HƏRB TARĠXĠMĠZDƏ NƏLƏR OLMUġDUR?
Totalitar sovet rejimi dövründə belə bir səhv fikir vardı ki, ötən əsrlərdə Azərbaycanın görkəmli hərbçiləri
olmayıb. Guya ona görə də, bizim hərb tariximiz yox dərəcəsindədir. Lakin açılan məxfi qovluqlar, aparılan
hərbi-elmi tədqiqatlar göstərdi ki, qədimdən-qədim olan xalqımızın mərd sərkərdə oğulları Azərbaycan hərb
tarixinin solmaz, yaddan çıxmaz səhifələrini yaradıblar.
73
Uzun illər apardığımız axtarıĢlar sayəsində məlum olmuĢdur ki, 1920-ci il aprel çevriliĢinə qədər
xalqımızın altmıĢ üç general oğlu nizami ordu hissələrində xidmət edib. Onların iyirmi iki nəfəri 1918-20-ci
illərdə Milli Ordumuzda xidmətini Ģərəflə etmiĢdir.
“Hərb tariximizdə nələr olmuĢdur?” yazısı da bu ideyanın - faktın təsdiqidir.
* * *
Görkəmli Azərbaycan sərkərdəsi Fətəli xan Hüseynəli xan oğlu 1735-ci ildə anadan olub, əlli üç yaĢında
vəfat edib. 1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaĢında hakimiyyətə gələn gənc Fətəli xan Quba,
Dərbənd və Salyan xanlıqlarını birləĢdirməklə ġərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmıĢdır.
Vahid Azərbaycan naminə 40 min qoĢun yaradan Fətəli xan ġamaxı, ġəki, Bakı xanlıqlarını, Car-Balakən
azad cəmiyyətini və ƏrəĢ sultanlığını ittifaqa çağırmıĢdır. Nadir Ģah ƏfĢarın öldürülməsindən sonra xırda
xanlıqlara bölünən Azərbaycaın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa
gəlməyən xanlıqları birləĢdirmək üçün silaha əl atmağa məcbur olmuĢdur. O, 1785-ci ildə ġəki xanlığını, 1787-
ci ildə ġamaxı xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi.
Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləĢdirməyə nail oldu.
Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiĢ akademik S.Q.Qmelin igid sərkərdə Fətəli xan
Qubalının xalq arasında böyük ehtirama layiq olduğu haqqında iftixarla yazır:
“Dərbənd əhalisi onu sevirdi. Şamaxı təbəələri Fətəli xandan razı idilər. Bakı əhalisi, onun vergi,
toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirməyə 1759-cu ildə
Dərbənddən başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla
əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı”.
Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər Ģahidlik verir ki, Fətəli xan hakimiyyəti saxlamaq
üçün ilk növbədə güclü qoĢun yaratmıĢdı. Müharibədə könüllülərdən, partizan dəstələrindən və birləĢmiĢ nizami
qoĢun dəstələrindən daha çox istifadə olunurdu.
Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə edirlər. Görkəmli tarixçi
Abbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmiĢdi. O,
hakimiyyət baĢına keçəndən sonra ağıllı və çalıĢqan hakim olduğunu göstərdi; bütün ətrafındakı adamları özünə
cəlb etdi, düĢmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi.
Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan Hüseynəli xan oğlu Qubalı 1735-ci
ildə anadan olmuĢdur.
Dayaz tədqiqat həmiĢə çaĢqınlığa salıb, hətta bəzi nəsillər və Ģəxsiyyətlər arasında təfriqə yaradıb.
Totalitar Sovet rejimi dağılıb mətbuat azadlığı yaranan kimi heç bir məxəzə, mənbəyə əsaslanmayan “qoçaq
yazarlar” qol çırmayıb XIX əsr klassiklərimizə və sərkərdələrimizə hücuma keçdilər. Tariximiz qarĢısında
əvəzsiz xidmətləri olan Abbasqulu ağa Bakıxanova, Ġsmayıl bəy QutqaĢınlıya, Mirzə Fətəli Axundova, Fətəli
xan Qubalıya qara yaxmağa baĢladılar. Guya onlar rus hakimiyyəti dövründə fəaliyyət göstərməklə
torpaqlarımızı ruslara satıblar. Belə cızmaqaraçılara “Azərbaycan” qəzetinin 1992-ci il 11 noyabr tarixli sayında
tarix elmləri doktoru Fəxrəddin Nərimanoğlu tutarlı cavab verdi. O, “Hüseynqulu xan kimdir?” məqaləsində
haqlı olaraq yazırdı: “Təəccüblü odur ki, indinin özündə də mətbuat orqanlarımızda tarixi Ģəxsiyyətlərin
xidmətlərinin bir kənara qoyulduğu, onların adi xətalarının belə ĢiĢirdilib göyə qaldırıldığı, bir sözlə, tarixi
ədalətin unudulduğu yazıları rast gəlinir. YaxĢı olardı ki, yazarlarımız tarixi mövzulara müraciət edərkən ayrı-
ayrı ədiblərin bədii əsərləri ilə yanaĢı, tarixi mənbə və məxəzlərə müraciət edəydilər. Onda əsl həqiqət üzə
çıxardı və oxucularda belə bir yanlıĢ fikir oyanmazdı ki, bizim əsl milli faciəmiz Qubalı Fətəli xanın fəaliyyəti
ilə bağlıdır. Halbuki tutarlı mənbələr əsasında tarixçilərimiz Fətəli xanın kimliyini oxuculara çoxdan
çatdırmıĢlar. Bu danılmaz tarixi həqiqətdir ki, o, Azərbaycan ərazisini vahid bir hakimiyyət altında görmək
arzusunda idi və bu yolda az iĢ görməmiĢdi. Məmləkətin az qala üçdə bir hissəsini öz hakimiyyəti altında
birləĢdirən Fətəli xan sözsüz, ayrı-ayrı xanların müqavimətinə də rast gəlmiĢ, onların bəziləri üzərində qələbə
çalmıĢ, bəziləri ilə də dostluq, qohumluq münasibətləri yarada bilmiĢdi. Yeri gəlmiĢkən, qeyd edək ki, XVIII
əsrin ikinci yarısında Azərbaycan ərazisində ayrı-ayrı xanlıqların bir-birilə çəkiĢmələri inkaredilməz faktdır.
Lakin belə bir çatıĢmazlıqdan istifadə edib, onları ayrı-ayrılıqda xarakterizə etmək, birinə obyektiv, digərinə
qeyri-obyektiv qiymət vermək tarixi hadisələrə, tarixi Ģəxsiyyətlərə birtərəflı yanaĢmağın nəticəsidir.
Azərbaycanın bugünkü oxucusunun belə bir həqiqəti bilməsi daha düzgün olardı ki, XVIII əsrin ikinci yarsında
Azərbaycanda Pənahəli xan, Cavad xan, Ġbrahim xan, Məmməd Həsən xan, Hüseynqulu xan və baĢqaları kimi
hakimlər tərəfindən dövlətçilik bərpa edilmiĢ, onilliklər ərzində qorunub saxlanılmıĢdır. O ki qaldı ayrı-ayrı
xanlıqların bəzi qonĢu dövlətlərə, o cümlədən Rusiya ilə münasibətlərinə, onda gərək biz XVIII əsrin
axırlarından baĢlayaraq bu günə qədərki tariximizin üstündən qələm çəkək. Dünya diplomatiya tarixindən
xəbərsizlər yalnız belə düĢünə bilərlər. Qubalı Fətəli xanı Rusiyaya meyldə günahlandıranlar bilməlidirlər ki,
son vaxtlar bu dövrlə məĢğul olan tarixçi-tədqiqatçılarımız onun Türkiyə ilə də yaxınlığını sübut edən dəlillər
74
aĢkar etmiĢlər. Bizə belə gəlir ki, hər bir xalqın tarixi Ģərəfli səhifələrlə yanaĢı, uğursuzluqlardan da xali
deyildir. Milli faciəmizi tarixin ayrı-ayrı anlarında deyil, Allahın bizə bəxĢ etdiyi iqtisadi zənginliyimizdə
axtarmalıyıq ki, bütün bunlar tarix boyu düĢmənlərimizin gözlərini qamaĢdırmıĢdır”.
* * *
1919-cu il yanvarın 3-də Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev general-mayor rütbəsilə təltif
olunub. Bu, Azərbaycan Respublikasının təltif etdiyi ilk milli ordu generalı idi.
General Süleyman bəy 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlmiĢdir. Ġlk hərbi təhsilini
Yelizavetqrad (indiki Kirovqrad - ġ.N.) Ģəhərində almıĢdır. 1899-cu ilin martına kimi eskadron komandiri olan
Süleyman bəy Əfəndiyevə Kavaler kimi fəxri ad verilmiĢdir.
Aprel çevriliĢinə kimi Kutaisi quberniyası üzrə baĢ nəzarətçi vəzifəsində çalıĢan polkovnik Süleyman bəy
xalqımızın maariflənməsində fəal iĢtirak etmiĢdir. O, tez-tez Qori Ģəhərindəki seminariyanın Azərbaycan
Ģöbəsində təhsil alan gənclərə maddi yardım göstərmiĢdir.
General-mayor Süleyman bəy Əfəndiyevin çox böyük və danılmaz xidməti 1917-ci ilin iyul ayından
baĢlayaraq general Əliağa ġıxlinski ilə birgə Azərbaycan Milli Ordusunu yaratmaq təĢəbbüsüdür.
Birinci Azərbaycan piyada diviziyasının rəisi, general-mayor Süleyman bəy Əfəndiyev 1919-cu il
fevralın 21-də səpmə yatalaq xəstəliyindən vəfat etmiĢdir. Vəsiyyətinə görə onu Qazaxda dəfn etmiĢlər.
* * *
1918-ci il yanvarın 9-dan 12-ədək ġəmkir hadisəsi olub.
Qafqaz-Türk cəbhəsində sülh bağlandıqdan sonra - 1917-ci ilin noyabrından baĢlayaraq bolĢevik əhval-
ruhiyyəli rus əsgərləri geri - Rusiyaya qayıdırdı. Yeni yaranan ordumuza Tiflisdəki ehtiyat silah anbarından
müsəlmanlara heç bir pay verilməmiĢdir. Lakin gürcülər hərbi korpus yaratmaq üçün silah paylarını almıĢdılar.
Hətta ermənilər onlara çatacaq külli miqdarda silah payını daĢıyıb Ġrəvana aparmıĢdılar. Ona görə də Gəncədəki
“Müsəlman Milli Komitəsi” Qafqaz-Türk Cəbhəsindən qayıdan rus hərbi eĢelonlarının Azərbaycan ərazisindən
onların gəlib keçəcəyi vaxtı öyrənib həmin günü “döyüĢ günü” elan etmiĢdi.
Milli Komitənin baĢçıları Adil xan Ziyadxanov, Nəsib bəy Usubbəyli, Xəlil bəy Xasməmmədov, Aslan
bəy Səfikürdski və baĢqalar gürcü menĢeviklərindən aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının
(bu alay keçmiĢ “Dikiy diviziya”nın Tatar alayının əsgər və zabitlərindən ibarət idi - ġ.N.) qüvvəsi ilə rus hərbi
eĢalonunun qabağını Gəncənin otuz kilometrliyində - ġəmkir və Dəllər stansiyaları arasındakı məsafədə
kəsdilər. Zirehli qatarda (300 nəfər gürcü əsgər və zabiti ilə birgə) general-mayor knyaz Maqalov, Azərbaycan
alayına isə polkovnik Süleyman bəy Əfəndiyev komandanlıq edirdi. Bu qabaqkəsmədə Gürcüstan menĢevik
hökumətinin də silah təmənnası vardı.
Yanvarın doqquzunda, səhər saat onda baĢlayan qanlı döyüĢ dörd gün davam etdi. On beĢ min tüfəng,
yetmiĢ pulemyot və iyirmi top ələ keçirildi. Azərbaycan tərəfdən on beĢ, gürcülərdən isə qırx nəfər Ģəhid oldu.
Güclü müqavimətə rast gələn rus əsgər və zabitləri perrona çıxıb ağ bayraq qaldırdılar: “Lənətə gəlsin bu
silahları, onları verməyə çoxdan razıyıq, bircə evimizə sağ və salamat gedə bilək” - deyib silahları təhvil
verdilər.
Bu, Bakıda özünə yuva qurmuĢ Sovetlər hakimiyyətinə qarĢı gürcü və Azərbaycan xalqının silahlı
mübarizəsi oldu. Sonralar isə kommunistlər bu üsyana “qardaĢ qırğını”, “Azərbaycan burjua hökumətinin
ruslara divanı” adını verdilər.
Bakıda daĢnak ġaumyan baĢda olmaqla Qafqaz ölkə komitəsi bərk qəzəblənib bildirdi ki, “ġamxor
cinayətkarları inqilabi məsuliyyətə alınacaq və Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və
kəndli deputatları Sovetlər hakimiyyətini təĢkil edəcəkdir”.
Lakin tarixi dönüĢlər daĢnak Stepan ġaumyana bəd niyyətlərini həyata keçirməyə imkan vermədi. Onu
1918-ci il sentyabr ayında güllələdilər.
ġahzadə-general RZAQULU QACAR
1860-cı il fevralın 4-də general-mayor ġahzadə Rzaqulu Mirzə Qacar ilk zabit rütbəsi alıb. O, məĢhur
tarixçi, ġahzadə Bəhmən Mirzə Qacarın ikinci oğludur. 1837-ci ildə Cənubi Azərbaycanda anadan olan ġahzadə
Rzaqulu Mirzə atası ilə 1848-ci ildə Tiflisə gələrək zadəgan balalarına məxsus kadet korpusu məktəbində təhsil
alıb.
Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən ġahzadə Rzaqulu Mirzə Qacar əlahəzrət
imperatorun adını daĢıyan leybqvardiya xas alayında eskadron komandiri olub. O, 1862 və 1864-cü illərdə
75
üsyan etmiĢ dağlılara qarĢı hərbi yürüĢlərdə iĢtirak edib. 1877-78-ci illərdə rus-türk müharibəsində polkovnik
kimi döyüĢən ġahzadə Rzaqulu Mirzə Qacar 1883-cü il mayın 15-də general-mayor rütbəsi alıb.
ġahzadə Rzaqulu Mirzə hərbçi olmasına baxmayaraq ədəbi yaradıcılıqla da məĢğul olub. O, ĢərqĢünas
Adolf Berje, böyük dramaturq Mirzə Fətəli Axundov, dövlət müĢaviri ĢərqĢünas Aleksandr ġerbin, Müsyö
V.Qrimm, Mariya Polan və baĢqa görkəmli Ģəxslərlə məktublaĢaraq qohumu M.F.Axundovun əlifba və
“Kəmalüddövlə məktubları” əsərinin çapı uğrunda çalıĢmıĢdır. ġair təbiətli ġahzadə dərin məzmunlu
məktublarını “ġahzadə Rzaqulu Mirzə Ġrəvani” təxəllüsü ilə imzalayıb.
Mülki müĢavir A.Q.ġerbinin Mirzə Fətəli Axundova 14 may 1877-ci il tarixli məktubundan: “Bir az
bundan əvvəl cənab V.Qrimdən öyrəndiyim sevinc dolu xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad
oldum ki, Şahzadə Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri
17
təyin olunub.”
Şahzadə Rzaqulu Mirzə Qacarın peterburqlu Mariya Pollana 28 yanvar 1876-cı il tarixli məktubundan:
“Mənim Qafqaz ordusunda göndərilməyim yəqin ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan İrəvana yola
düşdüm. Əlahəzrət böyük knyaz Qafqaz canişininin 13 əmrilə mən oraya təyin edilmişəm... Mənim Tiflisdə bir
nəfər qohumum vardır. O, mənim sevimli qardaşım poruçik Xanbaba xanın qaynatası, polkovnik Mirzə Fətəli
Axundovdur. Mən onu gözəl sifətlərinə görə səmimi qəlbdən sevirəm və sizin xanım həzrətlərinizə onu təqdim
edirəm...”
Qırx ildən çox nizami orduda Ģərəflə xidmət edən ġahzadə general-mayor Rzaqulu Mirzə Qacar
imperiyanın kavaler ordenlərilə təltif olub. Onun xidmətləri Brilyant qaĢlı ordenə (1861), müqəddəs Stanislav
ordeninin birinci, ikinci və üçüncü dərəcəsinə (qılınc və bantla birgə - 1862, 1868, 1892-ci illərdə), Müqəddəs
Anna ordeninin ikinci və üçüncü dərəcəsinə (qılıncla birgə - 1865, 1877-ci illər), müqəddəs Vladimir ordeninin
üçüncü və dördüncü dərəcəsinə - 1875 və 1888-ci illər, layiq görülüb.
General Rzaqulu Mirzə Qacar iki xarici ölkənin - 1873-cü ildə Prusiyanın “Tac ordeni” və 1891-ci ildə
maarifçilik sahəsindəki xidmətlərinə görə Fransanın zabitlərə məxsus “Xaç ordeni” ilə təltif olunub.
GENERAL-MAYOR AĞASI BƏY AVġAROV
1902-ci il fevralın 3-də general-mayor Ağası bəy AvĢarovu Peterburq Süvari Məktəbinin rəisi
vəzifəsindən azad edib BaĢ Qərargahda süvari ordusunun BaĢ MüfəttiĢi təyin etdilər. MəĢhur rus sərkərdəsi
Aleksey Brusilov həmin məktəbdə həmyerlimizin müavini iĢləmiĢdir. Tam süvari generalı A.Brusilov “Mənim
xatirələrim” hərbi memuarında iftixarla yazır:
“1897-ci ildə general-mayor Ağası bəy Avşarov Peterburq Süvari məktəbinin rəisi təyin olundu. O,
Azərbaycanın zadəgan nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiyanın tərkibinə daxil olduqdan sonra onun
ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi - İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni
hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də süvari və draqun alaylarında şərəflə
qulluq edirdilər. General Avşarov geniş ürəyə malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda
asiyalılara məxsus hiyləgərlik və bir az da tənbəllik vardı”.
1883-cü il iyulun on dördündə general-mayor rütbəsi alan Ağası bəy AvĢarov Qafqaz Əlahiddə
Ordusunda altıncı süvari briqadasının rəisi kimi yüksək vəzifədə xidmət etmiĢdir. Türk zabit rütbəsilə 1853-cü il
iyunun on ikisində xidmətə baĢlayan Ağası bəy nizami orduda Ģərəflə qulluq etmiĢdir. O, ikinci dərəcəli
Müqəddəs Anna (1878-ci il), dördüncü dərəcəli müqəddəs Vladimir (1883-cü il) və birinci dərəcəli müqəddəs
Stanislav (1886-cı il) ordenləri ilə təltif olunmuĢdur.
General-mayor Ağası bəy AvĢarovun harada anadan olmasını hələlik dəqiqləĢdirmək mümkün olmayıb.
ġəxsi hərbi xidmət kitabçası tapılmayan Ağası bəyin pərakəndə sənədlərə görə Ġrəvan Ģəhərində anadan
olmasını güman etmək olar. Onun təvəllüd ili Gürcüstan Dövlət Arxivindən əldə etdiyimiz rəsmi sənədlərə
təxminən 1830-cu il göstərilir. Vəfatı isə məlum deyil. Yenə rəsmi sənədlərə görə 1902-ci ildə BaĢ Qərargahda
süvari ordusunun BaĢ MüfəttiĢi vəzifəsində iĢləmiĢdir.
1886-cı ildə “Qafqazda xidmətdə olan generalların siyahısı” illik məcmuəsində general Ağası bəy
AvĢarovun adı və soyadı yanında, mötərizədə onun Rusiyada “Aleksandr Aleksandroviç” kimi məĢhur olması
qeyd olunur.
General-mayor Ağası bəy AvĢarov Yaxın ġərqdə döyüĢkənliyi ilə ad-san qazanmıĢ əfĢarlar
tayfasındandır. Bu nəsil qızılbaĢlarla birgə Səfəvilər dövlətinin yaranmasında fəal iĢtirak edib. MəĢhur sərkərdə
və dövlət xadimi Nadir Ģah ƏfĢar da bu nəsildəndir.
GENERAL-MAYOR HƏSƏN AĞA BAKIXANOV
17
Çar ordusunda polkovniklə general arasında olan yüksək hərbi rütbə idi – ġ. N.
76
General-mayor Həsən ağa Cəfərqulu ağa oğlu Bakıxanov 1898-ci il noyabrın 28-də vəfat edib. O,
Abbasqulu ağa Bakıxanovun qardaĢı oğlu, general-leytenant Cəfərqulu ağa Bakıxanovun böyük oğlu idi.
Cəfərqulu ağanın ölümündən sonra üç övladı qalmıĢdı: Həsən ağa (1833-1898), Əhməd ağa (1837-1882)
və qızı Nurcahan xanım (1831-1912).
Oğlanlarının hər ikisi atasının yolu ilə gedib. Böyük oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə
qvardiya polkovniki rütbəsinə qədər yüksəlmiĢdi. Polkovnik Əhməd ağa qırx beĢ yaĢında - 1882-ci il aprelin 13-
də nökəri Ocaqqulu ilə birgə Gəncədə öldürülüb.
General Həsən ağa Bakıxanov 1833-cü ildə Qubada anadan olmuĢdur. On dörd yaĢında Tiflis kadet
məktəbini bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı Paj korpusuna daxil olur. Hərbi məktəbi
müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi
yürüĢlərdə iĢtirak etdiyinə görə orden və medallarla təltif olunub.
1894-cü ildə tərtib olunmuĢ bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun təltif olunduğu
orden və medallar qeydə alınıb.
O, Üçüncü dərəcəli “Müqəddəs Vladimir, üzərində “igidliyə görə” yazısı olan dördüncü dərəcəli
“Müqəddəs Stanislav, bundan baĢqa yüz altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti
(üzərində qızıl medal), müqəddəs hərbi Georgi ordeninin yüz illiyi Ģərəfinə buraxılmıĢ bürünc medalla, 1877-
1878-ci il müharibəsi xatirəsinə buraxılmıĢ tunc bürünc medal və Qafqazdakı əla xidmətinə görə xaç ordenilə
təltif olunub.
Bir müddət Ġrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə general-mayor Həsən ağa Bakıxanov həmin
ölkənin ali ordeni olan “ġire-XorĢid” ordeninin üçüncü dərəcəsinə layiq görülüb.
Çar ordusunda belə yüksək ordenlərlə təltif olunan zabit və generallara kavaler kimi fəxri titul da
verilirdi. Ona görə də arxiv sənədlərinin hamısında, təltifat qrafasında general Həsən ağa Bakıxanovun adının
yanında kavaler sözü iftixarla qeyd olunmuĢdur.
1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba Nisə bəyimlə (1831-1894) ailə
qurmuĢdur. 1879-cu ildə general-mayor rütbəsilə təltif olunan Həsən ağa Bakıxanov bir il sonra istefaya çıxıb
Quba qəzasındakı dədə-baba torpaqlarını idarə etməklə məĢğul olmuĢdur.
Ömrünün son üç ilini Bakıda yaĢamıĢdır.
1898-ci il noyabrın 28-də vəfat edən general Həsən ağa Bakıxanovu öz vəsiyyətinə görə Bibi-Heybət
məqrəbəsində atası Cəfərqulu ağanın yanında dəfn etmiĢlər. Onun təntənəli və Ģərəfli dəfni münasibətilə
nekroloq dərc edən “Kaspi” qəzeti dekabrın 1-də yazırdı:
“Noyabrın 28-də axşam saat doqquzda uzun sürən ağır xəstəlikdən sonra Bakı şəhərində general-mayor
Həsən ağa Bakıxanov altmış beş yaşında vəfat etmişdir. Mərhum, Bakının keçmiş hakimi məşhur Mirzə
Məhəmməd xanın nəvəsi idi. Onun mərhum atası general-leytenant Cəfərqulu ağa Bakıxanov Mirzə Məhəmməd
xanın ikinci oğlu olmuşdur. Cəfərqulu ağa Qafqaz ordusunda yerli əhalidən ibarət süvari alayına komandirlik
etmişdir. Mərhum Həsən ağa iyirmi il bundan əvvəl vəfat etmiş qardaşı polkovnik Əhməd ağa ilə birgə süvari
qvardiyasında xidmət etmiş, şərəfli döyüş xidmətlərinə görə Rusiyanın və xarici ölkələrin kavaler ordenlərilə
təltif olunmuşdur. O, üçüncü dərəcəli “Müqəddəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav” və başqa ali
ordenlərə layiq görülmüş nizami ordu zabiti idi.
1879-cu ildə general rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu Qubadakı şəxsi malikanəsində
keçirmişdir. Son üç ili isə Bakıda yaşamışdır. Həsən ağa Bakıxanovun ölümü ilə keçmiş Bakı xanlığının kişi
nümayəndəsi kəsildi. General Həsən ağadan sonra bacısı Nurcahan xanım və qızı Reyhan xanım qalmışdır.
Dünən, noyabrın 30-da dəfn mərasimi xüsusi təntənə ilə keçmişdir. Səhər tezdən mərhumun həyətinə
toplaşan çoxsaylı camaat axırıncı Bakı xanını son mənzilə yola salmağa gəlmişdilər. Saat onda Bakının ali və
aşağı rütbəli ruhaniləri, həmçinin şəhərin adlı-sanlı bəyləri, tacirləri mərhumun yas mərasiminə toplaşmışdılar.
Həmin anlarda da mərhum xanın evi qarşısında Salyan alayının bir batalyonu musiqi sədaları altında nizamla
dayanmışdı.
Zəngin və bahalı parçaya bükülmüş tabut saat on birdə yaxın qohumlarının çiynində Şamaxı küçəsindən
Təzəpir məscidinə tərəf istiqamət götürdü. Arxada sonu görünməyən Bakı əhalisi gedirdi. Qabaqda Salyan
alayının qvardiyaçı zabitləri ipək döşəkçələrdə mərhumun orden-medallarını, bir zabit isə cilovundan yapışdığı
atın üstündə tabutun qapağını aparırdı. Onların dalınca Quba qəzasının sakinləri yarım idarə şəklində
müqəddəs Qurandan kədərli ayələri xorla oxuya-oxuya gedirdilər. Quba dərvişləri azacıq fasilə verəndə ali
ruhanilərin Qurandan oxuduqları surə daha gur və əzəmətlə səslənirdi. Tabutun arxasınca gedən insan
kütləsinin arasında çoxlu zabit, idarə işçiləri, məmur və ali rütbəli şəxslər vardı. Şəhərin bələdiyyə başçısı
Fonder-Nonne də onların arasında idi. Salyan alayının musiqili xoru mərasimə qoşuldu. Ruhanilərin Təzəpir
məscidində ibadətindən sonra mərasim eyni ahənglə Persidski və Nikolayev küçələrindən keçib Sahil boyu
irəlilədi. Bayıla çatan mərasim ordan Şıx kəndinə istiqamət götürdü. Bibi-Heybət məscidi yanında alınmış
ayrıca Bakıxanovlar soyadının sərdabəsində Həsən ağa Bakıxanov torpağa tapşırıldı.
77
Mərasimi müşayət edən batalyon general-mayor Həsən ağa Bakıxanova axırıncı hörmət əlaməti olaraq
tüfənglərdən üç dəfə yaylım atəşi açıb son borclarını verdilər”.
GENERAL ƏSƏD BƏY TALIġXANOV
General-mayor Əsəd bəy TalıĢxanov 1857-ci il noyabrın 16-da anadan olub. TalıĢxanovlar nəsli
Azərbaycan hərb tarixinə Mir Mustafa xan, Qara xan, Miribrahim xan və Mirkazım xan kimi generallar bəxĢ
edib.
Əsəd bəy TalıĢxanov atası Ağaəli bəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsil
aldıqdan sonra, o vaxtını ən yaxĢı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxuyub.
Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə gənc zabit Əsəd bəyin artıq iyirmi yaĢı vardı.
Nizami ordu üçün püxtələĢmiĢ, yetkin bir zabit idi. 1878-ci il aprelin 16-da Qafqaz Əlahiddə ordusuna
göndərilən Əsəd bəy TalıĢxanov praporĢik rütbəsilə əlli ikinci briqadada xidmətə baĢlayıb. Xidmətinin üçüncü
ilində əlaçı zabit olduğuna görə iyirmi birinci artilleriya briqadasında birinci batareyanın komandiri təyin edilib.
Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdirib, hətta ürəkdən sevdiyi hərb sənətinə
daha da möhkəm bağlayıb.
Çar Rusiyası ötən əsrin otuzuncu illərindən baĢlayaraq Orta Asiyada iĢğalçılıq siyasəti aparırdı. Qafqazda
Krım müharibəsi (1853-56) sona yetən kimi ġərqə tərəf yürüĢ baĢlandı. Ən böyük əraziyə malik olan Kokand və
Buxara xanlıqları iĢğal olundu. Çimkənd, DaĢkənd, Səmərqənd Ģəhərləri bir-birinin dalınca alındı. 1880-cı ildə
Türkmənistanı fəth etmək üçün ruslar oraya on bir minlik nizami qoĢun yeritdi. Torpağın hər qarıĢı uğrunda
inadla döyüĢən mərd Axal-Təkinlilər general Lazerevin ordusunu məğlubiyyətə uğradırdılar. ġərqə yürüĢdə
qələbə əldə etmək istəyən çar, Göytəpəni, Axal-Təkini ələ keçirmək üçün ġipka qəhrəmanı general Skobolevi də
göndərdi. Skobelevin qoĢunu Qafqaz Hərbi Dairəsinin döyüĢçüləri ilə birləĢib Göytəpə Ģəhərini dağıtdı, onu
müdafiə edən iyirmi beĢ min döyüĢçünü qılıncdan keçirtdi. Axal-Təkini və Mərv Ģəhərini özlərinə tabe etdilər.
Əsəd bəy TalıĢxanov da öz batareyası ilə Axal-Təkini iĢğal edən hərbi yürüĢün tərkibində iki il (1880-
1881) iĢtirak edib. ĠĢğalçı çarın əmrilə vəzifə borcu kimi din qardaĢlarına silah qaldırıb.
Bu döyüĢlərdəki igidliyinə görə üçüncü dərəcəli “Müqəddəs Anna (qılınc və bantla birgə), “Müqəddəs
Stanislav ordenləri ilə təltif olunub.
On altı il keçəndən sonra həmin ordenlərin ikinci dərəcəsi ilə təltif olunan kapitan Əsəd bəy TalıĢxanov
yeni əsri podpolkovnik rütbəsində qarĢılayıb. O, 1904-05-ci illərdə Port-Artur döyüĢlərinin də iĢtirakçısı olub.
Hərbi xidmətinin iyirmi beĢ illiyi münasibətilə Əsəd bəy 1902-ci ildə “Müqəddəs Vladimir (bantla birgə)
ordenilə təltif olunub, 1910-cu il iyulun doqquzunda isə polkovnik rütbəsi qazanıb. Bu illər ərzində o, əlli ikinci
artilleriya briqadasının birinci diviziyonunun komandiri vəzifəsinə qədər yüksələ bilib.
Əsəd bəy TalıĢxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il aprelin iyirmi ikisində general-
mayor rütbəsilə təltif olunub. O, həmin il iyulun 25-də Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya
briqadasının komandiri kimi yüksək vəzifəyə təyin olunub. Bu ordunun uzun illər tərkibində qüsursuz
xidmətlərinə görə birinci dərəcəli “Müqəddəs Anna, “Müqəddəs Stanislav, üçüncü dərəcəli “Müqəddəs
Vladimir və dördüncü dərəcəli “Müqəddəs Georgi ordenlərilə təltif olunub.
General-mayor Əsəd bəy TalıĢxanov 1919-cu ildə Dağıstanın Teymurxan-ġura (indiki Buynaksk)
Ģəhərində vəfat edib və orada da dəfn olunub.
Dostları ilə paylaş: |