General-leytenant FƏRƏC BƏY AĞAYEV
General-leytenant Fərəc bəy Ağayev 1891-ci il noyabrın 26-da səksən yaĢında Tiflisdə vəfat etmiĢdir.
Ötən il Gürcüstan Dövlət Arxivində xalqımızın hərbçi oğulları haqqında araĢdırmalar aparanda indiyədək bizə
məlum olmayan çoxlu sayda fotoĢəkil və rəsmi sənədlər əldə edə bildim. 1850-55-ci illərdə Yermakov soyadlı
bir Ģəkilçəkən Qafqazın müxtəlif bölgələrini gəzmiĢ, ötən əsrin görkəmli adamlarının - bəylərin, xan və ağaların
foto Ģəklini çəkmiĢdir. Onların arasında hərbçilər də az deyil. Yermakovun öz əlilə tərtib etdiyi on beĢdən çox
iri həcmli foto albomda bir Ģəkil diqqətimi cəlb etdi. Təxminən 40-45 yaĢında cavan zabitdir. Qalın bığlı, iri
alınlı, mavi gözlü zabitin qurĢağında naxıĢlı bir xəncər bağlanıb. Onun ağayana oturuĢunda bəy vüqarı var. ġəkil
sanki dilə gəlib deyir: “Mən azərbaycanlıyam!” Ümumi siyahıda göstərilirdi ki, fondda onun iki fotoĢəkli
saxlanılır. Hər ikisini sifariĢ verdim. Hər ikisinin də altında “Tatarskiy bek” sözləri yazılıb. Daha heç nə. ġəkildə
kimin təsvir olunduğunu isə fondda saxlanan ad göstəricisi dəftərindən öyrənə bildim. Orada yazılıb: “2899 və
8215 saylı foto Ģəkillərdə general-leytenant Fərəc bəy Ağayev təsvir olunub”. Bir ay üç günlük yaradıcılıq
ezamiyyətimdə bu anlardakı qədər sevinməmiĢdim. Nə yaxĢı ki, zəndim məni aldatmamıĢdı. Bir də ki, necə
sevinməyəydim. Yüz səksən səkkiz il əvvəl anadan olmuĢ, yüz on bir il əvvəl isə vəfat etmiĢ generalın
fotoĢəklini indiyədək Azərbaycanda görən olmamıĢdı. Hələ iyirmi il əvvəl Sankt-Peterburqda oxuduğum bir
sənəddən mənə məlum idi ki, general-leytenant Fərəc bəy Ağayev məĢhur maarifçimiz Həsən bəy Zərdabinin
78
atası Səlim bəyin doğmaca dayısı olub. 1858-ci ildə balaca Həsən bəyin birinci dərəcəli Tiflis gimnaziyasına
qəbul olunmasına o kömək edib.
Bəs, general-leytenant Fərəc bəy Ağayev kimdir? Həsən bəy Zərdabi kimi görkəmli maarifpərvəri bizə
bəxĢ edən bu xeyirxah adamın ömür yolu həyatın hansı sınaqlarından çıxıb?
General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumata “Kafkaz” qəzetinin səkkiz dekabr
min səkkiz yüz doxsan birinci il tarixli nömrəsində və “Kavkazski kalendar” illik məcmuəsinin 1873-1874-cü
illərdəki nömrələrində rast gəldik. Birinci mənbədə haqqında geniĢ məlumatla “Fərəc bəy” kimi təqdim olunan
eloğlumuz, ikincidə Qafqaz Əlahiddə Ordusunun generalları sırasında “Nikolay Nikolayeviç Ağayev”
adlandırılır. Ona görə ki, bu yaraĢıqlı, igid qafqazlı zabitini 1844-cü ildə imperator birinci Nikolay və onun
arvadı Mariya Aleksandrovna xaç suyuna çəkib oğulluğa qəbul etmiĢdilər.
Uzun müddət Peterburqda xidmət edən padĢahın sevimlisi Fərəc bəy Ağayevə Qafqaza qayıtdıqdan sonra
yaxın qohumları belə yaxĢı münasibət bəsləməmiĢlər. Hətta Həsən bəy Zərdabi məktublarından birində yazır ki,
atam el arasında xəcalət çəkirdi ki, dayısı rus adını qəbul edib. Ona görə də ondan üz döndərib küsmüĢdü. Get-
gəlimiz belə yox idi. Ömrünün sonlarında Tiflisdə yaĢayan generala hamı “rus Ağayev” deyərmiĢ. ġübhəsiz ki,
sonralar səhvini baĢa düĢən general vəsiyyət edib ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi
göstərilsin. Onun bu vəsiyyətinə əməl olunmayıb.
General-leytenant Fərəc bəy Ağayev 1811-ci ildə füsunkar Qarabağın ġuĢa Ģəhərində adlı-sanlı bəy
ailəsində dünyaya gəlib. Ġlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə
ordusunda müsəlman süvari polkunda xidmətə baĢlayıb. Xidmətinin yeddinci ilində ən yaxĢı qvardiya rotmistri
Fərəc bəy eskadron komandiri kimi Peterburqda göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya
kazak polkunda leybqvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burada da o, imperatorun və onun arvadı
Mariya Aleksandrovnanın sevimlisi olunmayıb.
Fərəc bəy Ağayev 1811-ci ildə özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili
ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqa, xüsusi qvardiya kazak polkunda
qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi baĢlananda polkovnik Fərəc bəy Ağayev Qarabağın azərbaycanlı
igidlərindən ibarət süvari alayı təĢkil edir, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa
göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin ĢuĢalılardan ibarət süvari polku Kürəkdərə uğrunda -
gedən döyüĢlərdə altmıĢ minlik korpusa qarĢı dönməz bir iradə ilə vuruĢmuĢdur. 1854-cü ildə osetinlərdən təĢkil
olunmuĢ milis alayı da Fərəc bəyin alayına təhkim edilir. Süvari qoĢun dəstəsinin komandiri kimi yüksək vəzifə
daĢıyan eloğlumuz hərbi xidmətinə və qoĢun baĢçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə “Cəsurluğa
görə” sözləri yazılmıĢ qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiĢ birinci
dərəcəli “Müqəddəs Anna “ (qılıncla birgə) ordenləri ilə təltif olunur.
1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor rütbəsinə layiq
görülür.
Müharibə yenicə baĢlayanda Fərəc bəy Ağayevin baĢçılığı ilə Qarabağ Azərbaycan süvari dəstəsinin
təĢkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində
könüllü dəstələr tezliklə yığıldı. DöyüĢçülər yürüĢə məĢhur Qarabağ kəhərlərində və layiqincə silahlanmıĢ
halda baĢladılar.
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində
istefaya çıxmıĢ, ömrünün sonuna kimi Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətində çalıĢmıĢdır.
GENERAL-MAYOR TƏRLAN BƏY ƏLĠYARBƏYOV
1944-ci il fevralın 9-da polkovnik Tərlan bəy Əliyarbəyov döyüĢ xidmətlərinə görə general-mayor rütbəsi
ilə təltif edilib. KeçmiĢ zamanlarda belə hesab edirmiĢlər ki, zabit ömrü cəmi iki müharibə əzablarından keçə
bilər. Biri onun gəncliyinə, o biri isə yaĢlı vaxtına təsadüf edər. Lakin general Tərlan bəy Əliyarbəyov altmıĢ
dörd illik ömür yolunda üç müharibənin iĢtirakçısı olub. O, Birinci Dünya müharibəsində, 1918-1920-ci illərdə
Azərbaycan Milli Ordusunda və Böyük Vətən müharibəsində vuruĢub. 1911-ci ildə üçüncü Qafqaz alayının
əlaçı əsgəri Tərlan bəy Əliyarbəyovu Tiflisdəki piyada hərbi məktəbə oxumağa göndərdilər. Dörd il kursdan-
kursa müvəffəqiyyətlə keçən Tərlan bəy hərbi məktəbi birinci dərəcəli diplomla bitirib. Podporuçik Əliyarbəyov
ġamaxıdakı 205-ci piyada alayında xidmətə baĢlayıb.
1914-cü ilin yayında birinci dünya müharibəsi baĢlandı. Kayzer Almaniyası Rusiyaya müharibə elan
etmiĢdi. Əliyarbəyovun xidmət etdiyi 205-ci alay da Qərb cəbhəsinə göndərilib. Od-alov yağan səngərlərdə
gənc zabitin çətin sınaq günləri baĢlanıb. Komandirin verdiyi tapĢırıqları yerinə yetirən, hər döyüĢdən qələbə ilə
çıxan Tərlan bəy əsgərlərin də sevimlisi olub. Ona görə də rota komandiri təyin edilib.
Öz batalyonunu qələbədən-qələbəyə aparan Ģtabs-kapitan Əliyarbəyovun igidliyi bütün qərb cəbhəsinə
yayılmıĢdı.
79
Bir dəfə Verden ətrafında gedən vuruĢmaların qızğın çağında ona 10-cu ordunun komandanı general
Əliağa ġıxlinski ilə görüĢmək nəsib olub.
General hərbçi qaydası ilə onu baĢdan-ayağa süzüb: “Səsini-sorağını eĢitmiĢəm, eloğlu, əsl igid kimi
vuruĢursan”, - deyib. Əlini onun çiyninə qoyub – “Böyük Ģair PuĢkin vaxtilə ġamaxı gözəlini vəsf eləyib, indi
yeni bir PuĢkin lazımdır ki, sənin - ġamaxı Tərlanının qəhrəmanlığını qələmə alsın”.
Sonra maraq dolu baxıĢlarını Tərlana zilləyib:
- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul?
- Tiflisdəki hərbi gimnaziyanı...
General ġıxlinski sevinclə:
- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmıĢıq. Çox Ģadam. Bu qürbət diyarda sevindirdin məni, oğul.
Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim köksümə sığıĢmır. Xəbərin varmı, bu günlərdə bir eloğlumuz
qeyri-adi igidlik göstərdiyinə görə Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub.
- Xeyr, eĢitməmiĢəm. Düzü, cəbhəyə gələndən heç bir azərbaycanlıya rast gəlməmiĢəm, cənab general.
Ġcazənizlə soruĢum, kimdi belə yüksək təltifata layiq görülən?
- Nijeqorod draqun alayının rotmistri Teymur bəy Novruzovun igidliyi haqqında qəzetlər bar-bar bağırır.
Sən isə burdan-buraya eĢitməmisən. Eloğlumuz Teymur bəy özünün eskadronu ilə bir ay əvvəl düĢmənin
süvarilərinə hücum edərək onların hamısını qılıncdan keçirib. Hələ üstəlik də iki gün sonra üç ağır topunu
qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüĢdən sonra həmyerlimiz Teymur bəy Novruzov Georgi ordeninin
dörd dərəcəsi ilə təltif olunub. Bu çox böyük fəxrdir. O, artıq kavalerdir.
Tərlan bəy bu Ģöhrətli generalla görüĢünü uzun müddət unuda bilməyib. Onlar bir də on səkkizinci ildə
Bakıda görüĢdülər.
1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından Rumıniya sərhədinə kimi uzanan
400 kilometrlik cəbhə boyunca hücuma keçib düĢmənin müdafiə xəttini yardı. Ağır Ģəraitdə vuruĢan qoĢunlar
güclü düĢməni xeyli geriyə qovdu. Tərlan bəy Əliyarbəyov bu döyüĢlərdə sinəsindən ağır yaralandı. Bu,
müharibə baĢlanandan Tərlan bəyin aldığı dördüncü yara idi. ġtabs-kapitan bir müddət Brest Ģəhərindəki
qospitalda müalicə olunduqdan sonra Bakıya göndərildi.
1918-ci ilin avqustunda müsavat ordusuna Tərlan bəy Əliyarbəyov ikinci alayın komandir köməkçisi
təyin edildi. Rusiyada qızıl Ordu tərəfindən dağıdılmıĢ Denikin ordusu pərən-pərən düĢüb ölkənin hər yerinə
dağılmıĢdı. Dərbəndi tutan ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Qusarda yerləĢən ikinci
Azərbaycan alayı gecə-gündüz vuruĢaraq düĢməni Azərbaycana buraxmadı.
Ġyirminci ilin baharında Tərlan bəy Əliyarbəyov Bakı hərbi idarə rəisinin müavini idi. O, heç vaxt
əvvəllər Bakını belə qaynar, belə təlatümlü görməmiĢdi.
Komandanlıq Tərlan bəy Əliyarbəyovu hansı sahəyə göndərirdisə, o, namuslu bir zabit kimi çalıĢır,
verilən tapĢırığı ləyaqətlə yerinə yetirirdi. 1927-ci ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali komanda
heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların
yetiĢdirilməsinə sərf edib. O, ikinci dəfə (1941-ci il) bu Ali hərbi Akademiyanı bitirəndə Böyük vətən
müharibəsi baĢlandı.
Cəbhəyə səfərbər olunan polkovnik Tərlan bəy Əliyarbəyov azərbaycanlılardan ibarət 416-cı diviziyanın
komandir müavini, üç ay sonra isə komandiri təyin edilib.
Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düĢmənlə ilk dəfə döyüĢə girib. Ġki günlük
döyüĢdən sonra ĠĢĢorsk rayonunda faĢistlərin müdafiə xətti yarılıb, Novo-Lednev və Kapustino yaĢayıĢ
məntəqələri azad edilib.
Xalqımızın igid oğullarından ibarət olan bu diviziya dekabrın altısında inamla vuruĢaraq düĢmənin
möhkəmləndirilmiĢ daha bir atəĢ nöqtəsini məhv edib. Hücumu müvəffəqiyyətlə geniĢləndirən polkovnik Tərlan
bəy Əliyarbəyov həmiĢə ön cəbhədə olub, döyüĢçülərdə qələbəyə sarsılmaz inam yaradıb.
Qırx dördüncü ordunun tərkibində olan bu diviziya 1942-ci ilin qıĢında ġimali Qafqazda 350 kilometrlik
döyüĢ yolu keçərək, onlarla Ģəhər və kəndi düĢməndən azad edib. Dəfələrlə ordu komandanlığının təĢəkkürünə
layiq görülüb.
Sonralar 79-cu, 88-ci alaylara, 402-ci atıcı diviziyaya baĢçılıq edən və 58-ci korpusun komandir müavini
kimi məsul vəzifələrdə çalıĢan Tərlan bəy Əliyarbəyov özünün komandirlik bacarığını parlaq Ģəkildə nümayiĢ
etdirib. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub.
Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüĢ xidmətlərini yüksək qiymətləndirən komandanlıq
1944-cü il fevralın doqquzunda ona general-mayor rütbəsini vermiĢdir.
PeĢəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1892-ci il noyabrın iyirmi səkkizində qədim
ġamaxıda anadan olmuĢdur. Əsl mənada eli, obası və doğma xalqı üçün əvəzsiz xidmətlər göstərən Tərlan bəy
Əliyarbəyovun yetiĢdirdiyi milli hərbi kadrlar respublikada böyük nüfuza malikdirlər.
Müharibənin ağır sınaqlarında həqiqi sərkərdə Ģöhrəti qazanan general Tərlan bəy Əliyarbəyovun sinəsini
Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və çoxlu medallar bəzəyirdi.
80
1956-cı il fevralın on beĢində vəfat edən general-mayor Tərlan bəy Əliyarbəyovun adına dünyaya gəldiyi
ġamaxıda və Bakıda abad küçələr qoyulub.
Polkovnik Əbülfət ağa ġaxtaxtinski
1896-cı fevralın 26-da 77-ci Tengin süvari alayında xidmət edən Əbülfət ağa Nəcəf oğlu ġaxtaxtinski
podpolkovnik rütbəsi alıb. Əbülfət ağa 1858-ci ilin oktyabr ayında ġərur-Dərələyəz qəzasının ġahtaxtı kəndində
zadəgan ailəsində anadan olmuĢdur. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa, Behbud ağa,
Ġsasultan ağa, Həmid ağa ġaxtaxtinski kimi görkəmli Ģəxsiyyətlər bəxĢ edib.
Ġlk təhsilini Tiflis realnı məktəbində alan Əbülfət ağa ġaxtaxtinski 1877-ci ildə Peterburq Texnologiya
Universitetinə daxil olub. Tələbə yoldaĢı, ilk marksist Q.V.Plexanovla birgə tələbələri qadağan olunmuĢ
yığıncaqlara təhrik etdiyinə görə bir il sonra - dekabr ayında universitetdən xaric edilib. Mənzilində aparılan
axtarıĢ zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin
“Ġmdadiyyə” adlı gizli təĢkilatın üzvüdür. O, Moskvada təhsil alan həmyerlisi Nəcəf bəy Vəzirova məktubunda
yazırdı ki, qaranlıq və cəhalətdən qurtarmaq üçün laxlamıĢ imperiya zülmünü kökündən kəsmək, məhv etmək
lazımdır. “Ġmdadiyə”nin nizamnaməsini aldım. YaxınlaĢan yay “Ġmdadiyə”nin əsas müddəalarının müzakirəsini
təxirəsalınmaz vəzifəmizə çevirir. Müzakirə ona görə lazımdır ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir
məqsəd uğrunda hərəkət edə bilək. Biz öz məqsədimizə nail olmaq üçün bütün vasitələri nəzərdən keçirməliyik.
Həmin məqsəd kifayət qədər aydın və dəqiq Ģəkildə müəyyənləĢdirilməlidir. Məqsədimiz sakitliyimizi pozan
vicdan əzabının burjua rahatlığı naminə dəf edilməsi deyil. Məqsədimiz pisliyin kökünü yerli-dibli kəsmək üçün
mümkün qədər çox iĢlək əl hazırlamaqdır. Biz vasitə və vəsait axtarırıq, deməli onda iĢçi əllər, ağırlığı öz
üzərinə götürən qüvvələr tərbiyə etməliyik. Biz tərəqqipərvər adamlar kimi nəzərlərimizi yalnız cəmiyyətin
aĢağı təbəqələrinə yönəltməliyik.” Ələ keçən məktubdan sonra Əbülfət ağa ġahtaxtinskinin üzərində gizli polis
nəzarəti qoyulmuĢdu. Ekstren yolla Lazarev adına ġərq dilləri institutuna daxil olmuĢ Əbülfət ağa oranı
bitirdikdən sonra Rusiyada ona nə diplom, nə iĢ verilməmiĢdi. O, Almaniyaya getmiĢ, Heydelberq
Universitetində diplom iĢi müdafiə edərək bakalavr dərəcəsi almıĢdı.
Demokratik baxıĢlarına və monarxiyaya qarĢı çıxıĢlarına görə Rusiyaya qayıdan Əbülfət ağa
ġaxtaxtinskini heç bir qulluğa götürməmiĢdilər.
1880-ci ildə iyirmi iki yaĢlı Əbülfət ağa ġaxtaxtinski Peterburqdakı yunker məktəbinə daxil olub, qısa
müddətdə oranı fərqlənmə diplomu ilə bitirib.
Bir il sonra, avqust ayının səkkizində zabit rütbəsində yetmiĢ yeddinci Tengin süvari alayında xidmətə
baĢlayan Əbülfət ağa ġaxtaxtinski qısa müddətdə divizion komandiri təyin olunub.
Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə məxsus Ģəxsi hərbi
kitabçasında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə Müqqədəs Stanislav ordeninin üçüncü dərəcəsilə,
1900-ci ildə isə Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə təltif olunmuĢdur.
Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa ġahtaxtinski bir sıra Ģərq dillərilə yanaĢı, alman,
fransız və ingilis dilini də mükəmməl bilirmiĢ. Ona görə də Ġsveçrə ordusunun manevrlərinə müĢahidəçi kimi
ezam olunmuĢdur. Həmin ili nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi verilib.
Polkovnik Əbülfət ağa ġaxtaxtinskinin Ģəxsi iĢinin təltifat “qrafasında” aldığı xarici ölkə orden-
medallarının da sayı göstərilir. O, Ġranın “ġire-XorĢid” ordeninin dördüncü dərəcəsilə (1889-cu il), Buxara
Omirtinin ikinci dərəcəli “Ucalan ulduz” qızıl medalı ilə (1899-cu il), yenə Ġranın üçüncü dərəcəli “ġire-XorĢid”
ordenilə (1900-ci il) və “Fransa-Sudan xilasetmə cəmiyyəti”nin Yuxarı Reyn Ģəhərinin qızıl medalı ilə (1903-cü
il) təltif olunub.
1904-05-ci illərdə rus-yapon müharibəsində iĢtirak edən Əbülfət ağa ġaxtaxtinski batalyon komandiri
kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə yerinə yetirib.
Əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də maarifçilik sahəsində xalqımız üçün
təmənnasız xidmətlər göstərib. O, Volfanq Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan
dilinə tərcümə edib.
Port-Artur döyüĢlərindən sonra polkovnik Əbülfət ağa ġaxtaxtinskinin komandir olduğu 202-ci Qori
süvari alayı Qori Ģəhərində yerləĢirdi. 1911-ci ilin yayında vətəninə növbəti məzuniyyətə gələn polkovnik
Əbülfət ağa iki azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli Səbri
“Mühitim... təhsil illərim” xatirə qeydlərində yazır:
“Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət ağanın komandir olduğu alay
Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti
bitdikdən sonra o öz qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə - Zaqafqaziya
müəllimlər seminariyasına aparmışdı. Mən məramımı heç kəsə bildirmədən qohum-qardaşdan pul yığmağa
başladım. Xəlil ağa Qoriyə gedən günün səhərisi mən də onun ardınca yollandım. Sənədlərimi də özümlə
götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə gələndə Xəlili və polkovnik
81
Əbülfət ağanı orada gördüm. Əbülfət ağanın təəccübdən nitqi qurudu, bir az fikrə gedib sənədlərimi aldı.
Birlikdə seminariya direktorunun yanına getdik.
Sabahı günü lövhədə - imtahan verəcək cavanların adları siyahısında öz adımı görüb sevindim.
İmtahanlar başlandı. Əynimdə zolaqlı paltar içəri girdim. Birinci imtahandan sonra direktor polkovnik
Əbülfət ağaya dedi:
Etot polosatıy malçişka budet prinyat... (Əli Səbri “Ömürdən yarpaq düşür” kitabı, 1983-cü il, səh. 129,
130-da).
Xalqımızın görkəmli ziyalısı, polkovnik Əbülfət ağa ġahtaxtinski 1913-cü il martın 13-də Kutaisi
Ģəhərində vəfat edib. Doğma kəndi ġahtaxtıda dəfn edilib. O, XIX əsrin görkəmli jurnalisti Ġsasultan
ġaxtaxtinskinin (1851-1894) kiçik qardaĢı idi.
* * *
1918-ci ildə fevralın 22-də Zaqatala dairəsinin camaatı adından Həmzət bəy Xəlilov Zaqafqaziya
komissarlığında çıxıĢ edib. Natiq bildirib ki, onun yenicə yaratdığı Ləzgi süvari alayı Gürcüstan ordusuna yox,
general Əliağa ġıxlinskinin Müsəlman korpusu heyətinin sıralarına daxil olacaqdır. Lakin nə gürcülər, nə də
ermənilər Həmzət bəyin yaratdığı süvari alayını Tiflisdən çıxarılmasına razılıq vermək istəmədilər. Ona görə ki,
Tiflisdə yaĢayan ermənilər Ģaiyə yaymıĢdılar ki, yeni yaranan Ləzgi süvari alayı Müsəlman korpusu ilə birləĢib
Laqodexi-Balakən ərazisində yaĢayan gürcüləri qıracaqlar. Ermənilərin fitvası ilə Snoris-Sxali stansiyasında bir
qrup gürcü ziyalısı və səkkizinci gürcü alayı Ləzgi süvari alayının qabağını kəsib. Həmzət bəy Xəlilov yazır ki,
mənim Ģəxsi nüfuzumun hesabına gürcü ziyalıları qarĢıdurmaya yol vermədilər. Alayı sağ-salamat Laqodexi
çölünə gətirib, orada yerləĢdirdik.
Alaya Ģahzadə polkovnik Xosrov Mirzə Qacar komandir təyin olundu. Sonralar Zaqatala alayı adını
daĢıyan bu hərbi birləĢmə Azərbaycan ordusunun sıralarında Qarabağda daĢnaklara, Bakıda və baĢqa
ərazilərimizdə bolĢeviklərə qarĢı döyüĢlərdə qəhrəmanlıqla vuruĢdu.
Həmzət bəy Xəlilov (1860-1930) tanınmıĢ mədəniyyət xadimi, 30 ilə yaxın Üzeyir bəy Hacıbəyovun ev
muzeyinin direktoru, professor mərhum Ramazan Xəlilovun (1901-1999) atası idi.
Podpolkovnik Xasay xan Usmiyev
Podpolkovnik Xasay xan Usmiyev Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 1895-ci il fevralın 26-da
podpolkovnik rütbəsi alıb. O, məĢhur Ģairə XurĢudbanu Natəvanın böyük oğludur. 1855-ci ildə ġuĢada anadan
olub. 1874-cü ildə Peterburqdakı zadəgan balalarına məxsus Paj hərbi korpusunda təhsil alıb. Rus-türk
müharibəsi - (1877-78) illərində Dunay ordusunun sıralarında süvari alayının komandiri olmuĢdur. Onun ötən il
Gürcüstan Dövlət Mərkəzi arxivindən əldə etdiyimiz fotoĢəklinin altında da “1877-ci il, Dunay” yazılıb. Ġki il
cəbhələrdə böyük igidlik və Ģücaət göstərdiyinə görə knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə ordenlə təltif
olunub. O, Müqəddəs Anna ordeninin dördüncü dərəcəsinə (igidliyə görə), üçüncü dərəcəli müqəddəs Stanislav
(qılınc və bantla birgə), üçüncü dərəcəli Müqəddəs Anna (qılınc və bantla birgə) və müqəddəs Vladimir
ordeninin dördüncü dərəcəsinə layiq görülüb. Əlbəttə, qısa müddətdə belə yüksək kavaler ordenlərinə qeyri-adi
igidlik göstərmiĢ zabitlər təltif olunurdu. ġübhəsiz ki, knyaz Mehdiqulu xana bu igidlik irsən keçmədi. Axı,
onun atası general-mayor Xasay xan Usmiyev (1808-1866) idi! Ötən əsrin məĢhur tədqiqatçıları Firudin bəy
Köçərli, Mir Möhsün Nəvvab, Məhəmmədağa Müctəhidzadə və baĢqaları iftixarla yazırlar ki, cənab knyaz
Mehdiqulu xan alicah knyaz Xasay oğludur. O, əlahəzrət qüdrətli Çingiz xanın nəslindəndir.
Qafqaz Əlahiddə ordusunun süvari qoĢunlarında xidmət edən knyaz-podpolkovnik Mehdiqulu xan
Usmiyev ordudakı əla qulluğuna görə sonrakı illərdə də təltif olunub. O, 1887-ci ildə müqəddəs Stanislav
ordeninin ikinci, 1891-ci ildə Müqəddəs Anna ordeninin ikinci dərəcəsini və 1881-ci ildə Ġranın “ġire-XorĢid”
ordeninin üçüncü dərəcəsini ala bilib.
Klassik üslubda Vəfa təxəllüsü ilə Azərbaycan və fars dillərində Ģerlər yazan knyaz-podpolkovnik
Mehdiqulu xan Usmiyev 1900-ci il sentyabrın 5-də Tiflisdə Mixaylovski küçəsindəki yüz qırx səkkiz saylı
mülkündə vəfat edib. Öz vəsiyyətinə görə Ağdamdakı Ġmarətdə ata-babalarının yanında dəfn olunub.
Haqqında nekroloq verən “Kaspi” qəzeti (1900-ci il, № 200) yazırdı: “Nadir şərq kitablarını yığmaq və
oxumaq onun ən sevimli məşğuliyyəti olmuşdu. Bu kitabları toplamaq xatirinə knyaz Mehdiqulu xan heç bir
vəsait əsirgəməzdi. Onun şəxsi kitabxanasındakı ədəbiyyat az-az yerlərdə tapılardı”.
Bəzi müasir yazarlarımız Mehdiqulu xan Usmiyevin general rütbəsi aldığını qeyd edirlər. Lakin nə Tiflis,
nə də Bakı arxivlərində Mehdiqulu xanın general olması haqqında sənədə rast gəlmədik. Bütün sənədlərə onun
son rütbəsi podpolkovnik göstərilir. ġübhəsiz ki, tədqiqatçılar onu atası general-mayor Xasay xan Usmiyevlə
səhv salırlar.
82
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin elmi fondunda Mehdiqulu xan Usmiyevin
1877-ci ildə Dunay cəbhəsindən ailəsinə yazdığı məktubları saxlanılır. Onların imlasına toxunmadan təqdim
edirik:
Dostları ilə paylaş: |