ġAHZADƏ SEYFULLA BƏHMAN MĠRZƏ OĞLU QACAR - 1918-ci il, noyabrın 15-də
Azərbaycan ordusunun BaĢ Qərargahında intendant Ģöbəsinin rəisi. 1919-cu il yanvarın 6-dan üçüncü Gəncə
piyada alayının komandiri, həmin il iyulun birində xəstəliyinə görə istefaya çıxmıĢ, sentyabrın 15-də yenidən
xidmətə qayıtmıĢ və nazirlikdə hərbi donanmanın qərargah iĢləri ona tapĢırılmıĢdır.
1864-cü il martın 6-da Tiflisdə anadan olan Ģahzadə Seyfulla Mirzə Tiflis Ədadiyyə Məktəbinin tam
kursunu bitirmiĢdir. 1886-cı il avqustun 30-da isə Tiflisdəki birinci dərəcəli Yunkerlər Məktəbini qurtaran
podporuçik Seyfulla Mirzə 152-ci Vladiqafqaz alayında hərbi xidmətə baĢlamıĢdır. Rusiyanın müxtəlif
Ģəhərlərində, süvari diviziyalardakı əla xidmətinə görə həmiĢə fərqlənmiĢdir. Birinci Cahan Müharibəsi illərində
Qərb cəbhəsində batalyon və 208-ci Loru süvari alayının komandiri olmuĢdur. Ġvanqorod Ģəhəri uğrunda gedən
döyüĢlərdə yaralanmıĢdır. 1916-cı ilin sentyabrında polkovnik rütbəsi ilə təltif olunan Ģahzadə Seyfulla Mirzə ən
nümunəvi zabit kimi Amur sərhəd alayının komandiri idi.
Ġkinci dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli “Müqəddəs Vladimir”, ikinci
dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə və Georgi silahı ilə təltif olunmuĢdur.
1920-ci il bolĢevik istilasından sonra 1921-ci ilin yanvar ayına kimi respublika konvoy-nizami hissəsinin
rəisi olmuĢdur. Müsavat zabiti olduğuna görə etibarsız Ģəxs kimi iĢdən çıxarılmıĢdı. Ağır ehtiyac içərisində
yaĢayan polkovnik Seyfulla Mirzə Qacar 1924-cü ilin martında belə bir məktubla Azərbaycan SSR Hərbi
komissarlığından maddi kömək istəmiĢdir: “Azərbaycanda sovetləĢmədən sonra bir neçə hərbi xidmət veteranı
qalıb ki, yaĢlarının keçməsi ilə ağırlaĢan çətin maddi vəziyyətlərinə iltifat göstərərək, hökumət onları ömürlük
təqaüdlə təmin edib.
Bütün gəncliyimi Rusiyada hərbi xidmətdə keçirmiĢəm. Birinci Dünya Müharibəsində əvvəldən axıradək
iĢtirak etmiĢəm. Sizə məlum olduğu kimi, Azərbaycanın sovetləĢməsinin birinci gündən fasiləsiz olaraq hərbi
idarələrdə və o cümlədən son bir il yarımında Azərbaycan proletar hərbi məktəbində müəllim vəzifəsində
çalıĢıram. Lakin pozulmuĢ sağlamlıq (60 yaĢım var) mənim iĢləməyimə son qoyub və mən ötən ilin sentyabr
ayından hər cür yaĢamaq imkanlarından məhrumam. Ailəmlə birlikdə dərin maddi ehtiyac keçirirəm.
Bu vəziyyətdə yeganə ümidim odur ki, mən, Sizin iltifatınızla yardımla təmin olunacağam və veteran
yoldaĢlarımla bir sırada qoyulacağam.
Polkovnik Seyfulla Mirzə Qacar 1926-cı ildə Bakıda vəfat etmiĢdir.
Polkovnik VƏLĠ BƏY SADIQ BƏY OĞLU YADĠGAROV - 1918-ci ilin sentyabrından Milli Orduda
korpus komandirinin yanında eskadron komandiri olmuĢdur. XI Ordu Bakıya basqın edəndə üçüncü ġəki süvari
alayının pərakəndə dəstəsilə vuruĢa-vuruĢa Gürcüstan ərzisinə çəkilmiĢdir. 1921-ci ilin martınadək bolĢeviklərə
qarĢı vuruĢmuĢ və həmin il əvvəlcə Türkiyəyə, sonra PolĢaya mühacirətə getmiĢdir. PolĢada “Armiya krayova”
xalq ordusunda əməliyyat Ģöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri
olmuĢdur.
PolĢada çıxan “Jiçe VarĢavı” qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov
haqqında yazır:
“Ötən Ģənbə VarĢava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuĢdur.
Dəfn fəxri qarovulun müĢayiəti və hərbçi Ģöhrəti qaydaları ilə keçirilmiĢdir. Mərhumu son mənzilə yaxın
qohumları, dostları, keçmiĢ alaydaĢları yola salmıĢlar. Yaylım atəĢi açılmıĢ, orkestr ġopenin dəfn marĢını
çalmıĢdır. Cənazə üzərində müsəlman ayinini VarĢava və Belastok yeparxiyasının imamı Aleksandr Əli ġaletski
icra etmiĢdir.
Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır...
Bu qərib PolĢa ordusu heyətində vuruĢmuĢ, K.Soskovski adına yeddinci Ulan alayının zabiti olmuĢdur. O,
1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmıĢ, 1921-ci ilin
mart ayında PolĢada sığınacaq tapmıĢ, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuĢdur.
Qruzdendə süvari məktəbini və VarĢavada Ali Hərbi Məktəbi bitirdikdən sonra yeddinci süvari polkunun
komandir müavini təyin edilmiĢdir. Polyak qızına evlənmiĢ, polyak dilini öyrənmiĢdir. KeçmiĢ alaydaĢları onu
son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi
xatırlayırlar.
Vəli bəy PolĢaya hücum etmiĢ hitlerçi qəsbkarlara qarĢı 1939-cu il sentyabrın on birində təĢkil olunmuĢ
müdafiə kampaniyasında iĢtirak etmiĢ, Mazovetski süvari briqadasının qərargah rəisi olmuĢdur. PolĢanın
100
iĢğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi VarĢava
üsyanında iĢtirak etmiĢdir.
Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiĢ, on doqquz il əvvəl - 1971-ci il
dekabrın 13-də Buenes-Ayresdə vəfat etmiĢdir.
Öz vəsiyyəti ilə PolĢada təkrar dəfn edilmiĢdir. Dəfn mərasimində mərhumun qızı - Züleyxa xanım
Yadigar-Kalinovskaya da olmuĢdur. O, hazırda milliyyətcə polyak olan əri ilə Ġspaniyada yaĢayır.”
Vəli bəy Sadıq bəy oğlu 1897-ci ildə anadan olmuĢdur. Borçalının Təkəli kəndindəki nüfuzlu
Yadigarovlar nəslindəndir. Bu nəsildən 1918-20-ci illərdə Milli Orduda səkkiz zabit Ģərəflə xidmət etmiĢdir:
poruçik Nadir bəy, kornet Rəhim bəy, praporĢik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında
üçüncü bölüyün komandiri, Ģtabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün
rotmistri Daniyal bəy, podpolkovnik Ġsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-
mayor Davud bəy Yadigarovlar. Zadəgan nəslinə məxsus olan Vəli bəy ilk hərbi təhsilini 1909-1915-ci illərdə
Tiflis gimnaziyasında almıĢdır. 1915-ci ildə kornet Vəli bəy Əlahiddə Qafqaz ordusunun korpusunda xidmət
etmiĢdir.
Birinci Dünya Müharibəsi illərində 17-ci Nijedraqun süvari alayında xidmət edən poruçik Ġsrafil bəy
Yadigarov döyüĢlərdə göstərdiyi igidliyə görə dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə),
üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində
“Ġgidliyə görə” yazısı ilə) və üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə) ordenlərilə təltif
olunmuĢdur. 1916-cı il aprelin 29-da isə Əlahəzrət imperatorun əmrilə Ġsrafil bəy Yadigarova rotmistr rütbəsi
verilmiĢdir.
On yeddinci Nijedraqun alayında kornet rütbəsində xidmət edən Kərim bəy Yadigarov isə ön cəbhədə
apardığı uğurlu döyüĢlərə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli
“Müqəddəs Stanislav” (qılıncla birgə) və dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “Ġgidliyə görə” yazısı
ilə) ordenlərilə təltif olunmuĢdur.
Arxiv sənədlərindən o da məlum olur ki, süvari alayında xidmət edən Məmməd bəy Yadigarov üstü
“Ġgidliyə görə” yazılı “Müqəddəs Anna” ordenlərinin dördüncü dərəcəsilə təltif olunmuĢdur.
Bunlar Yadigarov qardaĢlarının 1914-16-cı illərdə təltif olunduğu ordenlərdir.
Polkovnik RÜSTƏM BƏY MƏMMƏDAĞA OĞLU ġIXLĠNSKĠ - 1912-13-cü illərdə Birinci Qafqaz
atıcı artilleriya divizionunda Ģtabs-kapitan rütbəsində xidmət edib. 1918-ci ildə Topçu hissəsinin və Ağdamdakı
pulemyot məktəbinin rəisi idi.
1919-cu il fevralın beĢindən Əlahiddə Ağır Top divizionunun və 1920-ci ilin əvvəlində ikinci Artilleriya
briqadasının komandanı. 1920-ci ilin aprelində bolĢeviklər tərəfindən Bakıda güllələnmiĢdir. MəĢhur
generalımız Əliağa ġıxlinskinin qardaĢı oğlu, general Cavad bəy ġıxlinskinin isə qardaĢıdır. 1877-ci ildə
Qazaxda anadan olub. Tiflisdəki kadet korpusunu və Peterburqda Mixaylov topçuluq məktəbini bitirib. Birinci
Dünya Müharibəsində birinci Qafqaz atıcı artilleriya divizionunda kapitan rütbəsində döyüĢüb. Cəbhədəki
xidmətləri dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “Ġgidliyə görə” yazısı ilə) və dördüncü dərəcəli
“Müqəddəs Vladimir” (qılınc və bantla birgə) ordenlərilə qiymətləndirilib.
Polkovnik ġAHZADƏ XOSROV MĠRZƏ XANBABA XAN OĞLU QACAR - 1912-13-cü illərdə 17-
ci Nijeqorod draqun alayında rotmistr rütbəsində xidmət edib. Birinci Dünya Müharibəsində on səkkizinci
ġimal draqun polkunun komandiri, 1918-ci ildən isə Milli Orduda üçüncü Ləzgi polkunun komandiri olmuĢdur.
1920-ci ildə Gəncə üsyanından sonra Türkiyəyə mühacirətə getmiĢdir. 1914-16-cı illərdə dördüncü və üçüncü
dərəcəli “Müqəddəs Anna” ordenlərilə (üzərində “Ġgidliyə görə” yazısı ilə) təltif olunmuĢdur.
Polkovnik ƏHMƏD BƏY MƏHƏMMƏD OĞLU DĠBĠROV - Ġkinci piyada Zaqatala alayının
komandiri. 1860-cı ildə Balakən rayonunun Mahmalar kəndində anadan olub. Müsavat zabiti olduğuna görə
iyirminci ildə həbs edilib. ġəki qalasında bir neçə il saxlanıb. Azad edildikdən sonra 1930-cu ildə yenidən həbs
edilib. Ġki ay sonra həbsxanada ürək partlamasından vəfat edib.
Polkovnik CAHANGĠR BƏY KAZIMBƏYOV - Üçüncü piyada Gəncə alayının komandiri. 1920-ci il
mayın 24-dən 30-dək bolĢeviklərə qarĢı olan Gəncə üsyanının fəal iĢtirakçısı. 1888-ci ildə Gəncədə anadan olub.
Hərbi təhsilini Peterburqda alıb. Birinci Dünya Müharibəsində iĢtirak edib. 1918-ci ildə Gəncədə Milli
Azərbaycan Ordusunun yaradılmasında çalıĢıb. Ġyirminci ildə Gəncə üsyanı yatırıldıqdan sonra Ġstambula
mühacirətə gedib. Az sonra marĢal Yuzef Pilsudskinin dəvəti ilə VarĢavaya köçüb. PolĢa ordusunda diviziya
komandiri olub. “Prometey” cəmiyyətində istilaçı ruslara qarĢı mübarizədə həyat yoldaĢı Vəliyə xanım
Xoyskiylə birgə çalıĢıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəĢr edir, “Azəri-türk” dərnəyini yaradırlar.
Böyük Vətən müharibəsi vaxtı PolĢa iĢğal olunanda əsir düĢür. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada,
sonra isə Ġtaliyada yaĢayır. Əllinci ildə yenidən Ġstambula gəlir, ağır güzəran keçirdiyindən Almaniyaya köçüb,
ömrünün sonuna kimi “Azadlıq” radiosunda əməkdaĢlıq edir. 1953-cü ildə Amerikada nəĢr edilən “Azərbaycan”
Milli jurnalının 12-ci nömrəsində polkovnik Cahangir bəy Kazımbəyovun “Gəncə üsyanı haqqında xatirələr”
adlı sanballı yazısı dərc olunmuĢdur. 1955-ci ildə Berlində Sovet çekistlərinin əlilə qətlə yetirilmiĢdir.
101
Polkovnik MEHDĠ BƏY EYNALl OĞLU SULTANOV - 1880-ci ildə Gəncədə anadan olub. Altıncı
Göyçay piyada polkunun (Bayılda yerləĢirdi - ġ.N.) komandiri. 1920-ci ildə bolĢevik istilasından sonra
Azərbaycan diviziyasında üçüncü alayın komandiri olmuĢdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən
müsavat hərbi təĢkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs düĢərgəsinə sürgün edilmiĢdir.
1937-ci il iyulun 26-da Azərbaycan Xalq Daxili ĠĢlər Komissarlığı xüsusi üçlüyünün qərarı ilə
güllələnmiĢdir.
Polkovnik HÜSEYNQULU ĠSKƏNDƏR XAN OĞLU XOYSKĠ - 1912-14-cü illərdə üçüncü Qafqaz
atıcı alayında kapitan rütbəsində xidmət edib. 1917-ci ildə Gəncədə cavanlardan ibarət “Zelyonaya qvardiya”
adında əsgəri təĢkilat yaratmıĢdı. 1919-20-ci illərdə Gəncə Ģəhər qubernatorunun müavini olub. Ġyirminci ildə
bolĢevik-daĢnak təzyiqindən mühacirətə getmiĢdir. 1955-ci ildə Ġstambul Ģəhərində vəfat etmiĢdir. Atası
Ġskəndər xan Xoyski imperiya ordusunda general-mayor rütbəsində xidmət etmiĢdir. Ġskəndər xan 1820-ci ildə
ġəkidə anadan olmuĢdur.
Polkovnik ġAHZADƏ SƏDRƏDDĠN BƏHMƏN MĠRZƏ OĞLU QACAR - 1918-19-cu illərdə Bakı
qəzasının hərbi rəisi. 1919-cu ilin sonlarından bolĢevik çevriliĢinə qədər hərbi Nazirliyin dəftərxana rəisi oiub.
1920-ci ilin aprelində bolĢeviklər güllələyib.
Birinci Dünya Müharibəsindəki xidmətləri dərəcəli “Müqəddəs Stanislav və üçüncü dərəcəli “Müqəddəs
Anna ordenlərilə qiymətləndirilib. ġuĢada Ģahzadə Bəhmən Mirzənin ailəsində anadan olub.
Azərbaycan Respublikasının Xalq artisti, müğənni Sürəyya Qacarın atasıdır. Sürəyya xanım atasını belə
xatırlayırdı: “Atam Sədrəddin Qacar hərbi qulluqçu olsa da, yaxĢı skripka çalırdı. Peterburqda təhsil alanda
öyrənmiĢdi. Notları hələ də qalır. Pəsdən zümzümə etməyi də yadıma gəlir. Anam GünəĢ xanım Tağıbəyovanın
da hərdən bir oxumağı vardı. Ev iĢləri görəndə zümzüməsi kəsməzdi. Atam güllənəndən sonra ailəmiz ġuĢadan
Bakıya köçdü...”
* * *
1993-cü ilin iyun ayında Çingiz xanın və sonuncu Krım xanı ġahin Gərayın nəslinin davamçısı əlahəzrət
Ģahzadə Cezar Gəray dədə-baba vətəni Krımda olanda “Moskovskiye novosti” qəzetinin müxbirinə verdiyi
müsahibəsində demiĢdir:
...Sülaləmizin Rusiyada qalan hissəsinə gəldikdə isə, vətəndaĢ müharibəsi və inqilab zamanı bolĢeviklər
bizim ailənin bir neçə üzvünü öldürmüĢdülər. Qvardiya zabiti, Qafqaz caniĢinin müavini, senator, Sultan
ġahzadə Krım Gəray Nikolay Aleksandroviç (1886-1921) ingilis qızı ilə evlənmiĢdi. VətəndaĢ müharibəsi vaxtı
o, Petroqradda acından öldü. Ailəmizin digər üzvü, inqilabdan əvvəl imperiya ordusunun generalı, Birinci
Dünya Müharibəsində “Dikaya diviziya”nın komandirlərindən biri general-leytenant Sultan ġahzadə Klıç Gəray
(1893 - 1947) bolĢeviklərə qarĢı vuruĢmuĢ, sonra mühacirətə getmiĢdi. Ġkinci Dünya Müharibəsində o, kazak
qoĢunlarının komandiri olmuĢ, ağqvardiyaçı general P.N.Krasnovla birlikdə bolĢeviklərə qarĢı vuruĢmuĢdu.
Sonra tutularaq Avstriyaya gətirilmiĢ və SMERġ-ə verilmiĢdi. Moskvada isə gizli məhkəmə tərəfindən
mühakimə edilmiĢ və 1947-ci il yanvarın on yeddisində edam olunmuĢdu.
* * *
1994-cü ildə “Voennaya istoriya jurnalının yeddinci sayında B.A.Enqelqartın “Kamertajın xatirələri
məqaləsi dərc olunmuĢdu. Məqalədə həmyerlimiz, dünya Ģöhrətli ĢərqĢünas-alim Mirzə Kazım bəyin nəvəsi Lev
Aleksandroviç Kazım bəyin (1876-?) istedadlı rəssam, həm də döyüĢkən zabit olmasından söhbət açılır. 1896-cı
ildə Peterburqdakı Paj hərbi korpusunu bitirən Lev Kazım bəy imperatriça Aleksandra Feodorovna alayının
Ulan leyb-qvardiyasında ən yaxĢı zabitlər sırasında xidmət etmiĢdir. Müəllif onun Birinci Dünya
müharibəsindəki fəaliyyəti haqda yazır:
“ ...Bir baĢqa oğlan yaxınlaĢdı. Bu bir az monqol tipini xatırladan solğun bənizli, balaca Lev Kazım bəy
idi. O, ətrafındakılardan yaĢ yarım böyük olduğundan onlara bir az saymamazlıqla yanaĢırdı. O, həm də çox
dalaĢqan idi. UĢaq vaxtı biz onunla çox dalaĢardıq.
Lakin bu təkcə bizim korpusun divarları arasında deyil, lap saçlarımız ağardıqdan sonra belə dostluq
əlaqələrimizin saxlanılmasına mane ola bilmədi. Kazım bəy qeyri-adi rəssam ola bilərdi. Bu qiyməti ona bizə
rəsmdən dərs deyən, professor Aleksandr Novoskoltsev vermiĢdi. Lakin ilk əvvəl çılğın qvardiya süvariliyi,
sonra isə ailənin maddi təlabatını ödəmək üçün məcburi xidmət Kazım bəyin rəssam kimi özünü sınamasına və
istedadının inkiĢafına imkan vermədi.
Müharibə baĢlanarkən, o Reveldə (indiki Tallin Ģəhəri) kəndli bankının Ģöbə müdiri idi. Lev
Aleksandroviç dözə bilmədi, mundir geyinərək qırx yaĢlı kornet kimi bütün müharibəni birlikdə keçdiyi doğma
alaya qayıtdı. Cəbhələrdə süvari zabiti kimi ad-san qazandı. Onun döyüĢ xidmətləri ordenlərlə təltif olundu.
BolĢeviklərə xidmət etmək istəməyən kornet Lev Kazım bəy 1920-ci il fevralın 2-də Novorossiyskdən “ĠrtıĢ
gəmisində ailəsilə birlikdə zadəgən qüruru ilə Rusiyanı tərk edib xaricə getdi. 1923-cü ildə yaranmıĢ mühacirlər
102
təĢkilatında - mladorusların monarxiya ittifaqına rəhbərlik etdi. Qaçqın rusların arasında onun soyadı çox
məĢhur idi. Onun oğlu da mladorusların liderlərindən idi.
Podpolkovnik LƏTĠF BƏY MƏMMƏDLĠ OĞLU ĠBRAHĠMBƏYLĠ - Bakı realnı və Tiflis üç illik
hərbi məktəblərini bitirib. Birinci Dünya Müharibəsində yüz əlli üç saylı Bakı alayının tərkibində zabit kimi
vuruĢub. Kapitan rütbəsində Qars vilayətinin komendantı olub. DöyüĢ xidmətlərinə görə orden və medallarla
təltif olunub. 1884-cü il dekabrın iyirmi doqquzunda Salyanda anadan olub. Müsavat ordusunda Bakı Qala
batalyonunun komandiri idi.
ġahzadə-kapitan FĠRĠDUN MĠRZƏ SEYFULLA OĞLU QACAR - Birinci Dünya Müharibəsi illərində
general Doxturovun komandanlıq etdiyi altmıĢ altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə
döyüĢlərdə fərqləndiyinə görə üçüncü dərəcəli “Müqəddəs Anna” ordenilə (qılınc və bantla birgə) təltif olunub.
1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə xidmətə baĢlayıb. 1920-ci il aprelin 28-
də Bakıda bolĢevik-daĢnak qoĢunları ilə döyüĢdə qəhrəmanlıqla həlak olub. ġahzadə Firidun Mirzə 1890-cı ildə
Tiflisdə anadan olub.
ġahzadə - podpolkovnik MƏMMƏDQULU MĠRZƏ QACAR - 1910-cu ildən birinci Kuban-kazak
alayının komandiri. Birinci Dünya Müharibəsində döyüĢlərdə göstərdiyi fəallığa görə ikinci və üçüncü dərəcəli
“Müqəddəs Stanislav” (qılınc və bantla birgə), ikinci və dördüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və
üzərində “Ġgidliyə görə” yazısı ilə) ordenlərilə təltif olunub. 1872-ci ildə anadan olub, 1920-ci ilin mayında
bolĢeviklər Nargin adasında güllələyiblər.
Podpolkovnik FUAD XAN HƏSƏN XAN OĞLU TALIġXANOV – Tiflis kadet korpusunu bitirib. Çar
ordusunda rotmistr rütbəsinə qədər yüksəlib. 1918-1920-ci illərdə Birinci CavanĢir piyada alayının yavəri olub.
Sovetlər vaxtı Qızıl Orduda müxtəlif hərbi vəzifələrində çalıĢıb, podpolkovnik rütbəsinə qədər yüksəlib. 1930-
cu ildə Gəncədə hərbi müfəttiĢlikdə iĢləyəndə həbs edilib. 1896-cı ildə Lənkəranda zadəgan ailəsində anadan
olub.
Polkovnik FĠKRƏT ƏBÜLFƏT OĞLU AĞALAROV - 1868-ci il noyabrın 10-da Tiflisdə anadan olub.
ġuĢa realnı məktəbində və 1885-ci ildən 1888-ci ilədək Nikolayev Ģəhərindəki hərbi məktəbdə təhsil alıb.
Birinci Dünya Müharibəsində iĢtirak edib. Milli Orduda birinci Azərbaycan süvari alayının komandiri idi.
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il on dörd iyul tarixli teleqramı:
“Cənab hərb naziri Zati-alilərinə!
Qarabağın xalq milisi sıralarında Moskva Ġnstitutunun tələbələri Ġsgəndər bəy Sultanov və keçmiĢ
Qarabağ süvari alayının əsgəri XankiĢi Nuru oğlu xidmət edirlər. Onlardan birinə - ləzgi alayı ilə birlikdə
bolĢeviklərə qarĢı döyüĢlərdə iĢtirak etmiĢ Sultanova Türk hərbi ordeni “Məcidiyyə”, ikincisinə - XankiĢi Nuru
oğluna axırıncı müharibənin (Birinci Dünya Müharibəsi nəzərdə tutulur - ġ.N.) Georgi Kavaleri ordeni
verilmiĢdir.
Axırıncı Qarabağ hadisələri (1918-ci il nəzərdə tutulur - ġ.N) zamanı onlar böyük bacarıq və Ģücaət
göstərmiĢlər. Bu haqda Siz Zati-alilərinə məlumat verərək xahiĢ edirəm ki, Siz onların birinci zabit rütbəsinə
təqdim olunmaları haqqında sərəncam verəsiniz.”
ġtabs-kapitan RƏHĠM ALLAHQULU OĞLU RƏHĠMOV - 1893-cü ildə Naxçıvanın BaĢ NoraĢen
kəndində anadan olub. 1916-cı il mayın birində Tiflis hərbi məktəbini bitirib. 1916-cı il avqustun 19-dan on
üçüncü Qafqaz atıcı alayında döyüĢüb. Həmin ilin dekabr ayında sol çiynindən yaralanıb. Göstərdiyi Ģücaətə
görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni (qılınc və bantla birgə) təltif olunub. 1917-ci il mayın 20-də
podporuçik, dekabr ayında isə poruçik rütbəsi verilib və on ikinci rotaya komandir təyin olunub. 1917-ci il
noyabrın iyirmi doqquzunda Ģtabs-kapitan rütbəsi alıb.
1918-ci il dekabrın on dördündə könüllü olaraq ikinci Azərbaycan süvari alayında xidmətə baĢlayıb.
Hərbi tədris komandasının rəisi təyin olunub. 1919-cu il mayın iyirmi ikisində yeddinci rotanın komandiri təyin
olunub.
Azərbaycandakı aprel çevriliĢindən sonra taleyi məlum deyil.
ġtab-rotmistri ALLAHYAR MÖVSÜM OĞLU ƏMĠRCANOV - 1907-ci ildən 1914-cü ilədək
Vladiqafqaz kadet korpusunda hərbi təhsil alıb və orada xidmət edib. Birinci Cahan Müharibəsində “Dikaya
diviziya”da qulluq edib. Göstərdiyi hərbi Ģücaətlərə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı ilə təltif
olunub. 1897-ci il mayın on birində Nuxada (ġəki) bəy ailəsində anadan olub.
Rotmistr HACIAĞA MƏMMƏDƏLĠ OĞLU ĠBRAHĠMBƏYLĠ – Bakıda kommersiya məktəbini və
1913-cü ildə Tiflis hərbi məktəbini bitirib. 1914-15-ci illərdə Birinci Dünya Müharibəsində iĢtirak edib. 1890-cı
il dekabrın səkkizində Salyanda məmur ailəsində anadan olub.
1946-cı ildə nəĢr olunmuĢ “Səməd bəy Mehmandarov” kitabçasının müəllifi. Həmin kitabçasında
Mehmandarovla ilk görüĢünü belə xatırlayır:
“Mehmandarov mənə yaxınlaĢıb çox nəzakətlə soruĢdu:
“Rotmistr, görünür siz vaqonda yer tapa bilməmisiniz... Mənim kupemdə bir boĢ yer vardır.”
103
Mən generala rəsmi təzim edib cavab verdim: “Yox, general həzrətləri, mənim yerim vardır, özü də sizin
kupenizdədir.” O, cavabında “Aha, yaxĢı oldu, mən çox Ģadam” - dedi. Bu zaman ikinci zəng vuruldu. General
Səməd bəy Mehmandarovla vaqona daxil olduq.
Səməd bəy çox söhbətcil və çox yaxĢı yol yoldaĢı imiĢ. O, mənimlə bəzən rusca, bəzən də azərbaycanca
danıĢırdı. O, ahəstə-ahəstə danıĢırdı, hər sözünü ölçüb-biçirdi, fikrini sadə və düzgün ifadə edirdi. Onun danıĢıq
tərzi, səsi, sakit və qəti tonu, özünü sərbəst hiss etməsi göstərirdi ki, bu adam uzun və maraqlı həyat sürmüĢ,
böyük vəzifə sahibi olmuĢ, Ģanlı igid əsgər həyatı keçirmiĢdir. Səməd bəy Mehmandarov yolda mənə bir çox
maraqlı və faydalı Ģeylər danıĢdı.”
ġtab-rotmistri Ģahzadə FĠRĠDUN ALLAHVERDĠ OĞLU QACAR - Tiflisdəki Klassik Gimnaziyanı və
Müəllimlər institutunu, 1916-cı ildə isə Tiflis kadet korpusunu bitirib. 1892-ci ildə məĢhur Qacarlar ailəsində
anadan olub. Müsavat ordusunda ikinci artileriya briqadasında birinci batareyanın zabiti.
ġtab-rotmistri ZEYNAL BƏY SADIQOV - Ġkinci Qarabağ süvari alayında dördüncü bölüyün
komandiri. 1917-ci il iyunun 30-dan “Qafqazın yerli əhalisindən təĢkil olunmuĢ diviziya”nın Azərbaycan
alayında kəĢfiyatçı kimi hərbi xidmətə baĢlayıb. Birinci Dünya Müharibəsində Qərb cəbhəsində vuruĢub. Əla
döyüĢ xidmətlərinə görə 1916-cı il aprelin 30-da üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə),
yenə həmin il avqustun 30-da üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), iyunun 17-də
dördüncü dərəcəli “Müqəddəs Anna” (üstündə fövqəladə “Ġgidliyə görə yazısı ilə), 1916-cı ilin iyunun 17-dən
1917-ci il iyunun 28-dək Qərb cəbhəsində gedən döyüĢlərdə ikinci, üçüncü, dördüncü dərəcəli “Müqəddəs
Georgi” xaçı və dördüncü dərəcəli Georgi medalı ilə təltif olunmuĢdur. ġtab-rotmistr rütbəsini 23 mart 1918-ci
ildə Milli Azərbaycan ordusunda almıĢdır.
ġtab-rotmistri ZÜLFÜQAR NƏZƏR OĞLU SULTANOV - 1894-cü ildə Zəngəzurun Pircəvan
kəndində anadan olub. Ġkinci Tiflis kiĢi gimnaziyasını və Petroqrad Hərbi Tibb Akademiyasını bitirib. Müsavat
ordusunda əvvəl poruçik, sonra isə Ģtab-rotmistr kimi xidmət edib.
Rotmistr SƏLĠM BƏY SULTANOV - Kürd süvari divizionunun komandanı.
ġtabs-kapitan YUNĠS ġƏKƏROV - Kürd atıcı batalyonun komandiri.
Poruçik OSMAN AĞA GÜLMƏMMƏD AĞA OĞLU GÜLMƏMMƏDOV- 1914-cü il sentyabrın
birindən 1917-ci ilin avqustunadək Birinci Dünya Müharibəsi illərində süvari alayında döyüĢüb. DöyüĢ yolu
Avstriya və Rumın cəbhələrində olub. Sıravi əsgər kimi xidmətə baĢlayan Osman ağaya l915-ci ilin avqustunda
kiçik uryadnik rütbəsi verilib. Həmin il Avstriya cəbhəsində Briqen Ģəhəri uğrunda gedən döyüĢlərdə yaralanıb.
1916-cı ilin mart ayında baĢ uryadnik və 1917-ci ilin iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub.
1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüĢlərində bolĢeviklərə qarĢı vuruĢub. Onun süvari dəstəsi
düĢməndən yüz altı nəfər aĢağı rütbəli əsgər, üç zabit, bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb.
Poruçik Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın 15-də Bakı döyüĢlərinin ən fəal iĢtirakçısı olub.
Avqustun on yeddisində Bakıya hücum zamanı bolĢeviklərlə döyüĢlərdə kornet Osman ağa
Gülməmmədov süvari kəĢfiyyat dəstəsində olarkən Balaxanı kəndinin Ģimal-qərb hündürlüyündən rəqibin
arxasına keçərək onu Bakı Ģəhəri istiqamətində geri çəkilməyə məcbur etmiĢdi. Bu zaman özünü çatdırmıĢ
bölük Nobel çənləri yanında mövqe tutmuĢ və düĢmən bölüyünə həmlə etməyə baĢlamıĢdı. DüĢmən bölüyünün
cinahında olan kornet Osman ağa Gülməmmədov pulemyot və tüfəng atəĢi ilə qarĢılandı. O, yaralıları itirsə də,
nadir Ģücaət və mərdliklə, fədakarcasına igidlik nümunəsi göstərərək rəqibin güclü və sayca xeyli çox olmasına
baxmayaraq, əlbəyaxa döyüĢdə onun müqavimətini qırdı. DüĢmənin bir hissəsi qırıldı, qalanları isə qaçdı.
Həmlə zamanı cəsur kornet Osman ağa Gülməmmədovun mindiyi at yaralandı, lakin buna baxmayaraq, o,
düĢməni qıra-qıra onun sıralarını viran etmiĢdi. Bu güclü hücuma davam gətirməyən düĢmən bir zabit, bir
həkim, qırx doqquz əsgəri itirdi və üç pulemyotu qoyub qaçdı.
Bakı cəbhəsində bu həmlə qətedici rol oynadı, çünki rəqib qüvvələri sındı. Bizim piyada isə bundan
müvəffəqiyyətlə istifadə edə bildi.
DöyüĢlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədova kornet-süvari qoĢununda birinci zabit
rütbəsi və general Nuru paĢanın əmrilə Türkiyənin beĢ qılınclı “Məcidiyyə” ordeni ilə təltif olundu.
Arxiv sənədlərində yazılır ki, təsvir edilmiĢ döyüĢdə adını çəkdiyimiz kornet Osman ağa
Gülməmmədovun komandası altında vuruĢan süvarilər öz imzaları ilə onun qəhrəmanlığını Ģəhadət edirlər:
Həmzə Ġsmayıloğlu, milis yunkeri Kərim Yaqubov, praporĢik PaĢa bəy Rüstəmov, milis yunkeri Dəmir PaĢa
oğlu və baĢqaları.
Poruçik Osman ağa Gülməmmədovun 1919-cu ilin martın altısında tərtib olunmuĢ Ģəxsi iĢindən
öyrənmək olur ki, o, 1892-ci il avqustun on altısında Gəncə quberniyasının Qazax qəzasındakı Salahlı kəndində
bəy ailəsində anadan olmuĢdur. Birinci Dünya Müharibəsi illərində cəbhədə göstərdiyi qəhrəmanlığa görə
ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs
Georgi” medalı ilə təltif olunmuĢdur.
Azərbaycan Respublikası hökumətinin hərbi rütbələr haqqında 16 may 1918-ci il tarixli 26 saylı əmri ilə
Gülməmmədova hərbi Ģücaətlərinə görə starĢinalıq imtiyazı ilə poruçik rütbəsi verildi, vəzifəsi yüksəldilərək
104
üçüncü bölüyün komandiri təyin olundu. Əmrin ikisini də Hərbi Nazir vəzifəsini müvəqqəti icra edən general-
leylenant Əliağa ġıxlinski təsdiq etmiĢdi.
Osman ağa Gülməmmədov həmin ilin iyul ayında xidmət üçün bölüyü ilə birgə Qusara göndərilir. ġimal
sərhədlərimizin qorunmasında general Denikinə qarĢı mübarizə aparan poruçik Osman ağa Gülməmmədov
nümunəvi qəhrəmanlıqlar göstərir. 1919-cu ilin yanvar ayında keçirilən baxıĢ-yoxlamasında onun sıralarında
döyüĢdüyü birinci Azərbaycan süvari alayı hərbi Nazirin Ģəxsi təĢəkkürünü qazanır.
1920-ci ilin martında Qarabağ və Zəngəzurda düĢmən təhlükəsi kəskin surətdə artır. Erməni-daĢnak
qoĢun birləĢmələri martın iyirmi birindən iyirmi ikisinə keçən gecə Xankəndində yerləĢən birinci CavanĢir
piyada alayının kazarmalarına qəfil basqın edir. Novruz bayramı axĢamı Xankəndinə hücum edib Əskəran
yolunu bağlayırlar. Poruçik Osman ağa Gülməmmədov həmin odlu döyüĢlərin fəal iĢtirakçısı olur. Aprelin
ikisində onun bölüyü daĢnakların Əskərandan qovulmasında mərdliklə vuruĢur.
Ġyirmi səkkiz aprel istilasından sonra müsavat zabiti Osman ağa Gülməmməd ağa oğlu Gülməmmədov
Türkiyəyə mühacirətə getməyə məcbur olmuĢdur.
“1937-ci il fevralın yeddisində maarifçi-qadın Mədinə xanım Qiyasbəylinin altıncı dindirilməsindən:
Sual: - Osman ağa Gülməmmədov sizə tanıĢdır?
Oavab: - Osman ağa mənim həmkəndlimdir. Mən onu 1919 -1920-ci illərdə görmüĢəm. Azərbaycanın
sovetləĢməsindən sonra o, Azərbaycan alayı ilə Türkiyəyə getdi.
Sual: - Sizi müsavatçılarla nə bağlayırdı?
Gavab: - Bizim millətçi nəzərimiz, qohumluğumuz və bu adamların mədəniyyəti.”
Respublika Mərkəzi Dövlət Arxivində praporĢik Gülağa Məhəmmədağa oğlu Gülməmmədovun cəmi bir
səhifəlik Ģəxsi xidmət vərəqi saxlanılır.
1919-cu il martın birində tərtib olunmuĢ xidmət vərəqində göstərilir ki, Gülağa Gülməmmədov Birinci
Azərbaycan süvari diviziyasında xidmət etmiĢdir. O, 1899-cu il dekabrın altısında Qazax qəzasının Salahlı
kəndində zadəgan ailəsində anadan olmuĢdur. Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan Ģöbəsini və
1918-ci il yanvarın otuzunda Gəncə praporĢiklər məktəbini birinci dərəcə ilə bitirmiĢdir. Az müddət Birinci
Müsəlman süvari alayında xidmət edən podpraporĢik Gülağanı bilik və bacarığına görə diviziyanın qərargah
rəisi təyin edirlər.
PraporĢik Gülağa Gülməmmədov 1920-ci il aprel çevriliĢindən sonra əmisi poruçik Osman ağa
Gülməmmədovla birlikdə Türkiyəyə mühacirətə getmiĢ və hər ikisi türk ordusunda hərbi xidmətini davam
etdirmiĢlər.
Poruçik MƏHƏMMƏD BƏY ASLANBƏYOV - Birinci Azərbaycan süvari alayının zabiti, 1894-cü il
martın on altısında Dağıstan vilayətinin Kürə nahiyəsində bəy ailəsində anadan olub. Teymurxan - ġura Ģəhər
ədadiyə məktəbində və Tiflisdəki böyük knyaz Mixail Nikolayeviç adına hərbi məktəbdə təhsil alıb.
Hərbi xidmətə 1914-cü il oktyabrın birində baĢlayıb. 1915-ci il fevralın birində Qafqaz cəbhəsindəki
döyüĢən orduda əla xidmətinə görə praporĢik rütbəsi verilib. Həmin il fevralın yeddisində, yüz əlli beĢinci Quba
piyada alayına keçirilib. Noyabrın birində podporuçik, 1916-cı il dekabrın on ikisində isə poruçik rütbəsi alıb.
1918-ci il martın on dördündə birinci Azərbaycan süvari alayında birinci bölüyün komandiri təyin olunub.
Həmin il avqustun iyirmi doqquzunda 1207 nömrəli əmrlə Ģtab-rotmistri rütbəsilə təltif olunub. Bakı cəbhəsində
daĢnak-bolĢeviklərə qarĢı döyüĢlərdə igidliklə vuruĢub. Poruçik Məhəmməd bəyin qəhrəmanlığını general Nuru
paĢa Türkiyənin “Hərb medalı” ilə qiymətləndirib.
1918-ci il iyulun səkkizində BaĢ Qərargah rəisi, polkovnik Həbib Bəy Səlimov Birinci Azərbaycan
alayının komandirinə belə bir məlumatla müraciət etmiĢdir:
“Poruçik Məhəmməd bəy Aslanbəyov özünü alayda yararlı zabit kimi, süvari Azərbaycan alayının bir çox
zabitlərindən xeyli yaxĢı göstərmiĢdir. Ona görə də, onun təminat almaq üçün, alaylardan birinə qəbul edilməsi
yaxĢı olardı. Alayın bir çox zabitləri Tiflisdə eyĢ-iĢrətlə məĢğul olduqları halda, o dəstədə yorulmadan çalıĢır.
Əla və çalıĢqan zabit olduğuna görə mən poruçik Məhəmməd bəy Aslanbəyovu dəstədən buraxa
bilmərəm. Çox təəssüflər olsun ki, iĢə can yandıran belə zabitlər çox azdır. Dəstədəki xidmətdən - kimin iĢə
sadiq olduğu, kiminsə paqon və pul üçün xidmət etdiyi aydın oldu.
Namusla xidmət edən zabiti cəzalandırmaq çox acı hal olardı.”
Arxiv sənədlərindən məlum olur ki, poruçik Məhəmməd bəy Aslanbəyov Birinci Dünya Müharibəsi
illərində Azərbaycan süvari alayında da namus və qeyrətlə vuruĢmuĢdur. O, “Ġgidliyə görə” medalı ilə və
“Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsilə (1915-ci il iyulun 25-də), “Müqəddəs Stanislav” ordeninin
üçüncü dərəcəsilə - bant və qılıncla birgə (1915-ci il dekabrın 20-də), “Müqəddəs Anna” ordeninin üçüncü
dərəcəsilə - bant və qılıncla (1916-cı il iyulun on yeddisində), 1918-ci ildə Bakı uğrunda döyüĢlərdə göstərdiyi
igidliyə görə Türkiyənin “Hərb medalı” ilə təltif olunmuĢdur.
Poruçik SAYAD ZEYNALABDĠN OĞLU ZEYNALOV - 1918-ci ilin noyabrında Gəncədəki
podpraporĢiklər məktəbini bitirib. Birinci Dünya Müharibəsində “Dikaya diviziya”nın Tatar-Azərbaycan
105
alayında xidmət edib. SSRĠ Mərkəzi Dövlət Hərbi Arxivindən 1975-ci ildə aldığımız sənəd bir daha bunu təsdiq
edir:
“Sizin sorğunuza cavab olaraq bildiririk ki, arxiv materiallarında Tatar süvari alayının yunkeri, praporĢik
Sayad Zeynalovun xidmət dəftərçəsi saxlanılır. Sənəddə deyilir ki, o, 30 avqust 1886-cı ildə anadan olub.
Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaĢıdır. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına
daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporĢik, sonra isə yunker rütbəsi alıb.
1914-cü il sentyabrın iyirmisindən Avstriya - Macarıstan və Almaniya döyüĢlərinin iĢtirakçısı olub.
“Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsilə təltif edilib.
“Müqəddəs Georgi” ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi vardı. Birinci dərəcəli orden
ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi: “Əla xidmət və cəsurluğa görə”. Odur ki, “Müqəddəs
Georgi” ordeninin bütün dörd dərəcəsinə yalnız “fövqəladə dərəcədə fərqlənən, xüsusi rəĢadət, mərdlik, əla
əsgəri rəĢadət göstərən hərbi qulluqçular layiq görülürdülər”.
1917-ci ildə vətənə qayıdan Sayad Zeynalov 1918-ci ildən Milli Orduda, əvvəlcə birinci Tatar-
Azərbaycan alayında, sonra isə üçüncü ġəki süvari alayında xidmət edib. Qarabağda, Göyçayda və Bakıda
daĢnak-bolĢeviklərə qarĢı döyüĢlərin fəal iĢtirakçısı olub.
Ġyirmi səkkiz aprel çevriliĢindən sonra Qazax milis Ģöbəsinin rəisi, “El yardımı komitəsi”nin sədri və
Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə iĢləyib. Otuz yeddinci ildə Müsavat zabiti kimi həbs olunub,
1942-ci ildə sürgündə dünyasını dəyiĢib.
Poruçik MAHMUD ĠBRAHĠM OĞLU ƏFƏNDĠYEV - Qoridəki Zaqafqaziya Müəllimlər
Seminariyasının Azərbaycan Ģöbəsində təhsil alıb. 1915-ci ildə Telavi praporĢiklər məktəbini bitirib. 1890-cı il
iyulun iyirmi dördündə Qazax qəzasının Salahlı kəndində kəndli ailəsində anadan olub. Müsavat ordusunda rota
komandiri idi.
Poruçik HACIBALA HACIMƏMMƏD OĞLU ABBASOV - ġamaxıda realnı məktəbi və Xarkovdakı
texniki məktəbi bitirib. Rus dilini yaxĢı bilirmiĢ, savadlı imiĢ. 1914-cü ildə Birinci Dünya Müharibəsində iĢtirak
edib. Müsavat ordusuna 1918-ci ildə könüllü gəlib. 1898-ci il iyulun dördündə ġamaxıda kəndli ailəsində
anadan olub.
Poruçik ƏYYUB MƏQRUB OĞLU KÖÇƏRLĠNSKĠ - Vladiqafqazdakı realnı məktəbi bitirib. 1900-cü
il avqustun iyirmi ikisində ġuĢada zadəgan ailəsində anadan olub. 1918-ci il sentyabrın on beĢində Bakının
daĢnak-bolĢeviklərdən azad olunmasında iĢtirak edib.
Poruçik HÜSEYN SƏMƏD OĞLU RƏHĠMOV - Ġkinci Tiflis kiĢi gimnaziyasının beĢ sinfini və 1920-ci
il aprelin iyirmi dördündə Gəncə hərbiyyə məktəbini bitirib. 1893-cü ildə Bakıda meĢĢan ailəsində anadan olub.
Poruçik MƏMMƏD HÜSEYN OĞLU SADIQOV - Gimnaziya təhsili alıb. 1919-cu ildə Gəncə
praporĢiklər məktəbini bitirib. 1893-cü ildə Salyanda anadan olub.
Podporuçik MAHMUD MƏMMƏD OĞLU MAHMUDZADƏ – Birinci Bakı gimnaziyasını və Gəncə
praporĢiklər məktəbini 1919-cu ildə bitirib. Fars və türk dillərini mükəmməl bilib. 1893-cü ilin yanvar ayında
Lənkəranda meĢĢan ailəsində anadan olub. 1920-ci ildən sonra Bakı Ģəhər sovetində vergi müfəttiĢliyi idarəsinin
rəisi iĢləyib. Bakı Ģəhər Sovetinin üzvü, 1922-ci ildən “Azərbaycan müstəqilliyi uğrunda!” gizli hərbi təĢkilatın
fəallarından biri olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, sürgünə göndərib.
Podporuçik MĠR ƏHMƏD MĠR AĞAƏLĠ OĞLU MĠRCAVADOV - Bakıda ruhani təhsil alıb. 1919-
cu ildə Gəncədə praporĢiklər məktəbini bitirib. 1895-ci il iyunun on səkkizində Bakıda meĢĢan ailəsində anadan
olub.
Podporuçik MEYDAR ABBAS OĞLU MƏDƏTOV - Qusardakı Ali-ibtidai məktəbi və 1920-ci il
aprelin iyirmi dördündə Gəncə praporĢiklər məktəbini bitirib. 1898-ci ildə Bakının Balaxanı kəndində anadan
olub.
Podporuçik HƏMĠD ĠSKƏNDƏR OĞLU MUSTAFAYEV - Qori Ģəhərindəki Zaqafqaziya Müəllimlər
Seminariyasının Azərbaycan Ģöbəsini bitirib. 1914-18-ci illərdə Bakıda müəllim iĢləyib. 1918-ci ildə Gəncədə
türk hərbi məktəbini bitirib. 1898-ci il sentyabrın səkkizində Qazaxda anadan olub.
Podporuçik MƏLĠKMƏMMƏD SƏTTAR OĞLU MƏLĠKOV – Bakıda üçüncü ali-ibtidai məktəbi və
1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. 1896-cı il martın on birində Bakıda
meĢĢan ailəsində anadan olub.
Podporuçik MƏSTAN ZEYNAL OĞLU MƏSTANZADƏ - BeĢsinifli Bakı realnı məktəbini və 1920-ci
ildə Azərbaycan hərbiyyə məktəbini bitirib. 1899-cu ildə ġamaxıda meĢĢan ailəsində anadan olub.
Podporuçik MĠRMEHDĠ MĠRƏHMƏDOV - Ali ruhani təhsili var. 1920-ci il aprelin iyirmi dördündə
Azərbaycan hərbiyyə məktəbini bitirib. 1894-cü ildə Bakıda anadan olub.
Podporuçik MAHMUD ƏSƏDAĞA OĞLU MUSTAFAYEV - 1918-ci ildə Gəncə praporĢiklər
məktəbini bitirib. 1899-cu il martın on birində Qazax qəzasının Salahlı kəndində anadan olub.
Podporuçik TOFĠQ ġƏRĠF OĞLU MĠRZƏYEV - Tiflis gimnaziyasının və 1920-ci il aprelin iyirmi
dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. Ġran təəbəsidir. 1900-cü il dekabrın birində Tiflisdə anadan
106
olub. Sovetlər vaxtı Azərbaycan diviziyasının birinci polkunun qərargah rəisi olub. 1930-cu ildə keçmiĢ
Müsavatçı kimi həbs edilib.
Unter-zabit CƏMĠL BƏY BAĞIR BƏY RƏFĠBƏYOV - 1918-ci ildə Gəncədə altı aylıq unter-zabit
məktəbini bitirib. Həmin ili müsavat ordusunun birinci piyada polkunda Qarabağda erməni daĢnaklarına qarĢı
vuruĢub. Müsavat hökuməti süqut etdikdən sonra Qızıl Ordunun on altıncı diviziyasının iki yüz qırx dördüncü
polkunda vzvod komandiri kimi xidmət edib. 1921-ci ildə ikinci kəndli süvari polkunda 1924-cü ilə kimi xidmət
etdikdən sonra ordudan tərxis olunub. Müsavat zabiti olduğuna görə 1928-ci ilin yayında həbs edilib, iyirmi il
müddətinə Novosibirsk, Çustinsk və baĢqa həbs düĢərgələrinə sürgün olunub.
Dostları ilə paylaş: |