Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar


§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi



Yüklə 147,04 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix19.12.2022
ölçüsü147,04 Kb.
#76384
1   2   3   4   5   6
Sadıxov Əliəkbər

§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
7.1. İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin — maşın, mexanizm,
avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir;
7.2. İşçinin müəssisənin mülkiyyətində 0 faiz qədər payı var və işəgötürənlə mülkiyyət münasibətləri həmin paya mütənasib
olaraq qanunvericiliklə müəyyən edilən qaydada tənzimlənir;
7.3. İşçi müəssisənin mülkiyyətindəki payına görə nizamnamə ilə müəyyən edilən 0 manat məbləğdə dividend almaq
hüququna malikdir;
7.4. İşçi əmək funksiyasının icrası zamanı özünün aşağıdakı şəxsi əmlakından istifadə edir:
7.5. İşəgötürən işçinin əmlakının mühafizəsinə və aşınmasına görə əvəzinin ödənilməsinə cavabdehdir;


7.6. İşçi işəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və
bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.
§8. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar
8.1. Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
8.2. Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
(bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmalıdır)
8.3. Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı andan qüvvəyə minir və Əmək Müqaviləsinin tərkib
hissəsini təşkil edir.
§9. Əmək müqaviləsinə xitam verilməsi
9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara
ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər;
9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;
9.3. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;
9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu
Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir;
9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:

Yüklə 147,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin