PraporĢik - Çar ordusunda orta dərəcəli zabit rütbəsi.
Feldfebel - Rota komandirinin təsərrüfat üzrə müavininə verilən hərbi rütbə.
Yunker - Rütbə yunkerlər məktəbini bitirən zadəgan balalarına verilirdi.
ġtab-rotmistri - Süvari qoĢunda qərargah zabiti.
Kvartirmeystr - Orduda qoĢunu yerləĢdirmə iĢlərinə baxan məsul Ģəxs.
Poruçik - Çar ordusunda podporuçiklə Ģtabs-kapitan arasında olan zabit rütbəsi.
Uryadnik - Orduda tağım komandirinin müavini. Rütbə əsasən Kazak qoĢunlarında xidmət edənlərə
verilirdi.
114
Realnı məktəb - Ġnqilabdan əvvəl orta məktəb.
MeĢĢan ailəsi - ġəhərdə xırda alverçilərdən, sənətkarlardan və aĢağı təbəqəli qulluqçulardan olan ailələri
1920-ci ilə qədər belə adlandırırdılar.
Podporuçik - 1920-ci ilə qədər çar və Müsavat ordusunda kiçik zabit rütbəsi.
Kadet korpusu - Aprel inqilabına qədər zadəgan balalarına məxsus qapalı hərbi orta məktəb. Varlı
ailələrin uĢaqları yeddi-səkkiz yaĢında bu məktəbə qəbul olunurdu.
PodpraporĢik - Yeni təĢkil edilmiĢ əsgəri heyətdə fərqlənən hərbi qulluqçuya verilən kiçik rütbə.
TÜRK ĠRSĠNĠ ÖYRƏDƏN GENERAL
ġöhrətli generalımız Səməd bəy Mehmandarovun 1918-20-ci illərdəki fəaliyyəti xalqımız qarĢısında
əvəzsizdir. Onun Milli Ordunun yaradılmasındakı müstəsna rolu, 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına
müraciəti, əsgər və zabit heyəti qarĢısında ata nəsihətli (həmin il Səməd bəy Mehmandarovun 63 yaĢı vardı -
ġ.N.) çıxıĢları və nəhayət, güclü Vətən təəssübkeĢliyi qırx minə yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb
oldu.
Səməd bəy Mehmandarov haqlı olaraq yazırdı ki, düĢmənə qarĢı mübarizə tədbirlərindən biri də xalq
içərisində sağlam milli hisslərin yaradılmasıdır. Bu vəziyyət Azərbaycan Respublikasının yaranmaqda olan gənc
ordusu üçün xüsusilə zəruridir. Yuxudan yenicə oyanmıĢ xalqda sağlam, milli hissi oyatmalıyıq... Xalq arasında
türk irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı, qoĢunlarımızı onun tarixi keçmiĢi ilə tanıĢ
etməliyik.
1918-1920-ci illərin arxiv qovluqları açıldıqca bizə məlum olur ki, Milli Ordu tariximiz çox zəngin
olmuĢdur. O da məlum olur ki, hərb tariximizi zənginləĢdirən Əliağa ġıxlinskinin rəhbərliyi ilə onların
silahdaĢları general Həbib bəy Səlimovun, Məmməd bəy Sulkeviçin, ġahzadə Əmir Kazım Mirzə Qacarın,
Cavad bəy ġıxlinskinin, Murad Gəray bəy Tlexasın, Əbdülhəmid bəy QaytabaĢının misilsiz fəaliyyəti olmuĢdur.
Port Arturda, Birinci Cahan savaĢında və 1918-20-ci illərdə Ģərəfli döyüĢ yolu keçən general Səməd bəy
Mehmandarovun haqqında araĢdırmalar apardıqca o illərin sənədlərində və qəzetlərində onun çıxıĢlarına,
nitqlərinə rast gəlmək olur.
Tarixi sənədlərdən xəbərsiz olan bəzi tədqiqatçılar keçərək yazırlar ki, niyə Səməd bəy Mehmandarovun,
Əliağa ġıxlinskinin, Həbib bəy Səlimovun və baĢqa sərkərdələrimizin Napaleon, Kutuzov, Suvorov kimi müdrik
fikirləri hərbi-elmi əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-vətənpərvər damğası vururlar. YetmiĢ
altı ildən sonra belələrinə general Səməd bəy Mehmandarovun Azərbaycan Hərbiyyə məktəbinin ikinci
buraxılıĢında, 1926-cı il sentyabrın 15-də elədiyi tarixi çıxıĢ cavab verir.
Həmin il Azərbaycan Hərbiyyə məktəbində Səməd bəy Mehmandarov topçuluqdan rusca, Əliağa
ġıxlinski isə Azərbaycan dilində mühazirələr oxuyurdular.
AZƏRBAYCAN HƏRBĠ MƏKTƏBĠNĠN
2-ci BURAXILIġI HAQQINDA
15 sentyabr 1926-cı il
YoldaĢlar! Bu gün biz yeni qırmızı komandirlər kimi sizi təbrik edirik.
Qırmızı komandir kimi siz daha müstəqil yola çıxdınız. Bu müstəqil yolda sizi çətin və məsul iĢ gözləyir.
Həmin iĢin bacarıqla və vicdanla yerinə yetirilməsi sizin tabeliyinizdə olan adamların döyüĢ hazırlığı
səviyyəsindən asılıdır. Öz xidməti və döyüĢ təcrübəmdən istifadə edərək sizin üçün bu əlamətdar gündə həmin
iĢ haqqında bir neçə söz demək istəyirəm.
Azərbaycan hərbi məktəbini qurtaran sizlər, yoldaĢlar, həmiĢə möhkəm yadda saxlamalısınız ki, heç bir
məktəb, hətta ali məktəb də olsa, tam bilik vermir, gəncləri gələcək özünütəkmilləĢdirməyə hazırlayaraq
buraxır. Bu cəhəti biz hərbi qulluqçular, xüsusilə yadda saxlamalıyıq, çünki ümumiyyətlə hərbi iĢdə, əsasən də
qüdrətli mübarizə vasitəsi olan artilleriyada öz əksini tapan hərbi texnika böyük müvəffəqiyyətlərə nail
olmuĢdur.
Texnika və taktika bir-birilə ayrılmaz surətdə əlaqədardır və texnikanın inkiĢafi taktika sahəsində böyük
dəyiĢikliklərə səbəb olur. Daimi yeni hərbi-texniki kəĢflər sayəsində artilleriya atəĢinin gücü ilbəil artır,
döyüĢün üsullarını və taktiki xüsusiyyətlərini, hücum və müdafiə formalarını əsaslı surətdə dəyiĢdirir. Buna görə
də müasir tələblərdən geri qalmamaq üçün, yoldaĢlar, siz yorulmadan öz üzərinizdə ciddi çalıĢmalı geri
qalmamaq üçün cari hərbi ədəbiyyatı diqqətlə izləməlisiniz. BaĢqa sözlə, yenə də öyrənmək lazımdır. Bu
tələblərə əməl etsəniz siz öz yerinizə layiq olacaqsınız və tabeliyinizdə olanların hüsnü-rəğbətini
qazanacaqsınız.
115
Texnikanın inkiĢafı və artilleriya atəĢinin artan gücü ilə yanaĢı, mən deməliyəm ki, irəli getmək
coĢqunluğu ideyası ilə ruhlanan qoĢunlarda əsas amil insandır, texnika isə ikinci dərəcəlidir, çünki texnikanı da
insan idarə edir.
Hərbi-elmi cəmiyyətdəki məruzələrimdən birində, yoldaĢlar, mən demiĢdim ki, hərbi iĢ yaradıcı iĢdir, bu
iĢdə təcrübə və praktikanın böyük əhəmiyyəti vardır, bu təcrübə və praktika bir çox nəzəri müddəaları
üstələməlidir. Bunu deməklə mən nəzəriyyənin əhəmiyyətini heç də azaltmıram, çünki hərbi sənəd nəzəriyyəsi
həmin praktikadan doğmuĢdur. Əgər bu belədirsə onda bacarıq, təcrübə və praktikanı hansı vasitələrlə
mənimsəmək olar?
Müharibə dövründə bacarıq və təcrübə Ģəxsi praktika ilə, sülh dövründə isə sülh və müharibə dövrlərində
göstəriĢlərini rəhbər kimi qəbul etdiyimiz nizamnamələrini əsaslı surətdə öyrənməklə, taktiki tapĢırıqla çölə
çıxmaqla, ikitərəfli manevrlərlə, komanda heyətinin çöl təlimləri ilə, hərb tarixini öyrənməklə və baĢqa üsullarla
qazanılır. Bunları mən geniĢ izah etməyəcəyəm, öyrənilməsinə böyük əhəmiyyət verdiyim hərb tarixi üzərində
dayanacağam.
Hərb tarixini öyrənmək dünyagörüĢünü geniĢləndirir, tənqidə qabil olan adamın zəkasını, fərasətini və
bacarığını inkiĢaf etdirir. Hərb tarixini öyrənməklə siz ovcunuzun içi kimi bu və ya o tərəfin səhvini görürsünüz.
Görürsünüz ki, nə etmək olar və nə etmək lazım deyil. Hərb tarixini öyrənməklə siz çox mürəkkəb vəziyyətdən
baĢ çıxarmaq, həmin vəziyyətə uyğun bu və ya digər qərar qəbul etmək vərdiĢləri qazanırsınız. Hərb tarixini
öyrənməklə siz qoĢunların müharibədə çəkdikləri əziyyətlərin qarĢısını almağa təminat verirsiniz.
Mən belə fikirləĢirəm ki, hərb tarixini öyrənməyin əhəmiyyətini baĢa düĢmək üçün bu deyilənlər də
kifayətdir.
Buna görə də mən belə hesab edirəm ki, sizin özünüzü həsr etdiyiniz sahədə müvəffəqiyyət qazanmağınız
üçün hərb tarixi kitabı hər bir hərbi qulluqçunun stolüstü kitabı olmalıdır.
Sizin hər bir müvəffəqiyyətiniz sizin keçmiĢ rəislərinizi sevindirəcək, çünki onlar sizin
müvəffəqiyyətlərinizdə öz zəhmətlərinin və öz məsləhətlərinin bir hissəsini görəcəklər.
Sizinlə vidalaĢanda sizə demək istədiyim bunlardır. Ġndi isə, yoldaĢlar, mənim ən xoĢ və səmimi
arzularımı qəbul edin.
ALĠM-GENERAL
MəĢhur generalımız Əliağa ġıxlinski hərb elmi ilə müntəzəm məĢğul olan yeganə sərkərdəmizdir. O, ötən
əsrin sonlarından baĢlayarq Rusiyada dərc olunan müxtəlif qəzetlərdə, “Artilleriya Zabitləri Məktəbinin
xəbərləri” jurnalında
26
hərbi elmi-publisistik məqalələrlə çıxıĢ etmiĢdir. 1910-1914-cü illərdə Luqa Ģəhərində
nəĢr olunmuĢ “Səhra topların cəbhədə iĢlədilməsi”, “Divizion miqyasında topçu manevrlərin təĢkili üçün
təlimat”, “Topçu zabitləri məktəbində Əliağa ġıxlinski tərəfindən oxunmuĢ mühazirələrin xülasəsi”, “Öz
qoĢunlarının baĢı üstündən top atıĢı haqqında” kitabları Port-Artur qəhrəmanı Əliağa ġıxlinskiyə Ģan-Ģöhrət
gətirmiĢdir.
1918-1920-ci illərdə və Sovetlər dövründə də general Əliağa ġıxlinski hərb elmi mövzusunda silsilə
məqalələrin və hərbi kitabların müəllifi olmuĢdur. Onun 1926-cı ildə “Azərbaycan hərbi redaksiyası” tərəfindən
nəĢr olunmuĢ 300 səhifəlik “Rusca-türkcə qısa hərbi lüğətli hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın
tərcümə olunmasında böyük əhəmiyyət kəsb etmiĢdir. Nadir nüsxəyə çevrilən lüğət bu gün də misilsiz dəyərə
malikdir.
1920-ci ildə onun təĢəbbüsü ilə yaranan Bakı qarnizonunun Hərbi Elmi Cəmiyyəti, “Hərbi bilik” jurnalı
və “Hərbi nəĢriyyat” bizə “Əliağa ġıxlinski Azərbaycanda hərb elminin banisidir” - Sovetlər dövründə onun XI
Orduda məcburi xidmət etməsi, bolĢeviklərin ona çar və müsavat generalı kimi mənfi münasibəti onun
əlyazmalarında, müasirlərinin xatirələrində açıq-aydın bilinir. Totalitar rejimin “gözükölgəli” etdiyi general
Əliağa ġıxlinski ona görə də bu illərdə bütün gücünü, biliyini hərb elmi ilə məĢğul olmağa daha çox sərf
etmiĢdir. Onun “Hərbi bilik” jurnalında və “Kommunist”, “Bakinski raboçi” qəzetlərində “Gələcək müharibədə
toplar”, “Topların piyada və süvarilərlə qarĢılıqlı əməliyyatı”, "Topların dağlıq yerlərdə atəĢ xüsusiyyəti
haqqında”, “Alay topları haqqında” silsilə məqalələri dərc olunmuĢdur.
Bu günlərdə “Kommunist” qəzetinin 1926-cı il fevral ayı nömrələrini vərəqləyərkən məĢhur
sərkərdəmizin indiyədək bizə məlum olmayan dəyərli bir məqaləsinə rast gəldik. “Darılmaq istəməz” adlı
məqalədə tam artilleriya generalı Əliağa ġıxlinski bu gün də vacib olan dilimizin saflığından, istər
danıĢığımızda, istərsə də yazılarımızda türkləĢməni, türk hərbi istilahlarını daha vacib bilir.
O yazır: “Dili türkləşdirmək istəyənlər Azərbaycanın uca dağlarında, dərin dərələrində yaşayan
kəndlərə, yenə kəndlərə getməlidirlər. Şəhərlərdə türk sözü qalmamışdır. Onların yerlərini ərəb, fars, rus
sözləri tutmuşdur. Xüsusən, hərbi istilahlar üçün kəndə üz çevirməlidirlər. Çünki topoqrafiya istilahları və hər
26
Bu jurnal 1912-ci ildə Əliağa ġıxlinskinin təĢəbbüsü ilə Sankt-Peterburqda nəĢr olunmuĢdur – ġ.N.
116
dürlü silaha aid sözlər orada işlənir. Şəhərdə isə işlənən sözlərin çoxu dükan-bazar, arşın-girvənkəyə aiddir.
Biz kəndlərimizdə saxlanmış sözləri tapmalı, yığmalı və yaşatmalıyıq. Unudulmuş türk sözləri yalnız danışmaq
üçün deyil, ən gərəkli kitablarımıza yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanların yarağı olsun”.
General Əliağa ġıxlinskinin yetmiĢ dörd il əvvəl qələmə aldığı “Darılmaq istəməz” məqaləsinin üslubuna,
cümlə quruluĢuna toxunmadan təqdim edirəm.
DARILMAQ ĠSTƏMƏZ
“Müvəqqəti topçu təlimnaməsi”nin (atıĢ qaydalarının) tərcüməsi Səttarov yoldaĢı çox acıtmıĢdır
(“Kommunist” № 81). YoldaĢın tənqidi kəskin, fəqət büsbütün haqsızdır. Məqalə yeni araya çıxmıĢ
təlimnaməni görməyən gənc topçularımızın ürəklərini qopara bilər. Buna görə də cavab verməyi özümə borc
bildim.
Azərbaycan Xalq Maarif Komissarlığı yanında düzəlmiĢ “Ġslahat” komisyonu dilimizdən yad sözlərin
çıxarılmasını və yerlərinə mümkün olduqca türk sözləri qoyulmasını qərara almıĢdır. Hərbi nəĢriyyat komisyonu
da bu yol ilə getməyə çalıĢır. Əlbəttə, yanlıĢımız olmaya bilməz. YanlıĢsız kim iĢləyə bilər? Təlimnamə
müvəqqətidir. Bir ya iki ildən sonra dəyiĢdiriləcəkdir. O vaxtadək komandalarımızın sınağı (təcrübəsi) və
yazıçılarımızın tənqidlə yanlıĢlarımızı düzəldə biləriz. Fəqət tənqidi də bilikli adamlar etməlidirlər. Bir çoxları
hər il istilah dəyiĢdirilməyəcəyini söyləyə bilərlər. Ancaq öz dilini ədəbiyyat və elmə uydurmaq üçün uzun-uzun
illər çalıĢmalı və götürülmüĢ münasibətsiz sözlər daha uyarları ilə dəyiĢilməlidir. Tərcümə etdiyimiz rus
təlimnamələrində də 200 ildən artıq iĢlənən istilahların çoxu inqilabdan sonra dəyiĢdirilmiĢdir. Bəzi istilahlar
1922-ci ildən indiyədək 2-3 dəfə dəyiĢdirilmiĢdir. Ġndi Səttarov yoldaĢın anlamadığı və tənqid etdiyi sözlərə
keçəlim. Təlimnamədə yazılmıĢ:
1) “Gecikdirənli və gecikdirənsiz - toqquĢmalı tapası və həmçinin ölçülməli tapası olan qumbara”.
Bunu tərcüməsi belədir:
“Qranata s vzrıvateləmi s zamedleniem i bez zamedleniə, a takje s distanüionnoy trubkoy”.
Bunlar topçu istilahlarıdır. Kim olursa-olsun, topçuluq iĢi ilə tanıĢ deyilsə - bu istilahları anlamaz.
2) “Danə” fars sözüdür. Və əsl mənası taxıl toxumudur. Osmanlı türkləri bu sözü (400-500 il bundan
əvvəl) “atdığına” uyduranda topun gülləsi yumru və bütün idi. Bu güllələrə rusca (qranata) deyil, (yadro) deyilir.
Ġndiki top gülləsinin içi barıt ilə doldurulmuĢ.
27
Yenə ona qumbara deyilir. Osmanlılar əski adı (danəni) - yeni
gülləyə də qoymuĢlarsa bizə bu, əl verməz.
3) Təpə. Ġnsan və heyvan bədəninin yuxarısına, dağın baĢına, hər bir Ģeyin yuxarı ucuna və bir də kiçik
dağa deyilir. Təpəyə rusca bir neçə məna verilə bilər. (Temya)-xolma, verĢina. Təpə, yaxud tipa ĢüĢənin ağzını
qapayan tıxaca deyilir ki, ruscası (propkadır). (ġəmsəddin Samini
28
sözlüyünün 370 və 878-ci səhifələrinə
baxın). Topçuluqda təpə top gülləsinin ağzına burulan və yeri gələndə onun iç barıdına od verən alətə deyilir ki,
ruscası (trupkadır). Bununla təpə ilə tipanın arasında böyük fərq vardır.
4) Mərmi. Ərəb sözüdür. Mənası da “Atılan Ģey” deməkdir. “Roma” atdı, tulladı “atdıq” isə türk sözüdür:
“Atdıqdan” yaranıb. Dilimizin qanuni üzrə uydurulmuĢ sözdür ki, mənası mərmidir. “Atdıq” istilahının
doğruluğunu göstərmək üçün iki cümlə alalım: “Atdığınız nədir?” - Qumbaradır. QonĢu batareyanın atdığı
nədir? - ġirapeneldir”.
5) Rusca (vzrıvatel) və ya (udarnayə trubka) dəniləni. Osmanlılar “musadəməli” yerinə biz türk sözü
“toqquĢmalı” iĢlədirik.
6) “Təyyarə” osmanlılar uçar Ģeyə deyirlər. Uçaya təyyar deyirlər. Maarif komissarlığının istilahlar
komisyonu və hərbi nəĢriyyat komisyonunun qəbul etdiyi üsula görə bütün Avropa və Amerikada iĢlənən
texniki istilahlar - məsələn: ayroplan, avtomobil, lokomativ və sonra - türkcəyə çevrilməlidir. Fəqət rusun
(letçik)inə -“uçucu” və (samolet)una – “uçqaç” deməyi biz “təyyarə” və “təyyar”dan daha yaxĢı sanırıq.
7) ġöbə ərəb sözüdür və əsl mənası türkcə - butaqdır. (Osmanlı ləhcəsində “dal”, “budaq”, ġ.Sami
sözlüyünün 778-ci səhifəsinə baxın). Ruscada (otdel) sözünün əsl mənası ayrılmıĢ ĢiĢin adıdır. Türkcə “butaq-
butaq ayrılmaq” təbiri çox iĢlənir. Ərəbcə “Ģöbə” deməkdən isə öz dilimizcə “butaq” deyə bilərik.
8) NiĢangah - fars sözüdür. Əsl mənası “niĢan qoyulan yer”dir. Türkiyə ordusu Azərbaycana gəlincəyə
qədər heç kəs top və tüfəngi niĢana doğrultmaq üçün olan alətə niĢangah deməzdi. Deyilməməlidir də, çünki bu,
yanlıĢ bir istilahdır.
NiĢangah yerinə biz “tuĢlamağ” yazdıq. Fəqət bu söz Səttarov yoldaĢı çox acıtmıĢdır. Və öylə acıtmıĢdır
ki, özü də bizim ağır günahlarımıza uğradan sözündən yeni söz çıxarmıĢdır (düzümləmə). “TuĢlamağ”ı biz
“tuĢlama” sözündən düzəltdik. “TuĢlama” isə “navodka”, “pritslivanie” sözlərinə ən yaxın türk sözüdür.
27
Ġllərin saralıb-solmuĢ sətirlərində bu cümləni oxumaq mümkün olmadı - ġ.N.
28
ġəmsəddin Sami (1850-1904). MəhĢur türk leksikoqrafı və yazıçısı. ġərqdə altı cildlik “Qamus üləlam” ensiklopediyasının, iki cildlik “Qamusi-
fransəvi” və yenə iki cildlik “Qamusi-türki” kimi qiymətli türk dillərinin izahlı lüğətinin müəllifidir. ġəmsəddin Saminin əsərlərində Azərbaycana dair
məlumatlar vardır Onun “DəmirĢi Gavə” pyesi 1920-ci il aprel çevriliĢindən əvvəl Azərbaycan səhnəsində tamaĢaya qoymuĢdur – ġ. N.
117
9) TuĢlama - yəni tuĢ qoyma, quĢ tutma. “TuĢ” isə - “muzey” sözü, yaxud bəzi qəzalarda iĢlənən
sözlərdən degildir.
Azərbaycanın Qazax, Gəncə, Ağdam, Cəbrayıl və baĢqa qəzalarında, Gürcüstanın Borçalı, Sığnaq
qəzalarında, Ermənistanın Ġrəvan, Yeni Bəyazid, Sürməli və baĢqa qəzalarında bu söz bəllidir.
“TuĢ” sözü yalnız Zaqafqaziya “muzeylərində” deyil, baĢqa türk ölkələrində də iĢlənir. Cığatay
ləhcəsində: “tuĢ”- tərəf, “səmt” deməkdir: “TuĢlamağ”, “TuĢnlamaq”, “duĢlatmaq” - qarĢı-qarĢıya gəlmək. “Hər
tuĢda “ - hər səmtdə deməkdir. “TuĢ çağı” - günorta, yəni gün baĢ üstündə olan çağ deməkdir.
Qırğız ləhcəsində: “TuĢda” - qarĢıda. “TuĢuna” - üz-üzə”. “TuĢçu” - qarĢılayıcı deməkdir.
BaĢqır ləhcəsində: “TuĢyanı” – “Günorta səmti” deməkdir.
Altay ləhcəsində: “TuĢdamaq, qarĢılamaq, qabaq-qabağa” deməkdir.
Səttarov yoldaĢ tuĢlamaq yerinə “düzənəmək” deyir. Türk dilində belə söz yoxdur, ola da bilməz.
“Düzən” əsl türk sözüdür, mənası da ərəbcə tərtib, nizam (ġ.Sami 626-cı səhifə), rusca isə (poryadok)dur.
Səttarov yoldaĢ göstərdiyi “qayda” (pravilo) deməkdir.
Səttarov yoldaĢın arzusu çox böyükdür: Onu yaratmaq mümkün deyildir. YoldaĢ Səttarov kənddən yeni
gələn əsgərlərin və bütün xalqın topçu təlimnaməsini görən kimi anlamasını istəyir. Bütün xalqa bu heç lazım
deyildir. Topçu əsgərlərinə də bu təlimnaməyə öncə komandanlar ağızdan və göstəriĢlə öyrədirlər.
Ancaq bundan sonra istilahları öyrənmiĢ savadlı əsgərlər təlimnaməni özləri oxuyub anlaya bilərlər.
Yalnız Azərbaycanda deyil, bütün ölkələrdə bu böylədir.
Elm, fənn və sənət kitablarını anlamaq üçün ya bir iĢlə tanıĢ olmaq və ya bir öyrədiciyə müraciət etmək
lazımdır. Əsgərlərə komandanları öyrədir.
Yeni çıxmıĢ təlimnamənin istilahlarına alıĢanadək komandanlarımız da bir qədər çətinlik çəkəcəklər.
Fəqət bu çətinlik 2-3 həftədən artıq sürməyəcəkdir.
Səkkiz il bundan əvvəl Azərbaycana gələn türk ordusu içimizə bir neçə ərəbcədən alınmıĢ hərbi istilahlar
atıb getmiĢdir. Nədən isə biz bu yad sözləri atmaq istəmirik. Bizə deyirlər ki, eĢidilməmiĢ türk sözlərini ortalığa
çıxarmayın. Fəqət Türkiyə ordusu gəlməmiĢ ərəbcə hərbi istilahlar Azərbaycanın hansı qəzalarında eĢidilmirdi?
Dili türkləĢdirmək istəyənlər Azərbaycanın uca dağlarında, dərin dərələrində yaĢayan kəndlərə, yenə
kəndlərə getməlidirlər, Ģəhərlərdə türk sözü qalmamıĢdır. Onların yerlərini ərəb, fars, rus sözləri tutmuĢdur.
Xüsusən, hərbi istilahlar üçün kəndə üz çevirməlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü silaha aid
sözlər orada iĢlənir. ġəhərdə isə iĢlənən sözlərin çoxu dükan-bazar, arĢın-girvənkəyə aiddir. Biz kəndlərimizdə
saxlanmıĢ sözləri tapmalı, yığmalı və yaĢatmalıyıq. UnudulmuĢ türk sözləri yalnız danıĢmaq üçün deyil, ən
gərəkli kitablarımıza yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanların yarağı olsun.
Danə, mərmi, təyyarə, Ģö`bə, niĢan alma, tərtib və bunlar kimi ərəb, ya fars sözlərini öyrənə bilən türklər
qumbara, atdıq, uçqaç, budaq, tuĢlama, düzən və bu kimi türk sözlərini də öyrənə bilməzlərmi?
(“Kommunist” qəzeti, № 38-39, 14-15 fevral 1926-cı il).
Əliağa ŞIXLİNSKİ
ĠLK HƏRBĠ MEMUARIMIZ
General Əliağa ġıxlinski içərisindən çıxmıĢ olduğu Azərbaycan xalqına bütün varlığı ilə sadiq olub,
onu sonsuz dərəcədə sevib.
Əliağa ġıxlinskinin “Xatirələrim”i son dərəcə maraqlı və ibrətlidir. Bunu bütün vətənimizin geniĢ
oxucu dairələrinə tövsiyə etməli, ordunun komanda heyəti onunla tanıĢ olmalı, topçular isə
öyrənməlidirlər.
Əliağanın aldığı hərbi tərbiyə, təhsil, orduda xidməti, Ģanlı döyüĢ fəaliyyəti və keçdiyi yol elə bir
həyat nümunəsidir ki, öz Vətəninin Ģərəf və namusunu, azadlıq və istiqlaliyyətini qorumaq kimi
müqəddəs bir vəzifəyə layiq olmaq istəyən hər bir kəs ondan nümunə götürməlidir.
Yevgeni BARSUKOV, general-mayor,
hərb elmləri doktoru, professor,
Dövlət mükafatı laureatı.
Durğunluq dediyimiz illərdə Ģöhrətli sərkərdəmiz Əliağa ġıxlinskinin “Xatirələrim” hərbi memuarına
izahlar və qeydlər fəsli əlavə etməklə yenidən nəĢrə hazırladım. (1982-1984). Kitabı hansı nəĢriyyata təqdim
edirdimsə bir iki aydan sonra özümə qaytarırdılar ki, çar və müsavat generalı olub, nəĢr edə bilmərik. Nəhayət,
mərhum xalq yazıçımız Ġsmayıl ġıxlıya müraciət etdim. Daha doğrusu, ondan kömək istədim. Qovluğu götürüb
Ġsmayıl müəllimlə birgə nəĢriyyata getdik. Mübahisələr, yersiz iradlar baĢlandı, nə baĢlandı...
118
Vüqarla əyləĢib, səbrlə bu nadanları dinləyən Ġsmayıl ġıxlının əvəzinə mən əsəbiləĢirdim. Yerimdə otura
bilmirdim. Onun səbrinə heyran qalmıĢdım. Dinib cavab vermək istəyirdim. Düzü, Ġsmayıl müəllimdən
çəkinirdim. O biri tərəfdən də burdakıların hamısı məndən yaĢca böyük idi.
Qocalar o qədər “alovlu” danıĢırdılar ki, biri asqırdı, biri öskürdü, üçüncüsünün səsi xırıldayanda Ġsmayıl
ġıxlı eynilə qəhrəmanı Cahandar ağa sayağı sərt səslə:
Qurtardınız? - dedi. Sizin üçünüzə bircə sualım var. Bu kitabı 1944-cü ildə hamımızın yaxĢı tanıdığı
filosof-alim Heydər Hüseynov yazdırıb, cəmisi yeddi min nüsxə nəĢr etdirib. Elə bir vaxtdakı Mircəfər
Bağırovun qılıncının dalı da kəsirdi, qabağı da. Təbiidir ki, Stalin də hakimiyyətdə idi. Ġndi deyin görüm, siz
ağıllısınız, vətənpərvərsiniz yoxsa Heydər Hüseynov? Nə deyirsiniz?.. Aparaq bu kitabı rusca, ermənicə çap
etdirək? Öz nəĢriyyatımız, öz dilimiz ola-ola...
Üçlərdən heç biri dinmədi. Otağa ağır, çox ağır bir sükut çökmüĢdü. Mən fəxrlə, həm də böyük qürur
hissiylə döyüĢdən qalib çıxmıĢ sərkərdə - kiĢi kimi əyləĢən Ġsmayıl ġıxlıya baxdım. Baxırdım və düĢünürdüm
ki, ürəyi, varlığı Azərbaycan üçün yanıb-yaxılan Ġsmayıl ġıxlılar niyə azdır... Amma ötəri də olsa gördüm ki,
əzəmətli Ġsmayıl ġıxlının yaraĢıqlı üzünün əti əsəbdən titrədi. O, ĢümĢad barmaqları ilə eynəyini düzəldib:
- Gedək, ġəmistan, - deyib ayağa durdu. Bir-iki addım atar-atmaz baĢda əyləĢən qoca yumĢaq səslə:
- Ġsmayıl, qoy qovluq qalsın, baxarıq, yuxarılarla məsləhətləĢərik, dedi:
Ġsmayıl müəllim sərt hərəkətlə geriyə dönüb:
- Yuxarıları bəhanə gətirməyin, dedi. Siz kitabı plana salın, yuxarılarla özüm danıĢaram...
1984-cü ildə general Əliağa ġıxlinskinin “Xatirələrim” kitabı uzun əziyyətdən və mübahisələrdən sonra
“AzərnəĢr”də rus və Azərbaycan dillərində altmıĢ min tirajla nəĢr olundu.
Yeni nəĢr olunmuĢ “Xatirələrim” kitabından üç nüsxəni Moskvaya, hərbi Sovet Ensiklopediyasının baĢ
redaksiyasına göndərdim. Əlavə məktub da yazıb baĢ redaksiyaya iradlarımı da bildirdim ki, rus general-
mayorları və polkovnikləri haqqında ensiklopediyanızda məqalələr var. Amma general-leytenant Səməd bəy
Mehmandarov, nə də Əliağa ġıxlinski haqqında sətir belə yoxdur. Bunu necə baĢa düĢək? Nə üçün belə Ģöhrətli
generalların haqqında səkkiz cildlik “Hərbi Sovet Ensiklopediysı”nda qısaca bir məqalə verilməyib. Əgər
general ġıxlinski haqqında məlumatınız yoxdursa, onun haqqında yazıb sizə bildirirəm. Həm də kitabından üç
nüsxə sizə göndərirəm, ordan daha geniĢ məlumat ala bilərsiniz.
Düz bir aydan sonra “Hərbi memuar ədəbiyyatı” redaksiyasının baĢ redaktoru V.Makeyevdən cavab
məktubu aldım. O yazırdı ki, məktubunuzu və general-leytenant Əliağa ġıxlinskinin kitablarını aldıq. Generalın
kitabını rəy üçün SSRĠ Müdafiə Nazirliyinin Hərbi Tarix Ġnstitutuna göndərdik. Yaxın günlərdə onlardan
aldığımız rəyi sizə bildirəcəyik.
Nəhayət, 1986-cı il iyulun 26-da “Hərbi nəĢriyyatdan sevindirici cavab aldım. Bu dəfə hərbi-memuar
redaksiyasının baĢ redaktor əvəzi A.Kryukov yazırdı ki, general-leytenant Əliağa ġıxlinskinin kitabını
redaksiyada oxuduq və onun yenidən çapını hərbi-tarixçi alimlərlə məsləhətləĢdik. Kitab onların da çox xoĢuna
gəldi, institut əməkdaĢları “Xatirələrim” kitabının çox qiymətli olmasını xüsusi qeyd etdilər. Lakin kitabın
yenidən çap olunması üçün azı beĢ il növbəyə durmaq lazımdır.
BaĢ redaktor A.Kryukov mənə göndərdiyi cavabında M.V.Frunze adına Hərbi Akademiyanın Hərb-sənəti
tarixi kafedrasının baĢ müəllimi, polkovnik L.Zaytsevin general-leytenant ġıxlinski kitabının yeni nəĢri üçün
yazdığı rəyi də göndərmiĢdi.
Düzü rəyi oxudum fərəhdən heyrətə gəldim. Ona görə ki, polkovnik L.Zaytsev böyük bir ürəklə və
hərarətlə yazdığı altı səhifəlik makina yazısında Əliağa ġıxlinskini xalqının həqiqi qəhrəmanı, alovlu
vətənpərvəri adlandırırdı. Port-Artur, Birinci Dünya müharibələrindəki və artilleriya sahəsindəki misilsiz
xidmətlərini xüsusi qeyd edirdi. Kitabın yenidən çapına tam məsuliyyətlə redaktor kimi cavabdeh olduğunu
bildirirdi. Təəssüflənirdi ki, nə üçün kitab respublikamızda çox az - cəmisi 30 min (ruscası) tirajla nəĢr olunub.
Bunları ona görə qeyd edirəm ki, “AzərnəĢr”də mənim kitaba yazdığım izahlar və qeydlər fəslində məhz bu
sözləri “xalqımızın qəhrəman oğlu, igid generalı ixtisar etmiĢdilər.
Əlavə olaraq polkovnik L.Zaytsev bildirirdi ki, “Birinci Dünya müharibəsi” adlı iri həcmli xatirələr,
reportajlar, oçerk və sənədlər məcmuəsini nəĢrə hazırlayırıq. Sizin göndərdiyiniz general Əliağa ġıxlinski
kitabından “1916-cı ilin yayında Qərb cəbhəsində” fəslini bütövlükdə mən həmin məcmuəyə daxil etdim. Kitab
1989-cu ilin tematik planına daxil edilib.
Həmin ili 607 səhifəlik məcmuədə Əliağa ġıxlinskinin xatirələrindən bir parça bu kitabda dərc olundu.
Lakin sovet hakimiyyəti dağıldığına görə generalın kitabı Moskvada iĢıq üzü görmədi...
M.V.Frunze adına Hərbi Akademiyanın hərb-sənəti tarixi kafedrasının baĢ müəllimi, polkovnik
L.Zaytsevin Ģöhrətli generalımız Əliağa ġıxlinskinin kitabı haqqında 3 iyun 1986-cı ildə yazdığı rəyin
oxucuların xoĢuna gələcəyinə əminəm. Ona görə də möhtərəm oxuculara təqdim edirəm.
Dostları ilə paylaş: |