ErməNİstanda azərbaycan məNŞƏLİ



Yüklə 1,02 Mb.
səhifə3/15
tarix18.01.2017
ölçüsü1,02 Mb.
#5785
1   2   3   4   5   6   7   8   9   ...   15

MUĞANCIQ MİRZƏMÜSLÜM - İrəvan xanlığının Sərdabarad mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır [159]. XX əsrin əvvəllərinə aid mənbədə Muğancuq Müslüm kimidir (133, 178). Mirzə Müslüm adlı şəxsə məxsus "Muğanlı" mənasındadır.

MUZ - 1590-cı ildə Rəvan əyalətinin Zebil nahiyəsində kənd adı [169,322].  1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində Mus kimidir (23, 121). Moz toponiminin tələffüz formasıdır. Bax: Moz.

MUZALAN - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı (133, 178). Ehtimal ki, fars dilində mozi- "parıldayan" sözündəndir.

MUZDİ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında qışlaq adı (133, 178). Muzlu (Muz kəndindən çıxma mənasında) adının fonetik formasıdır. Həmin qəzada Moz kəndindən çıxma ailələrin qışlağı olmuşdur. Bax: Moz.

MUMUXAN - XIX əsrin II yarısında Qars əyalətinin Qars dairəsində (133, 179), sonra Amasiya r-nunda kənd adı. 1920-ci ildə əhalisi Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. Sonralar kəndin ərazisi qonşu Qaraməmməd kəndinin əhalisi üçün yaylaq yeri olmuşdur [20,378]. XX əsrin 30-cu illərində kənddə ermənilər məskunlaşmışdır. 1967-ci ildə kənd ermənicə Pokraşen adlandırılmışdır. Kəndin adının mənası haqqında iki mülahizə söyləmək olar. 1. Kəndin adı Mumuxan şəxs (feodal) adındandır. 2. Kəndin adı mənası məlum olmayan "Mum" və "Uxan" şəxs adındandır. İlk dəfə ermənicə yazılışda Albaniyada Mom- Horek adlı yaşayış məntəqə adı "Alban tarixi"ndə çəkilir. ("Alban tarixi", II kitab,2-ci fəsil). XIX əsrin Axalkalaki qəzasında Mumli-tba (gürcücə tba-"dağ") [133,179], Şamaxı r-nunda Mum-Məlcək kəndi (indi bu kənd Məlcək adlanır), Dəvəçi r-nunda Mumludağ və Mumlu kəndi [133,179]. Zaqatala bölgəsində XVII əsrdə Mum-Paraq kənd adlarında da bu söz vardır.

MUNCUQLU - 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı (23,177).

MUNCUQLU - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı (133, 179). 1590-cı ildən məlumdur [169,334]. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi qeyd olunmuşdur (23,136). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsilkar adlandırılmışdır. Muncuqlu dağının adındandır.

MUNCUQLUVİSARA - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı (133, 179). Dağın adı təsərrüfat işləri vaxtı Muncuqlutəpə qədim yaşayış yerində muncuqların tapılması ilə əlaqədardır.

MUNXBOLOOĞLU - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında dağ adı (133, 181). Əsli "Munx-Balaoyuqlu". Monqolca munx, qədim türkcə menqi-daim (qar,buzlaq)", bala-"kiçik" və oyuqlu (oyuğu olan, yəni təbii yarığı, mağarası olan: bax: Oyuqlu dağ adına) sözlərindən ibarətdir. Dağın adı "Daimi (yayda da) qarlı (buzlu) kiçik oyuqlu" mənasındadır. Dağ adlarının bəzilərində "oyuqlu" sözünün təhrifə uğradılıraq  "oğlu" kimi yazılması halları vardır. Məsələn: Qazax r-nunda Salaoğlu ("Oyuqlu sal",yaxud "Sal oyuqlu) və b.

MURADABAD - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 82). "Kəndin başqa adı Varməzyardır" (yenə orada).

MURADABAD - İrəvan xanlığının Vedibasar mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Digər adı Əlikənd. 1728-ci ilə aid mənbədə adı çəkilir [170,36].

MURADVERDİ - 1728-ci ildə İrəvan əyalətinin Maku nəhiyəsində kənd adı (23, 42). "Əhalisi Dümbili camaatındandır"(yenə orada).

MURADQIŞLAĞI - 1590-cı ildə Rəavn əyalətinin İrəvan qəzasında kənd adı [170,65].

MURADLI - 1590- cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 64]. 1728-ci ilə aid mənbəyə görə kənd həm də Vərməziyar adlanırdı [170, 38].

MURADLI - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı (23,41).

MURADƏLİ - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı. Digər adı Suleymanlı [170,65].

MURADQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [170,19].

MURADTƏPƏ - İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında  kənd adı (133, 179). 1948-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. 1964-cü ildə kənd ermənicə Kanakerovan adlandırılmışdır. Kənd "Muradtəpə"nin adını əks etdirir.

MURADTƏPƏ - Dərə Ələyəz bölgəsində, Arpa çayın hövzəsində bir dağın adı  XX əsrin 30-cu illərində ermənicə Muradsar adlandırılmışdır (60, 90).

MURADXAN - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (23,122).

MURQUS - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında ( indi Ermənistanın Sisyan r-nunda) kənd adı [133, 179]. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmış, 1988-ci ildə yenidən Azərbaycana qovulmuşdur. XIX əsrdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının qışlaqlarından (bax: Acıbac) birinin adı idi (103, 166). Mənbədə Murxus kimidir (yenə orada). Əsli:Murquz. XIX əsrdi Tiflis quberniyasının Borçalı qəzasında Murquztəpə [133], Azərbaycanda Murquzdağ [Qazax r-nu] və Murquztala (Zaqatala r-nu) kənd adları ilə mənaca eynidir. Azərbaycan dilinin dialektlərində murquz- (sucaq yerdə bitən qarğıya bənzər bitki adı) sözündəndir.

MURQUZ - Ermənistanın şimal-şərqində Krasnosel və Şəmşədil r-nlarının sərhəddində Murquz dağ tirəsinin ən uca zirvəsinin adı (60, 90).

MURZUK - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması Mirzik. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır (yenə orada). Azərbaycanda XIX əsrin II yarısında Yelizavetpol (Gəncə) qəzasında Mirzik kənd adı ilə  (133, 174) eynidir. Mənası məlum deyil.

MURZOV - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nəhiyəsində kənd adı [170,14]. Mənası məlum deyil.

MURTEL - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) knd adı. 1978-ci ildə kənd Çiçəkbulaq adlandırılmışdır. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Əsli Murtu-el, yəni "Murtu eli (tayfası)". Bax:Murtu.

MURTU - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı [133, 180]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. XIX əsrdə Yelizavetopol qəzasında Mürut [133], indi Ağsu r-nunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun (bax: M.Avdeev. Micoko Karabaxskaə stepğ, s. 32)  adı ilə eynidir.

MUSA DƏRVİŞ - 1590-cu ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169,224].

MUSAQIŞLAQI - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [170,20].

MUSAQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı (23,70).

MUSAHACI - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı (23,49). "Başqa adı Novuzlu" (yenə orada).

MUSAHACILI - 1590-cı ildə Rəvan əyalətinin Ərmus nahiyəsində kənd adı [169, 251].

MUSAHACILI - 1590-cı ildə Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı [169,208]. Anadoluda yaşamış Ağcqoyunlu tayfasının Musahacılı qolunun [36,18] məskunlaşması nəticəsində yaranmışdır.

MUSAHACILI - 1728-ci ildə İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı (23,47). "Əhalisi Sinli camaatındandır" (yenə orada).

MUSAXACƏLU - 1728-ci ildə İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı (170, 7). Mənbədə kəndin "Sinlu əşirətinə" (yenə orada) mənsub olması göstərilir (yenə orada).

MUSACIQ - İrəvan xanlığının Vedibasar mahalında kənd adı (159). 1728-ci ildən məlumdur (23, 107).Digər adı Musa Obası. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. "Musaya məxsus kiçik oba" mənasında-dır.

MUSACIQ - İrəvan quberniyasının İrəvan qəzasında xaraba kənd adı (133, 180). 1728-ci ilə aid mənbədə adı çəkilir [170, 93]. "Kiçik Musa obası, kəndi" mənasındadır.

MUSTAFAQIŞLAQ - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [170, 20].

MUSTAFALI - Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı (169, 208).

MUSTAFADƏRƏQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı (23, 68). Başqa adı Ağotluq. (yenə orada). Bax:Ağotluq.

MUSTU-FOTO - İrəvan quberniyasının Eçmiadzin qəzasında qışlaq adı (133, 180).

MUSTUQLU - XIX əsrin II yarısında Qars əyalətini Qars dairəsində, sonra Amasiya r-nunda kənd adı. 1919-1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XX əsrin 30-cu illərində ermənilər məskunlaşmışlar. 1947-ci ildə kənd ermənicə Lancik adlandırılmışdır. Musluqlu toponiminin  danışıqda tələffüz formasıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Musluqlu dağı və kəndi, Dağıstan əyalətinin Samur dairəsində Muslyaq kəndi [133], Cənubi Sibirdə Abakan dağ belində Mustaq dağ adı [126] və b. toponimlərlə eynidir. Mənası məlum deyil.

MUSXUDAĞ - İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ adı (133, 180). Tiflis quberniyasının Axalsix qəzasında Musx kənd və Şimali Qafqazda Musux-Su çay adı ilə (133, 180) eynidir. Mənası məlum deyil.

MUXRİS - 1590-cı ildə Rəvan əyalətinin Sisyan mahalında kənd adı [169, 362]. Əsli Muxuris. Bax: Müxurtovlayan.

MUXTARABAD - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 180]. XIX əsrin sonlarından sonra kənlin adı mənbələrdə çəkilmir. Muxtar şəxs adından və abad-"kənd" sözündən ibarətdir.

MUXURTOVLAYAN - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı [133]. XIX əsrdə Şuşa qəzasında Muxur obası (Ağcabədi r-nu),Muxur qobu,İmişli r-nunda Muxurtəpə,Tiflis quberniyasının Tuşin qəzasında Muxurqani-Maxi,Kutaisi quberniyasının Zuqdidi qəzasında Muxuri, Kutaisi quberniyasının Senak qəzasında Muxuri toponimləri [133, 180] ilə mənaca eynidir. Bəzi türk dillərində mukor-"uçurum", "yarğan" mənasındadır (A.Abdurraxmanov. Qeoqrafiçeskie nazvaniə Kazaxstana. Alma-Ata, 1959, s. 127).

MUXUB - Abovyan r-nunda kənd adı. Bax: Meqyub.

MUÇA - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 181) XX əsrin əvvəllərindən sonra mənbələrdə çəkilmir.

MÜBARƏK - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı (23, 129). Kəndin başqa adı Şahnəzərli (yenə orada).

MÜLKÜ - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 181). XVIII əsrin əvvəllərinə aid mənbədə Mülk kimi çəkilir [150, 365]. XX əsrin 30-cu illərində kənd ləğv edilmiş,əhalisi qonşu Azərbaycanlı kəndlərinə köçürülmüşdür. Azərbaycan dilində "mülk" sözündəndir.

MÜLÜKLÜ - Yeldizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. Ermənicə mənbələrdə Melyuklu adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1990-cı ildə kənd rəsmi surətdə ləğv edilmişdir. Məlüklü (Məlikli adının tələffüz forması) adının təhrifidir.

MÜSƏLLƏM - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. 1918-ci ildə əhalisi qovulmuşdur. 1922-ci ildə əhalinin az hissəsi qayıtmış və yenidən məskunlaşmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əcili (bax) kəndindən yaranmış məntəqədir (103, 146).

MÜCƏRRƏDÇUXURU - 1590-cı ildə Rəvan əyalətinin Karni nahiyəsində məzrə adı [169, 209].

NABUR - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Şəmşəddin r-nunda) kənd adı. XIX əsrin ortalarından əhalisi qarışıq kənd idi. XX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. XIX əsrdə Quba qəzasında Naburlu (133, 182) və Şamaxı r-nunda Nabur kənd adları [133, 182] ilə mənşəcə eynidir. Mənası məlum deyil.

NAĞARAXANA - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133, 182].

NAĞARAXANA - İrəvan quberniyasının Novobayazid qəzasında çay adı (133, 182). Nağaraxana qayasının adı ilə adlanmışdır.

NƏCİBĞAN - 1728-ci ildə İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı (23, 46). "Əhalisi Dümbüli camaatındandır" (yenə orada).

NADİRGAHBULAQ - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı (23,42).

NADİRXANLI - İrəvan xanlığının Talin mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Nadirxan şəxs (mülkədar) adındandır.

NADİRAVAN - İrəvan xanlığının Seyidli-Axsaqlı mahalında kiçik kənd adı. Nadir şəxs adından və avan (əsli farscadan) "kənd" sözlərindən ibarətdir.

NAZRAVAN - 1728-ci ildə İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı (23, 46).

NAZRAVAN - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 183. XIX  əsrdə Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Nazran (Naziran) və Nasir-Kort kənd adları,  Quba qəzasında Nazirçay, Nuxa qəzasında Nazirçay (yenə orada) toponimləri ilə sıra təşkil edir. Ehtimal ki, Nasir şəxs adından və avan “yer” sözündən ibarətdir.

NAZRAVAN - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 183). 1728-ci ildən məlumdur [170,.7]. 1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır.

NAHDAM - 1728-ci ildə İrəvan əyalətinin Məzrə nahiyəsində kənd adı (23,61).

NAHİYEYİ MƏŞHƏD - 1590-cı ildə Rəvan əyalətinin Zebil nahiyəsində kənd adı [169,331].

NALBƏND - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı (133, 184). 1878-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir (6, 178). 1978-ci ildə kənd ermənicə Şirakamut adlandırılmışdır. Gətirilmə addır. Nalbənd dağının adındandır.

NALBƏND - XIXəsrdə Qars əyalətinin Qars dairəsində yayla, həmin əyalətin Kaqızman dairəsində dağ adı [133, 184].

NAMAZ-ƏLİ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 184).

NAKİVDAP - 1728-ci ildə İrəvan əyalətinin Xanzırək mahalında kənd adı [170,7]. Mənbədə kəndin Dumbuli tayfasının məskunlaşması nəticəsində yarandığı qeyd olunur (yenə orada).

NAXIRQIRAN - İrəvan quberniyasının Sürməli qəzasında qışlaq adı [133, 186]. XX əsrin əvvəllərində qışlaq dağılmışdır. "Naxırqıran (əsli "Naxırqırılan") yerin adı ilə adlanmışdır.

NAXÇIVANÇI - 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı (169,192).

NERUSLU - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində (170,39) kənd adı.

NƏBİLƏR - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Nəbilər kəndinin əsasını qoymuş nəslin adıdır.

NƏZƏRLİ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı (23,125).

NƏZƏRLİ - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində qışlaq adı (23,85). "Əhalisi Quzugüdənli əşirətindəndir" (yenə orada).

NƏZƏROĞLU - 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı. Digər adı Cəfər Dərviş [169,237].

NƏZƏROCAQ - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində qışlaq [170,77].

NƏRMİNƏLİ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində qışlaq adı (23,124).

NƏRDƏZ - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (23,124).

NƏSİBƏLİQIŞLAQ - 1728-ci ildə İrəvan əyalətinin Vali (Vedi) nahiyəsində kənd adı. Koruca (bax) kəndinin nəzdində məntəqə kimi qeyd olunur [170,10].

NƏSİMİOĞLU - 1590-cı ildə Rəvan əyalətinin Ərmus nahiyəsində kənd adı [169,252].

NƏSİBLİ - 1728-ci ildə İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı (23,51). "Qaranca kəndinin yaxınlığında yerləşir" (yenə orada).

NƏHRİ -ƏNUS - 1590-cı ildə Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı (169,208). "Ənus kanalı" mənasındadır.

NEHRİGÖLDƏRƏ - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [170,20].

NƏHRİ KƏLTƏPƏ - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı (23,70). "Araz çayının yaxınlığındı yerləşir" (yenə orada). "Əhalisi Taşanlı camaatındandır" (yenə orada)

NƏFƏSLİ - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nəhiyəsində kənd adı (23,122).

NƏHƏDƏK - Tumanyan r-nunda kənd adı. 1590-cı ilə aid mənbədə Nəhadək kimidir [169,326]. XIX əsrin sonlarında kənd dağılmışdır.

NƏCƏFƏLİ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 183). XIX əsrin ortalarında kənddə ermənilər yerləşmiş və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Nəcəfli kəndin əsasını qoymuş nəslin adıdır.

NƏCƏFƏLİ -BİNA - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 183).

NƏCƏFLƏR - Yelizavetopol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nundda) kənd adı [133].1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Nəcəflər kəndin əsasını qoymuş nəsil adıdır.

NOVLU - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır.

NOVLAR - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133, 188]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

NOVRUZ - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı (23,43).

NOVRUZKƏND - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23,83). "Qaraviran tərəfdə olan Novruzkənd"(yenə orada).

NOVRUZLU - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı (159) . 1590-cı ildən məlumdur [160,209].1728-ci ilə aid mənbədə kəndin həm də MusaHacı adlandığı göstərilmişdir (23,49). 1948-ci ildə əhalisi Azərbaycana qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid mənbədə İrəvaan əyalətinin İqdır mahalında "Novruzlu məşhur Alçalu" kimi qeyd olunmuşdur [170,18]. Mənşəcə Alçalu kəndindən çıxmış ailəlrin məskunlaşması nəticəsində yaranmışdır. Novruz şəxs (mülkədar) adındandır. Orta əsrlərdə Şərqi Türkiyədə Novruz kəndi vardı [150,117].

NOVRUZLU - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133, 190). XIX əsrin 80-cı illərinə aid məlumata görə əhalisi kürdlərdən ibarət Novruzlu oradakı Çaykənd kəndindən yaranmış oba idi (103, 170). Novruzlu məntəqənin əsasını qoymuş nəsilin adıdır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Sonra kənd ermənicə Katnadzor adlandırılmışdır.

NOVRUZLU - 15890-cı ildə Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169,269].

NORADUZ- İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133, 190]. 1728-ci ilə aid mənbədə Noraduz [170,12], XVII əsrin ortalarına aid ermənicə mənbədə isə Noradus kimidir (150). XX əsrin əvvəllərində kənd dağılmışdır. Əsli Nehrə-düz. Ərəb dilində nəhr-"çay", "kanal" və Azərbaycan dilində düz (düzən) sözlərindən ibarətdir.

NORAKİĞ - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23,36).

NORAŞENLİK - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kəndin adı Nuru adından və azərbaycanca "şenlik" ,"oturaq kənddən yaranmış yeni məntəqə" sözlərindən ibarətdir.

NORİNUS - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. 1590-cı ilə aid mənbədə də Nurnus kimidir [169,54]. 1829-cu ildə kənddə Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur (11,164). 1922-ci ildə bir hissəsi geri qayıtmışdır. 1949-cu ildə əhali Azərbaycana köçürülmüşdür. Monqolca nuruu "dağ beli" və ərəbcə naus-"ucu şiş minarəli tikinti","zərdüştlərin ibadət yeri" (Naxçıvanda Nusnus və Dırnıs kənd adlarında olduğu kimi) sözlərindən ibarətdir.

NORUQ - İrəvan xanlığının Talin mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Orta əsrlərə aid ermənicə mənbələrdə kəndin adı ermənicə Nork kimi yazılmışdır (bax: 133, 190). Əhalisi çölməçiliklə (duluzçuluqla) məşğul olduğuna görə kəndin əsil adı Çölməkçidir. Mənası məlum deyil.

NURALAN - 1590-cı ildə Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı [169,211].

NURUQIŞLAĞI - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169,65].

NÜVƏDİ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı (133, 191).1968-ci ildə kəndin əhalisi Azərbbaycana qovulmuşdur. Fars dilində "Təzəkənd" yaxud "Yenikənd" mənasın-dadır.

OBA - İrəvan quberniyasının Sürməli qəzasında kiçik kənd adı [133, 191]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azərbaycan dilində maldar elin oturaqlaşması nəticəsində yaranan kiçik məntəqə mənasındadır.

OBAGÖY - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170,14].

OVALA - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı (23,132). Başqa adı Hacılı. (yenə orada). Bax: Hacılı.

OVANDƏRƏ - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Oktemberyan r-nunda) kənd adı (99,422). 1959-cu ildə kənd ermənicə Vanadzor adlandırılmışdır. XIX əsrin ortalarında  Türkiyədən gəlmə ermənilər "Ovandərə"çayının axdığı dərədə yerləşmişlər. 1887-ci ilə aid məlumata görə kəndin əhalisi erməni idi (99,422). Türk dillərində oypan (oyban) "hamar eniş", "aşağı yer" (126, 409) sözündəndir.

OVÇU -  1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı (23,66).

OĞRUCA - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı (133, 192). 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kəndin adı Oğrunca kimidir (23,87). Digər adı Qaraman. 1978-ci ildə kənd Sovetkənd adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

OĞRUCA - İrəvan xanlığının Dərəkənd- Parçenis mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə adı çəkilmir. Qışlaq əsasında yaranmışdır. Əsli-Uğruqca. 1728-ci ilə aid mənbədə Oğruqca kimidir [170]. Türk dillərində uqruq-"dayanacaq","düşərgə" sözündəndir. XIX əsrdə Yelizavetopol quberniyasında Oğruca (Qocadağ) dağ adı ilə eynidir.

OĞBİN - 1590-cı ildə Rəvan əyalətinin Məvaziyi-Xatun nahiyəsində məzrə adı [169,132].

OĞRUVİRANİ MƏZRƏSİ - 1590-cı ildə Rəvan əyalətinin Aralıq nahiyəsində məzrə adı [169,268].

OĞRUBƏYLİ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 192]. XIXəsrin ortalarında kənddə ermənilər də yerləşmişdir. Bundan sonra kəndin əhalisi qarışıq olmuşdur. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. Əsli Uğurbəyli. XIX əsrin ortalarında Uğurbəy adlı bir nəfərə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu ğillərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1945-ci ildə kənd ermənicə Berkanuş adlandırılmışdır.

OĞUZBATIR - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (170, 23). Oğuz Bahadır adından fonetik formadır.

OĞUZTAŞ - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd [170,3].  “Oğuz qayası” mənasındadır. Oğuz etnonimini əks etdirir. XIX əsrdə Qars əyalətində Oğuzlu (133, 192) və həmin əyalətin Ərdahan dairəsində Uğuz (113, 251) toponimləri ilə mənşəcə eynidir. Bax: Öküzdaq və Öküzlü.

OZAN 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 82). Başqa adı "Baxçacıq" (yenə orada). Bax: Babacan.

OZANLAR - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı. 1882-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır [159]. 1728-ci ilə aid türkcə mənbədə İrəvan əyalətinin Qarni və Vedi nahiyələrində Ozanlı, Qırxbulaq nahiyəsində isə Ozan kəndləri qeyd olunmuşdur [170, 28 və 80]. XVIII əsrin əvvəlinə aid ermənicə mənbədə Ozan kəndinin adı çəkilir [150, 361). XIX əsrin ortalarından sonrakı ədəbiyyatda Novobayazid qəzasında Uzunlar kimi yazılmışdır (133, 192). Ehtimal ki, "Kitabi-Dədə Qoqud" dakı ozan-"aşıq","xalq müğənnisi " sözündən olmaq etibarilə həm də bir elin adıdır. 1588-ci ilə aid mənbədə Qarabağın "Otuz iki ulus"nda Ozan adlı elin adı qeyd olunmuşdur (167, 213). Gəncə şəhərinin Ozanlar məhəlləsi də məhz bu elin adını əks etdirir.

OZANLAR - İrəvan quberniyasının Novobayazid qəzasında (indi Ermənistanın Razdan r-nunda) kənd adı. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir [20, 207].

OZANLI - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı (23, 101).

OYUQLU - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı (133, 197). Dağın adı Azərbaycan dilində oyuq-"mağara", "təbii yarıq" (belə oyuqda adətən, vəhşi heyvan-ayı, canavar və s. yuva salır) ya da türk dillərində uvuq “ceyran”, “vəhşi keçi” sözündəndir. Azərbaycanda Oyuqdağ (Qubar-nu), Oyuqlu dağ (Kəlbəcər r-nu), Oyuqludağ (Ordubadr-nu) dağ adları ilə mənaca eynidir. Bəzi dağ adlarında təhrif olunmuş şəkildə "oğlu" kimidir. Bax: Munx-Balaoğlu dağ adı.

OYUQLU - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133, 197].


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin