ĠƏMĠstan nəZĠRLĠ


GENERAL-MAYOR ĠBRAHĠM AĞA USUBOV



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix31.01.2017
ölçüsü2,55 Mb.
#7178
1   2   3   4   5   6   7   8   9   ...   23

GENERAL-MAYOR ĠBRAHĠM AĞA USUBOV 
 
Bu  dəfə  söhbətimizin  əsas  mövzusu  Faris  babanın  əmisi  Ġbrahim  ağa  Usubov  oldu.  General-mayor 
Ġbrahim  ağa  Usubov  1872-ci  ildə  Qazax  qəzasının  Qıraq  Salahlı  kəndində  dünyaya  gəlib.  Sənədlərdən 
öyrənirəm ki, generalın atası Musa ağa da rus ordusunun zabiti olub. Ġran Ģahzadəsi Abbas Mirzənin qoĢunları 
1826-cı  ildə  Azərbaycana  hücum  edəndə  atası  Musa  ağa  və  əmisi  Süleyman  ağa  Usubovlar  Qazax  süvari 
dəstəsində  mərdliklə  vuruĢmuĢlar.  Sonralar  PolĢa  müharibəsindəki  nümunəvi  xidmətinə  görə  Musa  ağa  Ģtabs-
kapitan rütbəsinə qədər yüksəlib.  
Faris baba sənədlərindən birini açır, titrək barınağını üstündə gəzdirə-gəzdirə: 
-  Fikir  ver,  əmim  də  Əliağa  ġıxlinski  və  atam  kimi  Tiflisdəki  kadet  korpusunu  bitirib,  özü  də  əla 
qiymətlərlə,  -  deyir,  -  1890-cı  ildə  Xarkov  piyada  Hərbiyyə  məktəbinə  daxil  olur.  Həmin  məktəbi  əla 
qiymətlərlə  bitirib  Ģtabs-kapitan  rütbəsində  əsrimizin  əvvəllərində  baĢlayan  rus-yapon  müharibəsində  iĢtirak 
edir. Port-Artur döyüĢlərində mərdliklə vuruĢan əmim müqəddəs Georgi ordeninin dördüncü dərəcəsiylə və bir 
neçə medalla təltif olunur. Podpolkovnik rütbəsi alır. 
Həmyerliləri, artilleriya generalları Əliağa ġıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruĢan 
podpolkovnik  Ġbrahim  ağa  Usubov  rus-yapon  müharibəsində  az  Ģücaət  göstərmir.  Port-Artur  döyüĢlərindən 
sonra  yenidən  Xarkov  Ģəhərində  hərbi  xidmətə  baĢlayır.  1910-cu  ildə  Ġbrahim  ağa  Usubov  Tiflisdə  yaĢayan 
qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurur. 
Müsahibimdən soruĢdum: 
- Generalın oğlu, qızı qalırmı? 
-  Bu  saat  hamısını  deyəcəyəm,  -  Faris  baba  yenidən  əl-ayağa  düĢür.  Köhnə  cib  dəftərçələrinin  birini 
götürüb, o birini qoyur, - Ġki adamla görüĢ, söhbət elə. Əmim qızı Nigar xanım Usubova və generalın qardaĢı 
qızı Gövhər Usubova ilə. 
Elə  həmin  günü  Mirzə  ġəfi  küçəsinin  altı  nömrəli  mənzilində  yaĢayan  Gövhər  xanıma  baĢ  çəkdim. 
General-mayor  əmisinin  adını  eĢidən  kimi  səksən  yaĢlı  qadının  da  gözlərində,  sifətində  qəribə  bir  iĢıq  yandı. 
Sonra o iĢıq qəfildən çəkildi və yerində təəccüb qaldı: “Nə əcəb? Haradan yada düĢüb?”. 
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi: 
- Fələyin gözü tökülsün, bircə əmim oğlu vardı, o da 1940-cı ildə qəfildən vəfat etdi. Yeganə kiĢi niĢanəsi 
idi  əmim  ocağının.  Atam  Ġsmayılı  zorla  xatırlayıram,  1910-cu  ildə  vəfat  etdikdən  sonra  əmim  Ġbrahimin 
himayəsinə keçdim. O, Xarkovda hərbi qulluqda olsa da doğma kəndi Salahlını unutmurdu. 1914-cü ildə məni 
Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinə qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. 
Bir il sonra Azərbaycan Demokratik Hökumətinin dəvətilə Xarkovdan Bakıya köçdü.  
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, iĢdə, qulluqda necə olmağını deyə bilmərəm, amma evdə, 
ailədə  əmim  xoĢxasiyyət,  həssas  qəlbli  insan  idi.  Təhsil  və  tərbiyə  məsələsinə  ciddi  fikir  verərdi.  “Gövhər, 
deyərdi, - səni atanın arzusu ilə müəllimliyə qoymuĢam. Sənin qarĢında mədəni insan yetiĢdirmək kimi nəcib bir 
vəzifə  durur.  Gərək  elə  Ģagird  yetiĢdirəsən  ki,  onunla  həmiĢə  iftixar  edə  biləsən”.  Yadımdadı,  general  Əliağa 
ġıxlinski  tez-tez  bizə  gələrdi,  hər  iki  bacanaq  Port-Artur  döyüĢlərindən,  Birinci  Dünya  müharibəsindəki 
fəaliyyətlərindən söhbət açardılar. 
Ġbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanovla, Əliheydər Qarayevlə, Mixail Frunze 
və  baĢqaları  ilə  yaxın  idi,  1916-cı  ildə  döyüĢ  meydanlarında  göstərdiyi  Ģücaətə  görə  ona  polkovnik  rütbəsi 
verilmiĢdi. 
Bu müharibədə onun göstərdiyi Ģücaət haqqında “Kaspi” qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun 
Hacıbəyli  yazır:  “Yüz  iyirmi  ikinci  Tamboy  süvari  alayının  zabiti,  ikinci  dərəcəli  “Müqəddəs  Anna”  ordenli 
Ġbrahim  ağa  Usubov  bu  alaya  təyin  olunandan  sonra  polkovnik  rütbəsi  almıĢdır.  1914-cü  il  oktyabrın  on 

28 
 
dördündə  Mizines  kəndi  ətrafindakı  yüksəkliyə  hücum  zamanı  Ġbrahim  ağa  batalyona  komandirlik  edərkən 
düĢməni iki cərgə səngərdən vurub çıxartmıĢ və üç gün bu yüksəkliyi avstriyalıların əks-hücumlarından qoruyub 
saxlamıĢdır. 
Polkovnik  Ġbrahim  ağa  Usubov  artilleriyası  ilə  öz  alayına  himayədarlıq  etmiĢ  və  PeremıĢl  qalasından 
düĢməni  vurub  çıxartmıĢdır.  1918-ci  ilin  may  ayında  Ġbrahim  ağa  Usubovu  milli  Azərbaycan  diviziyasında 
iĢləmək  üçün  dəvət  etdilər.  O,  Əliağa  ġıxlinski,  Səməd  bəy  Mehmandarov,  Əbdülhəmid  bəy  QaytabaĢı, 
Cavadbəy ġıxlinski və baĢqa hərbiçilərlə birgə Azərbaycan Demokratik Hökumətinin milli ordusunun təĢkilinə 
baĢladı.  On  səkkizinci  ilin  aprelində  Gəncədə  praporĢik  məktəbi  açdılar.  Burada  azərbaycanlı  gənclər  təhsil 
alırdılar.  Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə məktəbi adlandırıldı. 1919-cu 
ildə  milli  hökumət  xalqına  sidq-ürəklə  xidmət  etdiyinə  görə  polkovnik  Ġbrahim  ağa  Usubovu  general-mayor 
rütbəsi ilə təltif etdi. 
Milli  hökumət  Ġbrahim  ağanı  on  doqquzuncu  ildə  Azərbaycan  ordusu  üçün  hərbi  ləvazimat  və  hərbi 
geyim  alıb  gətirmək  məqsədilə  Ġtaliyaya  ezam  etmiĢdi.  Ġbrahim  ağa  Usubovun  xarici  ölkəyə  ezam  olunması 
təsadüfi  deyildi.  O,  fransız,  ingilis,  alman  və  polyak  dillərini  mükəmməl  bilirdi.  Respublika  Mərkəzi  Dövlət 
Arxivində  saxlanan  bir  sənəd  Müsavat  dövlətinin  Ġtaliyadakı  nümayəndəsinin  müsavat  ordusuna  geyim  və 
təchizat əĢyaları almaq üçün hərbi nazirliklə danıĢıqları barəsində teleqram - bunu təsdiq edir.  
2 dekаbr 1919-cu il 
 
Özünün sərəncamında olmadığından Ġtaliyanın hərbi nazirliyi paltar və silah verə bilmir. O avtomobillər, 
aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əĢyaları göndərilməsi Gellə tapĢırılıb. Ġlk 
partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl 
versə, bu əĢyaların əvəzinə parça almaq barəsində fikirləĢərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiĢ 
edirəm. 
General 
İbrahim ağa Usubov. 
 
- Əmim çox zarafatcıl idi, - deyən Gövhər xanım söhbətini davam etdirir. - 
Bir dəfə süfrə baĢında olan bir əhvalat yadıma düĢdü. Ġbrahim əmim köksünü ötürüb: 
-  Of, - dedi, - balalarım, kaĢ  hər Ģeydə: ağılda, kamalda, Ģöhrətdə özümə oxĢasınlar. Amma bircə Ģeydə 
mənə yox, dayılarına oxĢasalar yaxĢıdı. 
Həyat yoldaĢı - bibim tez üstünə düĢdü. 
- De görüm, o nədi elə? 
Əmim bığaltı gülümsünüb: 
- Boyumu deyirəm, - dedi, - bircə boy-buxundan kəm-kəsirim var. 
Əmim ortaboylu idi, ona iĢarə vururdu. Əliağa ġıxlinski də ona zarafatla cavab verdi. 
- Eybi yoxdu, - dedi, - Ġbrahim, qəm eləmə, o da igidə bir yaraĢıqdır. 
- Gövhər xanım, general əminizin son taleyi necə olub? 
- Ġyirminci ilin aprelində XI ordu gəldi. Əliağa ġıxlinski, Ġbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, 
Firudin bəy  Vəzirov,  əmim  və  bütün  azərbaycanlı  hərbçilərə,  generallara ilk  günlər toxunmadılar. Xüsusi  əmr 
verdilər ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz. Onlar da dinib-danıĢmadılar. Dedilər, 
təki  xalqa  toxunmasınlar,  biz  də  xalqa  xidmət  edərik.  Səhv  etmirəmsə,  hətta,  onlara  əmək  haqqı  da  təyin 
etmiĢdilər. Əmimə vəsiqə də vermiĢdilər ki, o, diviziya komandiri kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk 
günləri  idi.  Evimizdə  Qazaxdan  gələn  qonaq  da  vardı.  Əliağa  əmim,  Ġbrahim  dayım  da  bizə  gəlmiĢdi.  Hamı 
kəndi, qohumları, uĢaqlıq dostlarını soruĢur, deyib-gülürdülər.  O vaxt bütün hərbçilər indiki Ġstiqlal küçəsindəki 
beĢ nömrəli evdə yaĢayırdılar. Gecə on ikiyə iĢləyəndə hər kəs öz evinə getdi. Yenicə yatmağa hazırlaĢırdıq ki, 
küçədə bir yük maĢını dayandı. MaĢından tökülüĢən əsgərlər qaça-qaça bloklara doldular. Tüfənglərin qundağı 
ilə qapıları döyüb içəri soxuldular. Əsgərlər içəri girən kimi əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla 
əlindən  yapıĢıb  ağladım.  Əsgərlər  ev  əĢyalarını  siyahıya  aldılar.  Əmimin  orden-medallarını  və  özünü  də 
apardılar. O gecə azərbaycanlı generalları – Əliağa ġıxlinskini, Səməd bəy Mehmandarovu, Murad Gəray bəy 
Tlexası, Firudin bəy Vəzirovu, general-qubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa ġıxlinskini, kapitan 
Bahadır bəy Vəkilovu, əmim Ġbrahim ağa Usubovu - hamısını yük maĢınına doldurub apardılar. Dallarınca çox 
gedib-gəldik, bir xəbər öyrənə bilmədik. Onları həbs etdirən Ġlya adlı hərbçi idi. O, yarı erməni, yarı yəhudi idi. 
Əmimi, on iki azərbaycanlı general və zabiti 1920-ci il iyunun on altısında gecə ilə Nargin adasına aparıb orada 
güllələyiblər.  Çox  get-gəldən  sonra  əmim  arvadı  Gövhər  bibimə  əl  boyda  kağız  verdilər  ki,  onları  səhvən 
güllələyiblər. ġura hökuməti ailənizdən üzr istəyir. 
Əliağa ġıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kamerada olublar. XoĢbəxtlikdən onların Nəriman 
Nərimanova  göndərdikləri  məktub  çatıb  və  onlar  xilas  olublar.  Orduya  soxulan  terrorçu-daĢnaklardan  ehtiyat 
edən Nərimanov ona görə də 1920-ci il avqustun 1-də Ə.ġıxlinskini və S.Mehmandarovu Moskvaya göndərdi. 

29 
 
General  Ġbrahim  ağa  Usubovdan  çox  az  niĢanə  qalıb.  Bir  neçə  Ģəkil,  bir  də  qızı  -  Azərbaycan  Dövlət 
koservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova... Mübarizələrdə keçən 
ömrün  anları  indi  illərin  saralıb-soldurduğu  çox  az  Ģəkil  və  sənədlərdə  yaĢayır.  General-mayor  Ġbrahim  ağa 
Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır: 
- Əliağa əmim deyirdi ki, atan Ġbrahimin hərbçi istedadı Birinci Dünya müharibəsi dövründə özünü parlaq 
Ģəkildə göstərdi. DöyüĢ zamanı çevikliyi, piyada qoĢundan məharətlə istifadə etməsi, xüsusilə əsgərlərlə səmimi 
rəftarı Ġbrahimi rus ordusunda mahir bir sərkərdə kimi tanıtdı. Əliağa əmim bir də danıĢırdı ki, M.V.Frunze atanı 
yaxĢı  bir  insan  kimi  tanıyırdı.  Birinci  Dünya  müharibəsindəki  fəaliyyətini,  hərbi  sənətkarlığını  çox  yüksək 
qiymətləndirirdi. 
Mən  Xarkovda  anadan  olmuĢam.  UĢaq  olsam  da,  bəzi  əhvalatları  yaxĢı  xatırlayıram.  Yadımdadır,  nə 
münasibətləsə evimizdə qonaqlıq vardı, məclisdə yüksək rütbəli zabitlərlə yanaĢı sıravi əsgərlər də iĢtirak edirdi. 
Əsgərlərdən biri atam haqqında dedi: - baxmayaraq ki, o, rus deyil, azərbaycanlıdır, ancaq bizim üçün doğma 
atadan da yaxındır. 
Atam həqiqətən də əsgərlə zabit arasında sərt sədd çəkməyən adam idi. Əsgərin bütün hüquqlarını əlindən 
alan  zabitlərlə  o,  heç  vaxt  razılaĢmazdı.  Məhz  bu  keyfiyyətlərinə  görə  onu  əsgərlər  ata  kimi  sevir,  hörmət 
edirdilər. 
...Faris baba ilə görüĢlərimin birində gördüm ki, o, lüğətlə bir Azərbaycan yazıçısının romanını oxuyur. 
- Faris baba, - dedim, - indən belə dil öyrənmək gec deyilmi? 
- Öyrənirəm ki, Ġbrahim əmim kimi dünənə sabah deməyim. 
- O nə deməkdir? 
-  Bu  saat  danıĢacam,  -  deyib  qoca  iri  gözlərilə  gülümsündü.  -  Xatirimdədir,  1914-cü  ilin  yazında  atam 
məni  də  götürüb  kəndimiz  Salahlıya  gəlmiĢdi.  Hələ  müharibə  baĢlamamıĢdı.  Atam  doğma  kəndinə  getməyi, 
qohumlara baĢ çəkməyi çox sevirdi. Ali rütbədə, yüksək bir yerdə iĢləməyinə baxmayaraq, ildə bir neçə dəfə 
kəndə  gedərdi.  “Bu  kənd  -  deyirdi,  -  oğul,  harda  olsam  mənimlədi,  adam  nə  qədər  böyük  Ģəhərlərdə,  uzaq 
ellərdə olsa da doğmasını, ondan süd əmdiyi yeri unuda bilmir. Buna haqqı da yoxdur”. 
Atam eĢidir ki, Ġbrahim ağa Usubov da ailəsi ilə kəndə gəlib. Abdulla əmimlə onun görüĢünə gedirlər. 
Abdulla əmim Ġbrahim əmimdən soruĢur ki, nə vaxt gəlmisən? 
Ġbrahim əmim cavab verir ki, “Sabah”. 
Atam təəccüb edir ki, bu nə danıĢıqdır. Abdulla əmim iĢin nə yerdə olduğunu baĢa düĢür. Gülə-gülə deyir: 
- Ġbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən. - Qoca əhvalatı danıĢıb kədərlə 
gülümsündü.  -  Ġbrahim  əmim  -  dedi,  -  uzun  müddət  Rusiyada  qulluq  etdiyindən  Azərbaycan  dilini  bir  az 
yadırğamıĢdı.  Məni  də  tale  ölkədən-ölkəyə,  Ģəhərdən-Ģəhərə  atıb.  Fransız,  ingilis  və  bir  neçə  dildə  sərbəst 
danıĢıb  yaza  bilirəm.  Amma  hiss  edirəm  ki,  o  qədər  yadlarla  oturub-durınuĢam  ki,  doğmamı  unutmaq 
ərəfəsindəyəm. 
Faris  baba  çoxillik  ömründə  bitib-tükənməyən  hadisələrin,  əhvalatların  Ģahidi  olmuĢdu.  Heyf  ki,  bu 
səmimi,  mehriban  qoca  ilə  görüĢüm  onun  həyatının  son  günlərinə  təsadüf  etdi.  O,  bizim  iĢıqlı  dünyamızdan 
ömrünün doxsan dördüncü ilində köçdü. 
 
YARALI SÖHBƏT 
 
Bizim  iĢimiz  müqəddəs,  haqq  iĢidir,  bizim  ölməyimizlə  o  məhv  olmayacaq.  -  Qalibiyyət  yolunda 
bizim qanımız hələ çox töküləcək, ancaq göstərilən fədakarlıqla, verilən qurbanlarla böyük ideyalar qalib 
gəlir.  Biz  ölməklə,  al  qanımıza  boyanmıĢ  azadlıq  və  bərabərlik  bayrağını  intiqam  və  qalibiyyət  irsini 
gələcək nəsillərə qoyub gedirik. 
Spartak 
 
Faris  babanın  kiçik  qardaĢı  polkovnik  Qalib  bəy  Vəkilovun  1918-ci  ildə  yaranan  Milli  Orduda  böyük 
xidmətləri olub. Onu da otuz yeddidə həbs ediblər. Arabir qardaĢı haqqında soruĢurdum. Hər dəfə də o, söhbətin 
yönünü  dəyiĢir  və  bu  barədə  danıĢmaq  istəmirdi.  Yüzü  haqlayıb,  uĢaq  kimi  kövrək  olan  qocanın  qəlbinə 
dəyməyə  qıymırdım.  Bir  dəfə  söhbəti  Çingiz  Ġldırımdan  saldım.  Bilirdim  ki,  Çingiz  Ġldırımla  Qalib  bəy  dost 
olublar.  Qoca  məcbur  olub  ötəri  bir  əhvalat  danıĢdı.  Mən  əl  çəkməyib,  -  Qalib  bəy  niyə  tutulub?  -  deyə 
soruĢanda qoca əlimdən yapıĢıb:  
-  Bərk  yorulmuĢam,  -  dedi.  Qoy  qardaĢım  Qalib  haqqında  söhbət  sonraya  qalsın,  onun  faciəsi  çox 
uzundur. Bu, illərlə ürəyimdə gəzdirdiyim yaralı bir söhbətdir.  
Yazıq görkəm alan qoca üzrxahlıq elədi, - Ġncimə, gələn Ģənbə-bazar gözləyəcəm... 
Təəssüf ki, Faris baba mənə görüĢmək üçün vəd etdiyi bazar gününə kimi yaĢamadı... 
Sonralar  Qalib  bəy  Vəkilovun  doğma  qızı  Leyla  xanımla  bir  neçə  dəfə  görüĢdüm.  Pedaqoji  elmlər 
doktoru, professor Leyla xanım Vəkilova M.F. Axundov adına Rus Dili və Ədəbiyyatı Ġnstitutunda iĢləyirdi. 

30 
 
General  Əliağa  ġıxlinskinin  onlarda  saxlanan  nadir  Ģəkillərinin  üzünü  çıxartdıranda,  general  babası 
Ġbrahim  ağa  Vəkilov  haqqında  veriliĢ  hazırlayanda  arabir  atası  haqqında  da  soruĢdum.  O  da  əmisi  kimi 
suallarıma çox qısa cavab verir və nədənsə bu mövzunun üstündən sükutla keçirdi. 
“...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya olunanların, hətta uşaqları da bəzən öz 
ata-analarının  günahkar  olmasına  inanır  və  açıq-aşkar  onlardan  üz  çevirirdilər.  Bu,  nə  ilə  əlaqədar  idi? 
Qorxaqlıqla, yoxsa öz şəxsi həyatını qorumaqla? Bu da vardı, amma əsas səbəb yalnız kor-koranə, fanatik inam 
idi”. 
Professor  Nikolay  TruĢenkonun  bu  sətirlərini  “Smena”  jurnalında  (1988,  №  9)  oxuyanda  dərhal  Leyla 
xanımı xatırladım. Susmağının səbəbini sanki bu sətirlərdə tapmıĢdım. Elə ki, atası haqqında danıĢmağa baĢladı, 
bir daha gördüm və hiss etdim ki, Leyla xanımdan qorxu hissi, doğrudan da, çox uzaqdır. Zarafat deyildi, doğma 
atadan  danıĢmaq,  yazmaq  əlli  ildən  çox  idi  yasaq  edilmiĢdi.  O,  heç  vaxt  “xalq  düĢməni”  atasından  üz 
döndərməmiĢdi.  Nə  kor-koranə,  fanatikcəsinə  “ellər  atası  Stalinə”,  nə  də  M.C.Bağırova  özünün  pənahı  kimi 
pərəstiĢ edə bilməmiĢdi. O illərdə incidilmiĢ əlli bir min “gözükölgəli” azərbaycanlı ailəsindən biri kimi dərdini 
ürəyində  çəkmiĢdi.  Və  bəlkə  də  Leyla  xanımın  ağlına  gəlməzdi  ki,  vaxt  gələcək,  aĢkarlığın,  demokratiyanın 
iĢığında hər Ģey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar, Ģübhələr ürəklərdən silinib atılacaq, haqq-nahaq öz 
yerini tapacaq. 
-  Təəssüf  ki,  mən  atamı  babam  Ġbrahim  ağadan  daha  az  görmüĢəm,  -  Leyla  xanım  söhbətinə  general 
babasından baĢlayır. – Ġlk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaĢım vardı. Ġkinci dəfə isə on 
üç yaĢında idim. Ona görə də atam haqqında anamın söhbətlərindən yadımda qalanlar daha çoxdur. 
- Bəs general babanız Ġbrahim ağa Vəkilov atanız həbs ediləndə sizə onun haqqında heç nə danıĢmayıb? 
- Yox, Babam heç vaxt oğlunun günahsız həbs olunması haqqında söhbət salmazdı. Sonralar mənə məlum 
oldu  ki,  babam  atamın  tutulmasını  ürəyində  sağalmaz  yara  kimi  gəzdirirmiĢ.  Mənim  kimi  körpə  qız  uĢağına 
xalqının,  Vətəninin  rifahı  üçün  çalıĢan  atamın  xidmətlərini  və  onun  günahsızlığını  baĢa  salmaq  iqtidarında 
deyilmiĢ.  Atam  tutulandan  sonra  babamın  qəddinin  əyilməyini  indi  də  gözüm  önünə  gətirəndə  kövrəlirəm. 
Babam o ağır illərdə qanadları qırılmıĢ quĢ kimi gəzirdi. 
General-topoqraf Ġbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü. 1866-cı il iyunun 20-də isə tale 
bu ailəyə yeganə qız payı - Rəna xanımı bəxĢ etmiĢdi. XoĢbəxt ailənin bircə nigarançılığı vardı: ata müsəlman, 
ana isə xristian dininə mənsubdur. Bəs övladları hansı məzhəbə qulluq etməlidir? - sualı ailəni keçilməz sədd, 
dibigörünməz qaranlıq qarĢısında qoymuĢdu. 
Qleb sənətində atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi ilə Tiflis kadet korpusunu müvəffəqiyyətlə 
bitirib  Xarkovdakı  üçüncü  Aleksandr  adına  Ali  Hərbi-Texniki  Ġnstitututa  qəbul  olundu.  Ġkinci  kursdan  sonra 
Qleb  Vəkilov  könüllü  olaraq  həmin  institutu  tərk  etdi.  Sonralar  Moskvadakı  Alekseyev  Hərbi  Məktəbində 
təhsilini davam etdirdi. 
Əsrin  əvvəllərində  fəhlə  sinfi  ayağa  qalxıb  mütləqiyyətm  rədd  olunmasını  tələb  edirdi.  Qanlı  bazar 
hadisələrindən  hiddətlənən  xalq  hərəkatı  coĢmuĢdu.  Ġmperiyanın  hər  yerində  çarizmin  qanlı  cinayəti  nifrətlə 
qarĢılandı.  Belə  təlatümlü,  qarıĢıq  bir  dövrdə  ananın  da,  atanın  da  əzabı  onlara  dinclik  vermirdi.  Peterburqda 
təhsil alan böyük oğlu Borisi, Moskvada yunker məktəbində oxuyan Qlebi də bir sual düĢündürdü. Mən kiməm, 
hansı  millətə  məxsusəm?  Bu  izahedilməz  sual  qarĢısında  qalan  hər  iki  qardaĢ  tez-tez  ata-anaya  müraciət 
edirdilər. 
Faris  Vəkilovun  söhbətindən:  -  Mənim  on  doqquz  yaĢım  tamam  oldu.  Dərs  məĢğələləri  ilə  bərabər 
Məhəmmədin  dininə  keçmək  fikri  də  məni  tərk  etmirdi.  l904-05-ci  illərdəki  Ģərait  bu  niyyətimin  həyata 
keçməsinə kömək etməli idi. Bədniyyətli rus-yapon müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə 
çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.  
1904-cü  ildə  “Din  azadlığı  haqqında  manifest”  nəĢr  olundu.  Orada  hər  hansı  bir  səbəbdən  öz  ata-baba 
dinindən dönmüĢlərə yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi ki, müvafiq ərizə vermək 
kifayətdir ki, bununla da məsələ həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim Peterburqa 
gəliĢimin birinci ilində pravoslav dinin müdafiəçilərini bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət 
görmədilər. Anamın Lev Tolstoya məktubunda da bu ehtiyat öz əksini tapmıĢdı. XoĢagəlməz hadisələrdən yaxa 
qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli olduq. 
Ona görə də çıxılmaz  vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova 1909-cu il  martın 2-də dahi 
yazıçı Lev Nikolayeviç Tolstoya məktubla müraciət etməli olub. 
1910-cu  ildə  yunker  Qalib  bəy  Vəkilov  Moskvadakı  Alekseyev  hərbi-texniki  məktəbini  bitirib  xidmətə 
baĢladı. Birinci Dünya müharibəsi baĢlananda o, Qərb cəbhəsindəki mühəndis alayında döyüĢürdü. Molodeçnıy 
Ģəhəri uğrunda gedən döyüĢlərdə göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov 2-ci dərəcəli 
müqəddəs  Georgi  ordeni  ilə  təltif  olundu.  Hərbi-texniki  mütəxəssis  kimi  Qalib  bəy  Vəkilovun  ən  baĢlıca 
vəzifəsi  düĢmənin  qəfil  hücum  edəcəyi  bərə  və  keçidlərin  möhkəm  qurulması,  səngərlərdə  piyada  və  tank 
əleyhinə mərmilərin dəqiq yerləĢdirilməsi idi. 

31 
 
Leyla  xanımın  stolun  üstünə  qoyduğu  müxtəlif  sənəd  və  foto-Ģəkillərin  hamısı  inqilabdan  əvvələ 
məxsusdur.  Onların  arasında  çox  qalın  olmayan  bir  kitab  da  var.  Bu,  məĢhur  ədəbiyyatĢünas  Firudin  bəy 
Köçərlinin ilk  “Azərbaycan  tatarlarının ədəbiyyatı”  kitabıdır.  Onu  müəllif  22  oktyabr  1903-cü  ildə  avtoqrafla 
Leyla  xanımın  general  babasına  hədiyyə  verib.  “Hörmətli İbrahim  ağa  Vəkilova  böyük  məhəbbət  nişanəsi  ilə 
Firidun bəy Köçərlidən. Qori şəhəri”. 
ġəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant Əliağa ġıxlinskiyə məxsusdur. Ġndiyədək heç 
kəsə  məlum  olmayan  və  heç  yerdə  dərc  edilməyən  bu  Ģəkillər  1915-ci  ilə  aiddir.  Bir  qrup  zabit  və  üç  nəfər 
Ģəfqət bacısı ilə birgə Ģəkildə isə Əliağa ġıxlinski həyat yoldaĢı Nigar xanımla birgə dayanıb. 
-  Nigar  xanımla  yanaĢı  əyləĢən  anam  Aleksandra  Ġvanovna  Vəkilovadır.  Anam  da  atam  Qaliblə  birgə 
Birinci  Dünya  müharibəsi  illərində  döyüĢən  orduda  xidmət  edib.  Anamın  rütbəsi  leytenant  olub.  O  da  Nigar 
xanım kimi hərbi səhra qospitalında Ģəfqət bacısı iĢləyib. Oktyabr inqilabı baĢlananda onlar Minsk ətrafindakı 
cəbhədə olublar. Atam üç ay ordu sıralarında komandir kimi xidmət etdikdən sonra komandanlıq onu qulluğunu 
davam  etdirınək  üçün  Bakıya  ezam  edir.  O,  yeni  yaranan  Azərbaycan  Milli  Ordusunda  hərbi-mühəndislər 
idarəsinin  rəisi  təyin  olunur.  Podpolkovnik  rütbəsində  Azərbaycan  ordusunun  süqutuna  qədər  iĢləyir.  Sonra 
atam XI Ordunun Ənzəli Ģəhərindəki mühəndis qoĢunları hissəsinin rəisi vəzifəsində qulluq edir. 
Anam da bu yürüĢdə atamla birgə olub. Atam bu yürüĢdə ağır xəstələnib. O, malta qızdırmasına tutulub. 
Xəstəliyinə baxmayaraq, 1922-ci ildə yenidən Azərbaycan BaĢ Hərbi - Mühəndislər Ġdarəsinin rəisi vəzifəsində 
iĢə baĢlayıb. Sonra Zaqafqaziya Qızıl Ordu hərbi inqilab Ģurasının hərbi sənaye komitəsinin direktoru olub. Bu 
vəzifədə beĢ il iĢləyib. 
-  Leyla  xanım,  bayaq  dediniz  ki,  atanız  iki  dəfə  həbs  edilib.  Otuz  yeddinci  ildən  əvvəl  nə  vaxt  həbs 
olunmuĢdu? 
-  Atam  ilk  dəfə  1931-ci  ildə  həbs  edilib.  O,  inĢaatçı-mühəndis  sifətilə  Belomor-Baltik  kanalının 
tikintisində  dustaq  kimi  iĢləmiĢdi.  1933-cü  ildə  o,  həbsxanadan  gəldi.  Qocalıb  əldən  düĢmüĢ,  xəstəhal  atamın 
saçı  tamam  ağarmıĢ  və  dinib-danıĢmaz  olmuĢdu.  O,  tək  bircə  dəfə  mənimlə  həbs  olunması  haqqında  söhbət 
edəndə  dedi:  “Kim  mənim  haqqımda  sənə  nə  deyir  desin,  bilmirəm.  Bircə  onu  yadında  saxla  ki,  mən  nə 
Vətənimin, nə xalqımın qarĢısında, nə sənin, nə ananın, nə də heç kəsin qarĢısında günahkar deyiləm”. 
Belomor-Baltik  kanalı  tikintisindən  qayıdandan  sonra  atam  Bakıda  məiĢət-tikinti  trestində  direktor 
müavini iĢlədi. 
Yadımdadır,  çox  tez-tez  xəstələnirdi.  SemaĢko  adına  xəstəxanada,  dəmiryolu  xəstəxanasında,  sonra  da 
Bayıldakı xəstəxanada müalicə olunurdu. Onu operasiya elədilər. Anamla yanına çox çətinliklə gedib-gəlirdik. 
Bir  xeyli  sonra  atamın  səhhəti  yaxĢılaĢdı.  Ailəmizin  güzəranı  da  pis  deyildi.  O,  iĢini  dəyiĢmiĢdi.  Ġndi  Kür 
üstündəki Bankə qəsəbəsində iĢləyirdi. Sən demə, ən dəhĢətlisi irəlidə imiĢ. Otuz yeddinci il gəlib çatdı. Laxa 
ağzını açan bu dəhĢətli qara il yüzlərlə saf Azərbaycan ziyalısı ilə birlikdə atamı da uddu... 
1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki bəraət məktubu aldım. Biri 1931-ci ilə görə, biri 
də 1937-yə görə. Sonuncuda yazılmıĢdı ki, polkovnik Qalib Vəkilov 19 dekabr 1937-ci ildə həlak olub. Anamla 
mən isə otuz yeddinci ildən əlli altıya qədər onu həbsxənalarda axtarırdıq. 
Leyla  xanım  Vəkilovanın  stolunun  üstündə  daha  bir  tarixi  Ģəkil  var:  süfrə  arxasında  altı  nəfər  əyləĢib. 
Ovdan qayıdıb nahar edirlər. MəĢhur sovet sərkərdəsi Mixail Frunze sol əli çənəsində dərin düĢüncələrə dalıb. 
Onun sağ yanında dayanmıĢ Əliheydər Qarayevlə Qalib bəy Vəkilov da fikirlidirlər. Təkcə diviziya komandiri 
Məmməd Veysov məĢğuldur. O,  əlindəki çəngəl-bıçaqla qarĢısındakı qabda nəyisə doğrayır. Qalan iki nəfərin 
kimliyi məlum deyil. Leyla xanım deyir ki, bu Ģəkil 1925-ci ilin qıĢında M.V.Frunze ikinci dəfə Azərbaycana 
gələndə Xaçmaz rayonunun ərazisindəki keçmiĢ Neruçev (indik №-li sovxoz) malikanəsində çəkilib. 
Altı ay keçməmiĢ bu sıradan biri - M.Frunze qəfil vəfat etdi. Əliheydər Qarayev, Qalib bəy Vəkilov otuz 
yeddinin qurbanı oldular. Məmməd Veysov isə doqquzillik həbs cəzası çəkib 1957-ci ildə vəfat etdi. 
- Leyla xaınm, atanızın dostlarından kimləri xatırlayırsınız? 
-  Hələ  uĢaq  idim,  yadıma  gəlir  ki,  M.V.Frunze,  Əliağa  ġıxlinski,  Serqo  Orconikidze  və  ən  çox  Çingiz 
Ġldırım qonağımız olardı. Çingiz Ġldırım mənim üçün “Çi dayı idi.” O, çox Ģən, səsli-küylü, çox vaxt mənimlə 
oynayan, mənə cürbəcür macəralar danıĢan “Çi dayı” idi. 
Onun  ailəsi  yox  idi.  Vaxtının  çoxunu  atamla  bizdə  keçirərdi.  “Çi  dayı”  uĢaqlara  xüsusi  məhəbbət  və 
hörmətlə yanaĢardı. 
Onun danıĢdığı yarımfantastik hekayətlər də yaxĢı yadımdadır. O, nəql edərdi ki bir dəfə qatar gedə-gedə 
atılıb ona mindim, ordan da hoppanıb uçan təyyarənin üstünə qondum, bunları danıĢır, özü də mənimlə birgə 
gah təəccüblənər, gah da uğunub gedərdi. 
O danıĢırdı ki, yadıma gəlir, bir dəfə Lənkəran tərəfdə ov eləyəndə qamıĢlıqdan qəfil çıxan atanı qaban 
zənn edib az qala qanına qəltan eləmiĢdim. “Çi dayı” hər gəliĢində mənə rəngli uĢaq kitabları gətirərdi. Bir dəfə 
ağacdan yonulmuĢ qaban heykəli gətirdi. Pəncəsində anama avtoqrof yazdırmıĢdı. 
Həmin heykəl - qaban budur. Ġndi də saxlayıram.  

32 
 
Atamın  yazı  stolunun  üstündə  “Çi  dayı”nın  Qırmızı  Bayraq  ordeni  alandan  sonra  çəkilmiĢ  fotoĢəkli 
qoyulmuĢdu. Onu Çingiz əmi avtoqrafla atama bağıĢlamıĢdı. 
Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə gəlmədi. Hər dəfə mən atamdan soruĢanda ki “Çi dayı” 
niyə  bizə  gəlmir,  onlar  susardılar.  Mənim  sualım  cavabsız  qalardı.  Xeyli  sonra  mən  baĢa  düĢdüm  ki,  o  qara 
illərin  qorxunc  əli  onun  da  yaxasından  yapıĢıb.  Çingiz  Ġldırım  yaxasını  qurtarmaq  üçün  əvvəl  Maqnitoqorsk, 
1934-də isə Kirov-Roqa gedir. Amma orda da onu axtarıb tapdırır və güllələtdirirlər. 
Leyla xanım stolun üstündəki Ģəkli götürüb kədərli səslə: - “Çi dayı”nın atama bağıĢladığı bu Ģəkil qeyri-
adi  bir  təsadüf  nəticəsində  bizdə  qalıb,  -  deyir.  Atam  həbs  olunanda  onun  kitabları,  bağıĢlanmıĢ  Ģəxsi  silahı, 
sənədləri hamısı müsadirə olundu. “Çi dayı”nın bu Ģəkli isə sonralar lazımsız bir kitabın arasından çıxdı. Atam 
Çingiz  Ġldırımdan  sonra  həbs  olunacağını  gözləyirdi.  O,  hətta,  “Çi  dayı”nın  həbs  olunmasını  eĢidəndə  anama 
deyib ki, indi növbə mənimdir. 
Görünür, atam bilə-bilə “Çi dayı”nı Ģəklini lazımsız kitabın arasına qoyub ki, ələ düĢməsin. 
Çingiz Ġldırıma bəraət veriləndən sonra bu nadir Ģəkil o gözəl insandan demək olar ki, yeganə yadigar idi. 
Bizim  muzeylər  bu  Ģəklin  surətini  çıxartdılar.  Adını  daĢıyan  Politexnik  Ġnstitutu  qarĢısındakı  büst  də  bu  Ģəkil 
əsasında qoyuldu. 
 
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin