93
5.2.1. Yanğın təhlükəsizliyi xidmətinin çağırılmasını yoxlamalı;
5.2.2. Yanğın təhlükəsizliyi xidməti gələnə qədər yanğının söndürülməsinə rəhbərliyi öz
üzərinə götürməli;
5.2.3. Yanğın təlükəsizliyi xidmətini qarşılamaq üçün meşədə yolları, keçidləri yaxşı
tanıyan şəxsi ayırmalı.
5.3. Yanğın zamanı könüllü yanğınsöndürmə dəstəsinin üzvləri öz aralarında bölüşdürülmüş
vəzifələri yerinə yetirirlər.
5.4. Yanğın Təhlükəsizliyi xidməti yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsinə
rəhbərlik edən şəxs yanğın təhlükəsizliyi xidmətinin yüksək vəzifəli şəxsinə yanğın haqqında
məlumat verməlidir (yanğının mənbəyi, yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında
məlumat).
5.5. Meşədə baş vermiş hər bir yanğın faktı üzrə Meşə Mühafizəsi və Bərpası müəssisəsinin
nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı
və belə halların təkrar olunması ehtimalını aradan qaldıran profilaktiki tədbirlər həyata
keçirməlidirlər.
6. Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət
6.1.
Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə:
6.1.1. Odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə
və ya qismən yandırılmasına, habelə bu qaydada göstərilmiş yanğın təhlükəsizliyi
tələblərinin pozulmasına, bununla da meşə yanğını törədilməsinə, yaxud onun
geniş sahəyə yayılmasına görə təşkilati hüquqi və mülkiyyət formasından asılı
olmayaraq idarə, müəssisə və təşkilatlar, vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən, müvafiq məsuliyyət daşıyırlar;
6.1.2. Bu Qaydaların 6.1.1 yarımbəndini pozan vətəndaşlar və vəzifəli şəxslərin
hərəkətlərində cinayət tərkibi olarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun
olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
6.2.
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydalarını pozan təşkilat, idarə,
vətəndaş və vəzifəli şəxslərin cərimə verməsi onları dəyən ziyanın bərpa edilməsindən azad
etmir.
6.3.
Bu Qaydaların tələblərinin pozulması qanunvericiliklə nəzərdə tutulan məsuliyyətə səbəb
olur.
Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ
Aktlarının Bülletenində dərc edilmişdir (№ 5, 2003-cü il, s. 3)
(«VES Consultancy» LLC).
94
Əlavə 2
Meşə Mühafizəsi və Bərpası müəssisəsində tələb olunan yanğınsöndürmə
texnikası və vasitələrinin
Siyahısı
Sıra sayı Yanğının söndürülməsində istifadə
olunan texnika və vasitələrin adları Ölçü vahidi
Meşə mühafizəsi
və bərpası
müəssisəsində
Qeyd
1
2
3
4
5
1
Yanğınsöndürən avtomobil
ədəd
1
2
Motopompa
—
2
3
Səyyar radiostansiya
—
5
4
Kimyəvi odsöndürənlər
—
10
5
Yanğın şlanqı
m-lə
500
6
Yanacaqla işləyən odun kəsən
ədəd
2
7
Bel
—
30
8
Çalğı
—
—
9
Dırmıx
—
10
10
Əlcək
—
50
11
Vedrə
—
10
12
Yanğın lövhəsi (şit)
—
2
13
Balta
—
10
14
Qoruyucu eynək
—
30
15
Xüsusi geyim
—
10
16
İlk tibbi yardım çantası
—
10
© VES Consultancy LLC
95
Əlavə 3
Yanğın təhlükəsizliyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI QANUNU
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1.
Qanunda istifadə olunan əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1)
yanğın — maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər
yetirən nəzarətsiz yanmadır;
2)
yanğından mühafizə — yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili,
bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə
orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur; [1]
3)
yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların
tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin
xüsusi növüdür; [2]
4)
yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat
tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin,
binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış
məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının
aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların
həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin
insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında
məhv olmaqdan qorumalıdır; [3]
5)
yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki
xarakterli xüsusi şərtdir;
6)
yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə
yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir;
7)
yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla mübarizəyə yönəldilmiş
qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki
xarakterli tədbirlərin məcmusudur;
8)
yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq
və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və
binaların (ərazilərin) sazlanması qaydasıdır;
9)
yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən
yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir;
10) yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə, yanğınların
söndürülməsinə yönəldilmiş əməliyyatlardır;
11)
yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın
xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün
yanğından mühafizənin apardığı operativ əməliyyatdır;
96
12)
yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin edilməsi üçün
nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə
texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından
qoruyan maddələr, xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar
üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər
vasitələridir;
13)
yanğından mühafizə qarnizonu-müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə
orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris
müəssisələrinin məcmusudur.
Maddə 2.
Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının, milli sərvətlərin,
mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən dövlət yanğından
mühafizə və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını vəprinsiplərini müəyyən edir.
[4]
Bu Qanun yanğınların törənməsi və yayılması səbəblərinin və şəraitinin aradan qaldırılmasında
dövlət orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların; eləcə də
vətəndaşların iştirakına hüquqi zəmin yaradılması, yanğınların qarşısının alınması və söndürülməsi,
insanların həyatının və sağlamlığının mühafizəsi, mülkiyyətin bütün növlərinin və vətəndaşların şəxsi
əmlakının, təbii sərvətlərin yanğında məhv olmaqdan qorunması, habelə bu sahədə qanunçuluğun
möhkəmləndirilməsi üzrə ictimai münasibətləri nizama salır.
Maddə 3.
Yanğın təhlükəsizliyi haqqında qanunvericilik
Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından,
bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 4.
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlər [5]
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll
etdiyi məsələlərə aşağıdakılar aiddir:
1)
yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi;
2)
respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və
maliyyələşdirilməsi;
3)
dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın
təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarət
olunması;
4)
dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması
xərclərinin planlaşdırılması və icrası;
5)
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə orqanlarının,
bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv edilməsi;
97
6)
dövlət yanğın nəzarətinin təşkili;
7)
yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin müəyyənləşdirilməsi, o
cümlədən yanğınsöndürmə texnikası məhsulunun istehsalının və satın alınmasının,
habelə əhalinin yanğınlar ilə mübarizədə iştirakının sosial və iqtisadi cəhətdən
həvəsləndirilməsi;
8)
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından və yanğın nəzarəti qurumları
əməkdaşlarının sayının müəyyənləşdirilməsi;
9)
yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan
yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısının
müəyyənləşdirilməsi;
10)
dövlət ehtiyacları üçün, o cümlədən müdafiə sifarişi üzrə yanğınsöndürmə texnikası
məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi həcmlərinin təsdiq
edilməsi;
11)
dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların nəticələrinin
statistika uçotu sistemlərinin yaradılması;
12)
mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi prinsiplərinin
və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik tapşırıqlarının
müəyyənləşdirilməsi;
13)
yanğından və yanğın nəzarəti qurumları üçün kadrların hazırlanmasının, yenidən hazırlıq
keçməsinin və ixtisasının artırılmasının təşkili;
14)
yanğından mühafizə və yanğın nəzarəti qurumları əməkdaşları üçün fərqləndirmə
nişanlarının və geyim formasının müəyyənləşdirilməsi; [6]
15)
yanğından və yanğın nəzarəti qurumları şəxsi heyətinin, ehtiyatda (istefada) olan
şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsi tədbirlərinin həyata
keçirilməsi; [7]
16)
yanğından mühafizə fondlarının yaradılmasına və fəaliyyətinə kömək göstərilməsi;
17)
dövlət büdcəsinin vəsaiti hesabına yanğın təhlükəsizliyi, o cümlədən yanğından
mühafizənin saxlanması xərcləri hissəsinin işlənib hazırlanması, təsdiq və icra olunması;
18)
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti
qurumlarının Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
yaradılması, yenidən təşkili və ləğv edilməsi; [8]
19)
yerli məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və
maliyyələşdirilməsi;
20)
əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların qarşısının alınmasına
və söndürülməsinə cəlb edilməsi.
Maddə 5.
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq
icra hakimiyyəti orqanlarının vəzifələri
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının
aşağıdakı vəzifələri vardır:
1)
tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin
işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;
2)
müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilmiş yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;
98
3)
yanğından mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək
göstərmək;
4)
yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin
öyrədilməsini təşkil etmək;
5)
hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar
tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə
ciddi riayət olunmasını təmin etmək;
6)
yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə
yetirilməsini təmin etmək;
5)
hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar
tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə
ciddi riayət olunmasını təmin etmək;
6)
yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə
yetirilməsini təmin etmək;
7)
müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilən dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq; [9]
8)
əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.
Maddə 6.
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin
hüquq və vəzifələri
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları vardır:
1)
öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş
qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək;
2)
müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər
vermək;
3)
müəssisələrdə yanğınların baş verməsi səbəblərinin müəyyən edilməsi və müvafiq
tədbirlərin görülməsi sahəsində iş aparmaq; [10]
4)
yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi
tədbirlərini müəyyənləşdirmək;
5)
yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır:
1)
yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının vəzifəli şəxslərinin
göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
2)
yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata
keçirmək;
3)
yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini
öyrətmək;
4)
yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə
vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol
verməmək;
5)
yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə
tutulmuş qaydada yaratmaq və saxlamaq;
99
6)
yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini
müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və
yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə
və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; [11]
7)
müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə
əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və
yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri
qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət
yerləri vermək;
8)
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin
vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara,
qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;
9)
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin
vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o
cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş
vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;
10)
yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və
girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək.
Maddə 7.
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır:
1)
yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi;
2)
yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada ödənilməsi;
3)
sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində
iştirakı;
4)
yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır:
1)
yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək;
2)
öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində
yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə
vasitələri vəyanğına qarşı inventar saxlamaq;
3)
yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək;
4)
yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını
söndürmək üçün mümkün tədbirlər görmək;
5)
yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək;
6)
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq
qurumlarının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini
yerinə yetirmək;
7)
onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi
tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını
100
almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. [12]
II fəsil
YANĞINDAN MÜHAFİZƏ
Maddə 8.
Azərbaycan Respublikasının yanğından mühafizə sistemi və onun
əsas vəzifələri
Azərbaycan Respublikasının yanğından mühafizə sistemi aşağıdakı növlərdən ibarətdir:
1)
dövlət yanğından mühafizə;
2)
idarədənkənar yanğından mühafizə;
3)
könüllü yanğından mühafizə.
Azərbaycan Respublikasının yanğından mühafizə sisteminin əsas vəzifələri:
1)
yanğının qarşısının alınmasının və profilaktikasının təşkili;
2)
insanların xilas edilməsi və yanğınların söndürülməsi.
Yanğından mühafizə bölmələrinin münaqişələrin və kütləvi iğtişaşların qarşısının alınması və
aradan qaldırılması tədbirlərinə cəlb edilməsi qadağandır.
Maddə 9.
Dövlət yanğından mühafizə
Dövlət yanğından mühafizə yanğından mühafizə sisteminin əsas növü olmaqla Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:
1)
yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanmasını və həyata
keçirilməsini təşkil edir;
2)
Azərbaycan Respublikasında Dövlət yanğın nəzarətini aparır;
3)
şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından
mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil edir və yerinə yetirir;
4)
yanğınların söndürülməsini təmin edir;
5)
yanğın təhlükəsizliyi sahəsində vahid elmi-texniki siyasəti işləyib hazırlayır və onun
tətbiqini təşkil edir;
6)
yanğından mühafizə üçün kadrların hazırlanmasını, yenidən hazırlıq keçməsini və
ixtisasını artırmasını təmin edir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının
yanğından mühafizə sisteminə başçılıq edir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının
ərazisində dövlət yanğın nəzarəti səlahiyyətlərinə malik olmaqla yanğınsöndürmə texnikası
məhsulunun dövlət sifarişlərini verir və bu texnikaya dair tələbləri müəyyənləşdirir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının təşkilini,
yenidən təşkilini, ləğv olunmasını, saxlanılmasını, strukturunu və fəaliyyət qaydasını Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. [13]
101
Maddə 10.
İdarədənkənar yanğından mühafizə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında, mülkiyyət formasından
asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanında qeydiyyatdan keçməklə yanğından mühafizə işlərini həyata keçirən xüsusi
bölmələr yaradıla bilər. Onların təşkilat strukturu və maliyyələşdirilmə qaydaları təsisçi tərəfindən
müəyyən edilir.
İdarədənkənar yanğından mühafizə bölmələri bu Qanuna uyğun olaraq hazırlanmış, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və tabe olduqları yuxarı orqanların
rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərirlər. [14]
Maddə 11.
Könüllü yanğından mühafizə [15]
Yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının
alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə fəhlələr, qulluqçular,
mühəndis-texniki işçilər və başqa vətəndaşlar sırasından könüllü yanğınsöndürmədəstələri
(komandaları) yaradıla bilər. Onlar haqqında Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı təsdiq edir.
Könüllü yanğınsöndürmə dəstələri (komandaları) üzvlərinin yanğının və ya qəzanın nəticələrinin
aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin keçirilməsində iştirak
etmələri, habelə tədris hazırlığı və növbə çəkmələri üçün ödəniş müvafiq icra hakimiyyəti
Dostları ilə paylaş: |