F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
  1   2   3   4   5   6   7   8   9   ...   14
31 Mart – tariximizin göz yaşı



F. 
Köçərli adına

Respublika Uşaq Kitabxanası 
31 Mart – tariximizin göz yaşı
 
 
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərkəzi 
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana 
filialları üçün hazırlanmış metodik vəsait 
Bakı – 2018



Tərtibçilər: Aynurə Əliyeva 

Sevil Əhmədova
 
Redaktor: Könül Ağazadə 
 
İxtisas redaktoru və Şəhla Qəmbərova 
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi

31 Mart – tariximizin göz yaşı : 31 Mart
 
Azərbaycanlıların 
Soyqırımı Günü ilə bağlı mərkəzi kitabxanaların uşaq şöbələri, 
MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün 
hazırlanmış metodik vəsait /Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika
Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva; ixt.red. və burax.məsul 
Ş. Qəmbərova; red. K. Ağazadə. – Bakı: F. Köçərli 
ad.Respublika Uşaq Kitabxanası, 2018.- 41 s. 
 
 
 
 
 
 
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 



Tərtibçidən 
Tarixi qədimdən-qədim, soykökü minilliklərə gedib çıxan bir 
xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə, 
müsibətə sinə gərib, ən ağır döyüşlərdən, ölüm-dirim 
savaşlarından qalib kimi çıxan, meydanda düşmənin gözünün 
içinə dik baxmağı bacaran məğrur, qürurlu, əyilməzdir 
Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub. 
Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza 
gələnlərin şahidinə çevrilirik, əcdadlarımızın, babalarımızın və 
atalarımızın zaman-zaman düçar olduqları bəlaları göz önünə 
gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib 
yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz və 
dözümlü imiş?!.. Faşizm Almaniyası milyonlarla insanın qanı 
bahasıyla nəticələnən İkinci Dünya Müharibəsini bir neçə
il davam etdirmişdirsə, ermənilərin törətdikləri vəhşiliklərin
tarixi 200 ildir. Azərbaycan xalqına qarşı 1905-1907,
1917-1918-1920-ci 
və 
1948-1953-cü 
illərdə törədilən 
soyqırımlarına Qaradağ, Xocalı da əlavə olundu, aranlı-dağlı 
Qarabağ işğal edildi. Xalqımız özünə qarşı tuşlanmış çirkin 
niyyətləri heç vaxt unutmamalı, qəlbində yaşatmalı, səbəbləri 
öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə 
çıxarmalıdır. Bu bizim üçün yazılmamış həyat qanununa 
çevrilməlidir. Azərbaycan tarixinə, insanlığa və bəşəriyyətə 
qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 
soyqırımı bugünkü və gələcək nəsillər unutmasın deyə, bu 
vəsaiti işləməyi özümüzə borc bilirik.
 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin