“ERMƏNĠLƏR BĠZĠ ÜÇ GÜN
OV KĠMĠ OVLADILAR, QARIġQA KĠMĠ QIRDILAR”
Xocalı yanğısını canında, varlığında yaĢandanların sayı ilbəil azalır, bu
yanğıya acıyanlar, ağlayanlar isə azalmır, əksinə, illər ötdükcə yaralarımız,
yaddaĢlarımız daha Ģiddətlə qövr eləyir, ürəyimiz sızıldayır. Əgər 15 il əvvəl övlad,
vətən, torpaq itirmiĢ Ģikəst taleli, sınıq qəlbli Xocalı köçkünü öz dərdini tək özü
çəkirdisə, indi bu, bütöv bir millətin, xalqın dərdidir.
Sumqayıtda yerləĢmiĢ Xocalı məcburi köçkünlərinin icra nümayəndəsi
Aydın Əliyev deyir ki, 26 fevral 1992-ci il qırğınından salamat qalmıĢ hər bir
xocalının baĢına gələnlər qələmə alınsa, bu, üç-dörd kitablıq bir dastan olar.
Ermənilər bizi üç gün qarlı-Ģaxtalı çöllərdə ov kimi ovladılar, qarıĢqa kimi
qırdılar, baĢımıza olmazın müsibətlər gətirdilər. Həmin müdhiĢ günlərdə təkcə
bizim ailə 12 nəfər ən yaxın adamını itirdi, 17 nəfər Ģikəst oldu.
Hadisə baĢ verən günə qədər Xocalı 4 ay idi ki, ermənilərin mühasirəsində
ürək kimi çırpınırdı. Həmin müddətdə, demək olar ki, hər gün üstümüzə güllələr
yağıĢ kimi yağırdı, lakin Xocalı gəncləri, könüllülər səngərlərdə növbə çəkərək
erməni basqınçılarının qarĢısını mərdliklə alırdılar. Tez-tez güclü artilleriya atəĢi
olanda bizim ailələr qaçıb yaxınlıqdakı dəmir yolu körpüsünün altında mərmi və
78
güllələrdən mühafizə olunurdu. Bir növ atəĢə alıĢmıĢdıq. Lakin fevralın 25-i
axĢamı daha xalq dözüm gətirə bilmədi. AxĢam saat 10-dan sonra ermənilər hər
cür müasir odlu silahla üstümüzə güclü hücuma keçdilər, dörd tərəfdən baĢımıza
güllə, mərmi yağıĢ kimi yağırdı.
DüĢmən soyuq səmanı fiĢənglərlə iĢıqlandırıb qaçanlara aman vernıirdi.
Vahimə içərisində baĢsız qalmıĢ dinc əhali ev-eĢiyini buraxıb, hara gəldi qaçır,
yerdən, göydən - aman istəyirdi. Bizim məhəllənin 300-dən çox sakini - gecənin
zülmətində və qıĢın sazağında Qarqar çayını keçib Əsgərana tərəf getmək istədik.
Lakin xəbər gəldi ki, ermənilər orda da qırğın törədiblər. Gülablı tərəfə üz tutduq,
lakin hansı tərəfə döndüksə erməni silahlılarının atəĢi ilə qarĢılaĢdıq. Belə
qarĢılaĢmalardan sonra sıralarımız seyrəlir və gözümüzün qarĢısında
doğmalarımızı, əzizlərimizi qarlı çöllərdə, meĢə və dağlarda qoyub hey qaçır,
sürünür və yenə qaçırdıq. Nabələdlik və hər tərəfin qarla örtülməsi ucbatından
neçə-neçə Xocalı sakini qayadan uçdu, uĢaqlar, qocalar Ģaxtaya, yorğunluğa,
xüsusən susuzluğa dözməyib heysizləĢərək çöllərdə, meĢələrdə donub buz heykələ
döndülər. Bizim dəstə doğmalarımızı itiri-itirə üç gündən sonra Ģil-küt vəziyyətdə
gəlib Gülablıya, doğmalarımızın nəfəs aldığı müqəddəs torpağa çatdıq. Bizi
gülablılar necə dəhĢətli vəziyyətdə gördülərsə, bütün kənd ağlayırdı...
O günlərin faciəsi kitab-dəftərə sığan dərd deyil. Hər dəfə gözümüzün
qarĢısında əzabla məhv edilmiĢ körpə nəvələrim yadıma düĢəndə tüklərim biz-biz
olur və “Allah ermənilərə lənət eləsin!” deyirəm. Heç faĢist də bu qələti eləməyib.
Erməni daĢnakları Xocalı faicəsini törətməklə insan olmadıqlarını, yəni əsl
simalarını dünyaya göstərdilər. Allah bizə səbr versin! Ümidvaram ki, qisas
qiyamətə qalmaz. Xocalıya dönməyimiz bizim ən böyük qisasımız olacaq.
Qalib Əhmədov,
Azərbaycan
NƏ ÇƏTĠNDĠR QAÇQIN ÖMRÜ YAġAMAQ...
Qarabağ savaĢının əvvəlindən tökülüĢüb kəndi-kəsəyi qoruyurduq. Nə
gecəmiz vardı, nə gündüzümüz. Qarım qapının ağzına yığıĢan mal-qaranı içəri
salmaq üçün küçəyə çıxanda “Qrad”a tuĢ gəldi. Anasının parçalanmıĢ cəsədini
görən balaca qızım dözmədi bu dərdə. Sağalmaz xəstəliyə düçar oldu. Bir ayın
içində Ģam kimi əridi yazıq balam. Allah bala dərdini heç kimə göstərməsin, ay
oğul!
79
Dörd oğul atası idim. Böyük oğlumun qorxusundan düĢmən kəndin
həndəvərinə çönə bilmirdi. Kəndə yaxınlaĢan ZTR-i susduran oğlum minaya
düĢdü. Ġki oğlum da qardaĢlarınını intiqamını almaq üçün getdi. Qayıtmadılar.
Balaca oğlum, mən, bir də qızım birlikdə kənddən çıxdıq. Nə vaxtsa harada
qaldığım yadıma gəlmir. Ġndi 13 ildir ki, qarımın, oğlanlarımın ruhu dolaĢan yurd
yerindən aralı düĢmüĢük. Hər cümə axĢamı ev-eĢiyimizi dolaĢan ruhlara onlarla
görüĢəndə nə deyək, görəsən? Vallah, cənnət qapısının ağzına belə bizi
buraxmayacaqlar bu əməllərimizlə.
Hər ayın əvvəlinci günü bura gəlirəm. Bir gün yuxuda gördüm ki, üç oğlum
və qarım burada dayanab söhbət edir. Elə xoĢbəxt görünürdülər ki, elə bil toya
gedəcəklər. Bax, bu dayandığım yerdə qucaqlaĢıb görüĢdük. Qarım susub üzümə
baxırdı. SoruĢdum ki, niyə bir söz demirsən? Böyük oğlum cavabında mənə belə
dedi: “Lələ, anam nənəmə söz verib ki, səninlə danıĢmayacaq”.
Niyəsində dedi ki, nənəmin qəbrini ermənilər yandırıblar. O da anama and
verdirib ki, səninlə danıĢmasın. Taxıllıqlarımızı yandırırlar, qəbiristanlıqları
yandırırlar, onlar da susub dayandıqlarına görə nənəmi burada incidirlər ki, yaxĢı
oğul böyütməmisən. Cavabında dedim ki, ay bala, mən neyləyə bilərəm ki? Mən
nə günah etmiĢəm ki? Yuxudan ayıldım. Bax, o vaxtdan hər ayın əvvəlində bura
gəlirəm. Vallah, mənə elə gəlir ki, onlar mənimlə birgədirlər.
Buynuzlu qoçun qisası buynuzlu qoçda qalmaz - demiĢlər. Bu gün erməni
öz ayağının altındakı torpağı yandırır. Vay o gündən ki, həmin torpağı biz
yandırmağa baĢlayaq. Yəqin onda küsən ruhlarda bizimlə barıĢar.
Akif Əliyev
CĠHAD!!!
(esse)
Qoz ləpəsi üstündəki qırıĢlarıyla insan beyninin yarımkürəsini xatırladır. Ġki
qoz ləpəsi (ceviz içi) insan beyninin kiçik modelidir - yeməli!.. Yadıma vaxtilə
məni heyrətə gətirən bir yazı düĢdü: Hansısa inkiĢaf etmiĢ Qərb ölkəsində tutiya
(delikates) sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək (təam)
var: - “Diri meymun beyni”. Canlı meymun xüsusi bir qurğuya fiksə olunur.
BaĢının qapağı kəsilib götürülür. Meymun bağırır və adam qaĢıqla diri meymunun
beynini yeyir...
80
Xocalı faciəsi XX əsrin ən böyük cinayəti! Həmin gün mən özüm öz
beynimi yeyirdim. Xocalı qırğınının 11 dəqiqəlik kinoxronikasına baxmamaq üçün
45 dəqiqə mübahisə edən millət vəkilləri, sizənə deyim?..
Xocalı... Gecənin qaranlığında qaçhaqaçda üç aylıq Salatını öz əlləriylə
boğan ANA (uĢaq ağlayırmıĢ, uĢağın səsini düĢmənlər eĢitməsin deyə) və dörd saat
möcüzəylə yenidən dirilən uĢaq. Xəstəxanada Salatının mənə baxan gözləri...
Qaçhaqaçda yaralı bacısını düĢmən əlinə keçməsin deyə, onun öz təkidiylə
güllələyən qardaĢ. Ürəyinə, üz-gözünə süngü sancılmıĢ bir uĢaq... DonmuĢ,
ayaqları kəsilmiĢ 18 yaĢında qız. Üzünün dərisi soyulmuĢ meyit... Gözləri
çıxarılmıĢ oğlan... Respublika Xəstəxanasının qadın Ģöbəsi həkiminin tükürpədən
söhbətləri... ÖlmüĢ anasının döĢünü əmən uĢaq... Ağıla sığmayan vəhĢiliyə,
iĢgəncəyə tuĢ olan körpə, qadın, kiĢi, qoca meyitləri...
ġahidlərdən biri deyirdi ki, saqqallılar tutulan əsir qızların səsini səs
gücləndiricilərlə uzaqlara verirdilər ki, eĢidin, çox qeyrət, qeyrət deyirsiniz...
Kimlərsə, qaĢıqla diri meymun beyni yeyibsə də, mən o gün öz beynimi
yeyirdim...
Cihad, damarlarımızda qan qaynayır, Cihad!!!
Heç nəyimiz olmasa da, dilimizi diĢləyib yeddi milyon ət kimi tüpürək
düĢmən gözünə!
Dədə Ələsgərin çəkdiyi ah - zəlzələdən güclü ruhum, ġah babam Ġsmayılın,
Babəkimin qeyrətinə sığınan torpağım, “Təbrizin” qanı tökülən torpağım,
göylərim, siz də mənə kömək olun!
Yüz min insan bəbəyinə toxunan əllərim, Tanrımın töhfəsi - qanadlarım, siz
də mənə kömək olun!
“DaĢa varlığınla inansan, daĢ göyərər”, - deyən, atamın ruhu, sən də mənə
kömək ol!
Ey gözəgörünməz, darda qalanların arxası, köməksizlərin pənahı, bir
zərrəlik hüceyrəyə dünyanı sığıĢdıran kamil sənətkar, müqəddəs ruh, sən də kömək
ol!
Kömək olaq, arxa olaq, çəpər olaq bir-birimizə, Azərbaycan oğulları qızları!
Cihad, qıĢqırır Vətən, Cihad!
Müqəddəs müharibəyə, son döyüĢə hazır olun, el oğulları, el qızları!
Olum, ya ölüm!
Paşa Qəlbinur,
tibb elmləri doktoru, professor
81
II FƏSĠL
TÜRK DÜNYASI VƏ MÜASĠR SĠYASĠ PROSESLƏR
1921-ci ilin dekabrında Türkiyə Böyük Millət
Məclisində çıxıĢında Atatürk qeyd edirdi ki, türklər
müsəlman xalqı etibar ilə öz din qardaĢlarının taleyi ilə
həmiĢə maraqlanacaq, bütün müsəlman xalqlarının
müstəmləkəçilikdən
azad
olmasını,
daha
da
çiçəklənməsini, xoĢbəxtliyini arzu edəcəkdir. Lakin
türklər heç bir vaxt bütün bu xalqların Türkiyənin
baĢçılığı altında vahid imperiyada birləĢdirmək fikrinə
düĢməməlidirlər. Atatürk bu fikirlərin qorxulu olduğunu
və heç vaxt həyata keçirilə bilməyəcəyini qeyd edirdi. O
göstərirdi ki, keçmiĢdə türklər bu cür xülya ideyaları irəli
sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmıĢdır.
“Cənablar, biz müstəqil olmaq və yaĢamaq istəyən bir
millətik. Biz həyatımızı ancaq bu məqsədə həsr
edəcəyik”.
Lakin bütün bunlara baxmayaraq, türk xalqları
içərisində yeganə müstəqil dövlət olan Türkiyə türkçülük
ideologiyasının mərkəzinə çevrildikcə türk xalqlarının
birlik, yekdillik ideyaları son nəticədə Türkiyə ilə
bağlanırdı və müəyyən mənada bu təbii idi.
Türkçülüyün gerçəkləĢməsi uğrunda mübarizədə onun türk xalqlarına
aĢılanmasında Ziya Göy Alp xüsusilə fərqlənirdi. O, türkçülüyü “Türk millətini
yüksəltmək deməkdir” - tərifini vermiĢ, bu yüksəlməyin proqramını, yollarını və
prinsiplərini iĢləyib hazırlamıĢdı. Bu yolda ən mühüm vəzifəni Ziya Göy Alp türk
millətinin milli Ģüurunu, milli vicdanını gücləndirməkdə görürdü.
XX əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfəyəcən artmıĢdır. Bir sıra
dünya siyasətçilərini və türk xalqlarının bədxahlarını qorxudan da elə budur.
Dünyada demoqrafik dəyiĢikliklər açıq-aydın türk xalqlarının, eyni zamanda
müsəlmanların xeyri nədir. Sonuncu onillikdə Azərbaycan türklərinin orta illik
artımı 2,1 faiz, özbəklərin 3 faiz, qazaxların 2,2 faiz, türkmənlərin 3 faiz,
qırğızların 2,9 faiz təĢkil etdiyi halda, Fransada əhalinin orta illik artımı 0,8 faiz,
Böyük Britaniyada 0,1 faiz, Ġsveçdə 0,08 faiz, Almaniyada 0,1 faiz, Yaponiyada
82
0,9 faiz olmuĢdur. Müxtəlif ölkələrdə əhalinin artım surətinin bu cür davam etməsi
qarĢımıza gələn əsrdə ciddi demoqrafik disproporisiyanın yaranacağını xəbər verir.
Bu isə öz növbəsində müasir siyasi proseslərə və gələcəkdə dünya siyasətinə təsir
göstərməyə bilməyəcəkdir.
Lakin dünya siyasətçilərinin türk dünyasına diqqətlərinin artması təkcə
demoqrafik “partlayıĢ”la bağlı deyildir. Son dövrlərin siyasi hadisələri türk
xalqlarının əksəriyyətini dünya siyasətinin coĢqun axarına qoĢmuĢdur. Bu prosesə
təsadüfi bir hadisə kimi baxmaq sadəlövhlük olardı. Türk dünyasının dünya
siyasətinin burulğanına daxil olması və xeyli dərəcədə ona təsir etməyə
baĢlamasına tarixin qanunauyğun inkiĢafının nəticəsi kimi baxılmalıdır. Sovet
imperiyasının dağılması nəticəsində türkdilli xalqları təmsil edən beĢ müstəqil
dövlətin yaranması qüvvələr nisbətinin dəyiĢməsində mühüm əhəmiyyət kəsb edir.
Ġndi BirləĢmiĢ Millətlər TəĢkilatında altı türk dövləti təmsil edilmiĢdir. Bir sıra
türkdilli xalqların muxtar qurumlarının möhkəmlənməsi dövlətçilik ənənələrinin
bərpa edilməsi yolunda ciddi addım saymalıdır. Türkdilli xalqların təmsil etdikləri
müstəqil və muxtar dövlət qurumları ciddi siyasi, iqtisadi, hərbi, ərazi potensialına
malikdir. Altı müstəqil türk dövlətinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə, Türkmənistan) və Rusiya Federasiyasına daxil olan və
əhalisinin əksəriyyətini türkdilli xalqlar təĢkil edən altı muxtar qurumun
(Tatarıstan, BaĢqırdıstan, ÇuvaĢiya, Saxa, Tuva, Qaraçay-Çərkəz) ərazisi 8,2
milyon kvadratkilometr, əhalisinin sayı isə 126 milyondur. Bura Çin
Respublikasının sahəsi 1,7 milyon kvadratkilometr, əhalisi 15 milyona yaxın olan
Sintszyan-Uyğur muxtar rayonunu da daxil etməklə türk xalqlarının yaĢadıqları
arealın aydın mənzərəsini yarada bilərik.
Türk dünyasının yuxarıda adları çəkilən ölkələrində ildə təxminən 200
milyon tondan artıq neft, 160 milyard kubmetr qaz. 250 milyon tona yaxın kömür
çıxarılır. 17 milyon ton polad, 9 milyon tona yaxın çuqun, 16 milyon ton qara
metal prokatı, 350 milyard kilovat-saat elektrik enerjisi, 3 milyon tondan artıq
pambıq lifi, müasir silahlar, avadanlıq, maĢm və mexanizmlər istehsal edən
zavodlar, müxtəlif məhsullar buraxan fabriklər fəaliyyətdədir. Türk xalqlarının
ərazilərində becərilən taxıl və digər yeyinti məhsulları nəinki özlərini, onlarca
digər ölkə xalqlarını da dolandıra bilər. Qazaxıstan ərazisində keçmiĢ SSRĠ-yə
məxsus nəhəng Baykonur raketburaxma kompleksi, nüvə silahı arsenalı da bu
potensiala əlavə edilə bilər.
Bütün bunlarla yanaĢı, qeyd edilməlidir ki, türk dünyasının qabaqcıl
ölkələrin inkiĢaf axınına qoĢulması yolunda ciddi çətinliklər və maneələr
83
mövcuddur. Hər Ģeydən əvvəl, onu qeyd etmək lazımdır ki, türk xalqlarının inkiĢaf
səviyyələri müxtəlifdir.
Siyasi məsələlərə gəldikdə isə birinci növbədə qeyd edilməlidir ki, türk
dünyasının oyanması həm Qərbi, həm də ġərqi ciddi narahat etmiĢdir. Türk
xalqlarının əksəriyyətinin müsəlman olması bu narahatlığın əsas səbəbidir.
Bu bölgədə əsas təsir gücünə malik olan Rusiyanın mövqelərinin saxlaması
təbii olaraq türk ölkələrarası inteqrasiyasının güclənməsinə gətirib çıxarmalıdır.
Belə olan surətdə Ģərait Qərbin və Yaponiyanın müəyyən dərəcədə səbrli
olmalarını tələb edir. Odur ki, indiki Ģəraitdə türk dünyası ölkələrinin dünya
siyasətinə daxil olmaları asanlıqla mümkün olmayacaqdır. Ona görə də türk
xalqlarının yaxınlaĢması, hər cür əlaqələrinin geniĢləndirilməsi günün həyati
tələbatına çevrilir. Bu yaxınlaĢma ayrılıqda bu ölkələrin milli vəzifələrinin
müvəffəqiyyətlə həyata keçirilməsinə kömək etməklə yanaĢı, bütövlükdə türk
dünyasının problemlərinin həllində yaxından iĢtirak etməsinə gətirib çıxarmıĢdır.
Son illər türk dünyası ölkələrinin
yaxınlaĢması, türkdilli xalqların özünə
qayıtması ilə əlamətdardır. Bu proses
müasir dünyanın siyasi təlatümlərindən
və
oyanmıĢ
xalqların
həyatı
mənafeyindən irəli gələn tələbat kimi
təzahür etməkdədir. Türk dövlətlərinin
əməkdaĢlığı
və
yaxınlaĢması
zəruriyyətini dəfələrlə qeyd edən ulu
öndərimiz Heydər Əliyev 1994-cü ildə türk dövlət baĢçılarınm ikinci zirvə
toplanıĢı ərəfəsində demiĢdir: “Mən bu görüĢə çox böyük əhəmiyyət verirəm.
Orada hansı sənədin imzalanıb-imzalanmamasından asılı olmayaraq, elə bu
görüĢlərin özü, fikir mübadiləsi, həmin ölkələrin prezidentlərinin ünsiyyəti - bunlar
hamısı respublikaları həm iqtisadi, həm mədəni, həm də bütün baĢqa sahələrdə
bundan sonra da bir-biri ilə sıx əlaqələr yaratması üçün imkanlar açacaqdır”.
Türk xalqlarının yaxınlaĢması, onların
qarĢılıqlı əlaqələrinin geniĢlənməsi müasir siyasi
proseslərin fövqündə baĢ verir və bu proseslərlə
Ģərtlənməyə bilməz. SSRĠ-nin dağılması ilə
əlaqədar yaranmıĢ geopolitik vəziyyət, Ģübhəsiz,
bu proseslərin mərkəzində durur. Yeni yaranmıĢ
türk respublikalarına həm Qərb (Avropa və
84
ABġ), həm ġərq (Yaponiya və Çin), həm də bu regionda ənənəvi təsir gücünə
malik Rusiya ciddi olaraq maraq göstərirlər. Qərb Türkiyənin türk xalqları ilə
iqtisadi, mədəni, siyasi əlaqələrinin fəallaĢmasına o qədər də qısqanclıqla
yanaĢmır, hərçənd burada Qərb dövlətlərinin özlərinin də ciddi iqtisadi və siyasi
məqsədləri vardır. Bununla belə, Türkiyənin Qərb aləminə iqtisadi, siyasi və hərbi
bağlılığı Türkiyənin bu sahədə fəaliyyətinə Qərbin xeyir-duası üçün lazımi əsas
verir. Digər tərəfdən, Qərbin Türkiyənin bu regionda roluna müsbət münasibəti
xeyli dərəcədə islam fundamentalizmi deyilən amilin üstünlük qazana biləcəyi
təhlükəsi ilə izah edilə bilər. Türkiyənin islam fundamentalizminə strateji və faktiki
münasibəti Qərbi qane edir.
Bu məsələdə pantürkizm və panturanizm ideologiyasının hazırkı dövrdə
müəyyən transformasiyanın də təsiri az olmamıĢdır. Ġndi türk ölkələrinin rəsmi
dairələrində söhbət uzaq gələcəyin xülyası olan Turan dövlətindən yox, türk
xalqlarının qarĢılıqlı münasibətlərinin əməli vəzifələrindən gedir.
Yaponiyanın və Çinin türk dünyasına münasibətlərinə gəldikdə isə bu iki
qüdrətli və güclü potensiala malik Asiya ölkəsinin yeni yaranmıĢ türk
respublikalarına çox ehtiyatla, eyni zamanda nikbin yanaĢdıqlarını aydın sezmək
mümkündür.
Ermənistanın Azərbaycana qarĢı təcavüzünə türk xalqlarının müxtəlif
münasibəti, bəzən də torpağımızda təcavüzkarların törətdikləri vəhĢiliklər qardaĢ
xalqların sadəcə biganəlik göstərməsi, bəlkə də bu tarixin türk dünyasını çəkdiyi
sınağın təzadlı təzahürlərindən ilkidir. Bu çətinliklərə sinə gərmək, bu sınaqlardan
uğurla çıxmaq türk dünyasından tarixin dərslərini unutmamaq Ģərti ilə müasir
siyasətin ənginliklərində çeviklik, sərrastlıq, acı həqiqətlərin özünə düz baxmaq,
Ģirin vədlərə, müvəqqəti güzəĢtlərə aldanmamaq, dostu düĢməndən ayıra bilmək
qabiliyyətini tələb edir.
Bəhruz Abdullayev,
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq
münasibətlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor
85
ERMƏNĠSTANDA REAL ĠSTEHSALA
VƏ ĠXRACATA HESABLANMIġ ĠQTĠSADĠYYAT YOXDUR
Ġstisna deyil ki, faktiki separatizm ocağı olan və daha ciddi siyasi, sosial-
iqtisadi problemlərə malik Dağlıq Qarabağda insan alveri problemi ciddi təhlükə
hesab edilməyə baĢlayıb. Əks halda, bu tədbiri tutaq ki, Ermənistanda da keçirmək
olardı. Yerli erməni əhalinin Dağlıq Qarabağı tərk etmək və daha yaxĢı həyat
Ģəraiti axtarmaq istəyi baĢadüĢüləndir. Görünür ki, bu fonda əhalinin qadın
qisminin iĢ dalınca bölgəni tərk etmə halları daha intensiv xaraketr daĢıyır.
“DQR”in faktiki olaraq yalnız Ermənistanla “gömrük” məntəqəsinə malik
olmasından çıxıĢ edib deyə bilərik ki, yerli erməni qadınlarının əsas və ilkin
dislokasiya məkanı elə sözügedən ölkə olur. Üstəlik, onu da əlavə edək ki,
gerçəklikdə ortada heç bir “gömrük” məntəqəsi də yoxdur. Sadəcə olaraq,
ermənilər əhalinin bölgəni tərk etmə tendensiyasından ehtiyatlanaraq prosesin
qarĢısını almaq məqsədilə müxtəlif tədbirlərə əl atmalı olurlar.
Ermənistan hazırda tək Dağlıq Qarabağın erməni qadınları deyil, həm də
beynəlxalq terror Ģəbəkəsinin nümayədələri üçün tranzit statusunu daĢıyır.
Yerevanda terrorçuluğun maliyyələĢdirilməsi ilə mübarizəyə dair seminar keçirilir,
digər tərəfdən isə dünya mətbuatında Ġraqın Ģimalında qərarlaĢmıĢ PKK terrorçu
təĢkilatın üzvlərinin Ermənistana, oradansa Dağlıq Qarbağa köçmə perspektivləri
barədə məlumatlar əks olunur. Ġlk belə informasiyanı Türkiyənin “Zaman” qəzeti
yayıb.
Məlumatda bildirilir ki, Ankaranın kəĢfiyyat orqanları PKK-çıların türk
ordusunun zərbələrindən sonra dünyanın digər dövlətlərində özünə sığınacaq
axtarmaları barədə informasiya əldə ediblər. Daha sonra bu barədə Türkiyənin
“AkĢam” qəzeti də məqalə dərc etdi və bildirdi ki, hazırda Ankara Bakı və Tbilisi
arasında problemlə bağlı ciddi müzakirələr və məsləhətləĢmələr gedir. Məlumatın
dəqiqliyi güman ki, Ģübhə obyekti ola bilməz, çünki bir neçə gün keçməsinə
baxmayaraq Türkiyənin hökumət dairələri heç bir təkziblə çıxıĢ etməyiblər. O da
məlumdur ki, bir müddət əvvəl ABġ-la Türkiyə arasında kəĢfiyyat məlumatlarının
mübadiləsinə dair anlaĢma əldə olunub və bundan sonra VaĢinqton Ankaram PKK-
nın dislokasiyası və hərəkət marĢrutları barədə məlumatlarla təchiz etməyə
baĢlayıb. Görünür, bu xəbər də həmin sözləĢmənin nəticəsi kimi məlum olub.
Əlavə edək ki, PKK-nın bazarlarını Dağlıq Qarabağ ərazisinə köçürmək niyyəti
barədə informasiya Rusiyanın “Kommersant” qəzetində Ġraqın Ģimalında baĢ verən
86
proseslərlə bağlı dərc olunmuĢ məqalələrdən birində də tapıb. BaĢqa sözlə,
məluamatın dezinformasiya olmasına dair Ģübhəhərə yer yoxdur.
“AkĢam” qəzetinin yazdığına görə, “PKK erməni diasporu ilə əlaqələr
yaratmağa müvəffəq olub. Plana əsasən, terrorçular Avropa ölkələrindən birinə,
oradan isə Ermənistana gələcək, buradan Azərbaycanın iĢğal olunmuĢ ərazilərinə
ötürüləcəklər. Mənbənin verdiyi məlumata əsasən, son zamanlar Ermənistan
Dağlıq Qarabağda Ġraq və Suriyadan gəlmiĢ kürd mənĢəli Ģəxsləri yerləĢdirir.
Digər bir xəbərə görə, Gürcüstan Prezidenti Mixail SaakaĢvili də bu iĢdə Türkiyə
və Azərbaycana dəstək verəcəyini bildirib. “AkĢam” yazır ki, “terrorçular
narkotiklərin dövriyyəsi ilə yanaĢı, Ermənistanda çirkli pulların yuyulması ilə də
məĢğul olurlar”.
Türkiyə və Azərbaycan mətbuatının son günlər bu problemə yer ayırmaları
ermənilərin narahatçılığına səbəb olub. Bu səbəbdən hətta Dağlıq Qarabağın
“müdafiə nazirliyi”nin “mətbuat xidməti” xüsusi bəyanat da yayıb. Bəyanatda
erməni tərəfin heç bir əsaslı dəlil-sübutuna rast gəlinmir, problemə üstüörtülü
yanaĢılır və bildirilir ki, “bu, Türkiyə və Azərbaycanın fantaziyasının məhsuludur”.
“Mətbuat katibi” Senor Həsrətyan deyib ki, bu məlumat həqiqətə uyğun deyil və
Dağlıq Qarabağda PKK terrorçuları yoxdur.
Əslində, Ermənistan dünya terrorçuluğu üçün heç də yad yeri, Ermənistan-
Dağlıq marĢrutu isə yeni deyil. Hər kəsə məlumdur ki, dünyanın ilk və ən qəddar
terror təĢkilatları ermənilərə məxsus olub, bu gün siyasiləĢmiĢ “DaĢnaksütyun”
partiyası kimi bir qurum kimi sırf terror üzərində qurulub, terroru mübarizə metodu
kimi qəbul edən partiya nizamnaməsindəki müvafiq maddə yalnız son illərdə
çıxarılıb. Bu günün özündə Ermənistan həbsxanalarında terror maddəsilə cəzasını
çəkən daĢnaklar var ki, onlar ötən əsrin 90-cı illərinin əvvəllərində rəhbərlikdə olan
yaxud ictimaiyyətdə tanınmıĢ ermənilərin özlərini qətlə yetirməklə məĢğul olublar.
Erməni terrorunun son mərhələ nümayəndələri iki il əvvəl həbs olunan Jirayr
Səfiyan və Vardan Malxazyandırlar ki, onlar Dağlıq Qarabağın iĢğalında yaxından
iĢtirak ediblər, birinci ġuĢanın alınmasında xüsusilə fəal olub, sonra Ermənistanda
siyasi fəaliyyətə keçib və sonda Robert Koçaryan hakimiyyətinin devrilməsini
qarĢısına məqsəd qoyan planın üstündə tutulub. Robert Koçaryan-Serj Sarkisyan
cütlüyü məgər terrorçu deyil? Halbuki Ermənistan dövlətinə rəhbərlik edirlər.
Bütövlükdə, bu Ģəxslər hələ üzdə olanlardır. Ermənistan hökumətində,
parlamentində və xüsusilə də güc strukturlarında terror Ģəbəkəsindən keçmiĢ
minlərlə Ģəxs var. Bu yaxınlarda Ermənistanda dünyada məĢhur olmuĢ terrorçu
Monte Melkonyanın anım günləri keçirildi. Melkonyan türklərə qarĢı həyata
87
keçirilən terror aktlarının əsas ideoloqlarından biri kimi tanınıb, Fransada həbs
edilib, sonra müəmmalı səbəblərlə azadlığa buraxılıb və Dağlıq Qarabağda peyda
olub. Təbii ki, Ermənistan vasitəsilə, Azərbaycan əsgəri tərəfindən məhv edilən
Melkonyan Yerevanda basdırılıb, ona “milli qəhrəman” adı verilib, özü də bu gün
sülh tərəfdarı kimi çıxıĢ edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan
tərəfindən.
Bu baxımdan, PKK-ın Ermənistanda və Dağlıq Qarabağda özünə sığınacaq
tapması, yaxud tapmaq niyyəti qeyri-adi qarĢılanmamalıdır. PKK-nın erməni
diasporu ilə əlaqələri də son dövrün məhsulu deyil. Erməni diasporu Türkiyə və
türklərlə maraqları zidd olan bütün dövlətlər, terrorçu təĢkilatlarla həmiĢə sıx
əlaqədə olub və bundan yararlanıb. Tək onu xatırlatmaq olar ki, terrorçu Abdulla
Öcalanın tutulmamıĢdan əvvəl mümkün daldalanma yerlərindən biri kimi
Ermənistan göstərilirdi. O, həbs olunanda Yerevanda yerli yezidi kürdləri
tərəfindən etiraz aksiyaları keçirilmiĢdi. Bu məntiqlə, Türkiyə mətbuatında iĢıq üzü
görmüĢ məlumat həqiqəti tam əks etdirir.
PKK-nın bazarlarının bir qisminin Ermənistan və Dağlıq Qarabağa
köçürülməsinin mümkünlüyünü daha bir məntiq təsdiqləyə bilər. Söhbət ondan
gedir ki, Ermənistanın sülh nizamlanması prosesində arqumentləri tükənir,
Yerevanın səyləri nə siyasi-diplomatik, nə təbliğatı sahədə əvvəlki effektini vermir.
Azərbaycanın isə dünyada nüfuzu artır, regionda liderə çevrilir, iqtisadi qüdrəti
yüksəlir, deməli, həm də hərbi və siyasi imkanları da çoxalır. Hərtərəfli təzyiq
Ģəraitində Ermənistan bütün mümkün tədbirlərdən istifadə etmək istəyir. Hazırda
belə vasitələrdən ən əsası həm ermənistanda, həm də Azərbaycanda keçiriləcək
prezident seçkilərinin sülh prosesinə problem yaratması barədə bəhanədir. Bir ara
Yerevan Kosova prezidentinə bərk bel bağlayırdı, lakin sonra gördü ki, dünya
birliyi bu münaqiĢələr arasında oxĢarlıq axtarmır və bərabərlik iĢarəsi qoymaq
niyyətində deyil. Odur ki, perspektivdə PKK yardımı yerinə düĢə bilər.
Ermənistanın isə bu terrorçu təĢkilatlarla əlaqə yaratması ciddi problem deyil. O ki,
qaldı Yerevanda terrorçuluğun maliyyələĢdirilməsi və çirkli pulların yuyulması ilə
mübarizəyə dair seminara, maraqlı bir nüansa diqqət yetirmək olar.
Ölkənin böhranlı iqtisadiyatında az-çox dinamikası ilə seçilən sahə
banklardır. Təbii ki, Ermənistan banklarını Azərbaycanın maliyyə institutları ilə
müqayisə etmək yersizdir. Ancaq tək-tük inkiĢafda olan sahələrdən biri kimi
bankların ixtisaslaĢma problemi maraq doğurur. Necə olur ki, ortada real istehsala
və ixraca hesablanmıĢ iqtisadiyyat yoxdur, banklar isə inkiĢaf edir? Yalnız
diaspordan və Rusiyadan köçürülən pulların hesabınamı?
|