Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   21   22   23   24   25   26   27   28   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Mühazirə 6
 
Ġstehsalat sanitariyası. ĠĢçi sahədə mikroiqlim Ģəraiti
 
Plan
 
1. Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış 
2. İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi 
3. Meteoroloji şərait və onun normallaşdırılması
4. İstehsalat tozu və onun zərərli təsirindən mühafizə üsulları


5. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri
 
 
Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış
 
Əmək gigiyenası
əmək prosesinin və istehsalat mühitinin insanın 
işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir. 
Əmək qiqiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının təmin 
olunmasına və onlar üçün ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş 
sanitariya-gigiyena və müalicə-profilaktika tədbirlərini hazırlamaqdan ibarətdir.
Əməyin gigiyenası əməyin təşkilini, istirahəti onun forma və üsullarını, 
əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini, işçinin hərəkətlərinin 
xarakterini və xüsusiyyətini, iş vaxtı insan bədəninin vəziyyətini, əmək alətləri və 
vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının, istehsalat mühitinin 
fiziki, kimyəvi və bioloji amillərinin, əmək proseslərinin və mühitin müxtəlif 
şəraitinin işçiyə fizioloji təsirini öyrənir.
Əmək gigiyenası sahəsində aparılan tədqiqatlar nətiçəsində istehsalat 
prosesləri və avadanlığının layihələrinə verilən gigiyenik tələblər, gigiyenik norma 
və qaydalar, şəxsi gigiyena tədbirləri, əmək və istirahətin səmərəli təşkili üzrə 
təkliflər hazirlanib həyata keçirilir.
İstehsalat sanitariyası
işçilərə zərərli istehsalat amillərinin təsirinin qarşısını 
alan təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər sistemidir. Istehsalat 
sanitariyası aşağıdakı məsələləri həll edir.
1.
İstehsalat mühitinin müxtəlif amillərinin optimal nisbətlərinin təyin 
edilməsi. 
2.
Hər bir zərərli istehsalat amili ücün buraxıla bilən normaların təyin 
edilməsi, onların qanuniləşdirilməsi və düzgün tətbiqinə müntəzam 
nəzarət olunması. 
3.
Həm işçinin özü, həm də ətrafdakılar üçün işin təhlükəsiz aparılmasının 
təmin edilməsi. 
4.
Elm 
və 
texnikanın 
müasir 
nailiyyətləri 
əsasında 
əməyin 
sağlamlaşdırılması üçün konkret tədbirlərin tərtib edilməsi. 
5.
İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki 
vasitələrin tətbiqi və onların təsirini azaltmaq üçün təşkilati-profiliktik 
tədbirlərin görülməsi. 
6.
Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən 
tədbirlərin səmərəliliyinin təyini üsullarının işlənib hazırlanması.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin