ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix31.01.2017
ölçüsü2,55 Mb.
#7178
1   ...   15   16   17   18   19   20   21   22   23

CƏMĠL  BƏY  RƏFĠBƏYOV  -  1894-cü  ildə  Gəncənin  Balabağmanlar  kəndində  bəy  ailəsində  anadan 
olub. 1908-ci ildən 1916-cı ilədək Gəncə Ģəhər səkkiz illik Ģəhər məktəbində təhsil alıb. 
Uryadnik HƏSƏN BƏY FƏTƏLĠBƏYOV - Birinci Tatar-Azərbaycan süvari alayının kollej registratoru 
olub, qoĢunu ərzaqla təchiz edib və onu mənzillərə yerləĢdirib. Dövlət müĢaviri, birinci dərəcəli könüllü əsgər
25
 
olub.  Rus-yapon  müharibəsinin,  Romanovlar  sülaləsinin  300  illik  xatirə  medalı  ilə  və  məiĢətdə  göstərdiyi 
fəaliyyətinə  görə  ordeni  ilə  1914-cü  ildə  Qori  Ģəhər  pristavı    vəzifəsində  iĢləyəndə  həmin  il  iyunun  birində 
“Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsilə təltif olunmuĢdur. 
1886-cı  il  dekabrın  on  səkkizində  ġuĢanın  Ətyeməzli  kəndində  zadəgan  ailəsində  anadan  olub.  Qori 
seminariyasının Tatar-Azərbaycan Ģöbəsini 1916-cı il martın beĢində, 271 saylı Ģəhadətnamə ilə bitirib. 1917-ci 
il  oktyabrın  iyirmi  doqquzunda  Tatar-Azərbaycan  süvari  alayının  ehtiyat  bölməsinə  könüllü  qəbul  olunub. 
Həmin  il  noyabrın  iyirmi  üçündə  və  dekabrın  beĢində  Müsəlman  Korpusuna  əsgər  yığmaq  üçün  Borçalı 
qəzasına  ezam  olunub.  1918-ci  il  yanvarın  dördündə  uryadnik  rütbəsi  verilib.  Həmin  il,  həmin  tarixdə 
Müsəlman  korpusunun  komandiri,  general-leytenant  Əliağa  ġıxlinskinin  əmrilə  oboz  komandiri  (hərbi  araba 
karvanının) təyin olunub. 1919-cu il yanvarın dördündə ailə vəziyyətinə görə hərbi xidmətdən tərxis olunub. 
Həsən  bəy  Fətəlibəyovun  Ģəxsi  iĢində  ailə  tərkibi  də  qeydə  alınmıĢdır.  1896-cı  il  aprelin  on  ikisində 
anadan olan arvadı Ədilə xanım, 1913-cü il dekabrın dördündə anadan olan qızı Leyla xanım, 1915-ci il martın 
ikisində anadan olan oğlu Ənvər bəydir. 
Kapitan  AĞACƏFƏR  ABUTALIB  OĞLU  SEYĠDOV  –  Bakıda  Aleksandrovsk  məktəbini  və  ikinci 
Tiflis kiĢi gimnaziyasını bitirib. 1915-ci ildən orduda xidmət edir. 1919-cu ildə praporĢiklər məktəbini bitirib. 
Birinci Dünya Müharibəsində fəal iĢtirakına görə orden və medallarla təltif olunub. 1894-cü il mayın səkkizində 
ġamaxıda meĢĢan ailəsində anadan olub. 
ġtabs-kapitan  AĞA  XANKĠġĠ  OĞLU  SARAVANSKĠ  -  ġamaxıda  realnı  məktəbi  və  1915-ci  ildə 
Mixaylov hərbi məktəbini bitirib. 1897-ci il yanvarın  iyirmi dördündə ġamaxıda meĢĢan ailəsində anadan olub. 
ġtabs-kapitan  DANĠYAL  BƏY  MƏHƏD  BƏY  OĞLU  ġƏRĠFOV  -  1915-ci  ildə  Birinci  Tiflis 
praporĢiklər  məktəbini  bitirib.  1891-ci  il  iyunun  onunda  Qazaxda  anadan  olub.  Ağalıq  nəslindəndir.  Müsavat 
ordusunun Bakı alayında (Salyan qazarmasında yerləĢirdi) Ģtabs-kapitan rütbəsində xidmət edirdi. 1923-cü ildə 
bolĢeviklər həbs edib. Son taleyi məlum deyil. Topoqraf-podpolkovnik Məhəd bəy ġərifovun oğludur. 
 
*   *   * 
 
Poruçik ƏLĠ ġƏMSĠ OĞLU ƏSƏDULLAYEV - fevral inqilabından sonra Bakıda “vəhĢi diviziya”nın 
əsgər və zabitlərindən döyüĢən alay təĢkil edib. Qərargahı “Ġsmailiyyə” binasında yerləĢirdi. 1918-ci ilin mart 
qırğını vaxtı ĠçəriĢəhər ətrafında, Çəmbərəkənddə, ġamaxı yolunda və baĢqa yerlərdə daĢnak-bolĢevik qoĢunları 
ilə Ģiddətli döyüĢlər aparıb. 
Martın  iyirmi  doqquzunda  poruçik  Əli  Əsədullayevin  komandanlığı  altında  Lənkəran  müsavatçılarına 
silah  yardımı  apararkən,  “Evelina”  gəmisində  bolĢeviklərlə  silahlı  toqquĢma  olub.  Martın  30-da  Bakı  əhalisi 
“Dikaya diviziya” alayının tərksilah olunmasına qarĢı etiraz mitinqləri keçirmiĢdir. Təcili çağırılan müĢavirədə 
M.Ə.Rəsulzadənin iĢtirakı ilə silahlar Bakı Soveti Ġcraiyyə Komitəsindən geri alınmıĢdır. Həmin günü “Dikaya 
diviziya”  alayı  ġamaxı  yolundakı  və  Tatarski  küçəsindəki  sovet  qoĢun  hissələrinə  hücum  edib,  Suraxanıdakı 
qırmızı qvardiya dəstəsini tərksilah etmiĢlər. DüĢmənə xeyli tələfat verməklə yanaĢı çoxlu əsgər və zabiti əsir 
almıĢlar. 
Poruçik Əli Əsədullayev 1921-ci ilin dekabr ayında Gürcüstanda həbs olunub. 
“Beriyanın  imzaladığı  15  dekabr  1921-ci  il  tarixli  məktuba  əsasən,  Əli  Əsədullayevi  Azərbaycan 
Fövqaladə Komissarlığı  tələb  edib.  Əli  Əsədullayev  Beriyanın imzaladığı  30  dekabr  1921-ci  il  tarixli  orderlə 
həbsdən azad edilərək Bağırovun sərəncamına göndərilib. ĠĢ üzrə heç bir təhqiqat iĢi aparılmayıb.” 
Sonralar Əli Əsədullayev Bakıda cıdır meydanında iĢləyirmiĢ, daha sonra arvadı ilə birlikdə Ġrana qaçıb. 
                                                           
25
 Bu vəzifənin ruscası belədir: “BıvĢiy volonoopredelyayuĢaya perveqo razryada” Tərcüməsi: Müharibə vaxtı könüllü əsgəri xidmət keçirən, ali təhsilli 
imtiyazlı Ģəxs - (ġ.N.) 
 

107 
 
Müttəhim  Mircəfər  Bağırov  bu  barədə  istintaq  zamanı  bildirdi  ki,  Əli  Əsədullayevin  nə  üçün  istintaqa 
cəlb olunmamasını və həbs edilməməsindən xəbəri yoxdur. 
ġahidlər Qasımov Əyyub Mikayıl oğlu, Mehdiyev Əliqulu Kur oğlu göstərdilər ki, Mircəfər Bağırovun 
Əli  Əsədullayevlə  münasibətləri  çox  yaxın  imiĢ,  (“M.C.Bağırovun  məhkəməsi”  kitabı  səh.  39-40-da,  Bakı 
“Yazıçı” nəĢriy., 1993-cü il). 
Züleyxa xanım Əsədullayeva  - Veber: - Dayını Əli Əsədullayevi ġura hökumətinin adamları buraxmaq 
üçün  külli  miqdarda  rüĢvət  istədilər.  Ümumiyyətlə,  bu  illərdə  özbaĢınalıq,  talançılıq,  rüĢvətxorluq  baĢ  alıb 
gedirdi. “Qızıl əsgər” hara ayağını qoyurdusa, oranı bərbad edirdi. Xalqa divan tutur, günahlı, günahsız adamları 
həbs  edir,  güllələyirdilər. Onların  arasında  dayım  Əli  də  vardı.  H.Z.Tağıyev  çoxlu  qızıl,  briliyant  verərək  onu 
həbsxanadan  azad  etdirdi.  Xüsusi  sənəd  hazırladaraq,  ailə  üzvləri  ilə  birlikdə,  Azərbaycandan  çıxmasına  nail 
oldu. 
Poruçik Əli Əsədullayev milyoner ġəmsi Əsədullayevin oğlu, Hacı Zeynalabdin Tağıyevin isə kürəkəni 
olmuĢdur. O, Hacının qızı Leyla xanımın həyat yoldaĢı idi. 
Poruçik  ĠSRAFĠL  BƏY  AĞA  OĞLU  ġIXLĠNSKĠ  -  1918-ci  ildə  Gəncədə  hərbi  məktəbi  bitirib. 
Məktəbdə ikinci rotanın praporĢiki vəzifəsində iĢləyib. 1897-ci il sentyabrın 10-da Qazaxda Zadəgan ailəsində 
anadan  olub.  Qori  Ģəhərindəki  seminariyanın  Azərbaycan  Ģöbəsini  bitirib.  Ġyirminci  ildə  bolĢeviklər  gələndə 
AÇK  yanında  qısa  müddət  xüsusi  təyinatlı  dəstənin  komandiri  olub.  Müsavatın  qatı  tərəfdarı  və  Sovet 
hökumətinin qatı düĢməni olduğu üçün ittiham edilib. 1926-cı ildə Solovetsk həbs düĢərgəsinə sürgün olunub. 
Poruçik  ADĠL  BƏY HƏYATOV  -  Ġkinci  Bakı  süvari  alayında  ikinci  batalyonunun  komandiri,  Birinci 
Dünya Müharibəsi illərində eyni adlı batalyonun komandiri olmuĢdur. 1918-ci il avqustun iyirmisində ġuĢanın 
Malıbəyli  kəndini  ermənilərdən  qəhrəmanlıqla  müdafiə  etdiyinə  görə  1918-ci  ildə  Türkiyənin  “Məcidiyyə” 
ordenilə təltif olunmuĢdur. 
Xankəndində  yerləĢən  Birinci  süvari  diviziyasının  komandanı  polkovnik  Əfəndiyev  və  polkovnik 
Məmmədov 1919-cu il aprelin yeddisində poruçik Adil bəy Həyatova belə bir xasiyyətnamə vermiĢlər. “Alayın 
təĢkil  olunmasında  özünü  layiqincə  göstərən,  tərbiyənin  və  intizamın  nümunəvi  təĢkilində  xüsusi  səylərini  və 
böyük  enerjisini  nəzərə  alaraq  podporuçik  Adil  bəy  Həyatova  layiq  olduğu  poruçik  rütbəsi  verilməsi  barədə 
vəsadət qaldırıram.” 
PraporĢik  PAġA  BƏY  RÜSTƏMOV  -  1914-cü  il  iyulun  iyirmi  dördündə  Azərbaycan  süvari  alayına 
qəbul edilib. 1916-cı il dekabrın beĢində kiçik uryadnik, 1917-ci il sentyabrın on beĢində baĢ uryadnik, həmin il 
oktyabrın  birində  podpraporĢik  rütbəsilə  təltif  olunub.  1916-cı  il  mayın  otuz  birində  göstərdiyi  igidliyə  görə 
“Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub. 
1918-ci  ilin  oktyabrından  Milli  Azərbaycan  ordusunda  hərbi  xidmətə  baĢlayıb.  Qarayazıda  yerləĢən 
Azərbaycan süvari alayının komandiri, polkovnik (sənəddə adını oxumaq mümkün olmadı - ġ.N.) Azərbaycan 
Əlahiddə  korpusunun  komandirinə  yazır  ki,  xalqımıza  sidq-ürəklə  xidmət  edən  podpraporĢik  PaĢa  bəy 
Rüstəmovun praporĢik rütbəsilə təltif olunmasını tamamilə qanuni hesab edirəm. 
Arxivdə  saxlanan  bir  sənəddə  1918-ci  il  oktyabrın  on  dördündə  PaĢa  bəyin  bolĢeviklərə  qarĢı  döyüĢdə 
göstərdiyi  igidliyi  təsvir  olunmuĢdur:  “Zığ  yüksəkliyi  yaxınlığındakı  döyüĢdə  zabitlərin  sayının  çatıĢmazlığı 
üzündən  kiçik  gizir  PaĢa  bəy  Rüstəmov  yarımbölüyə  komandirliyi  qəbul  etdi.  Onda  Hövsan  tərəfindən 
yüksəkliyə hücumu süvari ilə bizim piyada aparırdı. 
Kiçik gizir PaĢa bəy Rüstəmov Suraxanı tərəfdən rəqibin cinahına çıxaraq, öz sürətli hücumu ilə daĢnak 
və bolĢevikləri tutduqları səngərlərdən qovmağa kömək etdi. 
Ümumiyyətlə, arxa cəbhədə olduğu kimi ön cəbhədə də kiçik gizir PaĢa bəy Rüstəmov tapĢırılmıĢ zabit 
vəzifələrinin hamısını layiqincə yerinə yetirirdi.” 
PaĢa bəy 1895-ci il mayın on ikisində Gəncə qəzasının Yuxarı Ayıblı kəndində anadan olub. Subaydır. 
Müharibədən əvvəl təsərrüfatda iĢləyib. Savadlıdır. 
Artilleriya  podpolkovniki  TEYMUR  XAN  CAHANGĠR  XAN  OĞLU  XOYSKĠ  -  1920-ci  ilin  iyul 
ayında həbs edilib. Ailəsi ilə birlikdə sürgün edilmiĢdir. 1891-ci il noyabrın iyirmi yeddisində Gəncədə zadəgan 
ailəsində  anadan  olmuĢdur.  Gəncə  klassik  kiĢi  gimnaziyasını  və  1914-cü  ildə  Tiflis  hərbi  kadet  məktəbini 
bitirib. Müsavat ordusunda isə ikinci Bakı süvari alayında komandir müavini olub. 
Respublika  Mərkəzi  Dövlət  Arxivində  polkovnik  ġirin  bəy  Kəsəmənlinin  1919-cu  il  yeddi  may  tarixli 
raportu  saxlanılır.  Birinci  süvari  diviziyasının  rəisinə,  surəti  isə  BaĢ  Qərargah  rəisinə  ünvanlanan  raportunda 
polkovnik ġirin bəy Kəsəmənli yazır: 
“Mənə etibar olunmuĢ alayın kapitanı Teymur xan Xoyski haqqında qısa məlumat və ober-zabitin təltifat 
vərəqini  sizə  təqdim  edirəm.  Məlum  edirəm  ki,  onu  hələ  praporĢiklər  məktəbində  xidmət  etdiyi  vaxtdan 
intizamlı zabit kimi tanıyıram. O, mənim tabeliyimdə xidmət edərkən özünü məktəb heyətinin görkəmli rəhbəri 
kimi  tanıtmıĢ,  mənim  təqdimatımla  köməkçim  təyin  olunmuĢdur.  Günbəgün  öz  əməyini  və  enerjisini  heç  bir 
Ģəxsi  mənafe  güdmədən  hərbi  xidmətə  sərf  edir.  Zabit  Teymur  xan  yaxĢı  baĢa  düĢür  ki,  Vətənin  və  millətin 
naminə  xidmət edir.  Alaya  xidmətə  gəldiyi ilk  gündən  o,  sanki  on  iki  hissəyə  bölünmüĢdür.  Onun iĢinə  nəzər 

108 
 
yetirdikdə alay komandirinin müavini əvəzinə on iki rota komandirinin vəzifəsini də yerinə yetirdiyininin Ģahidi 
olursan. 
Yuxarıda  qeyd  etdiklərimi  nəzərə  alaraq  çox  xahiĢ  edirəm,  Sizin  təqdimatınızla  kapitan  Teymur  xan 
Xoyskiyə podpolkovnik rütbəsi verilsin. Üstəlik də hazırda tutduğu vəzifə ona podpolkovnik rütbəsini almağa 
imkan verir.” 
Polkovnik ġĠRĠN BƏY KƏSƏMƏNLĠ. 
Alayın  yavəri,  praporĢik  Ġlyas  bəy  ġahtaxtinski-Birinci  Dünya  Müharibəsində  iĢtirak  edən  kapitan 
Teymur  xan  Cahangir xan  oğlu  Xoyski  cəbhələrdə  nüfuzlu  nəslinin  adına layiq  döyüĢ  yolu  keçmiĢdir.  Bütün 
bunları  əyani  göstərən  onun  hansı  möcüzədənsə  salamat  qalıb,  arxivdə  “təmamilə  məxfidir”  qrifilə  saxlanan 
təltifat  vərəqidir.  Teymur  xan  1915-ci  ildən  1917-ci  ilə  kimi  iĢtirak  etdiyi  döyüĢlərdə  dördüncü  dərəcəli 
“Müqəddəs Anna” (üzərində “Ġgidliyə görə” yazısı ilə), üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla 
birgə),  üçüncü  dərəcəli  “Müqəddəs  Anna”  (qılınc  və  bantla  birgə),  ikinci  dərəcəli  “Müqəddəs  Stanislav” 
(qılıncla  birgə),  ikinci  dərəcəli  “Müqəddəs  Anna”  (qılıncla  birgə),  knyaz  Vladimirin  Ģərəfinə  təsis  edilmiĢ 
dördüncü dərəcəli orden (qılınc və bantla birgə) və 1917-ci ilin fevral ayında Georgi silahı ilə təltif olunmuĢdur. 
Kapitan  AĞAHÜSEYN  MĠRZƏHADI  OĞLU  AĞASIYEV  -  Ġçəri  Ģəhərdə  tacir  ailəsində  anadan 
olmuĢdur.  1919-cu  ildə  “Hərbiyyə  məktəbi”ni  bitirən  ilk  məzunlardan  biri idi. 1920-ci  ilin  əvvəllərində  Milli 
ordunun “Yardım alayı”nda rota komandiri olmuĢdur. 
1921-ci  il  avqustun  dördündə  Nəriman  Nərimanovun  təĢəbbüsü  ilə  iyirmi  səkkiz  nəfərdən  ibarət 
Türkiyəyə  gedəcək  Azərbaycanın  səlahiyyətli  nümayəndəliyi  təĢkil  olunur.  Onların  arasındakı  altı  nəfər 
hərbçidən biri də Ağahüseyn Ağasiyevdi. Diplomatik nümayəndəliyin baĢçısı Ġbrahim Əbilov təyin olunmuĢdu. 
Kapitan  Ağasıyev  əvvəlcə  Ankarada  səfirliyin  hərbi  attaĢesinin  əməkdaĢı,  sonra  isə  səfir  Ġbrahim  Əbilovun 
müavini kimi məsul vəzifələrdə çalıĢmıĢdır. Qazi Mustafa Kamal Atatürklə görüĢmüĢdür. 
l924-cü  ildə  Tiflisə  çağırılan  kapitan  Ağahüseyn  Ağasıyev  Surami  Ģəhərindəki  hərbi  hissəyə  komandir 
təyin edilir. Bir axĢam Surami qalası ətrafındakı gözətçi məntəqələrini yoxlayarkən daĢnaklar arxadan xəncərlə 
vuraraq öldürüblər. 
Poruçik ƏLĠAĞA ƏBDÜLSƏMƏD OĞLU MUSTAFAYEV - 1919-1920-ci illərdə müsavat ordusunda 
poruçik  rütbəsində  qulluq  edib.  Ġyirmi  səkkiz  aprel  çevriliĢində  istilaçı-daĢnaklara  və  XI  Orduya  qarĢı 
döyüĢlərdə fəal iĢtirak edərək yaralanıb. Otuz yeddinci ilə kimi Salyan və Laçında hərbi komissarlıqda iĢləyib. 
Həmin il Salyan NKVD-nin rəisi Artunyan tərəfindən həbs edilib. Təqsiri sübut olunmadığına görə azad edilib. 
1945-ci ilə qədər Salyan Xalq Maarif Ģöbəsində və rayon ictimai-təminat Ģöbəsində mühasib iĢləyib. Həmin ili 
Müsavat ordusunun zabiti olduğu bəhanə edilərək yenidən on il müddətinə həbs edilib. 1950-ci ildə həbsxanada 
vəfat edib. 1898-ci ildə Salyanda anadan olub. Salyan Ģəhər dörd illik ibtidai məktəbini bitirib. 
 
*   *   * 
 
PraporĢik  HÜSEYN  HEYDƏR  OĞLU  EYVAZOV  -  Salyan  Ali-ibtidai  məktəbini  və  1919-cu  ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. 1895-ci ildə Salyanda kəndli ailəsində anadan olub. 
PraporĢik AĞABALA ƏLĠ OĞLU YUSĠFOV - Gimnaziya təhsili alıb. 1919-cu ildə Gəncə praporĢiklər 
məktəbini bitirib. 1898-ci ilin yanvar ayında Bakıda fəhlə ailəsində anadan olub. 
PraporĢik MÜRSƏL HACI MƏMMƏDƏLĠ OĞLU ĠBRAHĠMOV - ġamaxı Ģəhər məktəbini və 1918-
ci ildə Gəncədə podpraporĢiklər məktəbini bitirib. Fars və erməni dillərini mükəmməl bilir. 1899-cu il yanvarın 
beĢində ġamaxıda anadan olub. 
PraporĢik MƏHƏRRƏM HÜSEYNQULU OĞLU ĠSGƏNDƏROV - Birinci Bakı kiĢi gimnaziyasının 
dörd  sinfini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1918-ci  ildə  ağqvardiyaçı  Denikin  və 
daĢnaklarla döyüĢlərdə iĢtirak edib. 1895-ci ildə Bakıda anadan olub. 
PraporĢik  KAZIM  GÜLMƏMMƏD OĞLU  KƏRĠMOV  -  1918-ci  ildə  Gəncə  praporĢiklər  məktəbini 
bitirib. 1897-ci ildə Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik  ĠSA  QAFAR  OĞLU  MANAFOV  -  Bakıda  üçüncü  Ali-ibtidai  və  1919-cu  ildə  Gəncə 
praporĢiklər məktəbini bitirib. 1898-ci il yanvarın beĢində Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik  BĠLAL  SƏFƏRƏLĠ  OĞLU  SƏFĠYEV  –  Zaqafqaziya  Müəllimlər  Seminariyasının 
Azərbaycan  Ģöbəsini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1894-cü  ildə  Naxçıvanın  BaĢ 
NoraĢen kəndində anadan olub. 
PraporĢik  LƏTĠF  ZEYNAL  OĞLU  SADIQOV  -  Dörd  sinifli  məktəb  təhsili  var.  1919-cu  ildə  Gəncə 
PraporĢiklər məktəbini bitirib. Milli orduda rota komandir iĢləyib. 1899-cu ildə Salyanda anadan olub. 
PraporĢik  NEMƏTULLA  TALIB  OĞLU  TALIBOV  -  Bakıda  ticarət  məktəbini  və  1918-ci  ildə 
Gəncədə hərbiyyə məktəbini bitirib. 1895-ci ildə MaĢtağa kəndində anadan olub. 
PraporĢik  FƏRRUX  ġABAN  OĞLU  ġABANOV  -  Gimnaziya  təhsili  alıb.  1919-cu  ildə  Gəncə 
praporĢiklər məktəbini bitirib. 1900-cu ildə Tiflisdə anadan olub. 

109 
 
PraporĢik  MƏMMƏD  CƏFƏRQULU  OĞLU  RƏHĠMOV  -  Bakıda  üçüncü  Ali-ibtidai  məktəbdə  və 
mühasibatlar  kursunda  oxuyub.  Fars  dilini  bilir.  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1895-ci  il 
aprelin ikisində Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik SALMAN QURBAN OĞLU SƏLĠMOV - Bakıda rus-tatar məktəbini və 1919-cu ildə Gəncə 
praporĢiklər məktəbini bitirib. 1894-cü ildə Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik ABDULLA BAQĠ OĞLU SÜLEYMANOV - Göyçayda iki sinifli məktəbdə oxuyub. 1919-cu 
ildə Gəncə praporĢiklər məktəbini bitirib. 1895-ci ildə Göyçayda kəndli ailəsində anadan olub. 
PraporĢik ABDULLA ġƏFĠ OĞLU ġƏFĠYEV - BeĢ sinifli Bakı gimnaziyasını və 1918-ci ildə Gəncə 
praporĢiklər  məktəbini  bitirib.  1896-cı  ildə  Bakıda  meĢĢan  ailəsində  anadan  olub.  1922-ci  ildən  “Azərbaycan 
müstəqilliyi uğrunda!” gizli hərbi təĢkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı həbs edib. 
PraporĢik  HƏMĠD  MƏġƏDĠ  AĞA  OĞLU  RÜSTƏMBƏYLĠ  -  Gimnaziya  təhsili  alıb.  1919-cu  ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. 1900-cü il oktyabrın on altısında Gəncədə meĢĢan ailəsində anadan olub. 
PraporĢik  MĠRMEHDĠ  MĠRYUSĠF  OĞLU  SƏMƏNDƏROV  –  Ali-ibtidai  təhsili  var.  1919-cu  ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. 1899-cu il mayın iyirmi beĢində Ordubadda kəndli ailəsində anadan olub. 
Müsavat ordusunda rota komandiridir. 
PraporĢik  AĞASƏLĠM  SƏFTAR  OĞLU  ġƏRĠFOV  -  Realni  məktəb  bitirib.  Müsavat  ordusunun 
nəzdində yaranmıĢ tədris komandasında hərbi təhsil alıb. 1896-cı il yanvarın onunda Bakıda anadan olub. 
PraporĢik  NƏSĠR  AĞA  CAVADƏLĠ  OĞLU  NUHBAZOV  -  Salyanda  beĢ  sinifli  kənd  məktəbini  və 
1919-cu ildə Gəncə praporĢiklər məktəbini bitirib. 1897-ci il mayın on beĢində Salyanda anadan olub. 
PraporĢik YUSĠF HƏMĠD OĞLU NƏCƏFOV - Bakıda üç sinifli Ali-ibtidai  təhsil alıb. 1919-cu ildə 
Gəncədə praporĢiklər məktəbini bitirib. 1901-ci il dekabrın iyirmi beĢində Bakının Saray kəndində anadan olub. 
PraporĢik NEMƏTULLA HƏNĠFƏ BƏY OĞLU RZABƏYOV  – üçüncü Bakı Ali-ibtidai məktəbinin 
dörd sinfini bitirib. 1918-ci ildə Milli orduya könüllü gəlib. 1900-cu il martın birində Bakıda meĢĢan ailəsində 
anadan  olub.  Sovetlər  vaxtı  Ali-pedaqoji  kursun  tələbəsi  olub.  1920-ci  ildən  müsavatçı  kimi  gizli  fəaliyyət 
göstərib. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı gizir qardaĢı Nəsrulla ilə birgə həbs edib. 
PraporĢik ĠSGƏNDƏR BƏZĠRGAN OĞLU RÜSTƏMOV - Bakıda rus-tatar məktəbini və 1919-cu ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. 1895-ci ildə Bakıda anadan olub. 
PraporĢik  TAHĠR  NAĠB  OĞLU  QULĠYEV  -  Qusarda  Ali-ibtidai  məktəbi  və  1919-cu  ildə  Gəncə 
praporĢiklər məktəbini bitirib. 1901-ci il mayın iyirmi yeddisində Sabunçu kəndində anadan olub. 
PraporĢik FƏRƏCULLA ĠSMAYIL OĞLU MAHMUDOV - Milli orduda rota komandiri olub. Bakıda 
beĢsinifli  gimnaziyanı  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1899-cu  ildə  Bakıda  meĢĢan 
ailəsində anadan olub. 
PraporĢik  XOSROV  YUSĠF  OĞLU  MƏLĠKġAHNƏZƏROV  -  ġuĢa  realni  məktəbini  və  1918-ci  il 
noyabrın  iyirmisində  Gəncə  podpraporĢiklər  məktəbini  bitirib.  Ġkinci  Müsəlman  Artilleriya  briqadasında  və 
1919-cu  il  yanvarın  altısından  üçüncü  Gəncə  Süvari  alayında  xidmət  edib.  1900-ci  il  iyunun  altısında  ġuĢada 
zadəgan ailəsində anadan olub. 
PraporĢik BALA BƏY MEHDĠ BƏY OĞLU MÜRSƏLBƏYOV - Bakıdakı beĢsinifli realnı məktəbi və 
1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1896-cı  il  yanvarın  on  altısında  Bakıda  MeĢĢan  ailəsində 
anadan olub. 
PraporĢik  MƏMMƏD  ĠBRAHĠM  OĞLU  BABAġOV  -  Bakıda  üç  sinifli  gimnaziyanı  və  1919-cu  il 
mayın  beĢində  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  Müsavat  ordusunda  vzvod  komandiri  olub.  1896-cı  il 
martın on beĢində Bakının PirĢağı kəndində anadan olub. 
PraporĢik  SULTAN  ƏBDÜL  OĞLU  DADAġOV  -  Bakıda  AĠK  ibtidai  məktəbi  və  1919-cu  ildə 
praporĢiklər məktəbini bitirib. 1892-ci il yanvarın ikisində Bakının Fatmayi kəndində anadan olub. 
PraporĢik RAMAZAN ABUZƏR OĞLU ZEYNALOV – Dörd sinifli gimnaziyanı və 1920-ci il aprelin 
iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. 1897-ci ildə Bakıda anadan olub. 
PraporĢik  MÖVSÜM  ABBAS  OĞLU  ĠBRAHĠMOV  -  Müsavat  ordusunda  qərargah  vzvodunun 
komandiri olub. Ġki sinifli kənd məktəbini bitirib. 1895-ci ildə Qazax qəzasının Azaflı kəndində (indiki Tovuz 
rayonundadır - ġ.N) anadan olub. 
PraporĢik  ABDULLA  QAFUR  OĞLU  AXUNDOV  -  1918-ci  il  oktyabrın  üçündə  Gəncədəki 
praporĢiklər  məktəbinə  daxil  olub,  1919-cu  ildə  həmin  məktəbi  bitirib.  ġimal  sərhəddimizdə  ağqvardiyaçı 
general Denikinin ordusuna qarĢı döyüĢlərdə iĢtirak edib. Milli Ordunun yaranmasından əvvəl, 1918-ci ilədək 
“Qafqaz və Merkuri” Ģirkətində matros kimi xidmət edib. Bakıdakı Ali-ibtidai məktəbin üç sinfini bitirib. 1896-
cı ildə Bakıda, Ġçəri Ģəhərdə Soborni küçəsindəki on yeddi saylı evdə meĢĢan ailəsində anadan olub. 
PraporĢik AĞALAR BƏY ABDI OĞLU BƏDĠRBƏYOV - Altı sinifli kiĢi gimnaziyasını bitirib. 1916-
cı ildə Tiflis praporĢiklər məktəbində oxuyub. 1895-ci ildə ġamxorun Morul kəndində anadan olub. 1977-ci ildə 
Bakıda vəfat edib. Xalq artisti Leyla xanım Bədirbəylinin atasıdır. 

110 
 
PraporĢik  ABBAS  ƏLĠ  OĞLU  AĞAYEV  -  Bakının  AĢağı  Çəmbərəkəndindəki  on  bir  saylı  mənzildə 
kəndli ailəsində anadan olub. Ali-ibtidai təhsil alıb. 1918-ci ildə Gəncə praporĢiklər məktəbinə daxil olub. 
PraporĢik  HƏBĠBULLA  ƏHMƏD  OĞLU  ABAKAROV  -  Milliyyətcə  ləzgidir.  1896-cı  ildə  kəndli 
ailəsində anadan  olub. Telavi  Ģəhərindəki  kiĢi  gimnaziyasının  dörd sinfini  və  1918-ci  ildə  Gəncədəki  üç  aylıq 
praporĢiklər məktəbini bitirib. Milli orduda praporĢik kimi xidmət edib. 
PraporĢik  ƏLĠABBAS  ƏLƏKBƏR  OĞLU  ƏLĠYEV  -  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini 
bitirib. 1900-cu il martın on birində Bakıda anadan olub. 
PraporĢik  HÜSEYN  KƏRĠM  OĞLU  ƏLĠYEV  -  1919-cu  ildə  Gəncədə  Azərbaycan  praporĢiklər 
məktəbini  bitirib.  Bundan  əvvəl  birinci  Tiflis  kiĢi  gimnaziyasında  təhsil  alıb.  1897-ci  ildə  CavanĢir  qəzasında 
kürd ailəsində anadan olub. 
PraporĢik ƏBDÜLXƏLĠL ƏLĠBALA OĞLU ƏLƏSGƏROV - MeĢĢan ailəsində 1894-cü ildə Bakıda 
anadan olub. Ev təhsili alıb. 1919-cu ildə Gəncə praporĢiklər məktəbini bitirib. 
PraporĢik  ƏLĠABBAS  BABAYEV  -  Bakıda  iki  sinifli  realni  məktəbini  və  1919-cu  ildə  Gəncə 
praporĢiklər məktəbini bitirib. 1895-ci ildə Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik ĠSMAYIL MƏMMƏD OĞLU BABAYEV - Gəncədə altı sinifli gimnaziyanı və 1918-ci ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. 1900-cü il sentyabrın iyirmi üçündə Gəncədə kəndli ailəsində anadan olub. 
PraporĢik ƏLHÜSEYN AĞAHÜSEYN OĞLU DADAġOV - Bakıda ticarət məktəbini və 1919-cu ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. Həmin il iyunun iyirmi dördündə Tiflis aviasiya məktəbinə qəbul olunub. 
1920-ci  ildə  bolĢeviklərin  istilası  ilə  əlaqədar  təhsilini  davam  etdirə  bilməyib.  Müsavat  ordusunda  rota 
komandiri olub. 1899-cu il avqustun üçündə Bakıda meĢĢan ailəsində anadan olub. 
PraporĢik  MUSA  ƏMĠRHƏMZƏ  OĞLU  ƏMĠRASLANOV  -  Bakıdakı  üçüncü  Ali-ibtidai  məktəbini 
bitirib. 1918-ci il noyabrın on səkkizindən 1919-cu il sentyabrın birinədək Gəncədəki praporĢiklər məktəbində 
oxuyub.  1898-ci  il  dekabrın  otuz  birində  Bakıda  meĢĢan  ailəsində  anadan  olub.  Sovetlər  vaxtı  Azdiviziyada 
dördüncü 
polkda 
rota 
komandiri 
olub. 
1930-cu 
ildə 
keçmiĢ 
müsavatçı kimi həbs edilib. 
PraporĢik AĞAKĠġĠ MƏMMƏDQASIM OĞLU HAġIMOV - Gəncədəki praporĢiklər məktəbini 1919-
cu ildə bitirib. 1890-cı il, mayın birində Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. 
PraporĢik HƏSƏN CƏFƏRQULU OĞLU ƏSGƏROV - Müsavat ordusunda rota komandiri. 1918-ci il 
noyabrın  on  səkkizində  Gəncə  praporĢiklər  məktəbinə  daxil  olub.  1919-cu  il  mayın  iyirmi  birində  həmin 
məktəbi bitirib. 1895-ci il yanvarın yeddisində Bakıda meĢĢan ailəsində anadan olub. Hərbi məktəbdən əvvəl 
Bakıda Ali-ibtidai təhsil də almıĢdı. 
PraporĢik  MƏMMƏDƏLĠ  HACIBABA  OĞLU  AĞABABAYEV  -  Bakıdakı  «Səadət»  müsəlman 
məktəbinin  dörd  sinfini  bitirib.  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbində  oxuyub.  PraporĢik  kimi  orduda 
xidmət edib. 1900-cü il sentyabrın birində Bazarnı küçəsindəki yüz on bir saylı evdə meĢĢan ailəsində anadan 
olub. 
PraporĢik ƏHMƏD ƏLĠMƏMMƏD OĞLU ƏSGƏROV - 1919-cu ildə Gəncə praporĢiklər məktəbini 
bitirib. 1895-ci ildə Bakıda fəhlə ailəsində anadan olub. Rus-tatar məktəbini bitirib. Milli orduda praporĢik kimi 
xidmət edib. 1918-ci ildə Bakı uğrunda döyüĢlərdə bolĢeviklərə qarĢı vuruĢub. 
PraporĢik  ƏLĠ  MƏġƏDĠ  ZEYNAL  OĞLU  ATAKĠġĠYEV  -  Ġlkin  təhsilini  iki  sinifli  rus-tatar 
məktəbində  alıb.  1919-cu  ildə  isə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1890-cı  il  yanvarın  onunda  Gəncədə 
kəndli ailəsində anadan olub. 
 
*  *  * 
 
Podporuçik ƏLĠ HACI MƏMMƏDLĠ OĞLU MƏLĠKOV - Gəncədə üç sinifli məktəbi və 1919-cu ildə 
Gəncə praporĢiklər məktəbini bitirib. Milli orduda rota komandiri olub. 1896-cı ildə Salyanda anadan olub. 
Podporuçik  FĠRĠDUN  ƏBDÜLRZA  OĞLU  NAĞIYEV - üçüncü Bakı Ali-ibtidai məktəbində təhsil 
alıb.  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  1897-ci  ildə  Bakının  PirĢağı 
kəndində kəndli ailəsində anadan olub. 
Sovetlər  vaxtı  orduda  təlim  rotasının  komandiri  olub.  1922-ci  ildən  «Azərbaycanın  müstəqilliyi 
uğrunda!» gizli təĢkilatın üzvü, 1923-cü ilin iyul ayında Zaqafqaziya «ÇK»-sı həbs edib, sürgünə göndərib. 
Podporuçik    HÜSEYN  KAZIM  AĞA  OĞLU  PAġAYEV  -  Qori  Ģəhərindəki  Zaqafqaziya  Müəllimlər 
seminariyasının Azərbaycan Ģöbəsini bitirib. 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini 
bitirib.  1897-ci  il iyunun  birində  Qazaxda  ziyalı  ailəsində  anadan  olub.  1920-ci ildən  1923-cü  ilədək  AzdimiĢ 
müsavat zabiti olduğuna görə Zaqafqaziya «ÇK»-sı tərəfindən həbs edilib. SSRĠ-nin ġimal sərhədlərinə sürgün 
edilib. 
Podporuçik MĠKAYIL CƏBRAYIL OĞLU RƏHĠMOV - Bakıda texniki təhsil alıb. 1920-ci il aprelin 
iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirib. 1901-ci il martın beĢində Bakıda anadan olub. 

111 
 
Podporuçik  CAVAD  MĠRZƏ  MEHDĠ  OĞLU  AXUNDOV  -  Bakıda  rus-tatar  və  üçüncü  Ali-ibtidai 
məktəbini  bitirib.  1918-19-cu  illərdə  Gəncə  praporĢiklər  məktəbində  oxuyub.  Milli  orduda  pulemyot 
komandasının  rəisi  olub.  1896-cı  il  iyunun  iyirmisində  Bakının  Tverskoy  küçəsindəki  səksən  doqquz  saylı 
mənzildə  meĢĢan  ailəsində  anadan  olub.  Sovetlər  vaxtı  Bakı  Ģəhər  sığorta  kassasında  iĢləyib.  1921-ci  ildən 
“Azərbaycanın  müstəqilliyi  uğrunda!”  gizli  hərbi  təĢkilatın  üzvü  olub.  1923-cü  ilin  iyul  ayında  Zaqafqaziya 
“ÇK”-sı həbs edib, ġimal sərhədlərinə sürgünə göndərib. 
Podporuçik HƏSƏNBALA AġIR OĞLU ƏBDÜSALAMOV – Bakıda dörd sinifli Ali-ibtidai məktəbi 
bitirib. 1920-ci il aprelin iyirmi dördündə Gəncə praporĢiklər məktəbini bitirib. 1894-cü ilin oktyabrında Bakıda 
meĢĢan ailəsində anadan olub. 1923-cü ildə XI ordunun xüsusi Ģöbəsi tərəfindən həbs edilib. 
Podporuçik ƏLĠAĞA MƏMMƏDHÜSEYN OĞLU ABDULLAYEV - Lənkəranda dörd sinifli ibtidai 
məktəbdə təhsil alıb. 1920-ci il aprelin iyirmi dördündə Gəncədəki Azərbaycan hərbiyyə məktəbini bitirib. Milli 
Orduda rota komandiri idi. 1923-cü ildə XI ordunun xüsusi Ģöbəsi tərəfindən həbs edilən əlli iki müsavat zabiti 
ilə birlikdə Nargin adasına sürgün olunub. 1895-ci il fevralın birində Lənkəranda fəhlə ailəsində anadan olub. 
Podporuçik FƏRRUX ĠBRAHĠM OĞLU ƏLĠYEV - Tiflisdəki dördüncü kiĢi gimnaziyasını və 1918-ci 
ildə  Azərbaycan  hərbiyyə  məktəbini  bitirib.  Müsavat  ordusunda  rota  komandiri  olub.  1896-cı  il  mayın  on 
yeddisində Bakının Ramana kəndində kəndli ailəsində dünyaya gəlib. 
Podporuçik XƏLĠL PAġA OĞLU ƏLĠYEV - Bakıdakı üçüncü Ali-ibtidai məktəbini bitirib. 1896-cı il 
fevralın iyirmi üçündə Bakının Nardaran kəndində anadan olub. 1919-cu il mayın beĢində Gəncədə praporĢiklər 
məktəbini bitirib. 1920-ci il aprelin iyirmi yeddisində bolĢeviklər həbs edib. 
Podporuçik  ƏJDƏR  MEHDĠ  OĞLU  HACIBƏYLĠNSKĠ  -  1920-ci  il  aprelin  iyirmi  dördündə 
Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  1897-ci  ildə  Ġrəvan  Ģəhərində  anadan  olub.  Altı  sinifli  Ġrəvan  kiĢi 
gimnaziyasını bitirib. 
Podporuçik  ĠBRAHĠM  MƏġƏDĠ  ĠSMAYIL  OĞLU  AXUNDZADƏ  -  1918-ci  ildə  Azərbaycan 
podpraporĢiklər  məktəbini  bitirib  ondan  əvvəl  Gəncədəki  Müəllimlər  seminariyasını  bitirib,  Gəncə  Ģəhər 
kitabxanasının  müdiri  iĢləyib.  Müsavat  ordusuna  könüllü  xidmətə  gəlib.  1899-cu  il  oktyabrın  iyirmisində 
Gəncədə  ruhani  ailəsində  anadan  olub.  Sovetlər  vaxtı  Azsvod  hərbi  məktəbində  tədris  hissə  müdiri  iĢləyib. 
1921-ci  ildən  “Azərbaycanın  müstəqilliyi  uğrunda”  gizli  hərbi  təĢkilatın  üzvü  olub.  1923-cü  ilin  iyul  ayında 
Zaqafqaziya “ÇK”-sı həbs edib, SSRĠ-nin ġimal sərhədlərinə sürgün olunub. 
Podporuçik  MƏMMƏDHÜSEYN  HACI  FƏRRUX  OĞLU  ƏLĠYEV  -  Bakıda  üç  sinifli  ticarət 
məktəbini  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1895-ci  ildə  Bakıda  Böyük  Kreposnoy 
küçəsindəki beĢ saylı evdə anadan olub. 
Podporuçik  ƏJDƏR  QƏNĠ  OĞLU  BABAYEV  -  Bakıda  beĢ  sinifli  gimnaziyanı  və  1920-ci  il  aprelin 
iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  1900-cü  il  dekabrın  iyirmi  altısında  Bakıda  iranlı 
təbəənin ailəsində anadan olub. Sovetlər vaxtı Novoçerkassk Kənd Təsərrüfatı Ġnstitutunda təhsil alıb. 1922-ci 
ildən “Müsavat gizli hərbi təĢkilatı”-nın üzvü olub. 1923-cü ilin iyul ayında həbs edilib. Az.SSR CM-nin 57, 58, 
65, 66-cı maddələrilə ittiham olunaraq sürgünə göndərilib. 
Podporuçik MÖVSÜM MƏZAHĠR OĞLU BƏYDƏMĠROV – Sabunçu qəsəbəsindəki dörd sinifli Ali-
ibtidai  məktəbi  və  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1899-cu  ildə  Bülbülədə  kəndli  ailəsində 
anadan olub. 
Podporuçik SADIQ ƏSGƏR OĞLU VƏKĠLOV - Müsavat ordusunda üçüncü Gəncə piyada alayında və 
üçüncü ġəki süvari alayında kiçik zabit kimi xidmət edib. 1895-ci ildə Qazax qəzasının Salahlı kəndində ziyalı 
ailəsində  anadan  olub.  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasını  və  1918-ci  il  noyabrın  on  səkkizində 
Gəncədəki podpraporĢiklər məktəbini bitirib. 
Podporuçik  ABBAS  ƏLĠ  OĞLU  ZEYNALOV  -  BeĢ  sinifli  gimnaziyanı  və  Gəncədəki  hərbiyyə 
məktəbini bitirib. 1895-ci il mayın iyirmi beĢində Poltaratsk Ģəhərində meĢĢan ailəsində anadan olub. 
Podporuçik SADIQ HƏSƏN OĞLU ĠMANOV - Bakı rus-tatar və ticarət məktəblərini, 1918-ci ildə isə 
Gəncə praporĢiklər məktəbini bitirib. 1898-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1920-ci ilin aprel ayında 
bolĢeviklər Bakıya hücum edəndə həbs edilib “filtrasiya” adı ilə Nargin adasına sürgün olunub. Sovetlər vaxtı 
Azərbaycan ticarət idarəsində iĢləyib. 1922-ci ildən “Azərbaycanın müstəqilliyi uğrunda!” gizli hərbi təĢkilatın 
üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı tərəfindən həbs edilərək ġimal sərhədlərinə sürgünə 
göndərilib. 
Podporuçik  AĞƏLĠ  HACIƏLĠ  OĞLU  ĠSMAYILOV  -  Bakı  kiĢi  gimnaziyasının  üç  sinfini  və  Gəncə 
praporĢiklər  məktəbini  bitirib.  Rus  və  türk  dillərini  mükəmməl  bilib.  1895-ci  ildə  Bakıda  meĢĢan  ailəsində 
anadan olub.  
Podporuçik  RƏHĠM  HADI  OĞLU  ĠMANOV  -  Bakıda  rus-tatar  məktəbini  və  1918-ci  ildə  Gəncə 
praporĢiklər məktəbini bitirib. Qusar alayında rota komandiri olub. 1902-ci il martın üçündə Bakıda doğulub. 

112 
 
Podporuçik AĞARƏHĠM BƏHMƏN MĠRZƏ OĞLU QULUBƏYOV - Bakıda beĢ sinifli gimnaziyanı 
və 1919-cu ildə Gəncə praporĢiklər məktəbini bitirib. 1896-cı ildə Bakıda meĢĢan ailəsində anadan olub. Milli 
orduya könüllü gəlib. 
Podporuçik ĠDRĠS ĠSMAYIL OĞLU QULĠYEV  - ġuĢada realnı məktəbi və 1920-ci il aprelin iyirmi 
altısında Azərbaycan Hərbiyyə məktəbini bitirib. Fransız, alman və erməni dillərini kamil bilirmiĢ. 1899-cu il 
mayın iyirmisində ġuĢada kəndli ailəsində anadan olub. 
Podporuçik  ƏMĠRCAN  MƏMMƏDƏLĠ  OĞLU  ƏKBƏROV  –  Ġlk  təhsilini  Nuxa  Ģəhər  dörd  sinifli 
məktəbdə  alıb.  1915-ci  ildə  poçtda  çinovnik  olub.  1917-ci  ildə  Tiflisdə  praporĢiklər  məktəbini  bitirib.  Milli 
Orduda podporuçik kimi xidmət edib. 1894-cü ildə Nuxa Ģəhərində anadan olub. 
Podporuçik  ƏLĠ  SƏMƏD  OĞLU  ALLAHVERDĠYEV  -  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini 
bitirib.  Milli  Ordunun  altıncı  alayında  podporuçik  kimi  xidmət  edib.  1891-ci  il  mayın  on  ikisində  Gəncədə 
meĢĢan ailəsində anadan olub. 
Podporuçik  ƏLĠ  ĠSRAFĠL  OĞLU  AXUNDOV  -  Bakıda  orta  politexnik  məktəbini  bitirib.  1919-cu  il 
sentyabrın onunda Milli Orduya hərbi qulluğa çağırılıb. 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə 
məktəbini bitirib. 1895-ci ildə ġamaxıda meĢĢan ailəsində anadan olub. 
Podporuçik  MALĠK  HEYDƏR  OĞLU  ƏLĠYEV  -  Bakıda  Ali-ibtidai  məktəbin  dörd  sinfini  bitirib. 
1918-ci  il  noyabrın  on  altısında  Gəncə  hərbi  məktəbinə  daxil  olaraq  oranı  1919-cu  ildə  bitirib.  1898-ci  ildə 
Bakıda meĢĢan ailəsində anadan olub. 
Podporuçik  AĞA  DADAġ  OĞLU  MƏLĠKOV  -  Salyanda  iki  sinifli  məktəbi  və  1919-cu  ildə  Gəncə 
praporĢiklər məktəbini bitirib. 1897-ci ildə Salyanda kəndli ailəsində anadan olub. 
Podporuçik  ABBAS  ZEYNALABDĠN  OĞLU  RƏSULOV  -  Üçüncü  Bakı  rus-tatar  məktəbində  təhsil 
alıb. 1919-cu ildə Gəncədə praporĢiklər məktəbini bitirib. 1895-ci ildə Bakıda anadan olub. 
Podporuçik CƏLAL ƏLƏSGƏR OĞLU SEYĠDBƏYLĠ - Gəncədə dörd sinifli məktəb bitirib. 1901-ci 
ildə  Goranboyun  Sarov  kəndində  anadan  olub.  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  Müsavat 
ordusunda rota komandiri olub. 
Podporuçik  DƏRAB  CABBAR  OĞLU  SULTANOV  -  Birinci  Tiflis  kiĢi  gimnaziyasını  və  1920-ci  il 
aprelin  iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  1902-ci  ildə  Zəngəzurda  kəndli  ailəsində 
anadan olub. 
Podporuçik  ƏBÜLFƏZ  VAHAB  OĞLU  SƏLĠMBƏYOV  -  Bakıda  Ali-ibtidai  məktəbi  və  1920-ci  il 
aprelin iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  1897-ci  ildə  Bakıda  meĢĢan  ailəsində  anadan 
olub. 
Podporuçik  ZAHĠD  CÜMġÜD  OĞLU  ġIXƏLĠBƏYOV  -  Ali-ibtidai  təhsil  alıb.  1920-ci  il  aprelin 
iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirib. Müsavat zabiti olduğuna görə Ģübhəli Ģəxs kimi 1930-
cu  ildə  Salyan  qazarmasında  xidmət  edərkən  həbs  edilib.  Sürgündə  vəfat  edib.  1897-ci  il  oktyabrın  altısında 
kəndli ailəsində anadan olub. 
Podporuçik  MƏMMƏD  BƏY  ƏLĠ  OĞLU  ġEYDAYEV  –  BeĢ  sinifli  ticarət  məktəbini  bitirib.  Ġran 
tələbəsidir.  1919-cu  ildə  praporĢiklər  məktəbini  bitirib.  1902-ci  il  sentyabrın  on  səkkizində  Tiflisdə  fəhlə 
ailəsində anadan olub. 
 
*   *   * 
 
Feldfebel CƏLĠL CAVAD OĞLU ƏHMƏDOV - Müsavat ordusuna könüllü xidmət edib. 1895-ci ildə 
Cəbrayılda kəndli ailəsində anadan olub. 
Feldfebel DAVUD HƏġĠM OĞLU ABDULLAYEV  – Müsavat ordusuna könüllü xidmət edib. Ailədə 
təhsil alıb. l895-ci ildə Zaqatalada azərbaycanlı türkünün ailəsində anadan olub. 
Feldfebel  TAHĠR  YUSĠF  OĞLU  RAMAZANOV  -  Zaqatala  sənət  məktəbini  bitirib.  Milliyyətcə 
ləzgidir. 1900-cü il fevralın altısında Qaxın Ġlisu kəndində anadan olub. 
*   *   * 
 
Yunker  PAġA  AĞABALA  OĞLU  BABAYEV  -  Altı  sinifli  Bakı  realnı  məktəbini  bitirib.  Müsavat 
ordusuna  könüllü  gəlib.  Bakıdakı  Azərbaycan  Hərbiyyə  məktəbində  təhsil  alıb.  1902-ci  il  aprelin iyirmisində 
Bakıda kəndli ailəsində anadan olub. 
Yunker  MUXTAR  ABUZƏR  OĞLU  ZÜLFÜQAROV  –  Quba  qəzasında  ruhani  seminariyasını  və 
Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  BeĢ  dil  bilib:  ərəb,  türk,  fars,  alman  və  tat.  1902-ci  il  mayın  iyirmi 
beĢində Qubanın Çiçi kəndində anadan olub. 
Yunker  SULTAN  MƏMMƏD  OĞLU  ġAYLIKOV  -  Ġki  sinifli  kənd  məktəbini  və  1920-ci  il  aprelin 
iyirmi  dördündə  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  Hərbiyyə  məktəbinə  1919-cu  ilin  noyabrında  qəbul 
olunub. 1898-ci il aprelin iyirmi beĢində ġuĢanın Alxaslı kəndində anadan olub. 

113 
 
 
*   *   * 
 
Kvartimeyster  ĠBRAHĠM AĞAKĠġĠ OĞLU ATAKĠġĠYEV  – Bakıda yeddinci rus-tatar və Ali-ibtidai 
məktəbini  bitirib.  1919-1920-ci  illərdə  Azərbaycan  Hərbiyyə  məktəbini  bitirib.  1897-ci  ildə  Bakıda  meĢĢan 
ailəsində anadan olub. 
Bu  siyahını  tamamlamaq  çox  çətindir.  Ona  görə  ki,  iyirminci  ilin  aprelindən  sonra  bolĢevik-daĢnak 
qırmızı orduları tərəfindən qətlə yetirilən, sürgün olunan zabit oğullarımız haqqında məlumat çox azdır. Arxiv 
sənədlərində və yaddaĢlarda onların bəzilərinin ad-familiyası, bəzilərinin də adı, ya da ancaq soyadı qalıb. Ona 
görə  də  onları  sizə  olduğu  kimi  təqdim  edirik:  Polkovnik  Hüseyn  xan  Naxçıvanlı,  podpolkovnik  Yaqub  bəy 
Əhmədzadə, podpolkovnik Nağı bəy Əlizadə, mayor Ġlyas bəy TalıĢxanlı, Ģtab-rotmistri Murad xan Naxçıvanlı, 
sıravi  hərbi  qulluqçular:  Ġbrahim  bəy  Fəttahov,  Cəfər  bəy  Axundzadə,  Fərhad  bəy  Ağalarov,  Hüseyn  bəy 
Mirizadə və Mehdizadə. 
Kapitan YAQUB BƏY SADIQ BƏY OĞLU AXMETYEV - Milliyyətcə tatardır. 1894-cü ildə Tiflisdə 
anadan  olub.  1914-cü  ilin  sentyabrında  Tiflisdəki  kadet  korpusunu  bitirmiĢdir.  1917-ci  ilə  kimi  Türkiyənin 
Ərzincan Ģəhərində yerləĢən 39-cu diviziyanın Quba alayında xidmət etmiĢdir. 1918-ci ildə Azərbaycan Milli 
Ordusuna  könüllü  daxil  olmuĢdur.  Bir  il  sonra  Zaqatalaya  komendant  təyin  edilmiĢdir.  1920-ci  il  iyulun  9-da 
ġəki və Zaqatalada bolĢeviklərlə qarĢı baĢlanan üsyanın baĢçılarından biri idi. Zaqatala qalasını tutan üsyançılar 
kapitan  Yaqub  bəyin  baĢçılığı  ilə  on  beĢ  gün  bolĢeviklərə  qarĢı  vuruĢur.  Ġyunun  20-də  komendant  -  kapitan 
Yaqub  bəy  Axmetyev  yaralanıb  ələ  keçmiĢ  və  bolĢeviklər  tərəfindən  edama  məhkum  edilmiĢdir.  Az  müddət 
Zaqatala  qalasında  saxlanan  mərd  kapitan  Yaqub  bəy  ağır  yaralı  halda  kameranın  divarına  yazmıĢdır:  “Mən 
kapitan Axmetyev ölüm hökmü altında yatıram. Heç bir cinayət eləməmiĢəm.  Vətənim Azərbaycanın azadlığı 
uğrunda bolĢeviklərə qarĢı vuruĢdum. Müsavat zabiti olduğuma görə güllələnməyə məhkum olmuĢam”. Həyat 
yoldaĢı Vəsilə xanımın Musabəyova Bakı rus-müsəlman qız məktəbində müəllimə idi. BolĢeviklər Yaqub bəyə 
edam  olunması  haqqında  qərar  oxuyanda,  “Qorxma,  mətin  ol,  nahaq  axıdılan  qanın  intiqamını  unutmarıq.”  - 
deyə hayqırdığı üçün Vəsilə xanımı Cənub cəbhəsi tribunalının sədri cəllad Georgi Atarbekov (Atarbekyan) özü 
güllələmiĢdir.  Qadına  əl  qaldıran  nadan  Atarbekyan  sonralar  da  “fəxrlə”  deyirmiĢ  ki,  Vəsilə  xanım 
Musabəyovanı və əri Yaqub bəy Axmetyevi özüm güllələdim. 
Ordu  quruculuğumuz  haqqında  bir  məsələni  də  xüsusilə  vurğulamaq  istərdim.  Otuzuncu  illərdən  sonra 
Rusiya və Azərbaycanın bədnam tarixçiləri tərəfindən çarizmə və cümhuriyyətə qarĢı eyni topdan güllə atmaq, 
azərbaycanlıların  ordu  sıralarına  çağırılmaması  iddiasını  əsaslandırmaq,  ümumiyyətlə  Azərbaycan 
Respublikasının ordu quruculuğu üzərinə kölgə salmaq məqsədilə bu ifadə iĢlənməyə baĢlamıĢdır. Halbuki, nə 
“Dikaya diviziya” vəhĢilərdən ibarət deyildi, nə də qırx minə yaxın ordu təĢkil etmiĢ respublika boĢ yerdə hərbi 
quruculuq yaratmamıĢdı. Üstəlik, onu də deyək ki, bu orduya Əliağa ġıxlinski, Səməd bəy Mehmandarov kimi 
dünya Ģöhrətli sərkərdələr baĢçılıq etmiĢdi. 
Tarixi saxtalaĢdırmaq - xalqın ömür yolunu çaĢdırmaq, keçmiĢini qaranlıq içərisində itirmək, gələcəyini 
dumanlığa qərq etməkdir. 
Qəribə  burasıdır  ki,  gec  də  olsa  rus  hərb  tarixçisi,  polkovnik  V.V.Popov  1997-ci  ildə  “Voenno 
istoriçeskiy  junal”nın  ikinci  sayında  “Dikaya  diviziya”nın  Birinci  Dünya  Müharibəsində  və  Port-Artur 
döyüĢlərində qəhrəmanlığını etiraf etmiĢdir. O, yazır: “1917-ci ilin oktyabr inqilabına və ondan sonra keçirilən 
tərxisə  qədər  qafqazlılar  hərbi  xidməti  rus  ordusunun  seçmə  hissələrində,  o  cümlədən  imperatorun 
mühafizəsində keçirdilər. Rus-yapon və Birinci Dünya Müharibəsində Qafqaz müsəlmanlarından təĢkil edilmiĢ 
birləĢmələr (məsələn, “VəhĢi diviziya” və ya “Tuzemnaya”) və süvarilər öz igidliyi və cəldliyilə, cəbhənin ən 
qorxulu sahələrindəki vuruĢmalarda cəsarət və qorxubilməzliyilə fərqlənirdilər.” 
 
*   *   * 
 
Bəzi  müsavat  əsgər  və  zabitinin  bioqrafiyasında  keçmiĢ  imperiya  ordusundan  qalma  istilah  və  rütbə 
adlarına rast gəlirik. 1918-1920-ci illərdə iĢlənən bu sözlərin və rütbələrin oxunuĢunda müasir oxucunun çətinlik 
çəkəcəyini nəzərə alıb onlardan bəzisinin izahını da veririk. 
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin