onsuz da axır-əvvəl hamını vicdansız edir. Burda hər kəs azaddır. Biz getdiyimiz hər yerdə xəyanət və
yalanla üz-üzə dururuq. İnsanlar çox azğınlaşıb. Ürəklərdə qəribə bir xəstəlik var. Və bu xəstəlik
günbəgün artır. Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır. Hamı elə bilir bir gün gələcək və o
arzularına çatacaq. Hər birimizin arzusunda o gözəl şahzadə var. İllərlə bizi gözləyən gözəl şahzadə.
Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik. Hər bir qız xəyallarında o
qəhrəmanı görür. Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı
elə bilirdik ki, ən gözəl ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə
olduğunu gördük. Biz elə bilirdik ki , filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə
davasında nə qədər zəif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə
gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları.
Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin
xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox
çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə
bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord
səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar
bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki,
təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini
yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox
qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç
kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik,
Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl
oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı
olacaq: “Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən
pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili
yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə
etməyi.
Hamınız bilirsiniz bizi burada birləşdirən nədir. İndi isə meydan açıqdır kim nə demək istəyirsə
buyursun.
Mən inana bilmirdim ki, nə vaxtsa özümə bu qədər yaxın insanlarla tanış ola bilərdim. Özü də Azərbaycanda.
Elə bilirdim ki, Azərbaycanda ümumiyyətlə mənim kimi düşünən yoxdu. Ona görə qaçıb getmək istəyirdim.
Amma bu kiçik zalda, mənim kimi ən azı 30 nəfər var idi. Ən azı 30 nəfər mənim kimi psix, həyatdan bezmiş
paranoik. Belə bir söz var -
”Həyat Dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”.
Abbasdan sonra bir oğlan danışdı. O da qısaca öz fikirləini bildirdi. Azad mənə işarə etdi ki, çıxaq bayıra.
Biz o biri otağa keçdik:
- Anar, daha ünvanı tanıyırsan, nə vaxt istəsən gələ bilərsən. Mən indi uşaqlarla danışım, sənin qoşulmağını
müzakirə edəcəklər. Yəqin başa düşdün, qəbul olunmaq üçün əvvəlcə öz həyatını danışırsan. Bunu bu gün də
edə bilərsən. Amma məncə hər şeyi evdə danışsan daha yaxşı olar. Sən artıq Bakıdasan, evdəkilərsə narahatdır.
Yaxşısı budur bu gün evə get.
- Hə, mən də elə onu deyəcəkdim. Evə gedim, görüm nə var nə yox.
- Mənim də bəzi işlərim var. İstəsən səni maşınla ötürə bilərəm. Elə mərkəzə gedirəm, yol üstüdür.
- Hə, gedək. Azad, bəlkə bu gün gəlmədim.
- Niyə?
- Yorulmuşam yaman. Həm də çimim, bir az dincəlim. Bir aydır evdə görünmürəm. Məni asmasalar yaxşıdır.
- He-he, asacaqlar, asacaqlar.
BAŞLANDI
Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən - “mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.
Nanə müəlliməni bütün fakültə tanıyırdı. Onun dərsində hamı sakit otururdu. Nanə müəlliməyə xüsusi
diqqət vardı. Yox... Səbəb onun yaxşı dərs keçməsində deyildi. Yox... O heç güzəşt etmirdi. Yox... İnsan kimi
də yaxşı insan deyildi. Ona bu qədər çox hörmətin səbəbi imtahanlarda hamını kəsməsi idi. Ona görə hamı
ondan qorxurdu. Hətta əlaçılar da. Çünki Nanə müəllimə qiyməti biliyə görə vermirdi. Onun özünəməxsus
ölçüsü vardı. Kim hörmətini qazanarsa, o da imtahandan keçəcək. Onun hörmətini isə tərbiyə, mədəniyyət və
xoş sözlə qazanmaq olmazdı. Nanə xanım hörməti ancaq pulda görürdü. Bu gözəl xasiyyətinə görə hər imtahan
avtomobilini yenisinə dəyişirdi. Evə yeni bir şey alırdı.Yay gəzintisini müəyyənləşdirirdi. Amma bu gün Nanə
müəllimənin bəxti gətirməmişdi. Avtomobilini həyətdə saxlayıb bloka daxil oldu və liftin düyməsini basdı. Lift
gələnə kimi arxadan iki nəfər bloka yaxınlaşdı. Nənə xanım telefonunu qurdalaya-qurdalaya liftə daxil oldu.
Qapı bağlanmamış qara geyimli oglanlar da liftə girdilər.
Nanə xanımın fikri hələ də telefonda idi. Lift qalxmağa başlayanda adamlardan biri düyməni basıb lifti yarıda
saxladı. O birisi sərt zərbə ilə telefonu Nanə xanımın əlindən saldı. Sonra əski ilə onun ağzını tutdu ki,
qışqırmasın. Nanə xanım onun əlindən çıxmaq istəyəndə digər kapişonlu oğlan onun piyli qarnına iki zərbə
endirdi. Nanə xanım qarnını tutub diz üstə çökdü, gözləri doldu. Ağzını bağlayan oğlan bıçaq çıxarıb onun
boğazına tutdu. Nanə xanım bıçağı görüb sakitləşdi. Oğlanlardan biri pıçıltı ilə danışmağa başladı:
- Həə, həyat insanı gör hansı vəziyyətlərə salır. Can bala, can, ağlama, səs də salma. Axı qonşular yatır.. Biz
istəmərik ki, onlar sənin kimi rüşvətxor zibilçəyə görə narahat olsunlar. Nanə qızım, mənə deyiblər ki, sən
özünü çoooxx pis aparırsan... Nu-nu-nu! Yaxşı qızlar tərbiyəsizlik eləməz. Sən imkansız, kasıb uşaqları
universitetdən qovursan. Amma yaxşı qızlar belə şey eləməz. Varlılar pul verib diplom alır, kasıblarınsa son
ümidi - bilikləri də onlara kömək edə bilmir. Sonra həmin pul ilə diplom alan varlı oğlanlar işə düzəlir, kasıb
oğlanlar isə elə kasıb qalır. Mən kasıb oğlanam, sən də mənə dərs keçirsən. Hər dəfə dərs danışanda ümid
edirəm ki, bu dəfə mənə layiq olduğum qiyməti yazacaqsan. Amma sən yenə də məni kəsirsən. Axı belə olmaz...
Bu an Nanə xanım nə isə demək istədi. Gözlərindən yaş axmağa başladı. Oğlan əyilib dedi:
- Nə isə demək istəyirsən? Hmm. İndi əskini çəkəcəm. Amma sən səs salma, sakitcə danış. Yoxsa mənim
dostumu görürsən, onun bıçaqdan çooxx xoşu gəlir. Özü də ən çox nə isə doğramaqdan.
Oğlan Nanənin ağzını açdı.
Nanə ağlaya-ağlaya sakitcə dedi:
- Məni bağışlayın, bir də etməyəcəm. Sən adını de. Mən bir də səni kəsmərəm. Adını mənə de, istəsən sənə ən
yaxşı qiyməti yazaram.
Oğlan əskini yerinə basdı və gülümsədi:
- Yoox, axı belə maraqsızdı. Adımı bilsən, bütün şou pozular. Oyunun ləzzəti elə ondadır ki, sən mənim kim
olduğumu bilməyəcəksən. Mən sənin dərs dediyin bütün fakültələrdə oxuya bilərəm. Bəlkə mən birinci partada
otururam. Ya da dərsə gecikən o arxa partada oturan oğlanam. Bəlkə mən sənin sinifinə təzə gələn oğlanam.
Bəlkə sənin dərs dediyin o biri universitetdə oxuyuram? Hə? Səncə hansıdı? İndi sözlərimə yaxşı qulaq as. Bax,
ağıllı bala, əgər sən bir də mənə layiq olmadığım qiyməti yazsan ya da görsəm ki, kiməsə pulla qiymət yazırsan,
səninlə bir də görüşəcəyəm. Və o görüş son görüşümüz də ola bilər. Hələlik səni buraxırıq. Amma dostum sənə
nəsə demək istəyir.
Sonra digər oğlan Nanənin başına 3 zərbə endirib lifti birinci mərtəbəyə göndəri. 5 dəqiqə sonra isə üz-gözü
göyərmiş Nanə xanım liftin içində tək oturub ağlayırdı. Qara kapüşonlu oğlanlar sanki qeyb olmuşdular.
Əslində onlardan heç biri Nanə xanımın sinifində oxumurdu. Amma Nanə müəllimə sakit oturan, ya çox
danışan, ya qəribə geyinən hər bir tələbədə, hər bir sinifdə bileti çəkən hər bir oğlanda onları görəcək. Və
cəsarəti çatırsa verdiyi sözü tutmasın.
Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asıllıdır.
Evin qapısını döyməmiş qabaqcadan hazırlaşdım. Aha, deməli atam qapını açsa şillə gələcək. Anam açsa ürəyi
gedəcək – tez onu tutmalıyam ki, yerə yıxılmasın. Bacım qapını açsa rahat evə girə bilərəm. Amma deyəsən ən
dəhşətli variant oldu. Qapını NƏNƏM açmışdı.
- Ay köpəy oğlu. Küçüy balası! Ay səni anan doğan yerdə daş doğaydı. Gəl bəri, sənin belin qırılsın.
- Nənə.
- Kəs səsini, murdar adam. Gör nə günə düşmüsən. Bunun üz-gözünə bax. Başın batsın sənin, başın batsın. İt
balası it. Haralardaydın? Hə, haralardaydın. Cavab ver.
- Mən getmiş...
- Kəs səsini cavab qaytarma, küçüy. De görüm hardaydın.
- Mən..
- Sus.. suss.. Səsin gəlməsin. Boyunu yerə soxum sənin.
Sözsüz ki, səs-küyə atam gəldi. Şillə qaçılmaz idi. Sonra da o biri otaqdan səs eşidildi. Deyəsən anam
yıxılmışdı. Nə isə.
Bir saata hamı sakitləşəndən sonra başa saldım ki, həyatdan bezmişdim. Hər gün eyni işləri görməkdən
yorulmuşdum. Özümü öldürmək istəyirdim. Ona görə də bir aylıq səyahətə çıxdım. (Əslində həmişəlik
çıxmışdım). Yolda çoxlu insanlarla tanış oldum. İstirahət elədim. Gəzdim, dincəldim. (Nə Ayseldən, nə də
türmədən bir kəlmə də danışmadım). Bu sözlərimdən sonra atam dərindən “ah” çəkib dedi:
- Ehh. Bala, niyə belə oldu ki, nəyin çatışmırdı ki? Şükür, evimizdə hər şey var.
Mən atamla fəlsəfi fikirlərimi bölüşəsi deyildim. Düşüncələrimi desəm onların bütün ömürlərini mənasız bir
şey kimi söymüş, bütün əziyyətlərinə tüpürmüş olacaqdım. Axı biz heç vaxt çirkin adamın yanında demərik ki,
“çirkinlik pis şeydi”. Deyərik - “Əsas insanın daxili gözəlliyidir”. Amma çox vaxt biz əksini düşünürük. Demək
istəmirdim ki, ata, bilirsən, sənin indiyə kimi yaşadığın həyatı yaşamaq istəmirəm. Çünki o boş, mənasız və
maraqsız həyatdır. Sən ömrün boyu batan gəmidə balıq tutmusan.
Ona görə günahı öz boynuma götürdüm. Dedim ki, yəqin depressiya yaşayıram. Gənclərin çoxunda olur.
Həyata uyğunlaşa bilmirəm. Hər şey mənim psixikamla bağlıdır...
Bir az da bu haqda söhbət etdik. Sonra nənəm gözəl bir nahar hazırladı. Mən də iştahla yeməyə başladım. Atam
televizora baxırdı. Korifey sənətkarlar bizim muğamımızı dünyaya tanıtmaq haqda danışırdılar. Düz bir saat
ancaq muğamın üstünlüklərini sadaladılar. Xalq mahnılarımızın dərin, kamil məğzindən söhbət açdılar.
“Pəncərədən daş gəlir” i dünya şedevri etmişdilər. Bu bizim xalq mahnımız idi. Və onun əlində xüsusi bir
vəsiqə vardı. Hər gələnə deyirdi: - “Ey brat, mən xalq mahnısıyam haaa, kişisənsə de ki, məndən xoşun gəlmir,
gör sənə neyniyərlər? Başına oyun açarlar. Bildin? Məni sevməlisən. Başqa yolun yoxdu”.
Atam da inanırdı ki, nə vaxtsa bütün dünya muğamı tanıyacaq və qəbul edəcək. Ondan sonra sözsüz ki,
MTV artıq Music TV yox, Mugam TV olacaq. Amma mən bu haqda heç düşünmək də istəmirdim. Nənəmin
hazırladığı dadlı xörəyi iştahla qarnıma ötürürdüm. Yeməyin dörd ləzzəti var. Birincisi onun ətridir. İkincisi
görünüşü. Üçüncüsü dadıdır. Amma mənə ən xoş olanı dördüncüsü idi. Yemək qarna dolanda gələn hiss. Bu
bəlkə 6-cı qaşıqdan sonra gəlirdi. Hiss eləyirdim ki, ilıq bir məhlul sinəmdən qarnıma süzülür. Bu hiss mənə
çox ləzzət eləyirdi. Yeməkdən sonra isti vannaya qəbul elədim. Sonra qurulanıb otağıma keçdim. Anam çay
gətirmişdi. Çayımı içib yerimə uzandım. Anam yatağımın kənarında oturub dedi:
- Anar, söz ver ki, bir də belə eləməyəcəksən.
Onun əlindən öpüb dedim:
-Ana, söz verə bilmərəm. Hər şey ola bilər. Sən niyə narahat olursan ki? Artıq böyümüşəm və özüm özümə
cavabdeh ola bilərəm.
- Bilirəm özün özünə cavabdehsən. Bəs biz? Sənin valideynlərin? Bizi tək qoyub gedərsən? Hələ biz qoca
deyilik. Amma bir azdan qocalanda bizə kim baxacaq? Hə? Bizə kim baxacaq? Bəs səni nəyə böyüdürdük?
Anamla mübahisə etmək istəmirdim. Amma bu haqda tamam fərqli düşüncələrim vardı.
1)
Təbiətin qanunu.
Hər bir canlı yaşayıb öz nəslinin davamçısını yetişdirir. Quşlar, heyvanlar, balıqlar. Əksəriyyət dogduqlarını
böyüdür. Sonra uşaqlar valideynlərini tərk edib öz həyatlarını yaşayırlar. Və heç bir heyvan demir ki, mən
qocalmışam gəl məni saxla. Sizcə niyə belədir? Lap tutaq ki, övlad çıxıb getdi. Bəs qoca valideyn tərk
ediləndən sonra niyə ölmür?
Cavab: Çünki hər bir heyvan özü özünü saxlayacaq iqtidara, gücə malikdir. Onun nə övlada ehtiyacı var, nə
pensiyaya, nə də ki, qocalar evinə. O vaxtında həyatını elə qurur ki, qocalanda da yaşaya bilsin. Övladları
isə ancaq ona görə böyüdür ki, ana təbiət qarşısındakı borcunu yerinə yetirmiş olsun. Yəni hər bir heyvan
öz anasına olan borcunu öz övladını böyütməklə ödəyir, anasına qaytarmaqla yox. Heyvanlarda olan
bu “ötürücü yaxşılıq” insanlarda inkişaf etməyib. Biz yaxşılıq edənə həmin yaxşılığı qaytarmaq istəyirik.
Çünki bizə yaxşılıq edən o yaxşılığın qarşılığını gözləyir. Kiminsə toyuna gedəndə o bizə nə qədər pul
saldırmışdısa biz də o qədər veririk. Kim bizə nə qiymətə hədiyyə alıbsa ona uyğun hədiyyə seçirik. Bəs
hədiyyə verə bilməyənlər nə olur? Yaxşı, olmaz ki yaxşılığı edən hər kəs qarşısındakından xahiş etsin ki, o
da başqa bir adama yaxşılıq etsin? Onda yaxşılıq dairəsi genişlənər və bir insanın ürəyindəki yardımlaşma
hissi bir bir başqalarına ötürülər. O da başqalarına, o da başqalarına. Balaca bir qar topu dağdan aşa-aşa
ətrafına digər qar dənəciklərini birləşdirərdi. Və tez bir zamanda kiçik bir qar dənəciyindən böyük bir
köməkləşmə lavinası yaranardı. Heyvanlardakı kimi. Mən valideynimi atıram ki, övladlarım üçün daha
uyğun bir yer seçim. Və yaxşılığı onlara ötürüm. Onlar da məni atacaqlar ki, daha yaxşı yerlərə getsinlər.
2)
İnsanların qanunu.
Uşaq doğmağın 3 mənası var.
Birincisi ən təbii uşaq istəmək hissi ilə bağlıdır.
İkincisi ictimai fikirlə bağlıdır. Ola bilsin ki, uşaq saxlamaq istəmirlər amma camaat nə deyər? Deyərlər ki,
filankəsin ərinin problemi var. Sonsuzdur. Deyərlər ki, arvad boşanmaq istəyir ona görə doğmaq fikri
yoxdur.
Üçüncüsü isə daha eqoist – məni kim saxlayacaq qocalanda? Kim basdıracaq?
O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn
görməmişəm ki, uşağına desin - sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç
bir kontrakt imzalamamışam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get,
istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən. Bu sənin həyatındır.
Bütün valideynlər deyir - Sən bizə borclusan. Sən bizi saxlamalısan çünki biz səni saxlamışıq. Sən bizim
həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan
özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı
nəyə çevirir? Yadınıza salın köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır
- at silahını yerə. Cinayətkarsa deyir - sən at silahını yerə... Biz sənin sevgilini oğurlamışıq bizə nəsə etsən
onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş
verir? Hə, özünüz deyin. Yox, gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın
xeyrinə dəyişir. Çıxış yolu isə daha da çətinləşir.
Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkar. Amma o həyatın əlində
həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər - Sənə nəsə olsa biz ölərik. Silahını qoy yerə və
həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanmızda qal. Bizi
saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, sən bizim əmrlərimizi
yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma, sənin də uşaqların olacaq, sən də onların həyatlarını
quracaqsan. Onları idarə edəcəksən. Bax onda da sən yaşayacaqsan. Çünki bizi də valideynlərimiz istədiyi
kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayırıq. Çünki öz həyatımızın yaxşı illəri keçib.
Məni də valideynlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim.
Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə Firona
borcludur. Hindlilərin allahı inəkdir. Onlar inəyə borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana
girib oranı dağıdıb tökür. Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində qəşəngcə batırır
da. Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəzinə yerdəki peyinə baxıb sevinir ki, bu da müqəddəs
allahın hədiyyəsidir. Daha bilmirəm yeyir onu ya yox, amma yüz faiz sevinir. Ya millətçilər, əsgərlər, onlar
vətənə borcludurlar. Ona görə ölməyə hazırdılar. Ona görə də özləri uzaq dağların başında hansısa siyası
maraqlara görə qanlarını tökəndə arvadları qonşuluqdakı kişilərlə yatır. Vətəndaşlar dövlətə borcludurlar.
Ona görə hər dəfə vergi verməlidirlər. Hətta öz evinin damında Günəş batareyası qoyub elektriki özün
istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar. Çünki sən onların günəşindən
işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlirik?
Amma izahlı lüğətdə BORC sözü belə izah olunur.
“Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən bir mal”.
İndi gəlin baxaq - biz doğulanda kimdənsə xahiş etmişik? Mənim yadıma gəlmir. Yoxsa biz doğulanda demişik
ki, bizi saxlayın, biz də sizə borcumuzu qaytaracağıq? Yox. Elə bir şey olmayıb. Qaytarılması danışılmayan bir
şey isə hədiyyədir. Hədiyyə bizə məxsusdur. O bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq
məcburiyyətində deyilik.
Təsəvvür edin ki, kimsə sizə bir hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama necə baxarsız?
Mən deyərəm ki, gicdi yəqin.
Indi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ KİMƏ BORCLU
DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC İSTƏMƏMİŞİK.
Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdu. Hətta ən qeyri-demokratik məhkəmə belə
bizi cəzalandıra bilməz. Çünki hər bir “sənə filan şey veriblər” cümləsinə cavabınız var -“verməzdilər, xahiş
eləməmişdim”.
Çox bu mövzunu çürütmək istəmirəm. Onsuz da hərə öz fikrində qalacaq. Sadəcə mən demək istəyirəm ki,
məni borclu çıxartmasaydılar həyatımda daha çox risq edib daha çox şey qazana bilərdim.
Müdriklərin pıçıltı ilə dediyini axmaqlar hər addımda bağırır. (OSHO)
Qərargah gizli yer idi. Qapısında nə bir yazı vardı, nə bir işarə. Uşaqlar çalışırdılar ki, diqqət cəlb etməsinlər.
Mən qapını döydüm, az sonra bir oğlan qapını açdı. Məni süzüb dedi:
- Sən təzə gələnsən? Keç içəri.
Qərargahda bu dəfə adam az idi. Otaqları bir-bir gəzib Azadı axtardım. Kinozaldan Aslan məni çağırdı:
- Eyy Anar, gəl bura yaxşı film var. Baxmaq istəyirsən? Təzəcə başlayıb.
Kinozal çox rahat bir otaq idi. Rəflərdə müxtəlif DVD-lər vardı, çoxu sənədli filmlər idi. İkinci dünya
müharibəsindən tutmuş insanlar üzərində aparılan gizli təcrübələrə qədər. Bütün məxfi və adi vaxt görə
bilməyəcəyim filmlər burada idi.
Aslandan başqa otaqda üç nəfər də vardı. Salamlaşdıq. Aslan dedi ki, Azadın işi var axşam gələcək. Amma bir
azdan Abbas gəlməlidir. Deyəsən maraqlı xəbərləri var.
Biz filmə baxdıq - Spilberqin ən dramatik filmlərindən biri olan “Şindlerin Siyahısı”na. Sonra bizi nahara
çağırdılar. Yeməkdən əvvəl uşaqlar əllərini açıb Allaha dua etdilər. Naraha sonra istirahət otağına keçdik. Aslan
yanımda oturdu:
- Hə Anar, darıxmırsan ki?
- Yox, əksinə, çox rahatam.
- Hə, elə mən də. 2 aydır uşaqlarla tanış olmuşam amma elə bil ki, uşaqlıqdan tanıyıram.
- 2 ay? Doğrudan? Adam baxanda deyir yəqin uşaqlıq dostlarısız.
- Hə, çox yaxınıq. Sən də bir-iki günə öyrəşəcəksən. Təzə-təzə mən də sıxılırdım ki, yəqin mənə özgə kimi
baxırlar. Sonra gördüm elə deyil. Burda hamı bir-birini dinləməyi bacarır. Hər kəs həyatını danışdıqca daha da
yaxınlaşırıq. Əslində yaxınlıq və ya özgəlik özü də nisbi şeydi axı. Məsələn, ekstremal vəziyyətlər bir günə
insanları bir-birinə sevdirə də bilər. Ən yaxın dostluq çox vaxt yanğınsöndürənlərdə ya əsgərlərdə olur. Nəyə
görə? Çünki onlar hər an ölümlə üz-üzə gəlirlər. İnsan isə yalnız ölümlə üzləşdikdə əsl siması üzə çıxır. Adi
zəlzələ yadındadı da? Olmuşdu ee bir neçə il qabaq. Bax həmin zəlzələdə hamı birləşdi, çox vaxt heç
salamlaşmayan qonşular bir yerdə oturub çay içirdilər. Ölüm qorxusu insanları həmişə yaxınlaşdırır.
Bizi də burda birləşirən elə çətin vəziyyətdir. Buradakı uşaqların hər birinin öz hekayəsi var. Hər bir hekayə də
faciədir. A isə bizi burada topladı ki, özümüzü tək hiss etməyək. Təsəvvür elə ki, bir universitet binası var,
amma fakültələri yoxdu. Hamı eyni binaya daxil olur. Bir nəfər tarix dərsini keçmək istəyir, biri ədəbiyyat
oxumaq istəyir, biri riyaziyyat, o biri fizika. Amma onlar hamısı bir-birinə o qədər qarışıblar ki, heç biri istədiyi
kimi təhsil ala bilmir. Birdən bir nəfər çıxıb qışqırır: ”Heeyy, riyaziyyatı öyrənmək istəyənlər bura gəlsin”. Bu,
bir-birlərinin varlığından xəbəri olmayan bütün riyaziyyatçıları bir yerə yığır. Onlar da rahatca istədikləri elmi
öyrənirlər. Eləcə də həyatda. Biz hamımız ayrı -ayrı qalmışdıq. Hamımız öz əhatəmizdə darıxırdıq. Hamımız
sinifdən çıxıb evə gedirdik. Çünki sinif yoldaşlarımızın mobil telefonlar haqda söhbətləri bizə maraqlı deyildi.
Hamımız elə bilirdik ki, bu planetə səhv olaraq gəlmişik. Biz təkik və bizim kimi yalqız, bezmiş, tənha heç kim
yoxdu. Amma A bizi birləşdirdi. İndi biz darıxmırıq. İndi bizim öz fikirlərimizi paylaşa biləcək dostlarımız var.
İstədiyimiz kimi quraşdırılmış evimiz var. Öz musiqimiz, öz kitablarımız, öz filmlərimiz. Burada biz özümüzü
dərk edirik. Burada biz kim olduğumuzu, bu həyata niyə gəldiyimizi bilmək üçün axtarışlardayıq. Abbas deyir
ki, biz fərqlilərin birliyiyik. Hər bir kəs burda öz individuallığı ilə seçilir. Məsələn, Abbas özü həmişə
təşkilatçılıqla məşqul olub. Araz düşdüyü bütün vəziyyətlərdə gülməli bir şey tapacaq. Hətta yaxın bir dəfə
yasda 5-cə dəqiqədə elə şeylər danışmışdı ki, yasın qalan 2 saatı ancaq camaatın bir birinə lətifə danışmağıyla
keçmişdi. Hətta ölünün ən yaxın adamları gülməkdən özlərini saxlaya bilmirilər. Bəlkə ölü də cənazənin içində
gülürdü. Ya Azad. Azadın çox qəribə musiqi zövqü var. O, Rockun ən qəribə tərzlərinə qulaq asırdı. Hərdən
Skinhedlərin Ska musiqisini dinləyirdi. Adi cəmiyyət bu cür insanları qəbul edə bilmir. Amma adi cəmiyyət
Dostları ilə paylaş: |