European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
təxmini olaraq təyin etmək mümkündür. Meşədə 
sıx cəngəllik və tör-töküntü olduqda hərəkət 
etmək çətinləşir. Bəzən yolu azarkən insanlar 
şəraitin oxşarlığına diqqət yetirməyərək səhvə 
yol verir və çevrə üzrə hərəkət edib başlanğıc 
əraziyə qayıdırlar. Kompas olmadıqda müxtəlif 
təbii əlamətlər nəzərə alınır. Məs; ağac gövdəsinin 
qabığı şimal tərəfdə nisbətən qalın olur. 
Ağacların çətiri cənub tərəfdə sıx, şimalda 
seyrək olur. Şimal tərəfdən ağacların gövdəsində 
mamır və şibyələr daha çox bitir. Ağacın kəsilmiş 
kötüyünün cənuba tərəf olan hissəsindəki illik 
halqalar daha enli olur. İynəyarpaqlı ağacların 
gövdəsinin cənub tərəfində daha çox qətran 
əmələ gəlir. Bu əlamətləri sıx meşəlikdə deyil, 
meşənin kənarında bitən ayrı-ayrı ağaclarda daha 
asanlıqla müşahidə etmək olar. Meşədəki ağaclara 
diqqət yetirdikdə ağacın gövdəsindəki qabığın 
şimal tərəfdən tünd rəngdə olmasını müşahidə 
etmək olar. 
Yazda qar əriyərkən kiçik təpələrin şimal 
yamaclarında qar nisbətən gec əriyir. Dərədə 
cənub yamacda qar daha tez əriyir. Qarışqa 
yuvaları çox vaxt şimal tərəfdən ağacın gövdəsi, 
daşlar və kollarla əhatələnir və yuva daha dik olur. 
Qarışqa yuvalarının girişi cənuba tərəf açılır(şəkil 
19.). 
Meşə ərazisində istiqaməti təyin etdikdən 
sonra yaşayış məntəqəsinə və ya avtomobil yoluna 
tərəf marşrutu düzgün seçmək lazımdır. Marşrut 
boyu hər 100-150 m-dən bir yaxşı nəzərə çarpan 
əlamətə diqqət yetirmək lazımdır. 
Ş 0°
AZİMUT
Ş 90°
C 180°
Q 270°
Şəkil 18. Kompas vasitəsilə saatın təyini
şəkil 19. Ağacın cənubunda qarışqa yuvası
İstiqaməti təyin edərkən aşağıdakı əlamət lər nəzərə alınmalıdır:
•  Ağacın gövdə qabığının cənub tərəfi nisbətən quru, bərk və açıq rəngli olur;
•  Ağacın gövdəsinin cənub tərəfində təbii qətran damcıları əmələ gəlir. Bu damcılar havada
bərkiyib açıq kəhrəba rəngini alır;
•  Yağışdan islanmış şam ağaclarının göv dəsi şimal tərəfdən qaralır;
•  Ağacların, kolların və kötüklərin şimal tərəfində daha çox göbələk bitir;
•  Meşə talasının cənub hissəsində meyvə və giləmeyvələr daha tez yetişir;
•  Yazda meşə talasının şimal hissəsində, qışda isə cənub hissəsində ot bitkiləri daha sıx bitir;
•  Cənub hissədə ağacların budaqları daha uzun, çətiri daha sıx olur;

74
•  Ağac kötüklərində illik halqalar cənub tərəfdə haha enli olur;
•  Mamır və şibyələr şimal tərəfdə daha yaxşı inkişaf edir;
•  Qarışqa yuvaları ağac və kolların, kötük lərin cənub tərəfində yerləşir;
•  Dərələrin cənub yamacları yumşaq otla örtülü olub, nisbətən az maili, şimal yamacları isə
dik, sıldırım və nadir hallarda bitkilərlə örtülü olur. Belə dərələr çox vaxt qərb-şərq isti-
qamətində uzanır;
•  Şimal-cənub istiqamətli dərələrin isə hər iki tərəfindəki yamaclar oxşar olur.
•  Qışda ağacların şimal tərəfində qar daha çox olur;
•  Müxtəlif təbii obyektlərin cənub tərəfində qar daha tez əriyir;
•  Dərələrdə qar şimal tərəfdə nisbətən tez əriyir (maraqlıdır ki, günəş şüaları şimal yamaclara
birbaşa təsir edir, cənub yamaclarda isə ötəri təsir göstərir).
Meşənin sakinləri
DİQQ T!
Meşəyə ekskursiya və səyahət zamanı 
bütün canlılara qayğı ilə yanaşmaq vacibdir. 
Çox zaman qeyri adi gözəlliyə və həyat 
tərzinə malik bitkilər və heyvanlar insanların 
lüzumsuz marağına səbəb olur. Artıq səs-
küy, çiçəklərin qoparılması, kolların qırılması 
nəticəsində nadir bitkilər, heyvanlar və quşlar 
zərər çəkir. Ehtiyatsızlıq və laqeydlik meşənin 
bioloji müxtəlifliyi üçün ən böyük təhlükədir. 
Meşənin təbii ehtiyatlarından istifadə etməzdən 
əvvəl (göbələk, meyvə, giləmeyvə, dərman 
bitkiləri və.s) meşə qanunvericiliyi ilə tanış 
olmaq zəruridir. Azərbaycan meşələri birinci 
kateqoriyalı qoruyucu meşələrə aid olduğuna 
görə meşə ehtiyatlarından düzgün istifadə 
qaydalarını bilmək hamının əsas vəzifəsidir.
Meşə heyvanlarının əksəriyyəti uzaqdan 
insanın yaxınlaşdığını hiss edib, ondan uzaq-
laşmağa cəhd edirlər. Əksinə, insanın lazımsız 
müdaxiləsi onların dinc həyatını poza bilər. 
Bəzən ehtiyatsızlıq edib tanış olmayn bəzəkli 
böcəyi və ya digər həşəratları ələ götürmək 
cəhdi həşəratın sancması ilə nəticələnir. Eyni 
zamanda təhlükəsiz hesab edilən rəngarəng 
kəpənəkləri tutub müvəqqəti zövq alan insanlar 
özlərinin xəbəri olmadan bəlkə də nadir bir 
növün həyatına son qoyurlar.
Meşə öz həyatını yaşayır və bu həyatın 
qanunlarını bilmək zəruridir. Uşaqları quş 
yuvalarını, qarışqa yuvalarını dağıtmaqdan 
çəkindirmək lazımdır. Azyaşlı uşaqları tək 
buraxmaq olmaz. Onlar yolu azıb meşədə 
itə bilərlər. Bəzən nəzarətsiz qalan uşaqlar 
kibritlə oynayaraq təsadüfən meşə yanğını 
da törədə bilər. Yanğın baş verdikdə uşaqlar 
həmin yeri dərhal tərk edib böyükləri xəbərdar 
etməlidirlər. 
Meşədə insanları gözləyən təhlükələrdən 
biri də vəhşi heyvanlardır. Vəhşi heyvanların 
balalarını tapıb meşədən evə gətirən uşaqlar 
böyük təhlükəyə məruz qalıb risk edirlər. 

75
Dişi heyvanlar balasının izi ilə cox asanlıqla 
onu tapır və insanlara hücum edirlər. Adi 
dovşan və kirpini gördükdə hamı ayaq saxlayıb 
maraqla müşahidə edirlər. Lakin vəhşi qabanla 
qarşılaşdıqda (xüsusən yanında balaları varsa) 
insan üçün təhlükəli ola bilər. Bu zaman ehtiyatlı 
olub yaxına getmək olmaz. 
DİQQ T!
Meşə heyvanları insanla qarşılaşmaqdan 
çəkinirlər. Heyvanlar insanı uzaqdan duyaraq 
əksər hallarda onun yolundan kənara çıxıb 
uzaqlaşmağa çalışırlar. Bir çox hallarda heyvan-
lar yaralı olduqda və yaxud balalarını müdafiə 
etdikdə insan üçün təhlükəli ola bilər. Meşədə 
ayı ilə qarşılaşdıqda qaçmaq olmaz. Sakit və 
hərəkətsiz durub heyvanın getməsini gözləmək 
lazımdır. Vəhşi heyvanlara və ya yirtıcı 
heyvanların balalarına rast gəldikdə, dərhal 
həmin yerdən uzaqlaşmaq lazımdır. Bu zaman 
qaçmaq olmaz, çünki qaçan hədəfi təqib etmək 
yırtıcılar üçün çox asandır. Çox vaxt təsadüf 
nəticəsində heyvanlara xəsarət yetirdikdə, 
məsələn, ilanı tapdaladıqda və ya təhlükəli 
məsafə 
də yaxınlaşdıqda vəhşi heyvanlar 
insana hücum edirlər. Qış mövsümündə 
meşə də yaşayan ayı və canavarlar insan üçün 
təhlükəli olur. Buna görə də qar üzərində vəhşi 
heyvanların izlərini gördükdə ehtiyatlı olmaq 
lazımdır. Meşədə yuva aşkar etdikdə yaxşı 
olar ki, dərhal həmin yerdən uzaqlaşasınız. 
Uzaqdan yaxınlaşan vəhşi heyvanları gördükdə 
tənha qalmış insanlar ağaca çıxmaqla canlarını 
qurtara bilərlər. Meşədə gecə vaxtı hərəkət 
etmək təhlükəlidir. Buna görə də müvəqqəti 
dayanacaq yeri təyin edib gecələmək və səhər 
yola davam etmək olar. Düşərgə hər tərəfi açıq 
olan sahədə salınır. Əgər yaxınlıqda canavar və 
ayı izləri aşkar edilibsə, çoxlu odun tədarük 
edilir. Gecə səhərə qədər tonqal yandırılır ki, 
vəhşi heyvanlar yaxına gəlməsinlər.
Yay mövsümündə yırtıcı heyvanlar nadir 
hallarda meşədə gəzən insanlara hücum edirlər. 
Əksər hallarda marşrutdan kənara çıxan turist-
lər və ya hər şeylə maraqlanan uşaqlar yırtıcı 
heyvanların yuvasına yaxınlaşdıqda hücuma 
məruz qalırlar. Yuvasını və balalarını qoruyan 
dişi heyvanlar bütün hallarda böyük təhlükədir. 
Meşədə rast gəlinən heyvan balalarını gördükdə 
dərhal həmin yeri tərk edib uzaqlaşmaq 
lazımdır. Ayı və digər heyvanlar öz balalarını 
müdafiə edərkən insana hücum edə bilər. 
Bir çox bədbəxt hadisələrə məhz yırtıcıların 
balalarını evlərinə aparan insanlar düçar olur. 
Ayı balasının qoxusu ilə uzaq məsafə qət 
edərək, yaşayış məntəqələrinə hücum edir. 
DİQQ
T!
Yırtıcı heyvanlardan ən çox canavarlar və 
qış yuxusundan yarımçıq oyanmış ayılar qışda 
insan üçün təhlükəli olur. Qida çatışmazlığı 
nəticə sində ac qalan heyvanlar insanlara və 
ya yaşayış məntəqələrinə hücum edirlər. 
Təsadüfən meşədə ayı və ya canavarla qarşılaşan 
insan vaxtında uzaqlaşmağa imkan tapmırsa, 
ən sadə çıxış yolu ağacın başına çıxmaqdır. Bir 

76
müddət əl çatmaz budaqda oturub heyvanın 
sakitləşməsini və uzaqlaşmasını gözləmək lazım 
gəlir.
Qar üzərində yırtıcıların izlərini aşkar 
etdikdə dəstə üzvləri birlikdə həmin yeri 
təcili tərk etmək və ehtiyatlı olmaq lazımdır. 
Əgər belə bir yerdə qaranlıq düşdüyünə görə 
dayanacaq etmək lazım gəlirsə, ilk növbədə 
böyük bir tonqal qalayıb, dəmir alətləri bir-
birinə vuraraq vəhşi heyvanları hürkütmək 
lazımdır. Ucadan səs-küy və alovlu məşəllər 
heyvanların yaxınlaşmasına mane olur. Əgər 
yırtıcının hücumundan qaçıb yaxa qurtarmaq 
mümkün olmadıqda insan xəsarət alıbsa, 
yol yoldaşları ilk tibbi yardım göstərməklə 
zərərçəkəni təcili olaraq tibb məntəqəsinə 
çatdırmalıdırlar. Vəhşi heyvan insanı yaraladıqda 
dərhal ilk tibbi yardım göstərərək yaranın ətrafı 
dezinfeksiya edilir və sarğı qoyulur. 
Əsasən mart-aprel aylarında ayı qış 
yuxusundan oyanıb yuvadan çıxır. Ayı balaları 
ilə birlikdə insanın yolunun üstünə çıxdıqda çox 
vaxt kənara çəkilib gedir. Lakin ayı öz yuvasının 
yaxınlığında olduqda, dərhal insana hücum 
edib balalarını müdafiə etməyə çalışacaqdır. 
Təsadüfən bu vəhşi heyvanla rastlaşdıqda 
heyvanın qaçıb getməsinə imkan yaratmaq 
lazımdır. Heyvan yaxınlaşdıqda səs-küy salaraq 
və od yandıraraq onu hürkütmək mümkündür. 
Yalnız çıxılmaz vəziyyətə düşdükdə və təcavüzə 
məruz qaldıqda insan özünü müdafiə etmək 
üçün odlu silahdan istifadə edə bilər. 
Yay mövsümündə ilanlar, əqrəblər və 
zəhərli həşəratlardan qorunmaq vacib şərtdir. 
İlanlara yaxınlaşmaq, maraq xatirinə də 
olsa, dayanıb müşahidə etmək qəti surətdə 
olmaz. Səfərə çıxmazdan əvvəl təcrübəsiz 
turistlər bu təhlükəli heyvanlar haqqında 
ətraflı məlumatlandırılmalıdır. Meşədə düz gün 
davranış qaydalarına riayət olunması gözlənil-
məz bədbəxt hadisələrin qarşısını vaxtında ala 
bilər.
Zəhərli ilanlar və həşəratlar
Son illərin məlumatına görə hazırda Azər-
baycan faunasında 30 növ ilana rast gəlinir. 
Meşələrdə əsasən təlxələrə təsadüf olunur. 
Təlxə növləri zəhərsizdir. Məsələn: İran təlxəsi 
yalnız Talış meşələrində rast gəlinir. Naxışlı 
təlxə isə Böyük Qafqaz meşələrində adi növdür. 
Meşələrin rütubətli və su olan yerlərində su 
ilanının hər iki növünə rast gəlinir. Bir qayda 
olaraq, zəhərli ilanlardan meşədə daha çox 
rast gəlinən adi qalxansifətdir. Bu zərli ilana 
Talış regionunun meşələrində təsadüf olunur. 
Gürzələr isə əsasən quru yerlərə (çöllərə və 
yarımsəhralara, düzənlik ərazilərə), günəş şüa-
ları nın yaxşı qızdırdığlı yerlərə üstünlük veririlər. 
Meşənin sıx və günəş şüalarının düşmədiyi 
hissəsinə daxil olmurlar. 
Nadir hallarda meşə kənarlarında və 
meşə talalarında gürzə ilanına rast gəlinir. 
Meşə 
də olarkən ilanlardan qorunmaq üçün 
bəzi təhlükəsizlik qaydalarına riayət etmək 
lazımdır. Meşənin açıq hissəsində daşları əllə 

77
qaldırmaq və ya ağacların çürümüş gövdələrinə 
və ağac koğuşlarına əl vurmaq olmaz. Lakin 
bu təhlükəsizlik tədbirlərinə meşə kənarı 
ərazilərdə gəzərkən də əməl etmək lazımdır. 
Bir qayda olaraq gürzə (Vipera lebetina L.) 
rütubətli və kölgəli yerləri sevmir. Lakin isti yay 
mövsümündə meşə talalarında təsadüf oluna 
bilər.
İlanlar ən çox meyvə, giləmeyvə və göbələk 
yığımı zamanı fəal olurlar. Bəzən gecə vaxtı gur 
tonqalın istisi və işığı onları cəlb edir. Buna görə 
də ilanların fəallaşdığı mövsümdə təhlükəsizlik 
tədbirlərinə riayət olunmalıdır. Meşəyə səfərə 
hazırlaşarkən rezin uzunboğaz ayaqqabılardan, 
ayaqları örtən üst geyimlərindən istifadə olun-
malıdır. Geyimin ayaq hissəsi qatlanıb qısa 
boğazlı ayaqqabının içərisinə salınır. Kolluqdan 
və sıx otluqdan keçmək üçün uzun əl ağacından 
istifadə oluur. 
Meşədə ilanlarla qarşılaşdıqda heç bir 
kəskin hərəkət etmək olmaz. Qanunsuz meşə 
qırmaları və yanğın zamanı zəhərli sürünənlərlə 
qarşılaşmaq ehtimalı daha da artır. Bəzi ilanların 
davranışını bilmək vacib şərtdir. Gürzə ilanı 
hücum etməzdən əvvəl bədəninin ön hissəsi 
qıvrılmaqla xəbərdarlıq edir. Belə vəziyyətdə 
olan ilanları aşkar etdikdə dərhal uzaqlaşmaq 
lazımdır. Nəzərə almaq lazımdır ki, ilanlar yalnız 
müdafiə olunaraq sancırlar.
İlan sancdıqda nə etməli? Əgər təsadüfən 
ilan sancıbsa, ilk öncə onun zəhərli olub-
olmadığı aydınlaşdırılır. Zəhərsiz ilan sancdıqda 
dərinin üzərində xırda nöqtələrdən ibarət 
2 ədəd qövsvari zolaq əmələ gəlir. Zəhərli 
ilanın dişlərinin yeri bir qədər fərqli olur. İlanın 
sancdığı nahiyədə dəridə yaranan qövsvari 
zolaqların arasında zəhər dişlərinin yerində iki 
kiçik nöqtə əmələ gəlir və yaradan qan çıxır. 
Zəhərli sürünənin hücumuna məruz qalanlara 
dərhal tibbi yardım göstərilməlidir. Bədənin 
həmin hissəsində kəskin ağrı, qızartı və şiş 
əmələ gəlir. Bir qədər sonra limfa düyünləri 
boyu qırmızı zolaqlar müşahidə olunur. Eyni 
vaxtda ağızda quruluq, susuzluq, yuxulama, 
zəiflik və baş gicəllənməsi başlayır. 
Yaraya (jqut) möhkəm sarğı qoymaq 
olmaz. Bədən nahiyəsinin sarğı ilə bağlanması 
zəhərin yayılmasına mane olmur. Qana keçən 
zəhər ani olaraq yayılır və 20-25 dəqiqədən 
sonra mərkəzi sinir sisteminə təsir göstərir. 
İlanın sancdığı nahiyədə kəskin ağrı və 
şişkinlik müşahidə olunur. Əgər ilan barmağı 
sancıbsa, çiyinə qədər qolun şişməsi baş verir 
və yaranın ətrafında dəri göyümtül-qırmızı 
rəng alır. Yaranın ətrafında toxumaların qida-
lanması pozulur. Belə vəziyyətdə möhkəm 
sarğı qoyulduqda qan dövranı pozulur və 
toxumalarda maddələr mübadiləsi zəifləyir. 
Bərk sarğı isə zəhərin yayılmasının qarşısını 
almır, əksinə əzələ toxumalarının məhv 
olmasına səbəb olur. Nəticədə ətrafların iltihabı 
baş verir və əməliyyat nəticəsində kəsilməsi 
ilə başa çatır. İlan sancmış insana spirtli içki 
vermək olmaz. Alkoqollu içkilər zəhərə heç 
bir təsir etmir, əksinə zəhərin bədəndən xaric 
edilməsinə mane olur və təsirini gücləndirir.
Təcili olaraq yaradan zəhərin sorulmasına, 
yaranı kəsib qanın axıb təmizlənməsinə çalış-
maq lazımdır. Bu halda hər şeydən əvvəl cəld 
yardım göstərib yaradan zəhərli qanı sorub 
kənara tüpürmək lazımdır. Lakin bəzi hallarda 
yaradan zəhəri sormaq və bərk sarğı qoymaq 
məsləhət görülmür. Çünki ağız nahiyyəsində 
yara vardırsa, zəhər digər insanın bədəninə 
keçə bilər. Yardım göstərən şəxs üçün bu bir 
o qədər də təhlükəli deyildir. Yaranı kəsib 
böyütmək o qədər də məsləhət görülmür. Bu 
zaman əzələlərin zədələnməsi və yoluxucu 
xəstəliklər baş verə bilər.
Bundan sonra yaraya yod məhlulu cəkilir. 
Zəhəri təmizllədikdən sonra yara olan nahiyənin 
hərəkətini məhdudlaşdırmaq lazımdır. Bunun 
üçün ilanın sancdığı ayağı salamat ayaqla birlikdə 
sarımaq və ya qolu qatlanmış vəziyyətdə tən-
ziflə sarımaq olar. Kəskin ağrını azaltmaq üçün 
1-2 ədəd ağrıkəsici həb qəbul etmək olar. Zərər 
şəkmiş insanın bədənindən zəhəri çıxarmaq 
üçün mümkün qədər çoxlu miqdarda su, çay, 
mineral sular içirtmək lazımdır.

78
İlk tibbi yardım tədbirlərindən sonra 
zərərçəkmiş insan tibb məntəqəsinə aparılır. 
Xəstə uzandırılıb mümkün qədər tez təcili yar-
dım məntəqəsinə çatdırılmalıdır. İlan zəhərinə 
qarşı zərdab vurulmalıdır. Əgər insan meşədə 
tək qalıbsa, hadisə baş verən kimi dərhal imkan 
daxilində göstərilən tədbirləri yerinə yetirib 
tibb məntəqəsinə getməlidir.
Zəhərli həşəratlar.
 Meşədə məskunlaşan 
təhlükəli həşəratlara eşşək arısı, mozalan, bal 
arısı, gənələr və s. aiddir. Çox zaman təsadüf 
və ya ehtiyatsızlıq nəticəsində insan bir neçə 
dəfə və hətta dəfələrlə arı sancmasına məruz 
qalır. Arı zəhərinə qarşı həssas orqanizm aller-
giya şəklində reaksiya verir. Hətta bəzi hal-
lar da bu hadisə ölümlə də nəticələnə bilər. 
Daha təhlükəli vəziyyət həşəratın dil və 
dodaq nahiyələrini sancması zamanı baş verir. 
Bu zaman kəskin ağrı, dəri qizartısı, hərarət 
artması, şişkinlik əmələ gəlir. Çoxlu miqdarda 
həşərat sancdıqda baş gicəllənməsi, titrətmə, 
zəiflik, baş ağrısı, ürəkbulanmaı, qusma, yük-
sək temperatur müşahidə olunur. Zəhərə 
qarşı həddindən artıq həssas orqanizmdə dəri 
səpməsi, ürəkdöyünməsi, bel və əzələ ağrısı 
yaranır. Tənəffüsün, ürək fəaliyyətinin zəifləməsi 
hallarında təcili yardım göstərilməsə, hadisə 
ölümlə nəticələnə bilər. Meşəyə səyahət edən 
insanlar müxtəlif aerozollardan, sütgülərdən 
və məlhəmlərdən istifadə edərək özlərini qan-
soran həşəratlardan qorumalıdırlar.
Meşədə gəzərkən arı, eşşək arısı, mozalan 
və digər həşəratlar sancdıqda insanın vəziyyəti 
fərdi qaydada orqanizmin həssaslığından, sanc-
ma olan nahiyədən və həşəratların sayından asılı 
olur. Hətta bir həşəratın sancması da böyük 
narahatlığa səbəb olur. İnsan ən çox baş, beyin 
və üz nahiyəsindən sancmaları ağır keçirir. Bu 
halda baş gicəllənməsi, şişkinlik, ağrı, qaşınma, 
yandırıcı təsir və istilik hiss olunur. 
Arı sancdıqda onun dəriyə sancılaraq qırı-
lan iynəsi mütləq çıxarılmalıdır. Bunun üçün 
kiçik maqqaş, iynə, bıçaq istifadə edilə bilər. 
Sonra həmin yerə soyuq suda isladılmlş sarğı, 
dəsmal qoyulur ki, zəhərin sorulması zəifləsin. 
Sancmadan sonra yaraya dərhal şəkər parçası 
qoyduqda zəhəri yaradan sorub çıxarır və köp-
mənin qarşısı alınır. Xəsarət alan insan huşunu 
itirdikdə dərhal özünə gətirmək lazımdır.
Buna görə də ilk növbədə meşədə olarkən 
geyimin örtülü olmasına fikir vermək lazımdır. 
Möhkəm, qalın parçadan tikilmiş və bədənə sıx 
geyim, baş örtüyü, uzun şalvar mütləq geyilmə-
lidir. Bədənin açıq nahiyələri həşəratlara qarşı 
xüsusi məhlulla dezinfeksiya olunmalı, hər 
1-1,5 saatdan bir geyim və bədən nəzərdən 
keçirilməlidir. 
Meşədə yayılmış təhlükəli həşəratlardan 
biri də gənədir. Bəzi gənələr çox ağır ensefalit 
- beyin iflici xəstəliyinin daşıyıcısıdır. Ağır hal-
larda hətta ölümlə nəticələnən bu xəstəlik 
həyat üçün təhlükəlidir. Gənə ensefaleti ilk 
növbədə mərkəzi sinir sisteminin pozulması ilə 
səciyyələnir. Nəticədə xəstə iflic vəziyyətinə 
düşə bilər. Xəstəlik kəskin baş ağrıları, titrətmə, 
əzginlik, ürəkbulanması, başgicəllənmə, karlıq, 
yuxusuzluq, aşağı və yuxarı ətrafların, üz 
əzələlərinin iflici ilə özünü biruzə verir. Xəstənin 
temperaturu 38°-39°C-yə qədər artır. Müalicə 
olunmadıqda xəstəlik hətta ölümlə nəticələnir. 
Bəzən xəstəlikdən sonra ağır bədən xəsarətləri 
və əlillik qalır. Boyun və kürək nahiyəsində, 
əzələlərdə ağrılar hiss olunur. Dəriyə sancılmış 
gənəni ilk 2 saat ərzində düzgün çıxarılarsa, 
xəstəlikdən yaxa qurtarmaq mümkün olur.
Gənə - qansoran həşərat növlərindəndir. 
Bu parazit həşəratlar həm də gənə borreliozu 
xəstəliyinin daşıyıcılarıdır. Borrelioz xəstəliyində 
insan orqanizminin mərkəzi sinir sistemi, ürək-

79
damar sistemi, dayaq-hərəkət sistemi zərər 
çəkir. Əzələ ağrıları, zəiflik, ümumi narahatlıq, 
əzginlik, titrətmə kimi əlamətlərlə müşayət 
olunur. Gənə dəriyə sancıldığı nahiyyədə 15-16 
sm, bəzən isə 60 sm diametrində ikirəngli şiş 
əmələ gəlir. Xəstəliyin yoluxması gənənin qan 
sorması ilə başlanır. Gənə dəriyə yapışdıqdan 
sonra 2-3 saat sonra insan üçün daha təhlükəli 
dövr başlanır. Gənə ensefalitində inkubasiya 
dövrü 7-14 gün bəzi hallarda isə 1-3 və ya 
40-60 gün ola bilər. Borrelioz xəstəliyində isə 
inkubasiya dövrü 22-32 gün olur.
Meşədə gəzərkən insan dərisinə sancılmış 
gənəni aşkar etdikdə onu qəti surətdə dartıb 
cıxarmaq olmaz. Dəriyə sancılmış gənənin 
yapış dığı nahiyə spirtlə və ya yod məhlulu ilə 
silindikdən sonra maqqaşla ehtiyatla çıxarılma-
lıdır. Əgər spirt və ya yod məhlulu yoxdursa, 
gənənin sancıldığı yerə bir neçə damcı yağlı 
məhlul və ya odekolon damızdırıb, yalnız 15-
20 dəqiqədən sonra ehtiyatla gənəni əzmədən 
çıxarmaq lazımdır. Gənə yandırılır və ya dez-
infeksiya məhlulu olan qaba salınır. Bu zaman 
həşəratın möhtəviyyatı yaraya tökülməməlidir. 
Bunun üçün başqa üsul da vardır. Sapdan ilgək 
hazırlayıb gənəyə keçirmək və sapın uclarını 
buraraq ehmallıca dartmaq lazımdır. 
Əgər gənənin başı qırılıb dəridə qalarsa, 
həmin nahiyyəni spirt məhlulu ilə təmizləyib, 
sterilizə olunmuş iynə ilə (odda közərdilmiş) 
başı çıxarmaq olar. Sonra əlləri təmiz yumaq 
lazım gəlir. Yaranı dezinfeksiya edici maddələrlə 
işləyib mütləq həkimə müraciət etmək lazımdır. 
Gənə yoxlanılmaq üçün tibbi laboratoriyaya 
təhvil verilir və yoluxuculuq qabiliyyəti təyin 
olunur. 
Bütün bunları nəzərə alaraq əlləri təmiz 
dezinfeksiya etmək lazımdır. Çünki təmiz 
yuyul madıqda infeksiya qida vasitəsiylə mədəyə 
düşə bilər. Eyni zamanda əlləri gözə, ağızın və 
burunun selikli qişasına da vurmaq olmaz. Yaranı 
təmizlədikdən sonra xəstəyə dimedrol, aspirin 
və ya analgin həbləri verilir. Daha ağır hallarda 
həbləri əzib toz halında dilin altına səpmək və 
bir qədər su əlavə edib dilin altında saxlamaq 
məsləhət görülür. Yaranın üzərinə buz qoyulur. 
İsti şirin çay, kofe qəbul edilir. Ürək döyünməsi 
zamanı validol və ya nitroqliserin həbləri qəbul 
edilir. Gənə çıxarıldıqdan sonra yardım olunan 
insan təcili tibb məntəqəsinə çatdırılmalıdır.
Bu təhlükədən qorunmaq üçün meşəyə 
gedərkən hamar materialdan tikilmiş uzunqollu 
üst geyimindən istifadə olunur. Geyim açıq 
rəngdə olmalıdır ki, üzərinə yapışan həşəratlar 
aydın görünsün. Bədənin hər tərəfi örtülü ol-
malı, ayağa corab və örtülü ayaqqabılar geyin-
mək lazımdır. Uzunqol geyimlər biləkdə və 
topuqda rezin iplə möhkəm çəkilib bağlanır. 
Hər 1-2 saatdan bir geyim diqqətlə nəzərdən 
keçirilir və üzərindəki həşəratlar kənar edilir. 
Bədənin açıq hissələri həşəratlara qarşı xüsusi 
məhlullarla işlənir. Yadda saxlayın ki, gənələr 
səhər və axşam saatlarında daha fəal olur. 
Çox isti havada və ya güclü yağışlar zamanı isə 
nisbətən fəallıqlari zəifləyir. Gənə paltarın altına 
keçdikdə bir müddət sürünərək sancmağa 
yer axtarır. Diqqətli olduqda zərərvericini çox 
asanlıqla vaxtında aşkar etmək olar.
Meşədən evə qayıdarkən üst geyimində 
evə daxil olmaq məsləhət deyil. Geyimi 
diqqətlə nəzərdən keçirib təmizləmək lazım-
dır. Meşədən çiçəklər və dərman bitkiləri gətir-

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin