dikdə də təsadüfən təhlükəli gənələr evə daxil
ola bilərlər.
Meşədə gəzərkən zəhərli həşəratların
təsa
düf olunduqları ağac koğuşundan, qaya
çatlarından, yuvalardan, quru otlardan və daşlar-
dan kənar olmaq məsləhətdir. Yoxlanmamış,
tanış olmayan ərazidə torpağın üzərində uzanıb
yatmaq olmaz. Xüsusilə, uşaqlar ciddi nəzarət
altında olmalıdırlar. Uşaqlarla istirahət zamanı,
yay düşərgələrində meşənin açıq sahələri əv-
vəl
cədən nəzərdən keçirilir və sahə xüsusi
preparatlarla zərərsizləşdirilir.
80
Zəhərlənmə təhlükəsi
Qida ilə zəhərlənmə.
Bəzən turistlər və
istirahətə gedən insanlar meşəyə gedərkən
azuqə ehtiyatını düzgün seçmir və keyfiyyətsiz
ərzaq məhsullarından istifadə edir. Ən çox
heyvan mənşəli məhsullardan (ət, balıq, kolbasa,
sosislər, konservləşdirilmiş ət məhsulları, süd
və süd məhsulları) ağır zəhərlənmə halları baş
verir.
Meşəyə gedərkən ərzaq təhcizatına xüsusi
diqqət yetirilməlidir. Bu zaman aparılan bütün
qida məhsulları yüksək keyfiyyətli olmalıdır.
Keyfiyyətsiz ət və ət məhsulları ağır qida zəhər-
lənmələrinə səbəb olur, köhnəlmiş məh
sul-
lardakı mikroblar və onların həyat fəaliyyəti
nəticəsi olan toksinlər zəhərlənməyə gətirib
çıxarır. Qida düzgün saxlanmadıqda və hazır-
lanma texnologiyası pozulduqda qidalanma
üçün təhlükəli məhsula çevrilir. Ərzaq məh-
sul
larının isti yay günlərində saxlanma və
hazır lanma qaydaları pozulduqda da təhlükəli
toksinlər əmələ gətirir. Bu baxımdan ət və
balıqdan hazırlanmış yarımfabrikat məhsullar
daha təhlükəlidir.
Zəhərlənmənin ilk əlamətləri qidanin
qəbulun
dan 2-4 saat sonra başlanır. Qida
zəhərlənməsi kəskin zəiflik, ümumi halsızlıq,
ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin
ağrılar, mədə ağrısı və ishal ilə özünü biruzə
verir. Qan təyziqi aşağı düşür, nəbz zəifliyir,
temperatur yüksəlir. Belə belə vəziyyətdə
xəstədə ürək-damar çatışmazlığı nəticəsində
ölüm hallarıda baş verə bilər. İlk tibbi yardım
üsulu olaraq mədənin coxlu miqdarda su ilə
yuyulması və xəstənin yediyinin qaytarılması
məsləhətdir. Bütün zəhərli qida qalıqları bədən-
dən kənar edilir. Sonra xəstə yatağa uzandırılır,
ayaqlarına isti corab geyindirilib, isti, açıq rəngli
çay və ya qəhvə verilir. Qidalanma bir müddət
dayandırılır və xəstə tibb məntəqəsinə çatdırılır.
Xəstəliyin ilk mərhələsini bəzən qidanın
keyfiyyətsiz olması ilə əlaqələndirib, o qədər
də əhəmiyyət vermirlər. Lakin ağır zəhər-
lənmənin əlamətləri getdikcə arta bilər, ürək
döyüntüsünün artması və ya zəifləməsi, qan
təzyiqinin azalması, dərinin ağarması, susuz-
luğun artması, 38-400 C hərarət müşahidə
olunur. Belə xəstələrdə ürək-damar çatışmazlığı
sürətlə yayılır, əzələ iflici əmələ gəlir və bəzi
hallarda ölüm hadisəsi baş verir. Xəstəliyin ilk
əlamətləri müşahidə olunan zaman, qidanın
qəbulundan 2-4 saat sonra dərhal yardım
göstərilməlidir. Nadir hallarda zəhərlənmə 18-
24 saatdan sonra üzə çıxır.
Ağır zəhərlənmə nəticəsində botulizm adlı
çox ağır bir xəstəliyə də yoluxmaq mümkündür.
Bakteriyalarla yoluxmuş ərzaq məhsulları ilə
qida landıqda insan bu xəstəliyə məruz qalır.
Hisə verilmiş balıq, ət və ət məhsulları, kol-
basa və yüksək temperaturda işlənməmiş
kon
servləşdirilmiş qida məhsulları xəstəlik
mən
bəyi ola bilər. Xəstəlik 12-24 saatdan
sonra baş ağrısı, baş gicəllənməsi, ümumi
zəiflik, ishal ilə müşayət olunur. Mərkəzi sinir
sisteminə təsir edərək (çəpgözlük, üst göz
qapaqlarınn şişməsinə, səsin zəifləməsinə və s.)
bir sıra fəsadlara səbəb olur. İlk yardım vaxtında
göstərilməsə, 5 sutka ərzində xəstə baş beyinin
iflic olması nəticəsində məhv ola bilər. Belə
xəstələrə zəhərlənməyə qarşı xüsusi zərdab
vurmaq və təcili həkimə çatdırmaq lazımdır.
Meşədə göbələklə zəhərlənmə hallarına
tez-tez təsadüf olunur. Yadda saxlamaq lazım-
dır ki, meşədə yeməli göbələklərlə yanaşı,
olduqca oxşar zəhərli göbələklərdə bitir.
Buna görə də yeməli və zəhərli göbələkləri
secməyi bacarmayan insanlar ehtiyatlı olmalı,
xüsusilə uşaqları göbələk toplamaqdan çəkin-
dirməlidirlər. Milçəkqapan, yalançı tülkiqulağı,
yalançı kötük göbələyi və s. olduqca zəhərli
göbələk növləridir.
Zəhərlənmənin əlamətləri bir neçə saatdan
sonra biruzə verir. Ümumi zəiflik, ağız şirəsinin
həddindən artıq ifrazı, ürək bulanma, qusma,
mədə ağrısı, baş ağrısı baş verir. Tezliklə mər-
kəzi sinir sistemi, dayaq-hərəkət sistemi sıradan
cıxır. İlk tibbi yardım üsulu olaraq zəif kalisium-
81
permanqanat məhlulu ilə mədə yuyulur və
məhlula aktivləşdirilmiş kömür və ya karbolen
əlavə edilir. Təcili olaraq xəstə tibb məntəqəsinə
çatdırılır.
Yadda saxlamaq lazımdır ki, bəzən göbələk-
ləri qaynatdıqda belə tərkibində zəhərli maddə-
lər qalır. Belə göbələklə qidlandıqdan 1,5-2,5
saat sonra zəhərlənmə əlamətləri üzə çıxır.
Ürəkbulanması, ümumi zəiflik, bol tüpürcək
ifrazı, qusma halları, mədə və baş ağrısı, baş
gicəllənməsi baş verir. Güclü zəhərlənmə
zamanı gözün zəifləməsi, əzələlərin qıc olması,
yuxulamaq, laqeydliklə əvəz olunur. Daha sonra
bədənin hərarəti aşağı düşür, göz bəbəkləri və
dəri saralır.
Vaxtında yardım göstərilməsə zəhərlənmə
ölümlə nəticələnə bilər. İlk tibbi yardım
kimi xəstəyə ardıcıl olaraq 5-6 stəkan su
və ya süd içirilir. Sonra qaşıqla dilin yuxarı
hissəsinə toxunaraq qusdurulur. 3-5 dəfə
tək
rar olunmaqla mədə təmizlənir. Xəstə
yatağa uzadılıb, ayaqlarına və əllərinə isti
qızdırıcı qoyulur. İsti çay verməklə bəzi həblər
vasitəsilə ishal yaratmaqla mədə təmizlənir
(1 xörək qaşığı gənəgərçək yağı və ya 30-40
ml 33%-li maqnezium-kükürd oksid məhlulu
verilir). Arterial təzyiqi aşağı olan insanlara
işlədici dərmanları ehtiyatla vermək lazımdır
ki, orqanizm suyu çox itirməsin. Buna görə
də xəstəni xilas etmək üçün ilk tibbi yardımın
böyük əhəmiyyəti vardır.
Meşədə bitən bəzi bitkilərin zəhərli meyvə ləri insan üçün təhlükəlidir:
• Аdi gərməşоv - Viburnum lantana L.
• Qаfqаz хədicəgülü - Galanthus caucasicus (Baker) Grossh.
• Qızılçubuq qızıl səbət - Solidago virgaurea L.
• Hirкаn şümşadı - Buxus hyrcana Pojark.
• Аvrоpа gərməşоvu - Euonymus europaea L.
• Hаmаr güyənə - Polygonatum glaberrimum C.Koch
• Erкəк аyıdöşəyi - Dryopteris filix-mas (L.) Schott
• Uzunbuynuzcuqlu südləyən - Euphorbia macroceras Fisch.et C.A.Mey.
• Ziyilоtu - Chelidonium majus L.
• Şərq кəpənəкçiçəyi - Aconitum orientale Mill.
• Аyıqulаğı кеçiqulаğı - Verbascum thapsus L.
• Qаfqаz хаnımоtu - Atropa caucasica Kreyer
• Qаfqаz cаnаvаrgiləsi - Daphne caucasica Pall.
• Pаslı üsкüкоtu - Digitalis ferruginea L.
• Оtvаri gəndəlаş - Sambucus ebulus L.
Belə bitkiləri tanımaq və xüsusilə uşaqları
məlumatlandırmaq vacibdir. Ümumiyyətlə, tə-
biətin qoynunda uşaqları nəzarətsiz qoymaq
olmaz.
Dəm qazı ilə zəhərlənmə.
Bəzi hallarda
meşə yanğınları zamanı təhlükəli ərazidə qalan
insanlar tüstünün əhatəsində əmələ gələn dəm
qazı ilə zəhərlənə bilər. Bu halda insanda baş
ağrısı, zəiflik, qusma, yuxulama, təngnəfəslik,
dərinin ağarması, qıcolma baş verir. Bu halda
meşə yanğının əhatəsindən çıxmaq mümkün
deyilsə, dərhal torpağın üzərinə uzanmalı,
ağızı və burunu yaş dəsmalla örtmək lazımdır.
Hava çatışmazlığından əziyyət çəkən insanları
yanğın yerindən uzaqlaşdırmaq hətta süni nəfəs
verməklə tənəffüsü bərpa etmək lazımdır.
Ehtiyac olduqda ürək nahiyəsi massaj edilir, ağız
və udlaq yad cisimlərdən təmizlənir. Bədəni
ovmaqla və bədəni isitməklə yanaşı naşatır
spirti iylədilir. Dərhal həkimə müraciət etmək
lazımdır.
Kimyəvi maddələrlə zəhərlənmə.
Bəzi
hallarda meşə yaxınlığında əkin sahələrinin
gübrələnməsi və zərərvericilərə qarşı kimyəvi
82
preparatların istifadəsi zəhərli çirklən
dirici-
lərin yayılmasına səbəb olur. Alaqlar və zərər-
vericilərlə mübarizədə istifadə olunan kimyəvi
maddələr meşənin canlı aləmi üçün böyük
təhlükədir. Təsadüf nəticəsində bu maddələrin
meşədəki giləmeyvələrə, göbələklər və dərman
bitkilərinə sirayət etməsi insanların, meşə
heyvanlarının zəhərlənməsinə səbəb olur. 15-
60 dəqiqə ərzində zəhərlənmə yayılıb, hətta
ölümlə nəticələnə bilər. Xəsarət alan insan baş
gicəllənməsindən, tərlənmədən, baş ağrısından,
gözün zəifləməsindən, qusmadan əziyyət
çəkir. Aşağı ətrafların qıc olması, əzələ iflici
və tənəffüsün dayanması baş verə bilər. Təcili
olaraq zəhərlənmiş insanın mədəsi yuyulub
təmizlənir. Meşədə dərman saxlanılan çantaya
nəzarət etmək və onu uşaqlardan kənarda
saxlamaq lazımdır. Təsadüfən, azyaşlı uşaqlar
dərman həblərini udub zəhərlənə bilərlər.
Meşə və tullantılar
Meşənin qeyri-adi və füsunkar aləmindən
zövq alan insanlar bəzən buranı tərk edərkən
özləri ilə gətirdikləri əşyaları və tullantıları
unudurlar. İl ərzində meşələrə nə qədər in-
sanın səyahət etməsini nəzərə alsaq, məişət
tullantılarının acınacaqlı fəsadlarını təsəvvür
etmək olar. Ekosistem üçün yad olan müxtəlif
mənşəli tullantıların ətraf mühitə zərərli təsiri
hamıya məlumdur. Plastik qablar, polietilen
məmulatlar bitki və heyvanat aləmi üçün böyük
təhlükə yaradır. İstirahət yerlərində atılıb qalmış
siqaret kötüklərinin tərkibindəki nikotin meşə
döşənəyindəki mikroorqanizmləri məhv edir.
Çay və göllərə atılan siqaretlər balıqlar
tərəfindən udulur və beləliklə zəhərli maddələr
qida zəncirinə daxil olur. Belə balıqla qidalanan
insanlar zəhərli maddələrin təsiri nəticəsində
sağlamlıqlarını itirirlər. Yaxşı olar ki, istirahət
vaxtı bir dəfəlik plastik qablardan deyil, adi
yemək qablarından istifadə olunsun. Meşəni
tərk edərkən bütün qablar yığışdırılıb aparılsın.
Əgər bir dəfəlik qablar kartondan hazırlanıbsa,
xəndək qazaraq onları basdırmaq olar.
Qida zəncirində canlıların qidalanması
zamanı bir orqanizmdən digərinə ötürülən
zəhərli maddələrin qatılığı 10 dəfə, bəzən də
100 dəfə artır (məs; ot-dovşan-tülkü-canavar).
Belə olduqda insanlar ətraf mühiti tullantılarla
çirkləndirməklə son nəticədə öz sağlamlıqlarına
zərər yetirirlər. Əlbəttə, qida qalıqları meşə
sakinlərinin böyük sevincinə səbəb ola bilər.
Lakin tullantı çox olduqda, yaxşı olar ki,
artıq ərzaq məhsulları xəndəkdə basdırılsın.
Polietilen butulkalar, dəmir qablar, şüşə qablar
xüsusi paketlərə toplanaraq meşədən kənara
çıxarılır və təyin olunmuş yerə daşınır. Müxtəlif
batareyalar və akkumlyatorları atmaq olmaz.
Sizə lazım olmayan əşyaları və ya geyimi
meşədə unutmayın.
Bəzən turistlər bulaşıq qabları yumaq üçün
yuycu tozlardan və ya məhlullardan istifadə
edirlər. Təbiətin saf bulaqlarına və çaylarına
axıdılan bu kimyəvi maddələr canlılar üçün
çox təhlükəlidir. Həm də suların çirklənməsinə
səbəb olur. Yaxşı olar ki, bu halda qablar
torpaqla, yarpaqlarla və ya küllə təmizlənsin.
Təbiətə axıdılan toksik maddələr geri dönməyən
dəyişikliklərə səbəb ola bilər.
İnsanın öz sağlamlığı kimi meşədə yaşayan
hər bir canlının da sağlamlığı mühit şəraitindən
asılıdır. Hər şeydən öncə sağlam ətraf mühit
sağlam həyatın əsasıdır. İnsan öz sağlamlığının
qayğısına qaldığı kimi meşə sakinlərinin də
sağlam həyatının qayğısına qalmalıdır. Meşəyə
istirahətə və səyahətə gələnlər tullantıların
ətraf mühitə zərərini anlamalı və meşəni bu
zərərli təsirlərdən qorumalıdır. Əgər meşəni
hər gəlişinizdə valehedici və gözəl görmək
istəyirsinizsə, məişət tullantılarının toplanıb
daşınmasını təşkil etməlisiniz.
83
Meşədə atılıb qalan plastik qablar və
polietilen paketlər 100 illər ərzində çürümür,
onların tərkibindəki zəhərli kimyəvi maddələr
torpağı, suyu, havanı çirkləndirərək meşənin
normal həyatına mane olur. Məişət tullantıları
bəzən heyvanların zəhərlənməsinə və məhv
olmasına gətirib çıxarır. Konserv qutularının iti
kənarı, şüşə qırıntıları heyvanların pəncələrini
kəsib yaralayır.
Meşəyə gələn insanların dayanacaq yerləri
çox zaman müxtəlif tullantılarla diqqəti
cəlb edir. Tullantıları necə toplamağın lazım
olduğuna hər kəs qabaqcadan qərar verməlidir.
Polietilen, plastik materiallardan ibarət tullantı-
ları yandırmaq qətiyyən olmaz. Meşədə heç bir
tullantını və ya yad cisimləri atmaq olmaz. Bütün
tullantıları yığıb şəhərə aparmaq və xüsusi
yerlərə atmaq olar. Əgər bütün tullantıları yığıb
aparmaq mümkün deyilsə, asanlıqla çürüyüb
topağa qarışan üzvü mənşəli tullantıları çala
qazıb basdırmaq lazımdır.
Turistlər və meşə istifadəçiləri meşənin və
özlərinin təhlükəsizliyini təmin etmək üçün
rast gəldikləri bütün tullantıları toplamaqla
böyük fayda verə bilərlər. Hər kəs meşənin
təmizliyinin qayğısına qalarsa, növbəti yürüş
zamanı mənalı və sağlam istirahətdən zövq
almaq şansı əldə edə bilər.
Ümumiyyətlə, hər kəs meşə sahəsinin
təmizliyinə riayət edib, tullantılardan təmiz lə-
məklə növbəti dəfə artıq təmiz yerdə istirahət
etmək şansını əldə edə bilər. Təbiətdə polietilen
və plastik materialların parçalanmasını surət-
ləndirən laboratoriyalar və digər mikro-
orqanizm lər olmadığına görə onların çürüməsi
üçün on illər, bəzən də yüz illər tələb olunur.
“Tullantısız həyat” prinsipinə əməl edərək
meşəni görmək istədiyiniz vəziyyətdə qoyub
gedin və təmizliyə riayət edin. Təbiətə vurulan
zərbələr son nəticədə insan həyatına da neqativ
təsir göstərir. Meşənin təmizliyi həm də bizim
sağlamlığımızdır!
Ekoloji cığırda davranış qaydaları
1. Ekoloji cığırda hərəkət edərkən qoruq
rejimi qaydalarına uyğun olaraq davran-
maq lazımdır.
2. İstənilən quru və su bitkilərini qırmaq,
ilbizləri toplamaq, həşərat kolleksiyası
hazırlamaq qadağandır.
3. Ekoloji cığırda rast gəlinən cəlb edici
daş
ları, arxeoloji tapıntıları və digər
təbiət suvenirlərini toplamaq olmaz.
4. Meşədə yalnız xüsusi təyin olunmuş
yer lərdə tonqal qalamağa və siqaret
çəkməyə icazə verilir.
5. Tonqal yandırarkən odla ehityatla dav-
ran malı, təhlükəsizlik qaydalarına riayət
etmək lazımdır.
6. Ekoloji cığırda ucadan musiqi səs lən-
dirmək olmaz. Maqnitofon və diktofon-
lara yalnız təbiətin səsini yazmaq olar.
7. Ekoloji cığırda ekskursiya zamanı it və
yaxud pişik aparmaq olmaz. Cığırda
təsadüf olunan tükənməkdə olan bitki
və heyvan növlərinin yaşayış məs kən-
lərini ev heyvanlarının xüsusi marağın-
dan qorunmaq lazımdır.
8. Ekoloji cığırla hərəkət zamanı məişət
tullantıları ətrafa atmaq qətiyyən yara-
maz. Meşənin estetik görünüşünü pozan
tullantılar istirahətə gələnlərin əhval-
ruhiyyəsinə də mənfi təsir göstərir.
9. Ekoloji cığırdan kənara çıxmaq qadağan-
dır. Bu zaman təsadüfən incə bitki-
ləri zədələmək, nadir heyvanları na-
rahat etməklə təbiətin ahəngini poza
bilərsiniz.
10. Ekoloji cığırdan kənardan quş yuvalarına
əl vurmaq, heyvanların balalarını hür-
küt mək olmaz.
84
Meşədə etik qaydalar
1. Meşədə səs-küy salmayın, canlıları hür-
kütməyin.
2. Quş yuvalarına yaxınlaşmayın, insanın
izlərini hiss edən ana quş balalarını atıb
gedə bilər.
3. Yuvadakı yumurtaları kolleksiya üçün
götürməyin.
4. Yuvadan düşən balaları evə aparmayın,
yaxşısı budur ki, yenidən qaytarıb yuvaya
qoyasınız.
5. Ağacların budaqlarını qırmayın, onlar
canlıdır, lakin öz etirazını bildirməkdə
acizdirlər.
6. Xoşunuza gələn kəpənəyi və ya böcəyi
tutmayın, bəlkə də bu yer üzərində həmin
növün sonuncu nümayəndəsidir.
7. Çiçəkləri dərməyin, qoy onlar meşədə
çiçəkləyərək dünyamızı gözəllikləri və
ətirləri ilə bəzəsinlər.
8. Dərman bitkiləri tədarük edərkən hər bir
növdən olan sağlam çiçəkləyən və toxum
verən bitkiləri qoruyub sax la maq lazımdır.
9. Qarışqa yuvalarını dağıtmayın-qarış qa lar
meşələrin sanitarlarıdır.
10. Suda-quruda yaşayanları, xüsusən qur bağa-
ları məhv etməyin-dünyada fayda
sız və
eybəcər canlı yoxdur.
11. Zəhərli göbələkləri ayaqlarınızla tap dayıb
məhv etməyin, onlar bəzən meşə heyvan-
larının xəstəliklərini müalicə edirlər.
12. Ağac və kolların yaxınlığında od qalama-
yın, tonqalı təhlükəsizlik qaydalarına uyğun
olaraq qalayın.
13. Tonqalı istifadə etdikdən sonra mütləq su
ilə söndürün.
14. Meşəni tullantılardan qoruyun, zibillən miş
meşəyə heç kim gəlmək istəməz. Bundan
əlavə:
- çürüyən tullantıların ağır qoxusu olur;
- kağız tullantılar günəş şüasının təsiri
altında yana bilər;
- sellofan və polietilen paket uzun müd-
dət çürüməyərək, bitkilərin inkişafına
mane olur və hava buraxmır;
- konserv qutuları heyvanların pəncə-
lə rini yaralaya bilər və kiçik heyvanlar
üçün tələyə çevrilər;
- şüşə qabların qırıntıları heyvanların
pəncə lərini zədələməklə bərabər günəş-
li hava da linza kimi günəş şüalarını top-
lamaq la meşə yanğını törədə bilər.
15. Meşədə dayanacaq yerlərinizi növbəti
səfərdə görmək istədiyiniz vəziyyətdə
qoyub gedin.
16. Su hövzələrini tullantılarla çirkləndir məyin.
Meşədəki bulaqlar, çaylar, göllər sizi içməli
su ilə təmin edir.
Fövqəladə hallar zamanı ilk tibbi yardım üsulları
İldırım vuran zaman ilk tibbi yardım.
Yaz-
ya aylarında dağ meşələrində göy gurultusu və
ildırım çaxması adi təbiət hadisələrindən biridir.
İsti hava axını dağların başına qalxaraq soyuyur
və rütubətin buxarlanması nəticəsində ağır
qara buludlar əmələ gəlir. Meşənin içərisində
insana şimşək çaxması çox nadir hallarda
zərər yetirə bilər. Daha çox meşə talasında və
meşənin yaxınlığındakı açıq ərazilərdə ehtiyatlı
olmaq lazımdır. Bu zaman açıq meşə talasında
85
və ya dağ başında olan insan şimşək çaxması
nəticəsində elektrik cərəyanının qurbanı ola
bilər. Buna görə də ildırımdan qorunmaq üçün
müəyyən qaydaları bilmək vacibdir.
Nadir hallarda elektrik cərəyanı insana
birbaşa təsir edir. Əsasən ildırım insanın
yaxınlığında olan ağaclara və hündür qayalara
düşür. Buna görə də şimşəkdən qorunmaq üçün
təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.
İldırım çaxan zaman hündürlükdən və qurumuş
tək-tək ağaclardan uzaqlaşmaq lazımdır. Əgər
insan sudadırsa, dərhal sahilə çıxmalıdır. Qaya-
ların dibində, mağaranın girəcəyində gizlənmək
olmaz. Daşlı-çınqıllı və qumlu torpaqda gəzmək
gilli torpağa nisbətən daha təhlükəsizdir.
Bəzən ildırımdan əvvəl insan onun baş
verəcəyini qabaqcadan duya bilir. İnsan əlini
torpağın üzərinə qoyduqda mühitin elektrik
potensialının dəyişməsi nəticəsində ovucun
içində, ayaqların altında yüngül sancmalar hiss
edir. Bir qədər sonra ionlaşmış havada yüngül
çırtıltı səsləri eşıdılır, insanın saçı elektriklənir,
barmaqlarında, burunun ucunda və qulağın
sırğalığında sancmalar hiss olunur.
Şimşək çaxan zaman atmosferin güclü
elektriklənməsi nəticəsində müəyyən məsafə-
də olan canlı obyektlərə xəsarət toxuna bilər.
Saniyədə 100000 km məsafə sürətlə yayıla
bilən şimşəyin elektrik cərəyanı 100 və ya
1000 amperə çata bilər. Elektrik qığılcımının
temperaturu 25000 dərəcəni aşa bilər. Şimşəyin
işartısını ilk göy gurultusundan ayıran saniyələri
hesablamaqla yağıntıya qədər olan məsafəni
təyin etmək olar: 1 saniyədə keşdikdə məsafə
300-400 metr, 2 saniyə keçdikdə 600-800 m, 3
saniyə keçdikdə 1 km və s. olur.
Şimşək çaxarkən növbəti çaxmaya qədər
fasiləyə əsasən aradakı məsafəni də hesablamaq
mümkündür. İldırıma qədər olan məsafə səsin
sürətilə (34 km/san) müəyyən edilir. Şimşəyin
çaxması görünən andan eşidilən ana qədər
10 san keçibsə, 340 m/san×10 san=3400 m
məsafə alınır. Əgər ildırımın səsi getdikcə daha
gec eşidilirsə, deməli, buludlar uzaqlaşır. İldırım
çaxan zaman dərhal göy guruldayırsa, şimşək
çaxması həyat üçün təhlukəlidir. Belə olduqda
elektrik xətlərindən uzaqlaşmaq lazımdır.
Nisbətən alçaqboylu sıx meşə ağaclarının
altında daldalanmaq olar. Hündür palıd, şam
və qovaq ağaclarının altı daha təhlükəlidir. Su
kənarında qalmaq olmaz. Hündür yerdən aşağıya
enmək və torpağın üzərində aşağı əyilib ayaqları
əllə qucaqlamaq lazlmdır. Metal əşyaları kənara
atmaq, motosikl, velosiped və avtomobillərdən
20-30 m aralıda durmaq lazımdır. Əgər ildırım
çaxarkən insan maşındadırsa, onu tərk etməyib,
pəncərələri qapamalı və antenanı aşağı
endirməlidir.
Yağmurlu havada ildırım çaxan zaman
meşədə çox da hündür olmayan sıx çətirli
ağacların arasında sığınacaq tapmaq olar. Əgər
başqa çıxış yolu yoxdursa, yağışdan əvvəl çadır
qurub tavanını polietilenlə örtmək lazımdır.
Bütün metal əşyalar, o cümlədən bel, bıçaq,
mişar, qab-qacaq və s. insanlardan 15-20 metr
aralıda qoyulmalıdır. İldırım çaxan zaman metal
əşyalar müəyyən təhlükə yarada bilər. Yaş
paltarlar dəyişilməlidir, çünki islanmış paltar və
insan bədəni elektrik cərəyanını özünə çəkə
bilər. İldırımdan qorunmaq üçün çadırda xüsusi
qayda üzrə oturmaq lazımdır. Bunun üçün
çanta, ip, polietilen paket, ağac kötüklərindən
və ya quru geyimdən oturacaq düzəldilir. Belə
olduqda insan özünü torpaqdan təcrid edir
və təhlükəsiz vəziyyətdə olur. Bu qayda üzrə
oturaq vəziyyətdə bədəni irəli verərək başı dizə
tərəf aşağı əymək lazımdır.
İldırım çaxarkən tonqal qalamaq olmaz.
Bu zaman tonqalın yaxınlığında durmaq çox
təhlükəlidir, çünki tonqalın istiliyi nəticəsində
qızmış hava axını elektrik keçiriciliyinə malikdir
və ildırım ocağa düşə bilər. Əgər meşədə olarkən
ildırım səyahətçilər qrupunu yolda haqlayıbsa
və onlar çadır qurmağa imkan tapmayıblarsa,
qrupun üzvləri bir-birlərindən aralı məsafədə
tələsmədən yola davam etməlidir.
86
Yağmurlu havada ildırım çaxarkən meşənin
dərinliyinə daxil olub, ağacların altında və ya
qayaların arxasındakı çökəklikdə gizlənmək
lazımdır. Hər hansı bir hündürlüyə, məsələn,
Dostları ilə paylaş: |