POLKOVNĠK GƏRAY BƏY VƏKĠLOV
1918-ci ildə yeni yaranan süvari rotalarının təĢkilatçılarından olub. Birinci süvari alayının komandiri kimi
Gəncədə, Tərtər və Bakıda xidmət edib. 1920-ci ilin əvvəllərində isə Bakıdakı birinci kadet korpusunda hərbi
təhsil idarəsinin rəisi idi.
Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilovun ailəsində anadan olub.
Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və Birinci Cahan savaĢlarında döyüĢən orduda iĢtirak edib.
DöyüĢ xidmətlərinə görə “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub. Ġyirminci ildən sonra
ġəkidə yerləĢən ikinci qırmızı kadet korpusunda xidmət edib.
Çar və Müsavat zabiti olduğuna görə Ģübhəli Ģəxs kimi dəfələrlə həbs edilib. Xalq Ģairi Səməd Vurğunun
məĢhur “Komsomol poeması”ndakı Gəray bəy obrazının müsbət keyfiyyətlər baxımından prototipidir. Heç
təsadüfi deyil ki, ölkədə havanın “tutqun” olduğu tuthatut illərində yazdığı poemada Səməd Vurğun daxili bir
vüqarla Gəray bəyin mərdliyini, tarixi faciəsini də verə bilmiĢdir.
Səksəninci ilin əvvəllərində professor Fatma xanım Vəkilova ilə tez-tez görüĢərdim. GörüĢümün
səbəbləri çox idi. O vaxtlar “Qoridən gələn Qatar” sənədli povestimi iĢləyir, lazımi materiallar toplayırdım.
Əsərin əsas qəhrəmanı məĢhur ədəbiyyatĢünas-alim Firudin bəy Köçərli idi. Arxivlərdə, xüsusilə Gürcüstan
Dövlət Maarif Arxivinin sənədlərində daha çox iki Ģəxsin adına rast gələrdim. Məmmədağa və Ġsmayıl ağa
Vəkilovlar. Xeyirxah insan Mirqasım Əfəndiyevdən öyrəndim ki, hər iki Vəkilovlar qardaĢdırlar, Firudin bəyin
seminariya yoldaĢı və sonralar qaynı olublar. Fatma xanım Ġsmayıl ağa Vəkilovun qızı idi.
17
Fatma xanımla Yusif Məmmədəliyev küçəsindəki mənzilində ilk dəfə 1983-cü il aprelin üçündə
görüĢdüm. Bu tarix qeyd dəftərçəmdə indi də qalır. Mənə məĢhur sərkərdəmiz Əliağa ġıxlinskinin
müasirlərimizdən heç kəsin bilmədiyi ailə Ģəcərəsi haqqında geniĢ məlumat verdi. Onun anası Növrəstə xanım,
generalın bacısı Bədircahan xanımın qızı, generalın bacısı oğlu, qəza pristavı Ġsfəndiyar bəy Muradov Fatma
xanımın doğmaca dayısı imiĢ.
1912-ci il təvəllüdlü Fatma xanım Vəkilovların və ġıxlinskilərin ailə, kök, nəsil qohumluğunu, necə
deyərlər, saçaq-saçaq bilirdi. Bir sözlə, hər iki nüfuzlu nəslin ensiklopediyası idi. O vaxtlarda Fatma xanım
əmisi Məmməd ağa və atası Ġsmayıl ağa haqqında da mənə maraqlı epizodlar danıĢıb nadir fotoĢəkillər
bağıĢladı. Onlardan “Qoridən gələn Qatar” povestində istifadə elədim. Haqqında çox az məlumatım olan, yalnız
adını eĢitdiyim polkovnik Gəray bəy Vəkilov barədə də ondan məlumat öyrənmək istədim. Professor Fatma
xanım mehriban ana qayğısı ilə;
-
Oğul, - dedi, - Nazim Ġbrahimovu tanıyırsanmı? TanımamıĢ olmazsan?
-
Respublika
Mətbuat
və
NəĢriyyat
Komitəsinin
sədri
Nazim
Ġbrahimovu
deyirsiniz?
-
Bəli!
-
Tanıyıram, - dedim, - kitab nəĢri sahəsində bütün peĢəkar yazarların taleyi ondan asılıdır. Xüsusilə,
yazıçılar onun qayğısından razıdırlar. Amma aramızda vəzifə, yaĢ fərqi var... Fatma xanım, Nazim müəllimi nə
münasibətlə yada saldınız?
- Söhbətimin canı var. Sən bilirsənmi ki, Nazim Ġbrahimovun həyat yoldaĢı Nazimə xanım polkovnik
Gəray bəy Vəkilovun nəvəsidir? Nazimə xanımın anası Sona xanım indi də sağ-salamatdır. Sona xanım da
polkovnik Abbasqulu bəy Vəkilovun nəvəsidir. Yəni polkovnik Gəray bəyin doğma qızıdır. Bizim Vəkilovların
bir qolu inqilabdan çox əvvəl Ġrəvanda, Naxçıvanda, digəri isə Qarsda və Tiflisdə yaĢayıb, Gəray bəy də Qarsda
anadan olub. Ona görə də Sona xanımla da görüĢməyin yaxĢı olardı...
Aradan nə az, nə də çox, yeddi il keçəndən sonra “Topoqraf-general Ġbrahim ağa Vəkilov” kitabını nəĢrə
hazırlayanda o illərki qeyd dəftərçəmi vərəqlədim. Ġstər-istəməz mehriban ana, mərhum Fatma xanımın nurlu
sifətini xatırladım. Hər iki nüfuzlu nəsil haqqında mənə qiymətli faktlar söylədiyi üçün ona dönə-dönə rəhmət
dilədim. Qeyd dəftərçəmi vərəqlədikcə gördüm ki, onun dediklərindən bir çoxuna hələ əməl etməmiĢəm.
Onlardan biri də polkovnik Gəray bəyin qızı ilə görüĢmək idi.
...Aylarla bir kamerada olan dustaqlar baĢlarına gələn qəzavü-qədəri danıĢmaqdan yorulmuĢdular. Üç
gündən bir müstəntiqin sorğu-sualı olurdu:
- Gəncə
üsyanında
harada
olmusan?
Nuru
paĢa
ilə
sonuncu
dəfə
nə
vaxt
görüĢmüsən? Zaqatala üsyanına kim baĢçılıq edirdi? “Ġttihad”çılardan kimləri tanıyırsan, onların təĢkilatına nə
vaxt qəbul olunmusan?
Belə sorğuların sonu yox idi. Dustaqlar da yaddaĢına güc verib altı il əvvəl harada, kiminlə nahar etdiyini
xatırlamağa məcbur idilər.
AxĢamdan xeyli keçmiĢdi. ġtabs-kapitan Fərhad bəy Əlibəyovla bir kamerada olan polkovnik Gəray bəy
bikef halda oturmuĢdu. O, evi, ailəsini fikirləĢirdi. Özünün güllələnəcəyini də düĢünürdü:
- Onsuz da bir can borcluyam. Gec-tez bu dünyanı tərk etməliyəm. Məndən sonra Sitarənin dörd uĢaqla
qalması, ona ömürlük əziyyət olacaq...
...Hər gün Ģər qarıĢanda elə bil kameraya yığın-yığın qəm-qüssə ələnirdi. UĢaqların hərəkəti, danıĢığı,
illah da axĢam iĢdən qayıdanda bircə qız balası Süfiyyənin onun qucağına atılmasını, Ģaqraq səsini yadına
salanda dəli-divanə olurdu. Dustaq Gəray bəyin iztirab dolu qəlbinin ən dərin guĢəsində əziz anasının adını
daĢıyan Süfiyyəyə ayrıca ata məhəbbəti vardı. Bu sonsuz övlad məhəbbəti bir il idi dustaq polkovnik Gəray bəy
Vəkilova əzab verirdi.
Ürəyi köksündə sürətlə döyünən Gəray bəy bikef halda:
- Fərhad bəy, - dedi, - görünür, bizim qismətimizə belə yazılıbmıĢ...
Tavanda tor məftilə salınmıĢ iĢıq getdikcə zəiflədi. Onun ancaq közərtisi qaldı. Bu, dustaqlara yatmaq
üçün iĢarə idi. Bundan sonra növbətçini, ya da komendantı çağırmağa icazə verilmirdi.
- Aha, - dedi, Fərhad bəy - qismət dedin, iĢığımız da söndü. Mən bir Ģeydən qorxuram, Gəray bəy,
qorxuram...
Fərhad bəy sağ əlini irəli uzadıb Ģəhadət barmağını açıb-qatladı.
-
Qorxuram qisas alalar...
-
Axı, nəyə görə, biz nə günahın sahibiyik? - deyə Gəray bəy hüznlü səslə
soruĢdu.
-
Bəs altı ildi güllələnən yüzlərlə Azərbaycanlı ziyalısı, zabit və əsgəri məgər günahkardı? Sən də, mən
də Müsavat zabitiyik, vəssalam! Azərbaycanda meydan sulayan daĢnak, bolĢeviklərə elə bu bəhanə bəsdi.
-
Düz deyirsən vallah, hər Ģey ola bilər - Gəray bəy bikef halda təsdiq etdi.
18
-
Dayan,
-
deyib
Fərhad
bəy
onun
biləyindən
yapıĢdı.
Sol
əlilə
qapını
göstərdi. Kimsə gəlir, yəqin nəzarətçidir.
ġiĢpapaq bolĢevik zabiti gözlüyü açıb, bağladı. Kamerada iĢıq yenidən artdı. Nəzarətçi ĢiĢman qarnı
üstündəki kəmərini sığallaya-sığallaya içəri girdi. Hər iki dustaq dərhal ayağa durdu.
-
Polkovnik Gəray bəy Vəkilov hansınızdır? - deyə nəzarətçi xəbər aldı.
-
Mən, - deyib Gəray bəy qəddini düzəldib əsgəri qaydada dimdik durdu.
Nəzarətçi onu ilk dəfə görürmüĢ kimi laqeyd nəzərlərlə baĢdan-ayağa süzdü. Özü ilə gələn iki əsgərə iĢarə
etdi:
- Çox yaxĢı, “hədiyyənizi” götürə bilərsiniz.
Gəray bəy irəli addım atanda nəzarətçi əlini qaldırıb, sərt səslə dilləndi:
- Elə yox, elə olmaz, Ģələ-külənizlə, əmr belədir.
Fərhad bəy qolunu geniĢ açıb geriyə dönən Gəray bəyi bərk-bərk qucaqladı. Yaman kövrəlmiĢdi:
-
Allah amanında, qardaĢ, bu nə iĢ idi...
Bikef Gəray bəy:
-
Niyə narahat olursan, - dedi, - bəlkə baĢqa yerə dəyiĢirlər, bəlkə sürgünə...
-
Artıq
söhbəti
kəsin,
dustaq
Vəkilov,
Ģələ-küləni
götür,
haydı,
-
deyə
nəzarətçi onlara təpindi.
Sonra qıyqacı baxıĢlara Fərhad bəyi süzdü:
-
Siz dostunuz üçün narahat olmayın, o, çox yaxĢı yerə gedir. Onun ikibaĢlı danıĢığından daha da
Ģübhələnən Fərhad bəy:
-
Hara gedir? - deyə dərhal soruĢdu.
- Hara gedə bilər ki, evə, əzizim, evə, vəssalam!
Nəzarətçiyə inanmayan, onu dodaqaltı söyən Fərhad bəy üzünə bağlanan qapıya baxa-baxa quruyub
qalmıĢdı. Kamerada iĢıq yenidən zəiflədi...
ġamaxı yolundakı həbsxananın komendantı əlini zəif yanan peçdə qızdıra-qızdıra:
-
Hə,
polkovnik
Vəkilov,
belə-belə
iĢlər
-
deyə,
ona
müraciət
etdi.
Stolun üstündəki əl boyda kağızı göstərib:
-
Buyurun, hələlik sizi bolĢevik hökuməti yanında günahınız sübut olunmadı. Ən yaxın adamınız
üzünüzə dursa da “Ġttihad”çılar bunu inkar etdilər.
-
Siz
də
hərbçisiniz,
bilməmiĢ
olmazsınız,
peĢəkar
hərbçilər
həmiĢə
siyasətdən uzaq olublar. Bu, tarixən belədir, daha doğrusu, əsgəri qaydadır...
-
Oho,
Vəkilov,
sən
çox
ağıllı,
düĢüncəli
adamsan.
Görünur,
bəy
titulunu
nahaq yerə daĢımırsan. - Komendant iri bir dəftərxana kitabını ona tərəf itələdi: -
Burdan
qol
çəkin,
hələlik
azadsınız,
evinizə
buraxılırsınız.
Bundan
sonra
fəxrlə
deyə
bilərsiniz
ki,
bolĢevik
gülləsi
sizdən
yan
keçdi.
Amma
siz...
-
kinli-kinli
Gəray bəyə baxıb - bolĢeviklərə çox güllə atmısınız, bolĢeviklərin qanını su yerinə
axıtmısınız, elə deyilmi?
Gəray bəy dinmədi...
Bu epizodu mənə ilk görüĢümüzdə Gəray bəyin qızı Sona xanım danıĢdı. 1926-cı ildə qarlı qıĢ axĢamı
gecədən xeyli keçəndən sonra Sitarə xanımın qapını açması və atası Gəray bəyin qəfil gəliĢini Sona xanım çox
yaxĢı xatırlayır.
-
Bu
gözlənilməz
gəliĢdən
özünü
itirən
anam
hey
təkrarən
atamdan
soruĢurdu ki, a kiĢi, nə yaxĢı səni buraxdılar.
Atam isə sevinclə bizi öpür, qucaqlayırdı. O, qardaĢım Böyükağanın, Rüstəmin dərslərini soruĢdu. Balaca
Fərruxu və məni dizinin üstündə oturdu. Ata məhəbbətini, həmin gecənin sevincini mən indi də unuda bilmirəm.
Həmin gecə evimizin iĢığı səhərə kimi sönmədi. Birdən atam sərt səslə anama dedi:
-
Elə
deyirsən
ki,
nə
yaxĢı
buraxdılar.
Axı
mənim
nə
günahım
var
ki,
buraxmayaydılar. Namərd bir qohumla məni üzləĢdirdilər.
O mənə nə qədər Ģər atdısa da faydası olmadı. Onda namərd dedi ki, sən Gəray bəy ağqvardiya ordusunda
qulluq etmisən. Mən də cavab verdim ki, əvvəla Müsavat ordusu ağqvardiyaçılardan ibarət deyildi. Əgər sən
deyən kimidirsə, onda ikimiz də birgə qulluq etmiĢik. Müsavat ordusunda sən praporĢik, mən isə polkovnik
olmuĢam. Mənim qismətimə insaflı müstəntiq düĢmüĢdü. O, milliyyətcə HəĢtərxan tatarı idi. Növbəti istintaqın
birində məndən soruĢdu ki, 1924-cu ildə harada olmusunuz? ġəkidə Qırmızı Kadet korpusunda iĢləmiĢəm, -
dedim. Həmin ili kursantların buraxılıĢı münasibətilə 1924-cü il noyabrın 7-də Moskvada kursant heyətilə birgə
Nərimanovun qəbulunda olmuĢam. Bu görüĢdən fotoĢəklimiz də var.
Bunu eĢidən müstəntiqin əhval-ruhiyyəsi tamam dəyiĢdi. Dedi ki, 1918-ci ildə Nərimanov HəĢtərxanda
olanda məni müalicə edib. Məni ölümdən xilas edib, həyata qaytarıb. Ona görə rəhmətlik Nərimanova böyük
hörmətim var.
19
Atam sonralar da danıĢırdı ki, sağ-salamat buraxılmağımın səbəbkarı həmin müstəntiqin Nərimanova olan
hüsn-rəğbətindən irəli gəlib. Ona görə də atam Gəray bəy ömrünün sonuna kimi Nərimanova rəhmət oxuyardı.
-
Sona xanım, atanız Gəray bəy Müsavat ordusunda Gəncədə, Tərtərdə hərbi qulluqda olub. 1920-ci
ildə ġəkidə Qırmızı Kadet məktəbinin rəisi iĢləyib. Bəs o həbs olunan ili - 1926-cı ildə harada yaĢayırdınız?
-
Həmin ili Bakıda Çadrovı küçəsindəki onuncu dalanda (indiki M. Əliyev - ġ.N.) yaĢayırdıq. Mən
1920-ci il fevralın 11-də Bakıda anadan olmuĢam. Atam Gəray bəy bu xəbəri eĢidəndə deyib ki, anam Süfiyyə
xanım yenidən dünyaya gəlib. Atamın eyhamını dərhal anlayan anam Sitarə xanım Məmməd qızı Bədəlova
mənə nənəmin adını qoyub. Sonralar necə olubsa məni Sona deyə çağırıblar. Atam heç vaxt ikinci adımı dilinə
gətirməzdi, acığı gəlirdi. HəmiĢə məni Süfiyyə deyə çağırardı.
Anamın əsli ġəkidən olub. Atam kimi nəcabətli nəsildən olan anamın ailəsi o vaxt Tiflisdə yaĢayırmıĢ.
Onlar 1913-cü ildə evləniblər. Ana babam Məmməd məĢhur tacir olub. Tiflisdə xüsusi mülkü, mağazaları
varmıĢ. Anam ali təhsilli həkim idi.
-
Sona xanım, Tiflis dediniz yadıma atanızın arxivdə saxlanılan bir teleqramı düĢdü. Onu poruçik Gəray
bəy
Vəkilov
1901-ci
il
oktyabrın
7-də
ilk
qız
məktəbinin
açılıĢı
münasibətilə
Hacı
Zeynalabdin
Tağıyevə
vurub.
Atanız
Gəray
bəy yazır ki, Ünasiyə məktəbinin güĢadı günü ilə Sizi təbrik edib, tofiq istəyirəm.
-
Siz poruçik deyəndə atamın kinayə ilə tez-tez iĢlətdiyi bir məsəli yadıma düĢdü. O, acığı gələn zabitə
deyərdi:
-
PraporĢik zabit olsa, toyuq da quĢ olar.
1926-cı ildə tutulanda onun üzünə nahaqdan duranın rütbəsi praporĢik olub. Ömrünün son illərində atam
süvari generalı Hüseyn xan Naxçıvanskini tez-tez xatırlardı. Hüseyn xan Port-Artur döyüĢlərində atamın
komandiri olmuĢdu.
Yadımdadır, danıĢardı ki, 1905-ci ildə yaponlarla döyüĢdə Hüseyn xan əmr verdi ki, xəncəri diĢimizə
alaq, qılıncı sağ əlimizə, tüfəngi isə sol əlimizə. Belə yaraqlanıb hücuma keçdik, yaponlar mövqelərini qoyub
qaçdılar. Biz bir güllə belə atmadan cəbhəni aldıq.
* * *
Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ idi: Böyükağa (1914-1995), Rüstəm (1916-
1998). Fərrux (1921-1998). Bu sətirlərin müəllifi onların hər üçü ilə görüĢüb söhbət etmiĢdi.
Böyükağa EA Geologiya institutunun laboratoriya rəhbəri, geologiya-minerologiya elmləri namizədi,
Rüstəm əməkdar mühəndis, Fərrux isə baĢ ədliyyə polkovniki və fəxri prokurorluq iĢçisi idi.
1992-ci ildə görüĢlərimizin birində Böyükağa müəllim mənə iki nadir fotoĢəkil göstərdi. Ġlk dəfə
gördüyüm bu tarixi Ģəkillər altınıĢ səkkiz il əvvəl -1924-cü il noyabrın yeddisində çəkilmiĢdi. ġəkildə
xalqımızın görkəmli oğlu Nəriman Nərimanov və Zaqafqaziya Hərbi Hazırlıq məktəbinin kursant və zabit
heyəti Moskvada təsvir olunmuĢdu. Böyükağa Vəkilov da həmin kursantlar arasında olduğuna görə fotoĢəklin
çəkilmə tarixini mənə nəql etmiĢdi:
- 1922-ci
ilin
yazında
atam
məni
“Qırmızı
kadetlər
korpusu”
məktəbinə
oxumağa
qoydu.
Onda
mənim
səkkiz
yaĢım
vardı.
Həmin
məktəbə
yeddi
yaĢından
on
dörd
yaĢınadək
olan
uĢaqları
götürürdülər.
Məktəb
beynəlmiləl
idi.
Orda
müxtəlif millətlərdən olan uĢaqlar oxuyurdu. Azərbaycanlılar əksəriyyət təĢkil edirdi. 1923-cü ildə bizim
məktəbin adı dəyiĢdirilib Zaqafqaziya Proletar Hərbi məktəbi, bir il sonra isə Hərbi Hazırlıq məktəbi
adlandırıldı.
Yadımdadır, məktəbin tədris korpusu Bakıda, indiki 1 nömrəli orta məktəbdə, yataq korpusu isə indiki
Zabitlər evinin binasında yerləĢirdi. Təlim, siyasi-tərbiyə iĢləri və mədəni-kütləvi tədbirlər tədris korpusunda
keçirilirdi. Bu, Zaqafqaziyada yeni-tipli nümunəvi hərbi məktəb idi. Məktəbimiz 1921-ci ilin oktyabrında
Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun təĢəbbüsü ilə yaradılmıĢdı. Ona görə də
həmiĢə Nərimanovun diqqət mərkəzində idi.
Hələ birinci kursda oxuyanda Nərimanov tərəfindən qəbul edilməyimiz də yaddaĢıma həmiĢəlik həkk
olunub.
Nəriman Nərimanov bir ata kimi bizimlə xeyli səmimi söhbət etdi. Təhsilimizlə, dolanacağımızla
maraqlandı, kefimizi xəbər aldı. O, bizim hər birimizdən dönə-dönə soruĢurdu ki, məktəbdə nə üçün, hansı
məqsəd naminə oxuduğumuzu bilirikmi? Biz də onun bütün suallarına ürəkdən, cəsarətlə cavab verirdik ki,
komandir olmaq istəyirik. Bizi ata qayğısı ilə dinləyən Nərimanov Ģad bir halda “mərhəba, balalarım, sağ olun!”
- deyirdi.
1924-cü ildə hərbi paradda iĢtirak etmək üçün məktəbimizin yüz iyirmi altı nəfər kursant və zabit heyətini
Moskvaya dəvət etdilər. Noyabrın üçündə yola düĢdük. Rostova qədər yük vaqonlarında getdik. Gecikdiyimizə
görə bizi ordan sürət qatarında yola saldılar. Noyabrın yeddisində səhər Qızıl meydana çatdıq.
20
Bizi Moskvaya aparan komandirlərimizi yaxĢı xatırlayıram. Zaqafqaziya Hərbi Hazırlıq məktəbinin kurs
komandiri Həqqi Kəngərlinski, siyasi rəhbər Allahqulu Mehdiyev, məktəbin rəisi Hacıağa Ġbrahimbəyli, tədris
hissəsinin rəisi, atam Gəray bəy Vəkilov və baĢqaları bizimlə getmiĢdilər.
Qızıl meydandan keçəndə tribunada dövlət rəhbərləri arasında dayanan Nəriman Nərimanovu görüb daha
gur səslə “Ura”! - deyə qıĢqırdıq. Rəsmi keçiddən sonra bizim batalyonu tribunanının önündə saxladılar. Dövlət
rəhbərləri bizim yanımıza enib salamlaĢdılar. Mənim kimi 10-12 yaĢlı balaca kursantları səmimiyyətlə dindirir,
bəzələrini də atıb-tutur, öpürdülər.
Səhərisi bizi SSRĠ MĠK-nin sədrinin sədri Nəriman Nərimanov Kremldəki klubda qəbul etdi. Xeyli
səmimi söhbət edən Nərimanovun sevincinin həddi-hüdudu yox idi. O dedi ki, tapĢırıq vermiĢəm, Sizin hər
birinizə Xalq Komissarları Sovetinin hesabından iyirmi manat pul ayırsınlar. Bu pul sizə gündəlik xərclik və
valideynlərinizə hədiyyə alıb aparmaq üçün verilir.
Sonra bizim kursant batalyonu Kremldə yerləĢən hərbi komandirlər heyəti məktəbində oldu.
Bu görüĢlərdən sonra Nəriman Nərimanov, MĠK Rəyasət Heyətinin katibi Avel Yenukidze bizimlə birgə
Kremlin həyətindəki “Çar zəngi”nin yanında Ģəkil çəkdirdi.
Bu tarixi fotoĢəkildə görün kimlər var. O vaxt kursant olanların əksəriyyəti indi görkəmli alim,
hərbçidirlər. Polkovnik Əliağa Babayev, Respublika EA keçmiĢ prezidenti, akademik Rüstəm Ġsmayılov,
əməkdar elm xadimi, elmlər doktoru Məmmədtağı Nağıyev, SSRĠ Neft Sənayəsi Nazirliyinin idarə rəisi Əlövsət
Qarayev, irriqator-alim Karrar Əliyev, Sovet Ġttifaqı Qəhrəmanı Aslan Vəzirov, SSRĠ xalq artisti məĢhur dirijor
Niyazi, Çingiz Hacıbəyov, akademik ġəfaət Mehdiyev, əməkdar mühəndis Böyükağa Məmmədov, elmlər
doktoru Məmməd Fərzəliyev, məĢhur Ģairimiz M.Ə.Sabirin oğlu Məmmədsəlim Tahirov, professor, hüquq
elmləri doktoru Əyyub Əskərov, polkovnik Səttar Hacıyev, Fərhad Ağayev, müharibə veteranı Əsgər Mirzəyev,
fizika-riyaziyyat elmləri doktoru Kamal Məmmədov, batalyon komandiri Hüseyn Rəhimov və baĢqaları.
Onların əksəriyyəti dünyasını dəyiĢib. Bu nadir fotoĢəkil isə o günlərdən nəsillərimizə yadigar qalıb.
Gəray bəyin oğlu Rüstəm Vəkilov: - Atam 1920-ci ilə kimi Ģərəfli ömür yaĢadığını tez-tez xatırlardı.
Amma Müsavat dövründəki döyüĢ yolunu xatırlamaq ona çox çətin idi...
Yadımdadı, otuzuncu illərdə Səməd Vurğun bizə tez-tez gələrdi. Onların ikilikdə elədikləri söhbət
gecədən xeyli keçənə qədər davam edərdi. Bəzən mübahisələri qızıĢıb, səsləri ucalanda anam Sitarə zarafatla
deyərdi:
- Balam, bu sinfi düĢmənlərin söhbəti qurtarmır ki, qurtarmır.
O da yadımdadır ki, bir dəfə çay aparanda atamın 1924-cü ildə Moskvada Nəriman Nərimanovla
görüĢündən danıĢdığını eĢitdim. Qorxu hissiylə bunu anama bildirdim. Anam narahatlıqla dedi:
- Bu kiĢinin gözünü qan örtüb, yenə bizi iĢə salacaq...
Axı, o illərdə Nəriman Nərimanovun Ģəxsiyyətinə haqsız olaraq qara kölgə salmıĢdılar. Onun silahdaĢları
həbs edilirdi.
1924-cü ildə ordudan təxris olunan Gəray bəy ömrünün axırınadək Respublika Maliyyə Nazirliyində
iĢləyib. 1952-ci il martın on dördündə Bakıda vəfat edib.
Görkəmli müğənnimiz RəĢid Behbudovun anası, maarifçi qadın Firuzə xanım Vəkilova (1889-1933)
polkovnik Gəray bəy Vəkilovun doğma bacısı idi.
ġtabs-kapitan Nəsib ağa Əsəd ağa oğlu Vəkilov 1899-cu ildə Qazaxda anadan olub. Qori
Seminariyasının Azərbaycan Ģöbəsini bitirib. 1919-cu ildə Gəncədə praporĢiklər məktəbində hərbi təhsil alıb.
Müsavat zabiti olduğuna görə 1940-cı ildən 1955-ci ilə qədər Maqadan və Norilskiyə sürgün edilib. 1954-cü il
mayın səkkizində qohumu, xalq Ģairi Səməd Vurğuna məktub yazıb, Vətənə qayıtması üçün ondan kömək
istəyib. ġair günahsız həbs olunmuĢ əmisi oğlu Nəsib ağanın ailəsinə maddi kömək etmiĢdir. Yeri gəlmiĢkən
onu da qeyd edək ki, otuzuncu illərdə Vəkilovlar nəslindən bir çoxları repressiyaya uğramıĢdır. Səməd Vurğun
onlardan yalnız birini - xalq müəllimi Teymur bəy Vəkilovu həbsdən azad etdirə bilmiĢdi.
Nəsib ağa Vəkilov Norılsk sürgünündən yazırdı:
“Hörmətli və əziz Səməd!
On altı il ayrılıqdan sonra sən mənim məktubumu alıb yəqin ki, təəcüblənəcəksən. Mən qohumlardan heç
kəsə məktub yazmırdım ki, onları narahat etməyim. Onlara xətər gəlməsindən qorxurdum. İndi mən demək olar
ki, yarı da olsa azad vətəndaşam. Ona görə də məktub yazıb, özümü xatırlatmağa cürət edirəm. Bu məktubu
sənə Norilskidən evə qayıdan, bizim ümumi tanışımız Əli Səbri
7
çatdıracaq.
Əli Səbri mənim haqqımda məlumat verəcək. Xahiş edirəm, əgər sənin üçün çətin olmazsa və mümkünsə
uşaqlarımın xatirinə mənim Vətənə qayıtmağıma imkan daxilində kömək edəsən.
Mən çox qocalmışam, ömrümün son illərini uşaqlarımın yanında, doğma diyarda keçirmək istəyirəm.
Mənə elə gəlir ki, sən mənim xahişimi rədd etməzsən, çünki indi zaman o zaman deyil. Burdan qohumlarının və
7
Əli Səbri (1892-1983) nasir, tərcüməçi olub.
21
tanışlarının vəsatətinə əsasən çoxları evə qayıdırlar. Mehdixana və Xavər xanıma mənim ürəkdən gələn
salamımı çatdır. Öpürəm səni, Mehdixanı, Yusifi və Vaqifi. Xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Hörmətlə: Nəsib ağa.
1955-ci ildə Vətənə Qayıdan Nəsib ağa Vəkilov 1963-cü ildə Bakıda vəfat edib. O, polkovnik Əsəd ağa
Vəkilovun oğlu idi.
* * *
1919-cu il fevralın on dördündə praporĢik Lütvəli bəy Vəkilov Azərbaycan süvari alayının komandirinə
belə bir məlumat göndərmiĢdir:
“Sizin nəzərinizə çatdırıram ki, 1918-ci il iyunun on səkkizində dördüncü Borçalı alayının polkovniki
Tuqanov cəbhədəki döyüş xidmətlərimə görə min beş nömrəli əmrlə məni Müqəddəs Georgi xaçı ordeninin
bütün dörd dərəcəsi ilə təltif olunmağa təqdim etmişdi. Və buna əsasən mənə birinci Mozdok Dağ Kazak alayı
min yüz qırx altı nömrəli attestatı da verilmişdir. Orada ordenlərin hər birinin nömrəsi də yazılıb. Həmin
döyüşlərdə mən dörd dəfə yaralanmışam və kontuziya olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi işimdə
göstərilib.”
Vərəqin o biri üzündə praporĢik Lütvəli bəy Vəkilovun dəsti-xəttilə yazılmıĢ qeydi də var: “Mənim
şücaətlərimin və təltifatlarımın cəbhədə şahidi olan rotmistr Çayevski idi. O, hazırda Hərbi Nazirliyin Baş
Qərargahında baş zabit kimi xidmətdədir.”
Əlbəttə, praporĢik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi ərizə kimi görünə bilər. Lakin
unutmaq olmaz ki, o dövrdə belə bir yüksək ordenlə zabitlər çox nadir hallarda təltif olunurdu. Qeyri-adi igidlik
göstərən, müqəddəs Georgi ordeninin bütün dərəcəsinə layiq görülən oğullarımızı barmaqla saymaq olar:
rotmistr Teymur bəy Novruzov, praporĢik Səyad bəy Zeynalov, poruçik Osman ağa Gülməmmədov.
Yüz qırx birinci səhifədə Lütvəli bəyin silahdaĢı Çayevskinin BaĢ Qərargaha təqdimatı saxlanılır. O, yazır
ki, dördüncü Borçalı süvari alayının praporĢiki Lütvəli bəy Vəkilovla Birinci Dünya müharibəsinin ilk
günlərindən 1918-ci ilin sentyabrınadək birgə döyüĢlərdə olub. Onun bütün qəhrəmanlıqlarının canlı Ģahididir.
Qazaxda, Lori dərəsində, Borçalıda erməni daĢnaklarına qarĢı döyüĢlərdə, Bakı, Qarayazı və ġamxorda
bolĢeviklərlə vuruĢlarda onun cəsur süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək
rütbəyə layiq olduğunu tamamilə qanuni hesab edir.
Rotmistr Çayevskinin BaĢ Qərargaha iftixarla yazdığı təqdimatı iki general məmnuniyyətlə təsdiq edib,
dərkənar qoyublar: süvari diviziyanın rəisi, general-mayor ġahzadə Əmir Kazım Qacar və qərargah rəisi general
Zaxar AmaĢukeli.
Çox təəssüf ki, sənədlərin izi elə buradaca itir. 1890-cı il təvəllüdlü praporĢik Lütvəli bəy Abbasqulu bəy
oğlu Vəkilovun bundan sonra hansı rütbəyə layiq görüldüyü məlum olmur.
Polkovnik Gəray bəy Vəkilovun kiçik qardaĢı, praporĢik Lütvəli bəy Vəkilovu Zaqafqaziya BaĢ Siyasi
Ġdarəsi 1932-ci il fevralın 2-də antisovet ruhlu zabit kimi həbs edib beĢ illik sürgünə göndərmiĢdi. Minlərlə
günahsız Azərbaycan zabiti kimi qırx iki yaĢlı Lütvəli bəyin də ömrünün hansı həbs düĢərgəsində sona yetdiyi
məlum deyil.
Dostları ilə paylaş: |