Bir əsrə sığmayan zülm
Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli
tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini
əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə
ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı
ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq
nümunəsidir.
Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli
və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri”
adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza
düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara məruz
qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın
məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da
milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb
etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların
bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan
1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza
qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.
1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət
səviyyəsində
Azərbaycanlıların
Soyqırımı Günü kimi
qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin
tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın
təzahürüdür.
Azərbaycanlıların kütləvi surətdə qırğını,
repressiyalara məruz qalması, doğma yurdlarından sürgün
edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və
dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq
xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə
azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar
həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri
Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan
kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə
5
yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına,
ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik
törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin
qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart
ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında
Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan
həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin
törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi
həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli
mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od
vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq
incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri
dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və
Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri
dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası
1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə
İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı
vəhşilikləri,
İrəvan quberniyası ərazisində ermənilərin
törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu
həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində
xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki
dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli
matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara
6
qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən
torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət
vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın
sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən
ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı
dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi
siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl
atdılar. Bunun üçün onlar keçmiş SSRİ Nazirlər Sovetinin 23
dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında,
1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından
kütləvi surətdə deportasiyası
Erməni
millətçiləri
öz
havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan
xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar.
Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal
və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin,
memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni
xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni
zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların
mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq,
məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində
regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur,
azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları
kimi qələmə verilirdi. Rəsmi mənbələrə əsasən soyqırımın
nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on
minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər
Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart
Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
7
31 Mart soyqırımı ilə əlaqədar olaraq, kitabxanada bir sıra
tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir
müsabiqəsi, səhnəciklər, icmal, anım gecəsi və s. keçirilə bilər.
31 Mart soyqırımı haqqında şagirdləri və gənc nəsli
maarifləndirmək məqsədilə kitabxanada kitab sərgisi təşkil
olunmalıdır. Sərgiyə müxtəlif başlıqlar verilə bilər: “İki əsr
davam edən xislət”, “Türkün soyqırımı”, “Ermənilərin genosidi,
yoxsa genetik həyasızlığı”, “Əzəli və əbədi düşmən”, “Mart
soyqırımı xalqımıza qarşı törədilmiş bəşəri cinayət idi”,
“Faciələrimiz unudulmayacaq”, “Al qana boyanmış bahar
günləri”, “Mart Soyqırımı: bəşəriyyət sussa da, faktlar susmur”,
“Sağalmayan yaralar”, “Bu qan yerdə qalan deyil”, “Bir şəhiddir
ürəyim”, “Mənfur erməni terrorunun qurbanları”, “Azərbaycan
ağrısı”, “Bir əsrə sığmayan zülm”, “Ağlayan daşlar”,
“
Soyqırım
açıq və gizli formalarda”, “Qana bələnmiş tarix”, “Əbədiyyətə
qovuşanlar”, “Qanlı səhifələr”, “Türksüz Ermənistan yaratmaq
məqsədi”, “Həqiqət və haqq işi gec olsa da, güc olur” və s.
31 Mart soyqırımı ilə bağlı şəkillərdən ibarət fotostend və bu
faciədən bəhs edən kitablar sərgidə öz yerini alır. Müxtəlif
ədiblərin, görkəmli şəxsiyyət və tarixçilərə məxsus kəlam və
materiallar da sərgidə nümayiş oluna bilər. Bütün bunlarla
yanaşı, sitatlar və şeir parçaları sərginin daha da
dolğunlaşmasına səbəb olar.
Dostları ilə paylaş: |