formada tapdalamaqla və ya tonqaldan qalan
kül vasitəsilə yazmaq mümkündür. Gündüz
açıq rəngli parça, dəsmal, gecə vaxtı isə alovlu
məşəl də köməyə gələ bilər: uçan helikopterin
(təyyarənin) səsini eşitdikdə, dəsmaları və ya
məşəli yuxarıya qaldırıb yelləmək lazımdır.
Fəlakət siqnallarının beynəlxalq kod cədvəli
aşağıdakı kimi qəbul edilir:
II
- medikamentlər lazımdır;
F
- yemək və su lazımdır;
K
– istiqamətinizi bildirin;
Δ
– burada eniş mümkündür;
LL
– hər şey qaydasındadır;
N
- yox;
Y
– bəli;
┘└
- başa düşmədim;
?
- kompas və xəritə lazımdır.
59
Ümumiyətlə, çətinliyə düşməyiniz haq-
qında NECƏ xəbərdar etməyiniz əsas şərt
deyil, əsas odur ki, SİZİ GÖRSÜNLƏR VƏ YA
EŞİTSİNLƏR.
Bir çox hallarda meşədə azan insanlar
dairəvi hərəkət edirlər. Bu onunla əlaqədardır
ki, insan addımlayarkən bir addım digərindən
qısa olur və hiss olunmadan sol ayaq daha çox
məsafə qət edib insanı kənara aparır. Buna görə
də diqqətli olmaq, ətrafdakı obyektlərə diqqət
yetirərək irəliləmək və bərabər addımlar at-
mağa çalışmaq lazımdır. Əgər yaxınlıqda nəq-
liyyat yolu olarsa, avtomobillərin səsi və yaxud
çayın axın istiqaməti vəziyyətdən çıxmaq üçün
ən əlverişli vasitə ola bilər. Meşədə hərəkət
edərkən mütləq ayaq altına baxmaq, kiçik
heyvan balalarını tapdalamamaq, qarışqa
yuvalarını dağıtmamaq lazımdır. Heyvanların
və quşların yuvasına yaxınlaşmaq, balalara əl
vurmaq olmaz.
Qida əldə etmək üçün bitki ehtiyatlarından
istifadə etmək olar. Meşədə bitən quşarmudu,
doqquzdon, itburnu, qarağat, moruq kollarının
giləmeyvələri, yeməli göbələklər qida üçün
yararlıdır. Qida məqsədilə bəzi ağac və kolların
cavan zoğlarından (cökə, fındıq və s.), yabanı
meyvələrdən və ot bitkilərindən də istifadə edilir.
Meşədə bitən naməlum bitkilərin meyvələrinin
zəhərli ola biləcəyini də nəzərə almaq lazımdır.
Zəhərli meyvə və giləmeyvələr, göbələklər ağır
zəhərlənməyə səbəb olur. Əgər yaxınlıqda göl
və ya çay vardırsa, budaqlardan və ya sancaqdan
tilov hazırlayıb balıq tutmaq olar. Quşları ovlamaq
üçün ağac budaqlarından qəfəs hazırlamaq
mümkündür. Ekstremal hallarda aclıqdan xilas
olmaq üçün meşədə azan insanların müxtəlif
ilbizləri, böcəkləri ocaqda bişirib yeməsi, qarışqa
və arı sürfələri ilə qidalanması halları məlumdur.
Hər bir halda həyatın xilas edilməsi naminə imkan
daxilində bütün vasitələrdən istifadə etmək
yararlıdır və orqanizmin taqətdən düşməsinin
qarşısı alınmalıdır.
Təcrübəli insanlar yeməli göbələklərdən
qida məqsədilə istifadə edə bilərlər. Göbələklər
nazik budaqlara keçirilib tonqalda bişirilir.
Göbələk axtarışı zamanı rast gəlinən zəhərli
göbələkləri qoparıb atmaq olmaz. Bir çox meşə
heyvanları zəhərli göbələklərdən (milçəkqapan,
yalançı tülküqulağı, yalançı kötük göbələyi və s.)
müalicə məqsədilə istifadə edirlər.
Meşəyə gəzintiyə gedən səyahətçilər
özləri ilə kiçik tibbi ləvazimat götürməlidirlər.
Tibbi ləvazimatdan ən çox tələb olunanı
yod, hidrogen-peroksid, bakteriosid (plastr)
sarğılarıdır Meşədəki mamır, quru otlar,
cökə, tozağacı, söyüd ağaclarının qabığı təbii
dezinfeksiyaedici sarğı materialı olub, xəsarət
alan insanların yarasını sarımaq üçün istifadə
oluna bilər.
Əgər yaşayış məntəqəsi çox uzaqdadırsa,
açıq meşə talasında qar üzərində bir neçə kolun
budaqlarını qırıb “sos” işarəsini parlaq sarı və ya
narıncı rəngli materialdan qurmaq olar. Bu işarə
yuxarıdan axtarış helikopperinin diqqətini cəlb
edə bilər. İşarənin ölçüsü uzununa 7 addım və
eninə 3 addım olmalıdır (7x3).
Əgər meşədə azarkən bataqlıqlaşmış
sahəyə rast gəlinibsə, bəzi təhlükəsizlik qayda-
larına riayət etmək lazımdır. Yolu asanlıqla
keçmək üçün təxminən insanın boyu uzunluqda
dirək və ya çubuq əldə edilir. Bataqlığa
düşdükdə yavaş və ehtiyatlı hərəkətlərlə
çıxmağa çalışmaq lazımdır. Digər səyahətçilər
belə vəziyyətdə ipdən və uzun çubuqlardan
istifadə edərək dara düşmuş yoldaşlarını
çıxarmağa çalışmalıdırlar. Ağır yükdən dərhal
azad olmaq zəruridir. Bataqlıqda kollarla örtülü
hündür təpəciklərlə hərəkət etmək və hərəkət
vaxtı yüngül addımlarla, ehtiyatla addımlamaq
lazımdır. Kiçik çaylara rast gəldikdə marşrutu
dəyişmədən çayı keçmək lazım gəlir.
Qışda donmuş su hövzələrinin üzərində
hərəkət etmək çətindir. Buzun kənarı və
orta hissəsi müxtəlif qalınlıqda olur. Əsasən
göllərdə yeraltı suların yerin üzərinə çıxdığı
su mənbəyində, çaylarda isə iti axın boyunca
buz qatı nazik olur. Əgər meşənin ortasından
keçən çayın digər sahilinə keçmək lazımdırsa,
buz qatının qalın olmasına əmin olmalısınız.
Təsadüfən buzun çatlamasını hiss edən kimi
60
dərhal geriyə doğru sürünmək lazımdır. Buzun
üzərinə çıxarkən möhkəm çubuq və ya bıcaq,
kəsici alət götürmək lazımdır. Ağır yükü
aparmaq üçün ağac budaqlarından “kirşə”
hazırlayıb orada yerləşdirmək və ucundan
tutub sürümək olar. Əgər buzun üzəri ilə bir
neçə nəfər gedirsə, onların arasında 5-6 m
məsafə gözlənməlidir. Buzun möhkəmliyini
yoxlamaq üçün tullanmaq və ayaqları buza
çırpmaq olmaz. Buzun çatlaması nəticəsində
suya düşən insan ilk növbədə hərəkəti
məhdudlaşdıran yükdən azad olmalıdır. Suya
düşən yerdən buzun üzərinə qalxmağa cəhd
etmək lazımdır. Bu zaman insan gah arxası,
gah da üzü üstə yuvarlanmaqla buzun üzərinə
çıxmağa çalışmalıdır. İti alətləri buza sancmaqla
da onlardan tutub qalxmaq olar.
Beləliklə, meşədə kompassız, telefonsuz və azuqəsiz qaldıqda nə etməli?
► İlk növbədə təlaş etməməli, vəziyyətdən çixiş yolu axtarılmalıdır;
► Yaşayış məntəqəsinə tərəf istiqaməti təbii əlamətlərə əsasən təyin etmək lazımdır;
► Çayın axını boyunca hərəkət edib yaşayış məntəqəsinə çatmaq olar;
► Qaranlıq düşərkən hərəkəti dayandırıb, gecələmək üçün müvəqqəti sığınacaq yeri
hazırlamaq lazımdır;
► Meşədə hündür bir yerə qalxıb elektrik xətləri, bacadan çıxan tüstü və s. əlamətlərə
əsasən yaşayış məntəqələrinin yerini təyin etmək olar;
► Meşədə ətrafı diqqətlə dinləyib, səs-küy eşidilən tərəfə getmək lazımdır;
► Əgər meşə ərazisində çoxlu miqdarda məişət tullantısı, tonqal yeri aşkar olunubsa, bu
əlamətlər yaşayış yerinin yaxınlıqda olmasını göstərir;
► Yaşayış məntəqələrinin yaxınlığında meşədəki cığırların sayı çoxalır və meşə döşənəyi
tapdanmış vəziyyətdə olur.
Ən sadə sığınacaq növləri
Eksterimal vəziyyətə düşmüş insanların,
turistlərin və səyahətçilərin təcrübəsi göstərir
ki, belə vəziyyətdə insanın salamat qalması
psixoloji məqamdan da asılıdır. Qorxu hissi
ekstremal vəziyyətdən sağ çıxmaq ehtimalını
azaldır. Əksinə, özünə əminlik və qorxmazlıq
insanın qüvvəsini və dözümlülüyünü artırır.
Öz qüvvəsini və vaxtını düzgün planlaşdıran
insanlar vəziyyətdən çıxış yolu tapa bilirlər.
İstənilən halda yaxında yaşayış məntəqəsinin
olmasına əminlik hiss etməyən insanlar təbii
amillərlə üz-üzə qaldıqda ilk növbədə qardan
da olsa, sığıınacaq düzəltmək barədə düşünməli
olurlar. Yalnız müvəqqəti sığınacaqda qüvvəsini
bərpa etdikdən sonra yolu itirən səyahətçilər
axtarışlarını davam elətdirə bilərlər.
Əgər uzun müddət yolu tapmaq müyəssər
olmursa və meşədə gecələmək lazım gəlirsə,
mütləq müvəqqəti sığınacaq hazırlamaq lazım-
Şəkil 4. Turist çadırı
61
dır. Gecəni harada keçirmək və ya əlverişsiz
hava şəraitindən harada mühafizə olunmaq
olar? Yardım gözləyənə qədər düşərgə üçün yer
seçmək lazımdır. Düşərgə üçün yerin düz gün
seçilməsi üçün hər şeydən əvvəl həmin yerin
quru olması nəzərə alınmalıdır. Eyni zaman da
sığınacaq yeri açıq sahədə, çay və ya bulaq-
ların yaxınlığında təyin edilməlidir. Mağara lar,
torpaq kahalar və quru budaqlardan hazırlanan
komalar belə sığınacaq yeri ola bilər.
Bu məqsədlə müvəqqəti olaraq quru
budaq lardan koma və yaxud torpaqdan qazma
düzəltmək mümkündür. Hava şəraiti əl veriş-
siz olduqda sığınacağın isti və etibarlı olma-
sına diqqət yetirmək lazımdır. Müvəqqəti
sığınacaq da adambaşı orta hesabla 2,0x0,75m
yer ayrılmalıdır. Sığınacaq yerinin yaxınlığında
isinmək, yemək hazırlamaq və yaş paltarları
qurutmaq üçün tonqal qalanır.
Turistlər, bir qayda olaraq, səfərə çıxarkən
özləri ilə çadır aparırlar. Müasir çadırlar yüngül
və davamlıdır, onlar müxtəlif ölçüdə və formada
istehsal olunur (şəkil 4.). Ancaq ola bilər ki,
səyahətçi gözlənilmədən “səfərə” çıxmalı olur
və yaxud da çayı keçərkən çadırı itirir. Bəs bu
halda nə etməli? Həyatda hər zaman gözlənilməz
hadisələrin baş verməsi mümkündür! Belə
olduqda ilk növbədə gecə ləmək üçün və ya
əlverişsiz havadan mühafizə olunmaq məqsədilə
müvəqqəti sığınacaq hazır lanmalıdır: çadır, koma,
daxma, torpaq qazma və s.
Yayda çadırsız gecələmə yerlərini hazır-
lamaq olar. Əgər hər hansı bir səbəbdən meşədə
gecələmək lazım gəlirsə, adi çadırı əvəz edən
örtülü sığınacaq yeri hazırlamaq mümkündür.
Bu halda sintetik parçalardan, brezentdən,
polietilindən, yaxud yüngül yataq örtüyündən
istifadə etmək olar. Küləyin təsiri altında olan
açıq yerlərdə qansoran həşəratların sayı az olur.
İqlim nə qədər sərtdirsə, müvəqqəti tikili bir o
qədər davamlı olmalıdır.
Müvəqqəti “koma”nın ən sadə variantı adi
örtüklü sipərdir. İki qonşu ağacda 1-2 metr
hündürlükdə köndələn tiri elə quraşdırmaq
lazımdır ki, futbol qapısına oxşar forma yaran-
sın. Bir tərəfdən 10-12 şüvüldən ibarət yuxarı
örtük turə söykədilir. Möhkəmlik üçün onlar
əyilən bilən elastik budaqlarla hörülür, sonra
yuxarısından brezent bərkidilir və ya kol
budaqlarından örtük hazırlanır. Belə örtüyü
aşağıdan yuxarıya doğru döşəyirlər: belə ki,
hər növbəti lay qabaqkı layı üçdə bir hissəsinə
örtməlidir (kirəmiti evlərin damında olduğu
kimi). Bu cür yaşıl örtüklü damın üzərilə axan
yağış suları daxilə düşməyərək, kənara axıb
töküləcəkdir (şəkil 5.).
Çadırın bünövrəsi kimi 1-2 metr hündür-
lükdə ağac kötüyündən istifadə oluna bilər. Bir
neçə tiri bu əsasa dirəyib, onları bərkitmək
lazımdır. Bu qayda üzrə çadırın özülü (əsas
çevrə) hazır olur. Davamlı olması üçün onu
əyilən budaq və çubuqlarla hörmək, sonra isə
üzərini yağışdan və soyuqdan müdafiə edən
istənilən materialla örtmək mümkündür. Bu
məqsədlə brezent, bir neçə yağmurluq və ya
gödəkçədən, küknar, şam və ya enliyarpaqlı
ağacların budaqlarından istifadə oluna bilər.
Belə tavan nə qədər möhkəmdirsə, çadırın
xaricdən qorunması bir o qədər etibarlı olur.
Çadırın döşəməsini enli budaqlarla və ya quru
mamır layı ilə örtmək lazımdır. Əgər polietilen
örtük varsa, yağışlı havada onu çadırın üzərinə
çəkmək, soyuq havada isə istiliyin saxlanılması
üçün budaqların altında yerləşdirmək olar.
Sığınacaq yerinin dirəklərinin hündürlüyü,
iki tərəfdən örtülü olması gecələyən insanların
sayına görə təyin olunur. Bunun üçün çoxlu
Şəkil 5. Örtüklü sipər
62
miqdarda mamır toplanıb, ağac qabığından,
budaqlardan istifadə olunur. İsti yay günlərində
başqa üsulla da sadə koma hazırlamaq olar. 1,5 m
uzunluqda 2 ədəd dirəyin uc hissəsi haçalanmış
formada kəsilir. Dirəklər bir-birindən 2-2,5 m
aralı məsafədə basdırılır və üzərinə qalın tir
qoyulur. Bu tirə 45-600 bucaq altında 4-5 ədəd
tir söykənərək iplə və ya budaqlarla bərkidilir.
Həmin tirlərə yerə paralel olmaqla 2-4 ədəd
şüvül bağlanır. Sonra sıx budaqlar, ağac qabıqları
şüvüllərin üzərinə döşənir (şəkil 6.).
Koma bir tərəfli və yaxud da yağmurlu
havada hər iki tərəfdən örtülü olaraq hazırlanır.
Əsas dayaq tirinin hər iki tərəfinə dirək
bərkidilir. Komanın ön tərəfi giriş üçün açıq qalır,
arxa tərəfi isə hörülür. Daha uzun müddət üçün
nəzərdə tutulan komaların divarları ağac və kol
budaqları, qabıqla örtülür. Ağac qabığından
kəsilmiş zolaqlar 0,5-0,6 m məsafədə bir-
birinin üzərinə bərkidilir. Müvəqqəti çadırın
döşəməsinə quru otlar və mamır döşənir..
Sığınacağın damı sıx yarpaqlı ağac budaqları ilə
örtülür. Yağmurlu havada yağış sularının içəriyə
axmaması üçün sığınacağın ərtrafında arx
qazmaq olar.
Qışda belə köşkləri soyuqdan mühafizə
etmək üçün qalın budaqlardan və dirəklərdən
dayaq hörülür. Sonra bu dayaqlar nazik
budaq larla bir-birinə bağlanır. Daxildən istiliyi
qoruyub saxlamaq üçün divardakı dəliklər
hər hansı bir materialla örtülür. Qarlı havada
divarların üzəri xaricdən qarla örtülür. Bəzi
hallarda turistlər 2-3 saat ərzində tonqal qala-
dıqları yerdə gecələmək üçün belə dayanacaq
yerləri düzəldirlər.
Dağlıq regionlarda aşağı və yuxarı meşə
qurşaqlarındakı temperatur fərqi cox olur.
Bəzən aşağı dağ qurşağında, dərələrdə havanın
temperaturu dağın başından gələn soyuq
hava axınlarının təsiri altında xeyli aşağı düşür.
Həmçinin soyuqda havanın rütubətliliyi yüksək
olarsa, iqlim şəraitinin orqanizmə mənfi təsir
artır. Yüksək dağlarda quru havada soyuq
iqlim şəraitinə daha asan uyğunlaşmaq olur.
Dəniz sahili regionlarda isə havanın rütubətliliyi
artdıqca şaxtanın təsiri güclənir. Tədqiqatlar
göstərir ki, küləkli havada soyuq havanın
təsiri artır. Havanın tempuraturu -30 C-dirsə
və küləyin surəti 10 m/san çatırsa şaxtanın
insana təsiri -200 C-də olan şaxtanın təsirinə
bərabər olur. Küləkli havada mənfi -100 C şaxta
təxminən -300 C-yə bərabər təsir göstərir.
İnsanlar soyuqdan qorunmaq üçün ilk növ-
bə də geyimə diqqət yetirməlidirlər. Eksterimal
vəziyyətdə mövsümə uyğun geyinmək insanın
salamat qalmaq ehtimalını artırır. Hazırda
geniş tətbiqini tapan sintepon, nitron və digər
suni materiallardan tikilən üst geyimləri istilik
mübadiləsini təmin etməsə də, bədəni şaxtadan
qoruyur. Yüngül sintetik geyimlər yağıntının
təsiri ilə islanmır, suya düşdükdə tez quruyur.
Müxtəlif parçalardan hazırlanmış bir neçə geyimi
üst-üstdən geyinməklə soyuğa davamlılığı
artırmaq olar. Bu geyimlərin arasındakı hava
qatı bədənin soyumasının qarşısını alır. Bir ədəd
qalın köynək əvəzinə, bir neçə nazik toxunma
sviter geyinmək daha məqsədəuygundur.
Fövqəladə vəziyyətdə ayaqların quru və
isti qalması əsas şərtdir. Güclü şaxta olduqda
hər 10 donma hadisəsindən 8-nin səbəbi məhz
ayaqlardan başlayır. Buna görə də ilk növbədə
ayaqqabıları və ayaqları quru saxlamaq vacib-
dir. Əgər su keçirməyən material varsa, ayaq-
qabının üzərinə sarımaq olar. Müvəqqəti
sığına caq quranadək üzü və əlləri də soyuqdan
qorumaq lazım gəlir. Əgər qar örtüyü hərəkət
üçün çətinlik törədirsə, 2-2,5 sm qalınlığında
Şəkil 6. Sadə koma
63
və 140-150 sm uzunluqda möhkəm budaqları
nazik elastik çubuqlarla bir-birinə bərkidib
xizək hazırlamaq olar. Qışda buz bağlamış
çayların üzərinə çıxmaq təhlükəlidir. Nazik
buz qatı asanlıqla çatlaya bilər. Bataqlıqlaşmış
göllərin yaxınlığında ehtiyatlı olmaq lazımdır.
Belə sahələrdə su bitkilərinin çoxluğu diqqəti
cəlb edir.
Soyuq qış mövsümündə insanın tufan və
boran dan qorunması üçün qardan koma hazır-
lamaq olar. Bəzi şimal ölkələrində müxtəlif
xalqlar, məs, eskimoslar qar kərpiclərdən
tikilmiş belə günbəzşəkilli komalarda yaşayır.
Qardan hazırlanmış tikinti materiallarından
yüksək dağ zirvələrini fəth edən alpinistlər də
istifadə edir. Qar soyuqdan əla müdafiə edir və
qarın torpağın “yorğanı” adlandırılması təsadüfi
deyildir.
Qarlı havada çətin vəziyyətə düşmüş insan-
lar sığınacaq qurmaq üçün çox vaxt vərdiş
etdikləri kimi odun parçalarından və ya tirdən
istifadə edir, çadır qurmaqla vəziyyətdən
çıxmağa çalışırlar. Əlbəttə ki, çovğunlu havada
çadır insanları şaxtadan qoruya bilməz. Qarla
örtülü ərazidə ağac və ya metal kəsiklərdən
hazırlanan sığınacaq çox vaxt insanların həyatını
təhlükə altında qoyur. Belə materiallardan
hazırlanan “koma”nın dəliklərini tutmaq müm-
kün olmadığına görə soyuq küləyin təsirindən
qorunmaq çətin olur. Əgər meşədə azmış
insanın yanında qızdırıcı cihazlar yoxdursa,
deməli, belə sığınacağın içərisində və xaricində
havanın temperaturu bərabər olacaqdır. Belə
tikintini başa çatdırmaq bəzən çoxlu enerji
və vaxt tələb edir. Tikinti zamanı xəsarət al-
maq ehtimalı da yüksək olur. Bəzi hallarda
belə “koma” güclü küləyin təsirindən və ya
digər səbəbdən uçub dağılır, insanları çıxılmaz
vəziyyətdə qoyur.
Şaxtalı havada ən yaxşı tikinti materialı
ətrafdakı qar topalarıdır. Bir neçə saat ərzində
qardan hazırlanmış “mağara” və ya “komada”
asanlıqla soyuqdan yaxa qurtarmaq olur. Belə
sığınacaqların hazırlanmasına 1-3 saat vaxt və
çox az qüvvə sərf etməklə enerjinin hədər yerə
itirilməsinin qarşısı alına bilər. Belə vəziyyətdə
nəzərə alınmalıdır ki, yolu azmış insanların
kifayət qədər ərzaq ehtiyatı varsa, sutkada
gündəlik rejimə düzgün əməl olunmalıdır.
İnsan 1-3 saat ərzində qar mağarası və ya kaha
qurmalı, gün ərzində 8-12 saat fəaliyyətdə olub,
10 saat yatıb istirahət etməlidir. Düzgün tikilmiş
qar sığınacağında insanın bədənindən ayrılan
istilik hesabına havanın tempuraturu artır. Əgər
çöldə -20-300C-də şaxta vardırsa, komanın
içərisində havanın hərarəti -5-100C olur.
Hər bir halda çətin vəziyyətə düşmüş
insanlar “passiv” gözləmə mövqeyindən daha
çox, ”fəal” axtarış mövqeyinə üstünlük verməli-
dirlər. Bu zaman həyat uğrunda mübarizənin
üsulları insanın düşdüyü şəraitə uyğun seçilir.
Əlbəttə, ekstremal hava şəraitində insanın
təhlükəsiz həyat fəaliyyəti ilk növbədə belə
vəziyyətə düşməmək üçün xüsusi diqqət və
hazırlıqdan asılıdır. Meşədə baş verən hadisə-
lərin əksəriyyəti, zərər çəkmiş insanların səh-
lən karlığı və zəif hazırlığı səbəbindən baş verir.
Ən sadə təhlükəsizlik tədbirlərinə ria-
yət etməklə meşə səyahətlərini ilin bütün
fəsillərində hədsiz sevinc və sağlamlıq mənbə-
yinə çevirmək mümkündür.
Fövqəladə vəziyyətdə odu necə əldə etmək olar
Müvəqqəti sığınacaq yeri hazır olduqdan
sonra isinmək üçün od əldə etmək lazım gəlir.
Paltarların qurudulması, yemək hazırlanması,
suyun qaynadılması ilə yanaşı, həm də insanın
olduğu yer barədə xəbərdarlıq etmək üçün
tonqal yandırılır. Əgər kibrit və ya alışqan varsa,
ocağı yandırmaq asanlıqla mümkün olur. Lakin
güclü külək əsdikdə odun yanmasına nəzarət
etmək lazımdır.
64
Tonqal bəşəriyyətin qədim ixtiralarından
biridir. Qədim əsatirlərdə odun insanlara
Prometey tərəfindən hədiyyə olunduğu gös-
tərilir. Lakin odun insanlara şimşək çaxarkən
bəxş edildiyi desək də yanılmarıq. Uzun əsrlər
boyu tonqal yeganə istilik və işıq mənbəyi,
habelə yemək hazırlamaq üçün əsas vasitə olub.
Bizim dövrümüzdə şəhər sakininə tonqal gərək
deyil: elektrik enerjisi, qaz, mikrodalğalı sobalar
vardır. Bəs şəhərin kənarına və ya meşəyə turist
səfəri zamanı? Səfər zamanı tonqalsız keçinmək
mümkündürmü?
Tonqalı qalamaq üçün kibritdən istifadə
etmək olar. Lakin kibriti unutmamaq və rütubət-
dən mühafizə edilmiş quru yerdə saxlamaq
gərəkdir. Bunun üçün ağzı möhkəm bağlı olan
şüşə qabdan istifadə olunur. Şüşə qaba bir neçə
kibrit və kibrit qutusunun “kükürdlü” hissəsi
qoyulur. Təcrübəli turistlər bir neçə kibritin
başcıqlarını parafinə batırırlar. Belə tədarük
olunmuş kibrit ehtiyatı heç zaman islanmaz.
Əgər kibrit və ya alışqan yoxdursa nə et-
məli? Saatın iki şüşəsindən hazırlanmış lupa
və ya linzadan istifadə etmək olar. Sayrus
Smitin “Sirli ada” əsərindən mühəndisin necə
hərəkət etdiyini yadınızdadırmı? O, saatdan
çıxardığı iki şüşənin kənarlarını gil ilə birləşdirib,
şüşənin arasını su ilə doldurur və nəticədə linza
alınır. Gilin əvəzinə yapışqanlı plastrdan və ya
iynəyarpaqlı ağac qətranından istifadə etmək
olar. Linza vasitəsilə günəş şüası asanlıqla alışan
fitilə tərəf istiqamətləndirilir. Fitil pambıqdan,
tənzifdən (cunadan), pərqudan (nazik tükdən)
və yaxud sürtülmüş toz ağacının qabığından
hazırlanır. Yavaş yanan fitil od əmələ gələnə
qədər üfürülür, sonra tonqal qalanır.
Od əldə etmək üçün daşları (çaxmaq daşı)
bir-birinə sürtməklə və ya poladı bərk daşa
sürtməklə də qığılcım əldə etmək olar. Çaxmaq
daşından çıxan qığılcımla tonqalı qalamaq olsa
da, lakin bu üsul çox zəhmət və vaxt tələb edir.
Tonqal üçün quru budaqlar, ağac qabığı
toplanır. İri budaqları hissə-hissə tonqala atmaq
lazımdır ki, hava keçsin və ocaq sönməsin. Belə
yerdə gecələyərkən təhlükəsizlik məqsədilə
növbətçilik təşkil etmək, tonqala nəzarət etmək
və vəhşi heyvanlardan qorunmaq vacibdir.
Tonqalın tüstüsü xilasedicilər tərəfindən uzaq-
dan daha tez aşkar olunur. Bəzən tonqalı yağış-
dan və küləkdən qorumaq üçün də üstü örtülü
köşk hazırlanır. Lakin bu halda ciddi nəzarət
etmək lazımdır ki, yanğın hadisəsi baş verməsin.
Meşədə salamat qalmaq üçün təhlükəsiz yer
tapıb sonra ocaq qalamaq olar. Tonqal qalayar-
kən yanğın təhlükəsizliyi qaydalarına riayət et-
mək və ağaclardan (xüsusən də qurumuş ağac
və kolllardan) kənarda təmizlənmiş açıq sahədə
ocaq qalamaq lazımdır. Turist təhcizatında
bel və balta kimi alətlər də lazım olur. Tonqal
üçün hər tərəfdən açıq, küləkdən qorunan
və yaxınlıqda su hövzəsi olan sahə seçilir. Bel
vasitəsilə ocağın yerində torpağın üst qatı
təmizlənir və ətrafında arx qazılır.
Açıq sahədə torpağın üzəri tör-töküntüdən
təmizlənməlidir. Tonqalın yeri quru ağaclardan,
xüsusilə iynəyarpaqlı ağaclardan uzaqda olmalı-
dır. 1-1,5 m məsafədə ərazi tör-töküntüdən,
mamırdan, kollardan təmizlənir. Qışda qar
örtüyünu möhkəm tapdayıb bərkitmək və
üzərində ağac kötüklərindən ocaq üçün yer
hazırlamaq olar. Sığınacaq yerini tərk edərkən
közərtilərin tam sönməsinə əmin olmaq lazım-
dır. Yanğın təhlükəsizliyi məqsədilə tonqal ağac-
lardan, qətranlı kötüklərdən 4-6 metr aralıda
olmalıdır. Tonqalın üzərindəki ağac budaqları
asanlıqla alışa bilər. İynəyarpaqlı aağaclar ol-
duq
da həmin yerdə ocaq yandırmaq daha
təhlükəlidir, çünki, bu zaman yuxarıdan fəlakətli
Dostları ilə paylaş: |