səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində
(həkimlərə, müəllimlərə, elektrotexniki qurgularda, cihazlarda və qanunvericilikdə
nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36
saatdan çox
olmamaq şərti ilə qısadılmış iş vaxtı müəyyən edilmişdir. Həmin iş yerləri üzrə
peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Natamam iş vaxtı
- Əmək məcəlləsinin 94-cü maddəsində göstərilmişdir.
Burada əmək müqaviləsi baglanarkən, havelə əmək münasibətləri prosesində işci
və işə götürənin qarşılıqlı razılıgı ilə natamam iş vaxtı müəyyən edilə bilər.
Natamam iş vaxtının müddəti və onun qüvvədə oldugu zamanın, ayın, ilin
davamiyyəti tərəflərin razılıgı ilə müəyyən edilir. İşçilərin
səhhəti və fizioloji
vəziyyəti (hamilələik, əlillik) havelə xroniki xəstəliyi olan uşagının və digər ailə
üzvünün səhətti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında
yerinə yetirilməsini tələb edərsə, havelə 14 yaşına çatmamaış yaxud 16 yaşınadək
əlil uşağı olan qadınlar ərizələri ilə işə götürən natamam iş vaxtı müəyyən
etməlidir.
Natamam iş vaxtı əməyin ödənilməsi və ya əmək funksiyasının icrasına sərf
olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılıgı ilə müəyyən edilir.
Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gesə vaxtına (saat 22-dən
səhər saat 6-dək) düşərsə, onda həmin iş vaxtının geçə vaxtına düşən hissəsi bir
saat qısaldılır.
İş vaxtı qanunla müəyyən edilmiş elə bir vaxtdır ki,
onun ərzində işçi
müəssisənin daxili əmək intizamı qaydalarına uyğun ona tapşırılan işi yerinə
yetirir. iş vaxtının nizama salınması iki başlıca məqsədi güdür: bir tərəfdən əməyin
zəruri mühafizəsini ; digər tərəfdən ictimai, siyasi və mədəni həyatda tam dəyəri ilə
iştirak etmək üçün zəhmətkeşlərin zəruri həcmdə əmək sərf etməsi təmin edilir.
Əmək məcəlləsinin 95-ci maddəsinə uyğun iş vaxtının rejimi qaydaları-
gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı
və müddəti, sutkadakı növbələrin sayı, bir növbədən digər növbəyə keçirilmə, iş
vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz ediməsi
(əvəz günün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı, müəssisədaxili
intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
İş vaxtının rejimi və onu müəyyən edən qaydalar Əmək məcəlləsi və digər
normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla
işəgötürənin əmri ilə təsdiq edilir.. Bu qaydalarla işçilər hökmən tanış
edilməlidirlər.Həmin qaydaların iş rejimini
tənzimləyən əsas bölmələri
böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.
İş vaxtından artıq işlərin son həddi Əmək məcəlləsinin 100-cü maddəsində
nəzərdə tutulmuşdur. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan,
əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq
işlərə cəlb edilə bilməz.
İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar əmək məcəlləsinin 101-
ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə uyğun iş vaxtından artıq
işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir.
a)
dövlətin müdafiəsinin təmin oluması üçün, habelə təbii fəlakətin istehsal
qəzasının qarşısını aımaq və ya onların nəticələrini aradan qaldırmaq
üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi;
b)
su,qaz və elektirik təchizatı, isitmə, kanalızasiya və digər kommunal
müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz
hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi
təmin etmək üçün;
c)
başlanmış və istehsalın texniki şəraitinə
görə iş günün sonunadək
tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin
qarşısıalınmaz korlanması, sıradan şıxması təhlükəsi zamanı işlərin
tamamlanması zərurəti olduqda;
d)
işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxan
mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi
zərurəti olduqda;
e)
əvəz edən işçinin işdə olmaması ilə əlaqədar fasilə verilməsinə yol
vermək mümkün olmadıqda.
İşəgötürən iş vaxtından artıq işlərə işçilərin
cəlb edilməsini doğuran
səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə
borcludur.
İş vaxtından artıq işlərə aşağıdakıların cəlb edilməsi qadağandır: hamilə
qadınlar və südəmər uşağı olan analar, habelə bir yaşınadək uşağı olan qadınlar;
uşağı 18-dən aşağı olan şəxslər; qanunvericiliyə müvafiq
surətdə işçilərin başqa
kateqoriyaları.
Bir yaşından səkkiz yaşınadək uşağı olan qadınlar və əlillər (bu işlər tibbi
tövsiyələrə görə onlara qadağan edilmədikdə) iş vaxtından artıq işlərə yalnız
onların razılığı ilə cəlb edilə bilər.
Dostları ilə paylaş: