlarına təsir 
göstərmək imkanına malikdir. 
 
1.2.Azərbaycan İqtisadiyyatında sığortanın yeri və rolu 
Respublikamızda sığorta 3 əsas mərhələdə inkiĢaf yolu keçmiĢdir: 1917-ci il 
oktyabr inqilabına qədər olan dövr, inqilabdan sonrakı dövr (1917-90) və 1990-cı 
ildən baĢlayaraq bu günümüzə qədər olan dövr. 
Ölkəmizdə sığorta iĢinin təĢkilinin baĢlanması XIX əsrin ortalarına təsadüf 
edir. Azərbaycanda sığorta iĢi kapitalist-bazar istеhsal münasibətlərinin inkiĢafı, nеft 
sənayеsinin təĢkil olunması və sahibkarlığın inĢifaiilə sıх bağlıdır. ХIХ əsrin 
sonlarında Azərbaycanın nеft sənayеsinə əcnəbi invеstоrların cəlb olunması səbəbilə 
sığorta iĢinin inkiĢafında yüksəliĢ baĢlanır, ilk nеft və gəmiçilik Ģirkətlərinin əsası 
qoyulurdu. Sənayеcilərin qarĢılıqlı Ģəkildə sığortası, yanğın sığortası, vətəndaĢların 
Ģəхsi varidatının sığortalanması gеniĢ vüsət almağa baĢlayırdı. Sığorta əməliyyaları 
səhmdar və koperativ sığorta cəmiyyətləri tərəfindən aparılaraq həyata keçirilirdi. 
Bəhs etdiyimiz dövrdə Azərbaycanda bir sıra əcnəbi ölkələrin sığorta Ģirkətlərin 
filialları nümayəndəlikləri fəaliyyət göstərirdilər. Azərbaycanda əsasən gəmilərinin 
sığortalanması sahasi üzrə iхtisaslaĢmıĢ ingilis Ģirkəti «Llоyd»un filialları, həmçinin
Almaniyadan və «Rus Llоyd» ingilis Ģirkətinin iki nümayəndəliyi, Rusiya və Ġranın 
sərhəd limanlarına kimi daĢınan yüklərin sığortası ilə məĢgul olan «Rеpman və Rust» 
ticarətxana ilə təqdim еdilən «ġimali Alman Llоyd»u, habelə gəmilərin və yüklərinin 
sığortasını həyata keçirən «Alman, Livantiya хətti» cəmiyyəti fəaliyyət göstərməyə 
baĢlayırlar. 
Bakıda inqilabdan qabaqkı dövrdə sığorta iĢi artıq inkiĢaf etmiĢ sahələrdən biri 
idi. 1910-cu ildə demək olar ki, Bakıda 18 sığorta təĢkilatı fəaliyyət 
göstəriridi.Bunların arasında ən böyük sığorta təĢkilatisə «Rus siğorta cəmiyyəti» idi. 


18 
Xəzər dənizində üzən gəmilərin sığortası Bakı Ģəhərində sığorta iĢinin əsasını təĢkil 
edirdi. Məhz Bakı vasitəsilə Rusiya -Ġran dəniz ticarəti praktiki olaraq həyata 
keçirilirdi. 
Bir sıra rus Ģirkətlərinə sığorta sektorunda böyük pay vеrilmiĢdir.1912-ci ilin 
məlumatlarına əsasən Bakıda 30 sığorta təĢkilatı və agеntliyi fəaliyyət göstərirdi. Məhz 
həmin dövrdə alman,ingilis Ģirkətləri və baĢqa iri Ģirkətlərin nümayəndəlikləri , habеlə 
bir sıra Rusiya sığorta təĢkilatları öz fəaliyyətlərinə baĢlamıĢdır. Ölkəmizdə sığorta 
iĢinin ilkin baĢlanğıcında tanınmıĢ sənayеçilər və milyonçular, Dövlət Bankı 
Ģöbəsinin uçоt-ssuda kоmitəsinin üzvləri: Hacı Zеynalabdın Tağıyеv, Ələkbər 
Dadasоv, 
Musa 
Nagıyеv, 
Mustafa Rəsulоv və baĢqaları dayanırdılar. Post Sovet məkanının digər baĢqa 
rеspublikalarında оlduğu kimi, Sоvеt hakimiyyəti illəri ərzində Azərbaycanda da 
dövlət sığorta sistеmi qurulmuçdur. Rеspublikamızda sığorta sahəsinin inkiĢafında 
müəyyən dərəcədə rоl оynamıĢ Azərbaycan SSR Dövlət Sığortası BaĢ Ġdarəsi və SSRĠ 
«Inqоsstraх»nın Bakı Ģəhər Ģö bəsi fəaliyyət göstərirdi. Sоvеt hakimiyyəti qurulduqdan 
sоnra daha dəqiq 1922-ci ildən baĢlayaraq bütün SSRĠ-də sığorta dövlət inhisarına 
alınmasına baĢlandı. Bu dövrdə sığorta əsasən dövlət sosial təminat sisteminə əlavə 
kimi fəaliyyət göstərirdi.Ə haliyə göstərilən sığorta xidmətləri məhdud xarakter 
daĢıyırdı. Müasir günümüzə qədər dövlət sığortasının inkiĢaf yolunda uğurlarla yanaĢı
çox böyük tənəzzüllərdə baĢ vermiĢdir. Belə ki, 30-cu illərdə ölkədə fəaliyyət 
göstərmiĢ birgə və səhmdar fondlar inzibati üsulla ləğv olunaraq , yerində yalnız 
dövlət sığortası təĢkil olunmuĢdur. Bu isə sığorta sistemində rəqabət maneə olaraq və 
düzgün inkiĢafın ləngiməsilə nəticələnmiĢdir. Azərbaycan da dövlət sığortası 1923-cü 
ildən baĢlayaraq aparılır. Ölkəmizdə sığorta iĢinə rəhbərliyi dövlət sığortası idarə 
heyəti rəhbərlik edir. Regionlarda isə sığorta agentlikləri fəaliyyət göstərir. 
Kooperativ sığorta bilavasitə Sentrosoyuzun istehlak kooperasiyası ilə həyata 
keçirilirdi,1931-ci ildə isə onun fəaliyyəti dayandırıldı. Bu qərardan sonra sığorta 
əməliyyatları Dövlət Sığorta sında toplanmağa baĢlandı. 1980-ci illərin sonunadək 
rеspublikada sığorta iĢi iki sığorta təĢkilatının və Azərbaycan Rеspublikasının Dövlət 


19 
Sığorta ġirkətinin və SSRĠ-nin хarici dövlət sığorta təĢkilatının Bakı Ģəhərindəki 
Ģöbəsinin inhisarı altında idi. Оnların fəaliyyət əhatə dairəsi qanun vericilik vasitəsilə 
bölüĢdürülmüĢdür.
1988-ci ilin 26 mayında “SSRĠ-də Kooperasiya haqqında” qəbul edilmiĢ qanuna 
görə sığortanın qaydasını, növlərini müəyyən etməyə, kooperativlərə və onların 
ittifaqlarına kooperativ sığorta təĢkilatlarınının əsasını qoymağa razılıq verildi. Ölkədə 
kommersiyaməqsədli sığorta təĢkilatları və səhmdar cəmiyyətlərin əsası qoyulmağa 
baĢlandı. 
Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda sığorta sərbəst Ģəkildə 
inkiĢaf etməyə baĢladı. 1991-ci ildə AR Nazirlər Kabineti yanında Dövlət Sığorta 
Nəzarəti yaradıldı. Bu təĢkilatın baĢlıca vəzifəsi ölkəmizdə sığorta xidmətləri bazarının 
inkiĢafının tənzimlənməsi, , sığortalıların, sığortaçıların və dövlət mənafeyinin 
qorunması , metodiki rəhbərliyin həyata keçirilməsi, müvafiq normativ-hüquqi 
sənədlərin hazırlanması və s. olmuĢdur. 
Milli sığorta bazarı Azərbaycanda 1992-ci ilin əvvəlindən müstəqil Ģəkildə 
təĢəkkül tapmağa baĢlamıĢdır. Azərbaycan Rеspublikasının Milli Məclisi tərəfindən 
ölkə tariхində ilk dəfə оlaraq 1993-cü ilin yanvarında «Sığorta haqqında» Azərbaycan 
Rеspublikası Qanununu qəbul olundu. Məhz həmin qanunun tələblərinin icra еdilməsi 
məqsədilə sığorta iĢinin inkiĢafına dəstək vеrən müхtəlif nоrmativ hüquqi sənədlər 
hazırlanmıĢdır ki, bu da sığorta хidmətləri həcminin artmasına , sığorta təĢkilatlarının 
maliyyə dayanıqlığının möhkəmlənməsinə təkan vеrdi. Bununla yanaĢı 1993-cü ildə 
Azərbaycan Respublikası Sığorta Cəmiyyətləri Ġttifaqı yaradıldı. Birliyin məqsədi 
ölkədə sığorta təĢkilatlarının təĢəbbüslərini bir yerdə saxlamaq, sığorta bazarının 
inkiĢafına dəstək olmaq , onların bir biriylə qarĢılıqlı münasibətlərini əlaqələndirmək, 
dövlət, beynəlxalq-regional və digər təĢkilatlarla münasibətlərdə öz üzvlərinin 
mənafeyini müdafiə olunmasını təmin etməkdir. Sığortaçılar Birliyi və Dövlət Sığorta 
Nəzarəti ölkədə sığorta iĢini tənzimləyən normativ-hüquqi sənədləri ortaq Ģəkildə 
hazırlamaqla məĢğul idi.


20 
Belə ki, 19 96-cı ildə sığortaya aid bir neçə qanunlar “Azərbaycan 
Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 
haqqında”, 19 97-ci ildə “Rabitə haqqında”, “Məhkəmə və hakimlər haqqında”, 
“Hərbi qulluqçuların dövlət icbari Ģəxsi sığortası haqqında”, “Azərbaycan 
Respublikasının Gömrükxanası haqqında məcəllə” qəbul edilmiĢdir. Dövlət sığorta 
Ģirtkətləri ilə yanaĢı öz əl sığorta Ģirkətlərinin də sayında artım müĢahidə olunurdu. 
Kеçid mərhələdə rеspublikada «Milli Bank»ın yarandığı, müstəqil хarici-iqtisadi 
siyasətin yеr aldığı, milli valyutanın dövriyyəyə buraxıldığı bir dövrdə sığorta 
bazarının inkiĢafı daha da prioritet məsələyə çevrilir və yеrli хüsusiyyətlər gözə 
alınmaqla sığorta iĢinin inkiĢafında kоmmеrsiyaməqsədli siyasət yürütməyə imkan 
yaranır. Bazar münasibətlərinin formalaĢdığı yeni stuasiyada sığortanın təĢkili 
prinsiplərinin köklü surətdə yеnidən həyata kеçirildiyi, оnun fəaliyyətində monopoliya 
və inhisarın ortadan götürülməsi , sığorta bazarının fоrmalaĢdığı, əhali arasında 
sığorta хidmətlərinin yayıldığı və оnun kеyfiyyətinin bütün istiqamətlərdə artırılması 
üçün Ģərait yarandığı, sığorta Ģirkətlərinin stabil maliyyə məsələlərinin həll еdildiyi bir 
zamanda sığortanın rоlunu və yеrini göstərməyə təĢəbbüs göstərilir. Sığorta bazarının 
əsas prioritete məsələsi gələcəkdə оnun daha da inkiĢaf еtdirilməsi, iqtisadiyyatın 
dayanıqlığının və yüksəliĢinin əsas amili iqtisadi prоsеslərin sığorta təminatı, 
rеspublikanın ümumi daхili məhsulunda sığortanın payının yüksəldilməsidir. Sığorta 
bazarının inkiĢafı üçün mülkiyyət fоrmasından asılı оlmayaraq müəssisə və 
təĢkilatlara, həmçinin əhaliyə göstərilən sığorta хidmətlərinin həcminin 
geniĢləndirlməasində bütün sığorta təĢkilatları üçün еyni Ģərait təmin olunması, 
sığortalılar qarĢısında öhdəliklərin yеrinə yеtirilməsi, sığortalıların və sığorta bazarının 
pеĢəkar iĢtirakçılarının, habеlə dövlətin hüquq və mənafеlərinin qоrunması təmin 
еdilməlidir. Sığorta bazarının yaradılmasının əsas məramı rеspublikada sığorta iĢinin 
inkiĢafı üçün maliyyə-iqtisadi, nоrmativ hüquqi bazasını yaratmaqla, , sığorta 
bazarının, sığorta təĢkilatlarının mövcud qanunvеriciliyin tələblərinə əməl еdilməsi 
üzrə fəaliyyəti üzərində dövlət nəzarəti sistеminin gücləndirilməsinin, iqtisadi 


21 
dayanıqlığın və milli iqtisadi təhlükəsizliyin mühüm amillərindən biri kimi sığortanın 
rоlunun artırılması təmin еdilməsidir. 
2000-ci ildə qəbul olunmuĢ məcəllələrdən biri olan Mülki Məcəllədə ayrıca bir 
fəsil yalnız sığorta münasibətlərinə həsr edilmiĢdir. Sığortanın əsas müddəaları mülki 
hüquq münasibətləri kimi öz əksini tapdı. 2001-ci ildə Nazirlər Kabinetinin qəbul 
etdiyi əsasında sığorta Ģirkətlərinin nizamnamə kapitallarının minimum məbləğləri 2 
milyon manat , təkrarsığortaçılar üçün isə 5 milyon manat olaraq müəyyən olundu. 
Bunun nəticəsində bəzi aĢağı nüfüzlu və qeyipeĢekar sığorta Ģirkələri bazarı tərk 
etmək məcburiyyətində qaldı, bazar daha da güclənməyə baĢladı. Sığorta bazarına 
nəzarət səlahiyyətələri Maliyyə Nazirliyinin sərəncamna verilidi və keçmiĢ 1991-ci 
ildə yaradılmıĢ Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti ləğv edili. 2002-ci 
ildə sığorta sahəsində daha iki qanun qəbul olundu. Belə ki, əmlaka və ətraf mühitə, 
ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyat və sağlamlığına 
vurulan zərərə görə “ Ġcbari Ekoloco sığorta haqqında” və dövlət qulluqçularının sosial 
müdafiəsini təmin etmək məqsədi ilə “Dövlət qulluqçularının icbari sığortası 
haqqında” qanun qəbul edildi. Həmin il baĢ vermiĢ təbii fəlakətlər nəticəsində kənd 
təsərrüfatına külli miqdarda ziyan dəydiyini və belə olan hallarda zərərin konpensasiya 
edilməsi üçün dövlət vəsaiti ilə yanaĢı sığortadan ehtiyat mənbə kimi istifadə 
edilməsinin zəruriliyi ilə əlaqədar “Kənd təsərrüfatında sığortanın stimullaĢdırılması 
haqqında” qanun qəbul edildi. 2003-cü ildə sıgorta sahəsində aparılan islahatların ardı
olaraq sərniĢinlərin müdafiəsini gücləndirmək məqsədi ilə “sərnisinlərin icbari 
sığortası haqqında” qanun qəbul olundu. Dasıyıcıların hesabına həyata keçirilən 
sığorta mülki aviasiya sahəsində beynəlxalq təcrübəyə söykənən sosialyönümlü bir 
addım oldu. Ardınca “Yanğından icbari sığorta haqqında” qanun qəbul olundu. Həmin
qanuna görə sahibkarlıq fəaliyyəti ilə məĢğul olan fiziki və hüquqi Ģəxslər öz 
əmlaklarını və mülk mə-suliyyətlərini yanğından icbari sığorta etməlidirlər ki, buda 
stabil və dinamik inkiĢaf üçün sahibkarların maliyyə təhlükəsizliyini təmin edən əsas 
nomativlərdən biridir. 2007-ci ilin axırlarında “Sığorta fəaliyyəti haqqında” AR 
qanunu qəbul olundu .2009-cu il fevral ayının 9-da Azərbaycan Respublikası 


22 
Prezidentinin fərmanı ilə AR Maliyyə Nazirliyinin Dövlət sığorta Nəzarəti Xidməti 
yaradıldı. 2010-cu il iyul ayının 3də „Ìstehsalatda bədbəxt hadisələr və peĢə xəstəlikləri 
nəticəsində peĢə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında„ 
qanun qəbul olundu
Hazırda sığorta bazarı Azərbaycanda özünü inkiĢaf mərhələsindədir. Sığorta 
Ģirkətləri 40-dan çox icbari və könüllü sığorta növlərini təklif edirlər. Lakin bu say 
hələ də kifayət qədər deyil. Müqayisə üçün deyək ki, dünyanın inkiĢaf etmiĢ 
ölkələrində əhaliyə 300-dən çox müxtəlif sığorta xidməti növü göstərilir.
1991-ci ildə Azərbaycanda 62 sığorta təĢkilatı, o cümlədən 53 milli, 9 korporativ 
sığortaçı fəaliyyət göstərirdi. Əsası qoyulmuĢ bir çox kommersiyaməqsədli sığorta 
təĢ-kilatları sığorta olunanların inamını qazana bilmədiklərinə görə, onların 35-i
müflisləĢərək öz fəliyyətini dayandırmıĢdır. 2016-cı ilin əvvələrinə olan statistik 
məlumatlara əsasən Azərbaycanda qeydiyyatdan keçmiĢ 27 sığorta və 1 təkrar sığorta 
təĢkilatı fəaliyyət göstərir ki, onlardan 21 özəl, 6 qarıĢıq mülkiyyət formalı dövlət 
kommersiya Ģirkətidir. Həmçinin 20 fevral 2014-cü il statistik məlumatlarına əsasən 
Respublikda 6 sığorta brokeri fəaliyyət göstərir. 
Azərbaycan Respublikasında 2015-ci ildə sığorta xidmətlərindən daxil olan 
sığorta haqqı 443 mln. manat təĢkil etmiĢdir ki, bu da 2008-ci illə müqayisədə 2,5 dəfə 
çoxdur. AĢağıdakı cədvəldə 2015ci ilin yanvar-dekabr aylarına əsasən Ģirkətlər üzrə 
hesablanmıĢ sığorta haqqları və sığorta ödə-niĢləri haqqında məlumat verilmiĢdir: 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin