"DĠKAYA DĠVĠZĠYA", yoxsa...
(və Azərbaycan Milli Ordusu 1918-ci ildə necə yaranıb?)
Azərbaycanlılar hərbçilik istedadına, sönməz daxili ruhi zənginliyə malikdirlər. Belə xalq həmişə qalib
gələr.
Alfons Rabbe,
fransız tarixçisi
1930-cu il martın üçündə Zaqafqaziya Dövlət Siyasi idarəsinin qərarı ilə güllənənən Qarxunlu mərdi
ƏĢrəf bəyi müstəntiqlər ən çox 1918-ci ildə “dinc erməni əhalisi”ni qırdığına və həmin ildə ƏrəĢ mahalında
döyüĢən əsgəri qüvvə təĢkil etdiyinə görə günahlandırmıĢlar. Bu könüllü hərbi qüvvələrin əksəriyyəti o vaxt
Birinci Dünya Müharibəsindən qayıdan “Tatar süvari alayı”nın əsgər və zabitləri idi. ƏĢrəf bəy Qarxunlunun
özü də 1918-ci ilin iyun-sentyabr aylarında həmin alayın tərkibində Göyçayı, Müsüslünü, BərgüĢadı, ġamaxını
və Bakını düĢmənlərdən təmizləmək üçün igidliklə vuruĢmuĢdur.
* * *
Bu gün hamını haqlı bir sual düĢündürür: 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan hərbi
qüvvələri necə və nəyin əsasında yaranıb? Axı, deyilənlərə görə, bu tarixdən əvvəl azərbaycanlılar əsgəri
xidmətə çağırılmırdı...
Oxucuların bu sualları qarĢısında uzun müddət düĢünməli olursan. Ona görə ki, bəzi tarixçilərimiz
ordunun yaranmasını alqıĢlayır, digəri onun komandirlərinə tənqidi yanaĢır, baĢqa birisi də yazır ki, 1918-ci ildə
93
ordumuz “könüllülərdən” yaranıb. Mətləb isə açılmır, bu “könüllülər” yerli mülki əhalidən ibarət idi, yoxsa
kənardan gətirilmiĢdi.
Amma ordunun yaranmasında ilkin mənbə kimi bir fakt da var ki, tarixçilər ona da ötəri toxunurlar və bu
mənbəyə tənqidi münasibət bəsləyirlər. O da Birinci Dünya Müharibəsində iĢtirak edən “Dikaya diviziya”nın
azərbaycanlılardan ibarət nizami “Tatar alayı”nın əsgəri qüvvələridir. 1920-ci ildən ta bu günlərimizə qədər
sovet rejimində də “Dikaya diviziya”nın fəaliyyətinə tarixçi alimlərimiz tənqidi yanaĢıblar. AĢkarlıq və
demokratiyanın sayəsində açılan arxiv qovluqlarında isə bunların tam əksinin Ģahidi oluruq. Sənədlərlə tanıĢ
olanda düĢünürsən ki, 1914-cü ildən 1917-ci ilə qədər rus imperiyasını almanlardan, 1918-20-ci illərdə isə
Azərbaycanı daĢnak-bolĢevik əsgəri qüvvələrindən qoruyan və torpağımızın bütövlüyü uğrunda silaha sarılan
“VəhĢi diviziya”nın Tatar-Azərbaycan alayı həm bizim, həm də rus hərb tədqiqatçılarının niyə tənqid obyekti
olub. Guya səbəbi də ondan ibarətdir ki, “VəhĢi diviziya” 1914-17-ci illərdə çara, 1918-20-ci illərdə isə
Azərbaycan Demokratik hökumətinə xidmət edib. Faktlar göstərir ki, Nuru PaĢanın ordusu 1918-ci ilin iyun-
sentyabr aylarında Bakını düĢmənlərdən təmizləyəndə onlarla çiyin-çiyinə vuruĢan min nəfərdən çox
könüllünün əksəriyyəti “Tatar süvari alayı”nın əsgər və zabitlərindən təĢkil olunmuĢdu. Bəs süvari alayının o
vaxtlarda qoruduğu vuruĢduğu torpaqlar onda bizim deyildimi?
Bəli, bitib-tükənməyən bu suallara cavab tapmağın vaxtı çatıb. Bunu bu günkü müstəqil Azərbaycan və
onun yenidən yazılan hərb tarixi tələb edir. Bəzi məqalə müəllifləri ağız dolusu yazırlar ki, Birinci Dünya
Müharibəsi illərində Ģovinist ruslar Qafqaz müsəlmanlarından təĢkil olunmuĢ diviziyaya “VəhĢi” adını təhqir
mənasında veriblər. Əvvəla, diviziyanın döyüĢ yolunu təsvir edən sənədlərdə belə fakta rast gəlmək qeyri-
mümkündür. Əslində rus hərb tarixçiləri daha yumĢaq tənqidlə yazırlar nəinki bizimkilər. Bütün rəsmi
sənədlərdə diviziyanın adı belədir: “Kafkazskaya tuzemnaya konnaya diviziya” - yəni Qafqazın yerli
əhalisindən təĢkil olunmuĢ süvari diviziya, “VəhĢi” ayaması isə cəbhədaĢları tərəfindən diviziyaya qeyri-rəsmi
verilib. Müharibənin ilk günlərindən diviziyanın apardığı döyüĢ əməliyyatları çox uğurlu və qəhrəmanlıqları
parlaq olmuĢdur. Diviziya bütün müharibə boyu məğlubiyyətin nə olduğunu bilməyib, hücumları həmiĢə zəfərlə
bitib. Onların döyüĢ amalı belə idi: “Nə bir addım geri çəkilməli, nə də əsir düĢməli.” Ona görə də döyüĢlərin ən
çətin məqamında düĢmən mühasirəsini yarmaq üçün bu diviziyanın təcrübəsindən və gücündən istifadə
olunurdu.
Hətta “VəhĢi diviziyanın sıralarında zəfərlə döyüĢən həmyerlilərimizin Ģərəfinə cəbhədaĢları hərbi marĢ
da qoĢmuĢdular.
Tutaq ki, bizdə bəzi məqalə müəlliflərinin dediyi kimi, diviziyaya təhqir mənasında vəhĢi” adı
verilmiĢdir. Bəs, Koroğlu igidlərinə və Dədə Qorqud qəhrəmanlarına “dəli” ayamasının verilməsi necə, onlar
həqiqətənmi “dəli” idilər? Əlbəttə, yox!
Hər iki ifadədə incə yumor, sevgi, nəvaziĢ çalarları var. Niyə uzağa gedirik. Bizim müasirimiz, dünya
Ģöhrətli sərkərdə Əliağa ġıxlinski aydan-arı, sudan-duru olan “Xatirələrim” kitabında yazır ki, bizim nəsil öz
cəngavərliyi, tündməcazlığı ilə qəzada tanınırdı. Qəzada bizi “dəli-qazaxlı” adlandırırdılar. Əli Qazaxoğlu nəsli
içərisində birinci savadlı adam mənim atam idi. Sual olunur: hərfi mənada baĢa düĢsək “dəli” olan bir nəsil
“artilleriyanın Allahı” kimi oğul yetirə bilərdimi? Onu da unutmaq lazım deyil ki, ġıxlinskilər nəsli Azərbaycan
maarifinə, ədəbiyyatına və hərb tarixinə bütöv, sağlam ziyalı nəsli bəxĢ etmiĢdir.
Sonralar (1917-ci ilin noyabrından - ġ.N.) həmin diviziyanın Tatar (Azərbaycan - ġ. N) süvari alayının
əsgərlərindən ibarət ilk dəfə 600 nəfərlik “Müsəlman korpusu” təĢkil olundu. 1918-ci ildə müstəqilliyini elan
edən Azərbaycan Zaqafqziya Seymindən çıxdı. Bu dövrdə ölkədə siyasi durum çox qarıĢıq və mürəkkəb idi.
BolĢevik-daĢnak silahlı qüvvələri tərəfindən güclü təhlükə yaranmıĢdı. Məhz Tatar-Azərbaycan alayının
qüvvəsinə arxalanıb, əlavə könüllülər toplamaqla həmin il iyunun 26-da “Əlahiddə Azərbaycan korpusu”
yaratmaqla Əliağa ġıxlinski və Səməd bəy Mehmandarov Milli ordunun təməl daĢını qoydular.
“...BirləĢməyə belə bir ad qoĢulanda onun məna mərkəzində müsbət bir münasibət dayanırdı və bununla
da “Dikaya diviziya”nın məğlubedilməzliyinə iĢarə ifadə olunurdu. Xüsusən, daĢnak və ifrat bolĢevik
elementləri “Dikaya diviziya”dan danıĢarkən heç də bu sözü həmin diviziyanın Ģücaətinə olan heyranlığına görə
iĢlətmirdilər. Belə münasibət elə sovet tarixĢünaslığının özündə də mövcuddur. Bir sıra müəlliflər “Dikaya
diviziya”dan danıĢarkən bu ifadənin nəzərdə tutulan mənasını deyil, məhz “dikiy” sözünün leksik mənasını
qabartmağa çalıĢmıĢlar. Bununla da həmin birləĢmənin hissələrinin hərbi keyfiyyətlərinə, Cümhuriyyət
Ordusunun özülünü təĢkil etmiĢ qoĢun hissələrinin nizam-intizamına bir istehza ifadə olunmuĢdur. Həmin
diviziya 1917-ci ildə ləğv edilmiĢ və bununla da onun mövcudluğuna son qoyulmuĢdur. Diviziya ləğv
edildikdən sonra azərbaycanlılardan və çeçenlərdən təĢkil olunmuĢ Tatar süvari alayının qalıqları Azərbaycana
qayıtmıĢ və onun bazasında Müsəlman korpusunun ikinci süvari alayı yaradılmıĢdı”. (M.Süleymanov
“Azərbaycanda “Dikaya diviziya” olubmu?” məqaləsi, “Hərbi bilik” jurnalı, 1998-ci il, - № 4). Və bu hərbi
qüvvələrin özəyi əsasında da 1920-ci ilə kimi Azərbaycan Demokratik Cümhuriyyətinin 40 minə yaxın Milli
ordusu yarandı. Əliağa ġıxlinski və Səməd bəy Mehmandarov kimi iliyinə qədər hərbçi olan generallar ordunun
təməl daĢının “dəlilər”dən olmasına razı olardımı?
94
1917-ci ildə imperiya dağılandan sonra Petroqrada aparılan “Dikaya diviziya”dan qarmaqarĢıqlığı
yatırmaq və üsyan edən xalqı qırmaq üçün istifadə etmək istədilər. Onlar isə milli adət-ənənəyə və nizamzaməyə
sadiq qalaraq silahsız xalqı qırmaqdan imtina edib Qafqaza qayıtdılar.
“Müsəlman milli korpusu”nun əsasında Petroqraddan köçürülən həmin “VəhĢi diviziya”nın “Tatar süvari
alayı” dayanırdı. General Əliağa ġıxlinski ümumi komandanlığı qəbul etdi. Tərxis edilmiĢ rus ordusunun
zabitləri də həmin qoĢun birləĢmələrinə götürüldü. Bu zaman müsəlmanlara üstünlük verilirdi. Bundan əlavə,
1917-ci il çevriliĢindən sonra Bakıdakı kadet məktəbində yerli zabit karlarının hazırlanmasına da baĢlandı.”
21
Ayrı-ayrı sənədlər Ģahidlik edir ki, Birinci Dünya Müharibəsi cəbhələrində üç mindən çox sıravi və kiçik
rütbəli azərbaycanlı döyüĢürdü. Bunlar müharibə baĢlananda səfərbər olunanlar idi. Lakin imperiya qoĢunlarının
tərkibində yüksək rütbəli zabit və generallarımız da az deyildi. Tam artilleriya generalı Səməd bəy
Mehmandarov, general-leytenant Əliağa ġıxlinski, tam süvari generalı Hüseyn xan Naxçıvanski, general
Məmmədsadıq bəy Ağabəyzadə, Əsəd bəy və Mirkazım xan TalıĢxanovlar, Cavad bəy ġıxlinski, Ġbrahim ağa
Usubov, Gəray bəy Vəkilov, rotmistr Teymur bəy Novruzov (1919-cu il avqustun 2-də Milli Ordudakı əla
xidmətinə görə general-mayor rütbəsi verilmiĢdir - ġ.N.), hərbi təyyarəçi Fərrux ağa Qayıbov, praporĢik Sayad
bəy Zeynalov və onlarla baĢqa oğullarımız cəbhədə ad-san qazanmıĢdılar.
1917-ci il noyabrın 15-də Peterburqdan Qafqaza qayıdan general-leytenant Əliağa ġıxlinski ilk dəfə
Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmıĢdı. Bununla da o, Milli Azərbaycan Ordusunun təməl
daĢını qoymuĢdu. Bu barədə general “Xatirələrim” hərbi memuarında daha dəqiq məlumat verir:
“Noyabr ayında Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olunduğu barədə
əmri oxudum. Öz xalqımı, baĢ verə biləcək təzyiqlərdən və daxili qarıĢıqlıqlardan özünü qorumasına xidmət
etmək arzusu ilə korpus təĢkil etməyi qət edib, Tiflisdə öz qərargahımı
22
düzəltməyə baĢladım.”
“Açıq söz” qəzeti 1918-ci il yeddi yanvar tarixli nömrəsində nizami müsəlman əsgəri qüvvələrinin
yaranması haqqında belə bir xəbər yaymıĢdı:
“Yanvarın üçündə Mərkəzi Müsəlman Zaqafqaziya komitəsinin üzvü, Mərkəzi Komitə sədri Fətəli xan
Xoyski müsəlman əsgəri dəstələri təĢkilatı haqqında məruzədə bulunmuĢdur. Məruzədən anlaĢıldığına görə
1917-ci il dekabrın on birində Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından nizami ordu təĢkil
etməsi qətnaməsini çıxarmıĢdır. Nizami ordu üçün lazımi qədər könüllü cəm edilməsi iĢi Qafqasiya Mərkəzi -
Müsəlman Komitəsinə həvalə edilmiĢdir. Nizami ordu təĢkil edildikdən sonra müsəlmanlardan alınan əsgəri
verginin ləğv edilməsi haqqında Zaqafqaziya komissarlığı tərəfindən dekret veriləcəkdir. Zaqafqaziya
Komissarlığının bu qətnaməsinə bianən dekabrın on doqquzunda beĢinci və yeddinci Qafqasiya niĢançı
firqələrindən ibarət olan altıncı ordu korpusunun Müsəlman nizami ordusuna əvəz edilməsi haqqında Qafqasiya
cəbhəsi qoĢunlarının baĢ komandanı tərəfindən Əmrnamə verilmiĢdir. Həmin əsgər dəstələrinin milliləĢdirmək
iĢlərinin nəzarəti general Əliağa ġıxlinskiyə həvalə edilmiĢdir.
General-leytenant Əliağa ġıxlinski öz vəzifəsinin ifasına baĢlamıĢdır.”
1918-ci ildə ölkəmiz ağır və təhlükəli günlərini yaĢayırdı. Həmin ilin yanvar ayında Türkiyəyə hərbi
yardım üçün gedən Azərbaycan hökumətinin əks-kəĢfiyyat idarəsinin rəisi Nağı bəy ġeyxzamanlı Türkiyənin
hərbi naziri Ənvər paĢa ilə görüĢəndə demiĢdir:
- PaĢam, Birinci Dünya Müharibəsində biz azərilərdən dörd general rus ordusunda ordu komandiri
olmuĢdular. QonĢularımız ermənilər və gürcülərdən ordu komandiri çıxmamıĢdır. Yalnız bir gürcü general hərbi
korpus komandiri ola bilmiĢdir. Azərilərdən ordu komandiri Səməd bəy Mehmandarlı rus-yapon müharibəsində
hərbi korpus komandiri olaraq rus ordusunun ən yüksək ordenini almıĢdır. Ġkinci general Əliağa ġıxlinskidir.
Rus ordusunun topçu baĢ inspektoru idi. Üçüncü general Hüseyn xan Naxçıvanskidir, Dördüncü isə Xan
Yerivanskidir. (N.ġeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabı, 1997 il, səh., 73-də).
1914-cü ildə Gəncədə, ġuĢa və baĢqa qəzalarda alaylar təĢkil olundu. ġuĢalılardan “Tatar süvari alayı”,
gəncəlilərdən isə “Ġkinci Gəncə süvari müsəlman alayı” yaradıldı. Bunların hamısı “Qafqazın Yerli əhalisindən
təĢkil olunmuĢ süvari diviziyası”
23
nın tərkibinə daxil oldu.
Diviziya üç briqadadan və üç süvari alayından ibarət idi: birinci alay Kabardin və Dağıstanlılardan, ikinci
alay tatar (Azərbaycan - ġ.N.) və çeçenlərdən, üçüncü alay inquĢ və çərkəzlərdən təĢkil olunmuĢdu. Bundan
baĢqa osetinlərdən ibarət piyadalar briqadası və Don kazaklarından səkkizinci artilleriya divizionu yaradılmıĢdı.
Diviziyanın baĢ komandanı imperator II Nikolayın qardaĢı; böyük knyaz Mixail Aleksandroviç Romanov,
rəisi isə general-leytenant, knyaz D.P.Baqration idi.
21
T.Svayatoçevski “Rusiya Azərbaycanı” , 1905-1920-ci illər məqaləsi.
22
Qərargah Tiflisdəki “London” mehmanxanasının birinci mərtəbəsində yerləĢirdi. Həmin iki mərtəbəli mülk indi də qalır. Bu sətirlərin müəllifi 1999-cu
ilin aprel ayında Tiblisidə yaradıcılıq ezamiyyətində olanda binanı axtarıb tapmıĢdır. - (ġ.N.)
23
Bundan sonra “VəhĢi divizya”nın adlı rəsmi sənədlərdə olduğu kimi yazılacaq. (ġ.N.)
95
Sıravi əsgərləri (aĢağı rütbəliləri) “süvari”, bəzən də “atlı” deyə çağırırdılar. Zabitlər ayda 25 manat maaĢ
alırdı. Onların əksəriyyəti ruslardan və Qafqazın xan, bəy və ağa oğullarından ibarət idi.
Diviziya əsgərlərinin yaxĢı təlimi, əla döyüĢ qabiliyyəti vardı. Bunu “Gəncə alayı”nın komandiri
podpolkovnik Q.Polovtsovun 1915-ci il iyulun on birində Gəncə qubernatoru Kovalyovun adına göndərdiyi
teleqram da təsdiq edir. Podpolkovnik Q.Polovtsov yazır:
“Qafqazın yerli əhalisindən təĢkil olunmuĢ diviziya”nın alayları arasında Gəncə süvari alayı birinci olaraq
öz komandirinə “Müqəddəs Georgi xaçı” ilə təltif olunmaq Ģərəfi nəsib etdi. Bu yüksək mükafatla fəxr edərək
onu Tatar (Azərb. - ġ.N.) süvarilərinin yüksək döyüĢ bacarığı və fədakar qəhrəmanlığının qiyməti kimi qəbul
edirəm. Müsəlman süvari döyüĢçülərinin misilsiz Ģücaəti qarĢısında mənim dərin heyrətimi qəbul etməyinizi
xahiĢ edirəm.”
Görkəmli Ģairimiz Məhəmməd Hadi azərbaycanlılardan ibarət alaylarla birgə PolĢada, Lvovda,
Stanislavda, Karpatlarda, Qaliç və Qorodinka Ģəhərləri uğrunda gedən döyüĢlərdə üç il cəbhə həyatı keçirmiĢdir.
Həmyerlilərimizin qəhrəmanlığından ruhlanan böyük Ģair bu mövzuda silsilə Ģerlər yazmıĢdır. 1917-ci ildə
Gəncədə əsgərlər qarĢısında çıxıĢ edən Məhəmməd Hadi demiĢdir:
“Əziz vətəndaĢlarım! Alayımızı təĢkil edən Azərbaycan türklərinin göstərdikləri hərbi qabiliyyəti və
yapdıqları qəhrəmanlıqları söyləməklə bitməz. Ancaq mən burada bir hadisə üzərində dayanacağam. Hərb
Ģiddətlə davam edirdi. General Samsonovun komandasındakı rus ordusu ilə alman qüvvələri Ģiddətlə çarpıĢırdı.
Samsonovun sağ cinahını “Dikaya diviziya” (müsəlman diviziyası) qorumaqda idi. Almanlar rus ordusunu
boğurdular, nəhayət çəmbərə (mühasirəyə) aldılar. Almanlar çəmbəri daraldarkən ətrafla əlaqəsi kəsilən alay
komandanımızın verdiyi əmrlə Alman çəmbərinə hücum edərək, çəmbəri yardı və alayı ikiyə böldü. Yanları
çəmbərin sağ və solunu sıxıĢdırmağa baĢladı. BeĢ alaydan ibarət olan Qafqaziya qardaĢları rusları alman
çəmbərindən qurtardı. Bu mühüm hadisə həftələrcə rus mətbuatını iĢğal etdi. Rus çarı bizim alayın bayrağına ən
böyük niĢan verdi.”
“Hadi doğma Azərbaycandan minlərlə kilometr uzaqda, Karpat dağlarında, müharibə alovları içində də
Vətənin taleyini düĢünməyi, onun təbii gözəlliklərini və gələcək xoĢbəxtliyini tərənnüm etməyi çox sevirdi.”
(Ə.Mirəhmədov “Məhəmməd Hadi” kitabı, Bakı, 1962-ci il səb. 183)
Azərbaycan Demokratik Cümhuriyyətinin liderlərindən biri, dahi bəstəkarımız Üzeyir bəyin kiçik qardaĢı
Ceyhun bəy Hacıbəyli-Dağıstani 1916-cı ilin fevral-iyun aylarında Birinci Dünya müharibəsində azərbaycanlı
əsgər və zabitlərin döyüĢ yolunu əks etdirən “Müsəlman zabitləri” adlı on dörd silsilə məqalə dərc etmiĢdir.
“Kaspi” qəzetində dərc olunmuĢ bu məqalələrdə cəbhələrdə Ģərəflə vuruĢan yalnız azərbaycanlıların deyil,
ümumi Qafqazda yaĢayan din qardaĢlarımızın qəhrəmanlığı haqqında da qiymətli məlumatlar var. Ceyhun bəy
19 aprel 1916-cı il tarixli (№ 86) məqaləsində yazır ki, apardığımız araĢdırmalardan məlum oldu ki, yalnız
1915-ci ildə müsəlman zabitlərindən yeddi general, on iki polkovnik, bir kazak qoĢun starĢinası
24
, on doqquz
podpolkovnik, iyirmi dörd kapitan, iki yasaul, on yeddi rotmistr, iyirmi bir Ģtab-rotmistri, on səkkiz Ģtabs-
kapitan, beĢ podyasaul, üç yüzbaĢı, əlli poruçik, iki xonjuri, otuz səkkiz podporuçik, iyirmi bir kornet və on iki
praporĢik rütbəli müsəlmanlar döyüĢlərdə fərqləndiklərinə görə təltif olunmuĢlar. Bu saydan üç general üçüncü
dərəcəli “Müqəddəs Georgi”, on yeddi zabit, o cümlədən bir polkovnik, beĢ podpolkovnik, üç kapitan, bir
rotmistr, bir Ģtabs-rotmistr, bir Ģtabs-kapitan, iki poruçik, iki podporuçik və bir praporĢik dördüncü dərəcəli
“Müqəddəs Georgi” ordeni ilə təltif olunmuĢdur.
On dörd zabitə, bir polkovnikə, iki podpolkovnikə, bir kapitana, bir yasaula, bir rotmistrə, bir Ģtabs-
kapitana, bir yüzbaĢıya, dörd poruçikə, bir podporuçikə və bir kornetə isə adlı Georgi silahı bağıĢlanmıĢdır.
“Kaspi” qəzetinin 1916-cı il 29 aprel tarixli nömrəsində belə bir fərəhli fakta da rast gəldik: “Qvardiya
süvarisindəki Qafqaz ordusunun BaĢ Komandanın sərəncamında olan general-adyutant, general-leytenant
Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilsin.” Qafqazın yerli əhalisindən təĢkil olunan süvari
diviziya”nın qəhrəmanlığından iftixarla danıĢan Ceyhun bəy yazır:
“Almanlara qarĢı vuruĢan müsəlman döyüĢçülərinin mərdlik və fədakarlığı bütün imperiya mətbuatını
onlar haqqında danıĢmağa vadar etdi. “Dikaya diviziya”nın adı əfsanələĢdi. Onu demək kifayətdir ki, üç min
müsəlman döyüĢçüsünə müharibə vaxtı beĢ min “Müqəddəs Georgi xaç” ordeni verilmiĢdir. Bu mərdlikdə heç
bir saxtakarlığın olmadığını “Terski vedomost” qəzetində verilmiĢ aĢağıdakı nümunə bir daha təsdiq edir.
Diviziya komandanına xidməti iĢ üçün bir neçə günlüyə on beĢ nəfəri Tiflisə göndərmək lazım idi. O,
döyüĢçüləri yığıb getməyi təklif etdikdə heç kəs könüllü olaraq cəbhəni tərk etmək istəmədi. Axırda püĢk atmaq
məcburiyyətində qaldılar. PüĢk düĢən əsgərlər səhər Tiflisə yola düĢməli idilər. Amma... səhərisi onlardan heç
kəs tapılmadı. Onların döyüĢçü dostları gülümsünərək deyirdilər: -“onlar səngərlərdən çıxmırlar, Tiflisə baĢqa
döyüĢçülər göndəriləndən sonra üzə çıxacaqlar.
“Dikaya diviziya”nın əsgərləri sadəcə olaraq cəbhəni tərk etmək istəmirdilər. Tiflisə on beĢ nəfər yola
düĢəndən sonra göründülər.”
24
Kazak süvari qoĢunlarında podpolkovnik rütbəsi belə təsis olunmuĢdu.- ġ. N.
96
Ġmperiya dağılıb, “Dikaya diviziya” buraxılandan sonra Azərbaycanda “Tatar alayı”na kim baĢçılıq
etmiĢdir? Tiflisdə general-leytenant Əliağa ġıxlinski, Gəncədə polkovnik Süleyman bəy Əfəndiyev (1919-cu
ildə general-mayor olub, həmin ili də tif xəstəliyindən vəfat edib), Bakıda isə milyonçu ġəmsi Əsədullayevin
oğlu Əli Əsədullayev Azərbaycan Demokratik Hökuməti qurulana qədər “Tatar alayı”nın ayrı-ayrı dəstələrinə
baĢçılıq və himayədarlıq etmiĢlər. Bu dövrdə Gəncə Milli Komitəsinin üzvü Adilxan Zayadxanovun və ƏrəĢ
mahalının bəylərbəyisi ƏĢrəf bəy Qarxunlunun baĢçılığı ilə “Tatar alayı” Gəncə və ġamaxıdakı rus əsgərlərinin
silah ambarını dağıtdı, ġəmkirin Dəlilər stansiyasında Qars və SarıqamıĢdan qayıdan rusların hərbi eĢalonunu
tərksilah etdi. Bakıda erməni bolĢevik qoĢunu ilə döyüĢlər apardı...
1917-ci ilin sonunda könüllülərdən yaranan Milli Azərbaycan korpusunda döyüĢ və təlim görmüĢ nizami
hissə birinci Azərbaycan süvari alayı idi. “Dikaya diviziya”nın ikinci alayından təĢkil edilmiĢ bu süvarilərə
1918-20-ci illərdə “Tatarski polk”da deyirdilər. Həmin illərdə Milli ordumuzda döyüĢ qabiliyyəti ilə fərqlənən
ən yaxĢı əsgər və zabitlər də bu alayda vuruĢurdu. MəĢhur sərkərdə CəmĢid xan Naxçıvanski, poruçik Osman
ağa Gülməmmədov, praporĢik Lütvəli bəy Vəkilov, poruçik Məhəmməd bəy Aslanbəyov, praporĢik PaĢa bəy
Rüstəmov, Sayad bəy Zeynalov və bir çoxları Birinci cahan savaĢında göstərdikləri igidliyə görə imperiyanın ən
ali “Müqəddəs Georgi Xaç”ı ilə təltif olunmuĢlar.
O vaxt Gəncədə rusların 218 və 219 saylı tibb xidməti alayı yerləĢirdi. Bu ehtiyat alayları Birinci Dünya
Müharibəsi illərində yaralıları müalicə edib, yenidən cəbhəyə göndərirdi. Ġmperiya dağılsa da, minə yaxın əsgər
və zabiti olan rus alayı hələ də fəaliyyətini davam etdirirdi. Erməni məhəlləsində yerləĢən bu rus alayına
ermənilər xüsusi qayğı göstərir, onlara ərzaq və silah verir, özlərinin xilaskarı kimi himayədarlıq edirdilər.
Gəncə Milli Komitəsi “Difai” firqəsinin köməyi ilə uzun mübahisədən sonra silahlarını alıb döyüĢsüz,
davasız onları Rusiyaya yola saldı.
Qafqaz-Türk cəbhəsində sülh bağlandıqdan sonra 1917-ci ilin noyabr ayından baĢlayaraq bolĢevik əhval-
ruhiyyəli rus əsgərləri geri, Rusiyaya qayıdırdı. Yeni yaranan Milli Ordumuza silah lazım idi. Ġmperiya
dağılandan sonra Tiflisdəki ehtiyat silah ambarından biz müsəlmanlara heç bir pay verilməmiĢdi. Lakin gürcülər
hərbi korpus yaratmaq üçün silah paylarını almıĢdı. Hətta, ermənilər külli miqdarda silah daĢıyıb Ġrəvana
aparmıĢdılar.
Gəncədəki Müsəlman Milli Komitəsi Qafqaz-Türk cəbhəsindən qayıdan rus hərbi eĢalonlarının
Azərbaycan ərazisindən gəlib keçəcəyi vaxtı öyrənib həmin günü - 1918-ci il yanvarın doqquzunu “döyüĢ günü”
elan etmiĢdi. Məqsədi onlardan silah almaq idi.
Milli Komitənin baĢçıları Adil xan Ziyadxanov, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat
bəy Rəfibəyov, Aslan bəy Səfikürdski və baĢqaları gürcü menĢeviklerindən aldıqları zirehli qatarla və
Gəncədəki Azərbaycan alayının (bu alay keçmiĢ “Dikaya diviziya”nın “Tatar alayı”nın əsgər və zabitlərindən
ibarət idi - ġ.N.) qüvvəsilə rus hərbi eĢalonunun qabağını Gəncənin otuz kilometrliyində - ġəmkir və Dəllər
stansiyaları arasındakı məsafədə keçdilər. Zirehli qatara general-mayor knyaz Maqalov (300 nəfər gürcü əsgər
və zabiti ilə birgə), “Azərbaycan-Tatar alayı”na isə polkovnik Süleyman bəy Əfəndiyev komandirlik edirdi. Bu
qabaqkəsmədə Gürcüstan menĢevik hökumətinin də silah təmənnası vardı.
Yanvarın doqquzunda, səhər saat onda baĢlayan qanlı döyüĢ dörd gün davam etdi. Ġki mindən çox rus
əsgəri öldürüldü və yaralandı. On beĢ min tüfəng, yetmiĢ pulemyot və iyirmi top ələ keçirildi. Azərbaycan
tərəfindən on beĢ, gürcülərdən isə qırx nəfər əsgər Ģəhid oldu. Güclü müqavimətə rast gələn rus əsgər və
zabitləri perrona çıxıb ağ bayraq qaldırdılar: “Lənət olsun, biz bu silahları verməyə - çoxdan razıyıq, bircə
evimizə sağ və salamat gedə bilək” - deyib silahları təhvil verdilər.
Bu, Bakıda özünə yuva qurmuĢ Sovetlər Hakimiyyətinə qarĢı Gürcü və Azərbaycan xalqının ilk silahlı
mübarizəsi idi. Sonralar isə kommunistlər bu üsyanı “qardaĢ qırğını” və “Azərbaycan burjua hökumətinin
ruslara divanı” kimi qiymətləndirdilər.
Bakıda daĢnak ġaumyan baĢda olmaqla Qafqaz Ölkə Komitəsi bərk qəzəblənib bildirdi ki, “ġamxor
cinayətkarları inqilabi məsuliyyətə alınacaq və Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və
kəndli deputatları Sovetləri hakimiyyətini təĢkil edəcəkdir.”
Lakin tarixi dönüĢlər daĢnak Stepan ġaumyana bəd niyyətlərini həyata keçirməyə imkan vermədi. Onu
1918-ci il sentyabr ayında iyirmi altılarla birgə güllələdilər.
* * *
Bəs sonralar “Tatar-Azərbaycan alayı”nın əsgər və zabitlərinin döyüĢ yolu haradan, hansı oddan, alovdan
keçib? 1920-ci ilin aprel ayında XI Ordunun daĢnak-bolĢevik dəstələri xüsusi Ģöbəsinin rəisi, cəllad
Pankratovun rəhbərliyi ilə yüzlərlə əsgər və zabitlərimizi güllələdi, Sibirə və Solevstsk adalarına sürgün etdi.
Çoxunu da Bulla və Nargin adasında təĢkil etdikləri konslagerdə saxladılar. Bir az sonra isə onların ayaqlarına
dağ basıb, bəzilərinin də boğazına ağır dəmir bağlayıb diri-diri dənizə atıb məhv edirdilər.
* * *
97
On birinci ordu Bakıya tərəf yeriyəndə onun sıralarında Hacı Ġlyas soyadlı bir kommunist də vardı.
ġəxsən Leninin verdiyi mandatla o, 1920-ci il iyunun 19-da otuz iki saylı əmrlə Azərbaycan Respublikası Hərbi
Ġnqilab səhra məhkəməsinin sədri və kəĢfiyyat idarəsinin rəisi təyin olundu. Fəaliyyətə baĢladığı ilk gündən
Hacı Ġlyas (arxiv sənədlərində onun soyadı M.Z.Xadjilas kimi göstərilir – ġ.N.) imkanlı adamları ailəsi ilə birgə
həbs edib çəkidən yüngül, vəzndən ağır olan Ģeyləri mənimsəyirdi. Günün günorta çağı qız və qadınları
saxlatdırır, üstündəki sırğanı, boyunbağını, üzükləri dartıb qoparırdı. Qalib XI ordu üçün “talan həftəsi keçirirdi.
Bu “talan həftəsinin müddəti artıq iki ayı keçirdi. 1919-cu il dekabrın 2-də Ġtaliyadan Milli ordu üçün alınmıĢ
otuz beĢ min dəst geyim və təchizat əĢyalarının cındır köynəkdə, yamaqlı Ģalvarda gəlmiĢ XI ordunun
əsgərlərinə paylayırdı. Üsyan səsini qaldıran ziyalıları, Azərbaycan ordusunun əsgər və zabitlərini isə
Krasnovodskiyə, Orta Asiyaya sürgünə göndərmək adı ilə gəmiyə doldurub Nargin, Bulla və Çilov adalarına
aparıb boyunlarına daĢ bağlatdırır, gicgahına güllə ilə vuraraq dənizə atdırırdı.
Ġnsan qanına susamıĢ namərd Hacı Ġlyas bir nəfər ras zabitini də həbs edir. Məhbusun arvadı biləndə ki,
ərini Hacı Ġlyas həbs edib, xilas etmək üçün onun qəbuluna gəlir. Onunla söhbət edən qadın təəccübdən donub
qalır. Ordan birbaĢa Hərbi Səhra Məhkəməsinin sədr müavini Teymur Əliyevin yanına gəlir. O, Teymur
Əliyevə məlumat verir ki, sizin sədr əsl inqilabçı Hacı Ġlyas deyil. Mən Hacı Ġlyası yaxĢı tanıyıram, o ərimin
yaxın dostudur. Dəfələrlə bizim evdə qonaq olub, bu əllərimlə ona çay-çörək vermiĢəm. Teymur Əliyev
Respublika Ġnqilab Komitəsinin sədri Nəriman Nərimanova bu barədə məruzə edir. Nərimanovun tapĢırığı ilə
“Altıbarmaq Baba Əliyev və Ponkratyov Hacı Ġlyasın kimliyi barədə axtarıĢlar aparırlar. Nərimanov həm də
göstəriĢ verir ki, həbsxana rəisinə tapĢırın, qadının ərini Hacı Ġlyas dindirilməyə və ya baĢqa yerə aparmağa
tələb edərsə verməsin.
Ciddi araĢdırmalardan sonra məlum olur ki, Ģəxsən Leninin mandat verdiyi, hazırda Respublika Hərbi
Səhra Məhkəməsinin sədri vəzifəsində iĢləyən Ģəxs əsl bolĢevik Hacı Ġlyas deyil. O, Odessadan xaricə qaçmaq
istəyən ağqıvardiyaçı zabitdir. BolĢeviklər Odessanı alanda cildini dəyiĢib onlara qoĢulur, XI ordu ilə Dərbəndə
gəlir. Burada Leninin Ģəxsən mandat verdiyi əsl inqilabçı Hacı Ġlyasla tanıĢ olur. Onunla dostlaĢır və qətlə
yetirir. Onun sənədləri ilə də XI ordunun sıralarında Bakıya gəlir.
Əsl inqilabçı Hacı Ġlyasın arvadını da tapıb Bakıya gətirirlər. Gizlindən ərini ona göstərirlər. Qadın sədrin
onun əri olmadığını təsdiq edir. Üstəlik də əsl inqilabçı Hacı Ġlyasın türmədə olan dostu və onun arvadı da
Azərbaycan Respublikasının Hərbi Səhra Məhkəməsinin sədrinin yalançı Hacı Ġlyas oduğunu təsdiq edirlər.
Üç aydan çox - iyun, iyul və avqust aylarında bu vəzifədə çalıĢan Hacı Ġlyas general-leytenant Məmməd
bəy Sulkeviçi, general-mayor Ġbrahim ağa Usubovu, Ģahzadə-general Feyzulla Mirzə Qacarı, Əbdülhəmid bəy
QaytabaĢını, Murad Gəray bəy Tlexası, Əlyar bəy HaĢımbəyovu, Həbib bəy Səlimovu, polkovnik Rüstəm bəy
ġıxlinskini, Ġsgəndər bəy Seyfullanı və mindən çox dindaĢımızı məhv etmiĢdir.
Fövqəladə Komissiya yalançı, müsəlman qanına susamıĢ Hacı Ġlyası dərhal həbs etdi. 1921-ci ildə
güllələnmə kəsiləndə o, məhkəmədə demiĢdir: “Müsəlmanları o dünyaya göndərmək üçün var qüvvəmlə
çalıĢırdım. Amma heyf... Mümkün olsaydı, daha çox qırar və daha çox adam öldürərdim.
Respublika Mərkəzi Dövlət Arxivindəki sənədlərdən məlum olur ki, yalançı Hacı Ġlyasın milliyyəti
yəhudidir. O, Odessa Ģəhərində anadan olub. Ağqvardiyaçı general Denikinin qoĢununda xidmət edib.
KəĢfiyyatçı olub.
Arxiv sənədlərində bolĢeviklərin iç üzünü açan belə bir epizod da var.
1920-ci ilin may ayında bolĢevik-daĢnak qoĢunlarına qarĢı Gəncə əhalisi və Gəncədə yerləĢən birinci
piyada Azərbaycan diviziyası üsyan etdi. Üsyana diviziya rəisi general Cavad bəy ġıxlinski, Azərbaycan
ordusunun baĢ intendantı general-Ģahzadə Məhəmməd Mirzə Qacar, süvari diviziyasının rəisi general Teymur
bəy Novruzov və polkovnik Cahangir bəy Kazımbəyov baĢçılıq edirdi. May ayının 24-dən 31-dək davam edən
döyüĢlərdən sonra Bakıdan göndərilən əlavə qoĢun və zirehli qatarla bolĢeviklər yerli əhaliyə, Milli ordu
əsgərlərimizə divan tutdular. Həmin vaxtlar Gəncə ÇEKA-sı olan polkovnik Tuxareli qeyri-bərabər döyüĢlərdə
general-Ģahzadə Əmir Kazım Mirzə Qacarı, polkovnik Danyal bəy Həməcovu, kapitan Hüseyn bəy Mirizadəni
və onlarla əsgərlərimizi mühasirəyə salıb doğrayırdı. Yüzlərlə azərbaycanlı qanı axıdan Tuxareli üsyan
yatırılandan sonra evləri, ailələri talan etməkdə də əli uzunluq edirdi. Ġyun ayında o, üç bolĢevik əsgərinə iki
dolu çamadan verib tapĢırır ki, bunları Tiflisə aparıb, filan ünvanda, filankəsə verin.
Sınıq körpüdə sərhədçilər üç bolĢevik əsgərini saxlayır və tələb edirlər ki, çamadanlar açılsın,
yoxlayacağıq. Əsgərlər imtina edib deyirlər ki, çamadanlar Tiflisdəki gizli bolĢevik təĢkilatında açılacaq.
Ġçindəkilər onlara çatası məxfi sənədlərdir. Uzun mübahisədən sonra Ģübhələnən sərhədçilər Bakı ÇEKA-sı ilə
əlaqə yaradırlar. Respublika ÇEKA-sından “Çamadanlar açılıb, yoxlanılsın! əmrini verirlər.
Açılan çamadanların içindən ləl-cəvahirat, qızıl boyunbağılar, qızıl pul və üzüklər tökülür.
Məlum olur ki, bolĢevik polkovniki Tuxarelinin Gürcüstana qohumlarına ötürmək istədiyi bu qiymətli
əĢyaları Gəncədə güllələdiyi imkanlı azərbaycanlı arvad-uĢağın boynundan, qarət etdiyi evlərdən yığıbmıĢ.
98
Dərhal keçmiĢ ağ qvardiyaçı Tuxarelini həbs edib Bakıya gətirdilər. Onu indiki Yusif Məmmədəliyev
küçəsindəki beĢ saylı binanın zirzəmisində güllələyirlər. O vaxtlar Respublika ÇEKA-sı həmin küçədə
yerləĢirdi.
* * *
Vaxtilə Məhəmmədəmin Rəsulzadə Ġstambulda nəĢr etdiyi “Odlu yurd dərgisində Dəmirçioğlu soyadlı
müəllifin iki kiçik hekayətini dərc etmiĢdi. “Ana” və “Ölüm” düyünü adlı xatirələri oxuyanda namərd Hacı
Ġlyasın, Pankratovun və Tuxarelinin xalqımıza etdikləri olmazın zülmün Ģahidi olursan. “Ana” hekayatində
oxuyuruq:
“Asobu oddelə (çekadan daha müdhiĢ bir yer) götürdülər. Soyuqlu bir gün. Sabah erkən, baxdım gənc,
əsmər, zəif bir qadın bir məmurla yeyin-yeyin gediyor. Minlərcə adamlar əmri verilmiĢ ölüm kançılaryasına
sevinərək ediyor.
Bu qadının belə gediĢi məni çox maraqlandırdı. Bunun kim olduğunu sordum, dedilər ki:
Bu bir azərbaycanlı zabitinin arvadıdır. Ərini bolĢeviklər baĢqa bir Ģəhərdə həbs edib, sonra da
öldürmüĢlər. Bu qadın ərinə təsəlliverici bir məktub yazmıĢdır. BolĢeviklər qadını məktub yazdığı üçün və qoca
qaynanasını da məktubu göndərdiyi üçün həbs etmiĢlər. Qadının bir südəmər uĢağı vardır. Gündə üç dəfə uĢağı
anasına əmizdirmək üçün gətirirlər. Gənc ana da balasını görmək üçün belə tez-tez gedir. Bu qadın günlərlə belə
qaçaraq gedirdi!..
Onu hər gün körpəsinin yanına aparan məmur bir gecə gəlib ona amiranə üç kəlməlik bir söz söylədi:
- ġəxsi əĢyalarını topla!
Qadın əĢyalarını topladı və getdi.
Bu üç kəlmədən ibarət olan bir cümlə gedənlərin yüzdə doxsanının ölümə getdiyini bildiyimiz halda bu
gənc ananın da ölümə getdiyinə inana bilmirdik. O biri gün səhər erkən qadını körpəsinə aparan məmurun uĢağı
gətirən adama söylədiyi üç kəlməlik:
- UĢağı daha gətirmə! - cümləsi bu gənc ananm edam edilməsinə bir iĢarə idi.
Ġxtiyar baba və qaynana həbsxananın bir küncündə oturaraq, heç bir söz söyləmədən ağlayırdılar. Göz
yaĢları ağ saqqalından üzünə tökülürdü. Məhbuslar da onun ətrafina toplanmıĢ, heç bir söz söyləmədən, bəzisi
kinli-kinli baxır, bəzisi də ağlayırdı.
* * *
Məni böyük bir həbsxanaya gətirdilər. Məndən əvvəl gətirilmiĢ məsləkdaĢlarımın saxlandıqları kameraya
girdim. Altı adamlıq kameraya on iki kiĢi yerləĢdirilmiĢdi.
Part, part, part. DəhĢətli bir avtomobil gurultusu eĢidildi.
- Bu nədir?
- Ölüm avtomobili.
- Ölüm avtomobili nə deməkdir?
- Hərbi inqilab məhkəməsinin rəisi yəhudi Hacı Ġlyasın avtomobili.
- Gurultu nə üçündür?
- Edama aparılanların səsləri eĢidilməmək üçün.
YoldaĢlar bu sözü deyər-deməz bəzisi teĢt, bəzisi ağ tabaq və digərləri də baĢqa Ģeylər alaraq çalmağa və
Ģərqi oxumağa baĢladılar.
Mən vahimələndim və bu nə oxumaqdır - deyə soruĢdum.
Mənə - sən də oxu! - dedilər.
- Ġndi ölümə məhkum olanları ovludan içəriyə çıxaracaq və həbsxananın arxasında, dəniz sahilində
güllələyəcəklər.
Onların ovludan gedərkən bağırtılarını və edam edilərkən yalvarmalarını, dualarını və güllələrin səsini
eĢitməmək üçün məhbuslar hər gün belə etmək məcburiyyətində olduqlarını əlavə etdilər.
Mən oxuyammadım, çünki edama aparılanların səsi ovludan və sonra yenə onların və onları öldürən
güllələrin səsi çöldən eĢidilirdi.
Bu ölüm düyünü (“toy”) hər axĢam davam edirdi.
Havalar istiləĢdikcə dərin basdırılmamıĢ edam edilənlərin ağırlaĢmıĢ iyisi həbsxanaya gəlirdi.
Bir gün məhbuslar Hacı Ġlyasdan kiçik bir xahiĢ etdilər: edam edilənlər daha uzaq bir yerdə edam
edilsinlər ki, məhbuslar onların və onları öldürən güllələrin səslərini eĢitməsinlər. Və bir də ölüləri bir az dərin
basdırsınlar.
Hacı Ġlyas qəzəblənərək dedi ki, bu sizin qarıĢacağınız iĢ deyil. Mən istəsəm burda öldürər və burda da
qoyaram.
99
* * *
Hətta qaniçən bolĢeviklər Azərbaycana basqın edən günü Samur çayının sahilində onların qarĢısına çıxıb
vuruĢan, ağır döyüĢlərdən sonra son nəfəsinə qədər vuruĢub həlak olan üç yüz nəfərdən çox əsgər və
zabitlərimizin qohum-əqrəbasını da güllələdilər, sürgünə göndərdilər. Ġndiyədək öyrənilməmiĢ, yetmiĢ ildən çox
“məxfidir” qrifilə saxlanan arxiv qovluqlarından onların döyüĢ və ömür yolu barədə hələlik ilkin məlumatımız
bunlardır:
Polkovnik Dostları ilə paylaş: |