29) Difteriya ocağında profilaktik peyvəndlər kimlərə edilir?
A) Növbəti vaksinasiya müddəti çatmış uşaqlar və yeniyetmələrə
B) Peyvənd haqqında qeydiyyatı olmayan 30 yaşdan yuxarı böyüklərə
C) Difteriya əkscisimlərin qoruyucu titrləri (1:20 və yuxarı) aşkar edilən şəxslərə
D) 3-4 yaşında olan uşaqlara
E) Ocaqda təmasda olanların hamısına
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
30) Difteriya zamanı antitoksik immunitetin vəziyyəti necə təyin olunur?
A) Vaksinasiyanın effektivliyinin təyin edilməsi ilə
B) Əsnək və burundan götürülmüş yaxmaların bakterioloji müayinəsi ilə
C) Komplementin birləşmə reaksiyası ilə
D) Qeyri-düz hemaqqlütinasiya reaksiyası ilə
E) Passiv hemaqqlütinasiya reaksiyası ilə
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
31) Epidemik göstərişlərə əsasən difteriyaya qarşı vaksinasiyaya kimlər cəlb olunmalıdırlar?
A) Uşaq məktəbəqədər müəssisələrinə gedən uşaqlar
B) Ocaqda təmasda olanların hamısı
C) 5 il əvvəl peyvənd olunmuşlar və qeyri-immun şəxslər
D) Əhalinin indikator qrupları
E) Təqvimə müvafiq peyvənd aparılır
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
32) Zonne şigellalarının populyasiyasının heterogenliyi hansı əlamətlərə əsasən təyin olunur?
A) Virulentliyinə əsasən
B) Dissosiasiya etmək qabiliyyətinə əsasən
C) Antigen xassələrinə əsasən
D) Fermentativ aktivliyinə əsasən
E) Biokimyəvi xüsusiyyətlərinə əsasən
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |