ĠƏMĠstan nəZĠRLĠ


Malik müəllim, bəs, təbii yer adları necə iĢlənmiĢdir? Onlar rus xəritə və mənbələrindəki kimi



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix31.01.2017
ölçüsü2,55 Mb.
#7178
1   2   3   4   5   6   7   8   9   ...   23

Malik müəllim, bəs, təbii yer adları necə iĢlənmiĢdir? Onlar rus xəritə və mənbələrindəki kimi 
dəyiĢdirilmiĢ, yoxsa türkcəsi saxlanılmıĢdır? 
-
 
General 
Ġbrahim 
ağanın 
xəritəsinin 
ən 
böyük 
dəyəri 
yer 
adlarının 
türkcə 
iĢlənməsidir. 
Məsələn, 
Kür-Araz 
ovalığında 
Muğan 
bozqırı, 
Mil 
bozqırı, 
ġirvan 
bozqırı 
kimi 
adlar 
saxlanılmıĢdır. 
Təbii 
coğrafi 
yer 
adları 
isə 
indikilərdən 
az 
fərqlənir. Məsələn: Dəli Məhəmmədi. 
Xəritədən kifayət qədər maraqlı məlumatlar almaq olar. Xüsusilə, tarixi adların verilməsi onun dəyərini 
daha  da  artırır  (Qarabulaq,  Əbdəllər,  Korusu,  Tərtər,  Ġrəvan,  Tiflis).  Salyan  və  Sabirabad  ərazisində  bir  çox 
qalaların  adları  (Mahmud  qala,  Cavad  qala,  ġin  qala,  Əbul  qala)  tarixi  məna  kəsb  edir.  Xəritədə  bu  qalaları 
yaradan Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkilməsi, göstərilməsi də elmi cəhətdən çox maraqlıdır. Xəzər 
dənizi  boyu  -  Dərbənddən  Astaraya  qədər  çoxlu  burunların  və  ətəkələrin  hamısı  türk  -  Azərbaycan  adı  ilə 
göstərilmiĢdir.  Müəllifin  silsiləni  sıralar,  aĢırımı  aĢma,  çölü  bozqır,  kəndi  köy  kimi  yazması  da  dilçilik 
baxımından çox maraqlıdır. 
Son  illər  erməni  millətçiləri  bir  çox  coğrafi  adları  əsassız  olaraq  dəyiĢdirmiĢ  və  təhrif  etmiĢlər.  Həmin 
baĢabəla “tədqiqatçılara” Ġ.Vəkilovun xəritəsi tutarlı cavabdır. Oxçu, Ağstafa, Alagöl, Qaragöl, Bazarçay və s. 
türk  mənĢəli  adlar  bunlara  əyani  misaldır.  Xəritədə  coğrafi  adların  düzgün  verilməsi  (oronimlər,  hidronimlər, 
oykenimlər) hazırda böyük elmi əhəmiyyətə malikdir. Saxtakar erməni tədqiqatçılarını ifĢa etmək üçün bu xəritə 
tutarlı mənbə hesab oluna bilər. 
Ġbrahim  ağa  Vəkilovun  xəritəsi  onun  əlimizdə  olan  yeganə  kartoqrafik  əsəridir.  Xəritənin tarixçi,  dilçi, 
coqrafiyaçı alimlər və siyasətçilərin dərindən təhlilinə ehtiyacı var. Ġndiki dövrdə bəzi mübahisəli məsələlərin 
(ad, sərhəd) aydınlaĢdırılmasında ondan istifadə etmək vacibdir. Xəritədə göstərilmiĢ, indi isə unudulmuĢ türk 
mənĢəli adların bərpa olunmasında bu xəritənin çox böyük rolu ola bilər. 
Azərbaycan Respublikasının qonĢu dövlətlərlə sərhədlərinin xəritədə göstərilməsi (xüsusən, Ermənistan, 
Dağıstan) müəllifin Qafqazı yaxından tanımasından irəli gəlir. 
Ġbrahim ağa Vəkilovun “Azərbaycan Respublikasının siyasi və təbii xəritəsi” adlı məzmunlu kartoqrafik 
əsəri qəza sərhədlərini (siyasi vəziyyəti) çox əyani göstərən bir xəritədir. 
Ġstedadlı topoqrafik-xəritəçi Ġbrahim ağa Vəkilovun bu xəritəsinin üzərində kiçik əl gəzdirməklə yenidən 
çap  olunması  vacibdir.  Mənə  belə  gəlir  ki,  Ġ.Vəkilovun  əlimizə  gəlib  çatmayan  çoxlu  əsəri  hələ  də  müxtəlif 
arxivlərdə öz tədqiqatçısını gözləyir. 
Azərbaycan Respublikasının müstəqillik yolunda atdığı addımlar bizi unutdurulmuĢ məĢhurlarımızla daha 
yaxından tanıĢ olmağa, onların əsərlərinin toplanıb çap olunmasına köməklik göstərəcəkdir. 


 
Ġbrahim  ağa  Vəkilovun  topoqrafiya  və  kartoqrafiya  sahəsində  apardığı  iĢlər  onun  həmvətənlərinə 
layiqincə çatdırılmalıdır. Bunun üçün gənclərə Vətən təəssübkeĢliyi, milli hiss, keçmiĢimizə qayğı kimi mənəvi 
keyfiyyətlər aĢılanmalıdır. 
Təəssüf ki, belə bir görkəmli alim-general haqqında Azərbaycan Ensiklopediyasında bir sətir belə yoxdur. 
 
AĠLƏNĠN BƏXT ULDUZU 
 
Arxiv  sənədlərində  general  Ġbrahim  ağa  Vəkilovun  hərbi  topoqrafiya  sahəsində  qeyrət  və  vicdanla 
çalıĢmasına aid maraqlı sənədlər, rəylər vardır.  
Bir Ģəhadətnamə də diqqətimi cəlb edir. O, 1928-ci il iyulun 30-da Azərbaycan SSR Xalq Ġctimai Təminat 
komissarı Muxtar Hacıyev tərəfindən verilib:  
“Bununla təsdiq edirəm ki, hərbi topoqraf İbrahim ağa Vəkilov, mən Azərbaycan MİK-nin sədri olarkən, 
bir neçə dəfə müxtəlif komissiyalara üzv seçilib, eləcə də Azərbaycan və Ermənistan respublikalarının sərhəddi 
təyin  ediləndə  və  ümumiyyətlə,  Azərbaycan  MİK  yanında  müxtəlif  işlərdə  iştirak  etmişdir.  Yoldaş  Vəkilov 
ixtisasını qəlbən sevir, üzərinə düşən vəzifəni vicdanla, ləyaqətlə və səliqəli yerinə yetirirdi”. 
ġair Mənsur Vəkilovun yaddaĢından: 
1952-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini iĢləyən atam Fəxri Məmmədrza ağa 
oğlu  Vəkilovla  bağlı  maraqlı  bir  hadisəni  indi  də  unuda  bilmirəm.  Gecə  yarısı  qəfildən  qəbuluna  çağıran 
Mircəfər  Bağırov  elə  qapının  astanasında  sərt  səslə  atamdan  soruĢmuĢdur:  “General  Vəkilov  sənin 
qohumundur?” Bu qəfil çağırıĢdan yaxĢı heç nə gözləməyən rəngi saralmıĢ atam “Bəli” cavabını verir. Bir az 
mülayimləĢən  Bağırov  səsinin  ahəngini  yumĢaldıb  demiĢdir:  “Niyə  həyəcan  keçirirsən?  Belə  qohumla  ancaq 
fəxr  etmək  olar.  Bu  yaxınlarda  bizim  sərhədlərimiz  haqqında  mən  ermənilərlə  mübahisə  edirdim.  Vəkilovun 
xəritəsini tapıb əyani olaraq onlara sübut etdim ki, sizin mübahisə etdiyiniz torpaqlar bizimdir.” 
Bu əlbəttə o dövrün dəhĢətli möcüzəsi idi: bunları o adam deyirdi ki, general Ġbrahim ağa Vəkilovun iki 
oğlundan  birini-polkovnik  Qalib  bəyi  güllələtmiĢdi,  mühəndis  Faris  bəyi  isə  on  səkkiz  illik  sürgünə 
göndərmiĢdi. 
1933-cü il noyabrın 29-da qocaman generala Azərbaycan SSR Xalq Komissarlığı fərdi təqaüd kəsmiĢdir. 
Ömrünün  çoxunu  Tiflisdə  yaĢayan  və  iĢləyən  Ġ.Vəkilov  1884-cü  ildə  rus  qızı  Yelena  Yefimovna 
Yermolayeva  ilə  ailə  həyatı  qurmuĢdur.  Bir-birini  sevərək  xoĢbəxt  ailə  quran  gəncləri  imperator  Üçüncü 
Aleksandrın  ədalətsiz  qanunu  çıxılmaz  vəziyyətdə  qoymuĢdu.  Çarın  qanununda  deyilirdi  ki,  müsəlmanın  rus 
qızına evlənməyi qəti qadağan olunur. Əks təqdirdə müsəlman oğlanı rus qızına evlənərsə, o, mütləq öz islam 
dinindən  çıxıb,  xristianlığı  qəbul  etmirsə,  valideynlik  hüququndan  məhrum  olunur.  Vəziyyətdən  çıxıĢ  yolu 
axtaran  Ġbrahim  ağa  Vəkilov  imperator  III  Aleksandrın  müqqəddəs  sinoduna,  yəni  ruhanilər  məclisinin 
oberkuryerinə - məĢhur Pobedonosevə müraciət etməli olur. O, xahiĢ edir ki, xristian dinini qəbul etməyi ona 
məcbur  etməsinlər  və  kəbini  qanuniləĢdirsinlər.  Çarın  sadiq  nökəri  Pobedonosev  qəti  etirazını  bildirir,  hətta 
onun  üzərinə  hücum  edib  təqsirləndirərək  deyir  ki,  siz  rus  qızı  ilə  kəbin  kəsdirməyi  heç  xəyalınıza  belə 
gətirməyin. Biz sizdən uĢaqları belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz yoxdur. 
Nəhayət,  1891-ci  ildə  bu  gənc  ailənin  bəxt  ulduzu  doğdu.  Tale  sanki  özü  onların  xoĢbəxtliyini 
himayəçiliyinə  götürdü.  Həmin  ili  kapitan  Ġbrahim  ağa  Vəkilov  çarın  xüsusi  əmri  ilə  ən  yaxĢı  topoqrafiya 
mütəxəssisi kimi Türkiyəyə ezam olundu. 
Ġki il sonra 1893-cü ildə Ġbrahim ağa ilə Yelenaya Bolqarıstanlı keĢiĢ Georgi Misarov qanuni kəbin kəsdi. 
Bu vaxt ər otuz doqquz, arvad isə otuz iki yaĢında idi. Artıq onun ailəsi də böyümüĢdü: ailənin böyük oğlu Faris 
bəyin yeddi, kiçik oğlu Qalib bəyin isə altı yaĢı vardı. 
General Ġbrahim ağa Vəkilov böyük Ģairimiz Səməd Vurğunun əmisi oğludur. ġairin qardaĢı Mehdixan 
Vəkilov “Mənim qardaĢım” xatirə povestində yazır: 
“Səməd Vurğunun general İbrahim ağa ilə axırıncı söhbəti (general İ.Vəkilov 1934-cu il iyunun 2-də 
vəfat  edib  -  Ş.N.)  onun    arvadı  Yelena  Yefimovnanın  öz  oğlanlarının  islam  dinini  qəbul  etmələrinin 
mümkünlüyü barədə L.N.Tolstoydan məsləhət istəməsi haqqında göndərdiyi məktub və aldığı cavab ətrafında 
olmuşdur”. 
 
LEV TOLSTOYA MƏKTUB 
 
Aradan  altı  il  keçdi.  Ancaq  nə  Ġbrabim  ağanın  ata  ürəyi  sakit  olur,  nə  də  Yelena  Yefimovnanın  ana 
qəlbinin narahat döyüntüləri kəsilirdi. Onların intizarının əsas səbəbi oğlanlarının hansı dinə qulluq etmələri idi. 
Tale  onlara  üçüncü  övlad  da  bəxĢ  etmiĢdi.  Reyhanın  artıq  on  üç  yaĢı  vardı.  Hara  gedib,  kimdən  ağıllı  bir 
məsləhət almalı? Rəsmi dövlət idarələri və din xadimləri çıxılmaz vəziyyətdə qalan ailəyə bu barədə kömək edə 
bilmirdilər. 


 
Generalın Peterburq Texnologiya Ġnstitutunda təhsil alan böyük oğlu Borisi, Moskvadakı Alekseyev hərbi 
məktəbində oxuyan Qlebi də bir sual düĢündürürdü: Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz sual 
qarĢısında qalan hər iki qardaĢ tez-tez ana-ataya müraciət edirdilər. 
Faris bəy Vəkilovun söhbətindən: 
- Mənim on doqquz yaĢım tamam oldu. Dərs məĢğələləri ilə bərabər Məhəmmədin dininə keçmək fikri də 
məni  tərk  etmirdi.  1904-05-ci  illərdəki Ģərait  bu  niyyətimin  həyata  keçməsinə  kömək  etməli  idi.  Bəd  niyyətli 
rus-yapon  müharibəsi,  xalq  kütlələri  arasındakı  inqilabi  əhvali-ruhiyyə  çar  hökumətini  bəzi  liberal  qərarlar 
verməyə məcbur etdi. 
1904-cü  ildə  “Din  azadlığı  haqqında  manifest”  nəĢr  olundu.  Orada  hər  hansı  bir  səbəbdən  ata-baba 
dinindən dönmüĢlərə yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi ki, müvafiq ərizə vermək 
kifayətdir ki, bununla da məsələ həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim Peterburqa 
gəliĢimin  birinci  ilində  pravoslav  dininin  müdafiəçilərinin  bilavasitə  yaxınlığında  bu  məsələni  qaldırmağı 
məsləhət görmədilər. Anamın Lev Tolstoya məktubunda da ehtiyat öz əksini tapmıĢdı. XoĢagəlməz hadisələrdən 
yaxa qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli olduq. 
Ata  -  Ġbrahim  ağa  Vəkilov  və  ana  -  Yelena  Yefimovna  belə  qərara  gəldilər  ki,  müdrik  yazıçı  Lev 
Tolstoydan baĢqa heç kəs bu ciddi ailə məsələsinə ağıllı cavab verə bilməz. Ona görə də 1909-cu il martın 2-də 
Tiflisdən Yelena Vəkilova yazırdı: 
 
“Bizim dərin istəkli müəllimimiz Lev Nikolayeviç! 
 
Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarĢınızda üzrxahlıq üçün söz tapa bilmirəm. Bilirəm 
ki,  mənim  kimi  Sizdən  məsləhət  almaq  istəyənlər  çoxdur,  bütün  bunlara  baxmayaraq  mən  də  sizə  müraciət 
edirəm. Çünki həyat mənim qarĢımda gücüm çatmaz bir məsələ qoymuĢdur. 
Mən  çalıĢacam  ki,  istədiyimi  qısaca  izah  edim.  Mənim  əlli  yaĢım  var,  üç  uĢaq  anasıyam,  ərim 
müsəlmandır,  ancaq  kəbinimiz  qanunidir.  UĢaqlarımız  Pravoslav  (xristian)  dininə  etiqad  edirlər.  Qızım  on  üç 
yaĢındadır.  Oğlanlarımdan  birinin  iyirmi  üç  yaĢı  var.  O,  Peterburq  Texnologiya  Ġnstitutunun  tələbəsidir.  O 
birinin  iyirmi  iki  yaĢı  var. Moskvadakı  Alekseyev  Hərbi Məktəbinin  yunkeridir.  Bax,  bu  oğullarım  atalarının 
dini  etiqadına,  daha  doğrusu,  müsəlmanlığa  keçmək  üçün  məndən  icazə  istəyirlər.  Mən  nə  etməliyəm?  Mən 
bilirəm ki, indi bu, mümkündür və həmçinin bizdə yaĢayan yadellilərə pis münasibəti də bilirəm. Onlarda bu 
fikrin  oyanmasına  səbəb  xırda  həyati  məsələlər  deyil:  nə  maddi  təminat,  nə  də  mənsəbpərəstlik  onları  bu  iĢə 
təhrik edir. Ancaq qaranlıqda qalan tatar (Azərbaycan - ġ.N.) xalqına kömək etmək məqsədini güdürlər. Xalqla 
qovuĢmağa, xalqa yanaĢmağa din onlara mane olur. Amma  mən qorxuram ki,  bu dar düĢüncəli məsləhətimlə 
onları pis məqsədə təhrik edəm. Mən öz dərdlərimlə tənhayam. Ah, əgər mən əzablarımı və mübarizəmi yaza 
bilsəydim... Mən öz övladlarını dəlicəsinə sevən bir ananın göz yaĢları ilə yazıram. Budur, əzabdan ağlını itirmiĢ 
halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız Siz öz ağlınızla həyatımızın hazırkı Ģəraitində bunun 
nə ilə nəticələnəcəyini duya bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu, mənə dəhĢətli 
əzablar verir. 
Lev  Nikolayeviç,  Siz  bizə,  biz  balaca  adamlara  heç  vaxt  ürəkdən  gələn  dəyərli  məsləhətlərinizi 
əsirgəməmisiniz. Bunu bildiyim üçün cəsarət edib Sizi öz xahiĢimlə narahat etdim. Məni təsəlli oduna atın. 
Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa məni məcbur edən dəlicisinə 
analıq sevgisidir. 
Bütün qəlblə Sizə sadiq olan 
Yelena Yefimovna Vəkilova. 
Tiflis şəhəri,  
Uçebnıy Pereulok 1, ev 8. 
 
*   *   * 
 
1909-cu il martın on beĢində Yasnaya Polyanadan göndərdiyi cavab məktubunda dahi sənətkar yazırdı: 
 
Yelena Yefimovna (Vəkilova) 
 
Sizin oğullarınızın tatar xalqının maariflənməsinə kömək etmək arzusunu təqdir etməyə bilmərəm. Belə 
olduğu halda Məhəmmədin dinini qəbul etməyin nə dərəcədə lazım olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, 
Sizə  deməliyəm  ki,  hökuməti  etiraf  etmədən,  adamın  hansı  dinə  mənsub  olması  barədə  kimə  olursa-olsun, 
məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın dinini pravoslavdan üstün tutaraq 
qəbul etmələri, yəni bir dindən baĢqa dinə keçmələri barədə kiməsə məlumat vermələri gərək deyildir. Bəlkə bu, 

10 
 
zəruridir, lakin mən bu haqda bir Ģey deyə bilmərəm, ona görə də Sizin övladlarınız bu haqda lazımi hökumət 
orqanlarına xəbər verib-verməmələri barədə özləri qərar qəbul etməlidirlər. 
Müsəlmançılığın  pravoslavlıq  qarĢısındakı  üstünlüyünə  və  xüsusilə  Sizin  övladlarınızın  xidmət 
etdikləri məqsədin alicənablığına gəlincə, bu hərəkətə bütün qəlbimlə rəğbət bəsləyirəm. 
Xristian idealı və təlimini onun həqiqi mənasında hər Ģeydən üstün tutan bir adam üçün bunu demək nə 
qədər  qəribə  olsa  da  deməliyəm  ki,  müsəlmançılığın  öz  xarici  formasına  görə  kilsə  pravoslavlığından 
müqayisəolunmaz  dərəcədə  yüksəkdə  durması  məndə  heç  bir  Ģübhə  doğurmur.  Belə  ki,  əgər  bir  kəsin 
qarĢısında  kilsə  pravoslavlığına,  yoxsa  ki,  islam  dininə  sitayiĢ  etmək  yollarından  hansını  seçmək  məsələsi 
qoyularsa, onda hər bir ağıllı adam, mürəkkəb və anlaĢılmaz ilahiyyatın - üçsifətli allahın, günahın bağıĢlanması 
mərasiminin,  dini  ayinlərin,  Ġsanın  anasına  yalvarıĢının,  müqəddəslər  və  onların  Ģəkillərinə  saysız-hesabsız 
ibadətlərin əvəzinə bir ehkamı vahid Allahı və peyğəmbəri olan islam dinini, Ģühbəsiz ki, üstün tutar. Bu, 
baĢqa cür ola da bilməz, çünki xristian təliminin mahiyyətini qaranlıqlaĢdıran və kilsəyə daxil olan bir çox 
mövhumi  mərasimlərin  olmaması  baxımından  və  xristianlıqdan  600  il  sonra  meydana  çıxması  baxımından 
müsəlmançılıq  xristianlıqdan  üstün  durmaya  bilməz.  Ayrı-ayrı  fərdlərin,  bütün  insanlığın  və  bütün 
insanların  həyatının  əsasını  təĢkil  edən  dini  Ģüurun  təkmilləĢdiyi  kimi,  həyatda  hər  Ģey  inkiĢaf  edir  və 
təkmilləĢir.  Dinin  təkmilləĢməsi  isə  onun  sadələĢməsindən,  aydınlaĢmasından  və  onu  müəmmalı  edən  hər 
Ģeydən  azad  olmasından  ibarətdir.  Dini  həqiqətin  onu  əmmalı  edən  hər  vasitədən  azad  edilməsi  ən  qədim 
zamanlardan  bəri,  bütün  böyük  dinlərin  əsasını  qoyan  bəĢər  mütəfəkkirləri  tərəfindən  həyata  keçirilmiĢdir. 
Beləliklə, bizə məlum olan bütün dinlərin hamısından əvvəl belə yüksək, uca din anlayıĢı Vedının (Hindistanda) 
kitablarında sonralar Moiseyin, Buddanın, Konfutsyanın, Lao-Tsenin, Xristianın və Məhəmmədin təlimlərində 
verilmiĢdir.  Dini  onun  köhnə,  kobud  mənasından  azad  edib,  daha  dərin:  sadə  və  ağıllı  həqiqətlərlə  əvəz  edən 
bütün bu təzə din xadimləri böyük adamlar olublar, lakin məhz böyük adam olduqlarındandır ki, həqiqəti olduğu 
kimi, bütün aydınlığı, dərinliyi və saflığı ilə keçmiĢ yanlıĢ fikirlərindən azad Ģəkildə ifadə edə bilməyiblər. Bu 
adamların səhv edə bilməyəcəkləri, onların bütün dediklərinin təkzibolunmaz əsl həqiqət olduğu güman edilsə 
də, onların özlərindən çox-çox aĢağıda duran Ģagirdləri həqiqəti bütün dərinliyi ilə dərk etmədən, təbiidir ki, onu 
daha dəbdəbəli və hamı üçün mütləq etmək arzusu ilə ona çoxlu lazımsız əlavələr, ələlxüsus əcaib ünsürlər daxil 
etdiklərindən, əksəriyyət üçün həqiqəti vacibliyi ilə görmək çətin olur. Həqiqətin din tərəfindən belə təhrifi nə 
qədər çox etiraf edilmiĢdirsə, bu təhriflər o qədər də çox artmıĢ, nəticədə din xadimləri tərəfindən kəĢf olunmuĢ 
əsl həqiqət qaranlıqlaĢmıĢdır. Elə buna görə də ən qədim dinlərdə həqiqəti gizləyən möcüzə və mövhumatlar hər 
Ģeydən  çoxdur:  bu,  ən  çox,  ən  qədim  dində,  oramin  dinində,  ondan  az  yəhudi  dinində,  ondan  da  az  budda, 
konfuksiya,  taosist  dinlərində,  daha  az  xristian  dinində,  nəhayət,  lap  az  və  axırıncı  böyük  din  olan  islam 
dinindədir. Odur ki, müsəlmanlıq bu baxımdan ən əlveriĢli Ģəraitdədir. 
Ġslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və öz bünövrəsinə Məhəmmədin dini - mənəvi 
təliminin  əsaslarını  qoysa,  təbiidir  ki,  bütün  böyük  dinlərin  əsasları,  ələlxüsus,  həqiqəti  etiraf  edən  xristian 
təliminin  əsasları  ilə  birləĢir.  Sizə  belə  uzun-uzadı  ona  görə  yazıram  ki,  siz  mənim  fikirlərimi  oğullarınıza 
çatdıracaqsınız və bu fikirlər onların gözəl məramlarının həyata keçməsinə yaraya bilərlər. Dinin mahiyyətini 
təĢkil edən həqiqətlərin böyük onu qaranlıqlaĢdıran hər Ģeydən təmizlənməsinə təsir etmək insan fəaliyyətinin 
ən yaxĢı növlərindən biridir. Əgər Sizin övladlarınız bu fəaliyyəti həyat məqsədləri hesab etsələr, onda onların 
həyatı dolu və tam olacaq. 
Bilmirəm,  müsəlmançılıqda  mənə  məlum  olan,  ali  əsas  həqiqətləri  gizlədən  yanlıĢ  fikirlərdən  və 
mövhumatından  azad  edilməsinə  xidmət  edən  iki  təlim  Sizə  və  Sizin  övladlarınıza  məlumdur,  ya  yox.  Buna 
görə, hər iki təlim təqibə məruz qalıb, indi də məruz qalır. Bu təlimlərdən biri Ġranda yaranmıĢ, sonra Türkiyəyə 
keçmiĢ və orada təqibə məruz qalan babistlər təlimi indiki Akkedə yaĢayan Baqo-Ullanın oğlunda səfərbər olub. 
Ancaq  bütün  insanlıq  üçün  vahid  olan  məhəbbət  dinini  qəbul  edən  bu  təlim,  ibadətin  heç  bir  xarici 
formasını qəbul etmir. 
Ġkinci təlim Kazanda meydana çıxıb. Onun tərəfdarları özlərini banilərinin adıyla, Allah alayı və yaxud da 
Vaisovçular  adlandırırlar.  Bu  adamlar  da  inamın  mahiyyətini  məhəbbətdə  görürlər  və  məhəbbətə  zidd  gedən 
bütün tədbirlərdən kənarda qalırlar. Bu sekta da təqib olunur və bu günlərdə onun rəhbərləri tutulub həbsxanaya 
salınıblar. 
Əgər  mənim  məsləhətlərim  heç  olmasa  bir  Ģeyə  yarasalar,  Siz  və  yaxud  da  Sizin  oğullarınız  özlərinin 
sonrakı fəaliyyətləri haqqında qərarlarını mənə bildirsələr, çox Ģad olaram. 
Lev Tolstoy
2
 
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb. Bunu dörd səhifəlik və demək olar ki, 
təcili  yazılan  cavab  məktubundan  da  hiss  etmək  olur.  Tolstoyun:  “müsəlmançılığın  öz  xarici  formasına  görə 
kilsə  pravoslavçılığından  müqayisə  olunmaz  dərəcədə  yüksəkdə  durması  məndə  heç  bir  Ģübhə  doğurmur” 
cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə hökm kimi oxunub, qanun kimi qəbul olundu. 
                                                           
2
 Lev Tolstoyun məktubu makinada yazılıb. Müəllif cümlənin altından xətt çəkib və sonda “Lev Tolstoy” sözlərini öz dəsti-xəttilə yazıb - ġ. N. 
 

11 
 
Lev  Tolstoyun  məktubundan  sonra  Tiflisdəki  Zaqafqaziya  Ruhani  Ġdarəsi  general-mayor  Ġbrahim  ağa 
Vəkilovun övladlarını müsəlmanlığa qəbul etmiĢ və bu barədə Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadənin imzası 
ilə  rəsmi  sənəd  vermiĢdir.  UĢaqların  adını  da  dəyiĢdirmiĢlər:  Boris  Faris  olmuĢ,  Qleb  isə  Qalib  kimi 
rəsmiləĢmiĢdir. 
Lev  Tolstoyun  Yelena  Yefimovna  Vəkilovaya  yazdığı  məktubun  əslini  oğlu  Faris  1978-ci  ildə 
Moskvadakı Lev Tolstoy adına Muzeyə vermiĢdir. Surəti isə bu sətirlərin müəllifindədir. 
Dahi Tolstoy  müsəlman dininə etiqadını təkcə bu məktubla izhar etməmiĢdir. Onun çoxminli qələm və 
qəlb dostları Tolstoyun Ġslam dininə, Məhəmməd peyğəmbərin Ģəxsiyyətinə ülvi məhəbbəti barədə yazır, söhbət 
açırlar. Tolstoyun özünün birbaĢa etirafı isə ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz aĢağıdakı söhbətində 
aydın görünür. 
Milliyyətcə slovak olan D.P.Makovitski altı il Lev Tolstoyun Ģəxsi həkimi olmuĢ və çoxsaylı qonaqların 
Tolstoyu ziyarət etməsi barədə “1904-1910-cu illərdə Tolstoyun yanında” adlı monumental bir əsər yazmıĢdır. 
1979-cu ildə həmin dörd cildlik “Yasnopolyana qeydləri” adı ilə Moskvada ilk dəfə nəĢr olundu. Kitabın 
üçüncü  cildinin  üç  yüz  əlli  altıncı  səhifəsində  Tolstoyun  ailəvi  söhbəti  verilib.  Oxucu  orada  dahi  yazıçının 
general Ġbrahim ağa Vəkilovun həyat yoldaĢından qayğısının və Ġslam dinini qəlbən sevməsinin bir daha Ģahidi 
olur. 
DuĢan Petroviç Makovitski yazır: 
“1909-cu  il  martın  13-də  Lev  Nikolayeviç  söhbət  zamanı  dedi:  bir  anadan  məktub  almışam,  yazır  ki, 
uşaqlarımın  atası  müsəlmandır,  özüm  isə  xristianam.  İki  oğlum  var:  biri  tələbədir,  o  biri  zabit.  Hər  ikisi  də 
müsəlman dininə keçmək istəyir. 
Sofya Andreyevna: - Yəqin ki, oğlanları müsəlman dininə çoxarvadlı olmaq xatirinə keçmək istəyir. 
Lev Nikolayeviç: - Nə olar ki... Məgər bizdə çoxarvadlılar azdır? 
Sonra  Lev  Nikolayeviç  dedi  ki,  bu  məktub  haqqında  fikirləĢərkən  mənim  üçün  çox  Ģey  aydınlaĢdı. 
Məhəmməd həmiĢə Yevangelini üstələyir. O, Ġsanı Allah hesab etmir və özünü də Allaha bərabər tutmur. 
Müsəlmanların allahdan baĢqa allahı yoxdur və Məhəmməd onun peyğəmbəridir. Burada heç bir müəmma 
və  sirr  yoxdur.  Hansı  yaxĢıdır:  xristianlıq  yoxsa  müsəlmançılıq?  Mənim  üçün  aydındır  ki,  müsəlman  dini 
daha yaxĢıdır, daha üstündür. Qısa müddət susduqdan sonra Lev Nikolayeviç təkrar etdi:  - Müsəlmançılıq 
müqayisəolunmaz dərəcədə xristianlıqdan üstündür. Müsəlmançılıq mənə çox kömək etmiĢdir. 
Mixail Vasilyeviç: - Zaporojyeli nekrasovçular
3
 müsəlman dininə keçmiĢlər. 
Lev Nikolayeviç: - Ġnsan inkiĢaf etdikdə dinin əsasları da: taosizm, buddizm, xristianlıq da inkiĢaf edir. 
Bunların da hamısının dini əsasları birdir. Zaman keçdikcə bu da birliyə və sadəliyə gətirib çıxardır. 
 
GECĠKMĠġ CAVAB 
 
Düz  səksən  iki  il  keçəndən  sonra  “Literaturnaya  qazeta”  yeddi  nömrəli  dosyesində  (1991-ci  il)  general 
Ġbrahim ağa Vəkilovun ailə məktubu haqqında məlumat verdi. Dosye islam dininin bütün doğmalarını özündə 
birləĢdirən dahi kitab - Qurani-Kərimə həsr olunmuĢdu. Bu təĢəbbüs Ġslam dininin əsasları barədə çoxminli rus 
oxucularına açıq, mübaliğəsiz məlumat vermək üçün gözəl bir baĢlanğıc idi. 
Yazıçı  Lev  Tolstoyun  Yelena  Vəkilovaya  yazdığı  məktubdan  hissələr  dərc  edən  qəzet  həm  də  sorğu 
vermiĢdi ki, çox təəssüf edirik, Vəkilovanın Ģəxsiyyəti haqqında heç bir məlumatımız yoxdur. 
Azərbaycanda  bu  sorğuya  cavab  verən  bircə  adam  tapıldı  -  generalın  yeganə  nəvəsi,  professor  Leyla 
Qalib qızı Vəkilova. Cavabında bu məsələni dəqiq açıqlayan Leyla xanım yazır: 
“Əhvalat  belə  olmuĢdu:  Qızlıq  famili  Yermolayeva  olan  Yelena  Yefimovna  hərbçi-zadəgan 
ailəsində  doğulmuĢdur.  Tiflisdə  zabit  toplanıĢlarının  birində  o,  gənc  zabit  Ġbrahim  ağa  PaĢa  ağa  oğlu 
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin