Podporuçik Sadıq Əsgər oğlu Vəkilov 1895-ci ildə Qazax qəzasının Salahlı kəndində anadan olub.
Müsavat ordusunda üçüncü Gəncə piyada alayında kiçik zabit kimi xidmət edib. Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasının Tatar-Azərbaycan Ģöbəsini və 1918-ci ildə Gəncədəki praporĢiklər məktəbini bitirib.
Azərbaycan Milli Ordusunun kapitanı Bahadır bəy Ġbrahim ağa oğlu Vəkilov da bu nüfuzlu nəslin
nümayəndəsidir. 1889-cu il martın 24-də Qazaxda zadəgan ailəsində anadan olub. Ġlk təhsilini Tiflisdə birinci
kiĢi gimnaziyasında alıb. 1918-ci il mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub.
Sentyabrın 1-dən piyada qoĢunlarında kiçik yunker, böyük yunker rütbəsində xidmət edib, noyabrın 18-də isə
Gəncədəki praporĢiklər məktəbini birinci dərəcə ilə bitirib. Məktəbi əla qiymətlərlə bitirdiyinə görə o, hərbi
məktəbdə rota komandiri vəzifəsində saxlanılıb. Məktəbin rəisi polkovnik ġirin bəy Kəsəmənski 28 fevral 1919-
cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə qeyd edir ki, əla davranıĢa və yüksək əxlaqa malikdir.
Zabit kadrlarının yetiĢdirilməsinə tam layiqdir. Siyasi hazırlığı var. Martın iyirmi ikisində hərbi nazir, tam
artilleriya generalı Səməd bəy Mehmandarov Gəncə praporĢiklər məktəbinin rəisinə belə bir əmr göndərib:
“Gəncə praporşiklər məktəbinin əlli nəfərdən çox məzununa əziz Novruz bayramı ərəfəsində praporşik
rütbəsi verilsin. Onlar xidmət üçün birinci Azərbaycan süvari diviziyasına, üçüncü Gəncə süvari alayına,
Əlahiddə Zaqatala batalyonuna yüngül artilleriya divizionuna göndərilsin. Gəncə praporşiklər məktəbini əla
bitirdiklərinə görə podpraporşik İsrafil ağa Şıxlinskiyə, Bahadır bəy Vəkilova, Musa bəy Şəmsəddinskiyə, Həşim
bəy Sultanova, Həmid Mustafayevə, Mahmud Mustafayevə, Əli Ağa oğlu Şıxlinskiyə və Süleyman xan Sultanov-
İlisuluya bayram münasibətilə pul mükafatı verilsin”.
22
Həmin ilin mart ayında bacarıqlı zabit Bahadır bəy Vəkilov üçüncü Gəncə süvari alayının tərkibində
ölkənin ġərq-Qərb cəbhəsinə ezam olunur. O, Ordubad rayonunda yerləĢən hərbi dəstənin komandanı təyin
olunur. Naxçıvan və ġərur qəzasının komandanı Kəlbalı xan Naxçıvanski 1919-cu il mayın 9-da BaĢ Qərargahın
rəisinə göndərdiyi raportda praporĢik Bahadır bəy Vəkilovun Ġran quldur dəstələrinə və daĢnak generalı
Andronikə, qarĢı döyüĢlərdə göstərdiyi qəhrəmanlığı haqqında məlumat verir.
O, yazır: “Martın 17-də Yaycı kəndinə hücum edən səksən nəfərlik İran quldur dəstəsi yerli əhalinin iki
yüz yetmiş beş iri buynuzlu mal-qarasını oğurlamışdı. Praporşik Vəkilov mənim ərimlə otuz nəfər süvari dəstə
ilə onların dalınca gedib quldurları Araz sahilində yaxalamışlar. Güclü döyüşlərdən sonra mal-qara geri
alınmış və on beş nəfər quldurun meyidi Araz sahilində qalmışdır.
Martın 26-da Parağa kəndinə hücum edən ermənilər iki yüz iribuynuzlu mal-qaranı aparmışlar və yeddi
müsəlman kəndlisini öldürmüşlər. Səhərisi erməni kəndini süvari dəstəsilə mühasirəyə alan praporşik Vəkilov
tələb etmişdir ki, mal-qara qaytarılsın və cinayətkarlar cəzalandırılmaq üçün bizə verilsin. Lakin ermənilər
atəşlə cavab vermişlər. Praporşik Vəkilovun cəld və bacarıqlı komandanlığı sayəsində üç saatlıq döyüşdən
sonra ermənilər mal-qaranı və cinayətkarları qaytarmışlar. Döyüşdən sonra məlum olur ki, praporşik
Vəkilovun üç nəfər əsgəri yaralanmışdır.
Aprelin 10-da ermənilərin “qəhrəmanı” Andronik ingilislərlə danışığından sonra Gorusdan Ordubadın
25 kilometrliyindəki Karçevan kəndinə gəldi. Nizami erməni dəstəsi Ordubadın ayrı-ayrı kəndlərini zəbt etmək
üçün Nüsnüs kəndinə hücum etdi. Praporşik Vəkilovun bacarıqlı döyüş əməliyyatı sayəsində Nüsnüs kəndi
ermənilərdən təmizləndi. Digər müsəlman kəndləri də erməni hücumundan xilas oldu.
Aprelin 15-də ermənilərin nizami hərbi dəstəsi Ordubadın səkkiz verstliyindəki darvazaya yenidən hücum
etdi. Erməni hərbi dəstəsinin güclü qüvvə ilə hücum etməsinə baxmayaraq, beş saatlıq ara verməyən döyüşdə
düşmənin əksər qüvvəsi öldürüldü, qalanları isə qaçmağa məcbur oldu. Bu döyüşdə praporşik Vəkilov Bahadır
bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə yaralandı.
Bütün göstərilənlərdən sonra xahiş edirəm ki, üçüncü Gəncə süvari alayının praporşiki Bahadır bəy
döyüşlərdə yüksək səviyyədə komandanlıq etdiyinə və qəhrəmanlığına görə ona podpruçik rütbəsi verilsin”.
Bundan sonra respublika Mərkəzi Dövlət Arxivinin sənədlərində mərd kapitan Bahadır bəy Ġbrahim ağa
oğlu Vəkilovun heç bir sənədinə rast gəlmək mümkün olmadı. Lakin Milli Təhlükəsizlik Nazirliyinin arxivində
Bahadır bəy Vəkilova məxsus 21392 saylı çox nazik bir qovluq var. 1920-ci il iyunun 25-də həbs olunan
Bahadır bəyin istintaq iĢini müstəntiq Akopcanov və Levitski aparıb. Sorğu-sual qısa və yığcamdır. Həbs
vərəqində “cinayətin xarakteri” qrafasının qarĢısında oxuyuruq: “Müsavat ordusunun zabiti və rota komandiri
olub. Güllələnsin!”
Ġstər-istəməz düĢünürsən və təəccüb edirsən: öz xalqının Milli ordusunda qulluq etmə nə vaxtdan cinayət
sayılıb? Bu da XI ordunun xüsusi Ģöbə rəisi, cəllad Semyon Pankratovun təsdiq etdiyi dərkənar: “Güllələnsin,
hökm dərhal yerinə yetirilsin. 3 iyul 1920-ci il”.
Bəli, torpağını yağılardan qoruyan iyirmi bir yaĢlı mərd kapitan Bahadır bəy Vəkilovun ömrü belə bitdi.
Bu məĢhur soyadın oğlunu Bakıda heç kəs tanımadı. Qazaxda ulu nəslinin hərbçi, maarifçi oğulları
haqqında səbrlə söhbət edən Ədilə xanım ġıxlinskaya “Nikolaydan qalma” bir albomu stolun üstünə qoydu.
Albomun ilk səhifəsində çərkəzi geyimli cavan bir zabit Ģəkli... Ġri, ala gözləri necə də tanıĢ və doğmadır.
Mənim Ģəklə diqqətlə baxdığımı görən Ədilə xanım:
- Dayımdı,-
dedi,-
müsavat
zabiti
olduğuna
görə
bolĢeviklər
iyirminci
ildə
güllələyiblər.
Onun səsinə hopan təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası varlığımı titrətdi. Adam belə anlarda
qarĢısındakına təsəlli verməkdən də məhrum olur. Daxili təlatüm, vicdanın səsi olub keçmiĢ ədalətsizliyi,
vəhĢiliyi ittiham edir. Dərindən köks ötürüb, “heyf” deməkdən baĢqa əlindən bir Ģey gəlmir. Çünki nahaq qan
tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək gecdir. O vəhĢilikləri indi tarix mühakimə edir. Tarix öz
səhifələrində onlara amansız cəza verir, gec də olsa əyrini-əyri, düzü-düz yazır.
Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruĢdum:
-
Dayınızın adı necədir, Ədilə xanım?
-
Bahadır bəy Vəkilov, rütbəsi kapitan...
-
Ola
bilməz,
-
dedim.
Özümdən
asılı
olmayaraq
səsim
bərkdən
çıxdı.
Onda bu Ģəkillərə baxın, zəhmət olmasa... Mən özümlə götürdüyüm bir qrup Milli Ordu əsgər və zabitinin iki
fotoĢəklini ona göstərdim.
-
Bu, tən ortada oturan Bahadır dayımdı, - dedi. Ġkinci Ģəklə baxır: - Bu da odu, dayımdı... Bu Ģəkillər
bizdə yoxdu. Sizdə hardandı? - deyə kədərlə soruĢdu.
-
Arxivdən tapmıĢam, - dedim.
-
Oy, nə yaxĢı görmüsünüz, çox sağ olun... Heyf dayımdan, cavankən, cəmi iyirmi bir yaĢında
güllələnib, heç evlənməyibmiĢ. Sizin tapdığmız Ģəklin arxasında yazılıbmı neçənci ildə çəkilib?
- 1919-cu ildə çəkilib, - deyə cavab verdim.
23
- Mənimlə yaĢıddı dayımın Ģəkli, - dedi.
Ədilə xanım qəmli-qəmli köksünü ötürür. Ovcundakı xırdaca güllü dəsmalla nəmli gözlərini silir.
-
Ədilə xanım, dayınız Bahadır bəyin niĢanlısı, istəklisi olubmu?
-
Mən bilmirəm, rəhmətlik anam danıĢardı, deyəsən olub.
- Mən bilirəm, - dedim, - olub. Dayınıza məxsus həbs qovluğunda dörd əl boyda məktub var. Onların da
üzünü çıxartdırmıĢam. Sonuncu məktubu sevgilisi iyunun 24-də yazıb. Həmin gecə Bahadır bəyi Milyutin
küçəsindəki dörd saylı evin üçüncü mərtəbəsində həbs ediblər. Orqan iĢçiləri əĢyayi-dəlil kimi məktubları da iĢə
tikiblər. Ġcazə verirsinizmi sonuncu məktubu oxuyum.
- Buyurun, əlbəttə...
“Bahadır, sən niyə narahatsan? Neçə dəfə soruşdum, araya söz qatdın. Mən heç vaxt səni belə qəmli
görməmişdim. Axı, sən özün dünən mənə yalvardın ki, görüşək. Mən bütün gecəni yata bilməyib sənə məktub
yazıram. İndi mən sənə yalvarıram. Sabah mütləq görüşə gəl. Başa düşə bilmirəm, son günlər niyə sənin
varlığın qəm, kədərlə doludur. Xüsusilə kədərli gözlərin məni yandırıb-yaxdı.
Dözəcəm, bütün gecəni allahıma dua edəcəm ki, səhər tez açılsın səni yenidən görüm, amma kədərsiz,
qəmsiz. Həmişəki kimi təbəssümlü, gülərüz.
Sənin Səfurən.”
Təəsüf ki, açılan səhər onlara xoĢbəxtlik nədi, heç görüĢ də qismət eləmədi. Kapitan Bahadır bəy
Vəkilovun səhəri bolĢevik zirzəmisində açıldı...
* * *
MƏMMƏD AĞA MUSTAFA AĞA OĞLU VƏKĠL (1863-1939) Gürcüstan Mərkəzi Dövlət arxivinin
1920-ci ilə qədərki sənədlərində adı hörmət və ehtiramla çəkilən Məmməd ağa Vəkilov əsrin əvvələrində -
1905-1906-cı illərdə Azərbaycan dilində qəzet açmaq üçün təĢəbbüs göstərmiĢdi. O, “Ġqbal” adlı qəzeti dostu
Cəlil Məmmədquluzadə ilə birgə nəĢr etmək istəyirdi.
“...Qafqazda türklərin mətbuatı ölü, bəlkə də yox bir halda idi. Onunçün biz tək öz dərdlərini qələmlə
meydana qoymağa həris olan yazıçılar - gah bizim millətdən, gah qonşu millətlərdən hökumətdən qəzet icazəsi
istəməyə başladılar. Biz türklərdən bu icazəni istəyən - Bakıdan Əhməd bəy Ağayev idi, Tiflisdən belə icazə
istəyən Məmməd ağa Vəkilov, Rəşid bəy İsmayılov idi və yenə bir Nuxa əhli idi ki, onun adı gərək Mustafayev
ola: Batumidən Məmməd bəy Sancaqbəyzadə idi və Tiflisdən də mən idim”. (Cəlil Məmmədquluzadə.
“Xatiratım, Əsərləri, 3-cü cild, 1967- il nəşri, səh. 666-da”)
Uzun yazıĢmalardan sonra Məmməd ağa “Ġqbal” adlı qəzeti buraxmağa dövlətdən icazə ala bilmiĢdi.
Lakin qəzeti buraxmamıĢdır. Həmin dövrdə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını nəĢr etmək
təĢəbbüsünü alqıĢlamıĢ yə demiĢdi ki, mən rəsmi dövlət qulluğunda çalıĢdığıma görə “Ġqbal”da xalqımızın
nəfinə cəsarətli yazılar verə bilməyəcəyəm. Belə qəzetin də millətə, xalqa heç bir faydası olmayacaq. YaxĢısı
budur ki, “Molla Nəsrəddin”i qoruyub saxlayaq.
Qafqaz caniĢinliyinin nəĢr etdiyi kitab və məcmuələrdə göstərilir ki, Məmməd ağa Mustafa ağa oğlu
Vəkilov Qori Seminariyasını bitirdikdən sonra az müddət kənd müəllimi iĢləyib. Bilik və bacarığına görə saray
müĢaviri vəzifəsinə də dəvət olunur. Məmməd ağa BaĢ Hərbi Ġdarədə türk dili tərcüməçisi, 1901 -1917-ci illərdə
isə Qafqaz caniĢinliyinin Dəftərxanasında ġərq dillərinin baĢ mütərcimi vəzifəsində iĢləyir. Məmməd ağa
Vəkilov 1904-cü ildə “Xalq qanmağa asan olan füqəra əhalilərə məxsus vəba azarı haqqında bir inĢadır” kitabını
Azərbaycan dilinə tərcümə edir.
Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundovdan sonra Qafqaz caniĢinliyində yüksək vəzifədə
çalıĢan üçüncü azərbaycanlı Məmməd ağa Vəkilov olmuĢdur. Məmməd ağa Vəkilov həm də Tiflisdəki ġərq
dilləri üzrə zabit hazırlığı məktəbində türk dilindən dərs deyir. 1914-cü ildə həmin məktəbin müəllimi, general-
mayor M.D.Qutorla müĢtərək “Türk dilinin qısa qrammatikası”nı tərtib edir.
1918-ci ilin mayında Azərbaycan Demokratik hökuməti yarananda Məmməd ağa Bakıya köçür. 1920-ci
ilin aprel çevriliĢinə qədər Respublika Parlamentində Dəftərxana idarəsinin rəisi vəzifəsində iĢləyir.
OĞLU MUSTAFA AĞA VƏKĠLOV (1899-1943) 1924-cü ildə Sarbonna Universitetmin hüquq
fakültəsini bitirib. Hüquq magistri elmi dərəcəsi alan Mustafa ağa vətənə qayıtdıqdan sonra ədliyyə orqanlarında
iĢləyib və ali məktəblərdə dərs deyib. Elmi-tədqiqatla, tərcümə və hüquqi əsərlərin redaktəsilə məĢğul olan gənc
alim Mustafa ağa Vəkilov “Ġnqilabdan əvvəl Azərbaycanda nigah münasibətləri” kimi sanballı əsər yazıb. O,
1939-cu ildə əksinqilabi-millətçi təĢkilatın üzvü olmaqda günahlandırılaraq həbs edilib.
Professor Mustafa ağa Məmməd ağa oğlu Vəkilov dörd illik əzablı sürgün həyatından sonra 1943-cü il
aprelin 30-da Komi Muxtar Vilayətində həbsxanada vəfat edib.
MƏMMƏDRZA AĞA MƏNSUR AĞA OĞLU VƏKĠLOV
24
(1864-1944).
1902-ci ildə ġamaxıda zəlzələnin dəhĢətlərini eĢidən bir qrup Azərbaycan ziyalısı, baĢda görkəmli
maarifçi, naĢir Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, doktor Məmmədrza ağa Vəkilov və bir neçə
imkanlı Ģəxslər olmaqla ġamaxı camaatına köməyə getmiĢlər. Doktor Məmmədrza ağa Vəkilovun yaralılara
təmənnasız yardımı barədə o dövrdən qalan xatirələrdə və bədii əsərlərdə çoxlu xatırlamalar var.
Məmmədrza ağa Vəkilovun təĢəbbüsü ilə 1901-ci ildə Bakıda ilk müalicəxana açılmıĢdır. Həmin
ambulatoriyanın açılıĢında o, Hacı Zeynalabdin Tağıyevə və Musa Nağıyevə müraciət edərək demiĢdir:
- Cənablar, kim xalqını, millətini sevirsə, onun ağrısını və əzabını yaxĢı baĢa düĢməlidir. Xalqını sevən
hər bir kəsin ona yardım əli uzatmaq müqəddəs borcu olmalıdır. Allah da kasıbı, zəhmətkeĢi çox sevir. Kasıba
ruzi verən dövlətlinin payını gözə görünməz allah həmiĢə artıqlaması ilə qaytarır. Çinlilərin qədim bir məsəlində
deyilir ki, yeddi mərtəbəli budda məbədi tikməkdənsə, bir insan ömrünü xilas etmək daha böyük savabdır.
Bir il əvvəl (1900-cü ildə) yenə Bakıda altı ambulatoriyanın yaradılmasının təĢəbbüskarı da Məmmədrza
ağa olmuĢdur. Aprel inqilabından əvvəl Azərbaycanda tez-tez baĢ verən epidemiyalara qarĢı mübarizədə və yerli
əhali arasında sanitariya mədəniyyətinin yüksəldilməsində Məmmədrza ağa Vəkilovun böyük xidmətləri
olmuĢdur. Onun əvəzsiz xidmətlərini çar hökuməti layiqincə qiymətləndirib.
Azərbaycanda, Zaqafqaziyada doktor Vəkilov kimi Ģöhrət qazanan Məmmədrza ağa 1900-cü il mayın 2-
də Qafqaz Ġmperatoru Tibb Cəmiyyətinin həqiqi üzvü də seçilib. Azərbaycanda ilk ali təhsilli həkim olan
Məmmədrza ağa Vəkilov 1887-ci ildə Birinci Tiflis klassik gimnaziyasını, 1893-cü ildə isə Xarkov
Universitetinin tibb fakültəsini əla qiymətlərlə bitirib.
Ġlk həkimlik fəaliyyətinə Tiflisdəki Mixaylovsk xəstəxanasında baĢlayan Məmmədrza ağa Vəkilov Qars
dəmir yolu tikintisində əlli çarpayılıq səyyar xəstəxananın müdiri olub. 1900-cü ildən isə Bakıda doğma
xalqının sağlamlığı keĢiyində dayanıb.
Təəsüf ki, ömrünü xalqının sağlamlığına həsr edən belə bir görkəmli Ģəxs unudulub. Yalnız ağsaqqal
adamlar Bakıdakı ikinci Ģəhər poliklinikasına (indi S. M.Əfəndiyevin adını daĢıyan - ġ.N.) hələ də “doktor
Vəkilovun” müalicəxanası deyirlər. Axı, yuxarıda xatırlatdığımız kimi Məmmədrza ağa bu poliklinikanın
yaradıcısı olmuĢdur. Nə az, nə çox həmin poliklinikaya düz qırx üç il rəhbərlik etmiĢdir. Görkəmli tibb xadimi
1944-cü il dekabrın 30-da Bakıda vəfat etmiĢdir.
BADĠSƏBA XANIM MUSTAFA AĞA QIZI VƏKĠLOVA – KÖÇƏRLĠ (1881-1954). Vəkilovlar
nəslinin görkəmli qadın nümayəndələrindən biri də məĢhur maarifçi Badisəba xanım Mustafa ağa qızı Vəkilova
- Köçərlidir. O, xalqımız qarĢısında əvəzsiz xidmətləri olan ədəbiyyatĢünas Firidun bəy Köçərlinin həyat yoldaĢı
idi. Xatirələrdən məlum olur ki, Badisəba xanım Firidun bəyin ömür-gün yoldaĢı olmaqla yanaĢı, onlar həm də
əqidə, məslək birliyi ilə yaĢamıĢlar. Hələ Qori Ģəhərində yaĢayanda Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı
tarixi materialları” adlı çox dəyərli əsərini yazarkən əlavə və düzəliĢlərdən sonra əsərin üzünü yenidən
köçürmək lazım olurdu. Badisəba xanım Firidun bəyin bu qiymətli əsərinin üzünü böyük həvəs və məhəbbətlə
bir neçə dəfə yazmıĢdı. Firidun bəy Köçərlinin ölümündən sonra Badisəba xanım ədəbi-pedaqoji fəaliyyətini
dayandırmayıb. Onun təĢəbbüsü ilə 1925-1926-cı illərdə Firidun bəyin “Azərbaycan ədəbiyyatı tarixi
materialları” əsəri ilk dəfə Bakıda iĢıq üzü görüb. Badisəba xanım səmərəli fəaliyyətini ilk dəfə xalqımıza
mərhum yazıçı Hacağa CümĢüdlü “Badisəba” sənədli povestində (AzərnəĢr, 1963-cü il) çatdırmıĢdır.
Badisəba xanım Vəkilova - Köçərlinin Respublika Əlyazmalar Ġnstitutunun arxivində (Arx.24, Q-l) 1948-
ci il aprelin 20-də öz dəsti - xəttilə yazdığı “Tərcümeyi-hal”ı saxlanılır. Onu olduğu kimi ilk dəfə təqdim edirik:
“Mən Badisəba Mustafa ağa qızı Köçərli 1881-ci il martın ikisində Qazax rayonunun Salahlı kəndində anadan
olmuşam.
Hələ beş yaşım tamam olmamış atam vəfat edib. Anam Fatma xanım Paşa ağa qızı səkkiz uşaqla dul
qalıb. On altı yaşında ikən 1897-ci ildə böyük qardaşım Məmməd ağanın məktəb yoldaşı Firidun bəy Köçərliyə
məni ərə veriblər. Sonralar Firidun bəy Köçərli Qori Seminariyasının müəllimi olmuşdur. 1920-ci ilə qədər
evdar qadın olmuşam. Yoldaşım öləndən - sonra 1921-ci ildə Maarif Komissarlığının əmrilə Bakı Pedaqoji
Texnikumunda tərbiyəçi olmuşam. Yoldaşım müəllim olduğuna görə məni evdə oxutmuşdu. 1922-ci ildə Bakı
Pedaqoji İnstitutunun Ümumi şöbəsində təhsilimi davam etdirmişəm. 1925-ci il mayın 1-də Maarif
Komissarlığının əmrilə Zaqatala Pedaqoji Texnikumunu təşkil etmək üçün məni oraya direktor göndərdilər.
1929-cu ilin sentyabr ayına qədər Zaqatalada işlədim. Həmin ilin oktyabr ayının beşində Maarif
Komissarlığının əmrilə Quba Pedaqoji Texnikumunda təsərrüfat işləri pozğun olduğuna görə məni o rayona
müdir müavini göndərdilər. Az müddət işlədikdən sonra xəstələndim. Bakıya qayıdıb beş ay müalicə olundum.
1930-cu ilin oktyabr ayında Respublika Maarif Komissarlığının əmrilə Nuxa iki nömrəli uşaq evini təşkil
etməyə göndərildim. O vaxtdan bu günə qədər burada direktor vəzifəsində işləyirəm. Zəhmətimi hökumət
qiymətləndirib: 1945-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi adı ilə, 1946-cı ilin mart ayında
“Şərəf nişanı” ordeni və həmin ildə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşam.
25
Qohumlarından bir qardaşım və bir bacım var. Qardaşım Kirovabadda (indiki Gəncə - red.) işləyir və
pensiya alır. Bacım isə evdar qadındır. Xarici ölkədə qohumlarım yoxdur.
Nuxa iki nömrəli uşaq evinin direktoru Badisəba xanım Köçərli.
ġƏHADƏTNAMƏ
Verilir qız xeylağı Mədinə xanım Mehdi ağa qızı Vəkilovaya ondan ötrü ki, o, təqdim etdiyi sənədlərdən
göründüyü kimi, Rusiya Ġmperiyasının təbəəsi, Yelizavetpol quberniyası Salahlı kəndinin əhli, zadəgan qızı,
1886-cı il iyulun 9-da doğulmuĢ, Məhəmməd dininə etiqadlıdır.
Müqəddəs Nina Tiflis Qızlar məktəbində fənlər kursunu bitirmiĢ və ona 1904-cü il iyunun 2-də verilmiĢ
162 nömrəli attestatdan məlum olur ki, əla tərbiyə ilə birlikdə Ġlahiyyat dərsindən əla, kilsə-slavyan və ədəbi
dildə rus dilindən yaxĢı və rus dilində inĢadan kafi, riyaziyyatdan kafi, ümumi və rus coğrafiyasından yaxĢı,
ümumi və rus tarixindən yaxĢı, təbiət tarixindən kafi, fizikadan, riyazi və fiziki coğrafiyadan kafi, hüsnxətdən
yaxĢı və əl iĢindən əla qiymətlər almıĢ; gimnaziya kursunun qeyri-icbari fənlərindən pedaqogikaya, fransız və
tatar dillərinə və rəsmə əla yiyələnmiĢ; sonra o, Mədinə xanım Vəkilova elə həmin qızlar məktəbinin VIII əlavə
sinfinə daxil olmuĢ, eləcə də Ġlahiyyət dərsinin, ana dilinin və hesabın ibtidai tədris üsulları ilə tanıĢ olmuĢ və
dərs ili ərzində ona verilən bütün nəzəri və praktik iĢləri kifayət qədər yerinə yetirmiĢdir. Onun, Mədinə xanım
Vəkilovanın ev müəllimi olmaq arzusunu nəzərə alaraq və onun təqdim etdiyi təsdiqedici Ģəhadətnamələri tam
qənaət bəxĢ hesab edərək ona, Mədinə xanım Vəkilovaya 1870-ci il mayın 24-də (iyunun 5-də) Ali tərzdə təsdiq
edilmiĢ Xalq Maarifi Nazirliyinin qızlar gimnaziyaları haqqında fərmanın 4-cü paraqrafına müvafiq olaraq rus
dilini tədris etmək hüququ və göstərilən ada müqabil səmərə və üstünlüklər olmaqla ev müəllimi adını daĢımaq
hüququ verilmiĢdir. Bunun təsdiqi olaraq ona, Mədinə xanım Vəkilovaya lazımi imza və Qafqaz Təhsil Dairəsi
Popeçiteli Dəftərxanasının möhürü olan bu Ģəhadətnamə verilir.
Tiflis şəhəri,
1905-ci ilin 4 iyun günü.
Qafqaz Təhsil Dairəsinin
Popeçiteli
Dəftərxana müdiri
ġƏHADƏTNAMƏ
Verilir Qazax qəza idarəsindən Salahlı kənd sakini Məmməd Ağa Pənah Ağa oğlu Vəkilova ondan ötrü
ki, o, Qazax qəzasının Salahlı kəndinin yerli ağalarındandır. Adı ağaların 1860-cı ildə tutulmuĢ kameral
siyahısında öz atası Pənah Ağanın ailəsində 83-cü nömrə altında qeyd olunmuĢdur. Cənab Yelizavetpol
qubernatorunun 5 sentyabr 1870-ci il tarixli 50/9 saylı sərəncamı ilə Qazax qəza idarəsinə göndərilmiĢ Ağalar
Komissiyasının ağalar və bəylər siyahısında isə onun ağalar və bəylər rütbəsi qəbul olunmamıĢdır. Həmin
rütbəyə təqdim edilənlərin siyahısında Məmməd Ağa Pənah Ağa oğlu göstərilməmiĢdir. Dövlət möhürü
basılmıĢ imza ilə təsdiq edilir. Yanvarın 28-ci günü 1871 il. Dağkəsəmən kəndi.
QAZAX QƏZA RƏİSİ
Mayor
UZUN ÖMRÜN SƏHĠFƏLƏRĠ
Məni çox kefsiz və bir az da könülsüz qarĢıladı. Əvvəlcə baĢa düĢə bilmədim, bu etinasızlıq mənim
gəliĢimə görədir, yoxsa qoca xəstəhaldır. Elə-belə, nəzakət xatirinə “keçin, əyləĢin” - dedi. Bu tənha yaĢayan
qocanın tərtəmiz geyimindən, ev Ģəraitindən hiss etmək olurdu ki, çox səliqəli adamdır.
Qoca əvvəl eynəyini çıxartdı, sonra da dizinin üstündəki kitabı qatlayıb kənara qoydu. Ġri Ģkafin enli
siyirtməsini çəkib dərindən nəfəs ala-ala, qara məxməri parçaya bükülmüĢ bağlamanı açdı. Balaca bir Ģəkil tapıb
iĢığa tərəf tutdu. Ġri ala gözlərini geniĢ açıb “budur - atam, - dedi, buyur, bax!” “Atam” - deyəndə səsi qırıldı. Bu
qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir kövrəklik titrətdi. Udqunub üzünü yana döndərdi.
Mən Ģəkli alıb baxdım. Bu, cavan, çox yaraĢıqlı bir zabitin ötən əsrdə çəkilmiĢ Ģəkli idi.
- Faris baba, - dedim, - bəs sənədləri? Təkcə bu Ģəkillə nə eləmək olar? Mümkünsə sənədləri də tapın,
birgə baxaq, elə buradaca... Heç yerə aparmayacağam.
O, könülsüz geri döndü, ağır addımlarla yenidən Ģkafa yaxlaĢdı. Xeyli əlləĢdi. Bayaq oxuduğu kitabı o
küncdən bu küncə qoyur, dəftəri açıb baxır, arasından heç nə tapa bilməyib əsəbiləĢirdi...
Səbrim tükənmiĢdi, onun əhvalı mənə də təsir etmiĢdi. Nəhayət, Ģkafın tək gözündən götürdüyü qalın bir
qovluğu mənə verib titrək, kövrək səslə soruĢdu:
26
- Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri?
- Faris baba, atanız xalqımızın hərbi-topoqrafiya tarixində yeganə general olub. Ġstəyirəm qəzetdə,
jurnalda onun barəsində bir yazı ilə çıxıĢ edim, qoy bugünkü gənclik xalqımızın belə bir Ģöhrətli generalı
olduğunu bilsin.
- Mənim atam çoxdan unudulub, - deyə incik halda əlini yellədi. Ani fasilədən sonra əlavə etdi: - Bəlkə,
elə belə yaxĢıdı. Müsavat generalı kimin nəyinə lazımdır?.. - Ġndi baĢa düĢdüm ki, qoca məni nəyə görə
könülsüz qarĢıladı.
- Bir vaxt özüm çox çalıĢdım ki, üzə çıxsın, generallar arasında onun da adı çəkilsin. O da Azərbaycan
üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuruĢub, gecəsi-gündüzü topoqrafiya çəkiliĢlərində keçib.
- Hələ 1883-cü ildə rus-Ġran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan
sərhədlərin dəqiqləĢdirilməsində iĢtirak edib. Belə bir ciddi iĢi vaxtından əvvəl yerinə yetirən atamın xidməti
Ġran hökumətinin ən yüksək “ġire-XorĢid” ordeninə layiq görülüb. O, Krımın, Dağıstanın və bütün Qafqazın
topoqrafik xəritəsini tərtib edib. 1892-ci ildə Türkiyəyə ezam olunan atam Qars vilayətinin rus-türk
sərhədlərində topoqrafiya iĢlərinə rəhbərlik edib. Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya və baĢqa
Ģəhərlərinin də topoqrafik çəkiliĢinə atam rəhbərlik edib. Hər gələn bir sənədini, Ģəklini istədi, elə o gedən oldu.
- Kövrək-kövrək, - mən də ki, belə, gördüyün kimi, qocaldım, əldən düĢdüm. Sənəd, Ģəkil aparanların da
ünvanını, telefonunu itirdim. O, insafsızlar da nə atam haqqında yazdılar, nə də Ģəklini qaytardılar.
- Mən burda baxacam, heç nəyi heç yerə aparan deyiləm. Qeydlərimi də burada eləyəcəm...
- YaxĢı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla, de görüm atamın sorağını sənə kim verib? - zəndlə
üzümə baxıb soruĢdu.
- Bir marĢalın “Mənim xatirələrim” adlı yeni kitabı çıxıb. Orda atanız, polkovnik Ġbrahim ağa Vəkilovun
Sərdarabad, BaĢ Abaran əməliyyatındakı fəaliyyətindən geniĢ məlumat verilir. Qərargah rəisi polkovnik Ġbrahim
ağa Vəkilovun hərbi döyüĢlərdə məharətini marĢal bütün ordu heyətinə nümunə göstərir, - dedim.
Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevindirdi. Məndən qabaq əl uzadıb qovluğu özü
açdı.
...1978-ci ilin yazında Faris bəy Ġbrahim ağa oğlu Vəkilovla tanıĢlığım belə oldu. Həmin il atası haqqında
“Azərbaycan” jurnalında çıxıĢ etdikdən sonra yenidən onun görüĢünə getdim.
Faris baba jurnalı aldı, yazını o üz-bu üzə vərəqlədi. Divanda yanaĢı əyləĢdik.
- Oxu, - dedi, - görüm nə yazmısan?
Yarıya çatmamıĢ sərlövhəsini bir də soruĢdu.
- “Qəribə tale”, - dedim və dönüb ona baxdım. Onun ağıllı, iri gözlərində yaĢ damcıları görüb dayandım.
- Daha oxuma, özüm oxuyacam, - deyib buz kimi əlilə biləyimdən yapıĢdı, - atamı yad etdiyiniz üçün
hamınıza minnətdaram...
Faris bəy nə az, nə çox, ömrünün on səkkiz ilini doğma Azərbaycandan uzaqda, əzab-əziyyətlə sürgündə
keçirmiĢdi. Neçə inqilabın, neçə müharibənin sınaqlarından sayıq çıxmıĢdı. Çünki amalı düz, əqidəsi pak
olmuĢdu. Harda, hansı Ģəraitdə olmasına baxmayaraq, qəlbində bir çırağın iĢığı yanmıĢdı. O çırağın da adı
Azərbaycan idi. Lakin bir acı ilin sərt küləyi onun üzünü elə qarsımıĢdı ki, qapısını elə bərk çırpmıĢdı ki, o, hələ
də özünə gələ bilmirdi.
Birinci Dünya müharibəsi baĢlananda Texnologiya Ġnstitutunun beĢinci kurs tələbəsi Faris bəy Vəkilov
Petroqradın Putilov zavodundakı top emalatxanasının müdafiəsinə səfərbər olunur. Gənc mühəndisin bu
zavoddakı yaxĢı fəaliyyəti onu pillə-pillə ucaldır. 1916-cı ildə yaxĢı xasiyyətnamə ilə Petroqraddakı məĢhur
“Feniks” zavodunda baĢ mühəndis təyin olunur. Bir il sonra oktyabr tufanları zamanı bu səhmdar idarə öz
fəaliyyətini dayandırır. Faris bəy Tiflisə - ailəsinin yanına qayıdır. O, bolĢevik Əliheydər Qarayevlə birgə
ictimai-siyasi iĢlə məĢğul olur. Onlar Peterburqda fəaliyyət göstərən “Azərbaycan Həmyerliləri cəmiyyəti”ndə
tanıĢ olmuĢdular.
1918-1920-ci illərdə Faris bəy Azərbaycan Respublikasının Gürcüstan hökuməti yanında səlahiyyətli
nümayəndəsi kimi mühüm vəzifədə çalıĢır.
Azərbaycanda aprel iĢğalından sonra təqib olunan ziyalılardan biri kimi Fransaya mühacirətə gedir.
Parisdəki “Reno” zavodunda konstruktor iĢləyir. BeĢ il Paris Ģəhərində iĢləyən Faris bəy Vəkilov mühacirətdə
olan həmyerlimiz general-mayor Məmmədsadıq bəy Ağabəyzadə ilə görüĢür, texniki biliyini artırır. Lakin
Vətən həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa məcbur edir.
“Parisdə müvəqqəti qaldığıma əmin idim, tez-tez Azərbaycanda qalmıĢ atamla əlaqə saxlayırdım. 1925-ci
ildə atam yazırdı ki, məni Peterburqdan Ģəxsən tanıyan Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin birinci katibi Əliheydər Qarayev təklif edir ki, Vətənə qayıdım və hadisələr zamanı dağılmıĢ
təsərrüfatların bərpa edilməsində iĢtirak edim. Mən bu təklifdən çox məmnum oldum.
Sovet konsulluğundan lazım olan sənədləri aldım və 1926-cı ilin fevral ayında öz həyat yoldaĢım ilə
birlikdə Bakıya qayıtdım. Əliheydər Qarayev məni səmimi qarĢıladı. Mənzil almağa kömək etdi və leytenant
ġmidt adına zavoda iĢə göndərdi”.
27
...AxĢam qonĢusu mənə zəng eləyib dedi ki, Faris baba sabah sizi görmək istəyir. Mümkünsə ona baĢ
çəkin.
iĢdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, hətta deyərdim, qohum kimi görüĢdük.
- Ġndi mənim sənə iĢim düĢüb, - dedi. - Xəbərin varmı, atamın dayısı oğlu Ġbrahim ağa Usubov da general
olub. Ondan da yazmaq lazımdır.
Həmin günü mənə çoxlu Ģəkil, sənəd göstərdi. Səxavət əli açılan Faris babanın mənə hədiyyə verdiyi
Ģəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası Ġbrahim ağa Vəkilov topoqrafiya çəkiliĢi zamanı təsvir
olunub. Hər iki Ģəklin orijinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın 2-də
böyük rus yazıçısı Lev Tolstoya öz övladlarının islam dinini qəbul etmələrinin mümkünlüyü barədə yazdığı
məktubdan söhbət açdı.
Faris baba bu məktubun fotosurətini və öz əlilə rus dilində yazdığı xatirələrini avtoqrafla mənə verdi.
- Oğul, - dedi, - mənim ömrüm qurtarır, səninki isə baĢlayır, qoy bunlar səndə qalsın. Amma mən tənha
qocaya tez-tez baĢ çək, sənə lazım olan çoxlu materiallar verərəm...
Dostları ilə paylaş: |