F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
31 Mart – tariximizin göz yaşı

Bu misraları oxumaq üçün məktəbli önə çıxaraq oxumağa 
başlayır.
Gülzari –vətən soldu,
Millət xari-zar oldu, 
Hamı payimal oldu,
Dur, ey xalq olan millət. 
Bir yanda ədu çəllad, 
Bir yan naləvü-fəryad,
Ol bu zülmdən azad,
Dur, ey xalq olan millət. 
Əl çək bu həqarətdən, 
Qurtar bu əsarətdən, 
Xar ol bu xəcalətdən, 
Dur, ey xalq olan millət. 
Şeir-mərsiyə, yas mərasimlərində oxunmaq məqsədilə 
yazılsa da, dərin ictimai məzmun kəsb edir. Müəllif bu şeirində 
“əbu-cəllad” lara erməni terrorçularına və onların havadarlarına 
qarşı zülmdən və əsarətdən azad olmaq üçün “xar olan millət”i 
ayağa durmağa, səfərbərliyə və mübarizəyə səsləyir. Xalqını
“na ləvü-fəryad”lardan oyanmağa, “payimal” olmaqdan 
usanmağa, vətənin, millətin “xarizar”ından bezib qaniçən,
başkəsənlərə qarşı haqqını və şərəfini qorumağa çağırır. 
Yazıldığı vaxtdan 85 il keçməsinə baxmayaraq, əsər bu gün də
aktual səslənir.
Cəfər Cabbarlının eyni mövzuya həsr etdiyi digər dəyərli
sənət əsəri onun “Əhməd və Qumru” hekayəsidir. Əsərin 
mövzusu əslən şamaxılı olan iki gəncin − Əhməd və Qumrunun
saf və təmiz məhəbbətindən, şirin arzularından, bir-birilərinə 


25 
layiq yüksək mənəviyyata malik insan olmaqlarından, mart 
faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən
bəhs edir. Müəllif valideyinləri erməni quldurları tərəfindən 
qətlə yetirilmiş, evləri talanmış Əhməd və Qumrunu “Böyük 
pəncərələri 
qara kömürlərə dönmüş, altun divarları
matəmlərə bürünmüş, “əti tökülmüş baş skletinə bənzəyən
möhtəşəm” İsmailiyyə binasının önündə dilənçi vəziyyətində 
qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində 
tanınmamış hala düşmüş, “Yaralıyam, şikəstəm, Şamaxı 
əsiriyəm” – yalvarışlarından bir-birini çətinliklə tanıyan iki 
sevgili görüşlərinə sevinsələr də bir-birini qucaqlamırlar, daha 
doğrusu qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların 
qolunu kəsmişdi. Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı 
oxucu qəzəbini, nifrətini ovxarlamaqla yanaşı, haqqa, ədalətə 
rəğbət hissi aşılayır. 
Mətni bu günədək əldə edilməsə də, afişa və qəzet 
məlumatlarından aydın olur ki,
Cəfər Cabbarlının “Bakı
müharibəsi” adlı 5 pərdəli, 7 şəkilli dram əsərinin ilk pərdələri 
mart faciəsində Bakıda törədilən ağlasığmaz dəhşətlərdən bəhs 
edir. “Bəsirət” qəzetinin 13 sentyabr 1919-cu il tarixli 246-cı 
sayında bu səhnə əsəri haqqında yığcam bir elanda yazılırdı: 
“Azərbaycan Dövlət Teatrosunda zilhüccənin 20-si, sentyabrın 
16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə artist Abbas 
Mirzə Şərifzadənin təhti-idarəsində Azərbaycanımızın paytaxtı 
Bakı şəhərində mart hadiseyi-ələmiyyəssindən sonra düşmənlər
əlində qalıb, sonralar qəhrəman türk ordusu tərəfindən
mühasirə edilib, xilasının 1 illiyi münasibətilə gənc şair və 
mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu 
“Bakı müharibəsi” draması mövqeyi tamaşaya qoyulacaqdır. 
Həmin faciədə Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən 
sonra müsəlmanlara edilən zülm göstəriləcəkdir”. 


26 
II müəllim: Digər bir anonsda maskalanmış, hiyləgər Stepan 
Şaumyanın və digər ermənilərin əsl iç üzünü açan obrazlarının 
“Bakı müharibəsi” ndə müəllifin peşəkarlıqla yaratdığı bildirilir.
Cəfər Cabbarlının yaxın dostu, tələbə yoldaşı Cümhurriyyət
dövründə parlamentdə iş yoldaşı Mirzə Bala Məmmədzadənin 
də (1898-1959) yaradıcılığında mart qırğınları xüsusi yer tutur. 
O da özünün “Bakı uğrunda müharibə” faciəsinin ilk pərdələrini 
dostu Cəfər Cabbarlı kimi mart soyqırımına həsr etmişdir. Məhz 
Mirzə Bala Məmmədzadə Bakı faciəsini ilk dəfə öz adı ilə qətli-
am, yəni ümumin qətli, soyqırımı adlandırmış, caniləri adbaad 
göstərmişdir. O yazırdı: “31 mart 1918-ci sənə. Bu gün...
Bakımızda qanlar axıdılmış, evlər talanmış, ata-babalarımız 
şəhid düşmüş, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli 
kəndi yurdunda qətliamə, əsarətə və məhkumiyyətə qalmışdır. 
Bu gün Bakının ətrafından axan neft çeşmələri qan çeşmələrinə 
mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz
qan dənizinə çevrilmişdir.
Bu gün şaumyanlar, suxartsyevlər... 
oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə 
mürüciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər”.
Mirzə Bala Məmmədzadə “Açıq söz”, “Gənclər yurdu”, 
“Bəsirət”, “İstiqlal”, “Azərbaycan” və başqa jurnal və qəzetlərdə
elmi, publisistik, ədəbi-bədii əsərlərlə mütəmadi çıxış
etmişdir. Onun redaktorluğu ilə ilk sayı 23 iyul 1918-ci ildə 
Tiflisdə işıq üzü görən “Gənclər yurdu” jurnalında çap 
etdirdiyi “Əksinqilabçılar” hekayəsinin qəhrəmanı Moskva 
Darülfünununda oxuyan, bolşevik əqidəli “Azərbaycan türkü 
Hüseyin bəydir.
Hüseyin bəyin, fikrincə, hürriyyət, istiqlal 
istəyən” Azərbaycan, Türküstan, Tatarıstan, Krım türk gəncləri 
doğurdan da əksinqilabçılardır. Müəllif Hüseyn bəy haqqında 
tam təsəvvür yaratmaq üçün şahidi olduğu Bakı
qətli-amından 
dəhşətli bir mənzərəni təsvir edir. “Bakı həyəcanlı günlər 
keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng,


27 
qurşun səsilə paraxodlarının bombardmanı, cəmaətin qışqırığı,
çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri andırırdı. 
Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə 
qarışmışdı”. Tükürpədici bu müsibətdən təəssüflənməyən 
Hüseyn bəy milli qırğının günahsız qurbanlarına xəcalət 
çəkmədən yenə “əksinqilabçılar” deyir. Bu tip “obrazovannı” 
ları böyük satirik şair Mirzə Ələkbər Sabir hələ XX əsrin 
əvvəllərində xalqa dəqiq nişan verirdi:
“Neyləyim, ey vay! Bu urus başdılar, 
... Cümləsi kafirlərə yoldşdılar”. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin