119
ƏLĠAĞA ġIXLĠNSKĠNĠN “MƏNĠM
XATĠRƏLƏRĠM” KĠTABI HAQQINDA RƏY
Ədəbiyyatın spesifik sahəsini özündə təmsil edən hərbi memuarlar, Silahlı Qüvvələrin əsgərlərinin
xüsusilə, böyüməkdə olan gənc nəslin, keçmiĢdə baĢ vermiĢ hadisələri daha dərin öyrənilməsi üçün böyük
əhəmiyyətə malikdir.
Keçilən çətin yollar, çox ağır sınaqlar haqqında danıĢarkən, keçmiĢ tarixi hadisələrin, xüsusilə müharibə
kimi hadisələrin məzmununu və mənasını Ģərh edən memuarların müəllifləri keçmiĢin həqiqi mənzərəsini
yaratmağa kömək edir, keçmiĢ ilə bu günkü gün arasına körpü yaradır, gənclərdə öz Vətənləri uğrunda iftixar
hissini inkiĢaf etdirir, onları yeni qəhrəmanlıq iĢlərinə çağırır.
Hərbi memuarlar kütlələrin siyasi tərbiyəsi və tarixi maariflənməsi sahəsində mühüm əhəmiyyət kəsb
edir. Böyük elmi dərketmə və tərbiyəvi əhəmiyyətə malik olmaqla, memuarlar faĢizmin və imperializmin
müdafiəçiləri ilə, hərb tarixinin burjua saxtakarları ilə mübarizədə mühüm ideya silahıdır.
Ölkəmizdə nəĢr edilən və oxucu kütləsinə çatdırılan hərbi memuarların sayı daim artır. Lakin, bir qayda
olaraq, son illərdə nəĢr edilən memuarların əksəriyyəti Böyük Vətən müharibəsi haqqındadır. VətəndaĢ
müharibəsi tarixi ilə, inqilaba qədər baĢ vermiĢ hərbi hadisələr ilə bağlı xatirələr çox az hallarda nəĢr edilir. Bu o
qədər də təəccüblü hal deyildir. Ġllər keçir və keçmiĢ tarixi hadisələrin Ģahidlərinin sayı günü-gündən azalır. Ona
görə də bu cür memuarlar nadir tapılan kitablara çevrilirlər.
Bizim Vətənimizin daha uzaq keçmiĢinə həsr edilmiĢ bu cür əsərlərin az tapılması ilə əlaqədar olaraq
nəĢriyyatlar, o cümlədən hərbi nəĢriyyat özünün tarixi-idraki qiymətini saxlamıĢ, kitabxana rəflərində və kitab
mağazalarında çox çətin tapılan, keçmiĢdə nəĢr olunmuĢ hərbi memuarları təkrarən nəĢr etməyə məcburdurlar.
Oxucular və tədqiqatçılar üçün böyük marağa səbəb olan bu cür əsərlərdən biri də general Əliağa
ġıxlinskinin 1943-cü ildə yazdığı, 1944-cü ildə Bakı Ģəhərində nəĢr olunmuĢ və həmin nəĢriyyat AzərnəĢr
tərəfindən 1984-cü ildə, cəmi 30 min nüsxə tirajı ilə yenidən çap edilmiĢ “Mənim xatirələrim” kitabıdır.
Əliağa ġıxlinski öz xatirələrini Böyük Vətən müharibəsi günlərində yaratmıĢdır. Əsəri tamamlayarkən o,
yazır: “Mən Azərbaycan xalqının qardaĢ xalqlar ilə çiyin-çiyinə öz vətənini qoruduğunu və bizim ölkəni əsarət
altına almağa çalıĢan faĢist dəstələrinə məhvedici zərbələr vurduğunu düĢündükcə qürur hissi keçirirəm. Mən
tamamilə əminəm ki, Qələbə bizim olacaqdır. Əgər gənc nəsil, o cümlədən də zabitlər, mənim xatirələrimdə
düĢmən ilə əzəmətli döyüĢdə onlara kömək edə bilən bəzi məlumatlar əldə edə bilsələr, mən özümü xoĢbəxt
sayaram” (səh. 187).
Bu sözlərdə Vətənin qorunmasını özünün müqəddəs borcu hesab edən, öz ölkəsinin əsl vətənpərvərlərinin
surəti dəqiq təsvir edilir.
Bu sözlər rus-yapon və Birinci Dünya müharibəsində həqiqi qəhrəmanlıq göstərmiĢ, rus ordusunun
general-leytenant rütbəsini qazanmıĢ və ədalətli inqilab mübarizəsinə qalxmıĢ öz xalqının tərəfini saxlamıĢ Ģəxs
tərəfindən yazılmıĢdır.
Qeyri-adi topçu Əliağa Hacı Ġsmayıl bəy oğlu ġıxlinskinin adı həm keçmiĢ rus ordusunda, həm də
Rusiyanın xaricində məĢhur idi. Bu haqda, SSRĠ Dövlət mükafatı laureatı, hərbi elmləri doktoru, professor
Y.Z.Barsukovun, rus ordusunun artilleriyasında birgə xidmətdən Ģəxsən tanıdığı ġıxlinskinin kitabına yazdığı
müqəddimə tam doğruluqla məlumat verilmiĢdir.
Barsukov yazır: “Bu maraqla kitabın müəllifinin adı daima böyük nüfuza və rəğbətə malik olmuĢdur, o,
təkcə rus topçularına deyil, rus ordusunun keçmiĢ dairələrində çox yaxĢı tanınmıĢdı və son dərəcə
məĢhurlaĢmıĢdı. Onu 1904-1905-ci illər rus-yapon müharibəsi, 1914-1918-ci illər dünya müharibəsi
iĢtirakçıları, xüsusilə Ə.A.ġıxlinskinin qəhrəmanlıq göstərdiyi məĢhur Port-Artur epopeyasının iĢtirakçıları
yaxĢı tanıyırdılar” (səh.3). Topçu ġıxlinskinin nüfuzunun beynəlxalq aləmdə də tanınması, onun 1912-cı ildə
Fransa hökumətinin Fəxri “Legion ordeni” və “Legion xaçı” ilə təltif olunması bir daha təsdiq edilir.
Azərbaycan xalqının Ģanlı oğlu general Əliağa ġıxlinskinin xatirələri – onun özünün, məktəb
skamyasından baĢlayaraq, ordu komandanı vəzifəsi ilə baĢa çatan, müxtəlif hadisələr ilə zəngin, peĢəkar hərbçi
həyatını təsvir edən sadə, baĢa düĢülən maraqlı üslubda yazılmıĢ avtobioqrafiyasıdır.
General Əliağa ġıxlinskinin ömür yolunda onun qeyri-adi Ģəxsiyyət olduğunu təsdiq edən çoxlu dəlillər
var. Onlardan bir neçəsini misal gətirək. O, gimnaziyada oxumağa baĢlayarkən iki illik kursu yeddi ay ərzində
baĢa çatdırmıĢdır. Tiflis hərbi gimnaziyanın tamamlayarkən bütün fənnlərdən əla qiymət almıĢdır. O, 1886-cı
ildə Mixaylov adına topçuluq məktəbini qurtaran ən yaxĢı üç tələbədən biri olmuĢ və hətta məktəbdə oxuyarkən
əldə etdiyi müvəffəqiyyətlərə görə pul mükafatı və qızıl saat da almıĢdır. Məktəbdə oxumaq ilə yanaĢı, o,
120
müstəqil olaraq məktəb proqramına daxil olmayan, ehtimal nəzəriyyəsini də öyrənmiĢdir. O, Mühəndislər
Akademiyasında oxunan məruzələri, BaĢ Qərargahın Akademiyasında general M.Ġ.Draqomirovun məruzələrini
dinləyirdi.
Məktəbi qurtardıqdan sonra podporuçik Əliağa ġıxlinski 39-cu topçu briqadasında xidmət edir və əla
xidmətinə görə ona iki orden verilir. 1904-1905-ci illərdə onun Rus-Yapon müharibəsindəki iĢtirakı, birinci
minomyot yaradanlardan biri, məĢhur rus topçusu, kapitan Qobyato ilə birlikdə fəaliyyət göstərdiyi Port-
Arturun uzaq girəcək yollarındakı döyüĢlərdən baĢlamıĢdı.
General Əliağa ġıxlinski mühasirəyə alınmıĢ Port-Artur döyüĢlərində fərqləndi. O, bu döyüĢlərdə o
zaman üçün yenilik sayılan, artilleriya toplarından Ģrapnellə “kombinasiya edilmiĢ atəĢ” üsulunu iĢləyib
hazırladı və geniĢ tətbiq etdi. Elə orada da yaralanmıĢdı. Port-Artur təslim edildikdən sonra ġıxlinski yaponlara
qarĢı gələcək döyüĢlərdə iĢtirak etməmək haqqında yazılı iltizamnamə vermədi və Rusiyaya gəldikdən sonra o,
yenidən Mancuriyaya cəbhəyə getmək xahiĢi ilə müraciət etdi. Rus-Yapon döyüĢlərində iĢtirakına görə o, 6
mükafat və polkovnik-leytenant rütbəsi aldı.
Rus-Yapon və Birinci Dünya müharibəsi arasında olan müddətdə ġıxlinski Artilleriya Zabitləri
məktəbində iĢləyərək, general-mayor rütbəsini aldı. O vaxt o, polkovnik rütbəsindən general rütbəsinə qədər
cəmi 4 il xidmət etmiĢdi, halbuki, adətən bu müddət 10 il, xüsusi fərqlənənlər üçün isə 8 il davam edir. Əliağa
ġıxlinski müharibə getməyən ölkədə çox qısa müddətdə general-mayor rütbəsini qeyri-adi hərbi biliyinə və
bacarığına görə almıĢdır. Bu zaman Əliağa ġıxlinski öz qoĢunlarının baĢı üstündən atıĢ və təyyarələrə atəĢaçma
üsulu daxil edilməklə, artilleriyanın atıĢı və döyüĢdə tətbiq məsələləri ilə bağlı bir sıra kitabçalar, təlimatlar,
konspektlər yazdı. MəĢhur “ġıxlinski üçbucağı”ndan Fransa, Avstriya, Norveç və digər ölkələrin topçuları
tərəfindən istifadə edilirdi. Əliağa ġıxlinski döyüĢdə artilleriyanın piyadanı müĢayiət etməsi məsələsini də
qaldırdı ki, bu ideya da alay və tabor artilleriyasının yaranmasına səbəb oldu.
Birinci Dünya müharibəsi illərində general Əliağa ġıxlinski fəaliyyətdə olan rus ordusunda Peterburqun
(Petroqradın) müdafiə artilleriyasının rəisi, 5-ci ordunun, ġərq-Sibir cəbhəsinin artilleriya inspektoru (indiki-
komandan), 10-cu ordunun komandanı kimi yüksək vəzifələri daĢımıĢdı. O, dəfələrlə mükafata layiq görülmüĢ,
general-leytenant rütbəsini almıĢdı.
Çar hökuməti devrildikdən sonra və hakimiyyətə müvəqqəti hökumət gəldikdən sonra ġıxlinski orduda
xidmət etməyi davam etdirir. O, Minski milisinin birinci rəisi M.V.Mixaylovun
29
(Frunzenin) üzv olduğu
Minski soveti ilə sıx əlaqədə iĢləməli oldu. M.V.Mixaylov (Frunze) ilə onun arasında çox səmimi münasibət
yaranmıĢdı.
Qeyd etmək lazımdır ki, ġıxlinski öz xatirələrində, o zamankı məĢhur siyasi və hərb xadimləri ilə
görüĢləri haqqında yazır və onların haqqında, bəzən çox qısa, lakin dəqiq xarakteristika verir. 1917-ci ilin
noyabrında ġıxlinski səhhətinə görə ordudan azad olunmağa və Bakıya qayıtmağa məcbur oldu. 1920-ci ildə
Qafqazda bir sıra əksinqilabi çıxıĢlar baĢ verdiyi zaman Bakı inqilab komitəsinin sədri general ġıxlinskini və
general Mehmandarovu, onlardan mərkəzi hərbi aparatda, dəyərli hərbi mütəxəssis kimi istifadə etmək üçün,
Moskvaya, Leninin yanına göndərmək qərarına gəldi. Əliağa ġıxlinski Ali Artilleriya məktəbində müəllim və
Artilleriya Nizamnamə Komissiyasının tərkibində iĢləyirdi.
1921-ci ildə o, Bakıya qayıtdı və Bakı qarnizonunun hərbi-elmi cəmiyyətində sədr müavini vəzifəsini
tutdu. 1921-1929-cu illər o, artilleriyanın döyüĢdə tətbiqi məsələləri haqqında çoxlu çıxıĢlar etmiĢ, qarnizonun
topçularının praktiki hazırlıqları ilə məĢğul olmuĢdu. General Əliağa ġrxlinski Azərbaycanda, onun fəaliyyətini
yüksək qiymətləndirən Frunze ilə iki dəfə görüĢmüĢdü. Bu görüĢlərdə ġıxlinski yenidən, bu dəfə artıq
M.V.Frunzenin qarĢısında Qızıl Orduda alay və tabor artilleriyasının yaradılması məsələsini qaldırmıĢdı.
1929-cu ildən sonra ġıxlinskinin səhhəti birdən-birə pisləĢdi, onun görmə və eĢitmə qabiliyyəti zəiflədi.
O, 1943-cü ildə vəfat etdi. Ölümündən qabaq diktə etdiyi “Mənim xatirələrim” kitabı bütün həyatı boyu qulluq
etdiyi rus ordusunun artilleriya tarixinə general Əliağa ġıxlinskinin son əmanəti oldu.
Kitab sadə, asan, anlaĢılan dildə yazılmıĢ və rahat oxunur. Ayrı-ayrı stilistik nöqsanlar kitabdan alınan
ümumi təsəvvürü korlamır, elə bil ki, onlar təsvir edilən hadisələrin zamanı ilə bu günkü gün arasında olan fərqi
göstərir.
Oxucu üçün əhəmiyyətə malik olmayan bəzi Ģəkilləri kitabdan xaric etmək olar. Bizim fikrimizə görə
Əliağa ġıxlinskinin həyat yoldaĢının Ģəkillərindən birinin generallardan S.S.Mehmandarovun, N.Q.Stoletovun,
A.A.Brusilovun portretlərinin bu kitabdan çıxarılması yaxĢı olardı.
NƏTĠCƏ: Məzmununa, tarixi əhəmiyyətinə, faktiki materialların bolluğuna, rus ordusunun, xüsusilə onun
artilleriyasının döyüĢ fəaliyyətinin və həyatının geniĢ iĢıqlandırılmasına görə general Əliağa ġıxlinskinin
“Mənim xatirələrim” kitabı yenidən nəĢr edilməyə layiqdir.
29
Görkəmli sərkərdə və dövlət xadimi M.F.Frunzenin (1885-1925) inqlabından əvvəlki gizli imzasıdır.- ġ.N.
121
GENERAL ƏLĠAĞA ġIXLĠNSKĠ
Əliağa ġıxlinski Tiflisdə gimnaziyaya girdiyi ilk gündən elmləri mənimsəməkdə böyük səy göstərmiĢ, iki
illik kursu yeddi ay ərzində baĢa çatdıran yeganə Ģagird olmuĢdur. Hətta o, 1876-cı ildə daxil olduğu kadet
korpusunu 1883-cü ildə qurtarıncaya qədər birinciliyi əldən verməmiĢdir. Peterburqda Mixaylov topçuluq
məktəbində Əliağa dərslərdə müvəffəqiyyətinə görə ilk üç əlaçı kursantdan biri olaraq diqqəti cəlb etmiĢdir.
Yevgeni BARSUKOV,
Hərb Elmləri doktoru,
Professor, general-mayor,
Dövlət Mükafatı laureatı.
Tam artilleriya generalı Əliağa ġıxlinski təkcə hərbçi olaraq qalmamıĢdır. O, hərbi-elmi publisistik
məqalələrin, artilleriyaya aid dərsliklərin də müəllifi olmuĢdur. Onun “Divizion miqyasında topçu manevralar”
təĢkili üçün təlimat”, “Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi” (1913-cü ildən 1916-cı
ilədək üç dəfə nəĢr olunub), 1910-cu ildə “Səhra toplarının cəbhədə iĢlədilməsi” və “Topçu zabitləri məktəbində
polkovnik ġıxlinski tərəfindən oxunmuĢ mühazirələrin xülasəsi” kimi samballı kitabları Peterburq və Luqa
Ģəhərində çap olundu. Həmin əsərlərin surətini 1983-cü ildə Sankt-Peterburqdakı Saltıkov-ġedrin adına kütləvi
kitabxananın nadir fondundan çıxarıb gətirmiĢəm. Əsərlər tərcümə olunub Ģəxsi arxivimdədir.
1906-cı ildən 1914-cü ilə kimi Əliağa ġıxlinski Çarskoe Selodakı Artilleriya Zabitləri məktəbində rəis
müavini iĢləyib. 1912-ci ildə generalın təĢəbbüsü ilə “Artilleriya Zabitləri məktəbinin jurnalı” nəĢr olunmuĢdur.
1913-cü ilin payızında Artilleriya Zabitləri məktəbinin rəisi, artilleriya generalı A.N.Sinitsin qocalığına
görə istefaya çıxır. Jurnal bu münasibətlə Sinitsinin portretini və ikinci səhifədə haqqında böyük bir yazı verib.
Əliağa ġıxlinskinin iki bəndlik vida Ģerini də dərc edib.
Həmin ilin payızından 1914-cü ilin oktyabr ayına kimi Artilleriya Zabitləri Məktəbinin rəisi vəzifəsini
general-mayor Əliağa ġıxlinski aparmıĢdır.
General ġıxlinski bədii yaradıcılıqla da məĢğul olmuĢdur. Çoxlu Ģerlər, tərcümələr və bədii parçalar
müəllifi olan bu təvazökar insan heç vaxt onları dərc etdirməmiĢdir. Azərbaycan Tarix Muzeyindəki Ģəxsi
qovluğunda və Respublika Mərkəzi Dövlət Ədəbiyyat və Ġncəsənət Arxivində, akademik Heydər Hüseynovun
Ģəxsi fondunda general Əliağa ġıxlinskiyə məxsus çoxlu sənəd və materiallar var.
BeĢ yüz on dörd nömrəli fondda generala məxsus bir dəftər də saxlanılır. Muzeydə və arxivdə saxlanan
ġıxlinskinin “Zabitin yaddaĢı” dəftərində Ģerlərə, bədii parçalara, tərcümə və qeydlərə rast gəldik.
1900-cü il oktyabrın 21-də tərtib olunmuĢ “Zabitin yaddaĢı” dəftərindəki qeydlərdən aydın olur ki,
görkəmli dramaturqumuz Cəfər Cabbarlının yaradıcılığına generalın xüsusi məhəbbəti olub, Cabbarlının vaxtsız
ölümü onu hədsiz dərəcədə kədərləndirib. General ədəbiyyatımızın görkəmli nümayəndələri Səməd Vurğunun
“Böyük ədib” və Osman Sarıvəllinin “YaĢar” Ģerlərini məharətlə rus dilinə tərcümə edib.
General Əliağa ġıxlinskinin Ģəxsi fondunda Ģair Osman Sanvəlliyə yazdığı məktubların Ģurəti və poçt
qəbzi saxlanılır. O, Ģair Osman Sarıvəlliyə yazır ki, mən cəsarət edib böyük dramaturq Cəfər Cabbarlıya
yazdığınız “YaĢar” və “Ölüm” Ģerlərini türkcədən ruscaya tərcümə etdim. XahiĢ edirəm, tərcümə ilə tanıĢ olun,
xoĢunuza gəlsə dərc etdirmək üçün rüsxət verin.
Generalın Ģəxsi fondundakı məktublar arasında Ģairin heç bir cavabına rast gəlmədim. ġairlə görüĢümdə
məlum oldu ki, sən demə, Ģair bu tərcümələri bəyənibmiĢ, sadəcə otuzuncu illərin repressiyası qorxusundan
generala heç bir cavab yaza bilməmiĢ, onun məktublarını isə cırıb atmıĢdır.
Generalın “Zabitin yaddaĢı” dəftərində onun həyat və məslək yoldaĢı, ilk azərbaycanlı hərbi Ģəfqət bacısı
Nigar xanım Mirzə Hüseyn Əfəndi qızına yazdığı “Ey sevdiyim, ey dilruba”, “Ana və onun əziz Nigarına”,
“Adi povest”, “Vitse admiral Makarovun xatirəsinə”, VII əsr yapon Ģairi ġ.Munetodan “Sən mənə vəhĢi dedin”
Ģerlərinin rus dilinə tərcüməsi və baĢqa parçalar saxlanılır.
1948-ci ilin noyabrın 28-də gecə saat ikidə dünyadan köçən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun
pianosunun üstündə bitməmiĢ bir not qalıb. Üzeyir bəy general Əliağa ġıxlinskinin həyat yoldaĢına 1912-ci ildə
yazdığı altı bəndlik “Ey sevdiyim, ey dilruba” Ģerinin yalnız iki bəndində romans yaza bilmiĢdir. Ömür ancaq
buna vəfa edib...
Klassik Ģairlərimiz Molla Vəli Vidadinin (1707-1808), Mustafa ağa Arif (1781-1842) və Kazım ağa Salik
ġıxlinskilərin (1781-1842) nəvəsi olan tam artilleriya generalı Əliağa Hacı Ġsmayıl ağa oğlu ġıxlinski iki dildə
rus və Azərbaycan dillərində Ģer yazmaq, tərcümə etmək qabiliyyətinə malik olub.
122
MÜƏLLĠFDƏN
“General Ġbrahim ağa Vəkilov” kitabında sevgili oxucularım onun hərbçi müasirləri və nüfuzlu nəslinin
yetirdiyi görkəmli oğulları haqqında maraqlı faktlarla qarĢılacaqlar.
Kitabda unudulmuĢ, tamam yaddan çıxmıĢ ölməz adamların tərcümeyi-halını, fəaliyyətini qısa da olsa
vermiĢəm. O adamlar ki, öz dövründə tanınmıĢ və məĢhur olmuĢlar. Lakin əsr və illər keçib onların kimisini
quruluĢ, kimisini dövr, kimisini də tədqiqatsızlıq unutdurmuĢdur. Bir sözlə baxtı gətirməmiĢ nəsillər və adamlar
olub ki, onların taleyi ancaq Tiflis, Sankt-Peterburq, Moskva və Bakı arxiv sənədlərində pərakəndə halda
“yaĢayır”. Hələ Sovet dövründə bu Ģəhərlərin arxivlərində iĢləyəndə harda Azərbaycanlı soyadına rast
gəlirdimsə qeyd dəftərçəmə köçürürdüm. Bunların arasında sözün əsil mənasında qısa, lakin əfsanəvi ömür
yaĢamıĢ general-mayor Həbib bəy Səlimov, 21 yaĢlı kapitan Bahadır bəy Vəkilov, polkovnik Gəray bəy
Vəkilov, Bəhram bəy Nəbibəyov da var. Ayrı-seçkilik olmasın, bunların sırasında 39 yaĢında, 1920-ci ildə
bolĢevik-daĢnakların güllələdiyi mərd general Həbib bəy Səlimovun taleyi məni daha çox yandırıb-yaxdı.
Müxtəlif taleli hərbçilərin ömür yolunu yazmaqda mənim bircə məqsədim və amalım olub. Vaxtilə silaha
sarılıb anamız Azərbaycanın azadlığı, istiqlaliyyəti uğrunda ölümə gedənlərin xatirəsini yaĢatmaq və heç kəsin
ürəyinə və qəlbinə fleytanın həzin səsilə hüzn gətirməmək, əksinə vətənpərvərlik ehtiraslarını qızıĢdırıb
ulularımızdan qalan qəhrəmanlıq ənənəsilə xoĢbəxt yaĢamaq.
Kitabdakı qəhrəmanların hər biri ömrün əzablı nəĢəsini dadmıĢ Ģəxsiyyətlərdir. Bəxt, tale onların
əksəriyyətinin üzünə gülməyib. Çoxusu sürgündə, türmələrdə, mühacirətdə Azərbaycan, Vətən - deyə-deyə
dünyasını dəyiĢdilər. ġübhəsiz ki, mərd babalarımızın taleyinə qismət olmuĢ əzabların xoĢ nəĢəsini bu gün
müstəqil yaĢadığımız vətəndə biz dadırıq.
Mənim sərkərdə qəhrəmanlarım böyük filosof Siseronun amalı ilə Azərbaycan uğrunda vuruĢmuĢlar:
“Mən ya Vətənin rifahı üçün yaĢamalı, yaxud da onunla birlikdə məhv olmalıyam.” 1918-1920-ci illərdə
Qarabağ döyüĢlərində yenilməz bir igid kimi vuruĢaraq daĢnak generalı Dəli Qazarı süvarisi ilə birgə məhv edən
polkovnik Bəhram bəy Nəbibəyov 1930-cü il aprelin 13-də totalitar Sovet rejiminə qarĢı “Zaqatala-ġəki
üsyanı”na məhz bu amalla rəhbərlik etdi.
Azərbaycan adlı füsunkar torpaqda yaĢamağa o oğlun haqqı var ki, onu mərd babalarımız kimi qorumağa
layiq olsun. Hər hansı bir xalqın mənəvi varlığı onun hərbi gücündə və yetiĢdirdiyi sərkərdə oğullarındadır. Biz
keçmiĢimizdən ibrət götürməsək, onu öyrənməsək bu gün və gələcəkdə yetiĢdirdiyimiz sərkərdələr vətənin
üstünü təhlükə alanda döyüĢdə qələbə çala bilməz.
“Millətin süqutu o zaman baĢlayır ki, o, öz tarixini unudur... öz tarixini unudan millət də millət sayıla
bilməz.
Tarix millətin keçmiĢinin, indisinin, gələcəyinin dastançısıdır. Tarix millətin bütün varlığını, onun öz
ömrü və davamlılığı üçün topladığı qüvvə və ehtiyatı güzgü kimi əks etdirir” (Ġlya Çavçavadze).
“General Ġbrahim ağa Vəkilov” kitabı da tarixi sənədlər əsasında bu ruhda yazılıb.
Şəmistan Nəzirli
Azərbaycan hərb tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır. Hər iki sahədə silsilə əsərlər
müəllifidir. “Vurğun keçib bu yerlərdən”, “Ellər Vurğunu”, “Yaddaşlarda yaşayan Vurğun”, “Qəribə talelər”,
“Qoridən gələn qatar”, “Azərbaycan generalları”, “Daş Salahlı Məmməd koxa”, “Cümhuriyyət generalları”,
“Qacarlar”, “Vurğun ömrü məktublarda”, “Tam artilleriya generalı S.Mehmandarov”, “Arxivlərin sirri
açılır”,“Nəzirli ocağının üç şairi”, “Qarxunlu Əşrəfbəy” və başqa tarixi əsərləri ilə tanınır.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür. “Səməd Vurğun fəxri diplomu”na (1996),
“Qacarlar” əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), “General Həzi
Aslanov”, “General Əliağa Şıxlinski” (1995) və “Elm” fondunun “İlin ən yaxşı kitabı” mükafatına (1999) layiq
görülüb.
123
Kapitan Ġbrahim ağa Vəkilov
124
Topoqraf-general Ġbrahim ağa Vəkilov, 1919-cu il.
125
Podpolkovnik Ġbrahim ağa Vəkilov, 1910-cu il.
Mayor Ġbrahim ağa Vəkilov – 30 avqust, 1901-ci il,
Qars Ģəhəri yaxınlığında topoqrafiya çəkiliĢində.
126
Ġbrahim ağa Vəkilov və oğlanları: Faris vəy, Qalib bəylə.
Konstantinopol Ģəhəri, 20 may, 1894-cü il.
General Ġbrahim ağa Vəkilov və ailə üzvləri: Arvadı Yelena xanım, oğlanları Qalib
bəy, Faris bəy, qızı Reyhan xanım, arxada gəlini Lidiya xanım, Tiflis. 1912-ci il.
127
Ġbrahim Vəkilovun “Molla Nəsrəddin” jurnalında dostluq Ģarjı. 1909-c il, 22 mart, № 12.
128
Sağdan birinci Xalq Torpaq Komissarlığı və Topoqrafiya-Geodeziya Ġdarəsinin rəisi
Ġ.Vəkilov əməkdaĢları ilə birgə. 1928-ci il.
General Ġ.Vəkilov (1853-1934).
129
Ġ.Vəkilov. 1930-cu il.
Faris bəy Vəkilov.
1923-cü il, Fransada.
Qalib bəy Vəkilov.
Tələbəlik illərində.
Solda kornet Gəray bəy Vəkilov.
130
Kapitan Gəray bəy Vəkilov və həyat yoldaĢı Sitarə xanım. Tiflis, 1910-cu il.
Arxa cərgədə soldan ikinci Gəray bəy Abbasqulu bəy oğlu Vəkilov (1884-1952).
ġəkil ilk dəfə dərc olunur.
131
Dörd dəfə “Müqəddəs Georgi”
ordenli praporĢik Lütvəli bəy
Abbasqulu bəy oğlu Vəkilov
(1890-1932).
Kapitan Bahadır bəy Vəkilov
(1889-1920).
Kapitan Bahadır bəy Vəkilov və əsgər dostları (1919-cu il Gəncə).
|